Ana səhifə »  Müəlliflər »  Ermənistan ordusundakı acınacaqlı vəziyyət sadə erməniləri qəzəbləndirib
A+   Yenilə  A-
Ermənistan ordusundakı acınacaqlı vəziyyət sadə erməniləri qəzəbləndirib
Yazdı: Qaşqay ZİYƏDDİNOĞLU

İşğalçı orduda ölüm hallarının daha da artması Paşinyan hökumətini çətin vəziyyətə salıb
Ermənistanda bütün sahələri bürüyən böhran və buna etiraz edən sadə ermənilərin sayı hər keçən gün daha da artır. Ümumi qənaət budur ki, təxminən iki il əvvəl işğalçı ölkədə baş verən hakimiyyət dəyişikliyi Ermənistanı tərk edə bilməyən əhalinin vəziyyətinə heç bir müsbət təsir göstərməyib. Bir sözlə, Paşinyan hökumətinə yaxın bəzi erməni KİV bunu ört-basdır etmək istəsə də, Ermənistanda vəziyyətin heç də ürəkaçan olmadığı bütün çılpaqlığı ilə ortadadır.
Digər tərəfdən, son günlərdə işğalçı orduda qeyri-döyüş şəraitində ölümlərin, o cümlədən intiharların sayının artması Ermənistanda sadə əhalinin etirazları ilə qarşılanır. Bu günlərdə dalbadal daha 3 hərbçinin Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilmiş Dağlıq Qarabağda yerləşən hərbi hissələrdə naməlum şəkildə qətlə yetirilməsi erməni ordusunda kriminal vəziyyətin acınacaqlı olduğunu bir daha təsdiqləməklə yanaşı, Paşinyanın hakim komandasına qarşı xalqın qəzəbini daha da artırıb. Ümumiyyətlə, rəsmi məlumata görə, heç bir döyüş əməliyyatı getmədiyi halda 2020-ci ilin yanvar-fevral aylarında işğal olunmuş ərazilərdə hərbi xidmət keçən 15 erməni hərbçisi ölüb. Buna görə də hazırda erməni cəmiyyətində əsas müzakirə edilən məsələlərdən biri orduda əksəriyyəti intihara sövq etməyin nəticəsi olan ölüm hallarıdır.
Xatırladaq ki, fevralın əvvəllərində vəfat edən hərbçi Vaqram Avakyanın intihar versiyasına inanmayan bütün kənd camaatı cəsəd olan tabutu götürərək hökumətə etiraz əlaməti olaraq piyada şəkildə Eçmiədzindən İrəvana yollanmağa cəhd edib. Hər dəfə belə ölüm hallarından sonra cəmiyyətdən gələn etirazlara, o cümlədən qeyri-hökumət təşkilatlarının kütləvi aksiyalarına baxmayaraq, bu ölümlərin sayının azalması yox, əksinə artması isə bütün Ermənistanı ayağa qaldırıb.
Vəziyyət elə təhlükəli hal alıb ki, fevralın 17-də potensial çağırışçıların valideynləri də küçələrə çıxmağa məcbur olublar. “A1 +” telekanalının məlumatına görə, hökumət binasının qarşısında etiraz aksiyası keçirən bir qrup vətəndaş orduda son ölümlərdən narazılığını ifadə edib. Onlar Ermənistan baş naziri N.Paşinyandan hökumətin növbəti iclasında güc strukturlarının rəhbərləri ilə görüşməyi tələb ediblər: “Bütün həmin vəzifəli şəxslərdən bu cinayətlərin üstünün hələ də açılmamasının səbəbini izah etmələrini tələb edirik”.
Bir çox erməni ekspertlərin qənaətinə görə, bu halların baş verməsi ilk növbədə rəsmi İrəvan hakimiyyətinin orduya nəzarət etməməsindən qaynaqlanır. Belə ki, Ermənistan hərbi rəhbərliyinin əsgər ölümlərinin döyüşdə yox, müxtəlif hadisələr zamanı baş verdiyini etiraf etməsi onların hərbi hissələrdə ölüm hallarının qarşısını almaqda aciz olduqlarını göstərir. “Lragir.am” saytı yazır ki, bu ölüm halları orduda olan kriminal qrupların hakimiyyətə qarşı təxribat və müharibə elanı da ola bilər.
“1in.am” saytına müsahibə verən hərbi ekspert Mqer Qriqoryan isə son günlər orduda baş verən hadisələrin bəzi daxili qüvvələr tərəfindən qəsdən təşkil olunduğunu da istisna etmir. Onun sözlərinə görə, problem ondadır ki, indi orduda köhnə və yeni Ermənistan arasında müəyyən bir qarşıdurma var, yəni ordu rəhbərliyi hələ də müəyyən dərəcədə köhnə meyarlara uyğun olaraq idarə olunur.
Ekspert həmçinin zabitlərin peşəkar hazırlığının olmamasını problem hesab edir. M.Hakopyan orduda hökm sürən mənəvi və psixoloji atmosferin mövcud vəziyyətinə görə baş qərargah rəisi Artak Davtyanı günahlandırıb: “A.Davtyanın yürütdüyü siyasət bu vəziyyətdə mənfi rol oynayır və mən burada onun təqsirini və məsuliyyətini David Tonoyandan daha çox görürəm. Bunu həm əsgərlərlə, həm də zabitlərlə görüşlərim göstərir”.
Qeyd edək ki, əsgər ölümlərinə görə aksiya keçirən sadə ermənilər baş qərargah rəisi Artak Davtyanın istefasını tələb etsələr də, sonuncu bu postu buraxmaq fikrində olmadığını bəyan edib. Əvəzində baş nazir bəzi digər yüksək hərbi vəzifə daşıyan şəxslərin istefaya göndəriləcəyini açıqlayıb. “Hraparak” qəzeti yazır ki, N.Paşinyan bir neçə gün əvvəl keçirilən iclasda sözügedən məsələ ilə əlaqədar olaraq, bir sıra vəzifəli şəxslərin istefası barədə siyasi qərar verildiyini deyib. Fevralın 18-də baş nazirin aparatından Ermənistan Müdafiə Nazirliyinin hərbi polis idarəsinin rəisi Artur Bağdasaryanın və silahlı qüvvələrin mənəvi və psixoloji təminat idarəsinin rəisi Aleksan Aleksanyanın istefaya göndərilməsi ilə bağlı Ermənistan prezidentinə təqdimat göndərilib. Erməni mediasının məlumatına görə, Ermənistan prezidenti Armen Sarkisyan fevralın 19-da hər iki şəxsin vəzifədən azad edilməsi barədə fərman imzalayıb.
Beləliklə, görünən odur ki, orduda baş verən qətl və intihar hadisələrinə qarşı etirazlara baxmayaraq, ölüm hallarının davam etməsi, qanuni hakimiyyət orqanlarının baş verən cinayət hadisələrinin üstünü tam açmaması və ya gizlədilməsi Paşinyan hökumətini çox pis vəziyyətə salıb.

 
  • Oxunub:  4800  |  
  • Tarix:  20-02-2020  |  
  •    Çap et   |  

Qəzetin son buraxılışı

Prezident İlham Əliyev: Azərbaycan bu sınaqdan da şərəflə və az itkilərlə çıxacaq

05 Aprel 21:09
Salyanda tibbi maska istehsal olunur
05 Aprel 20:46
Azərbaycanda yeni növ koronavirusun yayılmasına qarşı görülən tədbirlər beynəlxalq səviyyədə yüksək qiymətləndirilir
05 Aprel 17:36
Deputat: Həm muzdla işləyənlərə, həm də çalışmayan vətəndaşlara dövlət tərəfindən yardım göstəriləcək
05 Aprel 17:01
Azərbaycan həkimləri yeni növ koronavirus infeksiyasına qarşı mübarizədə böyük fədakarlıq nümayiş etdirirlər
05 Aprel 16:48
Karantin dövründə Zaqatalada aztəminatlı ailələrə, xəstə və ahıl insanlara xüsusi qayğı göstərilir
05 Aprel 16:45
Gəncədə Daxili Qoşunların hərbçiləri polislə birlikdə xüsusi karantin rejiminə nəzarət edirlər
05 Aprel 16:41
İxrac və idxal əməliyyatları ortamüddətli dövr üçün liberallaşacaq
05 Aprel 15:16
Azərbaycanda yeni növ koronavirus infeksiyasının yayılmasının qarşısının alınması istiqamətində təxirəsalınmaz tədbirlər həyata keçirilir
05 Aprel 12:34
Eldar İbrahimov: Azərbaycan Ordusu hərb tarixində növbəti böyük zəfərə imza atdı
05 Aprel 11:52
Bəhruz Quliyev: Azərbaycanda koronavirusla mübarizə üsulu intensiv xarakter alıb və bu, itkilərin az olması üçündür
05 Aprel 11:03
Vüsal Qasımlı: "Dəstək proqramı iqtisadi artımın yeni modelini yaradacaq"
05 Aprel 10:59
Qənirə Paşayeva: Hər birimiz dövlətin qoyduğu qayda-qanunlara riayət etməli və öz məsuliyyətimizi başa düşməliyik
05 Aprel 10:57
Dövlət Sərhəd Xidməti: Düşmən təxribatının qarşısı alınıb
04 Aprel 22:45
Heydər Əliyev Mərkəzinin binası üzərində Fransa bayrağı videoproyeksiya olunub
04 Aprel 20:55
Operativ Qərargah: Azərbaycana yerüstü və hava nəqliyyatı yolu ilə giriş-çıxış, yerli hava uçuşları tam şəkildə dayandırılır
04 Aprel 20:37
TƏBİB səhiyyə işçilərini könüllü əməkdaşlığa dəvət edir
04 Aprel 18:28
Milli Televiziya və Radio Şurasına yeni üzv təyin edilib - SƏRƏNCAM
04 Aprel 18:16
Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fonduna yeni İcraçı direktor təyin edilib
04 Aprel 17:50
Təhsil Nazirliyinin yeni "Qaynar xətt" xidməti fəaliyyətə başlayacaq
04 Aprel 17:36
Vətəndaşlar üçün SMS icazə sistemindən istifadə qaydaları ilə bağlı videotəlimat hazırlanıb
04 Aprel 17:31
Deputat: Dövlətimiz tərəfindən vaxtında atılan addımlar nəticəsində ölkəmizdə koronavirusa yoluxmalar minimum həddədir
04 Aprel 17:17
Milli Məclis yanında Toponimiya komissiyasının yeni tərkibdə ilk onlayn iclası keçirilib
04 Aprel 16:22
Yeni Azərbaycan Partiyası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə birgə ahıllara, tənhalara sosial xidməti davam etdirir
04 Aprel 15:37
Azərbaycanda koronavirusa daha 78 yoluxma faktı qeydə alınıb
04 Aprel 14:21
Deputat: Azərbaycan koronavirusla mübarizədə təsirli tədbirlər görməyi bacaran ölkələr sırasındadır
04 Aprel 14:02
Səməd Seyidov: AŞPA həmməruzəçiləri Dağlıq Qarabağda keçirilmiş qondarma “seçkiləri” tanımadıqlarını bildiriblər
04 Aprel 13:57
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi Koronavirus pandemiyası ilə mübarizə çərçivəsində keçiriləcək Virtual Hakatona qoşulur
04 Aprel 13:30
DİN xüsusi karantin rejimi şəraitində vətəndaşları maraqlandıran məsələlərə aydınlıq gətirib
04 Aprel 13:21
DİN: Jurnalistlər avtomobildən şəxsi məqsədləri üçün istifadə edə bilməzlər
04 Aprel 10:56
BMT-nin Azərbaycan nümayəndəliyi hökumətin COVID-19-la bağlı tədbirlərini alqışlayır
03 Aprel 21:01
icaze.e-gov.az portalının istifadə qaydası ilə bağlı videotəlimat hazırlanıb
03 Aprel 19:46
Hikmət Babaoğlu: Milli Məclisdə aparılan islahatlar səmərəliliyi daha da artıracaq
03 Aprel 15:53
Aydın Hüseynov: İqtisadi dəstək və sosial paket proqramlarının qəbulu dövlət büdcəsinin icrası ilə bağlı problem yaratmayacaq
03 Aprel 15:39
Prezident İlham Əliyev: Bakı-Sumqayıt yolu və bütün qovşaqlar iki aya, maksimum üç ay ərzində istifadəyə verilməlidir
03 Aprel 15:35
Dmitri Savelyev: Dağlıq Qarabağda seçkilər siyasi cəhətdən mənasız olmaqla bərabər, pandemiya dövründə təhlükəlidir
03 Aprel 14:30
Prezident İlham Əliyev Bakı-Sumqayıt yolunun genişləndirilməsi çərçivəsində görülən işlərlə tanış olub
03 Aprel 12:49
QHT-lərin koronavirusla mübarizəyə həsr olunan ümumrespublika onlayn konfransı keçirilib
03 Aprel 12:46
Türkiyə vətəndaşlarının ölkəyə gətirilməsi davam edəcək
03 Aprel 12:40
Pandemiya ilə mübarizədə dövlət dəstəyi proqramları: regional iqtisadiyyatların həcmi baxımından ayrılan vəsaitə görə Azərbaycan liderdir
03 Aprel 12:21
Füzuli rayonunda 14 ədəd subartezian quyusu qazılacaq – Sərəncam
03 Aprel 12:10
Azərbaycanda daha 43 nəfər koronavirusa yoluxdu, 6 nəfər sağaldı - Operativ Qərargah
03 Aprel 12:06
Vüsal Qasımlı: İnvestisiya fəallığının artırılması böhranla mübarizədə ən effektiv yoldur
03 Aprel 11:57
Əli Əhmədov: Hər kəsin vətəndaş mövqeyini və şəxsi məsuliyyətini ortaya qoyması zamanıdır
03 Aprel 11:46
Bakı polisi: Xüsusi karantin rejiminin pozulması hallarına qarşı tədbirlər davam etdirilir
03 Aprel 11:44
Xətai rayonunda Məzahir Rüstəmov və İnqilab İsmayılov küçələri yenidən qurulur
03 Aprel 11:08
Hikmət Babaoğlu: Bu ağır günlərdə birinci dərəcəli vətəndaşlıq borcumuz maksimum özünütəcriddir
03 Aprel 11:00
Rezin əlcəklərdən istifadə qaydası
03 Aprel 10:53
Mübariz Qurbanlı: Dövlət siyasətinin əsas məqsədi vətəndaşların təhlükəsizliyi və sağlamlığının təminidir
02 Aprel 20:16
Nazirlər Kabineti yanında Operativ Qərargah ölkədə hərəkət məhdudiyyətlərinin tətbiqi ilə bağlı Qərar qəbul edib
02 Aprel 20:07
Hüseyin Altınalan: Aprel döyüşlərində Azərbaycan həm hərbi, həm də siyasi sahədə qələbə qazandı
02 Aprel 20:05
Türkiyədə koronavirusla bağlı insanların maarifləndirilməsi məqsədilə serial çəkilir
02 Aprel 20:02
Neftçalada Aprel şəhidlərinin məzarları ziyarət olunub
02 Aprel 19:15
Mehriban Əliyeva: Aprel döyüşlərində Vətən uğrunda qəhrəmancasına həlak olmuş igid oğullarımızın əziz xatirəsi qəlbimizdə daim yaşayacaqdır
02 Aprel 17:21
Dəstək proqramları iqtisadi dayanıqlılığı və etibarlı sosial müdafiəni təmin edəcək
02 Aprel 17:18
YAP könüllülərindən həkim və polislərə dəstək (VİDEO)
02 Aprel 17:17
Gənclərdən "Evdə qal, ailəni, cəmiyyəti qoru" çağırışı (VİDEO)
02 Aprel 17:12
Yeni Azərbaycan Partiyası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə birgə ahıllara, tənhalara sosial xidməti davam etdirir
02 Aprel 17:10
Heydər Əliyev Fondu “Həyatın dəyərlidir! Evdə qal, Azərbaycan!" sosial layihəsinə start verib
02 Aprel 17:07
Siyavuş Novruzov: Müasir tariximizdə ən uğurlu hərbi əməliyyatlardan olan Aprel döyüşləri Azərbaycan xalqının heç vaxt işğal faktı ilə barışmayacağını bir daha nümayiş etdirdi
02 Aprel 16:58
Azərbaycan Respublikası Milli Məclisinin Mətbuat xidmətinin məlumatı
02 Aprel 16:49
Sosial şəbəkələrdə koronavirusla bağlı həqiqətə uyğun olmayan məlumatlar yayan şəxs həbs olunub
02 Aprel 16:38
Çin COVID-19 pandemiyası ilə mübarizədə Azərbaycana yardım edib
02 Aprel 16:19
Azərbaycan XİN Kəlbəcər rayonunun işğalının 27-ci ildönümü ilə bağlı bəyanat yayıb
02 Aprel 16:14
Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması Kəlbəcərin işğalının 27-ci ildönümü ilə əlaqədar bəyanat yayıb
02 Aprel 16:08
Prezident İlham Əliyev: Aprel döyüşləri dövlətimizin, ordumuzun gücünü, xalqımızın birliyini, vətənpərvərliyini nümayiş etdirdi
02 Aprel 15:22
Ekspert: Ödənişlərin verilməsi Azərbaycanın sosial statusa malik dövlət kimi mövqeləşməsinə şərait yaradacaq
02 Aprel 14:40
Elçin Əhmədov: Aprel döyüşləri nəticəsində Ermənistanın “qüdrətli ordusu”nun yalnız mif olduğu sübut edildi
02 Aprel 13:24
Karantin rejimində vətəndaşların hansı hallarda evdən çıxa biləcəyi qaydalarına dair sənəd hazırlanır
02 Aprel 12:56
İbrahim Məmmədov: Azərbaycana tibbi maska istehsalı üçün xammal gətirilib
02 Aprel 12:26
Leyla Abdullayeva: Beynəlxalq ictimaiyyət Ermənistanın təşkil etdiyi qanunsuz “seçkilər”i qətiyyətlə pislədi və rədd etdi

Video

 

Müsahibə

»»»
 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30
HAVA HAQQINDA
Bakı
gündüz+13 +17
gecə+6 +8