Ana səhifə »  Müəlliflər »  Radikal müxalifət düşərgəsini daha acınacaqlı tale gözləyir
A+   Yenilə  A-
Radikal müxalifət düşərgəsini daha acınacaqlı tale gözləyir
Yazdı: Mübariz Abdullayev

Azərbaycan cəmiyyətinin müxtəlif təbəqələrinin nümayəndələri ölkədə davamlı inkişaf proseslərini dəstəkləyir və iyirmi ildir ki, eyni empirik səviyyədən çıxış edən, heç bir praqmatik fikir səsləndirməyən, yalnız boş vədlər verən müxalifət təmsilçilərinə “yox” deyirlər
Bu gün Azərbaycanda radikal müxalifət, bəlkə də, heç vaxt olmadığı qədər miskin və zəif durumdadır. Düşərgədə cəm olan AXCP, Müsavat Partiyası, “El” hərəkatı, “Ziyalılar forumu”, “İctimai palata”, “Milli şura” kimi qurumların fəaliyyəti (əslində, fəaliyyətsizliyi-red.) heç bir baxış bucağından “siyasi mübarizə” anlayışı ilə bir araya sığmır. Özlərini radikal düşərgənin əsas simaları sanan Əli Kərimlinin, İsa Qəmbərin, bu düşərgəyə bir qədər gec qoşulan reneqat Eldar Namazovun, həmçinin, ahıl yaşında siyasətə “kəllə vuran” Rüstəm İbrahimbəyovun zaman-zaman sərgilədikləri əməllərə, səsləndirdikləri fikirlərə nəzər saldıqda belə qənaət hasil olur ki, dağıdıcılar ancaq məhdud korporativ məqsədlərə hesablanan özəl və pərakəndə fəaliyyətlə məşğuldurlar. Sual yaranır: radikal müxalifəti zəif salan və onun daha acınacaqlı aqibətini şərtləndirən hansı amillərdir?
Radikal müxalifət sosial dayaqdan məhrumdur
Radikal müxalifəti zəif salan, cəmiyyətdə ona qarşı inamsızlıq yaradan ilkin səbəb, əlbəttə ki, Azərbaycan hakimiyyətinin yürütdüyü məqsədyönlü sosial-iqtisadi siyasətdir. Bu gün respublikamız bütün dünyada sürətlə inkişaf edən ölkələr sırasında qərar tutub. Paytaxtda və bölgələrdə geniş infrastruktur layihələri həyata keçirilir, insanların sosial rifah halı yaxşılaşır, bütün problemlər effektiv və çevik şəkildə aradan qaldırılır.
Bütün bunların müqabilində radikal müxalifət təmsilçilərinin insanları öz tərəflərinə çəkməyə sadəcə arqumentləri yoxdur. Azərbaycan cəmiyyətinin müxtəlif təbəqələrinin nümayəndələri ölkədə davamlı inkişaf proseslərini dəstəkləyir və iyirmi ildir ki, eyni empirik səviyyədən çıxış edən, heç bir praqmatik fikir səsləndirməyən, yalnız boş vədlər verən müxalifət təmsilçilərinə “yox” deyirlər. Buna görə də, hazırda AXCP-nin, “Müsavat”ın, qondarma “El” hərəkatının ətrafına toplaşanların sayı çox azdır. Sözügedən qurumlarda daha çox Əli Kərimlinin, İsa Qəmbərin, Eldar Namazovun qohum-əqrəbası və bir də muzdla tutulan “üzvlər” “lövbər” salıblar.
Bütün bu və digər səbəblər üzündən siyasi mübarizə potensialını itirən və qarşıdan gələn prezident seçkilərində hansısa uğura ümid bəsləməyən radikal müxalifət təmsilçiləri indi bütün olan-qalan güclərini elə radikal düşərgənin özündə mövqe, nüfuz savaşına yönəldiblər. Ənənəvi müxalifət partiyaları olan AXCP və Müsavat Partiyası radikal düşərgədə rəqiblərindən bir baş üstün görünmək üçün hər cür hərəkətlərə əl atmaqdan, bir-birlərinin ünvanına təhqirlər yağdırmaqdan, ittihamlar səsləndirməkdən belə, çəkinmirlər. Bu isə son nəticədə hər iki partiyanın cəmiyyətdə nüfuzdan düşməsinə gətirib çıxarıb.
Radikal müxalifət düşərgəsinə bir qədər gec qoşulan reneqat Eldar Namazov isə özünün “El” adlandırdığı qondarma qurum yaratmaqla ənənəvi müxalifətə qarşı yeni cəbhə açıb. AXCP ilə “Müsavat” arasında sonu görünməyən çəkişmələrdən öz xeyrinə bəhrələnmək planları quran reneqat Eldar Namazov radikal düşərgəyə “yeni qüvvə” kimi gələcəyini bildirirdi. Lakin yenə də sosial dayaq amili üzündən bu baş vermədi. İnsanlar “El”ə hər hansı bir maraq göstərmədilər. Reneqat Eldar Namazovun özünəxas xəyanətkarlıqla AXCP-nin və “Müsavat”ın azsaylı üzvlərini şirnikləndirici vasitələrlə öz tərəfinə çəkmək cəhdləri də baş tutmadı. Artıq heç kəsdə şübhə yoxdur ki, qondarma “El” hərəkatını süni nəfəslə yaşatmaq cəhdləri əbəsdir, onun Azərbaycan cəmiyyətində, hətta radikal düşərgənin özündə belə, yeri yoxdur və heç vaxt da olmayacaq.
Radikal müxalifət xarici dəstək amilini də itirib
Müxtəlif ölkələrdəki anti-Azərbaycan dairələrdən radikal düşərgədə təmsil olunan ənənəvi müxalifətə və bu düşərgəyə gec qoşulan reneqat Eldar Namazov-ermənipərəst Rüstəm İbrahimbəyov cütlüyünə xarici dəstəyin əhəmiyyətli dərəcədə azalması dağıdıcıları zəif salan digər əsas məqamlardandır. Bu, bəlkə də, ilk baxışda real görünməyə bilər. Yəni, bizi onda qınaya bilərlər ki, Azərbaycandakı radikal müxalifət partiyaları və yaxud qrupları ilə xaricdəki hansısa mərkəzlər arasında hansı bağlılıq ola bilər? Lakin nə qədər paradoksal görünsə də, belə bağlılıq var və radikalların özləri həmin mərkəzlərlə əlaqələrin intensivləşməsinə çox böyük canfəşanlıq göstərirlər. Radikal düşərgədəki ənənəvi müxalifətin Avroatlantik məkandakı, Eldar Namazov-Rüstəm İbrahimbəyov cütlüyünün Rusiyadakı antimilli dairələrlə sıx əlaqədə olduqlarına dair təkzibolunmaz faktlar üzə çıxarılıb. Elə radikalların özləri də xaricdəki “dostlarına” güvəndiklərini zaman-zaman dilə gətiriblər. Dağıdıcılar həmin mərkəzlərdən Azərbaycanın imicinə xələl gətirə biləcək hərəkətlərlə bağlı vaxtaşırı təlimatlar və yaxşı maddi təminatlar alırlar.
Bəs indi nə baş verib? Siyasi müşahidəçilər o qənaətdədirlər ki, xaricdəki məlum dairələrin radikal müxalifət təmsilçilərinə etimad limitlərinin azalması və yaxud tamam tükənməsi Azərbaycan cəmiyyətinin dağıdıcılara, necə deyərlər, tərs üz göstərməsi ilə bağlıdır. Sözügedən mərkəzlər radikal müxalifət təmsilçilərindən gördükləri “işlə” bağlı hesabat tələb edirlər. Radikal müxalifət təmsilçilərinin hazırladıqları hesabatlar isə onların çox zəif fəaliyyətlərinə adekvatdır, yəni, ümumi söz yığınından ibarətdir. Belə “hesabatlar”, təbii ki, sözügedən mərkəzləri qane etmir və onlar ianə, qrant kisələrinin ağzını bağlayırlar. Bu isə radikal düşərgənin ənənəvi və yeni qanadını çox çətin, çıxılmaz durumda qoyur.
Radikalların saxta “birlik” təşkilatları yaratmaq kimi manipulyasiya cəhdləri də fiaskoya uğrayır
Çox çətin durumda qalan radikal müxalifət təmsilçiləri çıxış yolunu manipulyasiya cəhdlərində görürlər. Radikalların müxtəlif adlar altında saxta “birliklər” yaratmaları onların manipulyasiya cəhdlərinə xarakterik misaldır. Onlar bu yolla korlanmış imiclərini bərpa etmək, gündəmdə qalmaq və mümkün olsa xaricdəki mərkəzlərin etimadını yenidən qazanmaq istəyirlər. Bir qədər bundan əvvəl radikallar “İctimai palata”, “Ziyalılar forumu” deyilən qondarma qurumlar yaratmışdılar. İndi isə bu siyahıya qondarma “Milli şura” da əlavə olunub.
Lakin ad dəyişkənliyi hansısa keyfiyyət dəyişikliyinə dəlalət etmir. Belə ki, qondarma “İctimai palata” və yaxud “Ziyalılar forumu”ndakı eyni simalar indi yeni saxta quruma -”Milli şura”ya toplaşıblar. Nə say artıb, nə də fəaliyyət prinsipləri dəyişib. Əksinə, radikal düşərgənin yeni “birlik” formatı kimi təqdim olunan “Milli şura” dağıdıcılar arasındakı ziddiyyətlərə yeni çalarlar əlavə edib. Qondarma qurumda təmsil olunan ənənəvi müxalifət partiyaları - AXCP ilə Müsavat yenə öz amplualarındadır. Onlar bir-birlərindən üstün mövqeyə çıxmaq mərəzindən qurtula bilmirlər. “Milli şura”nın yaradılmasının əsas təşəbbüsçülərindən olan Rüstəm İbrahimbəyov-Eldar Namazov cütlüyü açıq-aşkar qurumda hegemonluq iddiasındadır. Qurumda təmsil olunan digər partiyalar və siyasi qruplar AXCP-nin, “Müsavat”ın, həmçinin, Eldar Namazov-Rüstəm İbrahimbəyov cütlüyünün onlara yuxarıdan aşağı baxmalarına hiddətləniblər.
Yeri gəlmişkən deyək ki, ayrı-ayrı müxalifət partiyalarının təmsilçiləri də qondarma qurumla bağlı bədbin proqnozlar veriblər. ASDP sədri Araz Əlizadə “Milli şura”nı “ölü doğulan uşağa” bənzədib. ADP sədri Sərdar Cəlaloğlu onu “perspektivi olmayan qurum” adlandırıb. Vəhdət Partiyasının sədri Tahir Kərimli isə yeni “birlik” yaradılması təkliflərini “utopik ideya” kimi səciyyələndirib.
Proqnozlar özünü doğruldur. Bütün bunlar onu deməyə əsas verir ki, radikalların yeni manipulyasiya cəhdi fiaskoya uğrayıb və dağıdıcıları daha acınacaqlı tale gözləyir.

 
  • Oxunub:  25230  |  
  • Tarix:  20-06-2013  |  
  •    Çap et   |  
Get Adobe Flash player
Azərbaycanda sosial infrastruktur quruculuğu daimi prosesə çevrilib

12 Noyabr 17:28
Bakıda VI “Alüminium” Beynəlxalq Müasir İncəsənət Biennalesi keçiriləcək
12 Noyabr 17:27
Vyanada Azərbaycan turizm potensialının təqdimatı olub
12 Noyabr 17:24
Elektron hökumətin formalaşdırılması istiqamətində qarşıda duran vəzifələr müzakirə edilib
12 Noyabr 17:23
Heydər Əliyev Beynəlxalq Aeroportunda yeni uçuşların təhlükəsizliyinin idarə edilməsi sistemi tətbiq olunub
12 Noyabr 17:05
Təhsil naziri Fransada səfərdədir
12 Noyabr 16:54
BŞBPİ qanunsuz piketə cəhdlə bağlı məlumat yayıb
12 Noyabr 16:51
Siyavuş Novruzov: Qanunsuz aksiya keçirməyə cəhdin məqsədi ölkədə ictimai-siyasi sabitliyi pozmaq, xarici dairələrin tapşırıqlarını yerinə yetirməkdir
12 Noyabr 16:49
Bu il Azərbaycanda sosial xidmət mərkəzlərinin sayı 3,5 dəfə artırılıb
12 Noyabr 16:46
Prezident İlham Əliyev: Bu il pambıqçılıqda rekord göstəriciyə nail olmuşuq
12 Noyabr 16:45
Heydər Əliyev Mərkəzində “Heydər Əliyev və Azərbaycan tarixi” VI ümumrespublika bilik yarışı keçirilib
12 Noyabr 16:43
Diasporla İş üzrə Dövlət Komitəsinin nümayəndə heyəti Avstriyada səfərdədir
12 Noyabr 16:36
Yuta Ştat Senatoru: Azərbaycan multikulturalizm kimi humanist dəyərləri dünyada öz nümunəsində layiqincə tətbiq edir
12 Noyabr 16:34
Yeni Azərbaycan Partiyası Yevlax rayonunda birinci qrup Qarabağ müharibəsi əlili Tahir Həsənova fərdi ev tikəcək
12 Noyabr 16:32
Dövlət Bayrağı Günü ölkəmiz üçün ən tarixi günlərdən biridir
12 Noyabr 16:26
Zakir Həsənov əməliyyat təlimlərinin başlanması ilə bağlı məruzələri dinləyib
12 Noyabr 16:20
Azərbaycan UNESKO-nun 40-cı Baş Konfransı sessiyasının vitse-prezidenti seçilib
12 Noyabr 16:07
Prezident İlham Əliyev Şirvan şəhər, Zərdab, Bakının Suraxanı, Yasamal, Xətai rayonlarına yeni təyin olunan icra hakimiyyəti başçılarını qəbul edib
12 Noyabr 15:59
ABŞ nümayəndə heyəti ölkəmizdə İKT sahəsində həyata keçirilən layihələr barədə məlumatlandırılıb
12 Noyabr 15:48
Berlində AŞPA-nın komitələrinin iclasları keçiriləcək
12 Noyabr 15:38
İnformasiya təhlükəsizliyinin aktual problemləri ilə bağlı V respublika konfransı keçiriləcək
12 Noyabr 15:37
Qubada Çağacıq çayı üzərində inşa olunan daha bir körpü istifadəyə verilib
12 Noyabr 15:28
Ziyafət Əsgərov: Azərbaycan əraziləri hesabına ikinci erməni dövlətinin yaradılmasına yol verə bilmərik
12 Noyabr 15:14
Hüquqi şəxslərin təsisçisinin vergi öhdəliyi
12 Noyabr 15:10
Dekabrda Kiyevdə GUAM biznes forumu keçiriləcək
12 Noyabr 15:06
“Caspian Ecology” sərgisi 10 il ərzində dünyanın 15 ölkəsindən 500-dən çox şirkəti bir araya gətirib
12 Noyabr 14:52
Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində növbəti monitorinq keçiriləcək
12 Noyabr 14:35
Milli Kitabxanada “12 noyabr – Konstitusiya Günüdür” adlı kitab sərgisi açılıb
12 Noyabr 14:18
Mikayıl Cabbarov: Azərbaycanda “kölgə” iqtisadiyyatı ilə bağlı həyata keçirilən islahatlar sosial layihələrin maliyyələşməsinə imkan yaradıb
12 Noyabr 14:08
Noyabrın 14-15-də Bakıda Dünya dini liderlərinin II Sammiti keçiriləcək
12 Noyabr 13:54
Azərbaycan Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı çərçivəsində nəqliyyat sahəsində keçirilən tədbirlərə sədrlik edib
12 Noyabr 13:45
Samir Şərifov: Büdcənin ənənəvi olaraq sosialyönümlülüyü təmin ediləcək
12 Noyabr 13:43
UNESKO-nun 40-cı Baş Konfransı işə başlayıb
12 Noyabr 13:33
Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyində doqquz ayın nəticələri müzakirə olunub
12 Noyabr 13:27
Əli Nağıyev: Dini-ekstremist və terrorçu qrupların fəallaşmaq cəhdləri beynəlxalq təhlükəsizliyi hələ də ciddi təhdid edir
12 Noyabr 13:05
Milli Məclisin Sədri: 2020-ci ilin büdcə zərfləri ölkədəki müsbət dəyişiklikləri əks etdirir
12 Noyabr 12:59
Məzahir Pənahov: Bələdiyyə seçkilərini izləmək üçün 15 ölkəyə dəvət göndərilib
12 Noyabr 12:55
Fərid Şəfiyev: Öz müqəddəratını təyinetmə hüququnun icrası yalnız Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həyata keçirilməlidir
12 Noyabr 12:48
On ay üzrə istehlak bazarında qiymətlər açıqlanıb
12 Noyabr 12:31
Azərbaycan Ordusunun genişmiqyaslı əməliyyat təlimi başlayıb
12 Noyabr 12:22
Milli Məclisdə 2020-ci ilin dövlət büdcəsi layihəsinin müzakirəsinə başlanılıb
12 Noyabr 11:50
Konstitusiya Məhkəməsinin kollektivi Fəxri xiyabanda ulu öndər Heydər Əliyevin məzarını ziyarət edib
12 Noyabr 11:47
Oklahoma-Azərbaycan Kənd Təsərrüfatı Forumu keçirilib
12 Noyabr 11:41
Azərbaycan və Birləşmiş Ərəb Əmirlikləri arasında Hökumətlərarası Komissiyanın 7-ci iclası keçiriləcək
12 Noyabr 11:39
Hirkan milli parkında ilk veloyürüş keçirilib
12 Noyabr 11:38
Noyabrın 12-si Dünya Pnevmoniya ilə Mübarizə Günüdür
12 Noyabr 11:28
Ağstafa-Yenigün-Xətai-Qaçaq Kərəm-Poylu-Xılxına avtomobil yolu yenidən qurulub
12 Noyabr 11:26
BMT-nin Baş katibi bəşəriyyətin üzləşdiyi beş təhlükə haqqında danışıb
12 Noyabr 11:25
YAP Gəncə şəhər təşkilatının qərargahında partiyanın Gəncə şəhər, Binəqədi və Pirallahı rayon təşkilatlarının konfransı keçirilib
12 Noyabr 11:20
Göyçayda XIV Nar festivalı keçirilib
12 Noyabr 11:18
YAP Gəncə şəhər təşkilatı imzatoplama kampaniyasını uğurla başa çatdırıb
12 Noyabr 11:08
Bu gün Milli Məclisdə büdcə müzakirələri başlayır
12 Noyabr 11:07
BMT Sivilizasiyalar Alyansının Ali nümayəndəsinə Azərbaycan Respublikası diplomatik xidmətinin 100 illiyi medalı təqdim edilib
12 Noyabr 11:03
12 noyabr - Konstitusiya Günüdür
12 Noyabr 10:05
Konstitusiyamız və milli ideologiyamız
12 Noyabr 10:02
Şanxay idxal sərgisində 71,13 milyard dollarlıq razılaşmalar əldə olunub
12 Noyabr 09:58
Birinci vitse-prezident Mehriban Əliyeva Konstitusiya Günü münasibətilə Azərbaycan xalqını təbrik edib
12 Noyabr 09:37
Moldova Paralimpiya Komitəsinin prezidenti Bakıya gəlib
12 Noyabr 09:35
Ermənistan silahlı qüvvələrinin bölmələri atəşkəs rejimini 23 dəfə pozub
11 Noyabr 22:51
Qədim Xivə şəhərində Azərbaycan-Özbəkistan dostluğuna həsr olunan tədbir keçirilib
11 Noyabr 22:32
Azərbaycanın Dövlət Bayrağı Günü Ankarada qeyd olunub
11 Noyabr 20:00
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Bakının Xətai rayonunda ağacəkmə aksiyasında iştirak ediblər
11 Noyabr 18:19
Azərbaycan XİN Lavrovun Yerevanda Ermənistan-Azərbaycan münaqişəsinə dair səsləndirdiyi fikirlərə münasibət bildirib
11 Noyabr 17:55
Azərbaycan Ordusu miqyasında əməliyyat təlimi keçiriləcək
11 Noyabr 17:40
Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirilib
10 Noyabr 16:16
Düşənbədə MDB ölkələrinin səhiyyə sahəsində Əməkdaşlıq Şurasının XXX yubiley iclası keçirilib
10 Noyabr 16:06
“Modern Diplomacy” portalında Ermənistanda faşistlərin və terrorçuların qəhrəmanlaşdırılmasına dair məqalə yayılıb
10 Noyabr 16:01
Mustafa Kamal Atatürkün vəfatının 81-ci ildönümü Türkiyədə müxtəlif tədbirlərlə qeyd edilir
10 Noyabr 15:55
Naxçıvan Qarnizonu qoşunlarında Dövlət Bayrağı Günü silsilə tədbirlərlə qeyd edilib
10 Noyabr 13:57
Sabah ölkə ərazisində havanın temperaturu 23 dərəcəyə yüksələcək
10 Noyabr 11:58
Azərbaycanlı tələbələr Qars şəhərinin küçə və meydanlarında dövlət bayrağımızı dalğalandırıblar

Video

 

Müsahibə

»»»
 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
HAVA HAQQINDA
Bakı
gündüz+17 +21
gecə+9 +13