Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Radikal müxalifət ermənipərəst dairələrin direktivlərini yerinə yetirir

Radikal müxalifət ermənipərəst dairələrin direktivlərini yerinə yetirir

24.11.2020 [09:00]

Nardar Bayramlı

Məlum olduğu kimi, Azərbaycan 44 gün davam edən Vətən müharibəsində möhtəşəm qələbə qazandı. Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə rəşadətli ordumuz qısa müddət ərzində işğal altında olan ərazilərimizin böyük hissəsini azad etdi. Bununla da, işğalçı Ermənistanın təcavüzkarlığına, təxribatlarına son qoyuldu və düşmən məğlubiyyətə uğradıldı. Noyabrın 10-da Ermənistanın baş naziri Paşinyanın Azərbaycanın şərtlərini qəbul edərək Azərbaycan və Rusiya prezidentlərinin imzaladığı bəyanata qol çəkməsi işğalçı ölkənin kapitulyasiyası deməkdir. Sənədə əsasən, hərbi əməliyyatlar dayandırılır, atəşkəs bərpa olunur və Ermənistanın işğalında olan digər ərazilər Azərbaycana verilir. Eyni zamanda, məcburi köçkünlərimiz Dağlıq Qarabağa və onun ətrafındakı rayonlara qayıdacaqlar.
Təbii ki, şanlı Ordumuzun işğalçı Ermənistan üzərində möhtəşəm qələbəsi bütün xalqımız tərəfindən böyük sevinc və qürur hissi ilə qarşılanır. Ölkəmizin bütün guşələrində bu möhtəşəm qələbə coşqu ilə qeyd edilir. Əlbəttə ki, imzalanmış bəyanat Azərbaycanın maraqlarına cavab verir. Sənədə əsasən, Ağdam, Kəlbəcər və Laçın rayonlarının Azərbaycana qaytarılması üçün konkret vaxt müəyyənləşdirilib. Bu proses dinc yolla həyata keçiriləcək. Razılaşmaya uyğun olaraq, artıq noyabrın 20-də Ağdam rayonu işğaldan tamamilə azad edildi. Və xalqımız bu qələbənin sevincini də yaşayır. Xüsusilə bu hadisəni sonsuz sevinclə qeyd edən ağdamlıların doğma torpaq həsrətinə son qoyulur.
Bütün bunların fonunda radikal müxalifətin tutduğu mövqe təəccüb və təəssüf doğurur. Belə ki, Azərbaycan xalqının tarixi qələbəsindən sonra radikal müxalifətin məsələyə yanaşmasında və ritorikasında açıq şəkildə dəyişikliklər müşahidə olunmağa başlayıb. Sentyabrın 27-dən siyasi fəaliyyətində moratorium elan etdiyini deyən radikal müxalifət indi Fransa və digər ermənipərəst ölkələrin Azərbaycana qarşı mövqeyinə uyğun tezislərlə çıxış etməyə başlayıb. Bu isə onların xaricdən yeni təlimat almasına işarədir. Təbii ki, radikal müxalifətin məlum davranışı heç də təsadüfi xarakter daşımır. Vətən müharibəsinin əvvəlində özlərini xalqa vətənpərvər kimi təqdim edənlər indi müxtəlif bəhanələrlə əldə olunan möhtəşəm qələbənin əhəmiyyətini azaltmağa, cəmiyyətdə zərərli müzakirələrə yol açmağa və bununla da həm öz xarici himayədarlarının sifarişlərini yerinə yetirməyə, həm də gündəmdə qalmağa cəhd göstərirlər.
Məlumdur ki, Ermənistan hakimiyyəti tərəfindən məğlubiyyətləri açıq etiraf olunur və bu ölkənin əhalisi tərəfindən məğlubiyyətə görə mövcud iqtidar kəskin tənqid olunur. Bu gün Ermənistanda daxili gərginlik, etiraz aksiyaları səngimir. Belə olan halda, radikal müxalifətin ölkəmizdə ictimi rəyi çaşdırmaq istəyi nədən xəbər verir? Əgər, imzalanmış bəyanat bizim xeyrimizə deyilsə, ermənilərin maraqlarına uyğundursa nə üçün Ermənistan əhalisi bu sənədi imzalayan hökumətin istefasını tələb edir?
Əslində, bu sualların cavabı aydındır. Qeyd etdiyimiz kimi, radikallar yenə də xaricdən aldıqları təlimatları yerinə yetirirlər. Amma onlar unutmamalıdır ki, vaxtilə məhz 1992-1993-cü illərdə öz hakimiyyətlərinin səriştəsizliyi, bacarıqsızlığı nəticəsində Azərbaycan kapitulyasiya vəziyyətinə düşmüş, Dağlıq Qarabağ və ətraf rayonları itirmişdir.
Qeyd edək ki, 44 günlük Vətən müharibəsində qəhrəman əsgər və zabitlərimiz torpaqlarımızı öz qanları, canları hesabına azad etdilər. Ağdamın ardınca, bir neçə gündən sonra Kəlbəcər və Laçın rayonları da qan tökülmədən geri qaytarılacaq. Belə olan halda, vaxtilə hakimiyyətdə olmuş indiki radikalların sərgilədiyi mövqe qətiyyən qəbulolunmazdır.
Bu gün Azərbaycan Prezidenti xalqımıza böyük ağrılar yaratmış həmin səhvləri yüksək siyasi iradəsi, mətinliyi, yüksək diplomatik səriştəsi ilə aradan qaldırdı. Radikal müxalifət torpaqlarımızın azad olunmasına sevinmək, bunu qiymətləndirmək, Azərbaycan xalqından üzr istəmək əvəzinə, bu gün yenə də riyakarlıq yolunu tutur. Bu mövqe milli maraqlarımıza tamamilə zidd olmaqla yanaşı, bizə qarşı düşmən mövqedə olanların istəyinə uyğundur.

Paylaş:
Baxılıb: 375 dəfə

Müəllifin digər məqalələri:

Radikal müxalifətin kor xisləti

Xalqımız 30 ilə yaxın müddətdə...

07.06.2021 [09:16]

Radikallar milli maraqlara zidd mövqe sərgiləyirlər

Vətən müharibəsində qazanılan...

26.05.2021 [09:12]

AXCP funksioneri Nurəddin Məmmədlinin növbəti manipulyasiyası

Ötən illər ərzində Azərbaycan...

20.05.2021 [09:15]

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Sosial

Genetik kodumuz...

25 Aprel 11:15

Sosial

Gündəm

Gündəm

Gündəm

Tarixdən bu günə

25 Aprel 10:00

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30