Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Avropa Parlamentinin bir qrup deputatı Azərbaycana qarşı lobbi fəaliyyəti ilə məşğuldur

Avropa Parlamentinin bir qrup deputatı Azərbaycana qarşı lobbi fəaliyyəti ilə məşğuldur

20.06.2013 [00:32]

Nurlan Qələndərli

“Demokratik dəyərlərin başlıca prinsip hesab edildiyi Avropada 754 üzvdən 20-30 nəfərinin mövqeyinin rəsmi sənəd kimi təqdim edilməsi demokratiya prinsiplərinə ziddir. Bu, ən azı Avropa Parlamentinin mütləq çoxluğunun hüquqlarının mənimsənilməsidir”
Demokratik dəyərlərin və təsisatların təşəkkül tapması, mütəmadi surətdə yenilənərək inkişaf etdirilməsi, insan və vətəndaş hüquq və azadlıqlarının təmin edilməsi kimi təməl strateji istiqamətlər müstəqil Azərbaycan dövlətinin siyasi kursunun əsasını təşkil etməkdədir. Odur ki, bütün bunların fonunda bu gün Azərbaycan demokratik inkişaf yolunda irəliləyən avanqard ölkələr sırasında yer almaqdadır. Ölkəmizdə demokratiya və onun başlıca atributları olan vətəndaş cəmiyyəti və hüquqi dövlətin mütləq komponentlərinin təşəkkül tapması və inkişafını təmin edən başlıca amil qismində isə mütəmadi surətdə sistem-struktur islahatlarının həyata keçirilməsi çıxış edir.
“Demokratiya” oyunu müstəqil milli dövlətlərə, o cümlədən, Azərbaycana qarşı təzyiq missiyasına xidmət edir
Bütün bunlara baxmayaraq, qeyd etmək lazımdır ki, bəzi anti-Azərbaycan dairələri bu və ya digər məsələlər ətrafında dövlətimizə təzyiq etmək, ölkəmizin yüksək beynəlxalq imici və reytinqinə xələl gətirmək üçün müxtəlif vasitələrə baş vururlar. Bu sırada daha çox “demokratiya”, “insan hüquqları” kimi formal institusional məfhumlardan istifadə edilir. Məsələn, bu kontekstdə son olaraq Avropa Parlamentində bir qrup deputatın iştirakı ilə “Azərbaycan: İlqar Məmmədov məsələsi” mövzusunda müzakirələrin aparılması və sənədin qəbul edilməsi bu qurumun Azərbaycana qarşı qərəzli mövqeyindən xəbər verir. Başqa sözlə, bu hal növbəti dəfə onu göstərir ki, Avropanın bəzi qurumlarının fəaliyyətinin timsalında “demokratiya” oyunu müstəqil milli dövlətlərə, o cümlədən, Azərbaycana qarşı təzyiq missiyasına xidmət edir. Yeri gəlmişkən, Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin bu məsələylə bağlı yaydığı bəyanatda qeyd edilir ki, demokratik dəyərlərin başlıca prinsip hesab edildiyi Avropada 754 üzvdən 20-30 nəfərinin mövqeyinin rəsmi sənəd kimi təqdim edilməsi demokratiya prinsiplərinə ziddir: “Bu, ən azı Avropa Parlamentinin mütləq çoxluğunun hüquqlarının mənimsənilməsidir”.
Beləliklə, görünən odur ki, Avropa Parlamentinin bir qrup deputatı ölkəmizə qarşı lobbi fəaliyyəti ilə məşğuldur. Məhz buna görə də, bir sıra əsassız məsələləri qabardaraq ölkəmizə qarşı təzyiq mexanizmi formalaşdırmağa çalışırlar. Yeri gəlmişkən, Azərbaycan Prezidenti Administrasiyası (PA) rəhbərinin müavini, Administrasiyanın Xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov bu məsələyə toxunaraq qeyd edib ki, Qərbin bəzi dairələri Azərbaycana təzyiq göstərmək üçün məqam axtarırlar: “...Avropa Parlamentində “Azərbaycan: İlqar Məmmədov məsələsi” adlı qətnamənin qəbul olunması Avropada, eləcə də, bu qurumda bəzi dairələrin Azərbaycana qarşı qərəzli mövqeyinin nümayişidir. Ona görə də, belə addımları qəbulolunmaz hesab edirik”.
Beləliklə, sadalananlar belə bir təəssürat yaradır ki, bəhs edilən qurum klassik təzyiq qrupu rolunda çıxış edir.
Avropanın ziddiyyətli demokratiya anlayışı, yaxud Azərbaycan demokratik inkişafın milli modelini formalaşdırıb
Onu da qeyd etmək lazımdır ki, Avropa Parlamentinin Azərbaycana qarşı “demokratiya” və “insan hüquqları” məsələsi ətrafında təzyiq göstərməsi bu qurumun orada fəaliyyət göstərən bəzi dairələrin ədalətsizlik prinsipi əsasında fəaliyyət göstərdiyini aşkara çıxarır. Çünki qeyd etdiyimiz kimi, Azərbaycan demokratik inkişaf yolunda qətiyyətlə irəliləyir və demokratik inkişafın milli modelini formalaşdırıb.
Ümumiyyətlə, bəzi araşdırmaçılar bildirirlər ki, demokratiya özündə ümumbəşəri dəyərləri ehtiva etdiyindən universal mahiyyətə malikdir. Amma müxtəlif ölkələrin nümunəsində aşkar görünür ki, özündə ümumbəşəri dəyərləri ehtiva edən demokratiyanın milli modelini yaratmaq və onun davamlılığını təmin etmək mümkündür. Milli demokratiya modeli dedikdə isə ümumbəşəri dəyərlərin milli mental xüsusiyyətlərlə uzlaşdırılması fonunda ortaya çıxmış ümumi və xüsusi dəyərlər sistemi nəzərdə tutulur. Odur ki, milli demokratiya modeli özündə milli mental xüsusiyyətləri və xalqın özünəməxsus keyfiyyətlərini ehtiva etdiyindən ümummilli inkişafın təmin edilməsinin ən ideal vasitəsi kimi çıxış edir. Dünya təcrübəsindən məlumdur ki, müxtəlif geosiyasi məqsədlər və planlar əsasında ixrac edilən demokratiya modelləri ilk növbədə həmin xalqın milli mental xüsusiyyətlərinə və müvafiq dəyərlər sisteminə zidd olduğundan ziddiyyətlər mənbəyi kimi çıxış edir və milli zəmində assimilyasiyaya real zəmin yaratmış olur. Odur ki, ümummilli inkişafın strateji substratlarının formalaşdırılması və onun davamlılığının təmin edilməsi üçün özündə milli dəyərlər sistemini ehtiva edən inkişaf və transformasiya modelinə istinad etmək zəruridir.
Bütün bunların fonunda qeyd etmək lazımdır ki, Azərbaycanın formalaşdırdığı milli demokratiya modeli (bu, eyni zamanda, milli inkişaf mənbəyi kimi çıxış edir-N.Q.) bəşəriyyət tərəfindən qəbul edilmiş demokratik norma və prinsiplərin hamısını özündə ehtiva edir. Sadalananlar isə ona dəlalət edir ki, Avropa parlamentinin timsalında “qoca qitə”nin demokratiya anlayışı olduqca ziddiyyətlidir.
Avropa Parlamenti nə üçün “qoca qitə”nin “polis demokratiyası”na münasibət bildirmir?
Təəccüblüsü budur ki, bu gün Avropa ölkələrində ciddi insan hüquq pozuntuları mövcuddur və hakimiyyət strukturları vətəndaşlara qarşı zorakılıq, diskriminasiya hallarına yol verirlər. Məhz bu gün Avropanın bir çox ölkəsində başlanan sosial etiraz dalğaları daha da kəskinləşməkdədir. Müxtəlif ziddiyyətlərlə müşayiət olunan etiraz dalğaları çərçivəsində asayiş qoruyucuları ilə vətəndaşlar arasında kəskin qarşıdurmalar baş verməkdə və ciddi tələfatlar qeydə alınmaqdadır. Bu kontekstdə son olaraq Böyük Britaniyanın paytaxtı London şəhərində baş verən konfrantasiyada ciddi polis zorakılığı müşahidə edilib və dinc etirazçıların bir qismi müxtəlif xarakterli xəsarətlər alıblar. Sosial etirazın əsasını təşkil edən motiv isə nümayişçilərin hökumətdən və ölkələrində fəaliyyət göstərən transmilli şirkətlərdən narazılığı təşkil edir.
Eyni zamanda, Almaniya, Portuqaliya, Yunanıstan, İspaniya və avrozonaya daxil olan digər ölkələrdə asayiş keşikçilərinin vətəndaşlara qarşı güc tətbiq etməsi, ciddi xəsarət və tələfatların qeydə alınması “qoca qitə”nin gerçək “demokratiya” anlayışının nədən ibarət olmasını göstərir.
Qeyd etdiyimiz kimi, bəhs olunan ölkələrdə yaşanan polis zorakılıqları ona dəlalət edir ki, hər hansı bir ölkədə qanunlara müvafiq olaraq ictimai asayişin qorunması istiqamətində görülən tədbirləri, eyni zamanda, qanunamüvafiq halları ciddi tənqid və qınaq obyektinə çevirən Avropanın özündə insan hüquqları kobud surətdə pozulur, dini-etnik və ictimai zəmində diskriminasiya hallarının sayı durmadan artır. Bəhs olunan ölkələrdə polis zorakılığı ilə müşayiət olunan dağıdıcı proseslər cəmiyyətin hər bir təbəqəsinin nümayəndələrinə sirayət etməkdədir.
Beləliklə, bütün bu olaylar bütövlükdə Avropanın imicinə zərbə vurur. Dolayısıyla buradan belə bir nəticə çıxarmaq olur ki, beynəlxalq miqyasda “demokratiya”, “insan hüquqlarının müdafiəsi” pərdəsi arxasında çıxış edən bu ölkələr müxtəlif dövlətlərə qarşı təzyiq mexanizmindən istifadə edirlər. Məhz bu cür fəaliyyətin əsasında duran strateji məqsəd isə ideoloji təzyiq və təsir vasitəsilə konkret hədəflərin yerinə yetirilməsidir. Bu isə ona dəlalət edir ki, konkret geostrateji maraqlar kontekstində çıxış edən bu cür ölkələr nəinki beynəlxalq hüquq normalarını ayaqlar altına atır, eləcə də, milli dövlətlərin fəaliyyətinə kobudcasına müdaxilə edirlər.
Yeri gəlmişkən, mətbuata açıqlamasında bu məsələyə də xüsusi diqqət yetirən PA rəsmisi qeyd edib ki, Avropanın özündə ciddi problemlər var, amma Avropa Parlamentinin həmin deputatları, sanki, bu problemləri görmür. Novruz Məmmədov bu məsələni şərh edərkən belə deyib: “Bu adamlar Avropadakı işsizlik, islamofobiya, faşizm, iqtisadi böhran və digər məsələlərin həlli ilə məşğul olsalar, daha yaxşı olar. Etiraz aksiyalarında ən çox polis zorakılığı həmin Avropa ölkələrində baş verir. Yəni, onlar öz vəziyyətlərinə baxsınlar ki, nə vəziyyətdədirlər”.
Beləliklə, sadalananların fonunda belə bir sual meydana çıxır: Avropa Parlamenti nə üçün “qoca qitə”nin “polis demokratiyası”na münasibət bildirmir?

Paylaş:
Baxılıb: 1341 dəfə

Müəllifin digər məqalələri:

Yalanlar seriyası, yaxud Əli Kərimlinin növbəti manipulyasiya cəhdi

Vaxtilə özünü “siyasi...

20.03.2021 [08:57]

Xaossevərin “siyasət” anlayışı

Siyasətin tərifi çoxdur. Bəziləri...

13.03.2021 [10:00]

“Virtual müxalifət”in “onlayn siyasi teatr tamaşası”

Azərbaycan Dağlıq Qarabağ...

19.02.2021 [09:30]

Qalib Azərbaycanın yaratdığı geostrateji reallıqlar...

Yaxud qələbənin əhəmiyyətini...

13.01.2021 [09:44]

Terror dövlətində orduya könüllülərin cəlb olunması nəyin ifadəsidir?

Adı işğalçı siyasət və...

01.09.2020 [08:50]

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

Siyasət

32 il sonra...

20 Aprel 10:20  

Gündəm

Siyasət

Xəbər lenti

Ədəbiyyat

Maraqlı

Mədəniyyət

Sosial

İqtisadiyyat

MEDİA

Siyasət

ABŞ izi azdırır

19 Aprel 10:23

Xəbər lenti

Siyasət

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30