Ana səhifə »  Müəlliflər »  Dişin üstündəki iştah...
A+   Yenilə  A-
Dişin üstündəki iştah...
Yazdı: Pərviz Sadayoğlu
Qərənfilləşən, qızılgülləşən, məxmərləşən, baharlaşan radikal düşərgə kumir axtarışında
Azərbaycanın radikal müxalifətinin rəngi, boyu, biçimi, licimi dəyişkən xarakterlidir. Bunu dəfələrlə sübuta yetirmiş radikal düşərgə kim harada nə bişirsə ondan bir çömçə ummaqla “lılıqlı” (dialektdir...) olduğunu hər kəsə göstərir. Özünə kumir axtarmaqdan yorulmayan radikal düşərgənin başbilənləri gah yas mərasimlərinin simvoluna çevrilən qərənfilə sarılır, gah portağala həvəs salıb narıncılaşır, gah boz-bulanlıq ərəb çöllərinin olmayan baharının havasına yellənir...
Dəxli oldu-olmadı, özünü yuyulmamış qaşıq kimi ortaya atanlardan beş çömçə artıq olduğunu zor-güc hamıya, ən əsası isə pullu “Sem”lərə göstərməkdən usanmayan radikal düşərgə bir yerə yığılanda komediya qopardır, ayrılanda prelüdiya çalır. Mərəzlərinə uyğun yaranan boşçənəlik müqabilində artıq nə danışdıqlarını bilmirlər, sezon alverçisinə çevrilirlər.
Bir zamanların “məxməri”ləri indi dönüb “qəlifeyi” olublar. Dünənə qədər adına ərəb adı qoşanlar indi özlərini ivanişvililər adlandırmaq istəyirlər. Bir vaxtlar da belə idi. Bu özündən müştəbehlərin hansının qəzetinin səhifəsini qaldırırdın, hər yer “bahar” idi, ərəb baharı. Yetim ərəbin nə vaxt qışı olmuşdu ki, baharı da ola? Onlarda elə həmişə yaydır. Yəni, müxalifət güldən, parça-qumaşdan keçmişdi fəsillərə.
Gürcüstanda seçkidə İvanişvilinin partiyası qalib gələn kimi özlərini qəzetlərində “ivanişvililər” adlandırdılar. Amma çoxusu atasının gözünü çıxardı ki, Koroğlu olsun, sonda kor kişinin oğlu dedilər. Qalstukunu yalnız qəzeti üçün şəkil çəkdirəndə düzəldən belələri təzə balladalarla öz başlarını girləməyə mövzu tapıblar. Artıq qəzetlərinin səhifələrində mitinq edir, qışqırır, qapı-pəncərə qırır, baş yarır, özünü yerə sürtür və başqa min oyundan çıxırlar. Nə edəsən, bunlarınkı da elə qəzet səhifəsindən uzağa getmək iqtidarında deyil. Yalandan mitinq-mitinq deməklə deyil, adamın elektoratı olmalıdır.
Görünən odur ki, özləri kimi sözləri də gülünc olan, gündə özünü birinin liciminə salan bu kəsimin təfəkküründə, düşüncəsində böyük problemlər mövcuddur. Özünü müxalifətin “lideri” elan etmiş birisi özünün qohum-əqrəbasındakı 3-4 adamdan başqa birisinə müraciət etmək iqtidarında deyil, yekə-yekə basıb-kəsməklə məşğuldur. Axı, İsa Qəmbər də, Əli Kərimli də bilirlər ki, onların qeyri-ardıcıl fəaliyyəti, milli maraqları satmaq üçün yarışa durduqları Azərbaycan cəmiyyətində hər kəsə bəllidir. Pulverənlərin yanında “blatlarının” qalxması üçün beş-on dəqiqə çəkən qışqırma tamaşaları, pul verib yerlərdə sürünməyə məcbur etdikləri insanların çıxardıqları oyunlar “şəbeh ağlının” haraya qədər işləməsindən tam xəbər verir. Onların “mitinq” keçirmək üçün elektoratlarının və potensiallarının olmadığını isə özlərindən yaxşı bilən yoxdur. Sadəcə, indi haradasa nəsə olubsa, demək bunlar da özlərinə o adı seçməlidirlər, vəssəlam.
Siyasi təfəkkürdə, ictimai münasibətlərin qurulmasında, siyasi davranış qaydalarının mənimsənilməsində müasir dünyadan onilliklərlə geri qalan radikal müxalifət öz dili ilə özünü gülünc vəziyyətə salır. Özlərini “ivanişvililər” adlandıranlar bəlkə də bunun fərqində deyillər. İP-ləri yerindən qopan belələri anlamır ki, onların Sem qağaları tərəfindən təyinatı İP-dən sallanmaqdan o yana keçə bilməz. Çünki daxili auditoriyaya deyil, xalqa deyil, milli maraqlara deyil xarici dəstəkçi qruplara istinad edən, onların mənafeyini qorumaqla məşğul olan belələri “soyuq palatka”dan qırağa çıxa bilməzlər. Çünki xalqın etimad göstərdiyi Azərbaycan hakimiyyəti, Azərbaycan iqtidarı bu gün dövlətinin, millətinin mənafeyini qorumaq üçün bütün addımları atır. Bütün sferalarda-istər sosial, istər siyasi, istərsə də iqtisadi sferada Azərbaycan dünyaya model qismində nümunə göstərilir. Xalqla-hakimiyyətin vəhdəti isə milli maraqlarımızın qorunmasının əsas təminatçısıdır.
...Qızılgülün, qərənfilin, məxmərin, ipəyin, tirmənin, şalın ardından yaz, yay, qış, payız və s... İndi də “ivanişvililəşmək” azarı qalxıb. Bu sərsəmləmələr hara qədər davam edəcək bunu yalnız radikalların özləri bilirlər. Sadəcə, kimin qazanında nə bişdiyini bilməyənlərin bundan bir çömçə oğurlayıb öz boşqablarına tökmək istəklərinin sonunun hansı məzhəkələrlə bitəcəyini proqnozlaşdırmaq o qədər də çətin deyil. Çünki onların yedikləri ya xaşıl olacaq, ya bulama...
 
  • Oxunub:  24420  |  
  • Tarix:  03-09-2012  |  
  •    Çap et   |  
Get Adobe Flash player
Azərbaycan Ordusu Ermənistan silahlı qüvvələrinin təxribatçı hərəkətlərinin layiqli cavabını verir və bundan sonra da verəcək

20:22
20 Sentyabr
Səccad Kərim: Azərbaycanda mövcud olan birgəyaşayış modeli bir çox ölkələr üçün nümunədir
20:04
20 Sentyabr
Nikol Paşinyanın Paris yalvarışları və növbəti böhtanları: erməni baş nazir öz ampluasında
20:00
20 Sentyabr
Azərbaycan-Vyetnam münasibətləri zəngin ənənələrə malikdir
19:51
20 Sentyabr
Gəncədə qanvermə aksiyasında 540 nəfər könüllü qan verib
19:48
20 Sentyabr
“ASAN xidmət”in fəaliyyəti Fransa mətbuatında
19:46
20 Sentyabr
Azərbaycan ilə Qətər arasında mədəniyyət sahəsində əlaqələrin inkişafı müzakirə olunub
19:43
20 Sentyabr
İndiyədək TANAP-la Türkiyəyə 200 milyon kubmetrədək “Şahdəniz” qazı nəql olunub
19:41
20 Sentyabr
İordaniyanın “Ər-Ray” dövlət qəzeti Qarabağ məsələsində Türkiyənin Azərbaycana dəstəyindən yazır
19:07
20 Sentyabr
Azərbaycan Milli Məclisi ilə NATO Parlament Assambleyası arasında sıx əlaqələr mövcuddur
19:06
20 Sentyabr
Azərbaycan-Pakistan təhsil əlaqələrinin geniş perspektivləri var
18:29
20 Sentyabr
Belarus parlamenti Nümayəndələr Palatasının sədri Azərbaycanda səfərdədir
18:26
20 Sentyabr
“İki sahil” Neftçilər Gününə həsr olunmuş xüsusi buraxılış hazırlayıb
18:14
20 Sentyabr
Özbəkistan Bakı-Tbilisi-Qars vasitəsilə öz xarici ticarət yüklərinin daşınma həcminin artırılmasında maraqlıdır
18:01
20 Sentyabr
Əmək və əhalinin sosial müdafiəsi nazirliyi və Kiçik və Orta Biznesin İnkişafı Agentliyi arasında memorandum imzalanıb
18:00
20 Sentyabr
Milli Məclisdə Hindistan parlamentinin nümayəndə heyəti ilə görüş keçirilib
17:55
20 Sentyabr
Rektor: Dövlət Pedaqoji Universiteti bu günədək 150 mindən çox pedaqoji kadr hazırlayıb
17:54
20 Sentyabr
Xələf Xələfov: Azərbaycan Ermənistan rəhbərliyini sələflərinin səhvini təkrarlamamağa çağırır
17:50
20 Sentyabr
XİN: Cəbhə bölgəsində yaranmış gərginliyin bütün məsuliyyəti Ermənistan rəhbərliyinin üzərinə düşür
17:49
20 Sentyabr
Genişmiqyaslı təlimlərdə gündüz vaxtı döyüş atışları keçirilib
17:47
20 Sentyabr
ABŞ Dövlət Departamenti: Azərbaycan 2017-ci ildə terrorçuluqla mübarizədə Birləşmiş Ştatların güclü tərəfdaşı olub
17:46
20 Sentyabr
Bu gün Azərbaycan gəncliyində vətənpərvərlik ruhu çox yüksəkdir
17:43
20 Sentyabr
Birinci vitse-prezident Mehriban Əliyeva NATO baş katibinin müavininin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb
17:40
20 Sentyabr
Azərbaycan-Pakistan əlaqələrinin inkişaf perspektivləri müzakirə olunub
17:36
20 Sentyabr
Naxçıvanda Aşura mərasimləri keçirilib
17:24
20 Sentyabr
Prezident İlham Əliyev NATO baş katibinin müavininin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib
17:22
20 Sentyabr
Prezident İlham Əliyev bir sıra ölkələrin parlament rəhbərlərini qəbul edib
17:09
20 Sentyabr
Pakistan Senatının sədri Milli Məclisdə olub
17:05
20 Sentyabr
Ağcabədidə Aşura günündə hemofiliyalı və talassemiyalı xəstələr üçün qan verilib
16:57
20 Sentyabr
Van Çunqan: Azərbaycanın iqtisadiyyatı qarşılıqlı investisiya qoyuluşları üçün əlverişlidir
16:53
20 Sentyabr
AMEA-nın prezidenti Akif Əlizadə Belarusda medalla təltif edilib
16:49
20 Sentyabr
Azərbaycanın Milli Olimpiya Komitəsinin nümayəndəsi Madriddə beynəlxalq marketinq seminarında iştirak edib
16:44
20 Sentyabr
Dövlət İdarəçilik Akademiyasında ilk mühazirə “Heydər Əliyev Dövlət İdarəçiliyi Məktəbi”ndə dinlənilib
16:39
20 Sentyabr
Aşura günü Qubada keçirilən humanitar aksiyada 100-dən çox könüllü qan verib
16:29
20 Sentyabr
Fəxri xiyabanda görkəmli alim Rəfiqə Əliyevanın xatirəsi anılıb
16:27
20 Sentyabr
Professor Oleq Kuznetsov: SSRİ DTK da daşnakları təhlükəli hesab edib
16:22
20 Sentyabr
Qırğızıstan Joqorku Keneşinin sədri TÜRKPA Katibliyində olub
16:18
20 Sentyabr
UNEC yeni tədris ilinə yüksək keyfiyyət göstəriciləri ilə start verib
16:07
20 Sentyabr
Qurban Qurbanov: “Futbolçular meydanda əlindən gələni edəcək”
15:49
20 Sentyabr
Bu gün “Qarabağ” UEFA Avropa Liqasının qrup mərhələsində ilk oyununa çıxacaq
15:44
20 Sentyabr
Ağsuda keçirilən qanvermə aksiyasında 70 litrədək qan toplanıb
15:38
20 Sentyabr
Aşura günündə Bərdə və Beyləqanda 150 nəfər könüllü qan verib
15:26
20 Sentyabr
Varşavada Avropa Xəbər Agentlikləri Alyansının növbəti konfransı keçirilir
15:22
20 Sentyabr
Suveren Fondların Beynəlxalq Forumunun XII illik yığıncağı Bakıda keçiriləcək
15:07
20 Sentyabr
ATƏT-in İnsan Ölçüsü üzrə illik görüşündə Ermənistanın təcavüzkar siyasətindən danışılıb
15:05
20 Sentyabr
Azərbaycanda Çinlə birgə elektron ticarət platformasının yaradılması təklif olunub
14:45
20 Sentyabr
Kiyevdəki Azərbaycan Ticarət Evi məhsullarımızın Ukrayna bazarında satışı üçün sertifikat və lisenziya alıb
14:42
20 Sentyabr
Bolqarıstan Azərbaycanın həyata keçirdiyi qlobal layihələrə böyük maraq göstərir
14:41
20 Sentyabr
Azərbaycanda kiçik və orta biznes evləri yaradılacaq
14:32
20 Sentyabr
Qida Təhlükəsizliyi Agentliyi uşaq qidaları ilə bağlı maarifləndirici məlumat yayıb
14:30
20 Sentyabr
Dövlət Aqrar Ticarət Şirkəti Cocuq Mərcanlıda fermerlərin yetişdirdiyi məhsulu satın alıb
14:25
20 Sentyabr
Tsveta Karayançeva: Bolqarıstan-Azərbaycan əlaqələri inkişaf edir
14:22
20 Sentyabr
İsmayıllıda Heydər Əliyev İdarəetmə Məktəbinin növbəti məşğələsi keçirilib
14:20
20 Sentyabr
Cüdoçumuz Aişə Qurbanlı dünya çempionatında mübarizəni dayandırıb
14:18
20 Sentyabr
Sudan Milli Assambleyası sədrinin Azərbaycana səfəri başlayıb
14:16
20 Sentyabr
Milli Məclisdə Azərbaycan-Qırğızıstan ikitərəfli münasibətləri müzakirə olunub
14:15
20 Sentyabr
Bakı Dövlət Universitetində görkəmli alim Rəfiqə Əliyevanın xatirəsi anılıb
14:12
20 Sentyabr
Kamran Nəbizadə: Ulu öndər Heydər Əliyevin şah əsəri olan “Əsrin müqaviləsi”nin imzalanması Azərbaycanın dirçəlişinə, iqtisadi inkişafına böyük yol açdı
12:59
20 Sentyabr
Dövlət Gömrük Komitəsinin 3 500 əməkdaşı attestasiyadan keçiriləcək
12:45
20 Sentyabr
Pambığın alış qiymətinin artırılması fermerlər üçün 12-13 milyon manat əlavə qazanc deməkdir
12:43
20 Sentyabr
Kəramət Hüseynov rusiyalı Olimpiya çempionuna ipponla qalib gəlib
12:35
20 Sentyabr
Naxçıvanda “Avropa günləri” keçiriləcək
12:32
20 Sentyabr
Bakıda Əfqanıstan üzrə NATO proqramının məzunlarına sertifikatlar təqdim edilib
12:31
20 Sentyabr
Heydər Əliyev Fondu və BP birgə layihələrin icrasına dair əməkdaşlıq memorandumu imzalayıb
12:13
20 Sentyabr
"Bakı-2018": Orxan Səfərov uğurlu çıxışını davam etdirir
12:12
20 Sentyabr
Rouz Gotemoller: Azərbaycan terrorizmə qarşı mübarizədə qətiyyətli mövqe sərgiləyir
12:01
20 Sentyabr
Azərbaycan beynəlxalq eID Forumunda “Asan İmza” və Rəqəmsal Ticarət Qovşağı ilə təmsil olunub
11:57
20 Sentyabr
Mübariz Qurbanlı: “Hər il xeyli sayda vətəndaşımız qanvermə aksiyasına qoşulur”
11:56
20 Sentyabr
İrəvan xanlığının tarixinə dair əsərlərin erməni və fars dillərinə çevrilmiş nəşrlərinin təqdimatı keçirilib
11:52
20 Sentyabr
Siyavuş Novruzov: “Paşinyanın ordudan xəbəri yoxdur”
11:45
20 Sentyabr
Bakıda “Qadınlar, sülh və təhlükəsizlik” mövzusunda konfrans keçirilir

Video

 

Müsahibə

 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30
HAVA HAQQINDA