Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Əli Kərimlinin yalançı “həmrəyliyi”...

Əli Kərimlinin yalançı “həmrəyliyi”...

13.01.2021 [09:31]

Pərviz Sadayoğlu

44 günlük Vətən müharibəsi torpaqlarımızın işğaldan azad edilməsi ilə yanaşı, ölkəmizin inkişafında yeni bir mərhələnin başlanğıcını qoydu. Qeyd etmək lazımdır ki, bu zəfər həm də ölkə daxilində siyasi qüvvələrin yeni siyasi həmrəyliyinin daha da gücləndirilməsini aktuallaşdırdı. Məlum olduğu kimi, ötən ilin əvvəlindən başlayaraq yeni yaranan siyasi konfiqurasiya ölkəmizdə milli həmrəyliyin, o cümlədən siyasi partiyalar arasındakı dialoqun daha da genişləndirilməsində əsaslı rol oynamış, həmçinin proseslərin gələcək inkişafında yeni siyasi münasibətlərin meydana çıxmasına da təkan vermişdi. Bunun nəticəsi olaraq, həm ötən il Tovuz hadisələri zamanı, həm də sentyabrın 27-də Ermənistanın hərbi təxribatlarına qarşı başlanan əks-hücum əməliyyatları zamanı siyasi partiyalar birgə bəyanat qəbul edərək ölkə Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin apardığı siyasəti dəstəklədiklərini bildirmişdilər. Bu, xalqın və siyasi qüvvələrin torpaqlarımızın işğaldan azad edilməsi üçün eyni cəbhədə dayanmasının faktiki təsdiqinə çevrildi.
Onu da qeyd etmək lazımdır ki, istər Tovuz hadisələri dövründə, istərsə də Vətən müharibəsi zamanı özünü bu həmrəylikdən kənarda saxlayan bəzi siyasi qüvvələr bununla da xalqın ağır günlərində gerçək kimliklərinin açıq şəkildə ortaya qoydular və korporativ maraqlardan çıxış etdilər. Radikal müxalifət düşərgəsinin bu hərəkəti isə onların Vətən müharibəsində xalqın deyil, düşmənlərin və onların havadarlarının yanında yer aldıqlarının göstəricisinə çevrildi. Hətta işğal altındakı torpaqlarımızın azad edilməsindən dərhal sonra sosial şəbəkələrdən və əllərindəki internet resurslarından istifadə etməklə dövlətə, hakimiyyətə qarşı “hücuma” keçən Əli Kərimli və onun yandaşları min bir yalanla əldə olunmuş qələbəni kiçiltməyə, ictimai rəydə çaşqınlıq yaratmağa çalışdı.
Yeri gəlmişkən, ermənipərəst Sevinc Osmanqızının internet televiziyasına açıqlamasında Əli Kərimli iddia edib ki, guya “Milli şura” və AXCP Vətən müharibəsi dövründə “həmrəylik” nümayiş etdirib. Görəsən, bu həmrəyliyi Əli Kərimli və onun dəstəsi harada və kiminlə nümayiş etdirib ki, onun əlamətlərini nəinki siyasi qüvvələr, heç Azərbaycan xalqı da görməyib? Axı hamıya məlumdur ki, məhz Ermənistanın üçtərəfli bəyanat imzalayaraq məğlubiyyətini etiraf etməsindən dərhal sonra Əli Kərimli ermənipərəst dövlətlərin və mərkəzlərin ölkəmizə qarşı apardığı kampaniyanın tərkib hissəsi kimi çıxış etdi və onlarla eyni tezisləri səsləndirdi. Digər tərəfdən, əgər müharibə dövründə və ya ondan əvvəl Əli Kərimli iddia etdiyi kimi “Qarabağın azad edilməsi”, “ölkəmizin ərazi bütövlüyünün təmini” arzusunda idisə, nə üçün siyasi partiyaların birgə bəyanatına qoşulmadı? Bu faktın özü Əli Kərimlinin fikrində səmimi olmadığını, sadəcə olaraq ictimai qınaqdan, xalqın nifrətindən xilas olmaq üçün bu yola əl atdığını deməyə əsas verir.
Bir sözlə, radikal düşərgənin davranışları bütün çılpaqlığı ilə ortadadır və xalq hər şeyi yaxşı bilir. Xalq onu da bilir ki, müharibənin əvvəlində Azərbaycanın qələbəsinə inanmayan, xidmət etdiyi ermənipərəst dairələrin sifarişi ilə davranan Əli Kərimlinin 10 noyabr zəfərindən sonra bütün arzuları puç olub...

Paylaş:
Baxılıb: 394 dəfə

Müəllifin digər məqalələri:

Əzrayılın bala paylaması...

Yaxud, Makronun “bazar...

24.09.2021 [15:29]

Ermənipərəst Sevinc Osmanqızı süni gündəm axtarışında...

Məlum olduğu kimi, bu gün...

02.06.2021 [08:56]

Qənimət Zahidin ictimai rəyi yanıltmaq və xalqı aldatmaq cəhdləri iflasa məhkumdur

İşğaldan azad olunmuş torpaqlarımızın...

28.05.2021 [10:07]

Əli Kərimlinin tükənməz erməni sevgisi

44 günlük Vətən müharibəsi...

25.05.2021 [08:49]

Cıdır düzündə Azərbaycan ruhu...

Şuşada keçirilən...

20.05.2021 [09:28]

Sevinc Osmanqızının antimilli təbliğatı

Yaxud xəyanətkar...

19.05.2021 [08:31]

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

İqtisadiyyat

Siyasət

Siyasət

Siyasət

1 il tez...

18 Aprel 10:21

Gündəm

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30