Ana səhifə »  Müəlliflər »  “Mehriban düşmənlər”in “səmimiyyəti”
A+   Yenilə  A-
“Mehriban düşmənlər”in “səmimiyyəti”
Yazdı: Mübariz Abdullayev

Və yaxud Əli Kərimli ilə İsa Qəmbərin münasibətləri müttəfiqlik deyil, bir-birlərini gözdən salmaq ritorikası üzərində qurulub
İlk baxışda AXCP ilə Müsavat Partiyası və bu iki partiyanın dəyişməz rəhbərləri Əli Kərimli ilə İsa Qəmbər arasında paralellər aparmaq mümkündür. Belə ki, hər iki partiya oxşar “tarixi” yol keçiblər-həm “cəbhəçilər”, həm də “Müsavat”çılar eyni “şineldən” çıxıblar və heç də xoş ovqat yaratmayan satqınlıq, dostlara xəyanət, qabağa gedənə badalaq gəlmək kimi prinsipləri ilə radikal düşərgədə özlərinə yer edərək, möhkəmləniblər. Bu gün də Əli Kərimli ilə İsa Qəmbəri tez-tez bir yerdə görmək mümkündür. AXCP və “Müsavat” radikal düşərgənin saxta birlik təşkilatları sayılan “İctimai palata”, “Milli şura” kimi qurumlarda təmsil olunurlar. “Müsavat”çıların və “cəbhəçilərin” müxtəlif tədbirlərdə qarşılıqlı nəzakət jesti etmələri, gözləri bir-birlərinə sataşanda dodaqlarında süni təbəssüm oynatmaları da bir növ ənənə halını alıb.
Lakin bütün bunlar ancaq zahiri görüntülərdir. Partiyaların rəhbərlərinin və üzvlərinin zaman-zaman səsləndirdikləri fikirlərə, mətbuata verdikləri açıqlamalara diqqət yetirdikdə aydın olur ki, onların münasibətlərində müttəfiqlik deyil, bir-birlərini gözdən salmaq ritorikası üstünlük təşkil edir. Aydın şəkildə nəzərə çarpır ki, hər iki partiyanın təmsilçiləri qarşı tərəfin hansısa uğura imza atmasını heç cür həzm edə bilmir və buna çox qısqanc yanaşırlar. Heç də təsadüfi deyil ki, radikal düşərgə təmsilçiləri Əli Kərimli ilə İsa Qəmbər arasındakı münasibətləri “mehriban düşmənlər”in “səmimiyyəti” ilə müqayisə edirlər.
AXCP ilə “Müsavat” arasında əvvəlki prezident və parlament seçkilərindən sonra bir qədər səngimiş qovğalar İsa Qəmbərin qondarma “İctimai palata”nın radikal düşərgənin “vahid namizəd”inin bu qurumda müəyyən edilməsi ilə bağlı qərarının mürəkkəbi qurumamış, “centlmen razılaşmasının” şərtlərini pozaraq qarşıdan gələn seçkilərə namizəd kimi qatılmaq niyyətini dilə gətirməsindən və partiya təmsilçilərinin onun bu qərarını dəstəkləyən açıqlamalarla çıxış etmələrindən sonra yenidən qızışdı. Əslində, İsa Qəmbərin seçkilərlə bağlı planlarını tələm-tələsik ortaya qoyması radikal düşərgənin iddialı təmsilçilərindən olan Əli Kərimlini fakt qarşısında qoymağa hesablanmış bir gediş idi. “Müsavat”çılar o qənaətdə idilər ki, AXCP təmsilçiləri “radikal düşərgənin sirrinin çölə çıxmaması” naminə faktla barışıb İsa Qəmbərin namizədliyini dəstəkləyəcəklər.
Hadisələrin sonrakı gedişi göstərdi ki, “cəbhəçilər” də “Müsavat”ın hiylə işlədərək önə keçmək cəhdlərinə sürprizlərlə cavab vermək niyyətindədirlər. Beləliklə, AXCP-dən “Müsavat”a cavab həmləsi özünü çox gözlətmədi. Tezliklə AXCP-yə bağlılığı ilə tanınan elektron və çap mediasında hansısa onlayn “seçki” keçirildiyi və səsvermədə Əli Kərimlinin İsa Qəmbəri düz beş dəfə üstələdiyi barədə məlumatlar tirajlanmağa başladı. “Facebook” sosial şəbəkəsində keçirilən “seçki”nin nəticəsi AXCP-nin revanş götürməsi və radikal düşərgədə Əli Kərimlinin təbliğatını qurmaq üçün əsas oldu. Partiya funksionerləri bu “nəticələrə” istinad edərək əsaslandırmağa çalışırlar ki, Əli Kərimli radikal düşərgənin “vahid namizəd”i olmağa ən şanslı partiya rəhbəridir.
Əlbəttə, “Müsavat”çılar və elə İsa Qəmbərin özü də “oxun haradan atıldığını” yaxşı bilirlər. Elektron “seçki”nin nəticələri ilə bağlı “Müsavat”dan gələn cavab bu oldu ki, “səsverməni” AXCP düzüb-qoşub və onun nəticəsi reallığı əks etdirməkdən çox uzaqdır. Bununla belə, hər necə də olsa, AXCP-nin onlayn “seçki” oyunbazlığı “Müsavat”çıların qanını əməlli-başlı qaraltmışdı. Müxalifət daxilindən sızdırılan məlumatlarda İsa Qəmbərin öz çiyindaşlarına “heç bir halda ruhdan düşmüş kimi görsənməmək” tapşırığı verdiyi vurğulanırdı. “Vahid namizəd” məsələsinin alınmayacağının fərqində olan “Müsavat”çılar boşluğu doldurmaq və diqqəti elektron “seçki”nin nəticələrindən yayındırmaq məqsədilə növbəti “əcaib-qəraib” təklif irəli sürdülər. Onlar AXCP-nin mövqeyinin ziddinə olaraq ciddi-cəhdlə əsaslandrmaq istəyirlər ki, “vahid namizəd” məsələsi müzakirə mövzusu olmamalıdır, radikal düşərgə “əsas namizədi” müəyyənləşdirməyə çalışmalıdır. Aydın məsələdir ki, “Müsavat”çılar radikal düşərgənin “əsas namizədi” deyəndə mütləq İsa Qəmbəri nəzərdə tuturlar.
“Müsavat”dan gələn bu təklif də AXCP tərəfindən təpki ilə qarşılandı. Görünən budur ki, AXCP üzvləri İsa Qəmbərə zərbə olaraq Əli Kərimlidən zorən “vahid namizəd” düzəltməkdə israrlıdırlar. Hətta partiyanın ayrı-ayrı funksionerləri Əli Kərimlinin qorxaqlıq nümayiş etdirib “vahid namizəd” olmaq iddiasından geri çəkiləcəyi təqdirdə onunla yollarını birdəfəlik ayıracaqlarını bildiriblər.
Əli Kərimli ilə İsa Qəmbərin “mehriban düşmən” münasibəti radikal düşərgənin yeni “birlik” formatı kimi təqdim olunan qondarma “Milli şura”da yenə “vahid namizəd” məsələsində kulminasiya nöqtəsinə çatıb, desək, əsl həqiqəti ifadə etmiş olarıq. İsa Qəmbərin qondarma qurumda öz isminin “vahid namizəd”liyə təsdiqlənməsinə nail olmaq üçün açıq və gizli iş apardığı heç kəsə sirr deyil. “Müsavat”ın başqanı “Milli şura” təmsilçilərinə “Rüstəm İbrahimbəyov “vahid namizəd” olmaq istəyirsə, mütləq Vətənə dönməlidir” mesajını ünvanlayarkən, əslində, diqqəti özünə yönəltmək istəyini ortaya qoyub. Yəni, yol verdiyi məlum cinayətlərə görə məsuliyyətə cəlb olunmaqdan qorxan Rüstəm İbrahimbəyovun Vətənə dönməsi real deyil. “Müsavat”çılar o qənaətdədirlər ki, belə olan halda “Milli şura” üzvlərinin artıq namizəd olmaq istəyini dilə gətirən, hətta seçki qərargahı yaradılan İsa Qəmbərin namizədliyini dəstəkləməkdən özgə çıxış yolları qalmayacaq.
“Milli şura”da təmsil olunan partiyaların açıqlamalarından bəlli olur ki, “Müsavat”ın bu planı da baş tutmayacaq. Çünki məlum bəyanatdan dərhal sonra qondarma qurumun üzvləri İsa Qəmbərə qarşı, necə deyərlər, total hücuma keçərək bildirdilər ki, onun namizədliyini dəstəkləməyəcəklər. Burada diqqəti çəkən əsas məqam isə İsa Qəmbərin əzəli və əbədi rəqibi Əli Kərimlinin məqsədli manevrlər etməsidir. Qondarma “Milli şura” təmsilçilərinin “Müsavat” başqanına kütləvi etirazlarının fonunda Əli Kərimli sanki baş drijor rolunda çıxış edərək “İctimai palata”nın son toplantısında belə bir mövqe ortaya qoyub: “Mən müttəfiq olduğumuza görə İsa Qəmbərin namizədliyini müdafiə etməyəcəyəm. Çünki bu, başqa cür qiymətləndirilə bilər”.
Əslində, Əli Kərimlinin mövqeyi (əgər buna mövqe demək mümkündürsə-red.) başqa cür deyil, necə var, elə də qiymətləndirilir. Ə.Kərimli İsa Qəmbərə əbədi düşmənçiliyinə və bir də “köç geri dönəndə axsaq qabağa düşər” prinsipini əsas tutduğuna görə bu fikri səsləndirib. Çiyindaşı Fuad Qəhrəmanlının bu günlərdə bir daha ifadə etdiyi “Əli Kərimli “Milli şura”nın “vahid namizəd”i olmasa, bundan cəmi “müxalifət çox şey itirəcək” deməsi də bizim qənaətimizin əsaslı olduğunu təsdiqləyir və Əli Kərimlinin İsa Qəmbərlə “müttəfiqlik”də səmimiyyəti nə dərəcədə gözlədiyinə aydınlıq gətirir.

 
  • Oxunub:  20850  |  
  • Tarix:  21-06-2013  |  
  •    Çap et   |  
Get Adobe Flash player
Azərbaycan ilə Avstriya arasında əməkdaşlığın inkişaf perspektivləri müzakirə olunub

21:25
19 Sentyabr
Pakistan Senatının sədri Azərbaycana səfərə gəlib
20:58
19 Sentyabr
Almaniyada medal qazanan karateçilərlə görüş keçirilib
20:54
19 Sentyabr
“Abşeron” yatağından hasilat 2020-2021-ci illərdə nəzərdə tutulur
20:53
19 Sentyabr
Azərbaycan Dövlət Aqrar Universitetinə yüksək balla qəbul olunan 82 tələbəyə əlavə təqaüd veriləcək
20:51
19 Sentyabr
Üç azərbaycanlı cüdoçunun adı Beynəlxalq Cüdo Federasiyasının Şöhrət Zalına daxil edilib
20:49
19 Sentyabr
Azərbaycan Prezidenti neft sənayesi işçilərini təltif edib
20:47
19 Sentyabr
Paşinyanın növbəti iftirası: siyasi imicini itirmiş şoumen
20:43
19 Sentyabr
20 sentyabr - Azərbaycanın neft-qaz sahəsinin dirçəlişinin başlanğıcıdır
20:40
19 Sentyabr
Həştərxanda IV Xəzər Mediaforumu keçirilir
20:36
19 Sentyabr
Aviqdor Liberman Azərbaycanın İsrail üçün strateji əhəmiyyətini və geosiyasi zəruriliyini etiraf edib
20:33
19 Sentyabr
Küveyt Millət Məclisinin sədri Azərbaycanda səfərdədir
20:29
19 Sentyabr
Hikmət Babaoğlu: Paşinyan Azərbaycan əleyhinə səsləndirdiyi cəfəng iddialarla küçə siyasətçisi səviyyəsindən yuxarı qalxa bilmir
18:06
19 Sentyabr
Misir nümayəndə heyəti Azərbaycandakı dini tolerantlığı yüksək qiymətləndirib
18:04
19 Sentyabr
Seymur Orucov: Sentyabrın 15-də Bakıda keçirilən hərbi parad öz möhtəşəmliyi ilə müasir tariximizə qızıl hərflərlə yazıldı
18:03
19 Sentyabr
Hadi Rəcəbli: Qaçqınların və məcburi köçkünlərin problemlərinin həlli daim dövlətimizin diqqət mərkəzindədir
18:02
19 Sentyabr
Musa Quliyev: Milli Məclisin payıs sessiyasında səhiyyə sahəsində bir sıra qanunların müzakirəsi nəzərdə tutulur
17:59
19 Sentyabr
Elmar Məmmədyarov: Azərbaycanda İKT-nin inkişafı hökumətin gündəliyində prioritet sahələrdən biridir
17:43
19 Sentyabr
Bakı Beynəlxalq Cüdo Federasiyasının gender bərabərliyinə həsr olunan ilk beynəlxalq konfransına ev sahibliyi edib
17:20
19 Sentyabr
Ramin Quluzadə Avstriyanın vitse-kansleri ilə görüşüb
17:18
19 Sentyabr
BDU ilə Vyetnam universitetləri arasında əlaqələrin genişləndirilməsi ilə bağlı müzakirələr aparılıb
17:17
19 Sentyabr
Qırğızıstan Joqorku Keneşinin sədri Azərbaycana səfərə gəlib
17:08
19 Sentyabr
Mahmud Əhməd Şərif: Misir Azərbaycan ilə sıx münasibətlərin davam etməsində maraqlıdır
17:06
19 Sentyabr
YAP Xəzər rayon təşkilatının yaranmasının 25 illiyi qeyd olunub
16:58
19 Sentyabr
Rüstəm Orucov: Cüdo üzrə milli komandamız çox yaxşı formadadır
16:55
19 Sentyabr
SOCAR gələn il Türkiyədə yeni neft-kimya kompleksinin inşasına başlayacaq
16:50
19 Sentyabr
Azərbaycan-Cibuti parlamentlərarası əlaqələri müzakirə olunub
16:28
19 Sentyabr
Omanın Dövlət Şurası sədrinin Azərbaycana səfəri başlayıb
16:26
19 Sentyabr
Gələn il “Şəfəq-Asiman” strukturunda ilk quyu qazılacaq
16:23
19 Sentyabr
Azərbaycan-Türkiyə dostluq və qardaşlıq münasibətləri hər bir sahədə uğurla inkişaf edir
16:21
19 Sentyabr
Van İ: Dövlət başçıları arasında əldə edilmiş razılaşmalar Azərbaycan-Çin münasibətlərinin inkişafının əsasını təşkil edir
16:17
19 Sentyabr
Türkiyə Böyük Millət Məclisinin nümayəndə heyəti Milli Məclisdə görüşlər keçirib
16:15
19 Sentyabr
Təlimə cəlb olunan hərbi hissələrin və hərbi texnikanın döyüş qabiliyyəti yoxlanılıb
16:00
19 Sentyabr
SOCAR: “Qarabağ”da ilk quyunun gələn ilin birinci yarısında qazılması planlaşdırılır
15:56
19 Sentyabr
Səudiyyə Ərəbistanı Məşvərət Şurasının sədri Azərbaycandadır
15:51
19 Sentyabr
Almatıda Azərbaycan - Qazaxıstan turizm forumu keçiriləcək
15:48
19 Sentyabr
“Bakı-2018”: Cüdo üzrə dünya çempionatının püşkü atılıb
15:45
19 Sentyabr
Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun himayəsində yaradılan “Dədə Qorqud” kamera orkestrinin təqdimatı olacaq
15:34
19 Sentyabr
Daşkənddə “Tasanno-2018” milli mətbəx festivalında Azərbaycan da təmsil olunub
15:13
19 Sentyabr
Bakı Kitab Mərkəzində Milli Musiqi Günü qeyd edilib
15:01
19 Sentyabr
İbrahim Öztək: Bakıda keçirilən parad Azərbaycan-Türkiyə birliyini bir daha bütün dünyaya göstərdi
14:54
19 Sentyabr
Ömrünü kimya elminin inkişafına həsr etmiş görkəmli alim
14:51
19 Sentyabr
Görkəmli şərqşünas alim Aida İmanquliyevanın xatirəsi anılıb
14:44
19 Sentyabr
"Səs” İnformasiya Agentliyinin 10 illik yubileyi qeyd edilib
14:32
19 Sentyabr
AHİK sədri: Azərbaycan ilə BƏT arasında əməkdaşlıq müxtəlif sahələrin inkişafına töhfə verir
14:21
19 Sentyabr
Fəxri ad almış bir qrup mədəniyyət xadiminə orden və medallar təqdim olunub
14:09
19 Sentyabr
UNESCO-nun Mərkəzi Asiya üzrə koordinatoru Bakıda beynəlxalq simpoziuma qatılacaq
14:05
19 Sentyabr
Azərbaycanın və Ukraynanın Dövlət Miqrasiya xidmətləri arasında əməkdaşlıqla bağlı fikir mübadiləsi aparılıb
14:03
19 Sentyabr
Moskvada “Bakı şəhərinin azad olunması – 100” mövzusunda “dəyirmi masa” keçirilib
14:01
19 Sentyabr
Elçin Əhmədov: Azərbaycan-Türkiyə birliyi və strateji tərəfdaşlığı regional təhlükəsizlik baxımından mühüm əhəmiyyət kəsb edir
12:38
19 Sentyabr
Bakıda “Dini mərasimlər: ənənəvilik və müasirlik” mövzusunda tədbir keçirilir
12:35
19 Sentyabr
Mehdi Hüseynzadənin 100 illiyi ilə bağlı birgə tədbirlər keçirəcək
12:32
19 Sentyabr
Pirallahıda Beynəlxalq Sülh Günü münasibətilə fləşmob keçirilib
12:29
19 Sentyabr
Məktəb direktorları ilə görüşdə qarşıda duran vəzifələrlə bağlı müzakirələr aparılıb
12:15
19 Sentyabr
Gənclər Fondu gənclər təşkilatlarına təklif edilən imkanlar barədə təqdimat keçirib
12:06
19 Sentyabr
Cibuti Milli Assambleyasının sədri Azərbaycana səfərə gəlib
11:45
19 Sentyabr
Bakıda keçiriləcək cüdo üzrə dünya çempionatı 190-dan çox ölkəyə yayımlanacaq
11:45
19 Sentyabr
Nazirlər Kabinetinin rəsmi internet saytı yeni tərtibatda fəaliyyətə başlayıb
11:38
19 Sentyabr
Azərbaycan Prezidenti İlham Əliyev Avstriyanın vitse-kanslerinin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib
11:31
19 Sentyabr
Naxçıvanda Milli Musiqi Günü qeyd edilib
11:09
19 Sentyabr
Gürcüstan parlamentinin nümayəndə heyəti Azərbaycan parlamentinin 100 illik yubileyi tədbirlərində iştirak edəcək
11:07
19 Sentyabr
Sabah Bakıda cüdo üzrə dünya çempionatına start veriləcək
10:58
19 Sentyabr
Rusiyanın sərhəd gözətçi gəmisinin və Dövlət Sərhəd Xidmətinin gəmi və katerlərinin iştirakı ilə birgə təlimlər keçirilib
10:47
19 Sentyabr
Müdafiə naziri yüksək dağ zirvələrində yerləşən bölmələrin döyüşə hazırlığını yoxlayıb
10:45
19 Sentyabr
Görkəmli şərqşünas alim Aida İmanquliyevanın xatirəsi ürəklərdə əbədi yaşayır
10:25
19 Sentyabr
Ermənistan silahlı qüvvələri iriçaplı pulemyotlardan da istifadə etməklə atəşkəs rejimini 87 dəfə pozub
10:22
19 Sentyabr
Neftçilərə yeni mənzillərinin orderləri təqdim edilib
17:58
18 Sentyabr
Bakı Dövlət Universitetində beynəlxalq elmi konfrans: “Dünya azərbaycanlıları: tarix və müasirlik”
17:54
18 Sentyabr
Nazir müavini: “Kaşaqan” neftinin gələcəkdə Bakı-Tbilisi-Ceyhan kəməri ilə nəqli planlaşdırılır
17:53
18 Sentyabr
Bilik Fondu Abşeronda və Tərtərdə Milli Musiqi Gününü qeyd edib
17:51
18 Sentyabr
Məcburi köçkünlərin növbəti qəbulu keçirilib

Video

 

Müsahibə

 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30
HAVA HAQQINDA
Bakı
gündüz+23 +26
gecə+18 +20