Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / “Beşinci kolon” erməni lobbisinin ruporu rolunda...

“Beşinci kolon” erməni lobbisinin ruporu rolunda...

22.01.2021 [09:17]

Nardar Bayramlı

Hazırda Azərbaycanın inkişafında yeni mərhələ başlayıb. 30 ilə yaxın işğal altında olan torpaqlarımızın 44 günlük Vətən müharibəsi nəticəsində azad edilməsi ölkəmizin gələcək inkişafında yeni perspektivlər açır. Öz növbəsində, Vətən müharibəsi dövründən birlik nümayiş etdirən Azərbaycan cəmiyyəti işğaldan azad edilmiş torpaqlarda həyata keçiriləcək quruculuq işlərində də yaxndan iştirak etməyə hazırdır.
Onu da bir daha vurğulamaq yerinə düşər ki, müharibədən məğlub çıxmış Ermənistan cəmiyyətində Paşinyan hakimiyyətinə qarşı etirazlar səngimək bilmir. Amma Ermənistan hakimiyyəti, həmçinin erməni lobbisi əhalini inandırmağa çalışır ki, guya münaqişə bitməyib, kapitulyasiyadan söhbət getmir və s. Diqqətçəkən məqamlardan biri isə budur ki, Azərbaycandakı radikal müxalifətin, xaricdəki “sapı özümüzdən olan balta”ların də mövqeyi məhz Ermənistan hakimiyyətinin mövqeyi ilə üst-üstə düşür. Noyabrın 10-dan etibarən “beşinci kolon”un təmsilçiləri bütün imkanları ilə Ermənistanın məğlub olmadığını sübut etməyə çalışır və bu məqsədlə cəmiyyətimizdə yanlış rəy formalaşdırmağa cəhd göstərirlər.
Məsələn, AXCP sədri Əli Kərimli, “Milli şura” sədri Cəmil Həsənli sosial şəbəkələrdə müntəzəm olaraq bu barədə danışırlar. Eləcə də “beşinci kolon”a məxsus olan internet kanalları da davamlı olaraq erməni lobbisinin, ermənipərəst mərkəzlərin tezislərini təkrarlamaqla məşğuldur.
Elə ötən gün “Azərbaycan saatı” və “Osmanqızı TV” “youtube” kanallarında aparılan “müzakirələr” də buna sübutdur. Həmin kanallarda çıxış edən aparıcılar və “ekspert”lər hər vəchlə Ermənistanın guya kapitulyasiyaya uğramadığını sübut etməkdən ötrü dərindən-qabıqdan çıxırdılar. Amma nədənsə onlar işğal altında olan torpaqlarımızın böyük hissəsinin rəşadətli ordumuzun, qəhrəman hərbçilərimizin şücaəti hesabına azad olunmasından, erməni ordusunun darmadağın edilməsindən, buna görə də işğalçıların məcbur olub Ağdam, Kəlbəcər və Laçın rayonlarını geri qaytarmasından danışmırlar. Bu antimilli ünsürlərə yaxşı məlumdur ki, 10 noyabr birgə Bəyanatından sonra Azərbaycanla Ermənistanın dövlət sərhədləri də dəqiqləşdirilir və ölkəmizin dövlət sərhədi tam olaraq bərpa olunmaqdadır, qarşı tərəfə heç bir güzəştdən söhbət getmir. Eləcə də razılaşmalara əsasən, regionda kommunikasiyalar da bərpa olunacaq ki, bu da Azərbaycanın maraqlarına tam cavab verir. Uzun illər Naxçıvan Muxtar Respublikasını blokadada saxlayan Ermənistan bu razılaşma ilə “Mehri dəhliz”inin bərpa edilməsinə razılıq verməyə məcbur oldu. Kommunikasiyaların bərpası Azərbaycanın iqtisadi qüdrətini, beynəlxalq müstəvidə mövqeyini və nüfuzunu daha da gücləndirən amillərdən biridir. 10 noyabr razılaşmasına uyğun olaraq növbəti mərhələlərdə isə məcburi köçkün olan azərbaycanlıların Dağlıq Qarabağa geri qaytarılması nəzərdə tutulur. Amma “beşinci kolon”un nümayəndələri sadaladığımız bu məqamların üzərindən yan keçir və bizim üçün bu amillərin əhəmiyyətindən söz açırmırlar. Onlar “bulanıq suda balıq tutmaq” məqsədilə ictimai rəyi yanıltmağa çalışırlar.
Görünən odur ki, radikallar öz ənənələrinə sadiq qalaraq xaricdəki ermənipərəst qüvvələrlə sinxron fəaliyyət göstərir, daha doğrusu, onların sifarişlərini yerinə yetirirlər. Bununla da həmin dairələrin əlində alət olduqlarını bir daha sübut etmiş olurlar. Əks halda, onların mövqeləri üst-üstə düşməzdi.

Paylaş:
Baxılıb: 376 dəfə

Müəllifin digər məqalələri:

Radikal müxalifətin kor xisləti

Xalqımız 30 ilə yaxın müddətdə...

07.06.2021 [09:16]

Radikallar milli maraqlara zidd mövqe sərgiləyirlər

Vətən müharibəsində qazanılan...

26.05.2021 [09:12]

AXCP funksioneri Nurəddin Məmmədlinin növbəti manipulyasiyası

Ötən illər ərzində Azərbaycan...

20.05.2021 [09:15]

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

İqtisadiyyat

Siyasət

Siyasət

Siyasət

1 il tez...

18 Aprel 10:21

Gündəm

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30