Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Savadsızlıq, yoxsa qərəz?

Savadsızlıq, yoxsa qərəz?

25.02.2021 [09:04]

Pərviz Sadayoğlu

Yaxud Gültəkin Hacıyeva hansı maraqlara və məqsədlərə xidmət etdiyini növbəti dəfə ortaya qoyub
Radikal müxalifət düşərgəsinin təmsilçiləri hər fürsətdə sosial şəbəkələrdə, əllərində olan internet resurslarında ölkəmizə, Vətən müharibəsində əldə etdiyimiz Zəfərə qarşı kampaniyalar həyata keçirir, ermənilərin tezislərinə əsaslanan təbliğat aparırlar. Bu fəaliyyətin önündə gedənlərdən biri olan Gültəkin Hacıyeva da mütəmadi olaraq təxribatçı çıxışları ilə fərqlənir. Məsələn, bir neçə gün öncə sosial şəbəkələrdə ermənilərin ciddi cəhdlə yaymağa çalışdıqldarı yalanları “arqument” kimi ictimai rəyə sırımağa çalışan, gah düşmən ölkənin bəzi təmsilçilərinin iddialarını təkrarlayan, gah da azərbaycanlı məcburi köçkünlərin işğaldan azad edilmiş ərazilərə köçürülməsi ilə bağlı məqamlara düşmən rakursundan yanaşan G.Hacıyeva növbəti dəfə hansı maraqlara və məqsədlərə xidmət etdiyini ortaya qoyub. Yəni G.Hacıyeva məlum müsahibəsində ya savadsızlığından, ya da qərəzindən irəli gələrək bütün məsələləri yanlış rakursdan təqdim etməyə, hətta işğaldan azad edilmiş torpaqlara qayıdışla bağlı cəmiyyətdə çaşqınlıq yaratmağa cəhd göstərib.
Beləliklə, Gültəkin Hacıyevaya və düşərgədaşlarına xatırlatmaq yerinə düşər ki, Azərbaycan dövləti işğaldan azad edilmiş torpaqlara Böyük Qayıdışın reallaşması ilə bağlı mühüm addımlar atmaqdadır. Hətta ölkəmizin gələcək inkişafının əsas hədəflərini özündə əks etdirən “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”də də Böyük Qayıdış, işğaldan azad edilmiş torpaqlarda dayanıqlı yaşayışın və təhlükəsizliyin təmini ilə bağlı mühüm müddəalar yer alır. Görünən budur ki, G.Hacıyeva qəsdən və qərəzli şəkildə dövlətin bu istiqamətdə apardığı siyasətə qara yaxmağa çalışır. Maraqlıdır ki, müsahibəsi boyunca ötən 30 ilə yaxın müddətdə Azərbaycan torpaqlarını işğal altında saxlayan, rayonlarımızı, kənd və şəhərlərimizi xarabalığa çevirmiş ermənilər haqqında bir kəlmə belə mənfi fikir işlətməyən G.Hacıyeva həmin torpaqların yenidən dirçəldilməsi, insanların həmin ərazilərdə dayanıqlı məskunlaşmasını təmin etmək üçün müxtəlif proqramlar, layihələr həyata keçirən, oranın abadlaşdırılması üçün hətta xarici investorları belə bu layihələrə cəlb edən Azərbaycan dövlətini hədəfə alır. Bu, bir daha G.Hacıyevanın məhz erməniləri himayə və havadarlıq edən dairələrin sifarişləri ilə danışdığını təsdiqləyir.
Digər tərəfdən, məlumdur ki, bu gün Azərbaycan dövləti həm də Ermənistan tərəfindən 30 ilə yaxın müddətdə işğal altında saxlanılmış torpaqlarımızda həyata keçirilmiş növbəti hərbi cinayət-minalanma ilə bağlı problemi həll etmək üçün səfərbər olub. Hətta qeyri-hərbi təyinatlı əraziləri belə minalayan mənfur düşmən həmin minalanmış ərazilərin xəritələrini Azərbaycana təqdim etməkdən boyun qaçırır. Azərbaycan dövləti bu gün həmin ərazilərdə genişmiyaslı minatəmizləmə fəaliyyəti həyata keçirməkdədir. Belə çıxır ki, ermənilərin hərbi cinayətini ifşa etmək əvəzinə Azərbaycan dövlətindən işğaldan azad edilmiş torpaqlarda indidən məskunlaşma aparmağı “tələb edən” G.Hacıyeva həmin minaların ard-arda partlamasını və günahsız insanların həyatını itirməsini arzulayır. Əslində, bir vaxtlar COVID-19 pandemiyasının daha çox davam etməsini arzulayan birindən bu mövqeni görmək heç də təəccüblü deyil. Siyasi ambissiyaları, xidmət etdikləri dairələrdən alacaqları maddi vəsaitlər gözünü bağlamış belələri üçün xalq və ya dövlət anlayışları artıq yox dərəcəsindədir.

Paylaş:
Baxılıb: 333 dəfə

Müəllifin digər məqalələri:

Əzrayılın bala paylaması...

Yaxud, Makronun “bazar...

24.09.2021 [15:29]

Ermənipərəst Sevinc Osmanqızı süni gündəm axtarışında...

Məlum olduğu kimi, bu gün...

02.06.2021 [08:56]

Qənimət Zahidin ictimai rəyi yanıltmaq və xalqı aldatmaq cəhdləri iflasa məhkumdur

İşğaldan azad olunmuş torpaqlarımızın...

28.05.2021 [10:07]

Əli Kərimlinin tükənməz erməni sevgisi

44 günlük Vətən müharibəsi...

25.05.2021 [08:49]

Cıdır düzündə Azərbaycan ruhu...

Şuşada keçirilən...

20.05.2021 [09:28]

Sevinc Osmanqızının antimilli təbliğatı

Yaxud xəyanətkar...

19.05.2021 [08:31]

Xəbər lenti

Hamısına bax

Mədəniyyət

Maraqlı

Ədəbiyyat

Xəbər lenti

İqtisadiyyat

Siyasət

32 il sonra...

20 Aprel 10:20  

Gündəm

Siyasət

Xəbər lenti

Ədəbiyyat

Maraqlı

Mədəniyyət

Sosial

İqtisadiyyat

MEDİA

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30