Ana səhifə »  Müəlliflər »  Radikal düşərgədə ziddiyyətlər pik həddə çatıb
A+   Yenilə  A-
Radikal düşərgədə ziddiyyətlər pik həddə çatıb
Yazdı: Mübariz Abdullayev

Bu ziddiyyətlər dağıdıcı müxalifət partiyaları arasında açıq və gizli savaşa rəvac verir
Qarşıdan gələn prezident seçkiləri ilə bağlı cərəyan edən proseslər radikal düşərgədə bəzi məqamlara işıq salıb. Artıq burada kimin kim olduğu üzə çıxıb, partiyalar, ayrı-ayrı şəxslər arasındakı münasibətlərə aydınlıq gətirilib. Daha dəqiq desək, baş verən proseslərə nəzər saldıqda aydın görünür ki, AXCP, “Müsavat” kimi partiyaların, həmçinin, dağıdıcıların sıralarına bir qədər gec qatılan reneqat Eldar Namazovun yenicə bəyan etdiyi “El” hərəkatının təmsilçiləri eyni düşərgəni paylaşmalarına baxmayaraq, onların arasında antaqonist ziddiyyətlər var və bu ziddiyyətlər partiyalar arasında açıq və gizli savaşa rəvac verir.
Radikal müxalifət partiyaları arasındakı ziddiyyətlər ilk növbədə korporativ maraqlardan qaynaqlanır. Məlumdur ki, radikallar qarşıdan gələn prezident seçkilərində hansısa uğura imza atacaqlarına əmin deyillər. Buna görə də, onlar seçkiqabağı dövrdə əsas potensiallarını daxili cəbhədə bir-birlərini üstələməyə yönəldiblər. Yəni, radikal düşərgədəki partiya rəhbərlərinin hər birinin hədəfi mühüm ictimai-siyasi hadisə ərəfəsində rəqiblərindən bir baş üstün mövqeyə yüksəlməkdən və beləliklə də, müəyyən xarici dairələrdən düşərgəyə ayrılan paraya əllərinin daha tez və çox çatmasını təmin etməkdən ibarətdir.
Yeri gəlmişkən, hazırda radikal düşərgədə gedən nüfuz savaşının üç tərəfini fərqləndirmək mümkündür. Bunlardan biri dağıdıcı düşərgəni inhisara alan AXCP və Müsavat Partiyasıdır. AXCP-nin sədri Əli Kərimli və “Müsavat”ın başqanı İsa Qəmbər özlərini radikalların əsas güc mərkəzi sayırlar və o qənaətdədirlər ki, müxtəlif dairələrdən radikal düşərgəyə ünvanlanan bütün imtiyazlar (məsələn, anti-Azərbaycan fəaliyyətin müqabilində ayrılan qrantlar, ianələr və s.-M.A.) “onlara və yerdə qalanlar”a prinsipi əsasında bölüşdürülməlidir.
Açıq deyək ki, AXCP və “Müsavat” funksionerləri, ələlxüsus da, rəhbərlik etdikləri partiyaları bir növ özününküləşdirən Əli Kərimli ilə İsa Qəmbər istəklərinə müəyyən qədər nail olublar. Onların dəbdəbəli həyat tərzi keçirmələri, övladlarını xaricdə pullu təhsil almağa göndərmələri və digər cəhətlər bu deyilənlərin təsdiqidir. Elə bu günlərdə mətbuatda AXCP sədrinin oğlunun xaricdə yaşaması və təhsil xərclərinə ildə 100 min dollara yaxın vəsait sərf etdiyi barədə xəbərlər yayıldı və onun özü də bu məlumatları sükutla qarşılayaraq gündəmdən tez çıxarmağa çalışdı. Sual olunur: Haradandır bu pullar? Əslində, mənbə bəllidir. Məlum xarici anti-azərbaycançı mərkəzlərin ölkəmizə qarşı fəaliyyətin müqabilində radikal düşərgəyə yönəltdiyi vəsaitlər ilk növbədə partiya rəhbərlərinin cibinə gedir. AXCP və Müsavat Partiyasının bir-birləri arasında və radikal düşərgənin yerdə qalan digər təmsilçilərinə qarşı apardıqları barışmaz savaşın motivi də bununla bağlıdır. Onlar hər cür hərəkətə yol verməyə, zaman-zaman cildlərini dəyişməyə hazırdırlar, təki rəqibi üstələyərək “yağlı tikə”yə daha geniş çıxış imkanı qazansınlar, təki, özlərinin dili ilə desək, bazarlarına heç bir yeni qüvvə girməsin...
Yeri gəlmişkən, cərəyan edən proseslər göstərir ki, radikal düşərgəni inhisara alan partiyaların “bazarlığına” şərik olmaq istəyən qüvvələr də var. Belə ki, özünü radikallar arasında “yeni qüvvə” adlandıran reneqat Eldar Namazov nüfuz savaşında özünü tərəflərdən biri kimi təsdiqlətməyə çalışır. O, bu mübarizədə özünə dəstək naminə qondarma “El” hərəkatı yaradıb. Düzdür, reneqat Eldar Namazov da istəyinə müəyyən qədər nail olub. Belə ki, Əli Kərimli ilə İsa Qəmbər arasında səngimək bilməyən rəqabətdən özünəxas tərzdə məharətlə bəhrələnən Eldar Namazov indi onlarla eyni masa arxasında oturub radikal düşərgəyə aid hansısa məsələləri müzakirə edir.
Lakin bütövlükdə Eldar Namazov və onun bəyan etdiyi qondarma “El” hərəkatı radikal düşərgədə yeni bir qüvvəyə çevrilməyə müvəffəq olmadı. Eldar Namazovun bu uğursuzluğuna onun AXCP və “Müsavat”dan müxtəlif şirnikləndirici vasitələrlə “elektorat ovu” əməliyyatının sərt təpkilərlə qarşılanması, eləcə də, özünün cəmiyyətdə qazandığı “reneqat” imici həlledici təsir göstərdi. Hətta Rüstəm İbrahimbəyovun xaricdən nümayiş etdirdiyi dəstək jestləri də reneqtın köməyinə çatmadı. İnsanlar ləkəli keçmişi olan belə birisindən məsafədə dayanmağa üstünlük verirlər. Odur ki, qondarma “El” hərəkatı yeni yaransa da, artıq taleyin ümidinə buraxılıb və ondan hansısa gözləntilər yoxdur. Elə reneqat Eldar Namazovun özü də axır vaxtlarda xeyli dərəcədə məyus görünür. Siyasi müşahidəçilər bildirirlər ki, Eldar Namazov radikalların ona qarşı sərgilədikləri təpkilərdən sarsılıb və indi revanş götürmək üçün məqam gözləyir.
Radikal düşərgədəki digər partiyaları və qrupları isə nüfuz savaşında üçüncü tərəf kimi xarakterizə etmək mümkündür. Düzdür, radikal düşərgəni inhisara alan AXCP və “Müsavat” tərəfindən küncə sıxışdırılan belə partiyaların və qrupların fəaliyyəti çox az hiss olunur. Lakin həmin partiyaların təmsilçiləri məqam düşəndə AXCP-nin, “Müsavat”ın, eləcə də, “El” hərəkatının ünvanına narazılıqlar səsləndirməkdən çəkinmirlər. AXCP və “Müsavat”ı inhisarçılıqda, qondarma “El” hərəkatının rəhbəri Eldar Namazovu dönüklükdə günahlandıran həmin küncə sıxışdırılan partiyaların və qrupların təmsilçiləri o qənaətdədirlər ki, üçlüyün bütövlükdə radikal düşərgə adından danışmağa haqqı çatmır. Çünki AXCP, “Müsavat” və qondarma “El” hərəkatı cəmi radikal müxalifət düşərgəsi demək deyil. Əli Kərimli, İsa Qəmbər və yaxud reneqat Eldar Namazov ən yaxşı halda təmsil etdikləri qurumlar adından çıxış edə bilərlər.
AXCP, Müsavat Partiyası, “El” hərəkatı arasında, eləcə də, radikal düşərgədə cəm olan bu azlıqla digərləri arasında baş alıb gedən ziddiyyətlər radikalların yeni birlik formatı kimi təqdim olunan qondarma “Milli şura”da yeni çalarlarla daha qabarıq şəkildə özünü büruzə verir. Hətta “Milli şura”da təmsil olunanların özləri də Əli Kərimlinin, İsa Qəmbərin, Eldar Namazovun qondarma qurumda və bütövlükdə radikal düşərgədə hegemonluq iddialarından şikayətçidirlər. Bu xüsusda söhbət açan “Milli şura”nın və “İctimai palata”nın koordinasiya şurasının üzvü Vidadi Mirkamal deyib: “Mən yalnız “Milli şura”nın təsis sessiyasında iştirak etmişəm. Onlar iclası daha çox üçlər formatında aparırlar. Adətən, İsa Qəmbər, Əli Kərimli və Eldar Namazov görüşərək müzakirələr aparırlar. Başqa sözlə, təkcə mənim deyil, “Milli şura”nın çoxlu sayda üzvünün bu iclaslara qatılmaq imkanı yoxdur”.
Beləliklə, biz radikal düşərgədə cəm olan partiyalar, qruplar arasındakı yalnız bəzi ziddiyyətli məqamlara nəzər saldıq. Əslində isə bu ziddiyyətlərin kökü daha dərin, miqyası daha genişdir.

 
  • Oxunub:  20640  |  
  • Tarix:  25-06-2013  |  
  •    Çap et   |  
Get Adobe Flash player
Ötən 24 ildə “Əsrin müqaviləsi” Azərbaycanın dinamik inkişafının əsas mənbəyi rolunda çıxış edib

11:19
21 Sentyabr
Azərbaycanın xarici işlər naziri BMT Baş Assambleyasının 73-cü sessiyasında iştirak etmək üçün Nyu-Yorka yola düşüb
11:14
21 Sentyabr
Azərbaycanda “bir pəncərə” sistemi kifayət qədər rəğbət və populyarlıq qazanıb
11:08
21 Sentyabr
Azərbaycanla Avstriya nəqliyyat və innovasiya sahəsində işçi qrupu yaradacaq
11:06
21 Sentyabr
Stavropol şirkətləri məhsullarını Azərbaycana ixrac etmək üçün tərəfdaş axtarır
11:01
21 Sentyabr
Gənclər rəqəmsal ekosistem barədə məlumatlandırılıb
11:00
21 Sentyabr
Sevinc Fətəliyeva: Paşinyan siyasi klounluqla məşğuldur
10:58
21 Sentyabr
Dünya Həndbol Federasiyasının prezidenti: Azərbaycanda həndbolun inkişafına kömək göstərməyə hazırıq
10:56
21 Sentyabr
Tahir Rzayev: Hazırda Azərbaycan Cənubi Qafqazın lider dövləti statusunu inamla daşıyır
10:16
21 Sentyabr
Azərbaycan 2020-ci ildə Enerji Xartiyası Konfransına sədrlik edəcək
10:14
21 Sentyabr
Almatıda Qazaxıstan-Azərbaycan turizm forumu keçirilib
10:12
21 Sentyabr
Bakıda cüdo üzrə dünya çempionatı davam edir
10:01
21 Sentyabr
Milli Məclisdə Azərbaycan parlamentinin 100 illiyi münasibətilə təntənəli iclas keçirilir
09:27
21 Sentyabr
Növbəti tədbir “Əsrin müqaviləsi Azərbaycanın neft sənayesi tarixində misilsiz bir hadisədir" adlanıb
09:24
21 Sentyabr
Azərbaycan nümayəndə heyəti Qərbi Çin Beynəlxalq Sərgisində iştirak edib
20:22
20 Sentyabr
Səccad Kərim: Azərbaycanda mövcud olan birgəyaşayış modeli bir çox ölkələr üçün nümunədir
20:04
20 Sentyabr
Nikol Paşinyanın Paris yalvarışları və növbəti böhtanları: erməni baş nazir öz ampluasında
20:00
20 Sentyabr
Azərbaycan-Vyetnam münasibətləri zəngin ənənələrə malikdir
19:51
20 Sentyabr
Gəncədə qanvermə aksiyasında 540 nəfər könüllü qan verib
19:48
20 Sentyabr
“ASAN xidmət”in fəaliyyəti Fransa mətbuatında
19:46
20 Sentyabr
Azərbaycan ilə Qətər arasında mədəniyyət sahəsində əlaqələrin inkişafı müzakirə olunub
19:43
20 Sentyabr
İndiyədək TANAP-la Türkiyəyə 200 milyon kubmetrədək “Şahdəniz” qazı nəql olunub
19:41
20 Sentyabr
İordaniyanın “Ər-Ray” dövlət qəzeti Qarabağ məsələsində Türkiyənin Azərbaycana dəstəyindən yazır
19:07
20 Sentyabr
Azərbaycan Milli Məclisi ilə NATO Parlament Assambleyası arasında sıx əlaqələr mövcuddur
19:06
20 Sentyabr
Azərbaycan-Pakistan təhsil əlaqələrinin geniş perspektivləri var
18:29
20 Sentyabr
Belarus parlamenti Nümayəndələr Palatasının sədri Azərbaycanda səfərdədir
18:26
20 Sentyabr
“İki sahil” Neftçilər Gününə həsr olunmuş xüsusi buraxılış hazırlayıb
18:14
20 Sentyabr
Özbəkistan Bakı-Tbilisi-Qars vasitəsilə öz xarici ticarət yüklərinin daşınma həcminin artırılmasında maraqlıdır
18:01
20 Sentyabr
Əmək və əhalinin sosial müdafiəsi nazirliyi və Kiçik və Orta Biznesin İnkişafı Agentliyi arasında memorandum imzalanıb
18:00
20 Sentyabr
Milli Məclisdə Hindistan parlamentinin nümayəndə heyəti ilə görüş keçirilib
17:55
20 Sentyabr
Rektor: Dövlət Pedaqoji Universiteti bu günədək 150 mindən çox pedaqoji kadr hazırlayıb
17:54
20 Sentyabr
Xələf Xələfov: Azərbaycan Ermənistan rəhbərliyini sələflərinin səhvini təkrarlamamağa çağırır
17:50
20 Sentyabr
XİN: Cəbhə bölgəsində yaranmış gərginliyin bütün məsuliyyəti Ermənistan rəhbərliyinin üzərinə düşür
17:49
20 Sentyabr
Genişmiqyaslı təlimlərdə gündüz vaxtı döyüş atışları keçirilib
17:47
20 Sentyabr
ABŞ Dövlət Departamenti: Azərbaycan 2017-ci ildə terrorçuluqla mübarizədə Birləşmiş Ştatların güclü tərəfdaşı olub
17:46
20 Sentyabr
Bu gün Azərbaycan gəncliyində vətənpərvərlik ruhu çox yüksəkdir
17:43
20 Sentyabr
Birinci vitse-prezident Mehriban Əliyeva NATO baş katibinin müavininin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb
17:40
20 Sentyabr
Azərbaycan-Pakistan əlaqələrinin inkişaf perspektivləri müzakirə olunub
17:36
20 Sentyabr
Naxçıvanda Aşura mərasimləri keçirilib
17:24
20 Sentyabr
Prezident İlham Əliyev NATO baş katibinin müavininin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib
17:22
20 Sentyabr
Prezident İlham Əliyev bir sıra ölkələrin parlament rəhbərlərini qəbul edib
17:09
20 Sentyabr
Pakistan Senatının sədri Milli Məclisdə olub
17:05
20 Sentyabr
Ağcabədidə Aşura günündə hemofiliyalı və talassemiyalı xəstələr üçün qan verilib
16:57
20 Sentyabr
Van Çunqan: Azərbaycanın iqtisadiyyatı qarşılıqlı investisiya qoyuluşları üçün əlverişlidir
16:53
20 Sentyabr
AMEA-nın prezidenti Akif Əlizadə Belarusda medalla təltif edilib
16:49
20 Sentyabr
Azərbaycanın Milli Olimpiya Komitəsinin nümayəndəsi Madriddə beynəlxalq marketinq seminarında iştirak edib
16:44
20 Sentyabr
Dövlət İdarəçilik Akademiyasında ilk mühazirə “Heydər Əliyev Dövlət İdarəçiliyi Məktəbi”ndə dinlənilib
16:39
20 Sentyabr
Aşura günü Qubada keçirilən humanitar aksiyada 100-dən çox könüllü qan verib
16:29
20 Sentyabr
Fəxri xiyabanda görkəmli alim Rəfiqə Əliyevanın xatirəsi anılıb
16:27
20 Sentyabr
Professor Oleq Kuznetsov: SSRİ DTK da daşnakları təhlükəli hesab edib
16:22
20 Sentyabr
Qırğızıstan Joqorku Keneşinin sədri TÜRKPA Katibliyində olub
16:18
20 Sentyabr
UNEC yeni tədris ilinə yüksək keyfiyyət göstəriciləri ilə start verib
16:07
20 Sentyabr
Qurban Qurbanov: “Futbolçular meydanda əlindən gələni edəcək”
15:49
20 Sentyabr
Bu gün “Qarabağ” UEFA Avropa Liqasının qrup mərhələsində ilk oyununa çıxacaq
15:44
20 Sentyabr
Ağsuda keçirilən qanvermə aksiyasında 70 litrədək qan toplanıb
15:38
20 Sentyabr
Aşura günündə Bərdə və Beyləqanda 150 nəfər könüllü qan verib
15:26
20 Sentyabr
Varşavada Avropa Xəbər Agentlikləri Alyansının növbəti konfransı keçirilir
15:22
20 Sentyabr
Suveren Fondların Beynəlxalq Forumunun XII illik yığıncağı Bakıda keçiriləcək
15:07
20 Sentyabr
ATƏT-in İnsan Ölçüsü üzrə illik görüşündə Ermənistanın təcavüzkar siyasətindən danışılıb
15:05
20 Sentyabr
Azərbaycanda Çinlə birgə elektron ticarət platformasının yaradılması təklif olunub
14:45
20 Sentyabr
Kiyevdəki Azərbaycan Ticarət Evi məhsullarımızın Ukrayna bazarında satışı üçün sertifikat və lisenziya alıb
14:42
20 Sentyabr
Bolqarıstan Azərbaycanın həyata keçirdiyi qlobal layihələrə böyük maraq göstərir
14:41
20 Sentyabr
Azərbaycanda kiçik və orta biznes evləri yaradılacaq
14:32
20 Sentyabr
Qida Təhlükəsizliyi Agentliyi uşaq qidaları ilə bağlı maarifləndirici məlumat yayıb
14:30
20 Sentyabr
Dövlət Aqrar Ticarət Şirkəti Cocuq Mərcanlıda fermerlərin yetişdirdiyi məhsulu satın alıb
14:25
20 Sentyabr
Tsveta Karayançeva: Bolqarıstan-Azərbaycan əlaqələri inkişaf edir
14:22
20 Sentyabr
İsmayıllıda Heydər Əliyev İdarəetmə Məktəbinin növbəti məşğələsi keçirilib
14:20
20 Sentyabr
Cüdoçumuz Aişə Qurbanlı dünya çempionatında mübarizəni dayandırıb
14:18
20 Sentyabr
Sudan Milli Assambleyası sədrinin Azərbaycana səfəri başlayıb
14:16
20 Sentyabr
Milli Məclisdə Azərbaycan-Qırğızıstan ikitərəfli münasibətləri müzakirə olunub
14:15
20 Sentyabr
Bakı Dövlət Universitetində görkəmli alim Rəfiqə Əliyevanın xatirəsi anılıb

Video

 

Müsahibə

 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30
HAVA HAQQINDA
Bakı
gündüz+25 +28
gecə+17 +20