Ana səhifə »  Müəlliflər »  Rüstəm İbrahimbəyovun perspektivsizliyi radikal düşərgə təmsilçiləri tərəfindən etiraf edilir
A+   Yenilə  A-
Rüstəm İbrahimbəyovun perspektivsizliyi radikal düşərgə təmsilçiləri tərəfindən etiraf edilir
Yazdı: Pərviz Sadayoğlu

“Xaricdə oturub ölkədəki proseslərə başçılıq etmək olmaz”
Radikal müxalifət qruplarının yaratdığı “Milli şura” oyununun “finalı” yaxınlaşmaqdadır. Artıq iki cəbhəyə bölünən qondarma qurumda maraqlı bir situasiya yaranıb. Antiqərbçilər qrupuna aid olanlar opponentlərinin irəli sürdükləri təkliflərə qarşı çıxır, “Qərbi sevənlər” qrupuna aid olanlar isə onların hər dediyini “yox”la cavablayırlar.
Bir neçə gün öncə keçirilən “Milli şura”nın birinci sessiyasında bu mənzərə yenidən ortaya çıxdı. Bəzi insanların “Milli şura”ya salmaq istədiyi yeni üzvlərə qarşı çıxanlar açıq şəkildə bildirdilər ki qurumda ikitirəlik hökm sürür. Təbii ki, bu ikitirəlik məsələsinin bir sıra səbəbləri var. Bunun da başında illərdir bir-birini qəbul etməyən qrupların, partiyaların zorən bir tavan altına yığılmasına cəhd göstərilməsi dayanır.
Maraqlıdır ki, artıq müxalifətin bir sıra qruplarının nümayəndələri ermənipərəst layihə rəhbəri Rüstəm İbrahimbəyova qandırmağa çalışırlar ki, onun prezidentliyə namizədliyi mümkün olası iş deyil. Əslində, R.İbrahimbəyov artıq nəinki prezidentliyə namizədlik ehtimalından, hətta hansısa bir müxalifət qurumuna rəhbərlik edə bilmə perspektivindən də uzaqlaşıb. Artıq digər radikal düşərgə qruplarının dəstə başçıları bunu sətiraltı ifadələrlə ona çatdırmağa çalışıblar.
Məsələn, siyasi ömrünün son akkordlarını vuran, məğlubiyyətə məhkum və xalq dəstəyindən uzaq Müsavat Partiyasının rəhbəri İsa Qəmbər bir müddət öncə bildirmişdi ki, prezidentliyə namizəd olacaq şəxs Azərbaycana qayıtmalıdır və prosesdə iştirak etməlidir.
Digər partiyalardan da belə bəyanatlar səslənmişdi ki, prezidentliyə namizəd olmaq istəyən şəxs prosesdə əlini daşın altına qoymalıdır. Təbii ki, bu fikirləri ifadə edənlərin hər biri dərk edir ki, qanun qaçaqçısı olan, vergidən yayınan və bu iqtisadi ittihamları siyasi müstəviyə daşıyaraq məsuliyyətdən yaxa qurtarmağa çalışan Rüstəm İbrahimbəyov Azərbaycana qayıtmayacaq. Sadəcə, maliyyə qaynağının, ermənipərəst dairələrin R.İbrahimbəyovla yaxın münasibəti onu birdən-birə prosesdən uzaqlaşdırmağa imkan vermir.
Məsələn, bir neçə gün öncə mətbuata açıqlamasında müxalifətçi Aslan İsmayılov da bildirib ki, xaricdə oturub ölkədəki proseslərə başçılıq etmək olmaz. Müxalifətə rəhbərlik iddiasında olan şəxsi nəzərdə tutaraq A.İsmayılov deyib ki, həmin adam hökmən burda olmalıdır: “Ona görə ki, bu, çox ciddi məsuliyyətdir. O məsuliyyətin altına girməkdən çəkinən, həbsdən qorxan adamı “Milli şura”nın rəhbərliyində görmürəm”.
Bəli, R.İbrahimbəyovun kimliyi bu gün daha ağır ittihamların və günahların arasından boylanır. Vergi qaçaqçısı olan, ermənilərə xüsusi hüsn-rəğbəti ilə seçilən, anti-azərbaycançı mərkəzlərin əlində alətə çevrilən, o cümlədən, daxili təzyiq qruplarının rəhbərliyini ələ almağa çalışan R.İbrahimbəyov mənimsədiyi pulların cavabını vermək niyyətində deyil. Maraqlıdır ki, belə bir kimliyə sahib R.İbrahimbəyov hansı sima ilə xalqdan etimad dilənir və ya radikal düşərgə qruplarını öz ətrafında birləşməyə çağırır?
Əslində, bu gün “Milli şura” adlanan və ondan kənarda təmsil olunan düşərgə təmsilçiləri bir-birilərinin hansı simaya malik olmalarını açıb cəmiyyətə göstərirlər. Birmənalı şəkildə xalqın rədd etdiyi bu siyasi kəsimin antimilli mərkəzlərin oyunlarında rol aldığı ortadadır. Cəmiyyət nəinki onların “birləşdirici” missiya daşıdıqlarına inanmır, birmənalı şəkildə bölücü və satqın bir missiyanı yerinə yetirdiyinin şahididir. Məsələn, A.İsmayılov öz açıqlamasında R.İbrahimbəyovun “sağ əli”, “Milli şura” oyununda koordinator seçilən Eldar Namazov haqqında da bəzi “fikirləri” bölüşüb. A.İsmayılov E.Namazovun rəhbərlik etdiyi “Ziyalılar forumu”nun keçmiş üzvüdür və həmin qurumdan getməsini belə izah edir: “Mən “Ziyalılar forumu”nu başqa cür görürdüm. Hesab edirdim ki, siyasətə heç bir sirayət etmədən öz mövqeyini ortaya qoyacaq. Bir də ki, mən orda kiminsə rəhbər olmasını yox, həmfikirlərin məsləhətləşməsini təsəvvür edirdim. Nəhayətdə mən orda artıq rəhbər, struktur kimi şeylər gördüyümə görə uzaqlaşdım. Bir də ki, mənim əsas fikir ayrılığım Eldar Namazova görə idi. Onun dağıdıcı həvəsi həmişə birləşdirici həvəsini üstələyib”.
Göründüyü kimi, ətrafındakı tək-tük adamlar da özünü “radikal düşərgə lideri” kimi təqdim etməkdən ötrü əldən-ayaqdan gedən bu cür siyasətbazların hansı “yuvalar” üçün işlədiklərini gördükcə onlardan uzaqlaşırlar. Məsələn, “Ziyalılar forumu”ndan uzaqlaşan A.İsmayılov deyib ki, o, təkcə “Ziyalılar forumu”nda olub və ora getdiyinə görə təəssüflənir.
Bütün bunlar bir daha sübut edir ki, radikal kəsimin hansısa mübət bir perspektivə malik olmasına heç bu düşərgənin özünün təmsilçiləri də inanmırlar. İllərdir ki, eyni sözü deyən, eyni yalanlarla xalqa pafoslar danışan, xarici anti-azərbaycançı mərkəzlərin pulları qarşılığında dövlətinə, xalqına qara yaxan, onun imicinə xələl gətirməkdən ötrü bütün yollara baş vuran radikal kəsimin fəaliyyəti çılpaqlığı ilə ortadadır. Məhz onların kartlarının açılması, ifşa edilmələri ətraflarının onlardan üz döndərməsinə gətirib çıxarıb. Ən əsas səbəb isə, radikal müxalifətin “rəhbərliyinə” Rüstəm İbrahimbəyov kimisinin gətirilməsidir. Çünki radikal düşərgənin rəhbərləri maliyyə xatirinə İbrahimbəyovun “qılıncının altından” keçirlər, amma sadə partiya üzvləri onu qəbul etmək niyyətində deyil. Bütün bu faktorlar isə radikal müxalifət qruplarının hələ də siyasi mütəşəkkillikdən uzaq olmasını deməyə əsas verir.

 
  • Oxunub:  24870  |  
  • Tarix:  25-06-2013  |  
  •    Çap et   |  
Get Adobe Flash player
Birinci vitse-prezident Mehriban xanım Əliyeva Azərbaycanın inkişafına, dünyada təbliğinə sanballı töhfələr verir, sosial və humanitar sahələrdə böyük işlər görür

24 Avqust 15:14
Yeni Azərbaycan Partiyasının Masallı, Cəlilabad, Yardımlı və Biləsuvar rayon ilk təşkilat sədrləri ilə zona müşavirəsi keçirilib
24 Avqust 14:18
Prezident İlham Əliyev İslam Əməkdaşlıq Təşkilatının Baş katibini qəbul edib
24 Avqust 13:56
Əli Əhmədov: Azərbaycan hökuməti gənclərin bu günü və gələcəyi uğrunda böyük işlər görməkdədir
24 Avqust 13:48
Yeni Azərbaycan Partiyasının təşkilatçılığı ilə Masallı Olimpiya İdman Kompleksində gənclərlə görüş keçirilib
24 Avqust 13:18
Bakı 2022-ci ildə akrobatika gimnastikası üzrə dünya çempionatına ev sahibliyi edəcək
24 Avqust 13:15
Heydər Əliyev Mərkəzinin parkında estrada ulduzlarının konserti keçiriləcək
24 Avqust 13:13
Fransada G7 dövlətlərinin sammiti başlayıb
24 Avqust 13:07
Rəvan Həsənov: Azərbaycanı dünyada multikulturalizm mərkəzi kimi tanıtmaq əsas məqsədimizdir
24 Avqust 13:02
Əli Kərimli o qədər çaşıb ki, öz yalanlarına da inanmağa başlayıb
24 Avqust 12:34
Azərbaycanın hərbi orkestri ilk dəfə “Spasskaya Başnya” XII beynəlxalq hərbi musiqi festivalında təmsil olunur
24 Avqust 11:41
Mərhəmət Zirvəsini Nura Boyayan MEHRİBANlıq
24 Avqust 11:39
Vaqif Əliyev: Azərbaycan mədəniyyətlərarası dialoqun mərkəzinə çevrilmiş bir ölkədir
24 Avqust 11:34
Düşənbədə MDB ölkələri Silahlı Qüvvələrinin Qərargah Rəisləri Komitəsinin növbəti iclası keçirilib
24 Avqust 11:32
Şəmkirdə icbari tibbi sığorta ilə əlaqədar "Sığortalı ol, sağlam yaşa!" adlı maarifləndirici tədbir keçirilib
24 Avqust 11:29
Eldəniz Səlimov: Ölkəmizdə islahatlar davamlı xarakter daşıyır
24 Avqust 11:25
Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri vətəndaşlarla görüşüb
24 Avqust 09:30
Birinci vitse-prezident Mehriban xanım Əliyeva Azərbaycanın inkişafına, dünyada təbliğinə sanballı töhfələr verir, sosial və humanitar sahələrdə böyük işlər görür
24 Avqust 09:20
“Türkologiya” jurnalı ABŞ-ın “EBSCO” məlumat bazasına daxil edilib
24 Avqust 09:10
Əli Kərimli bilərəkdən gəncləri aqressiv formada fəaliyyətə təhrik edir
24 Avqust 09:08
Regionlarda kənd təsərrüfatının müxtəlif sahələrinin inkişafı istiqamətində görülən işlər öz nəticəsini verir
23 Avqust 20:18
Qadın voleybolçulardan ibarət Azərbaycan millisi Avropa çempionatına qələbə ilə başlayıb
23 Avqust 20:05
Müəllimlərin işə qəbulu üzrə müsabiqənin müsahibə mərhələsi başa çatıb
23 Avqust 20:04
Hərbi hissələrdə gənc əsgərlərə psixoloji dəstək fəaliyyətləri həyata keçirilir
23 Avqust 20:00
Putin-Makron: Rusiya ilə Aİ münasibətlərinin ziddiyyətləri azalmır
23 Avqust 19:56
Azərbaycan ilə Qayana arasında bir sıra sahələrdə əməkdaşlıq məsələləri müzakirə olunub
23 Avqust 19:34
YAP-ın İcra Katibliyində partiyanın Suraxanı, Sabunçu və Pirallahı rayonlarının ilk partiya təşkilatları sədrlərinin iştirakı ilə müşavirə keçirilib
23 Avqust 17:58
Azərbaycan Prezidenti milli bayram münasibətilə ukraynalı həmkarını təbrik edib
23 Avqust 17:48
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və YAP Qadınlar Şurası xeyriyyə aksiyası keçirəcək
23 Avqust 17:39
Dövlət Komitəsində Füzuli və Cəbrayılın işğalının ildönümü ilə bağlı tədbir keçirilib
23 Avqust 17:26
Vergilər naziri Qubada vətəndaşları qəbul edib
23 Avqust 17:21
Səyyad Salahlı: Din xadimləri də sosial şəbəkələrdən fəal istifadə etməlidirlər
23 Avqust 17:11
Qadın voleybolçulardan ibarət Azərbaycan millisi Avropa çempionatında mübarizə başlayıb
23 Avqust 17:09
Türkiyədə İmadəddin Nəsiminin 650 illik yubileyinə həsr olunan xatirə sikkəsi buraxılıb
23 Avqust 16:53
Beyləqanda “Pambıq yığımına hazırlıq və qarşıda duran vəzifələr” mövzusunda respublika müşavirəsi keçirilib
23 Avqust 16:48
Azərbaycanın BMT-dəki daimi nümayəndəliyi Baş katib Antonio Quterreşə məktub ünvanlayıb
23 Avqust 16:42
Əmlak Məsələləri Dövlət Komitəsində vətəndaşların müraciət və qəbulları canlı bağlantı ilə aparılacaq
23 Avqust 16:35
Məhəbbət Vəliyeva: Bu tədris ili üçün 7 mindən artıq vakant müəllim yeri var
23 Avqust 16:29
Azər Badamov: Həyata keçirilən tədbirlər nəticəsində aqra sahədə daha böyük nailiyyətlər qazanılacaq
23 Avqust 16:24
Tahir Mirkişili: Texnoloji dünyada onun sirlərini və şərtlərini daha yaxşı mənimsəyərək öz milli maraqlarımızı qorumalıyıq
23 Avqust 16:20
Pərvin Kərimzadə: Mehriban xanım Əliyevanın çoxistiqamətli fəaliyyətinin əsasında xalq sevgisi dayanır
23 Avqust 16:17
Fransanın Azərbaycanda yeni səfiri təyin olunub
23 Avqust 16:11
Ramin Quluzadə Tovuzda, birinci müavini Ağstafada vətəndaşları qəbul edib
23 Avqust 16:07
Sabah Fransada G7 sammiti başlayacaq
23 Avqust 15:47
Srisuda Vanapinyosak: Azərbaycan ilə Tailand arasında birbaşa aviareysin açılması hər iki ölkəyə turist axınını artıracaq
23 Avqust 15:42
Qusarın fındıq bağlarından 4 min tona yaxın məhsul toplanacaq
23 Avqust 15:13
Mehriban xanım Əliyeva müasir Azərbaycan qadın hərəkatının lideri kimi dövlətimizin tərəqqisi naminə geniş fəaliyyət göstərir
23 Avqust 14:54
Qarabağ müharibəsi veteranları “Qazax” əlahiddə sərhəd diviziyasında olublar
23 Avqust 14:42
Azərbaycanın xarici dövlət borcu açıqlanıb
23 Avqust 14:19
Kənd Təsərrüfatı naziri Beyləqanda vətəndaşları qəbul edib
23 Avqust 14:15
İlin sonunadək Şəkidə 13 subartezian quyusu istismara veriləcək
23 Avqust 14:10
Bu il 750-dək məcburi köçkün özünüməşğulluq proqramına cəlb olunub
23 Avqust 14:01
Vüqar Rəhimzadə: Bu gün Azərbaycan dövləti və xalqı əleyhinə satqınlardan ibarət “virtual terrorçular” fəaliyyət göstərir
23 Avqust 12:57
KOB-lar “Kapital bazarları vasitəsilə maliyyələşdirmə” mövzusunda maarifləndirilib
23 Avqust 12:54
Hava hücumundan müdafiə vasitələri döyüş atışları icra edib
23 Avqust 12:52
Naxçıvanda Dövlət Bayrağı Muzeyinin yaradılmasının beş illiyi qeyd olunub
23 Avqust 12:43
Səidə Əhmədova: Müəllimlər işə qəbul olunarkən onların psixoloji hazırlıq səviyyəsi nəzərə alınmalıdır
23 Avqust 12:37
Gənclər və İdman naziri Göygöl rayonunda vətəndaşları qəbul edib
23 Avqust 12:09
Şeyxülislam Allahşükür Paşazadə Çeçenistanda səfərdədir
23 Avqust 12:03
Şərurda icbari tibbi sığortanın tətbiqi ilə bağlı ikigünlük təlim başa çatıb
23 Avqust 12:01
UNESKO-nun Ümumdünya İrsi Siyahısına daxil olan müsəlman qəbiristanlığı
23 Avqust 11:42
“Naxçıvan” Əlahiddə Sərhəd Diviziyasında hərbi hissənin yaradılmasının 27-ci ildönümü qeyd olunub
23 Avqust 11:36
Bakı Beynəlxalq Dinlərarası və Sivilizasiyalarası Əməkdaşlıq Mərkəzi bəyanat yayıb
23 Avqust 11:31
Azərbaycanda istilik təchizatı sisteminin səmərəliliyinin artırılması mövzusunda İşçi Qrupunun iclası keçirilib
23 Avqust 11:05
Jewish Journal: Azərbaycanda qadınlara seçki hüququ verilməsinin 100 illiyi tamam olur
23 Avqust 10:40
Dünya birjalarında neftin qiyməti bahalaşıb
23 Avqust 10:13
Bu gün Xüsusi Dövlət Mühafizə Xidmətinin yaranmasının 26-cı ildönümü tamam olur
23 Avqust 10:03
Füzuli rayonunun tarixi memarlıq və arxeoloji abidələri erməni vəhşiliyinin qurbanına çevrilib
23 Avqust 10:00
Ermənistan silahlı qüvvələri atəşkəs rejimini 21 dəfə pozub
23 Avqust 09:58
Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması Füzuli və Cəbrayıl rayonlarının işğalının 26-cı ildönümü ilə əlaqədar bəyanat yayıb
23 Avqust 09:49
Füzuli və Cəbrayıl rayonlarının işğalından 26 il ötür

Video

 

Müsahibə

»»»
 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31
HAVA HAQQINDA