Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Rüstəm İbrahimbəyovun “Milli şura”sı gərginlik məngənəsində

Rüstəm İbrahimbəyovun “Milli şura”sı gərginlik məngənəsində

25.06.2013 [01:47]

Nadir Azəri

Əhməd Oruc: “Milli şura”nın adını dəyişdirib satılmışlar, atılmışlar, yaxud da etimadını itirmişlər ittifaqı qoysunlar
Bir müddət öncə böyük hay-küylə yaradılması elan edilən Rüstəm İbrahimbəyovun “Milli şura”sı elə bu şəkildə də parçalanma mərhələsinə qədəm qoyub. Belə ki, bu qondarma qurumda hərənin ağzından bir avaz gəlir. Vəziyyət o həddə çatıb ki, hətta təsisçilər belə “Milli şura”nı tərk edəcəklərinə dair fikirlər səsləndirməkdədirlər. Əslində, Rüstəm İbrahimbəyovun “Milli şura”sı ətrafında hadisələrin məhz bu axarla davam edəcəyi tamamilə gözlənilən idi və bu məqam “Hay-hayla gələn, vay-vayla gedər” atalar sözünü xatırladır.
Birincisi, ona görə ki, bu qondarma quruma toplaşan insanların indiyə qədər sərgilədikləri mövqe, fikir ayrılıqları, həmçinin, onların uğursuzlar kimi tanınması “Milli şura”nın ayaq tutub yeriməyəcəyindən xəbər verirdi. Fikir ayrılığından söz düşmüşkən, məlum olduğu kimi, “Milli şura”nın ilk sessiyası kifayət qədər gərgin anlarla yadda qalıb. Belə ki, növbəti gərginlik Bakı Kəndlər Birliyinin üzvlərinin şuraya qəbul edilməsi ilə bağlı olub. Birliyin rəhbəri Hacı Əmrulla Dadaşov “Milli şura”ya qəbul edildikdən sonra sessiyanın aparıcısı İsa Qəmbərin təklifi ilə “Milli şura”nın iclasında qalan şəxslərin sayını müəyyənləşdirmək üçün 3 nəfərdən ibarət say komissiyası yaradılıb. Say komissiyası sessiyada 74 nəfərin qaldığını müəyyən edib ki, İsa Qəmbər də bu sayın səsvermə üçün yetərli olduğunu bildirib. Ardınca səsvermə ilə birliyin digər üzvü Məşədi Vaqif Pənahov da şuraya qəbul edilib. Birliyin başqa bir üzvü İlqar Abbasovun şuraya qəbul edilməsi məsələsi müzakirə olunanda isə ACP sədri Sülhəddin Əkbər buna etiraz edib: “Belə çıxır ki, hər dəfə kimsə 20 nəfər gətirib, “Milli şura”ya qəbul etdirəcək? Mən bu məsələnin qəti əleyhinəyəm. Əgər belə davam edərsə, mən iclası tərk edəcəyəm. Gələn dəfə mən də 20 adam gətirəcəyəm, onlar da “Milli şura”ya üzvlüyə qəbul edilsinlər”.
İsa Qəmbər isə ona cavabında “iclası tərk edəcəyəm” kimi fikirlər səsləndirməyin xoş olmadığını deyib. Göründüyü kimi, artıq qondarma qurum daxilində etirazlarla yanaşı, “gedəcəm” fikirləri də səslənməkdədir. Təbii ki, bu da “Milli şura”nın parçalanma ərəfəsində olmasına işarə edir.
İkinci bir tərəfdən isə, “Milli şura”nın Rusiyanın anti-azərbaycançı dairələrinin layihəsi olduğu kimsəyə sirr deyil. Məhz buna görə də, cəmiyyətin aparıcı kəsimi, eyni zamanda, bir sıra müxalifətçilər də Rüstəm İbrahimbəyovun bu antimilli ideyasına qarşı çıxırlar. Ümumi qənaət ondan ibarətdir ki, “Milli şura”nın əsl fikir ağaları Rusiyada fəaliyyət göstərən və ölkəmizin bütövlüyünü istəməyən zərərli qüvvələrdir. Yəni, Rusiyadakı anti-azərbaycançı qüvvələrin sifarişi ilə yaradılan “Milli şura”nın heç də xoş məramlara xidmət etmədiyi hər kəsə bəllidir. Deməli, xarici sifariş əsasında yaradılan bu qondarma qurum Azərbaycan dövlətinin, xalqının maraqlarına deyil, ölkəmizin inkişafına mane olmağa çalışan bəzi qərəzli xarici dairələrin istəklərinə xidmət edir.
Bütün bunların fonunda güc-bəla ilə də olsun elan edilən “Milli şura” “fəaliyyət göstərdiyi” qısa müddət ərzində bir-birindən “rəngarəng qərarları” ilə də nə qədər “dolğun” qurum olduğunu ortaya qoyub. Məsələn, yayılan xəbərlərdən də bəlli olduğu kimi, “Milli şura”nın iyunun 21-də keçirilən ilk sessiyasında nə az, nə çox düz 18 komissiya yaradılıb, həmçinin, yeni üzvlər qəbul edilməklə şura 131 nəfərdən ibarət olub. Bu isə elə müxalifət daxilində istehza ilə qarşılanıb. Məsələn, “Azadlıq” Partiyasının sədri Əhməd Oruc cəmi 131 üzvü olan bir qurumda 18 komissiyanın yaranmasını sadəcə “Adamın abrı-həyası olmasa nə desən eləyər” sözləri ilə dəyərləndirib.
Partiya sədri “Publika.Az”a açıqlamasında bildirib ki, kasıb itinin adını gümüş qoyduğu kimi, bunlar da “Milli şura” qoyublar: “Milli şura” qoymaqla deyil ki. Orda milli olan kim var? Bir nəfər milli xəttə sadiq adam görməmişəm”.
Əhməd Oruc təklif edib ki, “Milli şura”nın adını dəyişdirib satılmışlar, ya da atılmışlar ittifaqı qoysunlar: “Yaxud da etimadını itirmişlər filan qoysunlar da. 18 “qəmissiyə” yaradıblar, guya namizədləri də var. Nə “qəmissiyələr”i, nə də namizədləri bir şey deyil”.
Yeri gəlmişkən, “Milli şura”nın ilk sessiyasında yaradılan komissiyaların sayının çoxluğu ilə bağlı təkcə kənardan deyil, elə bu qondarma qurumun daxilindən də müəyyən etirazlar səslənib. Və “teleqraf.com”un xəbərinə görə, qurumun növbəti sessiyasında məsələ bir daha müzakirə olunacaq, bir neçə komissiya birləşdiriləcək.
Heç şübhəsiz, komissiyaların azaldılması məsələsi öz həllini tapsa, o zaman bu, Rüstəm İbrahimbəyovun “Milli şura”sından qopmalara rəvac verəcək. Ən azı, ləğv ediləcək komissiyaların sədrləri bunu heç də asanlıqla həzm edə bilməyəcəklər. Bir sözlə, görünən odur ki, Rüstəm İbrahimbəyovun “Milli şura”sı gərginliklər məngənəsindədir. Və bu qondarma qurum tezliklə tarixin arxivinə göndəriləcək.

Paylaş:
Baxılıb: 1080 dəfə

Müəllifin digər məqalələri:

QARA rəngin "sevdalıları"

Yaxud dövlətə və xalqa qarşı...

11.07.2018 [18:05]

Üçüncü ölkədə yaşamaq üçün Vətənini satanlar

Yaxud, Cavid Orucovun düşmənə...

04.02.2014 [09:03]

“Milli şura”da dava düşdü

Əli Kərimlini təhqir edən...

20.08.2013 [08:57]

Amerikadan və Rusiyadan əliboş qayıdanlar...

Avropada dilənməyə...

25.07.2013 [09:35]

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

İqtisadiyyat

Siyasət

Siyasət

Siyasət

1 il tez...

18 Aprel 10:21

Gündəm

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Mədəniyyət

Siyasət

Siyasət

Siyasət

Miqrant axını...

17 Aprel 10:32

MEDİA

Siyasət

Mina terroru...

17 Aprel 10:13

Gündəm

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30