Ana səhifə »  Müəlliflər »  Radikalların yeni dartışma meydanı-“Milli şura”
A+   Yenilə  A-
Radikalların yeni dartışma meydanı-“Milli şura”
Yazdı: Nadir Azəri

Və ya İsa Qəmbərlə Rüstəm İbrahimbəyov arasında gedən nüfuz savaşı bu qondarma qurumun tezliklə parçalanacağına işarə edir
İyunun 7-də yarandığı elan edilən Rüstəm İbrahimbəyovun “Milli şura”sında sular durulmur. Buna səbəb isə guya radikal müxalifətin növbəti “birlik” layihəsi kimi təqdim olunan bu qondarma qurumun yaranması ilə düşərgədaxili ziddiyyətlərin daha da dərinləşməsidir. Qeyd etmək yerinə düşər ki, bu gərginliyin kökündə radikal düşərgədəki partiya rəhbərləri, həmçinin, son vaxtlar elan edilən qondarma qurumların rəhbərləri arasında gedən “birinci olmaq” savaşı dayanır.
Yəni, nə elektoratının, nə də xalq arasında nüfuzunun olmadığını, buna görə də, oktyabrda keçiriləcək prezident seçkilərində də uğursuzluğa düçar olacağını anlayan həmin partiya rəhbərləri bütün güclərini düşərgə daxilində bir barmaq öndə olmağa yönəldiblər. O da məlumdur ki, “Milli şura” yaranana qədər bu mübarizə əsasən AXCP sədri Əli Kərimli ilə Müsavat Partiyasının başqanı İsa Qəmbər arasında gedirdi. Hazırda isə bu savaşa reneqat Eldar Namazovla ermənipərəst Rüstəm İbrahimbəyov da qoşulublar. Düzdür, son vaxtlar istər Əli Kərimli, istərsə də Eldar Namazov bu mübarizədən sanki geri çəkilmiş təəssüratını (əslində isə onlar “əks hücuma” keçmək üçün fürsət gözləyirlər-N.A) yaradırlar. Buna görə də, hazırda radikal düşərgə daxilindəki nüfuz savaşında əsasən İsa Qəmbərlə Rüstəm İbrahimbəyov göz önünə gəlir. Bu da səbəbsiz deyil.
Məsələ burasındadır ki, hələ “Milli şura” ideyası ortaya atılanda AXCP və “Müsavat”ın bu qondarma quruma qoşulmasının arxasında gizli maraqların dayandığını qeyd etmişdik. Bildirmişdik ki, istər Əli Kərimli, istərsə də İsa Qəmbər bu qondarma quruma həm radikal düşərgəni inhisar altında saxlamaqda davam etmək, həm də xaricdən “Milli şura” adına ayrılacaq maliyyəyə ortaq olmaq üçün qoşulublar. Və son vaxtlar cərəyan edən proseslər deyilənlərin öz təsdiqini tapdığına işarə edir.
Belə ki, qondarma “Milli şura” daxilində Müsavat Partiyasının başqanı İsa Qəmbərlə ermənipərəst kinodramaturq Rüstəm İbrahimbəyov arasında gedən nüfuz savaşı artıq açıq müstəviyəyə keçib. Düzdür, bəzi KİV-lər bu savaşın “Milli şura”nın prezidentliyə “vahid namizədi” olmaq uğrunda aparıldığını qeyd edirlər. Lakin bu məsələdə bir qədər dəqiqləşmənin aparılması vacibdir. O mənada ki, əslində, “vahid namizəd”lik məsələsi İsa Qəmbərlə Rüstəm İbrahimbəyov arasında gedən savaşın sadəcə bir detalıdır. Savaşın kökündə isə radikal düşərgənin kimin nəzarətində qalması məsələsi dayanır. Yəni, kimsəyə sirr deyil ki, İsa Qəmbər uzun illərdir radikal düşərgəni öz inhisarında saxlamaq üçün Əli Kərimli ilə gərgin savaş aparır. Lakin indi ermənipərəst Rüstəm İbrahimbəyov qəfildən peyda olub və xaricdəki anti-Azərbaycan dairələrin sifarişinə əsasən, həmçinin, onların ayırdığı maliyyənin gücü ilə sözügedən düşərgəyə sahiblənmək, radikalların lideri olmaq iddiasını ortaya qoyub.
Təbii ki, İsa Qəmbər bunu həzm edə bilməzdi. Əvvəla, ona görə ki, “Müsavat” başqanı düşərgə daxilində “birinci olmaq” iddiasından əl çəkmək niyyətində deyil. Və göstərdiyi çabaların kökündə növbəti prezident seçkilərindən sonra da düşərgənin “söz sahibi” kimi qalmaq istəyi dayanır. Digər tərəfdən, İsa Qəmbər özü geri çəkilmək istəsə belə (hərçənd ki, onun belə istəyə düşəcəyi inanılmazdı-N.A) o zaman rəhbərlik etdiyi partiyanın üzvləri başqanı “sınırdışı” edə bilərlər. Hər halda, ara-sıra partiya daxilindən eşidilən etirazlar da belə deməyə əsas verir.
Beləliklə, bütün bunları nəzərə alan İsa Qəmbər ermənipərəst kinodramaturqun düşərgə daxilində önə çıxmasını əngəlləmək üçün bütün resurslarını işə salıb. Hər halda, sosial şəbəkələrdə və mediada “Müsavat”çıların Rüstəm İbrahimbəyova qarşı hücuma keçməsi də deyilənləri təsdiqləyir. Düzdür, bu prosesdə daha çox “vahid namizəd” məsələsi qabardılır. Lakin bildirmək yerinə düşər ki, bu məsələ sadəcə bəhanədir. Yəni, İsa Qəmbər “Milli şura”nı nəzarəti altına keçirə bilməyəcəyi təqdirdə bu qondarma qurumu parçalamaq üçün bəri başdan əl yeri qoyur. Yeri gəlmişkən, “İctimai palata”nın Koordinasiya Şurasının üzvü Pənah Hüseyn KİV-ə açıqlamasında deyib ki, o, “Milli şura”dan məhz İsa Qəmbərin prezidentliyə namizədliyini məqsədəuyğun sayır. Pənah Hüseyn bildirib ki, hazırda aparılan müzakirələrdə “Milli şura”dan prezidentliyə namizəd kimi daha çox Rüstəm İbrahimbəyovun adı çəkilsə də, o, İsa Qəmbərin namizədliyini müdafiə edəcək.
Əksər müşahidəçilərin qənaətinə görə, əslində, Pənah Hüseynin bu açıqlaması İsa Qəmbərin Rüstəm İbrahimbəyova “əgər mənim istədiyim olmasa “Milli şura” parçalanacaq” şəklində mesajıdır. Lakin qoca kinodramaturq da hələlik İsa Qəmbərin qarşısında geri çəkilmək fikrində olmadığını nümayiş etdirir. Daha doğrusu, ona sifariş verən qüvvələr İbrahimbəyovun radikal düşərgəni öz inhisarına alması üçün lazım olan addımların atılmasında israr edirlər. Bu isə “Milli şura”nın taleyini sual altında qoyur. Daha doğrusu, İsa Qəmbərlə Rüstəm İbrahimbəyov arasında gedən nüfuz savaşı bu qondarma qurumun tezliklə parçalanacağına işarə edir.

 
  • Oxunub:  21480  |  
  • Tarix:  28-06-2013  |  
  •    Çap et   |  
Get Adobe Flash player
Milli Məclisdə 2019-cu ilin büdcə zərfinə daxil olan məsələlər müzakirə olunur

19:00
14 Noyabr
Slovakiyanın Baş naziri Peter Pelleqrininin Azərbaycana rəsmi səfəri başa çatıb
18:21
14 Noyabr
Siyavuş Novruzov: Hazırda sosial sahədə aparılan islahatlar təqdirəlayiqdir
18:08
14 Noyabr
Nazir: Həyata keçirilən tədbirlər sığorta təminatı sisteminin inkişaf etdirilməsinə və sosial sığorta sisteminin potensialının tam gücləndirilməsinə imkan verəcək
17:58
14 Noyabr
Ağalar Vəliyev: 2019-cu ilin dövlət büdcəsi qarşıda duran mühüm vəzifələrinin layiqincə yerinə yetirilməsinə möhkəm zəmin yaradacaq
17:55
14 Noyabr
Sahil Babayev: Dövlət Sosial Müdafiə Fondunun 2019-cu il üçün xərcləri 3 milyard 928 milyon manat proqnozlaşdırılır
17:23
14 Noyabr
Dövlət Sosial Müdafiə Fondunun 2019-cu il üçün büdcəsi mövcud qanunvericiliyin tələblərinə uyğun hazırlanıb
17:23
14 Noyabr
Eldar İbrahimov: 2019-cu ilin dövlət büdcəsində kənd təsərrüfatının stimullaşdırılması daha dolğun nəzərə alınıb
17:17
14 Noyabr
Milli Elmlər Akademiyası BMT ilə əlaqələri gücləndirir
17:13
14 Noyabr
İsmayıllıda “Mənəvi dəyərlərimiz azərbaycançılıq ideologiyasının tərkib hissəsidir” mövzusunda seminar-müşavirə keçirilib
17:04
14 Noyabr
Moskvada “Xəzər dialoqu 2018” beynəlxalq iqtisadi forumu keçirilib
16:47
14 Noyabr
Beynəlxalq hüquq və öz müqəddəratını təyinetmə prinsipinin ermənisayaq təfsiri
16:41
14 Noyabr
Gündüz İsmayılov: Xurafat qüsurlu dini təbliğatın nəticəsidir
16:34
14 Noyabr
Azərbaycan və İtaliyanın hərbi-mülki əməkdaşlıq üzrə ekspertlərinin görüşü keçirilib
16:30
14 Noyabr
Bakıda MDB-nin iştirakçısı olan ölkələrin Daxili İşlər nazirliklərinin kadr aparatları rəhbərlərinin iclası işə başlayıb
16:28
14 Noyabr
Endryu Parsons: Azərbaycanda idmana və paralimpiya hərəkatına olan münasibət təqdirəlayiqdir
16:26
14 Noyabr
Sumqayıtda IV Uşaq Paralimpiya İdman Oyunlarının açılış mərasimi keçirilib
16:19
14 Noyabr
AMEA-da "Türkologiya" jurnalının fəaliyyətinə dair məruzə dinlənilib
16:04
14 Noyabr
Nazir: İnsanların sağlam ətraf mühitdə yaşamaq hüququnun təmin edilməsi ölkə rəhbərliyinin diqqət mərkəzindədir
15:51
14 Noyabr
Bəhruz Quliyev: Eleni Teoxarus Avropa dəyərlərini ekstremizm və separatizmlə əvəzləmiş katalizatordur
15:28
14 Noyabr
Diasporla İş üzrə Dövlət Komitəsinin nümayəndə heyəti Los-Ancelesdə bir sıra görüşlər keçirib
15:00
14 Noyabr
Türkmənistandan enerjidaşıyıcıların dünya bazarlarına çatdırılması üçün yeni marşrutlar yaradılır
14:58
14 Noyabr
Hərbi birliklər komanda-qərargah hərb oyunları çərçivəsində qarşıya qoyulan vəzifələri icra edirlər
14:28
14 Noyabr
Azərbaycan məhsullarının ixracı genişlənir
14:09
14 Noyabr
Azərbaycanın və Slovakiyanın Baş nazirləri birgə işçi nahar ediblər
13:55
14 Noyabr
Slovakiya nümayəndə heyəti Səngəçal terminalında olub
13:47
14 Noyabr
Milli Məclisdə “2019-cu il dövlət büdcəsi haqqında” qanun layihəsi birinci oxunuşda təsdiq edilib
13:41
14 Noyabr
Doqquz ayda Azərbaycandan şərab məhsullarının ixracı 43 faizdən çox artıb
13:36
14 Noyabr
Gələn il Pekində Azərbaycan Ticarət Evinin açılması planlaşdırılır
13:31
14 Noyabr
Rəşad Mahmudov: Səhiyyə xərcləri üçün vəsaitin çox ayrılması inkişafa öz real təsirini göstərəcək
12:50
14 Noyabr
Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində keçirilən monitorinq insidentsiz başa çatıb
12:13
14 Noyabr
İlin sonunadək 3 ölkəyə ixrac missiyası təşkil olunacaq
12:09
14 Noyabr
Azərbaycan ilk dəfədir ki, bir beynəlxalq qurum daxilində iki müxtəlif vəzifəyə seçkilərin hər ikisində qalib gəlib
12:01
14 Noyabr
Doqquz ayda Azərbaycandan ixrac olunan məhsulların çeşidi 2753-ə çatıb
12:00
14 Noyabr
Muxtar Babayev: Yaxın zamanlarda ekoloji vəziyyət böyük dərəcədə yaxşılaşdırılacaq
11:55
14 Noyabr
Milli Məclisin bugünki iclasında büdcə müzakirələri davam edəcək
11:53
14 Noyabr
Slovakiyalı qonaqlar Qobustan Qoruğundan xoş təəssüratla ayrılıblar
11:42
14 Noyabr
Prezident İlham Əliyev Belarusun Azərbaycandakı səfirini qəbul edib
11:22
14 Noyabr
Yasamal rayon məktəbliləri “Ölkəmizi tanıyaq” tur-aksiyası çərçivəsində Gəncəyə yola düşüblər
11:20
14 Noyabr
Ağdam məktəblilərini Quba-Qusar-Xaçmaz bölgəsində maraqlı ekskursiya gözləyir
11:17
14 Noyabr
Komanda-qərargah hərb oyunlarının növbəti mərhələsi ilə bağlı dinləmə keçirilib
11:04
14 Noyabr
Gəncə məktəbliləri “Ölkəmizi tanıyaq” tur-aksiyasına qoşulublar
11:01
14 Noyabr
Azərbaycan-Belarus diplomatik münasibətlərinin qurulmasının 25 illiyinə həsr olunan konfrans keçirilib
10:53
14 Noyabr
Nəsimi rayon məktəbliləri “Ölkəmizi tanıyaq” tur-aksiyasına qoşulublar
10:45
14 Noyabr
Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi Qırğızıstanda Türkdilli Dövlətlərin Xüsusi Xidmət Orqanları Konfransının XXI iclasında iştirak edib
10:41
14 Noyabr
Ermənistan silahlı qüvvələrinin bölmələri atəşkəs rejimini 29 dəfə pozub
10:39
14 Noyabr
Azərbaycan Braziliyada keçirilən növbəti diplomatik yarmarkada təmsil olunub
10:38
14 Noyabr
Bərdə məktəbliləri ölkəmizin şimal bölgəsi ilə yaxından tanış olacaqlar
10:18
14 Noyabr
Tur-aksiyalar şagirdlərə respublikamızın tarixini, mədəniyyətini daha yaxından öyrənməyə imkan yaradır
10:11
14 Noyabr
Tərtər rayonunun məktəbliləri Quba-Qusar-Xaçmaz istiqaməti üzrə tur-aksiyaya başlayıblar
10:09
14 Noyabr
Cənub bölgəsinin məktəbliləri Gəncə-Şəmkir-Göygöl marşrutu üzrə tur-aksiyaya çıxıblar
09:30
14 Noyabr
Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi münasibətilə Kolumbiya Parlamentində qəbul keçirilib
08:47
14 Noyabr
“Ölkəmizi tanıyaq”: Onuncu tur-aksiyada 76 şəhər və rayondan 3190 şagird iştirak edir
17:55
13 Noyabr
Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzi tərəfindən növbəti aksiya keçirilib
17:44
13 Noyabr
Vüqar Gülməmmədov: Növbəti ilin dövlət büdcəsinin layihəsi ilə bağlı sənədlərdə sosial-iqtisadi inkişafın meyillərinin əsas göstəricilərinin əks etdirilməsi maliyyə inzibatçılığında şəffaflığının yüksəldilməsinə də şərait yaradır
17:41
13 Noyabr
Samir Şərifov: 2019-cu ilin büdcə layihəsi təkcə ölkəmizdə baş verən makroiqtisadi prosesləri deyil, dünyada və regionda baş verən geosiyasi proseslər nəzərə alınmaqla tərtib olunub
17:39
13 Noyabr
Tbilisidə keçirilən beynəlxalq konfransda “Azerkosmos” və “Azersky”in fəaliyyəti barədə məlumat verilib
17:25
13 Noyabr
Dövlət Komitəsində məcburi köçkünlərlə növbəti görüş olub
17:19
13 Noyabr
Azərbaycan regionda digər sahələrdə olduğu kimi, paralimpiya hərəkatında da lider ölkədir
17:16
13 Noyabr
Qida Təhlükəsizliyi Agentliyi: neqativ hallara qarşı aparılan mübarizə daha da gücləndiriləcək
17:14
13 Noyabr
Beynəlxalq Qızıl Xaç Komitəsi Bərdə şəhərində media nümayəndələri üçün seminar təşkil edib
17:12
13 Noyabr
Şamaxıda “Mənəvi dəyərlərimiz - dünən, bu gün, sabah” mövzusunda seminar-treninq keçirilib
17:10
13 Noyabr
Bakıda Azərbaycan-Slovakiya biznes forumu keçirilib
17:03
13 Noyabr
Ermənistanın Azərbaycana təcavüzü nəticəsində UNESCO-nun dəyər və prinsipləri də kobudcasına pozulub
17:01
13 Noyabr
Dövlət və bələdiyyə idarəçiliyinin strateji istiqamətlərinə həsr olunmuş elmi-praktik konfrans keçirilib
16:58
13 Noyabr
Leyla Abdullayeva: Avropa Parlamentinin etik məsələlərə məsul komitələri deputat Eleni Teoxarusun fəaliyyətini araşdırmalıdır
16:51
13 Noyabr
Peter Pelleqrini: Yaxın zamanlarda Slovakiyanın Azərbaycanda səfirliyinin açılması nəzərdə tutulur
16:29
13 Noyabr
Folklorda milli dövlətçilik ideyaları ən müxtəlif janrlarda əksini tapıb
15:52
13 Noyabr
Azərbaycanda əmək münasibətlərinin leqallaşdırılması istiqamətində mühüm addımlar atılır
15:43
13 Noyabr
Ölkə üzrə pambıq tədarükü 210 min tona yaxınlaşıb – operativ məlumat
15:37
13 Noyabr
Doqquz ayda Azərbaycan ilə Slovakiya arasında ticarət dövriyyəsi 33 faiz artıb

Video

 

Müsahibə

 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30
HAVA HAQQINDA