Ana səhifə »  Müəlliflər »  “Freedom House” ənənəvi təzyiq qrupu qismində
A+   Yenilə  A-
“Freedom House” ənənəvi təzyiq qrupu qismində
Yazdı: Nurlan Qələndərli

Milli dövlətlər üzərində təsir və təzyiq vasitəsilə müxtəlif maraqlarını həyata keçirməyə çalışan güclər “Freedom House” kimi qurumlardan vasitə kimi istifadə edirlər
Dünyanın müxtəlif ölkələrində ictimai-siyasi institutların mövcud durumu, insan və vətəndaşların hüquq və azadlıqları, demokratik dəyər və prinsiplərin qorunması səviyyəsi kimi fundamental məsələləri araşdırdığını iddia edən “Freedom House” təşkilatı növbəti dəfə öz hesabatı ilə müxtəlif ölkələrə qarşı qərəzli mövqe sərgiləyib. Təşkilat hazırladığı “Keçid dövrü ölkələri-2013” adlı hesabatda əks etdirdiyi bir sıra subyektiv və ədalətsiz çalarlarla demokratik prinsipləri kobudcasına heçə sayıb və ənənəvi hesabatları kimi “Keçid dövrü ölkələri-2013”də də müxtəlif ölkələrdə demoktatik təsisatların, insan və vətəndaş hüquq və azadlıqlarının real durumu qeyri-obyektiv surətdə əks olunub. Başqa sözlə, hesabatda ənənəvi surətdə araşdırılan müxtəlif ölkələrdəki daxili durum reallıqdan uzaq şəkildə dəyərləndirilib. Belə ki, hesabatda bu “sənəd”in real faktlar əsasında deyil, konkret güclərin transmilli maraqlarına xidmət edən detallar əsasında tərtib edilməsini göstərən bir sıra-əslində, kifayət qədər- qərəzli və paradoksal məqamlar yer alıb. Təəssüflə qeyd etmək lazımdır ki, əsassız tənqid hədəfinə çevrilən ölkələr sırasında Azərbaycan da yer alır. Belə ki, sözügedən təşkilatın son hesabatında əks olunmuş qərəzli və qeyri-obyektiv mövqeyin fonunda iddia edilir ki, guya Azərbaycanda vətəndaş cəmiyyətinin durumu qənaətbəxş deyil.
Əslində, bu təşkilatın son hesabatının qərəzli, qeyri-obyektiv olduğunu, subyektiv çalarlara söykəndiyini göstərmək üçün bir neçə fakta toxunmaq gərəkdir.
Vətəndaş cəmiyyətinin inkişafı dövlətin diqqət mərkəzindədir
İlk növbədə qeyd etmək lazımdır ki, Azərbaycanda siyasi sistemin struktur elementlərinin təkmilləşdirilməsi məqsədilə həyata keçirilən siyasi-hüquqi islahatlar hüquqi dövlət və vətəndaş cəmiyyətinin mütləq komponentlərinin bərqərar olunması işinə fundamental töhfələr bəxş edir. Belə ki, bu sıraya ictimai-siyasi institutlaşma tendensiyasının əsasının qoyulmasını və daha da intensivləşdirilməsini, təsisatların leqal və legitim fəaliyyətinə əlverişli şəraitin yaradılmasını, hakimiyyətin hər üç müstəqil qolunun suveren və leqal əsaslarla təsbit olunmuş fəaliyyət mexanizminin səmərəlilik səviyyəsinin artırılması yönündə hüquqi mexanizmlərin təkmilləşdirilməsini, dövlətlə vətəndaşların qarşılıqlı məsuliyyətinə əsaslanan leqal münasibətlər sisteminin formalaşdırılmasını və s. aid etmək olar.
Ölkəmizdə dinamik siyasi sistemin struktur elementlərinin mütəmadi olaraq təkmilləşməsi vətəndaş cəmiyyəti institutlarının da legitim fəaliyyətinə əlverişli şərait yaradır. Ölkəmizin dinamik siyasi sistemə malik olması mülki şəxslərin könüllü birləşməsi nəticəsində yaranan, özünütənzimləmə və özünüidarə mexanizminə malik olan, qeyri-siyasi səciyyəsi ilə sivil şəxslər və münasibətlər sistemini ehtiva edən ictimai birlik kimi səciyyələndirilən vətəndaş cəmiyyətinin inkişafı üçün xüsusi önəm kəsb edən təməl strateji əsasdır. Məhz bütün bunların fonunda vətəndaş cəmiyyəti özünün spesifik funksiyaları ilə cəmiyyətdə üzvi bütövlük, ahəngdarlıq və ümumi inkişafı təmin edən mexanizm kimi çıxış edir. Odur ki, məhz bu cür funksionallığın fonunda eyni təsisat daxilində mədəni, iqtisadi, sosial və hüquqi münasibətlərdə olan subyektlər qarşılıqlı surətdə bir-birlərinin sosiallaşmasına təsir etməklə yanaşı, yeni münasibətlər sisteminin formalaşmasını, həmçinin, siyasi sistemin inkişafı şərtləndirir. Bu isə ümumi sosiumun tərkibində “mərkəzdənqaçma” meyillərini neytrallaşdırmaqla yanaşı, sosial, hüquqi, mədəni və iqtisadi münasibətlər sisteminin aktorları arasında qarşılıqlı əlaqələri təmin və mühafizə edən mexanizm qismində çıxış edir.
Demokratik prinsip və normalar təzyiq vasitəsi kimi
Beləliklə, sadalananlar deməyə əsas verir ki, bir çox ölkələrə, o cümlədən, Azərbaycana qarşı qərəzli mövqe sərgiləyən “Freedom House” kimi beynəlxalq miqyasda “demokratiya”, “insan hüquqlarının müdafiəsi” pərdəsi altında çıxış edən təşkilatlar, əslində, müxtəlif ölkələrə qarşı təzyiq vasitəsi rolunu oynayırlar. Bu təşkilatların fəaliyyətinin əsasında duran strateji məqsəd isə ideoloji təzyiq və təsir vasitəsilə konkret hədəflərin yerinə yetirilməsidir. Yəni bəzi qlobal güc mərkəzlərinin - aparıcı aktorların maraqları əsasında çıxış edən “Freedom House” kimi təşkilatlar nəinki beynəlxalq hüquq normalarını ayaqlar altına atır, eləcə də milli dövlətlərin beynəlxalq müstəvidəki fəaliyyətinə kobudcasına müdaxilə edir. Milli dövlətlər üzərində təsir vasitəsilə müxtəlif maraqlarını həyata keçirməyə çalışan güclər “Freedom House” kimi qurumlardan vasitə kimi istifadə edirlər. Qısacası, “Freedom House” da imperialist maraqları əsas tutan xidmətçi funksiyanı yerinə yetirir.
“Freedom House” qeyri-ənənəvi lobbi təsisatıdır
Beləliklə, sadaladıqlarımız deməyə əsas verir ki, demokratik norma və dəyərlərdən təzyiq vasitəsi kimi istifadə edən “Freedom House” beynəlxalq miqyasda mövcud olan təzyiq qruplarını xatırladır. Məhz bu cür hökumətdən kənar aktorlar-təzyiq qrupları “demokratiya” və “insan hüquqları” kimi fundamental prinsiplərdən ideoloji silah kimi istifadə edir və dövlətlər üzərində basqı vasitəsilə bir sıra güclərin maraqlarını təmin edən xidmətçi funksiyanı yerinə yetirirlər. Məhz buna görə də “Freedom House” öz hesabatlarında konkret, real faktlardan yan keçərək subyektiv maraqlara söykənən çalarlara geniş şəkildə yer ayırır. Bununla yanaşı, təşkilatın hər il hazırladığı hesabatlarda real faktlar təhrif edilir və müxtəlif ölkələrdə daxili ictimai-siyasi sabitliyin pozulmasına yönəlik provokativ detallar əks olunur. Başqa sözlə, ambisioz qrupların strateji səciyyəli transmilli maraqlarının reallaşması missiyasına xidmət edən bu təşkilat müxtəlif ölkələrdə ictimai-siyasi və ideoloji müstəvidə paradoksal situasiya yaratmağa hesablanmış hesabatlarla çıxış edir. Bu isə “Freedom House”un da beynəlxalq münasibətlər sistemində təzyiq qrupu qismində çıxış edən lobbi təsisatı olduğunu sübut edir.

 
  • Oxunub:  31380  |  
  • Tarix:  28-06-2013  |  
  •    Çap et   |  
Get Adobe Flash player
“İlham Əliyev. İnkişaf - məqsədimizdir” çoxcildliyinin 91-ci kitabı çapdan çıxıb

13 Noyabr 21:31
Azərbaycan ilə Özbəkistan arasında dini-mənəvi sahədə əlaqələrin genişləndirilməsi məsələləri müzakirə olunub
13 Noyabr 21:28
Asiya İnkişaf Bankının “Texniki dəstək” layihəsinin təqdimetmə mərasimi keçirilib
13 Noyabr 20:09
Azərbaycanın kosmik proqramı: Zəngin ənənələr və müasir çağırışlar
13 Noyabr 20:00
Azərbaycanda mövcud nəqliyyat problemləri və onların həll yollarına dair müzakirələr aparılıb
13 Noyabr 19:56
Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsində dağıstanlı deputatlarla görüş keçirilib
13 Noyabr 19:50
Yeni TV-də canlı yayımda Hikmət Babaoğlunun qonağı Milli Məclisin deputatı Aydın Hüseynov olmuşdur (VİDEO)
13 Noyabr 19:45
Sona Əliyeva: Radikal müxalifətin təmsilçiləri xaricdəki havadarlarının sifarişlərini yerinə yetirirlər
13 Noyabr 17:39
AMEA-da tədris prosesinin cari vəziyyəti müzakirə olunub
13 Noyabr 17:31
ABŞ-ın nümayəndə heyəti “ASAN xidmət” mərkəzinin fəaliyyəti ilə tanış olub
13 Noyabr 17:26
Prezident İlham Əliyev Əsas Amerika Yəhudi Təşkilatlarının Prezidentləri Konfransının icraçı sədr müavinini qəbul edib
13 Noyabr 17:24
Azərbaycan Dillər Universitetində Qədim dillər elmi-tədqiqat laboratoriyası fəaliyyətə başlayıb
13 Noyabr 17:21
“Azəriqaz”da istehsalat müşavirəsi keçirilib
13 Noyabr 17:20
Mərkəzi Seçki Komissiyası Gəncədə regional seminar-müşavirə keçirib
13 Noyabr 17:11
Mərkəzi Seçki Komissiyası “Müşahidəçilər üçün yaddaş” kitabçası hazırlayıb
13 Noyabr 17:08
Dağlıq Qarabağın azərbaycanlı icmasının rəhbəri ABŞ-a səfərə gedib
13 Noyabr 17:06
Prezident İlham Əliyev İranın Mədəniyyət və İslami Əlaqələr Təşkilatının sədrinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib
13 Noyabr 17:00
Prezident İlham Əliyev Misirin Nümayəndələr Palatası sədrinin birinci müavininin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib
13 Noyabr 16:49
Prezident İlham Əliyev Rusiya Federasiya Şurasının sədr müavinini və komitə sədrini, Dağıstan Xalq Məclisinin sədrini və sədrin müşavirini qəbul edib
13 Noyabr 16:45
Təhsil nazirinin Fransaya səfəri davam edir
13 Noyabr 16:38
Yevlax şəhərinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması layihəsinin icrasına 5 milyon manat ayrılıb
13 Noyabr 16:36
Prezident İlham Əliyev: Ölkəmizdə aparılan siyasət xalq tərəfindən dəstəklənir
13 Noyabr 16:34
Hadi Rəcəbli: Büdcənin sabitliyi və dayanıqlılığının təmin edilməsi xüsusi əhəmiyyət kəsb edir
13 Noyabr 16:33
Birləşmiş Ərəb Əmirlikləri indiyədək Azərbaycan iqtisadiyyatına 2,2 milyard dollar sərmayə yatırıb
13 Noyabr 16:28
Naqif Həmzəyev: 2020-ci ilin sosialyönümlü büdcəsi əhalinin rifah halının yaxşılaşdırılmasına hesablanıb
13 Noyabr 16:26
Milli Məclisin Sədri Rusiya Federasiya Şurasının sədr müavini ilə görüşüb
13 Noyabr 16:13
Sahibə Qafarova: Bu gün Azərbaycan özünün inkişafında ən yüksək zirvəni yaşamaqdadır
13 Noyabr 16:10
Eldəniz Səlimov: Dünyada Azərbaycan müstəqil siyasət yürüdən ölkə kimi qəbul edilir
13 Noyabr 16:07
Prezident İlham Əliyev “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin sədrini qəbul edib
13 Noyabr 16:02
Futbol üzrə Azərbaycan kuboku turnirinin 2019-2020-ci illər mövsümünün püşkü atılıb
13 Noyabr 15:55
Los-Ancelesdə Azərbaycan-Pakistan-Türkiyə dostluq münasibətlərinə həsr olunmuş tədbir keçirilib
13 Noyabr 15:53
Erməni diplomatlar tərəfindən Azərbaycana qarşı yönəlmiş çirkin əməllərin qarşısı alınır
13 Noyabr 15:46
Ticarət obyektlərinin sahibləri ilə görüşdə istehlakçı hüquqlarının qorunmasından bəhs olunub
13 Noyabr 15:43
“Made in Azerbaijan” brendli məhsullar “Food and Hotel China 2019” sərgisində
13 Noyabr 15:38
İlahiyyat İnstitutu: “Heydər Əliyev və Azərbaycan tarixi” bilik yarışında iştirak etmiş tələbələrlə görüş
13 Noyabr 15:24
Eliy Abadi: Azərbaycan tolerantlıq ənənələrinə görə dünyanın ən qabaqcıl ölkələri sırasındadır
13 Noyabr 15:14
Birləşmiş Ərəb Əmirliklərinin İqtisadiyyat naziri Şəhidlər xiyabanını ziyarət edib
13 Noyabr 14:51
Oktyabrda İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinə 384 vətəndaş müraciəti daxil olub
13 Noyabr 14:28
Vyanada Avstriya-Azərbaycan Mədəniyyət və İş Adamları Dərnəyinin ofisi açılıb
13 Noyabr 14:17
Hərbi Hava Qüvvələri əməliyyat təlimi çərçivəsində qarşıya qoyulan tapşırıqları icra edir
13 Noyabr 14:13
Ermənistan Azərbaycanla Gürcüstan arasında qardaşlıq və dostluq münasibətlərinə həmişə nifaq salmağa çalışır
13 Noyabr 14:08
Milli Məclisdə “2020-ci il dövlət büdcəsi haqqında” qanun layihəsi birinci oxunuşda qəbul edilib
13 Noyabr 14:00
AzMİU ilə Türkiyənin Yıldız Texnik Universiteti arasında əlaqələr genişlənir
13 Noyabr 13:57
Hikmət Babaoğlu: “Azərbaycanda son illərin ən yaxşı inkişaf göstəriciləri bu il qeydə alınıb”
13 Noyabr 13:56
Nazir: Azərbaycanla Birləşmiş Ərəb Əmirliklərinin turizm və investisiyaların cəlbi sahələrində əməkdaşlığı genişləndirilə bilər
13 Noyabr 13:52
Təhsil nazirinin müavini Ucar rayonunda
13 Noyabr 13:50
Sahil Babayev: 2020-ci ildə Dövlət Sosial Müdafiə Fondundan əhaliyə ödənişlərin məbləği 4 milyard 684 milyon manat olacaq
13 Noyabr 13:05
Müdafiə Nazirliyi: Monitorinq insidentsiz başa çatıb
13 Noyabr 13:02
Mikayıl Cabbarov: Azərbaycanla Birləşmiş Ərəb Əmirliklərinin iqtisadi əməkdaşlığı daha da inkişaf edəcək
13 Noyabr 12:51
Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması Sergey Lavrovun fikirləri ilə bağlı bəyanat yayıb
13 Noyabr 12:21
Milli Məclisdə 2020-ci ilin dövlət büdcəsi ilə bağlı müzakirələr davam edir
13 Noyabr 12:13
BŞBPİ: Bakıda yolu bağlayaraq avtomobillərə və vətəndaşlara hücum edən şəxslər saxlanılıblar
13 Noyabr 12:09
Xətai məktəbliləri Gəncə, Şəmkir, Göygöl rayonları üzrə ekskursiyaya çıxıblar
13 Noyabr 12:04
Bilal Dündar: Nəsiminin yubileyi münasibətilə 650 min ağac əkilməsi təşəbbüsü onun xatirəsinə böyük ehtiramdır
13 Noyabr 12:01
Ağcabədidə 18 kilometrlik yol yenidən qurulub
13 Noyabr 12:00
Getaçyu Engida: Azərbaycan regionda və dünyada sülhün və sabitliyin inkişafına töhfə verir
13 Noyabr 11:54
Strateji Elmi Tədqiqatlar Mərkəzinin əməkdaşları Dövlət Sərhəd Xidməti tərəfindən mükafatlandırılıb
13 Noyabr 11:42
Sabunçuda sakinlərin problemləri dinlənilib
13 Noyabr 11:24
Nərimanov rayon məktəbliləri “Ölkəmizi tanıyaq” tur-aksiyasında iştirak etməyin sevincini yaşayırlar
13 Noyabr 11:17
Bakıda tanınmış bolqarıstanlı fotoqrafın sərgisi açılıb
13 Noyabr 11:16
Noyabrın 13-ü Beynəlxalq Gözdən Əlillər Günüdür
13 Noyabr 10:47
Bakı Ekspo Mərkəzində “Caspian Ecology” X Azərbaycan Beynəlxalq Ətraf Mühit Sərgisi işə başlayıb
13 Noyabr 10:46
Nəsimi rayon məktəbliləri Gəncə-Şəmkir-Göygöl marşrutu üzrə ekskursiyaya yola düşüblər
13 Noyabr 10:37
Zaqatala məktəbliləri cənub bölgəsi ilə tanış olacaqlar
13 Noyabr 10:36
Ahmet Altay Cengizer: Azərbaycan güclü mədəniyyəti olan ölkədir
13 Noyabr 10:31
Cənub bölgəsinin məktəbliləri Qəbələ-Şəki-Zaqatala marşrutu üzrə tur-aksiyaya qoşulublar
13 Noyabr 10:25
Qax məktəblilərini cənub bölgəsində maraqlı ekskursiyalar gözləyir
13 Noyabr 10:16
Şimal rayonlarından olan yüzə yaxın məktəbli maarifləndirici tur-aksiyaya qoşulub
13 Noyabr 10:04
Avstraliyanın turizm saytı: Səfərə hazırlaşırsınızsa, Azərbaycanı seçin!
13 Noyabr 10:00
Bu gündən “Ölkəmizi tanıyaq” növbəti maarifləndirici tur-aksiya başlayır
13 Noyabr 09:51
Ermənistan silahlı qüvvələrinin bölmələri atəşkəs rejimini 22 dəfə pozub

Video

 

Müsahibə

»»»
 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
HAVA HAQQINDA