Ana səhifə »  Müəlliflər »  “Müsavat” Qarabağ əlilini döyəni müdafiə edir
A+   Yenilə  A-
“Müsavat” Qarabağ əlilini döyəni müdafiə edir
Yazdı: Mübariz Abdullayev

Bu partiya İsa Qəmbərin müşavirini məsuliyyətdən yayındırmağa çalışmaqla ədalətsizliyini, həmçinin, hüquq qaydalarına və mənəvi dəyərlərə məhəl qoymadığını bir daha nümayiş etdirir
Xəbər verildiyi kimi, bu günlərdə Lənkəran şəhərində Müsavat Partiyası başqanının müşaviri Yadigar Sadıqovla ikinci qrup Qarabağ müharibəsi əlili Rəşid Kərimov arasında insident baş verib. Daha doğrusu, İsa Qəmbərin müşaviri Qarabağ əlinini döyüb. Döyülən Qarabağ müharibəsi əlili Rəşid Kərimov bu barədə kütləvi informasiya vasitələrinə müraciət ünvanlayıb.
Müraciətində Rəşid Kərimov Lənkəran şəhərindəki Cavanşir küçəsindən keçərkən orada yerləşən çayxanadan çıxan Müsavat Partiyası başqanının müşaviri Yadigar Sadıqovun iki nəfər məsləkdaşı ilə birlikdə onu küçə söyüşləri ilə təhqir etməyə başladığını vurğulayıb. Qarabağ müharibəsi əlilinin müraciətində deyilir: “Mən Qarabağ əlili olduğumu və heç bir günahım olmadığını deməyimə baxmayaraq, Y.Sadıqov və dostları bir daha mənim şərəf və ləyaqətimi təhqir edərək, ictimai qaydalara tamam laqeyd və etinasız tərzdə, elementar davranış, əxlaq və mənəviyyat normalarını tamamilə tapdalayaraq məni ictimaiyyətin gözü qarşısında təpikləməyə başladılar. Onlar sifətimə yumruqla vuraraq məni al-qana boyadılar və yerə yıxaraq ciddi bədən xəsarətləri yetiriblər. Onların ürəkləri bununla soyumadı, əynimdəki paltarları da cırıb qopardılar. Mən həyatım boyu heç vaxt bu cür təhqir olunmamışdım.
Mən Vətən uğrunda yaralanmışam və görmə qabiliyyətimi itirmişəm. Bu azğınlar isə mənim əlil eynəyimi də ayaqları altında əzib sındırıblar. Mənim bunlara insan deməyə dilim gəlmir. Mən şokdayam. Görəsən, Y.Sadıqovda adi insanlıq hissi varmı?! O, mərhəmət nə olduğunu bilirmi?! Bəs Qarabağ əlilinə hörmət, ehtiram harda qaldı?! Bu azğınlar ciddi şəkildə cəzalandırılmalıdırlar.
Mən tələb edirəm, mənim Y.Sadıqov tərəfindən vəhşicəsinə tapdalanmış, kobud şəkildə pozulmuş hüquqlarım bərpa olunsun. Cəmiyyətdə bu cür hərəkətlərin qarşısı qətiyyətlə alınmalıdır. Mən xahiş edirəm, harayıma səs verin.
İnanıram ki, aidiyyatı təşkilatlar, vicdanlı insanlar Qarabağ müharibəsi əlilinin harayına səs verəcəklər. Qoy azğınlaşmış Y.Sadıqov layiqli cəzasını alsın!”.
Qeyd edək ki, Qarabağ müharibəsi əlili Rəşid Kərimovun müraciəti əsasında “Müsavat” başqanının müşaviri Yadigar Sadıqov hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən saxlanılaraq barəsində Cinayət Məcəlləsinin 121.3 maddəsi ilə (xuliqanlıq) cinayət işi açılıb. O, bir neçə saat dindirildikdən sonra barəsində həbs qətiimkan tədbiri seçilib.
Beləliklə, haqqında bəhs etdiyimiz bu olay sırf cinayət hadisəsidir. Söhbətin Qarabağ müharibəsi əlilinin təhqir edilməsindən, döyülməsindən getdiyi üçün bu cinayəti törədənin hüquqi məsuliyyətindən başqa, həm də onun mənəvi məsuliyyəti diqqəti çəkir. Yəni, Yadigar Sadıqov bizim üçün müqəddəs olan Qarabağ uğrunda gedən döyüşlərdə sağlamlığını itirən soydaşımızı vəhşicəsinə döyməklə həm hüquq qaydalarını pozaraq cinayət əməlinə yol verib, həm də mənəvi dəyərlər baxımından böyük günah işlədib. Onun bu əməli hüquqi baxımdan layiqli cəzaya, mənəvi nöqteyi-nəzərdən isə hər cür qınağa layiqdir.
Lakin təəccüb doğuran cəhət ondan ibarətdir ki, Müsavat Partiyası bu cinayət hadisəsini siyasi müstəviyə keçirməyə və bu yolla partiya başqanı İsa Qəmbərin müşavirinin məsuliyyətdən kənarda saxlanılmasına nail olmağa cəhdlər göstərir. Elə isə daim cəmiyyətə demokratiya nağılları danışan “Müsavat”ın belə mövqe (əgər buna mövqe demək mümkündürsə-M.A) sərgiləməsinə nə ad vermək olar? Nə üçün başda İsa Qəmbər olmaqla “Müsavat” Azərbaycan vətəndaşları arasında (burada isə söhbət Qarabağ müharibəsi əlilindən gedir- M.A) yalnız partiya mənsubiyyətinə görə fərq qoyur? Bəs, “Müsavat”ın həmişə şüar kimi səsləndirdiyi haqq-ədalət, humanizm və qanunların aliliyi prinsipi harada qaldı? Sual olunur: Nə üçün “Müsavat” müxalifətin təşkil etdiyi qeyri-qanuni aksiyalarda sıradan bir üzvünün, deyək ki, itələnməsindən faciə düzəldir, bu barədə beynəlxalq təşkilatlardan tutmuş bütün ünvanlara müraciətlər ünvanlayır, ancaq partiya üzvünün Qarabağ müharibəsi əlilini döyməsinə siyasi don geydirməklə onun cinayət əməlini ört-basdır etməyə çalışır? Ümumiyyətlə, küçənin ortasında baş verən bir cinayət hadisəsi zamanı bir neçə nəfərin əlbir olaraq şikəst insanı döyməsində hansı siyasi motivlər axtarmaq mümkündür? Sağlam məntiqlə düşündükdə heç bir. Ancaq görünür ki, “Müsavat”da qərarlar sağlam məntiqlə deyil, partiya mənafeyi baxımından verilir. Partiyanın Lənkərənda cinayət hadisəsi törədən, Qarabağ müharibəsi əlilini döyən “Müsavat”çı Yadigar Sadiqovun müdafiəsinə qalxması bunu bir daha təsdiqləyir.
Yeri gəlmişkən, digər radikal müxalifət partiyaları kimi, “Müsavat”ın təmsilçiləri də tez-tez cəmiyyətdə onlara dəstək verilməməsindən, təşkil etdikləri hansısa tədbirlərə insanların soyuq münasibət göstərmələrindən şikayətlənirlər. Zənnimizcə, partiya mənsubları belə duruma düşmələrindən şikayətlənmək, burada hansısa əsası olmayan məqamlar axtarmaq əvəzinə, zaman-zaman sərgilədikləri ədalətsiz, qeyri-obyektiv hərəkətlərinə nəzər salmalı və nəticə çıxarmalıdırlar.

 
  • Oxunub:  24600  |  
  • Tarix:  28-06-2013  |  
  •    Çap et   |  
Get Adobe Flash player
Azərbaycanda sosial infrastruktur quruculuğu daimi prosesə çevrilib

12 Noyabr 17:05
Təhsil naziri Fransada səfərdədir
12 Noyabr 16:54
BŞBPİ qanunsuz piketə cəhdlə bağlı məlumat yayıb
12 Noyabr 16:51
Siyavuş Novruzov: Qanunsuz aksiya keçirməyə cəhdin məqsədi ölkədə ictimai-siyasi sabitliyi pozmaq, xarici dairələrin tapşırıqlarını yerinə yetirməkdir
12 Noyabr 16:49
Bu il Azərbaycanda sosial xidmət mərkəzlərinin sayı 3,5 dəfə artırılıb
12 Noyabr 16:46
Prezident İlham Əliyev: Bu il pambıqçılıqda rekord göstəriciyə nail olmuşuq
12 Noyabr 16:45
Heydər Əliyev Mərkəzində “Heydər Əliyev və Azərbaycan tarixi” VI ümumrespublika bilik yarışı keçirilib
12 Noyabr 16:43
Diasporla İş üzrə Dövlət Komitəsinin nümayəndə heyəti Avstriyada səfərdədir
12 Noyabr 16:36
Yuta Ştat Senatoru: Azərbaycan multikulturalizm kimi humanist dəyərləri dünyada öz nümunəsində layiqincə tətbiq edir
12 Noyabr 16:34
Yeni Azərbaycan Partiyası Yevlax rayonunda birinci qrup Qarabağ müharibəsi əlili Tahir Həsənova fərdi ev tikəcək
12 Noyabr 16:32
Dövlət Bayrağı Günü ölkəmiz üçün ən tarixi günlərdən biridir
12 Noyabr 16:26
Zakir Həsənov əməliyyat təlimlərinin başlanması ilə bağlı məruzələri dinləyib
12 Noyabr 16:20
Azərbaycan UNESKO-nun 40-cı Baş Konfransı sessiyasının vitse-prezidenti seçilib
12 Noyabr 16:07
Prezident İlham Əliyev Şirvan şəhər, Zərdab, Bakının Suraxanı, Yasamal, Xətai rayonlarına yeni təyin olunan icra hakimiyyəti başçılarını qəbul edib
12 Noyabr 15:59
ABŞ nümayəndə heyəti ölkəmizdə İKT sahəsində həyata keçirilən layihələr barədə məlumatlandırılıb
12 Noyabr 15:48
Berlində AŞPA-nın komitələrinin iclasları keçiriləcək
12 Noyabr 15:38
İnformasiya təhlükəsizliyinin aktual problemləri ilə bağlı V respublika konfransı keçiriləcək
12 Noyabr 15:37
Qubada Çağacıq çayı üzərində inşa olunan daha bir körpü istifadəyə verilib
12 Noyabr 15:28
Ziyafət Əsgərov: Azərbaycan əraziləri hesabına ikinci erməni dövlətinin yaradılmasına yol verə bilmərik
12 Noyabr 15:14
Hüquqi şəxslərin təsisçisinin vergi öhdəliyi
12 Noyabr 15:10
Dekabrda Kiyevdə GUAM biznes forumu keçiriləcək
12 Noyabr 15:06
“Caspian Ecology” sərgisi 10 il ərzində dünyanın 15 ölkəsindən 500-dən çox şirkəti bir araya gətirib
12 Noyabr 14:52
Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində növbəti monitorinq keçiriləcək
12 Noyabr 14:35
Milli Kitabxanada “12 noyabr – Konstitusiya Günüdür” adlı kitab sərgisi açılıb
12 Noyabr 14:18
Mikayıl Cabbarov: Azərbaycanda “kölgə” iqtisadiyyatı ilə bağlı həyata keçirilən islahatlar sosial layihələrin maliyyələşməsinə imkan yaradıb
12 Noyabr 14:08
Noyabrın 14-15-də Bakıda Dünya dini liderlərinin II Sammiti keçiriləcək
12 Noyabr 13:54
Azərbaycan Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı çərçivəsində nəqliyyat sahəsində keçirilən tədbirlərə sədrlik edib
12 Noyabr 13:45
Samir Şərifov: Büdcənin ənənəvi olaraq sosialyönümlülüyü təmin ediləcək
12 Noyabr 13:43
UNESKO-nun 40-cı Baş Konfransı işə başlayıb
12 Noyabr 13:33
Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyində doqquz ayın nəticələri müzakirə olunub
12 Noyabr 13:27
Əli Nağıyev: Dini-ekstremist və terrorçu qrupların fəallaşmaq cəhdləri beynəlxalq təhlükəsizliyi hələ də ciddi təhdid edir
12 Noyabr 13:05
Milli Məclisin Sədri: 2020-ci ilin büdcə zərfləri ölkədəki müsbət dəyişiklikləri əks etdirir
12 Noyabr 12:59
Məzahir Pənahov: Bələdiyyə seçkilərini izləmək üçün 15 ölkəyə dəvət göndərilib
12 Noyabr 12:55
Fərid Şəfiyev: Öz müqəddəratını təyinetmə hüququnun icrası yalnız Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həyata keçirilməlidir
12 Noyabr 12:48
On ay üzrə istehlak bazarında qiymətlər açıqlanıb
12 Noyabr 12:31
Azərbaycan Ordusunun genişmiqyaslı əməliyyat təlimi başlayıb
12 Noyabr 12:22
Milli Məclisdə 2020-ci ilin dövlət büdcəsi layihəsinin müzakirəsinə başlanılıb
12 Noyabr 11:50
Konstitusiya Məhkəməsinin kollektivi Fəxri xiyabanda ulu öndər Heydər Əliyevin məzarını ziyarət edib
12 Noyabr 11:47
Oklahoma-Azərbaycan Kənd Təsərrüfatı Forumu keçirilib
12 Noyabr 11:41
Azərbaycan və Birləşmiş Ərəb Əmirlikləri arasında Hökumətlərarası Komissiyanın 7-ci iclası keçiriləcək
12 Noyabr 11:39
Hirkan milli parkında ilk veloyürüş keçirilib
12 Noyabr 11:38
Noyabrın 12-si Dünya Pnevmoniya ilə Mübarizə Günüdür
12 Noyabr 11:28
Ağstafa-Yenigün-Xətai-Qaçaq Kərəm-Poylu-Xılxına avtomobil yolu yenidən qurulub
12 Noyabr 11:26
BMT-nin Baş katibi bəşəriyyətin üzləşdiyi beş təhlükə haqqında danışıb
12 Noyabr 11:25
YAP Gəncə şəhər təşkilatının qərargahında partiyanın Gəncə şəhər, Binəqədi və Pirallahı rayon təşkilatlarının konfransı keçirilib
12 Noyabr 11:20
Göyçayda XIV Nar festivalı keçirilib
12 Noyabr 11:18
YAP Gəncə şəhər təşkilatı imzatoplama kampaniyasını uğurla başa çatdırıb
12 Noyabr 11:08
Bu gün Milli Məclisdə büdcə müzakirələri başlayır
12 Noyabr 11:07
BMT Sivilizasiyalar Alyansının Ali nümayəndəsinə Azərbaycan Respublikası diplomatik xidmətinin 100 illiyi medalı təqdim edilib
12 Noyabr 11:03
12 noyabr - Konstitusiya Günüdür
12 Noyabr 10:05
Konstitusiyamız və milli ideologiyamız
12 Noyabr 10:02
Şanxay idxal sərgisində 71,13 milyard dollarlıq razılaşmalar əldə olunub
12 Noyabr 09:58
Birinci vitse-prezident Mehriban Əliyeva Konstitusiya Günü münasibətilə Azərbaycan xalqını təbrik edib
12 Noyabr 09:37
Moldova Paralimpiya Komitəsinin prezidenti Bakıya gəlib
12 Noyabr 09:35
Ermənistan silahlı qüvvələrinin bölmələri atəşkəs rejimini 23 dəfə pozub
11 Noyabr 22:51
Qədim Xivə şəhərində Azərbaycan-Özbəkistan dostluğuna həsr olunan tədbir keçirilib
11 Noyabr 22:32
Azərbaycanın Dövlət Bayrağı Günü Ankarada qeyd olunub
11 Noyabr 20:00
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Bakının Xətai rayonunda ağacəkmə aksiyasında iştirak ediblər
11 Noyabr 18:19
Azərbaycan XİN Lavrovun Yerevanda Ermənistan-Azərbaycan münaqişəsinə dair səsləndirdiyi fikirlərə münasibət bildirib
11 Noyabr 17:55
Azərbaycan Ordusu miqyasında əməliyyat təlimi keçiriləcək
11 Noyabr 17:40
Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirilib
10 Noyabr 16:16
Düşənbədə MDB ölkələrinin səhiyyə sahəsində Əməkdaşlıq Şurasının XXX yubiley iclası keçirilib
10 Noyabr 16:06
“Modern Diplomacy” portalında Ermənistanda faşistlərin və terrorçuların qəhrəmanlaşdırılmasına dair məqalə yayılıb
10 Noyabr 16:01
Mustafa Kamal Atatürkün vəfatının 81-ci ildönümü Türkiyədə müxtəlif tədbirlərlə qeyd edilir
10 Noyabr 15:55
Naxçıvan Qarnizonu qoşunlarında Dövlət Bayrağı Günü silsilə tədbirlərlə qeyd edilib
10 Noyabr 13:57
Sabah ölkə ərazisində havanın temperaturu 23 dərəcəyə yüksələcək
10 Noyabr 11:58
Azərbaycanlı tələbələr Qars şəhərinin küçə və meydanlarında dövlət bayrağımızı dalğalandırıblar
10 Noyabr 11:25
Dövlət Bayrağı Günü Niderlandda da qeyd olunub
10 Noyabr 10:27
Ermənistan silahlı qüvvələrinin bölmələri sutka ərzində atəşkəs rejimini 22 dəfə pozub
10 Noyabr 10:21
Bakı bütünlüklə Azərbaycan bayrağıyla bəzənib
09 Noyabr 20:51
Milli Məclis aparatının əməkdaşları Gürcüstan parlamentində olublar

Video

 

Müsahibə

»»»
 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
HAVA HAQQINDA
Bakı
gündüz+17 +21
gecə+9 +13