Ana səhifə »  Müəlliflər »  Azərbaycan siyasi palitrasına “Milli şura” terroru
A+   Yenilə  A-
Azərbaycan siyasi palitrasına “Milli şura” terroru
Yazdı: Nardar Bayramlı

Bu qurum dövlət qeydiyyatından keçməkdən imtina etməklə, dağıdıcı xarakterini və qeyri-qanuni fəaliyyət göstərmək niyyətini ortaya qoyur
Məlumdur ki, demokratik inkişafı, Avropaya inteqrasiya yolunu seçən Azərbaycan dövləti siyasi sistemin inkişafı istiqamətində də əsaslı tədbirlər həyata keçirir. Bu məqsədlə beynəlxalq standartlara cavab verən qanunvericilik formalaşdırılıb və artıq siyasi partiyalar dövlət büdcəsindən maliyyələşdirilir. Bütün bunların nəticəsidir ki, ölkəmizdə dövlət qeydiyyatından keçmiş 50-dən çox siyasi partiya fəaliyyət göstərir. Onlar qanunvericilik əsasında öz işlərini qurub və siyasi fəaliyyətlə məşğuldurlar. Siyasi partiyalarla yanaşı, qeyri-hökumət təşkilatları, müxtəlif birliklər və bloklar da öz fəaliyyətlərini qanunvericiliyin tələblərinə uyğun qurmalıdırlar.
Amma təəssüf ki, demokratiyadan, hüquqi cəmiyyətdən ağızdolusu danışan radikal müxalifət partiyaları bir çox hallarda bu prinsiplərə əməl etmirlər. Xüsusilə radikalların birləşdiyi qurumlar qanunlara əsaslanmırlar. Onlardan biri də qoca kinodramaturq, ermənipərəst Rüstəm İbrahimbəyovun “Milli şura”sıdır. Bir sıra partiyalar və fərdi şəxslər bu quruma üzv olsalar da, “Milli şura” qanuni fəaliyyət göstərmir. Müxalifətin indiyə qədər yaranıb süqut edən bütün təşkilatları da fəaliyyətdə olduqları zaman dövlət qeydiyyatından keçməyiblər. Belə ki, 1993-cü ildən bu yana müxalifət düşərgəsinin onlarca birlik formatları olub - “Demkonqres” ( sonradan “Demkonqres-1” və “Demkonqres-2”), “SİDSUH”, “DUH”, “DUBB”, “Birləşmiş Müxalifət Hərəkatı (BMH), “Azadlıq” bloku, “Bizim Azərbaycan” bloku, “YES”, “İctimai Palata”, “Demokratik Qüvvələrin Məşvərət Məclisi”, “El” və indi də “Milli şura” qeydiyyatsız fəaliyyət göstərir. Məsələ burasındadır ki, bu təşkilat hazırda qanunçuluqdan, demokratiyadan danışır. Amma qanuni fəaliyyət göstərmək üçün qeydiyyatdan belə keçməyi düşünmür. Əvəzində isə iqtidar-müxalifət dialoqunu, seçkilərdə iştirakı və digər məsələləri özünün əsas hədəfləri elan edib.
Yuxarıda qeyd etdiyimiz kimi, normal, hüquqi cəmiyyətdə bütün məsələlər qanunlarla tənzimlənir. Məhz qanunun tələblərindən çıxış edərək “Milli şura” dövlət qeydiyyatından keçməlidir. Amma görünən odur ki, bu qurum kifayət qədər ziddiyyətlərlə doludur, onun sədri Azərbaycana gəlmək istəmir, üzvlər isə bir çox məsələlərdə, xüsusilə, seçki prosesi ilə bağlı ciddi fikir ayrılıqlarına malikdirlər.
Əslində, proseslər göstərir ki, müxalfiət düşərgəsinin elan etdiyi bu qurum formal xarakter daşıyır. Bu qurumun elan etdiyi nizamnamə, proqram və tərkibi heç bir məna kəsb etmir. Sadəcə, bir neçə nəfər özünün qrup maraqlarından çıxış edərək ictimai rəyi aldatmaq yolunu tuturlar. Onu yaradanlar bilirlər ki, bu mövsümi xarakterlidir və qısa müddətdən sonra “Milli şura” hər hansı formada mövcud olmayacaq. Amma məsələnin digər tərəfi odur ki, radikallar bu kimi qurumlar yaratmaqla ölkəmizin siyasi palitrasının şəffaflığına ziyan vururlar. Qeydiyyatdan keçmədikləri halda müxtəlif iddalarla, o cümlədən, hakimiyyətlə dialoq təşəbbüskarı kimi çıxış etmək heç bir məntiqə uyğun deyil. Ən əsası ona görə ki, müəyyən hədəfləri qarşısına məqsəd qoyan, taleyüklü müzakirələrdə iştirak etmək niyyətini ifadə edən və bunun üçün də iqtidarla dialoqa hazır olduğunu bəyan edən hər hansı təşkilat ilk növbədə özünün qanuniliyini təmin etməlidir. Əks halda, bu tipli təşkilatlar nə ciddi fəaliyyət göstərə, nə də cəmiyyətdə heç bir dəstək qazana bilər. Belə təşkilatlar yalnız ölkəmizin siyasi palitrasına ləkə vurur, hətta terror edir. Belə fəaliyyətlə isə ancaq özünə ziyan vuran bu “təşkilat” ömrünü qısaltmaqdan başqa heç nə qazanmayacaq. Ona görə ki, sivil formada fəaliyyət göstərməyən və bununla cəmiyyətdə heç bir dəstək qazanmayan bu tipli təşkilatlar iflasa məhkumdurlar. Nəzərə alsaq ki, “Milli şura” prezident seçkilərində iştirak etmək niyyətindədir, onda onu hansı aqibətin gözləməsi indidən məlumdur. Necə ki, cəmiyyətimiz özünü sivil şəkildə təqdim etməyən təşkilatı qəbul etmir, seçkilərdə də analoji addımların atılmasını görəcəyik. Yəni səsvermə günü Azərbaycan cəmiyyəti, seçicilər bu qurumun namizədinə hər hansı dəstək nümayiş etdirməyəcəklər.

 
  • Oxunub:  27750  |  
  • Tarix:  02-07-2013  |  
  •    Çap et   |  
Get Adobe Flash player
15 iyun Azərbaycan xalqının və dövlətinin qurtuluş tarixidir

16 İyun 09:35
Bakı ilə Şarm-əl-Şeyx arasında birbaşa uçuşlar həyata keçiriləcək
16 İyun 09:18
Azərbaycan “Kosmik Trayektoriyaların Optimallaşdırılması üzrə Dünya Çempionatı”nda uğurlu nəticə göstərib
16 İyun 09:16
Mariya Zaxarova: Mən Bakını çox sevirəm
16 İyun 09:11
VII Muğam Televiziya Müsabiqəsi başa çatıb
16 İyun 09:07
Azərbaycan Badminton Federasiyasının hesabat-seçki konfransı keçirilib
15 İyun 20:58
Qadın parlamentarilər TürkPA Beynəlxalq Katibliyinin mənzil-qərargahında olublar
15 İyun 19:11
Milli Qurtuluş Günü xalqımızın taleyində dönüş günüdür
15 İyun 19:02
Bakı Konqres Mərkəzində məzun gecəsi keçirilib
15 İyun 18:27
Polis Akademiyasında Milli Qurtuluş Günü münasibətilə tədbir keçirilib
15 İyun 18:24
Mehriban Əliyeva: Təhsil hər bir millətin tərəqqisinin, parlaq gələcəyinin əsasını təşkil edir
15 İyun 16:42
Müdafiə naziri: Düşmən təxribatlarının qarşısı adekvat tədbirlər görülməklə alınmalı və şəxsi heyətin təhlükəsizliyi təmin edilməlidir
15 İyun 16:40
Bakıda “İnvaziv diaqnostika və müalicə: Bu gündən sabaha” adlı beynəlxalq konfrans keçirilib
15 İyun 16:38
15 iyun - Müstəqilliyimizi şərəfləndirən şanlı tarix
15 İyun 16:30
Milli Qurtuluş Günü münasibətilə Yaponiyanın “Himalaya” radiosunda xüsusi veriliş yayımlanıb
15 İyun 15:50
Hulusi Kılıç: Heydər Əliyevin ikinci dəfə siyasi hakimiyyətə gəlişi ilə Azərbaycan milli qurtuluşa nail oldu
15 İyun 15:37
Cəmşid Naxçıvanski adına Hərbi Liseyin məzunlarının növbəti buraxılışı keçirilib
15 İyun 15:13
Dövlət Təhlükəsizliyi Xidmətində 15 iyun – Milli Qurtuluş Gününə həsr olunan təntənəli tədbir keçirilib
15 İyun 15:06
Azərbaycan və Rusiya arasında sərhədyanı işgüzar əməkdaşlığın inkişafına dair dəyirmi masa keçirilib
15 İyun 14:35
Kənd Təsərrüfatı Nazirliyi: Bu günədək kümçülər 499,28 ton yaş barama təhvil veriblər
15 İyun 11:25
İmadəddin Nəsiminin 650 illik yubileyinə həsr olunan bədii qiraət müsabiqəsinin qalibləri mükafatlandırılıb
15 İyun 11:24
Fuad Axundov: Ermənistan istorioqrafiya sahəsində informasiya müharibəsini uduzub
15 İyun 11:17
Daşkənddə keçirilən regional forumda Azərbaycan da iştirak edib
15 İyun 11:15
ABŞ-ın Con Batçelor Şou radio proqramında Azərbaycanın inkişaf modeli barədə danışılıb
15 İyun 11:14
Düşənbədə Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin beşinci Zirvə toplantısı keçirilir
15 İyun 10:22
Mingəçevirdə “Azərbaycanın müasir uğurlarının başlanğıc tarixi - 15 iyun 1993-cü il” mövzusunda konfrans keçirilib
15 İyun 10:21
Ulu Öndər Heydər Əliyevin Naxçıvandan Bakıya gəlişi bütün xalqın, bütün millətin arzusu idi
15 İyun 10:18
Dövlət Rəssamlıq Akademiyasında 15 İyun - Milli Qurtuluş Gününə həsr olunmuş tədbir keçirilib
15 İyun 10:16
Tərtərdə 15 İyun - Milli Qurtuluş Gününə həsr olunmuş ümumrayon tədbiri keçirilib
15 İyun 10:14
Fransa məhkəmələrinin qərarları Ermənistanın Dağlıq Qarabağdakı separatçı rejimi legitimləşdirmək cəhdlərinin üstündən xətt çəkdi
15 İyun 10:10
Gədəbəy rayonunda 15 İyun - Milli Qurtuluş Günü ilə bağlı tədbir keçirilib
15 İyun 10:09
Qusarda 15 İyun - Milli Qurtuluş Günü münasibətilə tədbir keçirilib
15 İyun 10:06
15 iyun Azərbaycan xalqının və dövlətinin qurtuluş tarixidir
14 İyun 22:19
Naxçıvanda Milli Qurtuluş Günü münasibətilə konsert olub
14 İyun 21:52
Dövlətin və cəmiyyətin Qurtuluşu: Ulu öndər tarixi xilaskar kimi
14 İyun 21:35
Milli Qurtuluş Gününün bəhrələri
14 İyun 21:32
İraq mətbuatı 150 yaşında
14 İyun 21:23
Azərbaycanın təşəbbüsü ilə “Silahlı münaqişələr zamanı mədəni mülkiyyətin qorunması üzrə UNESKO hərbi bələdçisi”nin NATO-da təqdimatı olub
14 İyun 21:19
Bakı Atatürk Liseyində məzun günü münasibətilə tədbir keçirilib
14 İyun 21:10
Heydər Əliyevin tarixi qayıdışı ölkəmizi anarxiya və dağılmaqdan xilas etdi
14 İyun 21:07
VƏTƏN NAMİNƏ QAYIDIŞ
14 İyun 20:42
Ukraynanın “5 kanal” televiziyası Naxçıvan haqqında növbəti reportaj yayımlayıb
14 İyun 20:15
Yeni Azərbaycan Partiyasında 15 iyun - Milli Qurtuluş Gününə həsr olunan tədbir keçirilib
14 İyun 20:00
Oqtay Əsədov: TÜRKPA çərçivəsindəki proseslərə qadınların cəlb edilməsi günümüzün reallığıdır
14 İyun 19:28
Novruz Məmmədov: Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirə çox əhəmiyyətli platformadır
14 İyun 19:17
Əmək Münasibətlərinin Tənzimlənməsi və Koordinasiyası Komissiyasının növbəti iclası keçirilib
14 İyun 18:48
Dünya Xəbər Agentliklərinin Sofiyada keçirilən VI Konqresi işini başa çatdırıb
14 İyun 18:30
TÜRKPA-nın nümayəndə heyəti ümummilli lider Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət edib
14 İyun 18:04
Azərbaycan dayanıqlı inkişafla bağlı Milli Hesabat təqdim edəcək
14 İyun 18:01
Ziya Zakir Acar: Milli Qurtuluş Günü Azərbaycanın dövlətçilik tarixində xilas və quruculuq erasının başlanğıcıdır
14 İyun 17:59
Azərbaycanın Baş Naziri Novruz Məmmədov Tacikistanda səfərdədir
14 İyun 17:57
Tibol Roş: Zaldakı bütün insanların ayağa qalxaraq Azərbaycanın dövlət himnini dinləməsi möhtəşəm idi
14 İyun 17:55
Dövlət Sərhəd Xidmətinin Xüsusi Məktəbində məzunların buraxılışı olub
14 İyun 17:53
Ulu Öndərin dəstəyi olmasaydı, Azərbaycanda obyektiv qiymətləndirmə sistemi formalaşmayacaqdı
14 İyun 17:33
Dövlət Statistika Komitəsində 15 iyun - Milli Qurtuluş Günü geniş qeyd olunub
14 İyun 17:27
“Heydər Əliyev siyasəti: sözün qurtuluşundan media azadlığına doğru” mövzusunda konfrans keçirilib
14 İyun 17:22
Vergilər nazirinin müavini Ağsuda vətəndaşları qəbul edib
14 İyun 17:08
Dövlət Komitəsində BMT İnkişaf Proqramının Azərbaycandakı yeni rezident nümayəndəsi ilə görüş keçirilib
14 İyun 16:54
Milli Qurtuluş Gününə həsr olunmuş “Xilaskar” adlı konfrans təşkil edilib
14 İyun 16:53
Bakı Beynəlxalq Multikulturalizm Mərkəzində Milli Qurtuluş Günü qeyd olunub
14 İyun 16:48
Azərbaycan Ulu Öndərin zəngin ideyalarının işığında gələcəyə doğru inamla addımlayır
14 İyun 16:33
Ulu Ondərin yenidən siyasi hakimiyyətə gəlməsi dövlətçilik tariximizin şanlı və parlaq səhifəsidir
14 İyun 16:27
“Azərbaycan Səninlədir, Sənsiz deyil” adlı IX yaradıcılıq festivalı keçirilib
14 İyun 16:23
Ağsaqqallar Şurasının üzvləri ulu öndər Heydər Əliyevin məzarını ziyarət ediblər
14 İyun 16:20
XİN: danışıqların ən mühüm məqsədlərindən biri Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal edilmiş ərazilərindən çıxarılmasıdır
14 İyun 16:18
SOCAR və “Equinor” şirkətləri “Qarabağ” yatağında yeni platformanın quraşdırılmasına hazırlaşır
14 İyun 16:15
Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclası keçirilib
14 İyun 16:13
BSU-da Milli Qurtuluş Günü qeyd olunub
14 İyun 16:11
YALAN AYAQ TUTAR, YERİMƏZ
14 İyun 16:10
Karl Kulessa: BMT-nin Əhali Fondu ilə Azərbaycan hökuməti arasında çox güclü əməkdaşlıq var
14 İyun 16:08
ELMİN VİCDAN MƏSƏLƏSİ – “Bizə hansı Ali Attestasiya Komissiyası lazımdır?”

Video

 

Müsahibə

»»»
 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30
HAVA HAQQINDA