Ana səhifə »  Müəlliflər »  “Müsavat” – “Milli şura” qarşıdurması şiddətlənir
A+   Yenilə  A-
“Müsavat” – “Milli şura” qarşıdurması şiddətlənir
Yazdı: Nurlan Qələndərli

Və ya “Milli şura” daxilində zorən “vahid namizəd”in elan olunması “Müsavat”ın narazılığına səbəb olub
Azərbaycan siyasi palitrasının autsayderlərindən ibarət olan “Milli şura”da daxili qarşıdurma daha da kəskinləşib. Belə ki, ermənipərəst və anti-azərbaycançı dairələrin direktivləri əsasında zorən müttəfiq halına gətirilmiş radikal müxalifət düşərgəsindəki “mehriban düşmənlər” bu gün müxtəlif məsələlər ətrafında qarşıdurma halındadırlar. Müzakirəyə çıxarılan məsələlərin heç birində ortaq məxrəcə gəlməyi bacarmayan radikallar ziddiyyətli fikirlər səsləndirməklə eyni zamanda, “Milli şura”nın da antimilli ünsürlərin “birliyi” olduğunu nümayiş etdirirlər.
Yeri gəlmişkən, Rüstəm İbrahimbəyovun “Milli şura”sının daxilindəki qarşıdurmalarda son zamanlar Müsavat Partiyası xüsusi rol oynamaqdadır. Belə ki, hər zaman “vahid namizəd” cəbhəsindən “atəşkəs”i pozan “Müsavat” bu dəfə də həmin məsələni qabardaraq düşərgə daxilində əsəblərin tarıma çəkilməsinə səbəb olub.
Bu istiqamətdə açıqlama verən Müsavat Partiyası başqanının müşaviri Səxavət Əlisoy qeyd edib ki, Rüstəm İbrahimbəyov Azərbaycana gəlməyəcəyi tədqirdə “Milli şura”dan digər bir şəxsin “vahid namizəd”liyi irəli sürülməlidir. O, bir daha israrla bəyan edib ki, Rüstəm İbrahimbəyov “Milli şura”dan prezidentliyə “vahid namizəd” olmaq üçün Azərbaycana gəlməlidir: “Əgər Rüstəm İbrahimbəyov Azərbaycana gələcəksə, prezidentliyə “vahid namizəd” olacaq. Gəlməyəcəksə, qiyabi namizəd necə olur? Mən bunu anlaya bilmirəm. Rüstəm İbrahimbəyov gəlməyəcəyi tədqirdə “Milli şura”da təmsil olunan partiyaların özlərinin digər bir “vahid namizəd” seçməsinin tərəfdarıyam”.
S.Əlisoy həmçinin qeyd edib ki, “Milli şura”da bəziləri Müsavat Partiyasına qarşı qərəz nümayiş etdirirlər: “Partiyaların içərisində həm yaşına, həm başına görə ən sanballısı Müsavat Partiyasıdır. Burada zaman öz sözünü deyir. Bizi günahkar sayırlar, kimin bizi günahkar saymasından asılı olmayaraq, Müsavat Partiyası öz xəttini davam etdirir”.
“Müsavat”a yaxınlığı ilə bilinən Pənah Hüseyn isə deyib ki, “Milli şura” daha çox xarici faktorlarla bağlıdır. Onun sözlərinə görə, “Milli şura” bundan sonra fərqli bir addım atsa, İsa Qəmbər qurumu tərk edə bilər.
İsa Qəmbərin çevrəsinə aid olan Hikmət Hacızadə isə “Milli şura”nın ünvanına daha sərt fikirlər səsləndirib. Onun sözlərinə görə, “Milli şura” daxilində baş verən son hadisələr onların şüurundakı xaosun göstəricisidir.
Bir sözlə, görünən odur ki, “Milli şura” daxilində zorən “vahid namizəd” elan olunsa da, “Müsavat” bu durumdan razı deyil və qurumla qarşıdurma şəraitindədir. Belə olan halda isə proqnoz vermək olar ki, sözügedən partiya ilə qondarma qurumun digər üzvləri arasındakı ziddiyyətlər daha da şiddətlənəcək və gizli savaş açıq müstəviyə transfer olunacaq. Yeri gəlmişkən, son açıqlamalar onu göstərir ki, Müsavat Partiyası rəsmi surətdə elan etməsə də, ayrı-ayrı şəxslərin timsalında “Milli şura”nın perspektivsizliyini dilə gətirir. Əslində, bu, İbrahimbəyovun qondarma “şura”sının gerçək durumunu aşkarlayan növbəti fakt kimi çıxış edir.
Beləliklə görünən odur ki, milli maraqlara zidd mövqe sərgiləyən radikal qüvvələr bir tərəfdən öz aralarında mövcud olan dərin ziddiyyətlərlə qarşı-qarşıyadırlar, digər tərəfdən isə Azərbaycan ictimaiyyəti tərəfindən ciddi narazılıqla qarşılanırlar. Bunun əsas səbəbi isə qondarma qurumda “birləşən” şəxslərin milli maraqlara zidd və korporativ, şəxsi mənafelər əsasında fəaliyyət göstərmələridir. Yeri gəlmişkən, bəhs olunan qondarma qurumlarda birləşən autsayderlərin son açıqlamaları göstərir ki, “El” hərəkatının ardınca Rüstəm İbrahimbəyovun “Milli şurası” da tarixin arxivinə yollanır. Görünən odur ki, əvvəllər “Milli şura” “ideya”sını dəstəkləyən antimilli və radikal ünsürlər hazırda fərqli mövqe nümayiş etdirirlər və bu hal qoca kinorejissor tərəfindən isterika ilə qarşılanmaqdadır.

 
  • Oxunub:  24390  |  
  • Tarix:  03-07-2013  |  
  •    Çap et   |  
Get Adobe Flash player
Azərbaycanda sabitliyin möhkəmləndirilməsi dövlətin və hər bir vətəndaşın işi olmalıdır

15 Fevral 20:36
“Toplan” sahibsiz itlərə qayğı mərkəzinin növbəti hissəsinin təməli qoyulub
15 Fevral 20:21
Buzovnadakı psixonevroloji sosial xidmət müəssisəsinin yenidənqurmadan sonra açılışı olub
15 Fevral 20:19
Azərbaycan ilə Avropa İttifaqı arasında əməkdaşlıq məsələləri müzakirə edilib
15 Fevral 19:08
Əli Həsənov: Məişət zəminində yaşanan hər hansı insident Azərbaycan və çeçen xalqları arasında tarixən mövcud olmuş dostluq və qardaşlıq əlaqələrinə xələl gətirə bilməz
15 Fevral 17:52
Mediaya açıq Prezident: İlham Əliyev fikirlərini KİV-lə bölüşür
15 Fevral 17:47
Konstitusiya Məhkəməsi gənc hüquqşünasları könüllü fəaliyyətə dəvət edir
15 Fevral 17:46
Neftçalada özünüməşğulluq proqramı çərçivəsində yaradılmış təsərrüfatlara baxış olub
15 Fevral 17:41
Pərvin Kərimzadə: Dövlət başçısının imzaladığı sərəncamlar gənclərin elm və təhsil sahəsinə marağının artmasını stimullaşdıracaq
15 Fevral 17:38
Azərbaycanda yeni "ASAN Xidmət" mərkəzləri açılacaq
15 Fevral 17:34
Prezident İlham Əliyev Sabirabad və Salyan rayonlarında qış otlaqlarında meliorativ tədbirlərin davam etdirilməsinə 30 milyon manat ayırıb
15 Fevral 17:34
Eldəniz Səlimov: Demokratiya, söz azadlığı o demək deyil ki, hər kəs istənilən zaman başqalarını təhqir edə bilər
15 Fevral 17:32
Prezident İlham Əliyev Tovuzda yol tikintisinə 3,3 milyon manat ayırıb
15 Fevral 17:31
“ASAN xidmət” və Diasporla İş üzrə Dövlət Komitəsi xaricdəki vətəndaşlarımız üçün səyyar xidmətlər göstərəcək
15 Fevral 17:28
Bərdədə məcburi köçkünlər üçün ödənişsiz tibbi müayinə təşkil edilib
15 Fevral 17:24
Neftçalada kütləvi tibbi müayinəyə 65 min nəfərdən çox sakin cəlb olunacaq
15 Fevral 17:05
Göyçaya rəqabətqabiliyyətli və ixracyönümlü məhsulların istehsalı diqqət mərkəzində saxlanılacaq
15 Fevral 17:02
Əli Məsimli: Azərbaycan Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayacaq və qitəyə daha güclü inteqrasiya edəcək
15 Fevral 16:58
İnam Kərimov Kənd Təsərrüfatı Nazirliyinin xaricdə təhsil almış əməkdaşları ilə görüşüb
15 Fevral 16:57
İsmayıllıda əsas kapitala 6,7 faiz çox investisiya qoyulub
15 Fevral 16:44
Böyük Britaniya baş nazirinin ticarət elçisi Bakıda bir sıra mədəni tədbirlərdə iştirak etməyi planlaşdırır
15 Fevral 16:39
Vüqar Bayramov: Bu il ölkəmizin iqtisadi artım tempində daha yüksək faiz qeydə alınacaq
15 Fevral 16:21
“Nəsimi ili” ilə bağlı Özbəkistanda silsilə tədbirlər keçiriləcək
15 Fevral 16:16
Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə Naftalanda vətəndaşları qəbul edib
15 Fevral 16:12
Bakıda Azərbaycanla Avropa İttifaqı arasında Yüksək Səviyyəli Nəqliyyat Dialoqunun ilk iclası keçiriləcək
15 Fevral 15:58
Azərbaycan Milli Paralimpiya Komitəsi ilə Bakı Nəqliyyat Agentliyi arasında anlaşma memorandumu imzalanıb
15 Fevral 15:40
Ötən il Yevlaxda 53,7 milyon manatlıq tikinti-quruculuq işləri aparılıb
15 Fevral 15:34
Professor Aygün Əttar: Azərbaycanın uğurlarının əsasını xalq-hakimiyyət birliyi təşkil edir
15 Fevral 15:15
ABŞ-ın Enerji Administrasiyası: Azərbaycan Cənubi Avropa üçün daha mühüm qaz tədarükçüsü olmaq niyyətindədir
15 Fevral 15:04
Gələn həftədən Elektron Kənd Təsərrüfatı İnformasiya Sisteminin tətbiqinə başlanacaq
15 Fevral 14:51
Ötən mövsüm ölkə üzrə 232,2 min ton pambıq istehsal olunub
15 Fevral 14:47
Milli Məclisdə “Ailə institutunun formalaşmasında qanunvericiliyin rolu” mövzusunda dəyirmi masa keçirilib
15 Fevral 14:38
Milli Kitabxanada növbəti kitab sərgisi akademik Arif Paşayevin 85 illiyinə həsr edilib
15 Fevral 14:25
Elman Məmmədov: Nikol Paşinyan hələ də nəticə çıxara bilməyib
15 Fevral 14:23
Təqaüdlərin artırılması tələbələrin sosial müdafiəsinin daha da yaxşılaşdırılması baxımından xüsusi əhəmiyyət daşıyır
15 Fevral 14:19
Ekologiya və təbii sərvətlər naziri Beyləqanda vətəndaşları qəbul edib
15 Fevral 14:16
“The Korea Times” qəzetində Azərbaycanın xarici işlər nazirinin müsahibəsi dərc olunub
15 Fevral 14:16
Bakı Dövlət Universitetində doktorantların sualları cavablandırılıb
15 Fevral 14:12
Ötən il Ali Məhkəmənin fəaliyyətinin təkmilləşdirilməsi və müasirləşdirilməsi istiqamətində mühüm işlər görülüb
15 Fevral 14:04
Mədəniyyət Nazirliyi ilə “British Council” arasında niyyət sazişi imzalanıb
15 Fevral 12:57
Saatlıda ötən il görülən işlər və qarşıda duran vəzifələr müzakirə olunub
15 Fevral 12:54
Malayziya-Azərbaycan parlamentlərarası əməkdaşlığının perspektivləri müzakirə edilib
15 Fevral 12:41
Bosniya və Herseqovinanın Rəyasət Heyətinin üzvü VII Qlobal Bakı Forumunda iştirak edəcək
15 Fevral 12:40
YAP Gənclər Birliyinin nümayəndəsi Moskvada «Единая Россия»nın gənc qvardiyaçılarının IX Qurultayında iştirak edib
15 Fevral 12:36
Təhsil naziri: Təqaüd sisteminin təkmilləşdirilməsi tələbələrin sosial müdafiəsinin daha da gücləndirilməsinə xidmət edir
15 Fevral 12:31
YAP Mingəçevir şəhər təşkilatının yaradılmasının 26-cı ildönümü münasibətilə tədbir keçirilib
15 Fevral 12:24
Bakı Ali Neft Məktəbində “Mühəndislər üçün biznes təhsili”nin növbəti dərsləri başlayıb
15 Fevral 12:22
Ötən il muxtar respublikada 1448 ton bal istehsal edilib
15 Fevral 12:21
Azərbaycan şirkətləri “Gulfood 2019” beynəlxalq qida sərgisində iştirak edəcək
15 Fevral 12:01
Azərbaycanda ilk dəfə rayon icra hakimiyyəti xidmətlərin asanlaşdırılması üçün vahid mərkəz yaradıb
15 Fevral 11:44
Reyhan Camalova ABŞ-da Beynəlxalq Elm və Mühəndislik Sərgisində Azərbaycanı təmsil edəcək
15 Fevral 11:30
Fevralın 15-i Beynəlxalq Uşaq Xərçəng Xəstəlikləri ilə Mübarizə Günüdür
15 Fevral 11:12
Əqli Mülkiyyət Agentliyi biznes sektorunun nümayəndələri üçün təlimlər təşkil edəcək
15 Fevral 11:07
Ötən gün 27 cinayətin üstü “isti izlər”lə açılıb
15 Fevral 11:03
Qusarda son üç ildə 3 min 238 hektar yeni fındıq bağları əkilib
15 Fevral 10:48
Azərbaycan İlahiyyat İnstitutunda Heydər Əliyev təqaüdü təsis olundu
15 Fevral 10:40
Hikmət Babaoğlu: Tələbələrin təqaüdlərinin artırılması Azərbaycan elminin inkişafında yeni üfüqlər açacaq
15 Fevral 10:22
Ceyhun Bayramov: Son sərəncamlar tələbələrin akademik göstəricilərinin yüksəldilməsi üçün atılan addımdır
15 Fevral 09:53
Ermənistan silahlı qüvvələrinin bölmələri sutka ərzində atəşkəs rejimini 23 dəfə pozub
15 Fevral 09:38
Prezident İlham Əliyevdən tələbə gənclərə mühüm dəstək
15 Fevral 09:37
Azərbaycanda dövlət-vətəndaş münasibətləri sağlam zəmində qurulub
15 Fevral 09:33
Azərbaycan xalqı Prezident İlham Əliyevə öz yüksək inam və etimadını qətiyyətlə nümayiş etdirir
15 Fevral 09:32
Xəzər rayon İcra Hakimiyyətində şəhid ailələri ilə növbəti görüş keçirilib
15 Fevral 09:31
Abbas İsmayılov: Xocalı soyqırımı kimi dəhşətli cinayətə göz yummaq böyük haqsızlıqdır, erməni faşizmini dəstəkləməkdir
15 Fevral 09:31
Xalq şairi Bəxtiyar Vahabzadəyə həsr olunan “Ustada sayğı gecəsi” adlı tədbir keçirilib
15 Fevral 09:29
Radikal müxalifət təmsilçiləri Azərbaycana qarşı aparılan çirkin kampaniyaların fəal iştirakçılarıdır
15 Fevral 09:28
“Xocalı - şahidlərin gözü ilə” sənədli-tarixi kitabı ingilis və rus dillərində nəşr olunub
15 Fevral 09:28
Bölgələrdə yeni uşaq bərpa mərkəzləri yaradılacaq
15 Fevral 09:27
Bakcell və ENGİNET “Təhlükəsiz İnternet günü” ilə bağlı təlimlər keçirib
15 Fevral 09:23
Azercell əməkdaşları bilik və təcrübələrini tələbələr ilə bölüşüblər
15 Fevral 09:23
Azərbaycanın regionlarında meyvəçiliyin geniş inkişaf potensialı var

Video

 

Müsahibə

 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28
HAVA HAQQINDA