Ana səhifə »  Müəlliflər »  Radikal müxalifət partiyaları Azərbaycanın siyasi həyatında heç bir gücə və çəkiyə malik deyil
A+   Yenilə  A-
Radikal müxalifət partiyaları Azərbaycanın siyasi həyatında heç bir gücə və çəkiyə malik deyil
Yazdı: Mübariz Abdullayev

Qondarma “Milli şura”nın “vahid namizəd”inin kim olmasından asılı olmayaraq, bu, ilin sonunda keçiriləcək prezident seçkilərinin nəticələrinə təsir etməyəcək
Qarşıdan gələn prezident seçkiləri ərəfəsində radikal müxalifət düşərgəsində cəm olan partiyaların, qrupların, ayrı-ayrı şəxslərin baş sındırdıqları məsələlərdən biri də “vahid namizəd”in müəyyənləşdirilməsi ilə bağlıdır. Azərbaycan cəmiyyəti son bir neçə ayda radikalların “vahid namizəd” məsələsi ətrafında, necə deyərlər, min bir oyundan çıxdığının şahidi olub. Qarşıdan gələn seçkilərdə radikal düşərgəni hansı partiya təmsil etsin? “Vahid namizəd” kim olsun? Özlərini radikal düşərgənin əsas qüvvəsi sanan AXCP-dən, “Müsavat”dan, dağıdıcıların sırasına bir qədər gec qoşulan reneqat Eldar Namazovun yaratdığı “El” hərəkatından bu və digər suallara gələn cavablarda birmənalı şəkildə partiya maraqları və Əli Kərimlinin, İsa Qəmbərin, Eldar Namazovun ambisiyaları ifadə olunurdu. Yəni adlarını çəkdiyimiz və çəkmədiyimiz radikallardan hər biri bu düşərgənin “vahid namizəd”liyinə başqa birisini deyil, məhz öz personasını layiq bilir və qənaətlərini müxtəlif, heç bir əsası olmayan subyektiv mülahizələrlə əsaslandırmağa çalışırdılar.
Məlumdur ki, radikallar hələ ötən ilin sonlarında “vahid namizəd”ın qondarma “İctimai palata”da müəyyən edilməsi ilə bağlı qərar qəbul etmişdilər. Lakin həmin qərarın heç mürəkkəbi də qurumamış “Müsavat”ın başqanı İsa Qəmbər “centlmen razılaşması”nı pozaraq seçkilərə namizəd kimi qatılmaqla bağlı iddialarını ortaya qoydu. Onun bu istəyinə partiya funksionerlərindən də dəstək gəldi. “Müsavat”çılar öz qənaətlərini bununla əsaslandırırdılar ki, ötən seçkilərdə İsa Qəmbər digər radikal müxalifət təmsilçiləri tərəfindən aldadılıb, buna görə də, bu dəfə seçkilərdə namizəd kimi iştirak etmək növbəsi “Müsavat” başqanınındır. İsa Qəmbərin və onun partiya çiyindaşlarının “vahid namizəd” istəkləri o qədər güclüdür ki, onlar tələm-tələsik seçki qərargahı da yaradıblar. Siyasi müşahidəçilər “Müsavat”ın bu tələskənliyini, əslində, rəqiblərini fakt qarşısında qoymaq niyyəti ilə əlaqələndirirlər. Bu fikirdə həqiqət payının olduğunu inkar etmək mümkün deyil. Çünki başda İsa Qəmbər olmaqla “Müsavat”çılar həqiqətən eyni düşərgəni bölüşdükləri rəqiblərinin mövqeyini nəzərə almadan seçkilərlə bağlı planlarını ortaya qoymuşdular.
Gözlənildiyi kimi, “Müsavat”ın “vahid namizəd”liklə bağlı iddiaları bu partiyanın əzəli və əbədi rəqibi AXCP-də, sözün əsl mənasında top-tüfənglə qarşılandı. “Cəbhəçilər” də partiya sədri Əli Kərimlidən zorən namizəd düzəltmək iddiasında idilər. Onlar “Müsavat”ın qabaqdangəlmişlik etməsinə indi insanların rişxəndlə xatırladıqları “facbook seçkisi” ilə cavab verdilər.
Radikalların sırasına bir qədər gec qoşulan reneqat Eldar Namazovun zaman-zaman səsləndirdiyi fikirlərdən aydın görünürdü ki, reneqatın da qəlbi “vahid namizəd” təşnəsi ilə alışıb-yanır. Sonuncu qondarma “El” hərəkatını yaratmaqla AXCP-nin və “Müsavat”ın iki cüt, bir tək elektoratını öz tərəfinə çəkmək və bu yolla seçkilərdə namizəd kimi iştirakını təmin etmək istəyirdi.
Beləliklə, Əli Kərimlinin, İsa Qəmbərin, Eldar Namazovun (bu sırada digərlərinin də adını çəkmək mümkündür-M.A.) bir-biriləri ilə düşmənçilik aparmaları, qarşılıqlı ambisiyalar nümayiş etdirmələri “vahid namizəd” məsələsində bütövlükdə radikal düşərgənin nəzərlərinin onların hər üçündən yayınmasına gətirib çıxartdı. “Mehriban düşmənlər”i qane edən (əlbəttə ki, yalnız zahirən və müvəqqəti-M.A.) yeni fiqur ahıl yaşında sənətini, işini-gücünü atıb siyasətə “kəllə vuran” qoca kinodramaturq Rüstəm İbrahimbəyov oldu.
Radikalların nəzərlərini Rüstəm İbrahimbəyova yönəldən bir neçə səbəb sadalamaq mümkündür. Siyasi müşahidəçilər Əli Kərimlinin, İsa Qəmbərin və digərlərinin Rüstəm İbrahimbəyovun qondarma “Milli şura”nın “vahid namizəd”liyinə təsdiqlənməsinə razılıq vermələrini ilk növbədə sonuncunun siyasətdə “piyada” olması amili ilə əlaqələndirirlər. Radikallar düşnürlər ki, siyasətdə diletant olan Rüstəm İbrahimbəyova öz iddialarını asanlıqla qəbul etdirə, onu müqəvva kimi istənilən istiqamətə yönəldə biləcəklər. Radikallar arasında Rüstəm İbrahimbəyovun “vahid namizəd”liyə gedən yolunu açan digər önəmli amil isə son vaxtlar qoca kinodramaturqun imicinin kəskin şəkildə korlanmasıdır. Vergi cinayətlərinə yol verməsi, məsuliyyətdən yayınaraq xaricə üz tutması, ermənilərlə sıx əməkdaşlıq etməsi, mənəvi düşkünlüyünə aid faktların ortaya çıxması Azərbaycan cəmiyyətində Rüstəm İbrahimbəyova qarşı arzuolunmaz şəxs münasibəti formalaşdırıb. Radikallar bu amilin gələcəkdə əlverişli bir məqamda onların işinə yarayacağının fərqindədirlər.
Beləliklə, radikallar qondarma “Milli şura”nın dünən keçirilən ikinci sessiyasında üz-gözlərində saxta təbəssüm oynadaraq kosmopolit, daha çox da ermənipərəstliyi ilə “şöhrətlənən” Rüstəm İbrahimbəyovun qurumun “vahid namizəd”liyinə təsdiqlənməsinə əl çaldılar. Hərçənd ki, seçki qərargahı yaradan “Müsavat”ın, “Əli Kərimli radikal müxalifətin ən şanslı namizədidir” deyən AXCP-nin və digərlərinin bu razılaşmanın şərtlərinə axıradək sadiq qalacaqlarını söyləmək çətindir. Yeri gəlmişkən, “Müsavat” gələcək cığallığının anonsunu elə sözügedən sessiyadaca verib. Toplantıda söz alan İsa Qəmbər Rüstəm İbrahimbəyovun namizədliyini dəstəklədiyini məcburən söyləsə də, kinodramaturqun nə vaxtsa yenə məlum səbəblərdən “geri dönə bilmirəm” deyəcəyindən ehtiyatlandığını dilə gətirib və “bir çıxış yolu tapmağın zəruriliyini” vurğulayıb. Sessiyada İsa Qəmbərin heç bir zərurət olmadan söylədiyi bu sözlər ona işarədir ki, “Müsavat” “vahid namizəd Vətəndə olmalıdır” şərtinin yerinə yetirilməyəcəyi təqdirdə köhnə məsələyə yenidən qayıtmaq hüququnu özündə saxlayır.
Bütün bunlarla bərabər, dəyişməyən həqiqət ondan ibarətdir ki, qondarma “Milli şura”nın “vahid namizəd” məsələsinin hər hansı bir formada “həllini tapması” cəmiyyətimizin siyasi palitrasında seçkiqabağı dövrdə və seçkilər zamanı heç nəyi dəyişməyəcək. Yeni Azərbaycan Partiyası Sədrinin müavini-İcra katibi Əli Əhmədov bildirib ki, ölkənin hər bir vətəndaşı qarşıdan gələn seçkilərdə Prezident İlham Əliyevin namizədliyinin irəli sürülməsini özünün istək və arzularının reallaşması üçün növbəti şans hesab edir.

 
  • Oxunub:  20550  |  
  • Tarix:  03-07-2013  |  
  •    Çap et   |  
Get Adobe Flash player
Türkiyə-Azərbaycan dostluğu sarsılmazdır, əbədidir

17:58
18 Sentyabr
Bakı Dövlət Universitetində beynəlxalq elmi konfrans: “Dünya azərbaycanlıları: tarix və müasirlik”
17:54
18 Sentyabr
Nazir müavini: “Kaşaqan” neftinin gələcəkdə Bakı-Tbilisi-Ceyhan kəməri ilə nəqli planlaşdırılır
17:53
18 Sentyabr
Bilik Fondu Abşeronda və Tərtərdə Milli Musiqi Gününü qeyd edib
17:51
18 Sentyabr
Məcburi köçkünlərin növbəti qəbulu keçirilib
17:46
18 Sentyabr
Bakıda Azərbaycan-Qazaxıstan İşçi Qruplarının ilk iclası keçirilib
17:44
18 Sentyabr
Vitse-kansler: Avstriyada da şahmat, cüdo və güləş idman növlərinin Azərbaycandakı səviyyəyə yüksəlməsini istərdim
17:19
18 Sentyabr
Vətənə xidmət şərəfdir
17:15
18 Sentyabr
Əli Həsənov: Ailəsini siyasi alver predmetinə çevirən Paşinyanın rəhbərlik etdiyi xalqı hansı fəlakətlər gözlədiyini ehtimal etmək çətin deyil
17:11
18 Sentyabr
Cüdo üzrə Azərbaycan yığması dünya çempionatına hazırdır
17:02
18 Sentyabr
Azərbaycanı “Uşaq Avroviziya-2018” mahnı müsabiqəsində Fidan Hüseynova təmsil edəcək
17:01
18 Sentyabr
Prezident təqaüdçüsü: “UNEC Azərbaycanın ən yaxşı universitetləri sırasındadır”
16:48
18 Sentyabr
43-cü Dünya Şahmat Olimpiadasının başlanmasına 5 gün qalır
16:36
18 Sentyabr
Azərbaycanla Moldova ikitərəfli daşımalar və tranzit keçid üçün “İcazə”ləri artıracaq
16:07
18 Sentyabr
Sona Əliyeva: Möhtəşəm parad Azərbaycan-Türkiyə dostluğunun və qardaşlığının tərənnümüdür
15:58
18 Sentyabr
Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin zəif görənlər bölməsinin təqdimatı olub
15:30
18 Sentyabr
Bəstəkarlar İttifaqında “Üzeyir Hacıbəyli və Azərbaycan Xalq Cümhuriyyəti” mövzusunda elmi konfrans təşkil edəcək
15:22
18 Sentyabr
Aşura mərasimlərində heç bir halda xurafata yol vermək olmaz
15:05
18 Sentyabr
Milli Məclisdə Rumıniya Deputatlar Palatası xarici işlər komitəsinin sədri ilə görüş olub
14:45
18 Sentyabr
Biləsuvarda Gənclər Evi açılıb
14:38
18 Sentyabr
Azərbaycan ilə Avstriya arasında əməkdaşlığın inkişaf perspektivləri müzakirə olunub
14:34
18 Sentyabr
Prezident İlham Əliyev Biləsuvarda Bayraq Muzeyinin açılışında iştirak edib
14:32
18 Sentyabr
Bakı metrosunda Milli Musiqi Günü qeyd olunub
14:31
18 Sentyabr
Çinin Sinxua agentliyinin nümayəndə heyəti Xəzər Televiziyasının fəaliyyəti ilə tanış olub
14:28
18 Sentyabr
Zəhmətabad-Bəydili-Xırmandalı-Əliabad avtomobil yolu istifadəyə verilib
14:26
18 Sentyabr
İşaxtaran və işsiz şəxslərin sosial müdafiəsi sahəsində dövlət təminatları sistemi daha təkmil hüquqi əsasda formalaşır
14:24
18 Sentyabr
Dövlət Gömrük Komitəsinin əməkdaşları üçün təlim keçirilir
14:22
18 Sentyabr
Sinxua agentliyi “Bir kəmər, bir yol” təşəbbüsü çərçivəsində AZƏRTAC-la əməkdaşlığa hazırdır
14:16
18 Sentyabr
Prezident İlham Əliyev Biləsuvar rayonuna səfərə gəlib
14:15
18 Sentyabr
Bakı Musiqi Akademiyasının qarşısında Milli Musiqi Günü təntənəli şəkildə qeyd edilib
14:13
18 Sentyabr
AMEA Naxçıvan Bölməsində arxeoloji ekspedisiyaların yekunları müzakirə olunub
12:44
18 Sentyabr
Beynəlxalq Cüdo Federasiyası İcraiyyə Komitəsinin Bakıda keçirilmiş iclasının qərarları açıqlanıb
12:43
18 Sentyabr
İnsan resurslarının idarə edilməsi sahəsində qabaqcıl Azərbaycan təcrübəsi müzakirə olunub
12:38
18 Sentyabr
Hərbi rəhbərlərin növbəti təlim toplantısı başa çatıb
12:36
18 Sentyabr
Masallıda əsaslı şəkildə yenidən qurulan Şatıroba-Hişkədərə-Miyankü-Kubin-Birinci Səmidxanlı-Xallıcalı-Eminli-Məmmədxanlı avtomobil yolu istifadəyə verilib
12:34
18 Sentyabr
Təlimlər zamanı qoşunlarda döyüşə hazırlıq tədbirləri aparılır
12:32
18 Sentyabr
Bakıda Beynəlxalq Cüdo Federasiyası İcraiyyə Komitəsinin iclası keçirilib
12:31
18 Sentyabr
Birləşmiş Ərəb Əmirliklərinin Xəlifə Fondunun baş direktoru Heydər Əliyev Fondunun layihələri barədə məlumatlandırılıb
12:28
18 Sentyabr
Aqrar Universitetdə akademik Cəlal Əliyevin adını daşıyan auditoriya açılıb
12:24
18 Sentyabr
“Masallı - Nemətləri” Məhdud Məsuliyyətli Cəmiyyətin çəltik emalı müəssisəsi istifadəyə verilib
12:22
18 Sentyabr
Yaqub Mahmudov: Türk dünyasının ilk cümhuriyyəti Azərbaycanda yaradılıb
12:21
18 Sentyabr
Azərbaycan Ümumdünya Poçt İttifaqının konqresində təmsil olunub
12:15
18 Sentyabr
Prezident İlham Əliyev Masallı Sənaye Məhəlləsinin açılışında iştirak edib
12:11
18 Sentyabr
Milli Musiqi Günü münasibətilə ilk konsert Milli Konservatoriyada olub
12:10
18 Sentyabr
Azərbaycan nümayəndə heyəti Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin Baş Konfransının sessiyasında iştirak edir
12:01
18 Sentyabr
Sinxua agentliyinin baş redaktoru Hi Pinqin Azərbaycana səfəri davam edir
11:59
18 Sentyabr
Cəlilabadda Torpaqların Elektron Kadastr Uçotu işləri yekunlaşıb
11:54
18 Sentyabr
Prezident İlham Əliyev Masallı rayonuna səfərə gəlib
11:45
18 Sentyabr
Prezident İlham Əliyev Ələt-Astara-İran İslam Respublikası ilə dövlət sərhədi avtomobil yolunun açılışında iştirak edib
11:41
18 Sentyabr
Azərbaycan və Özbəkistanın dövlət müstəqilliyinin 27-ci ildönümü geniş konsert proqramı ilə qeyd edilib
11:36
18 Sentyabr
NAYORA MDB üzv dövlətlərinin Gənclər Forumunda təmsil olunub
11:05
18 Sentyabr
Bu il Azərbaycana payız sentyabrın 23-də qədəm qoyacaq
11:03
18 Sentyabr
Naxçıvan Dövlət Universiteti ilə Van Yüzüncü İl Universiteti arasında əməkdaşlıq müqaviləsi imzalanıb
11:00
18 Sentyabr
Ələt azad iqtisadi zonasının inkişafının təmin edilməsi məqsədilə İşçi qrupu yaradılıb
10:59
18 Sentyabr
Nyu-Yorkda ABŞ-Xəzər Biznes Forumu keçiriləcək
10:56
18 Sentyabr
Müdafiə naziri düşmənə qarşı daha sərt tədbirlərin görülməsi ilə bağlı konkret tapşırıqlar verib
10:50
18 Sentyabr
Mülazim Pahsa: Bakıda Azərbaycan və Türkiyə əsgərlərini eyni sırada görmək tarixlərə işıq saçan xoşbəxtlikdir
10:24
18 Sentyabr
Parisdə Azərbaycan-UNESCO əməkdaşlığının daha da inkişaf etdirilməsi imkanları müzakirə olunub
10:11
18 Sentyabr
Bu gün Milli Musiqi Günüdür
10:09
18 Sentyabr
Ermənistan silahlı qüvvələri atəşkəs rejimini pozmaqda davam edir
18:11
17 Sentyabr
Azərbaycan Prokurorluğu Beynəlxalq Prokurorlar Assosiasiyasının xüsusi mükafatı ilə - Fəxri Sertifikatla təltif edilib
17:56
17 Sentyabr
Fəxri ad almış bir qrup mədəniyyət xadiminə orden və medallar təqdim olunub
17:54
17 Sentyabr
Azərbaycan-Qətər əməkdaşlığının inkişaf perspektivləri müzakirə olunub
17:43
17 Sentyabr
“İrəli” İctimai Birliyinin Lənkəranda həyata keçirdiyi “SAY: Cümhuriyyət” layihəsinin icrası başa çatıb
17:42
17 Sentyabr
İçərişəhərlə tanışlıq Çinin Sinxua agentliyinin nümayəndələrində zəngin təəssürat yaradıb
17:28
17 Sentyabr
Fövqəladə Hallar Nazirliyinin Akademiyasının məzunlarının buraxılışı olub
17:27
17 Sentyabr
Dövlət Gömrük Komitəsinin nümayəndə heyəti Qırğızıstanda iclasda iştirak edib
17:18
17 Sentyabr
Müdafiə naziri təlimlər keçirilən bölgəyə gedib
17:07
17 Sentyabr
İspaniya KİV-ləri: Prezident Ərdoğan Azərbaycanın ərazi bütövlüyünün bərpasına Türkiyənin dəstəyini bir daha vurğuladı
17:01
17 Sentyabr
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının iclası keçirilib
16:49
17 Sentyabr
Bakıda Beynəlxalq Atletika Federasiyasının seminarı təşkil olunub

Video

 

Müsahibə

 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30
HAVA HAQQINDA