Ana səhifə »  Müəlliflər »  Şəhid ailələri İsa Sadıqovun əməllərini ifşa etdi
A+   Yenilə  A-
Şəhid ailələri İsa Sadıqovun əməllərini ifşa etdi
Yazdı: Pərviz Sadayoğlu

“Lələkənd” və “Ballıqaya” əməliyyatlarının uğursuzluğa düçar olmasının, həmçinin, 31 əsgərin ermənilər tərəfindən mühasirəyə düşürülərək qətlə yetirilməsinin günahı İsa Sadıqovun boynundadır
Dünən 1992-ci il dekabrın 29-da Qazax rayonu istiqamətində “Lələkənd” və “Ballı Qaya” döyüş əməliyyatı zamanı əməliyyata rəhbərlik etmiş şəxslərin cinayət məsuliyyətinə cəlb olunması ilə bağlı həmin döyüşdə şəhid olmuş 31 döyüşçünün valideynlərinin iştirakı ilə mətbuat konfransı keçirilib.
Tədbirdə çıxış edən Respublika Hərbi Prokurorunun böyük köməkçisi, mətbuat xidmətinin rəhbəri Əfrahim Təhməzov bildirib ki, həmin fakta görə 25 fevral 1993-cü il tarixində Qazax qarnizonu hərbi prokurorluğu tərəfindən 01.09.2000-ci il tarixədək qüvvədə olmuş Cinayət Məcəlləsinin 255-ci maddəsinin V bəndi ilə cinayət işi başlanılıb və istintaqı aparılıb. Müxtəlif dövrlərdə həmin cinayət işinin icraatı dayandırılsa da, zərərçəkmişlərin müraciətləri əsasında qərar 14 aprel 2012-ci il tarixində təzələnib və CM-nin 341.3-cü maddəsinə tövsif olunub.
Respublika Hərbi Prokurorluğunun Xüsusi istintaq şöbəsinin mühüm işlər üzrə böyük müstəntiqi Ülvi Əhmədov bildirib ki, 707 saylı hərbi hissənin döyüş əməliyyatı zamanı 28 nəfər düşmən tərəfindən Lələkənd yaxınlığında, 3 nəfər Ballı Qaya istiqamətində mühasirəyə alınaraq qətlə yetirilib, çoxsaylı hərbçi isə müxtəlif bədən xəsarətləri alıb. Bu cinayət işi 1993-cü ilin fevralında başlanıb. Sonradan cinayət işi davam etdirilib: “Cinayət işi öyrənilərkən yenidən ekspertiza təyin olunub və ekspertiza Müdafiə Nazirliyinin döyüş hazırlığı idarəsinin mütəxəssislərinə həvalə olunub. Ekspertiza zamanı 707 saylı hərbi hissə komandanlığının səriştəsizlik göstərdiyi, mühasirədə olan şəxslərin çıxarılması üçün heç bir addım atılmadığı göstərilib. İş zamanı müəyyən olunub ki, sabiq hərbi hissə komandiri İsa Sadıqov tərəfindən özbaşına keçirilmiş əməliyyat korpus komandiri Dadaş Rzayev və müavini Hamlet Hüseynovla razılaşdırılmayıb. Cinayət işinin istintaqı zamanı məlum olub ki, İsa Sadıqov komandir vəzifəsində şəxsi maraqlarından çıxış edib, vəzifə qulluğu səlahiyyətini aşıb, özbaşına qərarlar qəbul edib. Tabeliyində olan birinci taborun birinci bölüyünü döyüş əməliyyatına cəlb edib. Tabor komandiri baş leytenant Novruz İsmiyev şəxsi heyətin döyüşə hazır olmadığını söyləsə də, buna fikir verilməyib”.
Ü.Əhmədov bildirib ki, Bakı Hərbi Məhkəməsi tərəfindən İ.Sadıqov barəsində 12 iyun 2013-cü il tarixində həbs qərarı verilib: “Qazax rayon Polis Şöbəsi isə həmin qərar əsasında İ.Sadıqov barəsində iyunun 16-da beynəlxalq axtarış elan edib. İstintaq davam edir. Xüsusi olaraq vurğulamaq istəyirəm ki, bəzi mətbuat orqanları bu məsələni siyasiləşdirməyə çalışırlar, amma birmənalı şəkildə bildirirəm ki, istintaq həmin əməliyyatda şəhid olmuş əsgərlərin valideynlərinin təkidi ilə yenidən araşdırma aparmağa başlayıb. İsa Sadıqov isə həm də istintaqdan yayndığı üçün haqqında axtarış elan edilib”.
Həmin dövrdə hərbi hissədə tabor komandiri olmuş, polkovnik-leytenant Novruz İsmiyev deyib ki, bu tapşırıq alındıqdan sonra hərbi hissə komandirinə hazırlıq üçün vaxt lazım olduğunu bildirib, lakin təklif qəbul edilməyib: “Tapşırığın, döyüşün məqsədini və niyyətini tam aydınlaşdırmadı. Məni tabor komandiri kimi döyüşü idarə etməkdən uzaqlaşdırdı”.
Həmin dövrdə əməliyyatda iştirak etmiş bölüyün komandiri olmuş Valeh Sadiqli isə bildirib ki, onlara verilən tapşırıq 90 faiz yerinə yetirilib: “Briqada komandiri İsa Sadıqov kömək göndərməyə söz versə də, ehtiyac olan köməyi göndərmədi. Biz demək olar ki, kəndi almışdıq. Lakin kömək gəlmədi. Amma söz vermişdilər ki, 11 tank, BMP və 200 nəfər şəxsi heyət köməyə gəlməli idi. İsa Sadıqov mənə kömək göndərəcəyi ilə bağlı vədi səhər saat 11-də versə də biz saat 2-yə qədər kömək gözlədik, amma gəlmədi”.
Daha sonra “Lələkənd” döyüşündə şəhid olmuş döyüşçülərin valideynləri çıxış ediblər. Şəhid atası Həsən Musayev bildirib ki, oğlunun şəhid olması barədə ona hərbi hissə komandanlığı tərəfindən heç bir məlumat verilməyib. Fevral ayınadək oğlunun meyitini axtardığını deyən H.Musayev üç görüşdən sonra fevralın 11-də şəhidlərin meyitlərinin onlara təhvil verildiyini söyləyib. Meyitlərin 26-sı Qazax Şəhidlər Xiyabanında dəfn olunub.
Bundan başqa, mətbuat konfransında şəhid Qalib Allahverdiyevin qardaşı Sabir Allahverdiyev, şəhid Aydın Məmmədovun atası Musa Məmmədov, şəhid bacısı Gözəl Qasımova çıxış edib. Vurğulanıb ki, son zamanlar milləti bilinməyən, ermənipərəst komandir İsa Sadıqov müxtəlif mətbuat orqanlarında bəzi məqalələrlə çıxış edərək vətəndaşlarda çaşqınlıq yaratmaq məqsədilə həqiqətlərə uyğun olmayan məlumatlar verir. Özünü peşəkar hərbçi adlandıraraq müstəqilliyimizin ilk illərində baş verən bəzi hadisələri təhrif edən, övladlarımızın ermənilər tərəfindən qətlə yetirilmələrində birbaşa günahı, səhlənkarlığı və özbaşınalığı olan “N” saylı hərbi hissənin səriştəsiz sabiq komandiri İsa Sadıqov bu gün dövlətçiliyimizə qarşı çıxışlar edir. Bildirilib ki, məhz onun səriştəsizliyi ucbatından “Lələkənd” əməliyyatı uğursuzluğa düçar olub. Nəticədə 31 döyüşçü həlak olub. Qeyd olunub ki, İsa Sadıqov hər zaman süni şəkildə özünə nüfuz qazanmaq və bundan bəhrələnmək məqsədilə öz vəzifəsinə aid olmayan işlərlə məşğul olub, hərbi hissənin döyüş qabiliyyətinin artırılması ilə bağlı heç bir iş görməyib. Qeyd edilib ki, həmin dövrdə yayılan xəbərlərdə onun Gürcüstana yanacaq satışını təşkil etdiyi və vaxtını yalnız yeyib-içməklərdə keçirdiyi bildirilirdi. Tədbirdə 31 nəfər əsgərin şəhid olması faktına görə səbəbkarların tapılıb cəzalandırılması bir daha tələb olunub.

 
  • Oxunub:  25950  |  
  • Tarix:  03-07-2013  |  
  •    Çap et   |  
Get Adobe Flash player
Azərbaycan Avrasiyada strateji nəqliyyat mərkəzinə çevrilir

25 İyun 21:03
Ali hərbi rütbələrin təqdimetmə mərasimi keçirilib
25 İyun 20:52
Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
25 İyun 20:47
Azərbaycan nümayəndə heyəti İsveçrəyə səfər edəcək
25 İyun 20:44
Elmira Süleymanova: BMT-nin Dövlət Xidmətləri Forumu Dayanıqlı İnkişaf Məqsədlərinin müxtəlif aspektlərinə yönəlib
25 İyun 20:41
İyunun 26-da “ASAN xidmət” və "ASAN Kommunal" mərkəzlərində qeyri-iş günüdür
25 İyun 20:35
Monteneqronun Baş Nazirinin Azərbaycana rəsmi səfəri başa çatıb
25 İyun 20:31
Mübariz Qurbanlı: Azərbaycanın dövlət-din modeli dünya ölkələri üçün örnəkdir
25 İyun 20:17
Gədəbəy rayonunda ilk dəfə Milli Yaylaq Festivalı keçiriləcək
25 İyun 19:54
AŞPA-nın komitə iclasında azərbaycanlı deputatın məruzəsi qəbul olunub
25 İyun 19:38
AŞPA-da azərbaycanlı deputat İstanbul Konvensiyasından danışıb
25 İyun 19:35
AŞPA-da azərbaycanlı mülki girovların məsələsi müzakirə olunub
25 İyun 19:20
İsrail qəzeti: Azərbaycanda yəhudilər cəmiyyətin ayrılmaz bir hissəsi kimi qəbul edilir
25 İyun 19:15
Azərbaycan Milli Olimpiya Komitəsinin vitse-prezidenti Belarusun yerli kanalına xüsusi müsahibə verib
25 İyun 19:10
Bakı Şəhər İcra Hakimiyyəti: Çimərlik ərazilərinə giriş pulsuzdur
25 İyun 19:00
Polşanın Azərbaycandakı səfirinin diplomatik fəaliyyəti başa çatır
25 İyun 18:37
Monteneqronun Baş Naziri Heydər Əliyev Mərkəzi ilə tanış olub
25 İyun 18:29
Qazaxıstan Respublikasının Birinci Prezidentinin – Elbası Kitabxanasının direktoru Prezident Kitabxanasında olub
25 İyun 18:23
Baş Nazir Duşko Markoviç Monteneqronun Azərbaycandakı fəxri konsulluğunda olub
25 İyun 18:21
Heç kim kənarda qalmadan inklüziv və bərabər xidmətlərin göstərilməsi
25 İyun 18:15
Rauf Əliyev: Azərbaycan Ordusu işğal altında olan torpaqlarımızı azad etməyə tam hazırdır
25 İyun 18:05
Şəkidə “Müasir çağırışlar: dini durum və vəzifələr” mövzusunda regional konfrans keçirilib
25 İyun 18:00
Hüseynbala Mirələmov: Prezidentimizin uğurlu kadr islahatları dövlət idarəçiliyinin təkmilləşdirilməsinə xidmət edir
25 İyun 17:41
Azərbaycan və Monteneqro arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın yekunlarına dair protokol imzalanıb
25 İyun 17:37
Azərbaycan qadınları ictimai həyatın bütün sahələrində fəallıqları ilə seçilirlər
25 İyun 17:34
Terri Miller: Azərbaycan “İqtisadi Azadlıq İndeksi”ndə ən böyük irəliləyiş edən ölkədir
25 İyun 17:30
Naxçıvanda taxıl biçini mütəşəkkil aparılır
25 İyun 17:23
Dayanıqlı İnkişaf Məqsədlərinə nail olmaq üçün həssas qrupların sosial müdafiəsi ilə bağlı yeniliklər
25 İyun 17:20
Birinci vitse-prezident Mehriban Əliyeva görkəmli alim Şirməmməd Hüseynovun hüzr mərasimində iştirak edib
25 İyun 17:13
Səmərəli və məsuliyyətli dövlət qurumlarının inkişafı
25 İyun 17:09
Gövhər Baxşəliyeva: Sosialyönümlü sənədlərin hər biri Azərbaycan vətəndaşının rifahının yüksəldilməsinə xidmət edir
25 İyun 17:06
Qarabağ qazisi Kamil Musəvi İlahiyyat İnstitutunun tələbələrinə döyüş yolundan danışıb
25 İyun 17:02
Cavanşir Paşazadə: Əhalinin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində genişmiqyaslı tədbirlər uğurla davam etdirilir
25 İyun 17:00
Adil Əliyev: Azərbaycan Silahlı Qüvvələri NATO standartlarına cavab verən səviyyədə formalaşıb
25 İyun 16:51
Avropa Şurası kürsüsündən yalan və saxtakarlığın Ermənistanın real sifəti olması bəyan edildi
25 İyun 16:46
Çinin vitse-prezidenti: Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin keçirdiyi Qlobal Bakı Forumu çox əhəmiyyətlidir
25 İyun 16:36
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar naziri Oğuzda, nazirin birinci müavini Qəbələdə vətəndaşları qəbul edib
25 İyun 16:34
Gədəbəy rayonunun daha üç yaşayış məntəqəsinə təbii qaz verilib
25 İyun 16:21
Səməd Seyidov: Etnik təmizləmə aparan, monoetnik ölkə demokratiyadan danışa bilməz
25 İyun 16:12
İşçilərin məzuniyyət hüquqları barədə işəgötürənlərə ətraflı məlumatlar verilib
25 İyun 16:00
Çoxmənzilli binaların istismarına icazə verilməsinin sadələşdirilməsinə dair Fərmanın icrası davam etdirilir
25 İyun 15:55
Nazir: Azərbaycan və Monteneqro arasında mövcud olan ticarət əlaqələrinə yeni seqmentlər əlavə edilməlidir
25 İyun 15:51
UNEC-də vahid tələbə kartı tətbiq olunacaq
25 İyun 15:45
Prezident İlham Əliyev Ramil Usubovu Təhlükəsizik Şurasının katibi vəzifəsinə təyin olunması münasibətilə qəbul edib
25 İyun 15:41
“Moskva 24” telekanalı Rusiya Azərbaycanlı Gənclər Birliyinin 10 illiyinə həsr olunmuş tədbirdən reportaj hazırlayıb
25 İyun 15:22
Azərbaycan və Monteneqro arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın həmsədrlərinin görüşü olub
25 İyun 15:15
Milli Ordu: dövlətin güc, millətin qürur mənbəyi
25 İyun 15:13
Tanınmış alim və pedaqoq Şirməmməd Hüseynov son mənzilə yola salınıb
25 İyun 15:07
2030-cu il Gündəliyi kontekstində hökumətin fəaliyyətinin qabaqcıl texnologiyaların gücü ilə əlaqələndirilməsi
25 İyun 15:04
Azərbaycan Monteneqronun əsas xarici investorlarından biridir
25 İyun 14:52
Müdafiə naziri Silahlı Qüvvələr Günü ərəfəsində xidməti müşavirə keçirib
25 İyun 14:49
Muxtar Babayev: "Abşeron ərazisində yaşıllıq azdır və yeni ağacların əkilməsinə ehtiyac var"
25 İyun 14:44
Yerli səviyyədə xidmətlərin səmərəli göstərilməsinin təkmilləşdirilməsi: çağırışlar və innovativ yanaşmalar
25 İyun 14:43
Azərbaycan Ordusu – qürur mənbəyimiz, şərəf tariximiz!
25 İyun 14:35
Azərbaycan Müdafiə Sənayesi Nazirliyi “ARMY-2019” sərgisində təmsil olunur
25 İyun 14:33
Şirməmməd Ağaməmməd oğlu Hüseynov
25 İyun 14:31
Gənclər üçün festivalın növbəti ünvanı Quba şəhəri olub
25 İyun 14:19
Azərbaycan və Monteneqro arasında beş yeni müqavilənin imzalanması üzrə iş aparılır
25 İyun 14:17
Berlində keçirilən beynəlxalq tədbirdə ölkəmiz də təmsil olunub
25 İyun 14:03
Alia El Yassir: BMT-nin Bakı Forumu dövlət xidmətlərinin daha səmərəli çatdırılmasına töhfə verəcək
25 İyun 14:01
Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində keçirilən monitorinq insidentsiz başa çatıb
25 İyun 13:55
Dövlət qulluqçularının düşüncə tərzinin dəyişdirilməsinə kömək edən strategiya, bilik və amillər
25 İyun 13:53
UNESKO-ya üzv ölkələrin Milli Komissiyalarının fəaliyyəti barədə illik hesabat dərc olunub
25 İyun 13:46
Azərbaycan Hökuməti BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı ilə sıx əlaqələrə malikdir
25 İyun 12:19
Bakıda Azərbaycan-Monteneqro biznes forumu keçirilib
25 İyun 12:16
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Çeçenistanın başçısı Ramzan Kadırovla görüşündən danışıb
25 İyun 12:11
Azərbaycanlı şagirdlərin daha bir uğuru
25 İyun 12:07
Azərbaycan atletləri “Minsk 2019”un beşinci günündə idmanın 8 növü üzrə mübarizə aparacaqlar
25 İyun 12:05
Müdafiə Nazirliyinin rəhbərliyi ulu öndər Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət edib
25 İyun 12:02
Hikmət Şikarov: Azərbaycan Ordusu xalqın güvənc yeri və qürur mənbəyidir
25 İyun 11:29
BMT-nin Dövlət Xidmətləri Forumu işini davam etdirir

Video

 

Müsahibə

»»»
 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30
HAVA HAQQINDA