Ana səhifə »  Müəlliflər »  Üzü şimala daralan yol xəritəsi...
A+   Yenilə  A-
Üzü şimala daralan yol xəritəsi...
Yazdı: Pərviz Sadayoğlu

Və ya “hərcayi şura”nın stullarının qıçı haralarda düzəlir?
Qondarma “Milli şura”da stul üstündə qırğın-davadır. Birincilik stulu üstündə İsa Qəmbərlə Rüstəm “tovariş” arasında gedən mərəkə-müsibət üzvlərə də siraət edib. Belə ki, son iclasda Tural Abbaslı ilə Akif Şahbazov arasında stul üstündə dartma-yaxam cırılsın yaşanıb.
Bu insanlardakı məntiqsiz stul sevgisi onların həyat amallarına çevrilib. Və xüsusi olaraq vurğulamaq lazımdır ki, onları əhatə edən, qarabaqara izləyən bədbəxtliklərin əsasında da həmin stul sevgisi dayanır. Belə olmasaydı, adi oturmaq üstündə Tural Abbaslı yaşlı Akif Şahbazovun üstünə bozarmazdı. Turalı da qınamağa dəyməz, bilir ki, bunlara bir stul verən kimi ölənə qədər kimsəyə stul qaytarmırlar. Bu dey, Arif Hacılı, Arzu Səmədbəyli nə qədər əlləşir İsa Qəmbərdən stulu ala bilmirlər ki, bilmirlər. İndi Tural da fikirləşir ki, Akif Şahbazova stulu əlimlə verib, ayağımla almalı olaram birdən.
Bu bir yana, sən demə Rüstəm “tovariş”in şura üzvlərinə bir mühüm tapşırığı varmış. Bütün üzvlər bir nəfər kimi ya uşu-sandoya, ya da samboya getməlidirlər. Məhz “idman Rüstəmin tapşırığıdır” şüarı altında bu aksiya keçirilməlidir. İkinci mərhələdə isə bu idmançıların əsas qayəsi kim Rüstəm İbrahimbəyovun Azərbaycana qayıtmasını dilə gətirsə onu şapalağın altına salmaqdır. Məsələn, Eldar Namazov mütləq iki növbə məşq etməlidir ki, hər dəfə İsa Qəmbər bu təxribatçı söhbəti açsa onu sala şillə-təpiyin altına. Hətta Rüstəm “tovariş” humanistlik edərək deyib ki, ağzının üstündən şapalaq çəkmək lazımdır, sabah onun Eldənizi məsələ qaldıracaq ki, bu tələbdə bulunanların basıb gözünü çıxarmaq lazımdır. Bəs necə, bu İsa Qəmbərin də iştahına bir bax e. Yox bir, o boydana şura sədri gəlib sizinlə bir havanı udacaq? O Rüstəmdir axı, öyrəşib yad havalara, deyirsən gəlsin Azərbaycana havalansın... Bu İsa da dəhşətdir eee...
İsa Qəmbər də namizədlik stulunu Rüstəm “tovariş”ə vermək niyyətində deyil. “Yuxarıdan”, daha doğrusu şimal qütbünə tərəf gedən yolun üstündəki dairələrdən gələn əmrə hamı “ləbbeyk” dediyi bir zamanda bu İsa Qəmbər Rüstəmə səs verməyib. Heç belə əlini də qaldırmayıb. Elə bu səbəbdən də Rüstəm “tovariş” qeyzlənərək onun ağzının üstündən vurulması gərəkdiyini bəyan edib. Hələ gizlincə Eldarına zəng edərək İsaya quluqburması verməsini də tapşırıb.
Bu stul həngaməsi hələ çox çəkəcək kimi görünür. Səbəb isə ortadadır. 20 ildir özünü siyasətçi kimi cəmiyyətə sırımağa çalışanların adi bir rejissorun qoltuğu altından qarşıdan gələn seçkiyə boylanması özü çox mətləblərdən xəbər verir. Birincisi, o mətləbdən xəbər verir ki, bu 20 illik müxalifət-müxalifət oynayanlar başqa rejissorların ssenarisində (sitat Pənah Hüseynindir) yalnız və yalnız epizodik rolla kifayətlənməli olublar. Bu da onların 20 illik kəhkəşanlı müxalifətçiliyinin bir qoz qədər dəyərinin olmadığını deməyə əsas verir. İkincisi, qeyri-səmimiliyin pik nöqtəsi Əli Kərimlinin İsa Qəmbəri Rüstəm “tovariş”ə birmənalı şəkildə beyət etməməkdə qınaması oldu. Kərimli bilirdi ki, şuranın namizədlik stulu heç vaxt ona qismət olmayacaq, amma İsa Qəmbərə də qismət olmasın deyə bu yolu tutdu.
Hələ ən şaqqanağı Lalə Şövkətin nə şuranı, nə Rüstəmi, nə də İsanı saya salmamasıdır. Şuranın hələ bir toplantısına təşrif buyurmayan Əvəz Temirxanın lideri bununla özünün şuranın stul üstündə dava salanlarından daha qətiyyətli olduğunu göstərir. Sözün üstündə durur, demişdi ki, İsa Qəmbər olan yerdə mən yoxam, indi də gəlmir.
Ən maraqlısı İsa Qəmbərin Rəsul Quliyevi sancması idi. “100 minlik mitinq keçirilsin, gələcəm”, “namizədliyim qeydə alınsın, gələcəm” kimi arzu və istəklər kodeksinin məhz təyyarə skamyalarının fəxri lideri Rəsul Quliyevə aid olması heç kimdə şübhə-filan oyatmır. İndi belə çıxır ki, İsa Qəmbər çıxışında müttəfiqi ilə məzələnir.
Hə, yığışdılar, şurada Rüstəmə bir stul verməyə hazırlaşdılar. Amma bu stula dikilən gözlərdəki kin-nifrət o qədərdir ki, kimin stulun hansı qıçını mişarladığı bəlli deyil. Bəlli olan odur ki, Tural Abbaslının stulunu istəyən təkcə Akif Şahbazovdur, amma Rüstəmin stulunu...
P.S. Nə qədər özlərini parçalasalar da, radikal müxalifət Rüstəm İbrahimbəyovu özününkü kimi qəbul etmir. Belə olsaydı, qəzetlərdəki yazılarında ona Rüstəm müəllim deyil, “bəy” deyə müraciət edərdilər

 
  • Oxunub:  24810  |  
  • Tarix:  04-07-2013  |  
  •    Çap et   |  
Get Adobe Flash player
Azərbaycan Avropa ilə Asiya arasında nəqliyyat əlaqələrinin genişlənməsində mühüm rol oynayır

18 İyul 12:14
DSX: Ermənistan silahlı qüvvələrinin atəşkəsi pozması nəticəsində Azərbaycan əsgəri yaralanıb
18 İyul 12:03
Zaqatalada daha bir yem emalı müəssisəsi fəaliyyətə başlayıb
18 İyul 11:48
Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının yeni elektron xidmətləri ən yaxşı şəffaflıq nümunəsidir
18 İyul 11:40
ADNSU-da Milli Mətbuat Günü qeyd olunub
18 İyul 11:31
Çıraqqala abidəsində bərpa işlərinə başlanılıb
18 İyul 11:16
YAP Kəngərli Rayon Təşkilatının yaranmasının 15-ci ildönümü qeyd olunub
18 İyul 11:12
BMT-nin gənclərin sülhün və təhlükəsizliyin təmin olunmasında rolu mövzusunda iclası keçirilib
18 İyul 11:09
AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda “Ədəbi cərəyanlar: poetikası və estetikası” mövzusunda elmi sessiya keçirilib. Bu barədə AZƏRTAC-a AMEA-dan bildirilib.
18 İyul 10:56
Yarım ildə Zaqatalada ümumi məhsul istehsalı 24,2 faiz artıb
18 İyul 10:55
Siyəzəndə 200 hektar sahədə badam bağları salınıb
18 İyul 10:49
Ermənistan silahlı qüvvələrinin bölmələri atəşkəs rejimini 25 dəfə pozub
18 İyul 10:45
Vergilər Nazirliyi “Qüdrətli dövlət naminə” adlı sosial reklam çarxı hazırlayıb
18 İyul 10:29
BDU Almaniyanın Berlin Humboldt Universiteti ilə əməkdaşlıq əlaqələrini yeni səviyyədə qurur
18 İyul 09:54
Almaniyanın “Diplomatisches Magazin” jurnalında Azərbaycan haqqında məqalə dərc edilib
18 İyul 09:31
BMT təsisatlarına Azərbaycan haqqında kitablar hədiyyə olunub
18 İyul 09:19
Azərbaycan Avropa ilə Asiya arasında nəqliyyat əlaqələrinin genişlənməsində mühüm rol oynayır
18 İyul 09:16
Aysel Məmmədova: Biz müəllimlər də balalarımızın xoşbəxt gələcəyi üçün əlimizdən gələni etməliyik
18 İyul 09:14
“Regional İnkişaf” İctimai Birliyi Balakəndə stolüstü tennis turniri keçirib
18 İyul 09:14
Dost Azərbaycan və gürcü xalqları arasında ədavət toxumları səpmək istəyənlərin cəhdləri heç bir nəticə verməyəcək
18 İyul 09:09
“Uşaq və Tələbə Gənclər Dünyası” İctimai Birliyi növbəti layihəsini uğurla həyata keçirib
18 İyul 09:07
Regionlarda bu il taxıl biçini üzrə orta məhsuldarlıq ötən ilə nisbətən yüksək olacaq
17 İyul 21:33
Mənfur erməni terrorizminin növbəti qanlı səhifəsi
17 İyul 20:45
Azərbaycanda “Qahirə+25” konfransına hazırlıq kampaniyası çərçivəsində növbəti regional dinləmələr Gəncədə keçirilib
17 İyul 20:41
Vergilər Nazirliyində seminar–müşavirə keçirilib
17 İyul 20:38
Xoşbəxt Yusifzadə: Qarşıdakı dövrdə əsas hədəf köhnələn yataqların ömrünü uzatmaqdır
17 İyul 20:35
Avropa Şurasının nümayəndələri Azərbaycanda gender bərabərliyinin təmini ilə bağlı görülən işlər barədə məlumatlandırılıb
17 İyul 20:21
Azərbaycan Ordusunun erməni kəndini atəşə tutması barədə Ermənistan mətbuatının yaydığı məlumatlar əsassızdır
17 İyul 20:19
BDU-da “Gender bərabərliyi və media azadlığı” fənninin tədrisi planlaşdırılır
17 İyul 20:17
FHN-in İdman-Sağlamlıq Klubunun kompleksi XV Avropa Gənclər Olimpiya Festivalına hazırdır
17 İyul 20:13
IX Beynəlxalq Multikulturalizm Yay Məktəbinin iştirakçıları ilə görüş olub
17 İyul 20:12
Avropa Gənclər Olimpiya Festivalının nəqliyyat əməliyyatlarının icrasını Bakı Nəqliyyat Agentliyi həyata keçirəcək
17 İyul 17:55
Ekologiya və Təbii Sərvətlər Nazirliyində arıçılıqla məşğul olan sahibkarlarla görüş keçirilib
17 İyul 17:50
İsrailin Vergi Orqanının rəhbərliyi Qubada olub
17 İyul 17:50
Mişel Solal: Xalçaçılıq qədim sənətdir, onun qorunub saxlanması və yeni nəsillərə ötürülməsi vacibdir
17 İyul 17:40
Lerikdə Silahlı Qüvvələrin sıralarından ehtiyata buraxılan gənclərlə görüş olub
17 İyul 17:33
Gənclər və İdman naziri “EYOF 2019”da iştirak edəcək velosipedçilərlə görüşüb
17 İyul 17:27
Sosial Tədqiqatlar Mərkəzində müasir dövlət quruculuğu ilə əlaqədar müzakirələr aparılıb
17 İyul 17:22
Avropa Gənclər Yay Olimpiya Festivalı ilə əlaqədar polis gücləndirilmiş iş rejimində işləyəcək
17 İyul 17:21
“Yay məktəbi”nin iştirakçılarının Lerik rayonu ilə tanışlığı
17 İyul 16:37
Generallar Bakıda görüşür: qlobal təhlükəsizlik və əməkdaşlıq imkanları
17 İyul 16:18
“Elm” nəşriyyatının fəaliyyəti təkmilləşdirilir
17 İyul 16:01
Beş ayda ölkəyə 70 avtobus gətirilib
17 İyul 15:56
Heydər Əliyev Fondu ürək qüsurlu uşaqların əməliyyatına dəstək oldu
17 İyul 15:28
İxrac olunan kənd təsərrüfatı məhsullarının geri qaytarılması barədə yayılan məlumatlar həqiqəti əks etdirmir
17 İyul 15:27
Sahibə Qafarova: Azərbaycan gender məsələlərinə böyük əhəmiyyət verən dövlətlərdən biridir
17 İyul 15:02
“Loqos”da Prof.Dr. İshak Özkan ilə görüş keçirilib
17 İyul 14:59
Naxçıvanda gənc polis əməkdaşları təntənəli şəkildə and içiblər
17 İyul 14:36
“Euronews” telekanalı UNESKO-nun Bakı sessiyası haqda süjet yayımlayıb
17 İyul 14:25
Nazirliyin təltif edilmiş əməkdaşlarına vəsiqələr və medallar təqdim olunub
17 İyul 14:19
Azərbaycanın Norveç və İsrail ilə əlaqələrinin inkişaf perspektivləri müzakirə olunub
17 İyul 13:56
Bakıda V beynəlxalq “Yay hüquq məktəbi” keçirilib
17 İyul 13:55
Paytaxtdakı sürücülərdən festival günlərində sarı zolaqlarda təhlükəsiz hərəkət üçün şərait yaratmaları tövsiyə edilir
17 İyul 13:51
Azərbaycana gətirilən məhsulların 16,4 faizi dəmir yolu nəqliyyatı ilə daşınıb
17 İyul 13:44
Azərbaycan ilə BMT-nin İnkişaf Proqramı arasında əməkdaşlığın genişləndirilməsinə dair müzakirələr aparılıb
17 İyul 13:42
Azərbaycan İlahiyyat İnstitutu Milli Mətbuat Günü münasibətilə media nümayəndələrini mükafatlandırıb
17 İyul 12:44
Hər bir ölkə sakini bu il orta hesabla 414 manatlıq müxtəlif ödənişli xidmətlərdən istifadə edib
17 İyul 12:38
BMT Baş Assambleyasında Azərbaycanda həyata keçirilən sosial islahatlar barədə danışılıb
17 İyul 12:13
Ankarada TÜRKSOY kuboku uğrunda at yarışması təşkil olunub
17 İyul 12:02
İsrailin Vergi Orqanının rəhbəri Gömrük Komitəsindəki islahatlar barədə məlumatlandırılıb
17 İyul 12:00
Yay məktəbinin ikinci Oğuz turunun son günü Şəki rayonuna ekskursiya təşkil olunub
17 İyul 11:52
Bakı Mədəniyyətlərarası Gənclər Forumu çərçivəsində plenar sessiyalar keçirilib
17 İyul 11:36
Ukraynanın televiziya kanalı Azərbaycan haqqında növbəti reportajını yayımlayıb
17 İyul 11:26
Sahilboyu torpaqların mühafizəsi üzrə monitorinq qrupları yaradılıb
17 İyul 11:16
BMT-nin Baş katibi: İqlim dəyişmələrinə qarşı mübarizədə zaman bizi qabaqlayır
17 İyul 11:08
Sabahdan kolleclərin xüsusi qabiliyyət tələb edən ixtisasları üzrə qabiliyyət imtahanları başlanır
17 İyul 11:05
Azərbaycanda əhalinin sayı 0.3 faiz artaraq 10013133 nəfərə çatıb
17 İyul 10:47
Azərbaycanda fərdi sahibkarların sayı 880 mini ötüb
17 İyul 10:40
Hərbi birlikdə təlim-metodiki toplantı keçirilib
17 İyul 10:33
Bu gün “Qarabağ” klubu UEFA Çempionlar Liqasının birinci təsnifat mərhələsində cavab görüşünü keçirəcək
17 İyul 10:18
Sutka ərzində Ermənistan və Azərbaycan qoşunlarının təmas xəttində nisbi sakitlik müşahidə olunub

Video

 

Müsahibə

»»»
 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30 31
HAVA HAQQINDA
Bakı
gündüz+30 +35
gecə+21 +25