
Hə, indi bu müxalifətin də bir bicliyi yoxdursa, niyə icazə verilən yerdə mitinq, piket, jaket, jilet və başqa ... “ET”lər keçirmir? Axı, onlar üçün nə fərqi var? Əsas olan “ET” deyən Sem (q)ağalarının sözünü yerə salmamalarıdır. Yoxsa, bu “et”in əvvəlində “pik”in və ya başqa bir əlavənin olmasının heç bir fərqi yoxdur...
İndi də hay-qışqırıq salmaq istəyirlər ki, parlamentin binasının qarşısında bizə yer verin piket keçirək. Birincisi, xırdaca bir haşiyəyə çıxmağın yeri var ki, radikal kəsim artıq özünün “kül mismarını” “beton mıxı” adı ilə cəmiyyətə sırımağın mümkünsüzlüyünü dərk etdi. Yoxsa, hər addımda “mitinq”, kütləvi aksiya deyib boğaz yırtmaq, beş-üç nəfərin sayının arxasına iki-iki, üç-üç sıfır artırıb cəmiyyəti türklər demiş, uyutmağa çalışmaq artıq işə yaramayan oyunlardır. Keçirdiyi hər nədirsə, ona çıxanların sayının hansısa aksiya tipi ilə uzlaşmadığını görüb bir az aşağıdan getməyə üstünlük verib.
Hər nə isə... İndi gələk əsas mətləb üstünə. Niyə bu insanlar provakatorluqdan başqa bir işə yaramırlar? Ölkədə bir yarışma, bir beynəlxalq konfrans keçirilən kimi atılıb-düşürlər ortaya, olmazın yalanları bəzəyib-düzəyib Sem dilində semin özününkülərə sırımağa çalışırlar. Görürlər, bundan da bir şey çıxmır, onda da ürək bulandırmalar başlayır nə başlayır...
Radikal düşərgə hüquqi cəhətdən nəinki hər hansı bir zəmini olan, hətta özü qədər mənasız və gülünc alternativi olmayan təkliflərini səsləndirməyə məqam gəzir. Yalanlarını tirajlamağa yer axtarır. Dediklərinə heç özləri də inanmırlar. Elə bu üzdən də kütləvi aksiyalar üçün ayrılan məkanlara deyil, şəhərin mərkəzinə can atırlar. Nədir-nədir küçədən keçən, avtobusa minən, işə tələsən bir anlıq da olsun başını döndərib onlara tərəf baxsın ki, bunlar da həmin insanların şəklini çəkib “bizimkilər”dir adı ilə Semə göndərsinlər. Ardından da öz (q)ağalarını “qaz kimi yolmağa” başlasınlar...
İctimai Palata adlanan qondarma müxalifət qurumunun keçirməyə cəhd göstərdiyi “kütləvi” aksiya oyunu müxalifət düşərgəsinin “gücünü”, bazasını, elektorat sayını və ən əsası vəziyyətini hər dəfə ortaya çıxarır. Utanmadan qohum-əqrəba toplantılarını “ümumüxalifət” aksiyası adlandıran radikal düşərgə üzvləri hər dəfə yalnız və yalnız pul-para “peşində” olduğunu göstərir. İstəyir icazəli, istəyirsə də icazəsiz aksiyalarda eyni mənzərə, eyni tamaşa baş verir. Əllərində olsa jurnalistləri və həmin “aksiya”nın təhlükəsizliyini təmin edən hüquq-mühafizə işçilərini də aksiya iştirakçısı deyib hesabat şəklində Semə göndərərlər. Həqiqətən də onların piket-jaketlərində adamın sayı babat bir yas mərasimindəki insanların sayından azdır.
...Yəni, qısaca bu dəqiqəyə olan vəziyyətə görə radikal müxalifət yarıyuxulu, gözünün yarısı açıq, yarısı yumulu, saçı-başı dağılmış bir vəziyyətdədir. Başını qaldırır baxsın ki, ona baxıb gülənlər kimdir. Görür ki, elə hamı ona gülür. Sağ da gülür, sol da gülür, hamı gülür...
İllərdir düşərgə təmsilçilərinin bu maraqsız və məntiqsiz oyunları davam edir. Nəticəsiz oyunların arxasında gizlənən məqsədlər yekrəngdir. Amma bu arzular heç vaxt həyata keçməyəcək. Çünki xalq bu müxalifətçilərin gündə neçə palata dəyişdirdiyini illər öncə də görüb, indi də görməkdədir. Görəsən, xalqın seçimində yer almayan belələrinin, nə üçün hələ də ən minimal etikaya uyğun olaraq siyasi palitradan birdəfəlik çəkilib getmək kimi mədəniyyət nümayiş etdirdiyinin şahidi olmuruq? Ola bilsin ki, bəziləri üçün Sem qağanın barmaq şıqqıldatması gərəkir. Şıqqıltıyla oturub-duranların son qərarı da şıqqıltıyla verilməlidir...
- Oxunub: 26280 |
- Tarix: 01-11-2012 |
-
Çap et |
Müəllifin digər məqalələri:
- - Radikal ünsürlər icazəli mitinqlərdən sonra nəqliyyatın normal fəaliyyətini, sakinlərin dincliyini pozan, ictimai təhlükəsizlik əleyhinə olan əməllər törədirlər(2019-02-22 09:38:39)
- - Azərbaycan iqtidarının əldə etdiyi hər bir uğur Əli Kərimli və ətrafının siyasi iflasını dərinləşdirir(2019-02-21 09:47:50)
- - “Milli şura” iqtidarın həyata keçirdiyi uğurlu siyasətə özünü “həmmüəllif” kimi göstərməklə siyasi plagiatizmlə məşğul olur(2019-02-20 09:59:08)
- - Antimilli ünsürlərin əməlləri xalqımıza qarşı mənəvi terrora cəhddir(2019-02-16 10:08:49)
- - Radikal müxalifət təmsilçiləri Azərbaycana qarşı aparılan çirkin kampaniyaların fəal iştirakçılarıdır(2019-02-15 09:29:37)
- - Radikal müxalifət və xaricdəki antimilli ünsürlər Azərbaycan xalqının mənəvi dəyərlərini hədəfə alırlar(2019-02-13 09:44:12)