Ana səhifə »  Müəlliflər »  Radikalların puç olmuş Amerika arzuları...
A+   Yenilə  A-
Radikalların puç olmuş Amerika arzuları...
Yazdı: Pərviz Sadayoğlu

Vaşinqtonda onları Dövlət Departamentinin qapıçısı gözləyirmiş
Hə, “Rüstəmski şura”nın bu Vaşinqton həngaməsinin havası da belə çıxdı. O ki, şarın böyrünə iynəni sancanda part-pırt eləyib bir anda necə yoxa çıxırsa, bunların da səfər reklamlarının part-pırtı eləcə çıxdı.
Bir şişmişdilər ki, gəl görəsən. Bəs nə imiş, guya Vaşinqtonda dinləmə olacaqmış, Rüstəmin “kruqu” ora dəvət alacaqmış, gedib konqresmenlərlə görüşəcəklərmiş... Axırı nə oldu? Axırı o oldu ki, sən demə, bunlar “toya təkər qaraltmağa” çağrılanlardan imişlər...
Bu Rüstəm də oturub şimal qütbünün havasını uda-uda yalan-palandan guplayır üzü bəri. Burada ağzını açıb ona matdım-matdım baxan İsa Qəmbərlə Əli Kərimlinin ağzının suyunu axıdır. Bunlar elə bilirlər ki, bu Rüstəmə guya oralarda hörmət-zad qoyurlar, böyük-böyük adamlar bunu qəbul edir, filan-peşməkan. Daha demirlər ki, Rüstəm kimi bir milyonu axşama qədər kəsdirib Dövlət Departamentinin qapısını və onları qəbul edən də ən yaxşı halda elə qapıçıdır...
...Amma yaman səs-küy salmışdılar. Hərəsi bir yandan “dəstək” deyib yaxa cırırdı. Dəstək üçün az qala Afrika cəngəlliklərindəki yam-yam tayfalarına da umsuq düşən radikal müxalifətin həvəsini Rüstəm “tovariş” bir cümləsi ilə qursağında qoydu-Vaşinqton da, Kreml də deyir ki, biz Azərbaycanla müttəfiqik. Bəs nə bilmişdiniz?...
İndi də dəstəyi əllərdə qalmışlar qapı arxasında Cona-filana yalvarmaqla məşğuldurlar. İP-i dolaşıq düşənlər, şura-şura oyunları zay olanlar qapı yağlayırlar. Çünki bu qapı yağlayanlar sinfinə lap əntiqə uyğun gələnlər ki var, onlar öyrəşmiş canlardır. Özünü radikal müxalifətin lideri elan edən belələri, illərdir ki, elə yan-yörəsindəki bir cüt, iki tək adamdan başqa heç kimin yanında şeşələnə bilmirlər. Şeşələnmək də ki... Həmin yuxarıda qeyd etdiyimiz kimi, gedib hansısa xarici şəhərin meriyasının qapıçısı və ya küçə işıqlarının təmirçisi ilə görüşür, axırda da İsa Qəmbər kimi bir zibil qutusu tapıb yanında üç-beş nəfərlə şəkil çəkdirib fitildəyirlər üzü bu tərəflərə. Sonra da Bakıda özlərini “Bəxt üzüyü”ndəki Seda demişkən, yekə-zırpı bir şey kimi sırımaq istəyirlər bu cəmiyyətə. Amma özləri də bilmədən üzərlərindəki yarlığın onların əsl “marka”sı olduğunu etiraf edirlər...
Bu “kinder-müxaliflər” həmin mənasız, məntiqsiz, boş söhbəti burda elə qələmə verməyə çalışır ki, guya həmin görüşdə Əsədin taleyini xilas ediblər, İrana hücumu dayandırıblar, gün tutulmasının qarşısını alıblar, Antarktidadakı buzların əriməsini durdurublar, Obama ilə zarafatlaşıblar... Halbuki bu hər şeyi pulla, tərəzi ilə ölçən, beş manat, üzr istəyirəm, 3-4 dollar xeyir üçün axşama qədər onun-bunun qapısında növbə gözləyənlərin qrant qazanması üçündür. Bu, hər kəsə bəllidir...
Bir daha sübut olunur ki, şimal-qərb koordinatlı havaya süzən, ermənipərəst dairələrin Rüstəm “tovarişə” ötürdüyü puldan ötrü qabıq qoyanlar üçün xalq anlayışı, hakimiyyətin xalqın iradəsi ilə seçilməsi anlayışı yoxdur. Bunlar Azərbaycanı bir şirkət kimi təsəvvür edirlər və fikirləşirlər ki, xaricdəki qapıçılarla görüşdən sonra gəlib bu “şirkətə” rəhbər təyin oluna bilərlər. Bu insanlar hələ də dərk etmirlər ki, 1992-ci ilin Azərbaycanı qaldı, elə 1992-ci ildə. Artıq Azərbaycanda hakimiyyəti xalq formalaşdırır, Azərbaycan Respublikasında dövlət hakimiyyətinin yeganə mənbəyi Azərbaycan xalqıdır. Amma bu siyasətbazlar özləri də əməlləri və yalvarışları ilə etiraf edirlər ki, bunlar üçün hakimiyyətin mənbəyi Atlantik və ya Sakit okeanın sahilləridir, ən yaxşı halda şimal qütbünə gedən yolun üstündəki beşguşəli ulduzdur.
Amma sonda yenə biabır olurlar. Bu dəfəki kimi... Yenə də həmin güvəndikləri “dağların bir oğlu” çıxıb bunları yığır qoz qabığına, bihörmət edir. Deyir, Vaşinqtonda “Rüstəmin şura”sını heç kim gözləmir. Bunlar da başlayırlar suyu süzülə-süzülə yeni yalanlar fikirləşməyə.
Bəli, bu gün özünə lider adı verənlərin nə deməsindən, hansı ölkənin mininci statuslu bir nümayəndəsi ilə görüşündə nə taftalogiya çürütməsindən asılı olmayaraq, Azərbaycan hüquqi dövlətdir və ölkədə hüquq hakimdir, demokratik dəyərlərə sadiqlik nümayiş olunur. Məhz milli maraqlar çərçivəsində demokratiyaya hörmət, hüquqa riayət, xalqa ehtiram və istinad Azərbaycan hakimiyyətinin xalqla ayrılmaz vəhdətinin əsas formuludur. Xalq-hakimiyyət formulu isə Azərbaycanın inkişafının təməl prinsipidir.
Amma gör ki indi, Rüstəm “tovariş”in öz ağaları ilə vəhdətinin nəticəsi nədir? Cavab verməkdə və düşünməkdə hər kəs sərbəstdir...

 
  • Oxunub:  22680  |  
  • Tarix:  08-07-2013  |  
  •    Çap et   |  
Get Adobe Flash player
Milli Məclisdə 2019-cu ilin büdcə zərfinə daxil olan məsələlər müzakirə olunur

19:00
14 Noyabr
Slovakiyanın Baş naziri Peter Pelleqrininin Azərbaycana rəsmi səfəri başa çatıb
18:21
14 Noyabr
Siyavuş Novruzov: Hazırda sosial sahədə aparılan islahatlar təqdirəlayiqdir
18:08
14 Noyabr
Nazir: Həyata keçirilən tədbirlər sığorta təminatı sisteminin inkişaf etdirilməsinə və sosial sığorta sisteminin potensialının tam gücləndirilməsinə imkan verəcək
17:58
14 Noyabr
Ağalar Vəliyev: 2019-cu ilin dövlət büdcəsi qarşıda duran mühüm vəzifələrinin layiqincə yerinə yetirilməsinə möhkəm zəmin yaradacaq
17:55
14 Noyabr
Sahil Babayev: Dövlət Sosial Müdafiə Fondunun 2019-cu il üçün xərcləri 3 milyard 928 milyon manat proqnozlaşdırılır
17:23
14 Noyabr
Dövlət Sosial Müdafiə Fondunun 2019-cu il üçün büdcəsi mövcud qanunvericiliyin tələblərinə uyğun hazırlanıb
17:23
14 Noyabr
Eldar İbrahimov: 2019-cu ilin dövlət büdcəsində kənd təsərrüfatının stimullaşdırılması daha dolğun nəzərə alınıb
17:17
14 Noyabr
Milli Elmlər Akademiyası BMT ilə əlaqələri gücləndirir
17:13
14 Noyabr
İsmayıllıda “Mənəvi dəyərlərimiz azərbaycançılıq ideologiyasının tərkib hissəsidir” mövzusunda seminar-müşavirə keçirilib
17:04
14 Noyabr
Moskvada “Xəzər dialoqu 2018” beynəlxalq iqtisadi forumu keçirilib
16:47
14 Noyabr
Beynəlxalq hüquq və öz müqəddəratını təyinetmə prinsipinin ermənisayaq təfsiri
16:41
14 Noyabr
Gündüz İsmayılov: Xurafat qüsurlu dini təbliğatın nəticəsidir
16:34
14 Noyabr
Azərbaycan və İtaliyanın hərbi-mülki əməkdaşlıq üzrə ekspertlərinin görüşü keçirilib
16:30
14 Noyabr
Bakıda MDB-nin iştirakçısı olan ölkələrin Daxili İşlər nazirliklərinin kadr aparatları rəhbərlərinin iclası işə başlayıb
16:28
14 Noyabr
Endryu Parsons: Azərbaycanda idmana və paralimpiya hərəkatına olan münasibət təqdirəlayiqdir
16:26
14 Noyabr
Sumqayıtda IV Uşaq Paralimpiya İdman Oyunlarının açılış mərasimi keçirilib
16:19
14 Noyabr
AMEA-da "Türkologiya" jurnalının fəaliyyətinə dair məruzə dinlənilib
16:04
14 Noyabr
Nazir: İnsanların sağlam ətraf mühitdə yaşamaq hüququnun təmin edilməsi ölkə rəhbərliyinin diqqət mərkəzindədir
15:51
14 Noyabr
Bəhruz Quliyev: Eleni Teoxarus Avropa dəyərlərini ekstremizm və separatizmlə əvəzləmiş katalizatordur
15:28
14 Noyabr
Diasporla İş üzrə Dövlət Komitəsinin nümayəndə heyəti Los-Ancelesdə bir sıra görüşlər keçirib
15:00
14 Noyabr
Türkmənistandan enerjidaşıyıcıların dünya bazarlarına çatdırılması üçün yeni marşrutlar yaradılır
14:58
14 Noyabr
Hərbi birliklər komanda-qərargah hərb oyunları çərçivəsində qarşıya qoyulan vəzifələri icra edirlər
14:28
14 Noyabr
Azərbaycan məhsullarının ixracı genişlənir
14:09
14 Noyabr
Azərbaycanın və Slovakiyanın Baş nazirləri birgə işçi nahar ediblər
13:55
14 Noyabr
Slovakiya nümayəndə heyəti Səngəçal terminalında olub
13:47
14 Noyabr
Milli Məclisdə “2019-cu il dövlət büdcəsi haqqında” qanun layihəsi birinci oxunuşda təsdiq edilib
13:41
14 Noyabr
Doqquz ayda Azərbaycandan şərab məhsullarının ixracı 43 faizdən çox artıb
13:36
14 Noyabr
Gələn il Pekində Azərbaycan Ticarət Evinin açılması planlaşdırılır
13:31
14 Noyabr
Rəşad Mahmudov: Səhiyyə xərcləri üçün vəsaitin çox ayrılması inkişafa öz real təsirini göstərəcək
12:50
14 Noyabr
Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində keçirilən monitorinq insidentsiz başa çatıb
12:13
14 Noyabr
İlin sonunadək 3 ölkəyə ixrac missiyası təşkil olunacaq
12:09
14 Noyabr
Azərbaycan ilk dəfədir ki, bir beynəlxalq qurum daxilində iki müxtəlif vəzifəyə seçkilərin hər ikisində qalib gəlib
12:01
14 Noyabr
Doqquz ayda Azərbaycandan ixrac olunan məhsulların çeşidi 2753-ə çatıb
12:00
14 Noyabr
Muxtar Babayev: Yaxın zamanlarda ekoloji vəziyyət böyük dərəcədə yaxşılaşdırılacaq
11:55
14 Noyabr
Milli Məclisin bugünki iclasında büdcə müzakirələri davam edəcək
11:53
14 Noyabr
Slovakiyalı qonaqlar Qobustan Qoruğundan xoş təəssüratla ayrılıblar
11:42
14 Noyabr
Prezident İlham Əliyev Belarusun Azərbaycandakı səfirini qəbul edib
11:22
14 Noyabr
Yasamal rayon məktəbliləri “Ölkəmizi tanıyaq” tur-aksiyası çərçivəsində Gəncəyə yola düşüblər
11:20
14 Noyabr
Ağdam məktəblilərini Quba-Qusar-Xaçmaz bölgəsində maraqlı ekskursiya gözləyir
11:17
14 Noyabr
Komanda-qərargah hərb oyunlarının növbəti mərhələsi ilə bağlı dinləmə keçirilib
11:04
14 Noyabr
Gəncə məktəbliləri “Ölkəmizi tanıyaq” tur-aksiyasına qoşulublar
11:01
14 Noyabr
Azərbaycan-Belarus diplomatik münasibətlərinin qurulmasının 25 illiyinə həsr olunan konfrans keçirilib
10:53
14 Noyabr
Nəsimi rayon məktəbliləri “Ölkəmizi tanıyaq” tur-aksiyasına qoşulublar
10:45
14 Noyabr
Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi Qırğızıstanda Türkdilli Dövlətlərin Xüsusi Xidmət Orqanları Konfransının XXI iclasında iştirak edib
10:41
14 Noyabr
Ermənistan silahlı qüvvələrinin bölmələri atəşkəs rejimini 29 dəfə pozub
10:39
14 Noyabr
Azərbaycan Braziliyada keçirilən növbəti diplomatik yarmarkada təmsil olunub
10:38
14 Noyabr
Bərdə məktəbliləri ölkəmizin şimal bölgəsi ilə yaxından tanış olacaqlar
10:18
14 Noyabr
Tur-aksiyalar şagirdlərə respublikamızın tarixini, mədəniyyətini daha yaxından öyrənməyə imkan yaradır
10:11
14 Noyabr
Tərtər rayonunun məktəbliləri Quba-Qusar-Xaçmaz istiqaməti üzrə tur-aksiyaya başlayıblar
10:09
14 Noyabr
Cənub bölgəsinin məktəbliləri Gəncə-Şəmkir-Göygöl marşrutu üzrə tur-aksiyaya çıxıblar
09:30
14 Noyabr
Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi münasibətilə Kolumbiya Parlamentində qəbul keçirilib
08:47
14 Noyabr
“Ölkəmizi tanıyaq”: Onuncu tur-aksiyada 76 şəhər və rayondan 3190 şagird iştirak edir
17:55
13 Noyabr
Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzi tərəfindən növbəti aksiya keçirilib
17:44
13 Noyabr
Vüqar Gülməmmədov: Növbəti ilin dövlət büdcəsinin layihəsi ilə bağlı sənədlərdə sosial-iqtisadi inkişafın meyillərinin əsas göstəricilərinin əks etdirilməsi maliyyə inzibatçılığında şəffaflığının yüksəldilməsinə də şərait yaradır
17:41
13 Noyabr
Samir Şərifov: 2019-cu ilin büdcə layihəsi təkcə ölkəmizdə baş verən makroiqtisadi prosesləri deyil, dünyada və regionda baş verən geosiyasi proseslər nəzərə alınmaqla tərtib olunub
17:39
13 Noyabr
Tbilisidə keçirilən beynəlxalq konfransda “Azerkosmos” və “Azersky”in fəaliyyəti barədə məlumat verilib
17:25
13 Noyabr
Dövlət Komitəsində məcburi köçkünlərlə növbəti görüş olub
17:19
13 Noyabr
Azərbaycan regionda digər sahələrdə olduğu kimi, paralimpiya hərəkatında da lider ölkədir
17:16
13 Noyabr
Qida Təhlükəsizliyi Agentliyi: neqativ hallara qarşı aparılan mübarizə daha da gücləndiriləcək
17:14
13 Noyabr
Beynəlxalq Qızıl Xaç Komitəsi Bərdə şəhərində media nümayəndələri üçün seminar təşkil edib
17:12
13 Noyabr
Şamaxıda “Mənəvi dəyərlərimiz - dünən, bu gün, sabah” mövzusunda seminar-treninq keçirilib
17:10
13 Noyabr
Bakıda Azərbaycan-Slovakiya biznes forumu keçirilib
17:03
13 Noyabr
Ermənistanın Azərbaycana təcavüzü nəticəsində UNESCO-nun dəyər və prinsipləri də kobudcasına pozulub
17:01
13 Noyabr
Dövlət və bələdiyyə idarəçiliyinin strateji istiqamətlərinə həsr olunmuş elmi-praktik konfrans keçirilib
16:58
13 Noyabr
Leyla Abdullayeva: Avropa Parlamentinin etik məsələlərə məsul komitələri deputat Eleni Teoxarusun fəaliyyətini araşdırmalıdır
16:51
13 Noyabr
Peter Pelleqrini: Yaxın zamanlarda Slovakiyanın Azərbaycanda səfirliyinin açılması nəzərdə tutulur
16:29
13 Noyabr
Folklorda milli dövlətçilik ideyaları ən müxtəlif janrlarda əksini tapıb
15:52
13 Noyabr
Azərbaycanda əmək münasibətlərinin leqallaşdırılması istiqamətində mühüm addımlar atılır
15:43
13 Noyabr
Ölkə üzrə pambıq tədarükü 210 min tona yaxınlaşıb – operativ məlumat
15:37
13 Noyabr
Doqquz ayda Azərbaycan ilə Slovakiya arasında ticarət dövriyyəsi 33 faiz artıb

Video

 

Müsahibə

 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30
HAVA HAQQINDA
Bakı
gündüz+11 +13
gecə+7 +9