Ana səhifə »  Müəlliflər »  Radikal müxalifət növbəti parçalanmanın astanasında...
A+   Yenilə  A-
Radikal müxalifət növbəti parçalanmanın astanasında...
Yazdı: Nardar Bayramlı

“Müsavat” və AXCP-nin üzvləri yenə də sosial şəbəkələrdə söz duelinə çıxıblar
Qoca kinodramaturq Rüstəm İbrahimbəyovun “Milli şura”sı yaranandan sonra bu qondarma qurumun seçkilərə hansı namizədlə getməsi hələ də müzakirə mövsudur. Yəni, R.İbrahimbəyovun qurumun “vahid namizəd”i olması haqda qərar verilsə də, görünən odur ki, bu xəmir hələ çox su aparacaq. Çünki təşkilatın bəzi üzvləri qoca kinodramaturqun prezidentliyə namizəd kimi gəlib ölkədə seçki kampaniyası aparacağına inanmırlar. Bu məsələdə xüsusilə Müsavat partiyasının üzvləri daha çox israr edirlər. Ona görə də, “Milli şura” deyilən qondarma qurumun seçkilərə “vahid namizəd”lə gedəcəyi şübhə doğurur.
Hamıya məlumdur ki, “Müsavat” başqanı İsa Qəmbər indiyə qədər “vahid namizəd”likdə heç kimə güzəştə getməyib və yəqin ki, indi də getməyəcək.
Ona görə də, “Müsavat”da həm “Milli şura”, həm də “vahid namizəd”lə əlaqədar ciddi fikir ayrılığı var. “Müsavat” başqanı İsa Qəmbər R.İbrahimbəyovun “Milli şura”nın prezidentliyə namizədliyini qəbul etsə də, müəyyən şərtlər irəli sürüb. O deyib ki, R.İbrahimbəyov seçkidə iştirak etmək üçün mütləq Azərbaycana gəlməlidir. Həmçinin, İ.Qəmbər R.İbrahimbəyovu “ən layiqli”, “lazımlı” namizəd hesab etməməklə diqqətə çatdırır ki, o, bir vasitədir. Göründüyü kimi, “Müsavat” başqanı burada ehtiyatlı davranış sərgiləməyə çalışır. Yəni, R.İbrahimbəyovu “namizəd” hesab etməklə yanaşı, buna da işarə edir ki, qoca kinodramaturq Azərbaycana gəlmək iqtidarında deyil. Əgər gələ bilməsə, faktiki olaraq seçkilərdən kənarda qalmaq məcburiyyətində olacaq.
“Müsavat”ın digər funksioneri Arif Hacılı da R.İbrahimbəyovun namizədliyinin kəskin əleyhinədir. Hamıya məlumdur ki, Müsavat partiyası hələ ötən ilin sonlarında İ.Qəmbərin prezidentliyə namizədliyini irəli sürüb. Həmin vaxt “İctimai palata”nın üzvü olan təşkilatların etirazlarına baxmayaraq, “Müsavat” bu qərarının dəyişməz olduğunu bəyan etmişdi. Artıq partiyanın seçki qərargahı yaradılıb və A.Hacılı seçki qərargahının rəhbəridir.
“Müsavatın mövqeyindəki bu anlaşılmazlıq “Milli şura”da təmsil olunan digər radikalların da ciddi narazılığına səbəb olub. İlk olaraq, R.İbrahimbəyov onun Azərbaycana qayıtmasını tələb edənləri, dolayısı ilə İsa Qəmbəri təxribatçı adlandırıb. AXCP-nin hədəfində isə bütövlükdə Müsavat partiyası var. “Cəbhəçilər” tələb edirlər ki, İ.Qəmbərin namizədliyi ilə bağlı qərar geri götürülməli, R.İbrahimbəyovun namizədliyi bu partiya tərəfindən qəbul olunmalıdır. Amma “Müsavat”çılar “müttəfiqləri”nin bu çağırışlarını qulaqardına vururlar. İş o həddə çatıb ki, sosial şəbəkələrdə AXCP ilə Müsavat partiyasının üzvləri bir-birlərini təhqir etməyə başlayıblar.
İlk olaraq, Müsavat partiyasının üzvü Azər Ayxan sosial şəbəkədə “Milli şura”nın “vahid namizəd”i Rüstəm İbrahimbəyova və müxalifət partiyalarının rəhbərlərinə qarşı itihamlar irəli sürüb. O, statusunda yazıb: “İsa Qəmbərə qalib gəlib qabağa düşmək, müxalifətin şəriksiz lideri olmaq istəyənlər hər dəfə biabırçı durumla üzləşiblər. 2003-cü ilin seçkisindən sonra birilərinə elə gəldi ki, daha hər şey bitdi, yeni dönəmin lideri odur. Hıqqandı, gücəndi, düşərgənin tək lideri ola bilmədi. 2005-də meydan təxribatı edib sonra hərəkatı məğlubiyyətə uğradanlar Əli Əliyevin davasını aparıb İsa bəyi “ne prav” çıxarmaq istədilər”.
A.Ayxanın fikirlərini qarşı tərəflər də cavabsız qoymayıb. Belə ki, AXCP gənclər təşkilatının sədri Əbülfəz Qurbanlı da Azər Ayxana qarşı ittihamlar səsləndirib: “Azər Ayxanı anlayıram. İndi onların istəkləri boşa çıxıb. Odur ki, belə statuslarla qarşıdurma yaradırlar”.
AXCP Ali Məclisinin üzvü Elçin Rüstəmli isə deyib ki, “Müsavat”ın son addımı, xüsusilə İsa Qəmbərin namizədliyinin saxlanılması hakimiyyətin manevr imkanlarını artırır.
“Müsavat”çı Xalid Kazımlı isə “Milli şura”nı xeyli dərəcədə aşağılayıb. O iddia edir ki, bu təşkilat Müsavat partiyasından asılıdır: “Hamı da bir şeyi bilsin ki, “Milli şura”nın taleyi doğrudan da İsa Qəmbərdən asılıdır - istəsə yaşayacaq, istəməsə - dağılacaq”.
AXCP sədrinin müşaviri Məhəmməd İbrahim isə status yazan “müsavat”çının və onun qardaşının satqın olduğunu iddia edib.
Digər bir şərhdə isə yazılıb ki, belə getsə düşərgədəki minalar partlayacaq.
Göründüyü kimi, “Milli şura”da mövcud olan kəskin fikir ayrılıqları qondarma qurumun parçalanmasını şərtləndirir. Bu münasibətlər fonunda qurumun seçkiyə necə gedəcəyi aydın görünür. Mətbuata müsahibəsində Yurddaş Partiyasının sədri Mais Səfərli də bildirib ki, müxalifət düşərgəsini təmsil edən partiyaların hər birinin şəxsi ambisiyaları var. Onun fikrincə, radikallar xalq tərəfindən heç bir dəstəyə malik deyil, ona görə də, xarici qüvvələrin tapşırıqlarına uyğun fəaliyyət göstərirlər.

 
  • Oxunub:  28080  |  
  • Tarix:  08-07-2013  |  
  •    Çap et   |  
Get Adobe Flash player
“İlham Əliyev. İnkişaf - məqsədimizdir” çoxcildliyinin 91-ci kitabı çapdan çıxıb

13 Noyabr 21:31
Azərbaycan ilə Özbəkistan arasında dini-mənəvi sahədə əlaqələrin genişləndirilməsi məsələləri müzakirə olunub
13 Noyabr 21:28
Asiya İnkişaf Bankının “Texniki dəstək” layihəsinin təqdimetmə mərasimi keçirilib
13 Noyabr 20:09
Azərbaycanın kosmik proqramı: Zəngin ənənələr və müasir çağırışlar
13 Noyabr 20:00
Azərbaycanda mövcud nəqliyyat problemləri və onların həll yollarına dair müzakirələr aparılıb
13 Noyabr 19:56
Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsində dağıstanlı deputatlarla görüş keçirilib
13 Noyabr 19:50
Yeni TV-də canlı yayımda Hikmət Babaoğlunun qonağı Milli Məclisin deputatı Aydın Hüseynov olmuşdur (VİDEO)
13 Noyabr 19:45
Sona Əliyeva: Radikal müxalifətin təmsilçiləri xaricdəki havadarlarının sifarişlərini yerinə yetirirlər
13 Noyabr 17:39
AMEA-da tədris prosesinin cari vəziyyəti müzakirə olunub
13 Noyabr 17:31
ABŞ-ın nümayəndə heyəti “ASAN xidmət” mərkəzinin fəaliyyəti ilə tanış olub
13 Noyabr 17:26
Prezident İlham Əliyev Əsas Amerika Yəhudi Təşkilatlarının Prezidentləri Konfransının icraçı sədr müavinini qəbul edib
13 Noyabr 17:24
Azərbaycan Dillər Universitetində Qədim dillər elmi-tədqiqat laboratoriyası fəaliyyətə başlayıb
13 Noyabr 17:21
“Azəriqaz”da istehsalat müşavirəsi keçirilib
13 Noyabr 17:20
Mərkəzi Seçki Komissiyası Gəncədə regional seminar-müşavirə keçirib
13 Noyabr 17:11
Mərkəzi Seçki Komissiyası “Müşahidəçilər üçün yaddaş” kitabçası hazırlayıb
13 Noyabr 17:08
Dağlıq Qarabağın azərbaycanlı icmasının rəhbəri ABŞ-a səfərə gedib
13 Noyabr 17:06
Prezident İlham Əliyev İranın Mədəniyyət və İslami Əlaqələr Təşkilatının sədrinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib
13 Noyabr 17:00
Prezident İlham Əliyev Misirin Nümayəndələr Palatası sədrinin birinci müavininin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib
13 Noyabr 16:49
Prezident İlham Əliyev Rusiya Federasiya Şurasının sədr müavinini və komitə sədrini, Dağıstan Xalq Məclisinin sədrini və sədrin müşavirini qəbul edib
13 Noyabr 16:45
Təhsil nazirinin Fransaya səfəri davam edir
13 Noyabr 16:38
Yevlax şəhərinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması layihəsinin icrasına 5 milyon manat ayrılıb
13 Noyabr 16:36
Prezident İlham Əliyev: Ölkəmizdə aparılan siyasət xalq tərəfindən dəstəklənir
13 Noyabr 16:34
Hadi Rəcəbli: Büdcənin sabitliyi və dayanıqlılığının təmin edilməsi xüsusi əhəmiyyət kəsb edir
13 Noyabr 16:33
Birləşmiş Ərəb Əmirlikləri indiyədək Azərbaycan iqtisadiyyatına 2,2 milyard dollar sərmayə yatırıb
13 Noyabr 16:28
Naqif Həmzəyev: 2020-ci ilin sosialyönümlü büdcəsi əhalinin rifah halının yaxşılaşdırılmasına hesablanıb
13 Noyabr 16:26
Milli Məclisin Sədri Rusiya Federasiya Şurasının sədr müavini ilə görüşüb
13 Noyabr 16:13
Sahibə Qafarova: Bu gün Azərbaycan özünün inkişafında ən yüksək zirvəni yaşamaqdadır
13 Noyabr 16:10
Eldəniz Səlimov: Dünyada Azərbaycan müstəqil siyasət yürüdən ölkə kimi qəbul edilir
13 Noyabr 16:07
Prezident İlham Əliyev “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin sədrini qəbul edib
13 Noyabr 16:02
Futbol üzrə Azərbaycan kuboku turnirinin 2019-2020-ci illər mövsümünün püşkü atılıb
13 Noyabr 15:55
Los-Ancelesdə Azərbaycan-Pakistan-Türkiyə dostluq münasibətlərinə həsr olunmuş tədbir keçirilib
13 Noyabr 15:53
Erməni diplomatlar tərəfindən Azərbaycana qarşı yönəlmiş çirkin əməllərin qarşısı alınır
13 Noyabr 15:46
Ticarət obyektlərinin sahibləri ilə görüşdə istehlakçı hüquqlarının qorunmasından bəhs olunub
13 Noyabr 15:43
“Made in Azerbaijan” brendli məhsullar “Food and Hotel China 2019” sərgisində
13 Noyabr 15:38
İlahiyyat İnstitutu: “Heydər Əliyev və Azərbaycan tarixi” bilik yarışında iştirak etmiş tələbələrlə görüş
13 Noyabr 15:24
Eliy Abadi: Azərbaycan tolerantlıq ənənələrinə görə dünyanın ən qabaqcıl ölkələri sırasındadır
13 Noyabr 15:14
Birləşmiş Ərəb Əmirliklərinin İqtisadiyyat naziri Şəhidlər xiyabanını ziyarət edib
13 Noyabr 14:51
Oktyabrda İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinə 384 vətəndaş müraciəti daxil olub
13 Noyabr 14:28
Vyanada Avstriya-Azərbaycan Mədəniyyət və İş Adamları Dərnəyinin ofisi açılıb
13 Noyabr 14:17
Hərbi Hava Qüvvələri əməliyyat təlimi çərçivəsində qarşıya qoyulan tapşırıqları icra edir
13 Noyabr 14:13
Ermənistan Azərbaycanla Gürcüstan arasında qardaşlıq və dostluq münasibətlərinə həmişə nifaq salmağa çalışır
13 Noyabr 14:08
Milli Məclisdə “2020-ci il dövlət büdcəsi haqqında” qanun layihəsi birinci oxunuşda qəbul edilib
13 Noyabr 14:00
AzMİU ilə Türkiyənin Yıldız Texnik Universiteti arasında əlaqələr genişlənir
13 Noyabr 13:57
Hikmət Babaoğlu: “Azərbaycanda son illərin ən yaxşı inkişaf göstəriciləri bu il qeydə alınıb”
13 Noyabr 13:56
Nazir: Azərbaycanla Birləşmiş Ərəb Əmirliklərinin turizm və investisiyaların cəlbi sahələrində əməkdaşlığı genişləndirilə bilər
13 Noyabr 13:52
Təhsil nazirinin müavini Ucar rayonunda
13 Noyabr 13:50
Sahil Babayev: 2020-ci ildə Dövlət Sosial Müdafiə Fondundan əhaliyə ödənişlərin məbləği 4 milyard 684 milyon manat olacaq
13 Noyabr 13:05
Müdafiə Nazirliyi: Monitorinq insidentsiz başa çatıb
13 Noyabr 13:02
Mikayıl Cabbarov: Azərbaycanla Birləşmiş Ərəb Əmirliklərinin iqtisadi əməkdaşlığı daha da inkişaf edəcək
13 Noyabr 12:51
Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması Sergey Lavrovun fikirləri ilə bağlı bəyanat yayıb
13 Noyabr 12:21
Milli Məclisdə 2020-ci ilin dövlət büdcəsi ilə bağlı müzakirələr davam edir
13 Noyabr 12:13
BŞBPİ: Bakıda yolu bağlayaraq avtomobillərə və vətəndaşlara hücum edən şəxslər saxlanılıblar
13 Noyabr 12:09
Xətai məktəbliləri Gəncə, Şəmkir, Göygöl rayonları üzrə ekskursiyaya çıxıblar
13 Noyabr 12:04
Bilal Dündar: Nəsiminin yubileyi münasibətilə 650 min ağac əkilməsi təşəbbüsü onun xatirəsinə böyük ehtiramdır
13 Noyabr 12:01
Ağcabədidə 18 kilometrlik yol yenidən qurulub
13 Noyabr 12:00
Getaçyu Engida: Azərbaycan regionda və dünyada sülhün və sabitliyin inkişafına töhfə verir
13 Noyabr 11:54
Strateji Elmi Tədqiqatlar Mərkəzinin əməkdaşları Dövlət Sərhəd Xidməti tərəfindən mükafatlandırılıb
13 Noyabr 11:42
Sabunçuda sakinlərin problemləri dinlənilib
13 Noyabr 11:24
Nərimanov rayon məktəbliləri “Ölkəmizi tanıyaq” tur-aksiyasında iştirak etməyin sevincini yaşayırlar
13 Noyabr 11:17
Bakıda tanınmış bolqarıstanlı fotoqrafın sərgisi açılıb
13 Noyabr 11:16
Noyabrın 13-ü Beynəlxalq Gözdən Əlillər Günüdür
13 Noyabr 10:47
Bakı Ekspo Mərkəzində “Caspian Ecology” X Azərbaycan Beynəlxalq Ətraf Mühit Sərgisi işə başlayıb
13 Noyabr 10:46
Nəsimi rayon məktəbliləri Gəncə-Şəmkir-Göygöl marşrutu üzrə ekskursiyaya yola düşüblər
13 Noyabr 10:37
Zaqatala məktəbliləri cənub bölgəsi ilə tanış olacaqlar
13 Noyabr 10:36
Ahmet Altay Cengizer: Azərbaycan güclü mədəniyyəti olan ölkədir
13 Noyabr 10:31
Cənub bölgəsinin məktəbliləri Qəbələ-Şəki-Zaqatala marşrutu üzrə tur-aksiyaya qoşulublar
13 Noyabr 10:25
Qax məktəblilərini cənub bölgəsində maraqlı ekskursiyalar gözləyir
13 Noyabr 10:16
Şimal rayonlarından olan yüzə yaxın məktəbli maarifləndirici tur-aksiyaya qoşulub
13 Noyabr 10:04
Avstraliyanın turizm saytı: Səfərə hazırlaşırsınızsa, Azərbaycanı seçin!
13 Noyabr 10:00
Bu gündən “Ölkəmizi tanıyaq” növbəti maarifləndirici tur-aksiya başlayır
13 Noyabr 09:51
Ermənistan silahlı qüvvələrinin bölmələri atəşkəs rejimini 22 dəfə pozub

Video

 

Müsahibə

»»»
 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
HAVA HAQQINDA