Ana səhifə »  Müəlliflər »  Rüstəm İbrahimbəyovun namizəd olması qeyri-realdır
A+   Yenilə  A-
Rüstəm İbrahimbəyovun namizəd olması qeyri-realdır
Yazdı: Nurlan Qələndərli

İqbal Ağazadə: Rüstəm bəy siyasətdən uzaq adamdır, seçkinin nə olduğunu, bu istiqamətdə seçicilərlə, jurnalistlərlə, vətəndaşlarla, cəmiyyətlə hansı dildə danışmaq lazım olduğunu bilmir
Xalqımıza qarşı yönəlmiş təhqiramiz, ermənipərəst fikirlər səsləndirməklə gündəmdə olan, dövlətimizin milli maraqlarına zidd çağırışlar edən, ictimai-siyasi sabitliyin pozulması, xaos mühitinin yaranması üçün çalışan qondarma “Milli şura”nın fəaliyyəti Azərbaycan ictimaiyyətində kəskin narazılıq yaratmaqla yanaşı, müxalifət cəbhəsində də birmənalı qarşılanmır. Xüsusilə də qoca kinorejissor Rüstəm İbrahimbəyovun qondarma qurumun “vahid namizəd”i elan edilməsi radikal düşərgədəki mövcud gərginlikləri gücləndirməklə yanaşı, “Milli şura”nın isterikasını da artırıb. Bu azmış kimi, İbrahimbəyov mütəmadi olaraq ziddiyyətli fikirlər səsləndirir, əvvəl dediklərini sonradan təkzib edərək özünü ifşa edir.
Yeri gəlmişkən, qoca kinodramaturq bu arada vətəndaşlığı ilə bağlı ziddiyyətli fikirlərini də davam etdirir. Məsələn, bir müddət öncə mətbuata açıqlamasında ikili vətəndaşlığı olmadığını iddia edən İbrahimbəyov son müsahibəsində bildirib ki, o, həm də Rusiya vətəndaşıdır və imtina üçün müraciət edib.
Bununla yanaşı, ermənipərəst kinodramaturq bir sıra digər ziddiyyətli fikirlər də səsləndirib. Məsələn, onun “Mənim heç bir ölkə qarşısında öhdəliyim yoxdur” deməsi bəzi suallar yaradıb. O mənada ki, qoca kinorejissoru bu fikri söyləməyə nə vadar edir? Əlbəttə, bu sualın cavabı olduqca sadədir. İbrahimbəyov anti-azərbaycançı dairələr qarşısında öhdəlik daşıyır. Bundan öncəki açıqlamalarında da Rüstəm İbrahimbəyov sübut edib ki, o, anti-Azərbaycan, həmçinin, ermənipərəst dairələrin qarşısında öhdəliklər götürüb və qoca kinorejissorun hazırki canfəşanlığı məhz bununla əlaqədardır. Bütün bunlar onu göstərir ki, ermənipərəst, kosmopolit Rüstəm İbrahimbəyovun rəhbərlik etdiyi qondarma “Milli şura”nın Azərbaycan cəmiyyətinə aidiyyəti yoxdur. Bu qurum, əslində, müəyyən anti-Azərbaycan dairələrin mənafeyinə və burada təmsil olunan ermənipərəst şəxslərin siyasi ambisiyalarına xidmət edir. Yəni, qoca kinorejissorun “Milli şura” oyunlarının arxasında da məhz anti-Azərbaycan dairələrin sifariş və dəstəyi ilə Azərbaycanda xaos mühiti yaratmaq, ictimai şüura və rəyə neqativ təsir etmək missiyası durur.
Sadalananlarla yanaşı, dağıdıcı düşərgə daxilindəki son olaylar, səsləndirilən fikir və bəyanatlar onu deməyə əsas verir ki, qarşıdan gələn prezident seçkilərində Rüstəm İbrahimbəyovun radikal müxalifətin “vahid namizəd”i olması qeyri-realdır. O səbəbdən ki, milli maraqlara zidd mövqe sərgiləyən bu qüvvələr bir tərəfdən öz aralarında mövcud olan dərin ziddiyyətlərlə qarşı-qarşıyadırlar, digər tərəfdən isə, Azərbaycan ictimaiyyəti tərəfindən ciddi narazılıqla qarşılanırlar. Bunun əsas səbəbi isə yuxarıda da vurğuladığımız kimi, bu qondarma qurumda “birləşən” şəxslərin milli maraqlara zidd və korporativ, şəxsi mənafelər əsasında fəaliyyət göstərmələridir. Yeri gəlmişkən, bəhs olunan qondarma qurumlarda birləşən autsayderlərin son açıqlamaları göstərir ki, “İctimai palata”nın ardınca Rüstəm İbrahimbəyovun “Milli şurası” da tarixin arxivinə yollanır. Görünən odur ki, əvvəllər “Milli şura” “ideya”sını dəstəkləyən antimilli və radikal ünsürlər hazırda bir qədər fərqli mövqe nümayiş etdirirlər və bu hal qoca kinorejissor tərəfindən isterika ilə qarşılanmaqdadır.
Öz növbəsində Azərbaycan siyasi palitrasında təmsil olunan siyasətçilər və müxtəlif oriyentasiyalara malik olan partiyaların rəhbərləri də Rüstəm İbrahimbəyovun “Milli şura”sının Azərbaycan cəmiyyətinə yad olduğunu bildirir, bu qondarma qurumu xalqa, dövlətçiliyimizə qarşı yönəlmiş layihə kimi səciyyələndirir, eyni zamanda, bu qurumun fiaskoya məhkum olduğunu və İbrahimbəyovun “vahid namizəd” elan edilməsinin perspektivsizliyini qeyd edirlər. Bu kontekstdə son olaraq Ümid Partiyasının sədri İqbal Ağazadə deyib ki, Rüstəm İbrahimbəyov siyasətçi deyil. Onun sözlərinə görə, Rüstəm İbrahimbəyov siyasətçi olmadığından fikirlərini də formalaşdıra bilmir. “Mən Rüstəm İbrahimbəyov haqqında ilk dəfə fikrimi demişdim ki, nə olmağından asılı olmayaraq Rüstəm bəy sadəcə siyasətçi deyil və buna görə də, o, öz fikirlərini bu istiqamətdə nə ifadə edə biləcək, nə də siyasi mövqe ortaya qoya biləcək”, - deyə Ümid Partiyasının sədri qeyd edib.
İ.Ağazadə Rüstəm İbrahimbəyovun “jurnalistlərin ağzından vurmaq” ifadəsini də yanlış hesab edir: “Bu, yanlış ifadədir. Rüstəm bəy siyasətdən uzaq adamdır, seçkinin nə olduğunu, bu istiqamətdə seçicilərlə, jurnalistlərlə, vətəndaşlarla, cəmiyyətlə hansı dildə danışmaq lazım olduğunu bilmir”.

 
  • Oxunub:  24180  |  
  • Tarix:  11-07-2013  |  
  •    Çap et   |  
Get Adobe Flash player
Milli Məclisdə 2019-cu ilin büdcə zərfinə daxil olan məsələlər müzakirə olunur

19:00
14 Noyabr
Slovakiyanın Baş naziri Peter Pelleqrininin Azərbaycana rəsmi səfəri başa çatıb
18:21
14 Noyabr
Siyavuş Novruzov: Hazırda sosial sahədə aparılan islahatlar təqdirəlayiqdir
18:08
14 Noyabr
Nazir: Həyata keçirilən tədbirlər sığorta təminatı sisteminin inkişaf etdirilməsinə və sosial sığorta sisteminin potensialının tam gücləndirilməsinə imkan verəcək
17:58
14 Noyabr
Ağalar Vəliyev: 2019-cu ilin dövlət büdcəsi qarşıda duran mühüm vəzifələrinin layiqincə yerinə yetirilməsinə möhkəm zəmin yaradacaq
17:55
14 Noyabr
Sahil Babayev: Dövlət Sosial Müdafiə Fondunun 2019-cu il üçün xərcləri 3 milyard 928 milyon manat proqnozlaşdırılır
17:23
14 Noyabr
Dövlət Sosial Müdafiə Fondunun 2019-cu il üçün büdcəsi mövcud qanunvericiliyin tələblərinə uyğun hazırlanıb
17:23
14 Noyabr
Eldar İbrahimov: 2019-cu ilin dövlət büdcəsində kənd təsərrüfatının stimullaşdırılması daha dolğun nəzərə alınıb
17:17
14 Noyabr
Milli Elmlər Akademiyası BMT ilə əlaqələri gücləndirir
17:13
14 Noyabr
İsmayıllıda “Mənəvi dəyərlərimiz azərbaycançılıq ideologiyasının tərkib hissəsidir” mövzusunda seminar-müşavirə keçirilib
17:04
14 Noyabr
Moskvada “Xəzər dialoqu 2018” beynəlxalq iqtisadi forumu keçirilib
16:47
14 Noyabr
Beynəlxalq hüquq və öz müqəddəratını təyinetmə prinsipinin ermənisayaq təfsiri
16:41
14 Noyabr
Gündüz İsmayılov: Xurafat qüsurlu dini təbliğatın nəticəsidir
16:34
14 Noyabr
Azərbaycan və İtaliyanın hərbi-mülki əməkdaşlıq üzrə ekspertlərinin görüşü keçirilib
16:30
14 Noyabr
Bakıda MDB-nin iştirakçısı olan ölkələrin Daxili İşlər nazirliklərinin kadr aparatları rəhbərlərinin iclası işə başlayıb
16:28
14 Noyabr
Endryu Parsons: Azərbaycanda idmana və paralimpiya hərəkatına olan münasibət təqdirəlayiqdir
16:26
14 Noyabr
Sumqayıtda IV Uşaq Paralimpiya İdman Oyunlarının açılış mərasimi keçirilib
16:19
14 Noyabr
AMEA-da "Türkologiya" jurnalının fəaliyyətinə dair məruzə dinlənilib
16:04
14 Noyabr
Nazir: İnsanların sağlam ətraf mühitdə yaşamaq hüququnun təmin edilməsi ölkə rəhbərliyinin diqqət mərkəzindədir
15:51
14 Noyabr
Bəhruz Quliyev: Eleni Teoxarus Avropa dəyərlərini ekstremizm və separatizmlə əvəzləmiş katalizatordur
15:28
14 Noyabr
Diasporla İş üzrə Dövlət Komitəsinin nümayəndə heyəti Los-Ancelesdə bir sıra görüşlər keçirib
15:00
14 Noyabr
Türkmənistandan enerjidaşıyıcıların dünya bazarlarına çatdırılması üçün yeni marşrutlar yaradılır
14:58
14 Noyabr
Hərbi birliklər komanda-qərargah hərb oyunları çərçivəsində qarşıya qoyulan vəzifələri icra edirlər
14:28
14 Noyabr
Azərbaycan məhsullarının ixracı genişlənir
14:09
14 Noyabr
Azərbaycanın və Slovakiyanın Baş nazirləri birgə işçi nahar ediblər
13:55
14 Noyabr
Slovakiya nümayəndə heyəti Səngəçal terminalında olub
13:47
14 Noyabr
Milli Məclisdə “2019-cu il dövlət büdcəsi haqqında” qanun layihəsi birinci oxunuşda təsdiq edilib
13:41
14 Noyabr
Doqquz ayda Azərbaycandan şərab məhsullarının ixracı 43 faizdən çox artıb
13:36
14 Noyabr
Gələn il Pekində Azərbaycan Ticarət Evinin açılması planlaşdırılır
13:31
14 Noyabr
Rəşad Mahmudov: Səhiyyə xərcləri üçün vəsaitin çox ayrılması inkişafa öz real təsirini göstərəcək
12:50
14 Noyabr
Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində keçirilən monitorinq insidentsiz başa çatıb
12:13
14 Noyabr
İlin sonunadək 3 ölkəyə ixrac missiyası təşkil olunacaq
12:09
14 Noyabr
Azərbaycan ilk dəfədir ki, bir beynəlxalq qurum daxilində iki müxtəlif vəzifəyə seçkilərin hər ikisində qalib gəlib
12:01
14 Noyabr
Doqquz ayda Azərbaycandan ixrac olunan məhsulların çeşidi 2753-ə çatıb
12:00
14 Noyabr
Muxtar Babayev: Yaxın zamanlarda ekoloji vəziyyət böyük dərəcədə yaxşılaşdırılacaq
11:55
14 Noyabr
Milli Məclisin bugünki iclasında büdcə müzakirələri davam edəcək
11:53
14 Noyabr
Slovakiyalı qonaqlar Qobustan Qoruğundan xoş təəssüratla ayrılıblar
11:42
14 Noyabr
Prezident İlham Əliyev Belarusun Azərbaycandakı səfirini qəbul edib
11:22
14 Noyabr
Yasamal rayon məktəbliləri “Ölkəmizi tanıyaq” tur-aksiyası çərçivəsində Gəncəyə yola düşüblər
11:20
14 Noyabr
Ağdam məktəblilərini Quba-Qusar-Xaçmaz bölgəsində maraqlı ekskursiya gözləyir
11:17
14 Noyabr
Komanda-qərargah hərb oyunlarının növbəti mərhələsi ilə bağlı dinləmə keçirilib
11:04
14 Noyabr
Gəncə məktəbliləri “Ölkəmizi tanıyaq” tur-aksiyasına qoşulublar
11:01
14 Noyabr
Azərbaycan-Belarus diplomatik münasibətlərinin qurulmasının 25 illiyinə həsr olunan konfrans keçirilib
10:53
14 Noyabr
Nəsimi rayon məktəbliləri “Ölkəmizi tanıyaq” tur-aksiyasına qoşulublar
10:45
14 Noyabr
Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi Qırğızıstanda Türkdilli Dövlətlərin Xüsusi Xidmət Orqanları Konfransının XXI iclasında iştirak edib
10:41
14 Noyabr
Ermənistan silahlı qüvvələrinin bölmələri atəşkəs rejimini 29 dəfə pozub
10:39
14 Noyabr
Azərbaycan Braziliyada keçirilən növbəti diplomatik yarmarkada təmsil olunub
10:38
14 Noyabr
Bərdə məktəbliləri ölkəmizin şimal bölgəsi ilə yaxından tanış olacaqlar
10:18
14 Noyabr
Tur-aksiyalar şagirdlərə respublikamızın tarixini, mədəniyyətini daha yaxından öyrənməyə imkan yaradır
10:11
14 Noyabr
Tərtər rayonunun məktəbliləri Quba-Qusar-Xaçmaz istiqaməti üzrə tur-aksiyaya başlayıblar
10:09
14 Noyabr
Cənub bölgəsinin məktəbliləri Gəncə-Şəmkir-Göygöl marşrutu üzrə tur-aksiyaya çıxıblar
09:30
14 Noyabr
Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi münasibətilə Kolumbiya Parlamentində qəbul keçirilib
08:47
14 Noyabr
“Ölkəmizi tanıyaq”: Onuncu tur-aksiyada 76 şəhər və rayondan 3190 şagird iştirak edir
17:55
13 Noyabr
Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzi tərəfindən növbəti aksiya keçirilib
17:44
13 Noyabr
Vüqar Gülməmmədov: Növbəti ilin dövlət büdcəsinin layihəsi ilə bağlı sənədlərdə sosial-iqtisadi inkişafın meyillərinin əsas göstəricilərinin əks etdirilməsi maliyyə inzibatçılığında şəffaflığının yüksəldilməsinə də şərait yaradır
17:41
13 Noyabr
Samir Şərifov: 2019-cu ilin büdcə layihəsi təkcə ölkəmizdə baş verən makroiqtisadi prosesləri deyil, dünyada və regionda baş verən geosiyasi proseslər nəzərə alınmaqla tərtib olunub
17:39
13 Noyabr
Tbilisidə keçirilən beynəlxalq konfransda “Azerkosmos” və “Azersky”in fəaliyyəti barədə məlumat verilib
17:25
13 Noyabr
Dövlət Komitəsində məcburi köçkünlərlə növbəti görüş olub
17:19
13 Noyabr
Azərbaycan regionda digər sahələrdə olduğu kimi, paralimpiya hərəkatında da lider ölkədir
17:16
13 Noyabr
Qida Təhlükəsizliyi Agentliyi: neqativ hallara qarşı aparılan mübarizə daha da gücləndiriləcək
17:14
13 Noyabr
Beynəlxalq Qızıl Xaç Komitəsi Bərdə şəhərində media nümayəndələri üçün seminar təşkil edib
17:12
13 Noyabr
Şamaxıda “Mənəvi dəyərlərimiz - dünən, bu gün, sabah” mövzusunda seminar-treninq keçirilib
17:10
13 Noyabr
Bakıda Azərbaycan-Slovakiya biznes forumu keçirilib
17:03
13 Noyabr
Ermənistanın Azərbaycana təcavüzü nəticəsində UNESCO-nun dəyər və prinsipləri də kobudcasına pozulub
17:01
13 Noyabr
Dövlət və bələdiyyə idarəçiliyinin strateji istiqamətlərinə həsr olunmuş elmi-praktik konfrans keçirilib
16:58
13 Noyabr
Leyla Abdullayeva: Avropa Parlamentinin etik məsələlərə məsul komitələri deputat Eleni Teoxarusun fəaliyyətini araşdırmalıdır
16:51
13 Noyabr
Peter Pelleqrini: Yaxın zamanlarda Slovakiyanın Azərbaycanda səfirliyinin açılması nəzərdə tutulur
16:29
13 Noyabr
Folklorda milli dövlətçilik ideyaları ən müxtəlif janrlarda əksini tapıb
15:52
13 Noyabr
Azərbaycanda əmək münasibətlərinin leqallaşdırılması istiqamətində mühüm addımlar atılır
15:43
13 Noyabr
Ölkə üzrə pambıq tədarükü 210 min tona yaxınlaşıb – operativ məlumat
15:37
13 Noyabr
Doqquz ayda Azərbaycan ilə Slovakiya arasında ticarət dövriyyəsi 33 faiz artıb

Video

 

Müsahibə

 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30
HAVA HAQQINDA
Bakı
gündüz+11 +13
gecə+7 +9