Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Radikal müxalifət “Milli şura”dan əlini üzüb

Radikal müxalifət “Milli şura”dan əlini üzüb

11.07.2013 [13:58]

Pərviz Sadayoğlu

Özünü birlik adlandıran amorf qurum seçkilərə üç namizədlə qatıla bilər
Radikal müxalifət düşərgəsində namizədlik savaşı yenidən qızışıb və bu dəfəki gərginlik ortaya maraqlı tablo qoyub. Belə ki, bir neçə ay öncə radikal düşərgənin İP-ini əlinə dolayan AXCP sədri Əli Kərimli ilə Müsavat Partiyasının başqanı İsa Qəmbərin apardığı mübarizənin hansı nəticələrə yol açdığı cəmiyyətə bəllidir. Yəni, həmin vaxt üzdə müttəfiqlik mənzərəsi yaradan, arxada isə biri-birilərinin ayağının altını qazan bu iki partiya sədri qarşılıqlı olaraq kompramat savaşına çıxmışdılar. Məsələn, İ.Qəmbər AXCP-nin xarici dairələrin hesabına maliyyələşdirildiyini bildirmişdi. Ə.Kərimli isə buna cavab olaraq açıq şəkildə “Müsavat” sədrinin xarici kəşfiyyatlarla işbirliyində olduğunu demişdi.
Əslində, bu iki şəxs arasındakı namizədlik savaşı radikal müxalifətin ənənəvi portretinin ştrixləri idi. Daha doğrusu, illərdir ki, adını “birlik” qoyub yalnız şəxsi maraqlar üçün istifadə etdikləri kooperativlər açan radikal düşərgə təmsilçiləri son olaraq İP-lərini ermənipərəst Rüstəm İbrahimbəyovun şurasına calaq etmək niyyətində idilər. Lakin...
Belə demək mümkündürsə, Rüstəm İbrahimbəyovun şura ideyası ortaya gələndə radikal düşərgə təmsilçiləri buna öz rakurslarından baxırdılar və prosesi birmənalı şəkildə öz mənafeləri naminə tənzimləmək istəyirdilər. Məsələn, hələ bir neçə ay öncə açıq şəkildə İsa Qəmbəri dəstəkləməyəcəyini söyləyən Əli Kərimli bu şuradan özünün gələcək siyasi karyerası üçün istifadə etməyə çalışırdı. Belə ki, AXCP sədri “Milli şura” vasitəsilə indiyə qədər ondan öndə olan düşərgə siyasətbazlarını-İsa Qəmbəri, Rəsul Quliyevi, Lalə Şövkəti və digərlərini sıradan çıxarmağa çalışırdı.
Bu gün proseslərin gedişinin dəyişməsi həmin planları müəyyən dərəcədə fərqli istiqamətlərə yönəltsə də, hazırda da yeni dartışmalar şuranın fəaliyyətinin sona çatmasına çox zamanın qalmadığını deməyə əsas verir. R.İbrahimbəyov qondarma şuranın “vahid namizəd”i elan olunsa da, onun Azərbaycana qayıdıb seçkilərə qatılma perspektivinin kifayət qədər aşağı olduğu elə radikal düşərgə təmsilçiləri tərəfindən də etiraf edilir. Məhz bu səbəbdəndir ki, İ.Qəmbər “Milli şura”nın ikinci iclasında özünün namizədlik iddiasından geri çəkilmədiyini bəyan edib və seçkilərə qatılmaq istəyində olduğunu bildirib.
Amma şuranın son toplantısı göstərdi ki, qondarma qurumda heç də hər şey onların təsvir etdiyi kimi praqmatik şəkildə inkişaf etmir. Birdən-birə şuranın bütün qanadlarının nümayəndələrinin İsa Qəmbərə qarşı çıxması bir daha göstərdi ki, Müsavat Partiyası bu şurada candərdi və ya kiminsə sifarişi əsasında duruş gətirir. Hətta R.İbrahimbəyov öz müraciətində qeyd etdi ki, gerçək demokratik düşərgədən ikinci namizəd olmamalıdır.
Bu azmış kimi bir zamanlar İsa Qəmbərdən sonra Müsavat Partiyasının perspektiv rəhbəri qismində görülən, hazırda isə ACP sədri olan Sülhəddin Əkbər “şura”nın son toplantısında bildirib ki, “Milli şura”nın “vahid namizəd”i var, ikinci namizədə də ehtiyac yoxdur. Bu isə birmənalı şəkildə İsa Qəmbərə qarşı şura daxilində yaranan yeni koalisiyadan xəbər verir. Çünki hələ “Milli şura”nın ilk iclasındaca ACP, ALP və başqa partiyaların nümayəndələri İsa Qəmbərin deyil, Rüstəm İbrahimbəyovun “vahid namizəd”liyi ilə bağlı təkliflər səsləndirmişdilər. Bu isə onu göstərir ki, qurumda anti-Qəmbər kampaniyasına qoşulanlar günü-gündən artmaqdadır.
Ermənipərəst kinodramaturqun “sağ əli” statusunu heç kimə verməyən Eldar Namazov da bildirib ki, Rüstəm İbrahimbəyov qurumun “vahid namizəd”idir, ondan savayı “Milli şura” üzvlərindən kimsə namizədliyə iddia etməməlidir. Bunun qarşılığında isə İ.Qəmbər Rüstəm İbrahimbəyovun namizədliyini riskli hesab edib. O, öz iddiasından geri çəkilməməsini də belə izah edib. O deyib ki, “Milli şura”nın ikinci sessiyasında “vahid namizəd” məsələsi müzakirə edilən zaman Müsavat Partiyası mövqeyini bəyan edib. Bu mövqenin indiki mərhələdə dəyişilməsinə heç bir lüzum görmür: “Əgər kimsə seçkilərin boykot variantına meyil edirsə, bu istəklər “Milli şura” formatında axtarılmamalıdır”.
Üstəlik, bu günlərdə KAXCP sədri Mirmahmud Mirəlioğlu da partiyasının prezidentliyə namizədliklə bağlı qərardan imtina etmədiyini deyib. Belə çıxır ki, bu gün özünü “şura” adlandıran amorf qurumun seçkilərə üç namizədlə qatılmaq istəyi var. Bu isə, Rüstəm İbrahimbəyovun radikal müxalifətin “vahid namizəd”i arzusunu ürəyində qoyması deməkdir.

Paylaş:
Baxılıb: 1169 dəfə

Müəllifin digər məqalələri:

Əzrayılın bala paylaması...

Yaxud, Makronun “bazar...

24.09.2021 [15:29]

Ermənipərəst Sevinc Osmanqızı süni gündəm axtarışında...

Məlum olduğu kimi, bu gün...

02.06.2021 [08:56]

Qənimət Zahidin ictimai rəyi yanıltmaq və xalqı aldatmaq cəhdləri iflasa məhkumdur

İşğaldan azad olunmuş torpaqlarımızın...

28.05.2021 [10:07]

Əli Kərimlinin tükənməz erməni sevgisi

44 günlük Vətən müharibəsi...

25.05.2021 [08:49]

Cıdır düzündə Azərbaycan ruhu...

Şuşada keçirilən...

20.05.2021 [09:28]

Sevinc Osmanqızının antimilli təbliğatı

Yaxud xəyanətkar...

19.05.2021 [08:31]

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

İqtisadiyyat

Siyasət

Siyasət

Siyasət

1 il tez...

18 Aprel 10:21

Gündəm

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30