Ana səhifə »  Müəlliflər »  Qondarma “Milli şura”da gərginlik artır
A+   Yenilə  A-
Qondarma “Milli şura”da gərginlik artır
Yazdı: Mübariz Abdullayev

Aydın görünür ki, qondarma qurum radikalları nəinki birləşdirməyib, əksinə onların arasında illərdir ki, davam edən düşmənçilik münasibətlərinə yeni çalarlar qatıb
Yaxın keçmişədək AXCP, “Müsavat” kimi partiyaların yer aldıqları “İctimai palata”da və bütövlükdə radikal müxalifət düşərgəsində izlənilən qarşıdurmalar, mövqe savaşları indi dağıdıcıların yeni birlik formatı kimi təqdim olunan qondarma “Milli şura”ya keçib. Son günlərdə hətta radikalların nəzarətində olan KİV-lərdə belə, çox tez-tez “Milli şura”da konsensus yoxdur”, “Milli şura”dan qopmalar başlayıb”, “Milli şura”da iplər gərilir” kimi manşet sərlövhələr altında dərc olunan yazılara rast gəlinir.
İctimai və ümummilli maraqlara görə deyil, sırf partiya mənafeyinə və özəl gözləntilərə görə yeni “birlik” formatı ilə bağlı çağırışlara “hə” deyən ayrı-ayrı radikal yönümlü partiyaların, qrupların arasında ixtilaflara, münasibətlərin gərginləşməsinə rəvac verən bir sıra amillər var ki, bunlar da yenə “Milli şura” nədirsə ondan daha artıq pay qoparmaq istəyi ilə bağlıdır. Qondarma qurum daxilində gedən prosesləri izləyən siyasi müşahidəçilər o qənaətdədirlər ki, hazırda burada anlaşılmazlıq, mücərrədlik o səviyyəyə çatıb ki, prosesləri müəyyən klassik prinsiplər, normal siyasi mübarizə nöqteyi-nəzərindən izah etmək belə, mümkün deyil.
Radikalların, necə deyərlər, hələ qırxı çıxmayan yeni “birlik” formatında qeyri-müəyyənliyin yaranmasının əsas səbəbi kimi burada da vaxtilə müxalifətin digər təşkilatlarını dağıdan, ən sonda qondarma “İctimai palata”nı “didişmələr meydanı”na çevirən köhnə məlum simaların-AXCP-nin sədri Əli Kərimlinin, “Müsavat”ın başqanı İsa Qəmbərin adı var, özü yox. “El” hərəkatının” rəhbəri reneqat Eldar Namazovun cəmləşməsi göstərilir. Onlar qondarma qurumu “üçlərə və yerdə qalanlara” bölüblər, desək, əsl həqiqəti ifadə etmiş olarıq. Son 20 ildə radikal düşərgənin “dadını çıxaran” Əli Kərimli, İsa Qəmbər və onların cərgəsinə bir qədər gec qoşulan reneqat Eldar Namazov “Milli şura”dakı çoxluq üzərində hegemonluq iddiasındadırlar və onlara öz ambisiyalarını qeyd-şərtsiz diqtə etməyə çalışırlar ki, bu da narazılıqlara gətirib çıxarır.
“Milli şura”da zorən müttəfiqə çevrilən üçlüyün arasında səmimi münasibətlərin, ideya həmrəyliyinin olmasını da söyləmək mümkün deyil. Əzəli və əbədi rəqiblər olan AXCP və “Müsavat” aralarındakı düşmənçilik ənənələrini “Milli şura”da da davam etdirirlər. Onlar qurum daxilində fürsət düşdükcə bir-birlərinin bostanına çox məmnuniyyətlə daş atırlar. “Milli şura”nın sədri Rüstəm İbrahimbəyovdan hər cür dəstək görən reneqat Eldar Namazov isə “köç geri dönəndə axsaq irəli düşər” düşüncəsindədir. Reneqat Əli Kərimli ilə İsa Qəmbər arasında yaşanan nifaqı daha da qızışdırmaqla onların zəifləməsinin fonunda öz yüksəlişini təmin etmək niyyətindədir və bu niyyətini reallaşdırmaqdan ötrü hər məqamdan maksimum dərəcədə bəhrələnməyə çalışır.
Qondarma “Milli şura”da radikal müxalifət mətbuatının etiraf etdiyi kimi, “iplərin daha da gərilməsinə” gətirib çıxaran ən mühüm olay isə “vahid namizəd” məsələsində yaranan ikitirəlik (KAXCP-nin sədri Mirmahmud Mirəlioğlunun namizədlik iddiasını da bura əlavə etsək, üçtirəlik-M. A.), başqa sözlə desək, “Müsavat”ın başqanı İsa Qəmbərlə qurumun sədri Rüstəm İbrahimbəyovun kəllə-kəlləyə gəlməsidir. Olayın məğzi ondan ibarətdir ki, qondarma “Milli şura” “vahid namizəd”liyə Rüstəm İbrahimbəyovu müəyyənləşdirsə də, İsa Qəmbər dildə “mən də onun namizədliyini dəstəkləyirəm” deyərək seçkilərə namizəd kimi qatılmaq iddiasından geri çəkilmir. “Müsavat”ın başqanı, həmçinin, seçkilər ərəfəsində xarici turnelərdən başı açılmayan “vahid namizəd”in “Vətənə dönməsi” şərtini irəli sürüb.
Təbii ki, İsa Qəmbərin və bütövlükdə “Müsavat”çıların özgəfikirlik nümayiş etdirmələri Rüstəm İbrahimbəyovu özündən çıxarıb. O, cavab olaraq yuxarıda xatırlatdığımız şərti irəli sürənləri “təxribatçılar” adlandırıb və “belələrinin ağızından mən özüm vuraram” deyib. Bununla da ürəyi soyumayan sədr quruma bir müraciət ünvanlayaraq “Müsavat”ın başqanı İsa Qəmbərə və KAXCP-nin sədri Mirmahmud Mirəlioğluna “namizədliyinizdən geri çəkilin”, “Milli şura” seçkilərə “vahid namizəd”lə getməlidir” mesajını ünvanlayıb. Müraciətdə vurğulanır ki, hətta “Milli şura”nın namizədinin qeydiyyata alınmasından imtina ehtimalının olduğu variantda belə, müxalifət düşərgəsindən ikinci namizəd olmamalıdır.
Müsavat Partiyasından isə “Milli şura”nın sədri və “vahid namizəd”i Rüstəm İbrahimbəyovun müraciətində səsləndirdiyi hədələrə elə eyni notlarla köklənən cavablar gəlməkdədir. Partiya funksionerləri Arif Hacılı, Gülağa Aslanlı və digərləri bəyan ediblər ki, “Müsavat”ın İsa Qəmbərin namizədliyi ilə bağlı çıxardığı qərar dəyişməyəcək. İsa Qəmbərin özünün Rüstəm İbrahimbəyovun sözügedən açıqlamasına münasibəti də kifayət qədər birmənalı olub. “Müsavat” başqanının bu xüsusda mətbuata verdiyi açıqlamada oxuyuruq: “Milli şura”nın ikinci sessiyasında “vahid namizəd” məsələsi müzakirə edilən zaman Müsavat Partiyasının mövqeyini bəyan etmişəm. Bu mövqenin indiki mərhələdə dəyişilməsinə heç bir lüzum görmürük”.
Qondarma “Milli şura”nın son sessiyasında qurumun təmsilçiləri arasında gərginliyin pik həddədək yüksəldiyi bir daha üzə çıxıb. Toplantı ilə bağlı keçirilən brifinqdə Açıq Cəmiyyət Partiyasının (ACP) sədri Sülhəddin Əkbər bəyanatla çıxış edərək İsa Qəmbərə səslənib. O deyib: “Hər kəs bilsin ki, “Milli şura”nın yalnız bir namizədi var və ikinci namizəd olmayacaq”.
Qondarma qurumun icra aparatının rəhbəri Eldar Namazov da eyni mövqedən çıxış edərək vurğulayıb: “Rüstəm İbrahimbəyovdan savayı, “Milli şura” üzvlərindən kiminsə namizədliyə iddia etməsi rədd olunmalıdır”. Eldar Namazov artıq can verən “İctimai palata” təmsilçilərinin ünvanına qınaqlar yağdırmaqdan da çəkinməyərək deyib: “İstər “İctimai palata”nın, istərsə də “Məşvərət məclisi”nin və digər birliklərin “vahid namizəd” cəhdləri uğursuz olub. “İctimai palata” vaxtında öz namizədini elan etsəydi, bu gün “Milli şura”nın yaranmasına ehtiyac olmazdı. “Milli şura”nın vahid namizədi də, əsas namizədi də, ehtiyat namizədi də elə Rüstəm İbrahimbəyovdur”.
Bütün bu deyilənlərdən bəlli olur ki, “Milli şura” təmsilçiləri hər hansı bir məsələdə ortaq məxrəcə gəlməkdən çox uzaqdırlar. Aydın görünür ki, qondarma qurum radikalları nəinki birləşdirməyib, əksinə onların arasında illərdir ki, davam edən düşmənçilik münasibətlərinə yeni çalarlar qatıb.

 
  • Oxunub:  19950  |  
  • Tarix:  11-07-2013  |  
  •    Çap et   |  
Get Adobe Flash player
Son 15 ildə Prezident İlham Əliyevin apardığı məqsədyönlü siyasət Azərbaycana bütün sahələrdə böyük uğurlar qazandırıb

20:20
17 Oktyabr
Milli Məclisin əmək və sosial siyasət komitəsində ölkəmizdə DOST sisteminin qurulması ilə bağlı dinləmə keçirilib
20:17
17 Oktyabr
Prezident İlham Əliyev Şəkidə yol tikintisinə 20,08 milyon manat ayırıb
20:03
17 Oktyabr
Böyük zəfərlərlə zəngin 15 il: Prezidentin fəaliyyətində siyasi varislik və yaradıcı diplomatiyanın vəhdəti
20:01
17 Oktyabr
Çində keçirilən İpək Yolu Biznes Sammitində Bakı Limanı barədə məlumat verilib
17:54
17 Oktyabr
Bakıda “Milli müstəqilliyimiz-mənəvi gücümüz” mövzusunda konfrans keçirilib
17:51
17 Oktyabr
Azərbaycan beynəlxalq antikorrupsiya mübarizəsində fəal iştirak edir
17:43
17 Oktyabr
XİN: Dövlət Dumasının üzvünün Dağlıq Qarabağa qanunsuz səfərdə iştirakının müqabilində Rusiya XİN-nin açıqlaması təsirli xarakter daşımır
17:38
17 Oktyabr
Hadi Rəcəbli: Prezident İlham Əliyevin siyasətinin əsasında xalqın maraqları, dövlətin mənafeyi, əhalinin sosial müdafiəsi dayanır
17:36
17 Oktyabr
İstanbul Əsgəri Muzeyində qorunan Şirvanşahlar dövlətinə aid hərbi geyim və silahlar Azərbaycana gətirilib
17:29
17 Oktyabr
Fərhad Bədəlbəyli Müslüm Maqomayev adına müsabiqənin münsiflər heyətinə daxil edilib
17:26
17 Oktyabr
Tahir Mirkişili: Bir çox göstəricilər üzrə Azərbaycan dünya ölkələri arasında qabaqcıl yerlərə sahibdir
17:21
17 Oktyabr
Hikmət Babaoğlu: “2018-2019 Qlobal Rəqabətlilik Hesabatı” Azərbaycanda inklüziv cəmiyyətin mövcudluğundan xəbər verir
17:20
17 Oktyabr
Xarici KİV-lər “On beş illik prezidentlik dövrünün möhtəşəm zəfər salnaməsi” məqaləsini yaymaqda davam edir
17:05
17 Oktyabr
Şəmkirdə ötən doqquz ayın yekunları müzakirə olunub
17:00
17 Oktyabr
Muxtar respublikada aztəminatlı ailələrin özünüməşğulluğunun təmin olunması diqqət mərkəzindədir
16:51
17 Oktyabr
UNEC “Təhsil almaq üçün hansı universiteti seçərdiniz?” nominasiyasının qalibi olub
16:44
17 Oktyabr
Tahir Rzayev: Qlobal Rəqabətlilik Hesabatında Azərbaycanın bir sıra istiqamətlər üzrə aparıcı mövqeyini qoruyub saxlaması mühüm əhəmiyyətə malikdir
16:42
17 Oktyabr
Seyfəddin Talıbov: Aqrar sahənin inkişafı daim dövlətimizin diqqət mərkəzindədir
16:39
17 Oktyabr
Yeni Azərbaycan Partiyası Pirallahı rayon təşkilatı Pirallahı rayon MKTB ərazi ilk partiya təşkilatında iclas keçirilib
16:36
17 Oktyabr
Aparılan islahatlar Qlobal Rəqabətlilik Hesabatında Azərbaycanın liderlik mövqeyini qoruyub saxlamasına səbəb olub
16:30
17 Oktyabr
Nikolay Qolovatıy: Son 15 ildə Azərbaycan beynəlxalq birlikdə nüfuzlu, sayılıb-seçilən ölkəyə çevrilib
16:23
17 Oktyabr
Altınay Omurbekova: Azərbaycanın inkişafı ilə qürur duyuruq
16:11
17 Oktyabr
Naxçıvan Muxtar Respublikası Ali Məclisində görüş
15:45
17 Oktyabr
Hava Hücumundan Müdafiə bölmələri “OSA” zenit-raket komplekslərindən döyüş atışlarını yerinə yetiriblər
15:36
17 Oktyabr
Aqiyə Naxçıvanlı: Uşaqların zərərli informasiyalardan qorunması vacib məsələdir
15:28
17 Oktyabr
“Əl-Cəridə” qəzeti: Azərbaycan ilə Küveyt arasında sıx münasibətlər qurulub
15:25
17 Oktyabr
Bəhruz Quliyev: Dünya İqtisadi Forumunun hesabatı Azərbaycanda həyata keçirilən inkişaf siyasətinin alternativi olmadığını nümayiş etdirir
15:24
17 Oktyabr
Latviya Yerli İcra Orqanları İttifaqının sədri: Azərbaycan məhsulları ölkəmizdə yaxşı tanınır
15:23
17 Oktyabr
Mili Kitabxanada “18 oktyabr Dövlət Müstəqilliyi Günüdür” adlı sərgi açılıb
15:11
17 Oktyabr
Tələbələrə sağlam qidalanma ilə bağlı maarifləndirici buklet paylanılıb
15:08
17 Oktyabr
Azərbaycan bərpaolunan enerji sahəsində “Masdar” şirkəti ilə əməkdaşlıq edəcək
15:03
17 Oktyabr
Elmar Məmmədyarov: Mehriban qonşuluq münasibətləri qurulmadan Ermənistanda dayanıqlı inkişafa nail olmaq mümkün deyil
15:01
17 Oktyabr
Sədaqət Vəliyeva: Azərbaycan dünya ölkələri üçün dinamizm və dayanıqlılıq nümunəsinə çevrilib
14:57
17 Oktyabr
Fərasət Qurbanov: Ötən 10 ildə 500-dən çox QHT-nin milli maraqlara xidmət edən layihəsinə dəstək göstərilib
14:53
17 Oktyabr
Azərbaycanın dövlət müstəqilliyinin əbədiliyi Heydər Əliyevin rəhbərliyə qayıdışından sonra təmin edilib
14:51
17 Oktyabr
İordaniyalı senator: Beynəlxalq birlik Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üçün daha qətiyyətli addımlar atmalıdır
14:49
17 Oktyabr
“Uşaq Avroviziya 2018" mahnı müsabiqəsində təmsilçimizin səsləndirəcəyi mahnı və promoçarxı təqdim olunub
14:43
17 Oktyabr
BƏƏ-nin “Aviamost” qəzetində “Azərbaycanın Müstəqillik Günü” sərlövhəli məqalə dərc olunub
14:42
17 Oktyabr
Fransa portalı Nəsimi festivalından yazıb
14:39
17 Oktyabr
Ekspert: Azərbaycan sosial və səhiyyə istiqamətləri üzrə də aparıcı ölkələrlə yanaşı sıralardadır
14:34
17 Oktyabr
Dünya Ərzaq Günü 2018
14:32
17 Oktyabr
Azərbaycan ilə Malayziya arasında turizm sahəsində əməkdaşlıq haqqında memorandum imzalanıb
14:30
17 Oktyabr
Bakıda “Müasir dünyada təhlükəsizlik: qlobal və regional çağırışlar” mövzusunda beynəlxalq konfrans keçirilir
14:27
17 Oktyabr
Avropa Yenidənqurma və İnkişaf Bankının Şərqi Avropa və Qafqaz üzrə yeni direktoru təyin olunub
14:22
17 Oktyabr
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi Xırdalanda vətəndaşları qəbul edib
14:18
17 Oktyabr
Aydın Hüseynov: Azərbaycanın Qlobal Rəqabətlilik Hesabatında yüksək nəticələr əldə etməsi ölkəmizdə həyata keçirilən məqsədyönlü sosial-iqtisadi islahatların real nəticəsidir
14:16
17 Oktyabr
Müstəqillik milli sərvətimizdir
12:58
17 Oktyabr
Mədəniyyət naziri Mingəçevirdə vətəndaşları qəbul edib
12:56
17 Oktyabr
Mingəçevirdə 18 Oktyabr - Dövlət Müstəqilliyi Günü münasibətilə konfrans keçirilib
12:50
17 Oktyabr
Məcburi köçkün şagirdlər üçün ödənişsiz fizika kursları təşkil olunub
12:41
17 Oktyabr
Sabah Bakıda ilk Milli Turizm Sammiti keçiriləcək
12:37
17 Oktyabr
Azərbaycan 2017-ci ildə Qırğızıstan iqtisadiyyatına 18,8 milyon dollar sərmayə qoyub
12:25
17 Oktyabr
Bu il Azərbaycana 193 ölkədən 2,2 milyon əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib
12:04
17 Oktyabr
Rauf Əliyev: Dünya İqtisadi Forumunun Qlobal Rəqabətlilik Hesabatında Azərbaycanla bağlı məqamlar ölkəmizdə həyata keçirilən səmərəli sosial-iqtisadi siyasətin müsbət nəticələrini əks etdirir
11:55
17 Oktyabr
Neft Fondu: İnvestisiya portfelində Koreya vonunun payının dəyişməsinə səbəb yatırımdakı səhm payının azaldılması olub
11:54
17 Oktyabr
MDBMİ-də Ümumdünya Ərzaq Gününə həsr edilmiş tədbir keçirilib
11:52
17 Oktyabr
ADU-da “Cümhuriyyət dövründə ədəbiyyat və mətbuat” mövzusunda müzakirələr aparılıb
11:50
17 Oktyabr
Azərbaycanın energetika naziri Çində səfərdədir
11:47
17 Oktyabr
ABŞ-da keçirilən simpoziumda Qafqaz dağ-meşə xoruzlarının Azərbaycandakı vəziyyətindən danışılıb
11:44
17 Oktyabr
Azərbaycan tingçiliyində yeni dövr: bir tumurcuqdan 105-107 ting alınacaq
11:41
17 Oktyabr
Azərbaycan nümayəndə heyəti Pekin şəhərinə yola düşüb
11:28
17 Oktyabr
BANM-də Prezident təqaüdçüləri ilə görüş
11:27
17 Oktyabr
AQTA əməkdaşları Azərbaycan Dillər Universitetində tələbələrlə görüşüb
11:06
17 Oktyabr
Kaliforniyanın San-Xose şəhərində 18 oktyabr “Azərbaycanın Müstəqillik Günü” elan edilib
10:59
17 Oktyabr
Əlilliyi olan şəxslərin məşğulluğunun dəstəklənməsində BP ilə əməkdaşlığın genişləndirilməsi müzakirə olunub
10:53
17 Oktyabr
Senatorlar Temmi Dakuort və Riçard Durbin ABŞ-da yaşayan azərbaycanlıları təbrik ediblər
10:41
17 Oktyabr
Madriddə Azərbaycan şərablarının təqdimat mərasimi keçirilib
10:37
17 Oktyabr
Qaxın daha iki kəndində modul tipli məktəblər quraşdırılır
10:32
17 Oktyabr
Ermənistan silahlı qüvvələrinin bölmələri iriçaplı pulemyotlardan istifadə etməklə atəşkəs rejimini 30 dəfə pozub
21:45
16 Oktyabr
Fuad Nağıyev: Turizm sənayesi dövlətin və əhalinin gəlirlərinin formalaşmasına öz töhfəsini verəcək

Video

 

Müsahibə

 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30 31
HAVA HAQQINDA
Bakı
gündüz+18 +22
gecə+12 +15