Ana səhifə »  Müəlliflər »  Rüstəm İbrahimbəyov özü-özünü ifşa edir
A+   Yenilə  A-
Rüstəm İbrahimbəyov özü-özünü ifşa edir
Yazdı: Mübariz Abdullayev

Qoca kinodramaturqun hər yeni açıqlamasında cəmiyyət azərbaycanlı soyadı daşıyan və ziyalı təfəkküründən çox uzaqda olan birisinin ermənipərəst mahiyyətini daha qabarıq şəkildə görür
Hər kəsin danışdıqları və yazdıqları onun xarakterinin, daxili aləminin güzgüsüdür. Bir vaxtlar kinodramaturq kimi tanınan, son zamanlarda isə qəfildən “siyasətçi” qiyafəsində zühr edən Rüstəm İbrahimbəyovun da kimliyini, daxili mənini onun zaman-zaman səsləndirdiyi fikirlərdən aydın görmək mümkündür. “Ziyalı”, indi isə həm də “siyasətçi” adına iddialı olan, yanına “milli” sözü yapışdırılan bir qondarma şuranın sədri və “vahid namizəd”i Rüstəm İbrahimbəyovun müxtəlif vaxtlarda ayrı-ayrı kütləvi informasiya vasitələrinə verdiyi müsahibələrdə, açıqlamalarda ictimaiyyət onun nə ziyalı müdrikliyini və təəssübkeşliyini, nə siyasətçi keyfiyyətlərini, nə də hansısa milli xüsusiyyətlərini qətiyyən görmür. Əksinə hər yeni açıqlamasında biz azərbaycanlı soyadı daşıyan və ziyalı təfəkküründən çox uzaqda olan birisinin ermənipərəst mahiyyətini daha qabarıq şəkildə görürük.
Rüstəm İbrahimbəyov necə “siyasətçi” oldu və yaxud onu buna təhrik edən səbəblər hansılardır?
“Mən də özümü siyasətdə görmürəm. Bu barədə mənə çox sual verilir. Mən də həmişə demişəm ki, siyasətdən uzağam”. Bu sözlər qarşıdan gələn seçkilərə namizəd kimi qatılmaq iddialarını sərgiləyən Rüstəm İbrahimbəyun vaxtilə mətbuata verdiyi müsahibəsindən götürülüb. Həqiqətən də, uzun illər ərzində kino sənətindən savayı heç bir sahədə özünü göstərməyən birisinin ahıl yaşında siyasətə “kəllə vuracağını” heç kəs təsəvvürünə belə gətirə bilməzdi. Qoca kinodramaturq əvvəllər yalnız ara-sıra çəkdiyi filmlərlə gündəmə gəlirdisə, son dövrlərdə həm də dövlətin ayırdığı maliyyə vəsaiti hesabına Bakıda təşkil etdiyi “Şərq-Qərb” kinofestivalı və bir də hər birimiz üçün müqəddəs sayılan məkanda-Şəhidlər Xiyabanının ətəyində tikinti işləri aparmaq istəyi ilə diqqəti cəlb edirdi. Elə bu iki sonuncu amil qoca kinodramaturqun tale yolunu dəyişərək onu “siyasətçiyə” çevirdi, desək, əsl həqiqəti ifadə etmiş olarıq.
Bəli, sən demə, Rüstəm İbrahimbəyovun içində böyük bir tamah, pulahərislik var imiş. Belə ki, Rüstəm İbrahimbəyovun “Şərq-Qərb” festivalı üçün ayrılan vəsaitləri şübhəli təyinatlara yönəltdiyi, vergi cinayətlərinə yol verdiyi ilə bağlı məlumatlar üzə çıxdı. Həmçinin, onun xaricdəki erməni əsilli iş adamlarının maliyyə yardımı ilə Şəhidlər Xiyabanının ərazisində əyləncə obyekti tikdirmək istəyinin qarşısı alındı. Beləliklə, həmişə qarşısında yaşıl işıq görən qoca kinodramaturq ona etiraz edilməsini, həddinin göstərilməsini həzm edə bilmədi. O, kimlərdənsə qisas almağın, ələlxüsus da, üstü açılan iqtisadi xarakterli cinayətlərinin məsuliyyətindən yayınmağın ən asan yolunu siyasətə gəlməkdə, özünü radikalların sırasına qatmaqda gördü.
Yaxud, “siyasətçi” Rüstəm İbrahimbəyovun son müsahibələrinin birində səsləndirdiyi fikirlərə diqqət yetirək. O deyib ki, heç bir ölkə qarşısında öhdəliyi yoxdur. “Mən 74 ildir, daimi Azərbaycanda yaşayıram. Heç vaxt ölkəmdən çıxıb getməmişəm. İşlərimlə bağlı səfərlərdə oluram. Bu da mənim şəxsi işimdir”.
Əgər, 74 ilin 70 ilini Azərbaycanda olmamaq səfərdə olmaq deməkdirsə, başqa ölkələrdə vergi ödəmək öhdəliyin olmaması anlamına gəlirsə, onda daha sözümüz yoxdur. Bu adam başa düşmür ki, prezidentliyə namizədliyi irəli sürülüb, bu statusun məsuliyyəti kinoşünas statusundan fərqlidir. O qədər qəliz və dayaz adamdır ki, keçmiş arvadı İ. Duxovnaya da onun haqqında bir kəlmə yaxşı söz demək istəməyib. Yaşadığı Lalə Əfəndiyeva da susur. Kaş ki, arvadları da Cəmil Həsənli kimi ona sədaqətli olaydılar.
Göründüyü kimi, Rüstəm İbrahimbəyov suallara daha çox ticarətçi kimi cavab verir. Axı, siyasətçi olsaydı, ilk növbədə, vətəndaş olaraq, üzərinə düşən vəzifələri sadalayar, daha sonra isə texniki məsələlərə toxuna bilərdi. Bu da “vahid namizəd!”
Erməni sevdalısı Rüstəm İbrahimbəyov
Qoca kinodramaturq və artıq “siyasətçi” Rüstəm İbrahimbəyovun xarakterini qısa təqdimatla belə ifadə etmək mümkündür: Rüstəm İbrahimbəyov kosmopolit təbiətlidir və daha çox da ermənipərəstdir. Onun Azərbaycan cəmiyyətinə sayğısız yanaşmasına, bütün dönəmlərdə ermənilərə sonsuz rəğbət ifadə etməsinə dair çoxlu sayda nümunələr gətirmək mümkündür. Ötən əsrin 90-cı illərinin əvvəllərini xatırlayaq. Bu o dövr idi ki, hər gün Bakıya cəbhədən ermənilərin soydaşlarımıza qarşı törətdikləri vəhşiliklərə dair acı xəbərlər gəlirdi. Rüstəm İbrahimbəyov hətta belə bir həssas məqamda da içindəki erməni sevgisini gizlədə bilmədi və Bakıdan köçüb gedən ermənilərə görə yaşadığı nostalji hisslərini Moskva mətbuatında dərc etdirdiyi məqalələrdə ifadə etdi. O belə də yazırdı: “Ermənilərsiz Bakının ziyalı mühiti korlanıb”. “Ermənilərsiz Bakıda nəfəs almaq mümkün deyil”.
Son bir neçə ayda Rüstəm İbrahimbəyovun Rusiya mətbuatına verdiyi müsahibələrdə səsləndirdiyi fikirləri isə qoca kinodramaturqun erməni sevgisini etiraflarının pik həddi saymaq mümkündür. “Rosbalt” agentliyinə müsahibəsində Rüstəm İbrahimbəyov Dağlıq Qarabağın Azərbaycandan daha çox dərəcədə Ermənistana aidiyyəti olduğunu “əsaslandırmağa” çalışırdı.
“Milli şura”nın prezidentliyə “vahid namizəd”i Rüstəm İbrahimbəyovun bu günlərdə “Kavkazskaya politika” qəzetinə verdiyi müsahibə də onun ermənipərəstlik mərəzindən heç vaxt qurtarmayacağını bir daha təsdiqləyir. Sözügedən müsahibədə qoca kinodramaturq “ermənilər dərrakəli xalqdır” deyir və rayon sakinlərini-öz həmvətənlərini aşağılayaraq yazır: “Bakının görünüşü dəyişib, ənənələr məhv olub. 2 milyondan çox rayon sakininin Bakıya gəlməsi demoqrafik fəlakət yaradır. Çünki onlar Bakının ənənələrini bilmirlər”.
Rüstəm İbrahimbəyov indi də diktator ritorikası ilə danışır
Mətbuata verdiyi son müsahibələrində səsləndirdiyi fikirlərdə isə Azərbaycan ictimaiyyəti Rüstəm İbrahimbəyovu həm də diktator, müstəbid, özgəfikirliliyə tolerant olmayan, mətbuat azadlığına dözümsüz yanaşan, senzura tələb edən birisi kimi görür. Məsələn, qoca kinodramaturq onun Vətənə dönməsini tələb edənlərə səslənərək belə deyib: “Mənim Bakıya qayıtmağımı tələb edənlər təxribatçılardır. Belələrinin ağızından mən özüm vuraram”.
Adətən, diktatorların və özündənmüştəbeh şəxslərin leksikonunda bu cür ifadələrə tez-tez rast gəlinir. Buradan belə qənaət yaranır ki, Rüstəm İbrahimbəyova da başqalarının fikirlərini nəzərə almamaq, başqaları üzərində hegemonluq etmək istəyi xasdır. Sadəcə, indiyədək o, xarakterinin bu tərəfini gizlədə bilib. Açıq görünür ki, “Milli şura”nın sədri və “vahid namizəd”i seçilməsi, eləcə də, son vaxtlar təriflənməsi onun özündən müştəbehliyini büruzə verməsinə, hətta bunu mətbuata çıxarmağa cəsarət etməsinə əsas olub.

 
  • Oxunub:  25740  |  
  • Tarix:  12-07-2013  |  
  •    Çap et   |  
Get Adobe Flash player
Azərbaycanda sosial infrastruktur quruculuğu daimi prosesə çevrilib

12 Noyabr 17:05
Təhsil naziri Fransada səfərdədir
12 Noyabr 16:54
BŞBPİ qanunsuz piketə cəhdlə bağlı məlumat yayıb
12 Noyabr 16:51
Siyavuş Novruzov: Qanunsuz aksiya keçirməyə cəhdin məqsədi ölkədə ictimai-siyasi sabitliyi pozmaq, xarici dairələrin tapşırıqlarını yerinə yetirməkdir
12 Noyabr 16:49
Bu il Azərbaycanda sosial xidmət mərkəzlərinin sayı 3,5 dəfə artırılıb
12 Noyabr 16:46
Prezident İlham Əliyev: Bu il pambıqçılıqda rekord göstəriciyə nail olmuşuq
12 Noyabr 16:45
Heydər Əliyev Mərkəzində “Heydər Əliyev və Azərbaycan tarixi” VI ümumrespublika bilik yarışı keçirilib
12 Noyabr 16:43
Diasporla İş üzrə Dövlət Komitəsinin nümayəndə heyəti Avstriyada səfərdədir
12 Noyabr 16:36
Yuta Ştat Senatoru: Azərbaycan multikulturalizm kimi humanist dəyərləri dünyada öz nümunəsində layiqincə tətbiq edir
12 Noyabr 16:34
Yeni Azərbaycan Partiyası Yevlax rayonunda birinci qrup Qarabağ müharibəsi əlili Tahir Həsənova fərdi ev tikəcək
12 Noyabr 16:32
Dövlət Bayrağı Günü ölkəmiz üçün ən tarixi günlərdən biridir
12 Noyabr 16:26
Zakir Həsənov əməliyyat təlimlərinin başlanması ilə bağlı məruzələri dinləyib
12 Noyabr 16:20
Azərbaycan UNESKO-nun 40-cı Baş Konfransı sessiyasının vitse-prezidenti seçilib
12 Noyabr 16:07
Prezident İlham Əliyev Şirvan şəhər, Zərdab, Bakının Suraxanı, Yasamal, Xətai rayonlarına yeni təyin olunan icra hakimiyyəti başçılarını qəbul edib
12 Noyabr 15:59
ABŞ nümayəndə heyəti ölkəmizdə İKT sahəsində həyata keçirilən layihələr barədə məlumatlandırılıb
12 Noyabr 15:48
Berlində AŞPA-nın komitələrinin iclasları keçiriləcək
12 Noyabr 15:38
İnformasiya təhlükəsizliyinin aktual problemləri ilə bağlı V respublika konfransı keçiriləcək
12 Noyabr 15:37
Qubada Çağacıq çayı üzərində inşa olunan daha bir körpü istifadəyə verilib
12 Noyabr 15:28
Ziyafət Əsgərov: Azərbaycan əraziləri hesabına ikinci erməni dövlətinin yaradılmasına yol verə bilmərik
12 Noyabr 15:14
Hüquqi şəxslərin təsisçisinin vergi öhdəliyi
12 Noyabr 15:10
Dekabrda Kiyevdə GUAM biznes forumu keçiriləcək
12 Noyabr 15:06
“Caspian Ecology” sərgisi 10 il ərzində dünyanın 15 ölkəsindən 500-dən çox şirkəti bir araya gətirib
12 Noyabr 14:52
Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində növbəti monitorinq keçiriləcək
12 Noyabr 14:35
Milli Kitabxanada “12 noyabr – Konstitusiya Günüdür” adlı kitab sərgisi açılıb
12 Noyabr 14:18
Mikayıl Cabbarov: Azərbaycanda “kölgə” iqtisadiyyatı ilə bağlı həyata keçirilən islahatlar sosial layihələrin maliyyələşməsinə imkan yaradıb
12 Noyabr 14:08
Noyabrın 14-15-də Bakıda Dünya dini liderlərinin II Sammiti keçiriləcək
12 Noyabr 13:54
Azərbaycan Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı çərçivəsində nəqliyyat sahəsində keçirilən tədbirlərə sədrlik edib
12 Noyabr 13:45
Samir Şərifov: Büdcənin ənənəvi olaraq sosialyönümlülüyü təmin ediləcək
12 Noyabr 13:43
UNESKO-nun 40-cı Baş Konfransı işə başlayıb
12 Noyabr 13:33
Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyində doqquz ayın nəticələri müzakirə olunub
12 Noyabr 13:27
Əli Nağıyev: Dini-ekstremist və terrorçu qrupların fəallaşmaq cəhdləri beynəlxalq təhlükəsizliyi hələ də ciddi təhdid edir
12 Noyabr 13:05
Milli Məclisin Sədri: 2020-ci ilin büdcə zərfləri ölkədəki müsbət dəyişiklikləri əks etdirir
12 Noyabr 12:59
Məzahir Pənahov: Bələdiyyə seçkilərini izləmək üçün 15 ölkəyə dəvət göndərilib
12 Noyabr 12:55
Fərid Şəfiyev: Öz müqəddəratını təyinetmə hüququnun icrası yalnız Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həyata keçirilməlidir
12 Noyabr 12:48
On ay üzrə istehlak bazarında qiymətlər açıqlanıb
12 Noyabr 12:31
Azərbaycan Ordusunun genişmiqyaslı əməliyyat təlimi başlayıb
12 Noyabr 12:22
Milli Məclisdə 2020-ci ilin dövlət büdcəsi layihəsinin müzakirəsinə başlanılıb
12 Noyabr 11:50
Konstitusiya Məhkəməsinin kollektivi Fəxri xiyabanda ulu öndər Heydər Əliyevin məzarını ziyarət edib
12 Noyabr 11:47
Oklahoma-Azərbaycan Kənd Təsərrüfatı Forumu keçirilib
12 Noyabr 11:41
Azərbaycan və Birləşmiş Ərəb Əmirlikləri arasında Hökumətlərarası Komissiyanın 7-ci iclası keçiriləcək
12 Noyabr 11:39
Hirkan milli parkında ilk veloyürüş keçirilib
12 Noyabr 11:38
Noyabrın 12-si Dünya Pnevmoniya ilə Mübarizə Günüdür
12 Noyabr 11:28
Ağstafa-Yenigün-Xətai-Qaçaq Kərəm-Poylu-Xılxına avtomobil yolu yenidən qurulub
12 Noyabr 11:26
BMT-nin Baş katibi bəşəriyyətin üzləşdiyi beş təhlükə haqqında danışıb
12 Noyabr 11:25
YAP Gəncə şəhər təşkilatının qərargahında partiyanın Gəncə şəhər, Binəqədi və Pirallahı rayon təşkilatlarının konfransı keçirilib
12 Noyabr 11:20
Göyçayda XIV Nar festivalı keçirilib
12 Noyabr 11:18
YAP Gəncə şəhər təşkilatı imzatoplama kampaniyasını uğurla başa çatdırıb
12 Noyabr 11:08
Bu gün Milli Məclisdə büdcə müzakirələri başlayır
12 Noyabr 11:07
BMT Sivilizasiyalar Alyansının Ali nümayəndəsinə Azərbaycan Respublikası diplomatik xidmətinin 100 illiyi medalı təqdim edilib
12 Noyabr 11:03
12 noyabr - Konstitusiya Günüdür
12 Noyabr 10:05
Konstitusiyamız və milli ideologiyamız
12 Noyabr 10:02
Şanxay idxal sərgisində 71,13 milyard dollarlıq razılaşmalar əldə olunub
12 Noyabr 09:58
Birinci vitse-prezident Mehriban Əliyeva Konstitusiya Günü münasibətilə Azərbaycan xalqını təbrik edib
12 Noyabr 09:37
Moldova Paralimpiya Komitəsinin prezidenti Bakıya gəlib
12 Noyabr 09:35
Ermənistan silahlı qüvvələrinin bölmələri atəşkəs rejimini 23 dəfə pozub
11 Noyabr 22:51
Qədim Xivə şəhərində Azərbaycan-Özbəkistan dostluğuna həsr olunan tədbir keçirilib
11 Noyabr 22:32
Azərbaycanın Dövlət Bayrağı Günü Ankarada qeyd olunub
11 Noyabr 20:00
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Bakının Xətai rayonunda ağacəkmə aksiyasında iştirak ediblər
11 Noyabr 18:19
Azərbaycan XİN Lavrovun Yerevanda Ermənistan-Azərbaycan münaqişəsinə dair səsləndirdiyi fikirlərə münasibət bildirib
11 Noyabr 17:55
Azərbaycan Ordusu miqyasında əməliyyat təlimi keçiriləcək
11 Noyabr 17:40
Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirilib
10 Noyabr 16:16
Düşənbədə MDB ölkələrinin səhiyyə sahəsində Əməkdaşlıq Şurasının XXX yubiley iclası keçirilib
10 Noyabr 16:06
“Modern Diplomacy” portalında Ermənistanda faşistlərin və terrorçuların qəhrəmanlaşdırılmasına dair məqalə yayılıb
10 Noyabr 16:01
Mustafa Kamal Atatürkün vəfatının 81-ci ildönümü Türkiyədə müxtəlif tədbirlərlə qeyd edilir
10 Noyabr 15:55
Naxçıvan Qarnizonu qoşunlarında Dövlət Bayrağı Günü silsilə tədbirlərlə qeyd edilib
10 Noyabr 13:57
Sabah ölkə ərazisində havanın temperaturu 23 dərəcəyə yüksələcək
10 Noyabr 11:58
Azərbaycanlı tələbələr Qars şəhərinin küçə və meydanlarında dövlət bayrağımızı dalğalandırıblar
10 Noyabr 11:25
Dövlət Bayrağı Günü Niderlandda da qeyd olunub
10 Noyabr 10:27
Ermənistan silahlı qüvvələrinin bölmələri sutka ərzində atəşkəs rejimini 22 dəfə pozub
10 Noyabr 10:21
Bakı bütünlüklə Azərbaycan bayrağıyla bəzənib
09 Noyabr 20:51
Milli Məclis aparatının əməkdaşları Gürcüstan parlamentində olublar

Video

 

Müsahibə

»»»
 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
HAVA HAQQINDA
Bakı
gündüz+17 +21
gecə+9 +13