Ana səhifə »  Müəlliflər »  “Müsavat” qondarma “Milli şura”nı tərk edir
A+   Yenilə  A-
“Müsavat” qondarma “Milli şura”nı tərk edir
Yazdı: Mübariz Abdullayev

Rüstəm İbrahimbəyovun “şura”sında İsa Qəmbərə qarşı yaranmış cəbhə Müsavat partiyasını bu qərarı qəbul etməyə sövq edir
Bir vaxtlar radikal müxalifət düşərgəsinin geniş “birlik” formatı kimi təqdim olunan “İctimai palata”da partiyalar, siyasi qruplar, ayrı-ayrı şəxslər arasında səngimək bilməyən narazılıqlar, ziddiyyətlər indi eyni tərzdə Rüstəm İbrahimbəyovun ideya müəllifliyi ilə gündəmə gətirilən qondarma “Milli şura”da davam edir. Radikalların, “Azadlıq” Partiyasının sədri Əhməd Orucun dili ilə desək, dartışmaları əksər məsələlərə yanaşmalarda, o cümlədən də, qurumun “vahid namizəd”inin müəyyənləşdirilməsində bütün cəhətləri ilə təzahür edir.
Seçkilərə az qalmasına və qondarma qurumun yaradılmasının üstündən bir aydan çox vaxt ötməsinə baxmayaraq, burada “vahid namizəd” məsələsində bütün təmsilçilərin ortaq məxrəcə gəlmələrinə nail olunmayıb. Əslində, qondarma “Milli şura”da “vahid namizəd” məsələsi ətrafında ehtimal olunduğundan daha artıq dərəcədə mürəkkəb, çıxılmaz bir vəziyyət yaranıb. Söhbət “vahid namizəd”i guya ki, müəyyənləşdirilən qurumun, əslində, bir neçə namizədinin olmasından və hətta ayrı-ayrı təmsilçilərin yeni simaların adlarının bu siyahıya daxil edilməsinin “zəruriliyi” ilə bağlı fikirlər səsləndirmələrindən gedir. “Vahid namizəd” ətrafında yaranan çoxtirəlik qondarma “Milli şura”da AXCP başda olmaqla, ACP-dən, ALP-dən, “El” hərəkatından və digərlərindən ibarət çoxluqla qurumda özünü əsas güc mərkəzi sanan “Müsavat” arasında artıq bütün nəzakət, siyasi etiket hədlərini aşıb keçən qarşıdurmaya gətirib çıxarıb.
Məlumdur ki, qondarma “Milli şura” “vahid namizəd”liyə sədr Rüstəm İbrahimbəyovun namizədliyini dəstəkləyib. Bununla belə, qurumun əsas üzvlərindən olan Müsavat Partiyasının Məclisinin cari il yanvarın 4-də partiyanın sədri İsa Qəmbərin prezidentliyə namizədliyinin irəli sürülməsi barədə qərarı da hələ qüvvədədir. Qondarma “Milli şura”nın sessiyasında İsa Qəmbər dildə “mən də Rüstəm İbrahimbəyovun namizədliyini dəstəkləyirəm” desə də, namizədlik iddiasından geri çəkilməsinə “vahid namizəd” Bakıya qayıtdıqdan və namizədliyini rəsmi qaydada qeydiyyata aldırdıqdan sonra baxıla biləcəyini söyləyib.
İsa Qəmbərin və bütövlükdə “Müsavat”çıların bu gedişi bir neçə mərhələ qabağa hesablanıb. Məlumdur ki, “Milli şura”nın “vahid namizəd”i müəyyənləşdirilən Rüstəm İbrahimbəyov iqtisadi xarakterli cinayətlərə yol verdiyinə görə məsuliyyətə cəlb olunmaqdan qorxur və Vətənə dönmə vaxtını hər dəfə təxirə salır. Ehtimal olunur ki, qoca kinodramaturq elə bu səbəbdən də Bakıya, ümumiyyətlə, qayıtmayacaq. Bundan başqa, onun namizədliyinin qeydə alınmasını əngəlləyə biləcək bir sıra hüquqi problemlər də mövcuddur. Bütün bu və digər cəhətləri nəzərə alan “Müsavat”çılar bu qənaətdədirlər ki, Rüstəm İbrahimbəyovun namizədliyi qeydə alınmayacağı təqdirdə “Milli şura” vaxt məhdudiyyəti üzündən əlacsız qalıb “hazır namizədi”-İsa Qəmbəri dəstəkləyəcək.
“Müsavat”ın özünə sərf edən “uzaqgörənliyi”, təbii ki, “Milli şura” daxilində böyük qısqanclıqla qarşılanıb. Qurumun qiyabi sədri və “vahid namizəd”i Rüstəm İbrahimbəyov, eləcə də, burada təmsil olunan əksər partiyalar “Müsavat”ın mövqeyini qınaq obyektinə çeviriblər, partiya və onun başqanı İsa Qəmbər “ideyaya”, radikal düşərgənin birliyinə xəyanət etməkdə suçlanır. Qondarma “Milli şura”nın sədri və “vahid namizəd”i Rüstəm İbrahimbəyov xaricdən bütün iddialıları öz namizədliklərini geri çəkməyə çağıran müraciət ünvanlayıb. AXCP başda sədr Əli Kərimli olmaqla yaranmış fürsətdən maksimum bəhrələnərək açıq və gizli şəkildə “Müsavat”ı gözdənsalma kampaniyası aparır. “Cəbhəçilər”in səyləri öz nəticəsini verir, desək, yanılmarıq. Artıq “Milli şura” daxilində “Müsavat”a qarşı AXCP-nin, ALP-nin, ACP-nin, adı var, özü yox “El” hərəkatının və digər siyasi qrupların birləşdiyi koalisiya yarandığını söyləmək mümkündür. Bu koalisiyada cəmləşən partiyaların təmsilçiləri “Müsavat”ın seçkilərlə bağlı bütün ümidlərini alt-üst etməkdən ötrü “Rüstəm İbrahimbəyovun namizədliyi qeydə alınmayacağı təqdirdə boykot taktikası seçməliyik” kimi fikirlər sələndirirlər. AXCP funksionerləri, ACP sədri Sülhəddin Əkbər, ALP sədri Əvəz Temirxan, “Milli şura”nın icra aparatının rəhbəri Eldar Namazov bir-birləri ilə sözləşiblərmiş kimi eyni məzmunlu açıqlamalar veriblər: “Bütün partiyalar sədr Rüstəm İbrahimbəyovun namizədliyinin qeydə alınması naminə çalışmalıdırlar. “Milli şura”da “ikinci namizəd”, “ehtiyat namizəd” kimi söhbətlər birdəfəlik rədd edilməlidir. Ya Rüstəm İbrahimbəyovun namizədliyi baş tutmalı, ya da seçkilərə gedilməməlidir”.
Qondarma “Milli şura”da “çoxluq koalisiyası”nda birləşən bir sıra partiyalar “Müsavat” Məclisinin 2013-cü il yanvarın 4-də partiyanın sədri İsa Qəmbərin prezidentliyə namizədliyinin irəli sürülməsi barədə qərarının partiyanın iyulun 13-də keçirilən toplantısında ləğv ediləcəyini gözləyirdilər. Lakin bu gözləntilərin əsassız olduğu bir daha öz təsdiqini tapdı və “Müsavat” Məclisi həmin qərarı qüvvədə saxladı. Sözügedən toplantıda çıxarılan qərarda deyilir: “Seçki prosesində və namizədliklə bağlı məsələlərdə partiyanın mövqeyini təqdim etmək və müvafiq qərarlar qəbul etmək səlahiyyəti “Müsavat” Partiyası Divanına və 2013-cü ilin oktyabr ayında keçiriləcək prezident seçkisində “Müsavat” Partiyasının namizədi başqan İsa Qəmbərə həvalə edilsin”.
“Müsavat” Məclisinin çıxardığı son qərardan da göründüyü kimi, partiya “Milli şura”dakı “müttəfiqlərinin” mövqeyini nəzərə almaqdan çox uzaqdır və seçkilərə məhz İsa Qəmbərin namizədliyi ilə getməkdə israrlıdır. “Müsavat”çıların İsa Qəmbərin namizədliyi məsələsində dirəniş göstərmələri qondarma “Milli şura”da partiyanın açıq-aşkar quruma qarşı çıxması kimi dəyərləndirilir. Açıq Cəmiyyət Partiyasının sədri Sülhəddin Əkbər “Müsavat” Məclisinin son qərarına münasibət ifadə edərək deyib: “Mən “Müsavat”ın prezidentliyə namizəd irəli sürmək qərarının saxlanmasını “Milli şura”nın yürütdüyü strategiya baxımından düzgün hesab etmirəm”.
Əlbəttə, Sülhəddin Əkbər İsa Qəmbərlə çox məsələdə razı deyil. Razı olsaydı, heç “Müsavat”ı tərk etməzdi. İndi isə İsa Qəmbərin əlinə fürsət düşüb. Belə görünür ki, o, içi S. Əkbər qarışıq “Milli şura”nı tərk edərək namizədliyini irəli sürməkdə israrlıdır. Onun özünün, həmçinin, partiya funksionerləri Arif Hacılının, Gülağa Aslanlının və digərlərinin “Müsavat” olmasaydı, “Milli şura” yaranmazdı”, “Müsavat” razılıq verməsəydi, Rüstəm İbrahimbəyov “vahid namizəd”liyə təsdiqlənməzdi” açıqlamalarını bunun anonsu kimi dəyərləndirmək mümkündür.

 
  • Oxunub:  20160  |  
  • Tarix:  17-07-2013  |  
  •    Çap et   |  
Get Adobe Flash player
Şərqdə ilk demokratik respublikanın parlamentinin 100 illiyi təntənə ilə qeyd olunub

11:24
22 Sentyabr
Dövlət Komitəsinin sədri Mingəçevirdə vətəndaşları qəbul edəcək
10:30
22 Sentyabr
Kristina Marti Lanq: İsveçrə və Azərbaycan arasında çox yaxşı əlaqələr mövcuddur
10:27
22 Sentyabr
Cüdo üzrə dünya çempionatı: Azərbaycanın 3 idmançısı mübarizəyə qoşulub
10:24
22 Sentyabr
Bolqarıstanın Varna şəhərində Azərbaycan mədəniyyətinə dair fotosərgilər nümayiş etdirilib
10:22
22 Sentyabr
Ermənistan silahlı qüvvələrinin bölmələri atəşkəs rejimini 112 dəfə pozub
20:45
21 Sentyabr
BMT və qlobal çağırışlar: "intertarixi" zərurət kontekstində
20:43
21 Sentyabr
Bilgəhdə Beynəlxalq Ahıllar Günü münasibətilə tədbir keçirilib
20:40
21 Sentyabr
Slovakiya-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Müdafiə Sənayesi Nazirliyində olub
20:39
21 Sentyabr
Soçi və İdlib: Rusiya-Türkiyə əməkdaşlığı qlobal geosiyasi proseslər kontekstində
20:23
21 Sentyabr
Prezident İlham Əliyev Beynəlxalq Cüdo Federasiyasının prezidenti ilə görüşüb
20:13
21 Sentyabr
Bakıda keçirilən cüdo üzrə dünya çempionatının ikinci gününə yekun vurulub
20:05
21 Sentyabr
Mərzuq Əli əl-Ğanim: Küveyt və Azərbaycan hər zaman bir-birinin yanındadır
19:56
21 Sentyabr
Bakıda NATO-nun Əməliyyat İmkanları Konsepsiyası çərçivəsində özünüqiymətləndirmə təlimi keçirilib
19:52
21 Sentyabr
Ədliyyə naziri Ağstafada vətəndaşları qəbul edib
19:29
21 Sentyabr
Azərbaycan ilə Britaniya Şurası arasında təhsil sahəsində əməkdaşlığın perspektivləri müzakirə edilib
19:24
21 Sentyabr
“Azİz” Beynəlxalq Assosiasiyasının nümayəndə heyəti Bakı Kitab Mərkəzinin qonağı olub
19:23
21 Sentyabr
AQTA ilə Asiya İnkişaf Bankı arasında strateji əməkdaşlıq imkanları öyrənilir
19:09
21 Sentyabr
Naxçıvanda yeni Asfalt-Beton Zavod Kompleksi istifadəyə verilib
18:37
21 Sentyabr
“ASAN xidmət” təcrübəsi Uqandada tətbiq olunacaq
18:29
21 Sentyabr
Azərbaycan parlamentinin 100 illiyi münasibətilə keçirilən təntənəli iclasın iştirakçıları ulu öndər Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət ediblər
18:26
21 Sentyabr
Prezident İlham Əliyev: Azərbaycanın dünyada təhlükəsizliyə töhfəsi getdikcə artır
18:13
21 Sentyabr
Prezident İlham Əliyev: Bu gün Azərbaycan dünya xəritəsində bir uğur nümunəsidir
18:08
21 Sentyabr
Konstitusiya Məhkəməsi Plenumunun növbəti iclası keçirilib
18:06
21 Sentyabr
Azərbaycan Dillər Universiteti Çinin müxtəlif universitetləri ilə əlaqələr qurub
18:01
21 Sentyabr
Prezident İlham Əliyev: Dağlıq Qarabağ heç vaxt Azərbaycanın suverenliyindən kənarda heç bir status almayacaq
17:49
21 Sentyabr
Prezident: Bu gün Ermənistandan səslənən çox ziddiyyətli və bəzən cəfəng fikirlər münaqişənin həllinə yox, onun dərinləşməsinə xidmət göstərir
17:46
21 Sentyabr
Hikmət Babaoğlu: "Prezidentin nitqi Ermənistan rəhbərliyinin savadsız çıxışlarına tutarlı cavab idi"
17:41
21 Sentyabr
Prezident: Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ən böyük ədalətsizlikdir
17:38
21 Sentyabr
Prezident İlham Əliyev: Demokratik inkişafla bağlı siyasətimizin aparılmasında Azərbaycan parlamentinin çox böyük rolu var
17:37
21 Sentyabr
Azərbaycan UNESCO-nun sülh konfransında təmsil olunub
17:28
21 Sentyabr
Adil Əliyev: Azərbaycan parlamentinin bir əsrlik keçdiyi şərəfli yol müasir dövlətimizin inkişafında özünəməxsus yer tutur
17:15
21 Sentyabr
Milli Məclisdə Azərbaycan parlamentinin 100 illiyi münasibətilə təntənəli iclas keçirilib
16:43
21 Sentyabr
İbrahim Əhməd Ömər: Sudan Azərbaycan ilə əməkdaşlığı inkişaf etdirmək əzmindədir
16:29
21 Sentyabr
İqtisadiyyat naziri Gəncədə vətəndaşları qəbul edib
16:25
21 Sentyabr
Baş prokuror Quba rayonunda vətəndaşları qəbul edib
16:23
21 Sentyabr
BDU ilə Darüssəlam Qontor Universiteti arasında əməkdaşlığa dair memorandum imzalanıb
16:13
21 Sentyabr
Bəstəkarlar İttifaqı Anarı “Üzeyir Hacıbəyli” medalı ilə təltif edib
16:12
21 Sentyabr
Binəli Yıldırım: Azərbaycanın qazandığı uğurlarda parlamentin böyük rolu var
15:52
21 Sentyabr
Dövlət Aqrar Ticarət Şirkəti ilə Rusiya Kənd Təsərrüfatı Nazirliyinin Analitik Mərkəzi arasında əməkdaşlıq memorandumu imzalanacaq
15:36
21 Sentyabr
Jan-Fransua Mansel: Fransa-Azərbaycan əlaqələrinin inkişafında parlamentlərarası münasibətlər xüsusi rol oynayır
15:34
21 Sentyabr
Dünya şöhrətli Sadhquru Heydər Əliyev Mərkəzində mühazirə deyəcək
15:27
21 Sentyabr
Bob Bləkmən: Demokratik inkişaf nəticəsində Azərbaycan dünyaya açılan bir ölkəyə çevrilib
15:25
21 Sentyabr
Nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Qazaxda vətəndaşlarla görüşüb
14:35
21 Sentyabr
Kənd Təsərrüfatı Nazirliyində Asiya İnkişaf Bankının nümayəndələri ilə görüş keçirilib
14:32
21 Sentyabr
Bakıda cüdo üzrə dünya çempionatının təntənəli açılış mərasimi keçirilib
14:29
21 Sentyabr
Dövlət Gömrük Komitəsinin sədri Lənkəran şəhərində vətəndaşları qəbul edib
14:27
21 Sentyabr
Polad Bülbüloğlu Mixail Şvıdkoya Azərbaycan Prezidentinin fəxri diplomun təqdim edib
14:23
21 Sentyabr
Dastanbek Cumabekov: Azərbaycan parlamentinin qəbul etdiyi qanunlar ölkənin demokratik inkişafı üçün əsaslı zəmin yaradıb
14:20
21 Sentyabr
Əmək və əhalinin sosial müdafiəsi naziri dörd rayon və şəhərin sakinləri ilə görüşüb
14:18
21 Sentyabr
Mərzuq əl Ğanim: Küveyt Şərq ilə Qərb arasında körpü rolunu oynayan Azərbaycanla əlaqələrin inkişafında maraqlıdır
14:15
21 Sentyabr
ATƏT PA-nın sədri: Azərbaycanın regionda vacib ölkəyə çevrilməsinə parlament də öz töhfəsini verib
14:14
21 Sentyabr
Piter Kropş Avropa Xəbər Agentlikləri Alyansının prezidenti seçilib
14:11
21 Sentyabr
Arif Məlikovun yubileyinə həsr edilmiş elmi sessiya
14:09
21 Sentyabr
Tsveta Karayançeva: Sevindiricidir ki, 100 il sonra müstəqil Azərbaycan müasir dövlət kimi inkişaf edir
13:32
21 Sentyabr
Yeniyetmələrin III Yay Olimpiya Oyunlarında iştirak edəcək Azərbaycan nümayəndə heyəti ilə görüş keçirilib
13:29
21 Sentyabr
Azərbaycan Prezidenti İlham Əliyev Türkiyə Böyük Millət Məclisinin sədri ilə görüşüb
12:57
21 Sentyabr
Məleykə Abbaszadə: Gələn tədris ili üzrə ali məktəblərə qəbul üçün maksimal bal 700 olacaq
12:37
21 Sentyabr
Zakir Həsənov NATO baş katibinin müavini ilə görüşüb
12:35
21 Sentyabr
Jalə Əliyeva: Beynəlxalq səviyyəli mədəni tədbirlər Azərbaycan mədəniyyətinin zənginliyini ehtiva edir
12:33
21 Sentyabr
Türkiyəli ekspert: İctimailəşdirilmiş sənədlər erməni millətçiliyinin məğzini göstərdi
12:30
21 Sentyabr
BMT-nin İnsan Hüquqları Şurası Azərbaycanın məruzəsini yekdilliklə qəbul edib
12:18
21 Sentyabr
Azərbaycanda “Dünyanın ən böyük dərsi” layihəsi həyata keçirilir
12:17
21 Sentyabr
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi Qaxda vətəndaşları qəbul edib
12:08
21 Sentyabr
Oqtay Əsədov: Azərbaycan Xalq Cümhuriyyəti parlamenti ölkəmizdə dövlətçilik məfkurəsinin inkişafında mühüm rol oynayıb
12:03
21 Sentyabr
Qubalı arıçı: “Təsərrüfatımızın saxlanılmasına çəkdiyimiz xərclərin böyük bir hissəsi dövlət tərəfindən ödəniləcək”
12:00
21 Sentyabr
Azərbaycan parlamentinin 100 illiyinə həsr olunan təntənəli iclas işini davam etdirir
11:52
21 Sentyabr
Astanada keçirilən Avrasiya Ədəbiyyat Forumunda Azərbaycan da təmsil olunub
11:41
21 Sentyabr
Daşkənddə beynəlxalq nəqliyyat dəhlizləri ilə bağlı keçirilən konfransda Azərbaycan nümayəndələri də iştirak edib
11:19
21 Sentyabr
Azərbaycanın xarici işlər naziri BMT Baş Assambleyasının 73-cü sessiyasında iştirak etmək üçün Nyu-Yorka yola düşüb
11:14
21 Sentyabr
Azərbaycanda “bir pəncərə” sistemi kifayət qədər rəğbət və populyarlıq qazanıb

Video

 

Müsahibə

 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30
HAVA HAQQINDA
Bakı
gündüz+25 +28
gecə+17 +20