Ana səhifə »  Müəlliflər »  Qondarma “Milli şura” layihəsi xaricdəki antimilli mərkəzlərin ölkəmizə qarşı hazırladıqları qara piar kampaniyasının tərkib hissəsidir
A+   Yenilə  A-
Qondarma “Milli şura” layihəsi xaricdəki antimilli mərkəzlərin ölkəmizə qarşı hazırladıqları qara piar kampaniyasının tərkib hissəsidir
Yazdı: Mübariz Abdullayev

Və ya adına “milli” sözü yapışdırılan qondarma qurum müxtəlif antimilli dairələrin “beşinci kolon” missiyasını yerinə yetirmək məqsədini daşıyır
Məlumdur ki, ayrı-ayrı xarici ölkələrdə “lövbər” salan və erməni lobbisinin təsir dairəsində olan anti-azərbaycançı mərkəzlər ölkəmizə qarşı qara piar kampaniyası aparırlar. Onların məqsədi müstəqil Azərbaycanın uğurlarına kölgə salmaqdan, respublikamızın dinamik iqtisadi inkişafına, gündən-günə artan beynəlxalq nüfuzuna xələl gətirməkdən ibarətdir. Sözügedən mərkəzlər öz çirkin məqsədlərini reallaşdırmaqdan ötrü ən müxtəlif vasitələrə əl atırlar. Öz çirkin məqsədlərinə çatmaq üçün ölkə daxilində ümummilli maraqlara xəyanət yolu tutmağa hazır olan ünsürləri pulla və başqa bu kimi şirnikləndirici vasitələrlə ələ almaq həmin mərkəzlərin ənənəvi metodudur. Yeri gəlmişkən, Milli Dirçəliş Hərəkatı Partiyasının (MDHP) sədri, millət vəkili Fərəc Quliyev diqqəti məhz bu məqama çəkərək “Azərbaycanda xarici qüvvələrin, antimilli xarici dairələrin dominant formada oturuşması üçün şərait yaratmağa çalışan müxtəlif qruplar var. Bu, Vətənə xəyanət, ölkəmiz üçün təhdiddir” deyib.
Kimsəyə sirr deyil ki, daha çox da ermənipərəstliyi ilə tanınan Rüstəm İbrahimbəyovun ideya müəllifliyi ilə gündəmə gələn və ötən ayın əvvəllərində bəyan edilən qondarma “Milli şura” da həmin antimilli mərkəzlərin mətbəxində Azərbaycana qarşı hazırlanan təxribat, pozuculuq, planlarının tərkib hissəsidir. Başqa sözlə desək, adına “milli” sözü yapışdırılan qondarma “Milli şura” müxtəlif antimilli mərkəzlərin “beşinci kolon” missiyasını yerinə yetirmək məqsədi daşıyır.
Belə düşünməyə hər cür əsas var. Əvvəla, onu deyək ki, “Milli şura” kimi qurumlar öz tarixinin hansısa dönəmində ciddi kataklizmlərlə üzləşən ölkələrdə cəmiyyətdə sıx konsolidasiya yaratmaq və ağır vəziyyətdən birgə çıxış yolları tapılması üçün yaradılır. Azərbaycanda isə hazırda möhkəm daxili sabitlik var, respublikada səmərəli dövlət idarəçiliyi həyata keçirilir, sosial-iqtisadi-mədəni həyata böyük uğurlarla xarakterizə olunan intibah dövrü yaşanır. Belə bir şəraitdə qondarma “Milli şura”nın Azərbaycan cəmiyyətin sosial-siyasi sifarişi ilə yarandığını əsaslandırmağa hər hansı arqument tapmaq mümkün deyil.
Milli Məclisin deputatı Musa Qasımlı da həmin məqama diqqət yetirərək deyib: “Milli şura”da fərqli baxışlar və mövqeləri olan qüvvələrin birləşməsi daxili tələbat yox, xaricdəki qüvvələrin niyyətlərinin nəticəsidir. Əslində, “Milli şura”nı “Milli fəlakət şurası” adlandırmaq olar. Çünki bu struktur Azərbaycanın zəiflədilməsini, ölkənin eksperimentlər məkanına çevrilməsini nəzərdə tutur”.
Bu məqamda ortaya “Bəs nə üçün konturları xaricdəki antimilli dairələrdə cızılan “Milli şura”, məhz qoca kinodramaturq Rüstəm İbrahimbəyovun ideya müəllifliyi ilə gündəmə çıxarıldı” sualı çıxır. Və Rüstəm İbrahimbəyovun kosmopolit xarakteri, zaman-zaman ermənipərərst mövqedən çıxış etməsi bu sualın cavabına aydınlıq gətirir. Azərbaycanda təxribatlara, pozuculuq əməllərinə, qarşıdurmalara hesablanan “Milli şura” ideyasını “ermənilərsiz Bakının ab-havası korlanıb” deyən, yaxın ətrafını ermənilərdən quran, Dağlıq Qarabağın ərazi mənsubiyyətini şübhə altına alan birisindən özgə daha kimə calamaq olardı?
Digər tərəfdən, sifarişi xaricdəki anti-Azərbaycan dairələrdən gələn “Milli şura” layihəsi Rüstəm İbrahimbəyovun özü üçün də cəlbedici və göydəndüşmə idi. Axı bu sınanmış “dostlarla” yeni layihə əlavə maliyyə təminatları, xaricə turnelər, tez-tez düzənlənəcək “donuz qonaqlıqları” və bir də məsuliyyətdən yayınmaq üçün əla fürsət idi. Söhbət R.İbrahimbəyovun Azərbaycanda ona yaradıcı adam kimi göstərilən etimaddan sui-istifadə edərək “Şərq-Qərb” festivalları üçün ayrılan maliyyə vəsaitini təyinatı üzrə yönəltməməsinin, külli miqdarda vergi cinayətlərinə yol verməsinin məsuliyyətindən gedir. Beləliklə, pula hərisliyi və hüquqi məsuliyyətə alınmaq qorxusu qoca kinodramaturqu xaricdəki məlum dairələrin respublikamıza, xalqımıza qarşı yönəlik “Milli şura” layihəsinə məmnuniyyətlə qol qoymağa sövq etdi.
Xaricdəki antimilli dairələrin layihəsi olan “Milli şura”da kosmopolit Rüstəm İbrahimbəyovun kölgəsinə sığınan yenə qondarma “El” hərəkatının rəhbəri reneqat Eldar Namazov, AXCP-nin sədri Əli Kərimli, “Müsavat”ın başqanı İsa Qəmbər və bu qəbildən olan digərləri üçün də korporativ maraqların təmin olunması ümummilli mənafedən daha üstündür.
Bu məqamda bir daha vurğulamaq yerinə düşər ki, “Milli şura”nın xaricdəki antimilli dairələrin mətbəxində hazırlandığı hər addımda özünü büruzə verir. Qondarma qurumda təmsil olunan partiyalardan hər biri bağlı olduqları xaricdəki anti-azərbaycançı mərkəzlərin maraqlarının daha qabarıq şəkildə ifadə olunmasına çalışırlar. Bunun təsdiqi kimi qurumun sədri Rüstəm İbrahimbəyovla “Müsavat”ın başqanı İsa Qəmbərin Avroatlantik məkana inteqrasiya məsələsində bir-birlərinə savaş açmalarını xatırlamaq kifayətdir. Qondarma qurumun bir sıra üzvləri məlum anti-azərbaycançı mərkəzlərlə məsləhətləşmələr aparmaq üçün tez-tez xaricə səfərlərə çıxırlar. Sədr Rüstəm İbrahimbəyov başını Moskvada isladıb Vaşinqtonda qırxdırır və açıq mətnlə seçkilərə xarici müdaxilənin zəruriliyindən danışır. Eyni zamanda, bu günlərdə ABŞ-da keçirilən Helsinki Komissiyasının brifinqində çıxış edən “Milli şura”nın icra aparatının rəhbəri Eldar Namazov da çıxışını yalnız məlum mərkəzlərdən aldığı təlimatlar əsasında qurub, Azərbaycanın ümummilli məsələlərindən, Dağlıq Qarabağ problemindən bir kəlmə də danışmayıb. Yeri gəlmişkən, vəkil Aslan İsmayılov Helsinki Komissiyasının brifinqində müxalifətçilərin çıxışına münasibət bildirərək deyib: “Həmin şəxslərdən məni qismən qane edən Erkin Qədirlinin çıxışı oldu. Başqa çıxışların daha sanballı olacağını gözləyirdim”.
Əslində, təəccüblənməyə dəyməz. Çünki sanballı çıxış üçün səviyyə lazımdır. Eldar Namazov bu səviyyədə olsaydı, iqtidar komandasından xaric edilməzdi. Aslan İsmayılova gəlincə, onun da fəaliyyəti Azərbaycan cəmiyyətinə yaxşı bəllidir. Yəni, onun yeri Helsinki Komissiyasının brifinqi deyil...
Yeri gəlmişkən, qondarma “Milli şura” ideyasının xaricdəki müxtəlif antimilli mərkəzlərdən idxal olunduğunu müxalifət düşərgəsində cəmləşən partiyaların təmsilçiləri də etiraf edirlər. Məsələn, Azərbaycan Xalq Partiyasının sədri Pənah Hüseyn bildirib ki, müxalifət müxtəlif ictimai-siyasi platformaları əhatə edir, istər ideoloji, istərsə də geosiyasi meyilləri birləşdirir. Hadisələrə yanaşmada müxtəlif fərqliliklər də var. O, daha sonra qeyd edib: “Hazırda “Milli şura” çətiri altında gedən proses bizim tərəfdən yazılan və idarə olunan proses deyil. Məsələn, mənə məlumdur ki, bizim bəzi önəmli siyasi xadimlərimiz də baş verən, ortalığa atılan və ya icra olunan bəzi məsələlərdən heç də əvvəlcədən məlumatlı olmurlar”.
Beləliklə, Pənah Hüseyn “Milli şura”da gedən proseslərin kənar qüvvələr tərəfindən idarə olunduğunu etiraf edir. Görünən odur ki, o və dostları bu qüvvələrə müqavimət göstərmək iqtidarında deyillər. Bəlkə də, heç bunu etmək istəmirlər. Elə çırtma çalıb, dumbul vurmaqla gün keçirirlər.
Əslində, gərək Pənah Hüseyn bu fikrini tez-tez, özü də “Müsavat”ın qərargahı qarşısında bərkdən qışqıra-qışqıra təkrarlasın. Arada bir də “qırmızı xətt”, “özümüz yazmadığımız ssenari” ifadəsini işlətsin ki, xozeyni İsa Qəmbər dediyini yediyinə görə bir az utansın.

 
  • Oxunub:  24240  |  
  • Tarix:  20-07-2013  |  
  •    Çap et   |  
Get Adobe Flash player
Azərbaycanda sosial infrastruktur quruculuğu daimi prosesə çevrilib

12 Noyabr 17:05
Təhsil naziri Fransada səfərdədir
12 Noyabr 16:54
BŞBPİ qanunsuz piketə cəhdlə bağlı məlumat yayıb
12 Noyabr 16:51
Siyavuş Novruzov: Qanunsuz aksiya keçirməyə cəhdin məqsədi ölkədə ictimai-siyasi sabitliyi pozmaq, xarici dairələrin tapşırıqlarını yerinə yetirməkdir
12 Noyabr 16:49
Bu il Azərbaycanda sosial xidmət mərkəzlərinin sayı 3,5 dəfə artırılıb
12 Noyabr 16:46
Prezident İlham Əliyev: Bu il pambıqçılıqda rekord göstəriciyə nail olmuşuq
12 Noyabr 16:45
Heydər Əliyev Mərkəzində “Heydər Əliyev və Azərbaycan tarixi” VI ümumrespublika bilik yarışı keçirilib
12 Noyabr 16:43
Diasporla İş üzrə Dövlət Komitəsinin nümayəndə heyəti Avstriyada səfərdədir
12 Noyabr 16:36
Yuta Ştat Senatoru: Azərbaycan multikulturalizm kimi humanist dəyərləri dünyada öz nümunəsində layiqincə tətbiq edir
12 Noyabr 16:34
Yeni Azərbaycan Partiyası Yevlax rayonunda birinci qrup Qarabağ müharibəsi əlili Tahir Həsənova fərdi ev tikəcək
12 Noyabr 16:32
Dövlət Bayrağı Günü ölkəmiz üçün ən tarixi günlərdən biridir
12 Noyabr 16:26
Zakir Həsənov əməliyyat təlimlərinin başlanması ilə bağlı məruzələri dinləyib
12 Noyabr 16:20
Azərbaycan UNESKO-nun 40-cı Baş Konfransı sessiyasının vitse-prezidenti seçilib
12 Noyabr 16:07
Prezident İlham Əliyev Şirvan şəhər, Zərdab, Bakının Suraxanı, Yasamal, Xətai rayonlarına yeni təyin olunan icra hakimiyyəti başçılarını qəbul edib
12 Noyabr 15:59
ABŞ nümayəndə heyəti ölkəmizdə İKT sahəsində həyata keçirilən layihələr barədə məlumatlandırılıb
12 Noyabr 15:48
Berlində AŞPA-nın komitələrinin iclasları keçiriləcək
12 Noyabr 15:38
İnformasiya təhlükəsizliyinin aktual problemləri ilə bağlı V respublika konfransı keçiriləcək
12 Noyabr 15:37
Qubada Çağacıq çayı üzərində inşa olunan daha bir körpü istifadəyə verilib
12 Noyabr 15:28
Ziyafət Əsgərov: Azərbaycan əraziləri hesabına ikinci erməni dövlətinin yaradılmasına yol verə bilmərik
12 Noyabr 15:14
Hüquqi şəxslərin təsisçisinin vergi öhdəliyi
12 Noyabr 15:10
Dekabrda Kiyevdə GUAM biznes forumu keçiriləcək
12 Noyabr 15:06
“Caspian Ecology” sərgisi 10 il ərzində dünyanın 15 ölkəsindən 500-dən çox şirkəti bir araya gətirib
12 Noyabr 14:52
Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində növbəti monitorinq keçiriləcək
12 Noyabr 14:35
Milli Kitabxanada “12 noyabr – Konstitusiya Günüdür” adlı kitab sərgisi açılıb
12 Noyabr 14:18
Mikayıl Cabbarov: Azərbaycanda “kölgə” iqtisadiyyatı ilə bağlı həyata keçirilən islahatlar sosial layihələrin maliyyələşməsinə imkan yaradıb
12 Noyabr 14:08
Noyabrın 14-15-də Bakıda Dünya dini liderlərinin II Sammiti keçiriləcək
12 Noyabr 13:54
Azərbaycan Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı çərçivəsində nəqliyyat sahəsində keçirilən tədbirlərə sədrlik edib
12 Noyabr 13:45
Samir Şərifov: Büdcənin ənənəvi olaraq sosialyönümlülüyü təmin ediləcək
12 Noyabr 13:43
UNESKO-nun 40-cı Baş Konfransı işə başlayıb
12 Noyabr 13:33
Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyində doqquz ayın nəticələri müzakirə olunub
12 Noyabr 13:27
Əli Nağıyev: Dini-ekstremist və terrorçu qrupların fəallaşmaq cəhdləri beynəlxalq təhlükəsizliyi hələ də ciddi təhdid edir
12 Noyabr 13:05
Milli Məclisin Sədri: 2020-ci ilin büdcə zərfləri ölkədəki müsbət dəyişiklikləri əks etdirir
12 Noyabr 12:59
Məzahir Pənahov: Bələdiyyə seçkilərini izləmək üçün 15 ölkəyə dəvət göndərilib
12 Noyabr 12:55
Fərid Şəfiyev: Öz müqəddəratını təyinetmə hüququnun icrası yalnız Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həyata keçirilməlidir
12 Noyabr 12:48
On ay üzrə istehlak bazarında qiymətlər açıqlanıb
12 Noyabr 12:31
Azərbaycan Ordusunun genişmiqyaslı əməliyyat təlimi başlayıb
12 Noyabr 12:22
Milli Məclisdə 2020-ci ilin dövlət büdcəsi layihəsinin müzakirəsinə başlanılıb
12 Noyabr 11:50
Konstitusiya Məhkəməsinin kollektivi Fəxri xiyabanda ulu öndər Heydər Əliyevin məzarını ziyarət edib
12 Noyabr 11:47
Oklahoma-Azərbaycan Kənd Təsərrüfatı Forumu keçirilib
12 Noyabr 11:41
Azərbaycan və Birləşmiş Ərəb Əmirlikləri arasında Hökumətlərarası Komissiyanın 7-ci iclası keçiriləcək
12 Noyabr 11:39
Hirkan milli parkında ilk veloyürüş keçirilib
12 Noyabr 11:38
Noyabrın 12-si Dünya Pnevmoniya ilə Mübarizə Günüdür
12 Noyabr 11:28
Ağstafa-Yenigün-Xətai-Qaçaq Kərəm-Poylu-Xılxına avtomobil yolu yenidən qurulub
12 Noyabr 11:26
BMT-nin Baş katibi bəşəriyyətin üzləşdiyi beş təhlükə haqqında danışıb
12 Noyabr 11:25
YAP Gəncə şəhər təşkilatının qərargahında partiyanın Gəncə şəhər, Binəqədi və Pirallahı rayon təşkilatlarının konfransı keçirilib
12 Noyabr 11:20
Göyçayda XIV Nar festivalı keçirilib
12 Noyabr 11:18
YAP Gəncə şəhər təşkilatı imzatoplama kampaniyasını uğurla başa çatdırıb
12 Noyabr 11:08
Bu gün Milli Məclisdə büdcə müzakirələri başlayır
12 Noyabr 11:07
BMT Sivilizasiyalar Alyansının Ali nümayəndəsinə Azərbaycan Respublikası diplomatik xidmətinin 100 illiyi medalı təqdim edilib
12 Noyabr 11:03
12 noyabr - Konstitusiya Günüdür
12 Noyabr 10:05
Konstitusiyamız və milli ideologiyamız
12 Noyabr 10:02
Şanxay idxal sərgisində 71,13 milyard dollarlıq razılaşmalar əldə olunub
12 Noyabr 09:58
Birinci vitse-prezident Mehriban Əliyeva Konstitusiya Günü münasibətilə Azərbaycan xalqını təbrik edib
12 Noyabr 09:37
Moldova Paralimpiya Komitəsinin prezidenti Bakıya gəlib
12 Noyabr 09:35
Ermənistan silahlı qüvvələrinin bölmələri atəşkəs rejimini 23 dəfə pozub
11 Noyabr 22:51
Qədim Xivə şəhərində Azərbaycan-Özbəkistan dostluğuna həsr olunan tədbir keçirilib
11 Noyabr 22:32
Azərbaycanın Dövlət Bayrağı Günü Ankarada qeyd olunub
11 Noyabr 20:00
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Bakının Xətai rayonunda ağacəkmə aksiyasında iştirak ediblər
11 Noyabr 18:19
Azərbaycan XİN Lavrovun Yerevanda Ermənistan-Azərbaycan münaqişəsinə dair səsləndirdiyi fikirlərə münasibət bildirib
11 Noyabr 17:55
Azərbaycan Ordusu miqyasında əməliyyat təlimi keçiriləcək
11 Noyabr 17:40
Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirilib
10 Noyabr 16:16
Düşənbədə MDB ölkələrinin səhiyyə sahəsində Əməkdaşlıq Şurasının XXX yubiley iclası keçirilib
10 Noyabr 16:06
“Modern Diplomacy” portalında Ermənistanda faşistlərin və terrorçuların qəhrəmanlaşdırılmasına dair məqalə yayılıb
10 Noyabr 16:01
Mustafa Kamal Atatürkün vəfatının 81-ci ildönümü Türkiyədə müxtəlif tədbirlərlə qeyd edilir
10 Noyabr 15:55
Naxçıvan Qarnizonu qoşunlarında Dövlət Bayrağı Günü silsilə tədbirlərlə qeyd edilib
10 Noyabr 13:57
Sabah ölkə ərazisində havanın temperaturu 23 dərəcəyə yüksələcək
10 Noyabr 11:58
Azərbaycanlı tələbələr Qars şəhərinin küçə və meydanlarında dövlət bayrağımızı dalğalandırıblar
10 Noyabr 11:25
Dövlət Bayrağı Günü Niderlandda da qeyd olunub
10 Noyabr 10:27
Ermənistan silahlı qüvvələrinin bölmələri sutka ərzində atəşkəs rejimini 22 dəfə pozub
10 Noyabr 10:21
Bakı bütünlüklə Azərbaycan bayrağıyla bəzənib
09 Noyabr 20:51
Milli Məclis aparatının əməkdaşları Gürcüstan parlamentində olublar

Video

 

Müsahibə

»»»
 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
HAVA HAQQINDA
Bakı
gündüz+17 +21
gecə+9 +13