Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Şər maşınının qulbeçəsi...

Şər maşınının qulbeçəsi...

24.07.2013 [09:37]

Pərviz Sadayoğlu

Söyün Sadıqovun “Azərbaycan” sözünü ağzına almağa mənəvi haqqı çatmır
Özü bir şey olmayan, amma könül bulandıran nəsnələr sinfinin nümayəndəsi sayılan Söyün Sadıqov yenə düşüb ortalığa. Qazanda bişənin nə olduğunu bilməyən, amma qoca kinodramaturqun siyasətçi olmaq istəməsinin ardından özünü radikal düşərgənin siyasi aşbazı kimi qələmə verməyə çalışan Sadıqov yenə də başlayıb sərsəmləməyə.
Əslində, onun sərsəmləmələrinə o qədər də əhəmiyyət verməyə dəyməz. Çünki yuxarıda da qeyd etdiyimiz kimi, bu Sadıqov ki, var o yalnız və yalnız bir neçə millətin könlünü bulandırmağı özünə peşə seçmişlərdəndir. Onun haqqında bəzi faktlara baxanda gözlər önündə Rusiyada siyasətdən başqa bütün peşələrlə məşğul olan birisi gəlir. Əslində, şəklinə baxanda da ondan yaxşı qəssab və ya kababçəkən çıxma perspektivinə inanmaya bilmirsən.
“Sadıqov Söyün Qasımoviç 1960-cı ildə Gürcüstanın Qarayazı, indiki Qardabani bölgəsində anadan olub. 1990-cı ildə Moskva Dövlət İdarəetmə İnstitutunu bitirib. SSRİ idman ustasıdır, sambo üzrə 1978-ci il SSRİ çempionatının qalibidir. 1980-1981-ci illərdə KQB orqanlarında işləyib. Daha sonra tikintiyə keçib, tikintidə sahə ustası, sonra idarə rəisi, trest müdiri olub. Bu sahədə karyerasını inkişaf etdirib. 2002-ci ildə “AzerRos”un prezidenti seçilib”.
Bərəkallah belə fərasətə və irəliləyişə. İndi bu cür birisi demokratiya nağılları danışır, əlində dəsmal Azərbaycan üçün “axan göz yaşını” silir. Və hamı bu tablo qarşısında donub. Çünki Söyün Sadıqov kimi birisinin bu cildə, bu licimə girə biləcəyini heç kim fikirləşə bilməzdi. Çünki onun haranın “nümayəndəsi” olması hər kəsə bəlli bir məsələdir.
Hələ, onun avtobioqrafiyasının bir məqamı da var ki, bəh-bəhli... Sən demə, əslən gürcüstanlı olan, vaxtilə bu ölkənin vətəndaşlığını daşıyan Sadıqov Rusiyaya əli-qolu bağlı xidmət etdiyini 2008-ci ilin avqustunda Gürcüstana qarşı hərbi müdaxilə zamanı da göstərib. Rusiya aviasiyasının Gürcüstan şəhərlərini bombaladığı bir vaxtda, bəlkə də Söyün Sadıqovun hansısa tanıdığı bir şəxsin günahsız övladının, hansısa qohumunun günahsız qoca valideyninin bu bombardman nəticəsində öldüyü bir zamanda Sadıqov münaqişəyə görə Saakaşvilini günahkar elan edib və deyib ki, onun hakimiyyəti gürcü xalqını “zombiləşdirib və dezinformasiya içərisində saxlayır”... Axı, beləsinə nə deyəsən...
Sadıqov jurnalistlərə ev tikdirməkdən danışır. Özünü qəhrəman kimi göstərməyə çalışır. Amma çifayda... Çünki ölkəmizdə birmənalı şəkildə hər kəs bu cür diletant, satqın, xəyanətkar bir adamın şərə nökərçilik etdiyinin fərqindədir. Belə bir adamdan başqa nə gözləmək olar...
Bu gün Sadıqovu, İbrahimbəyovu, Qəmbəri, Kərimlisi, Temirxanı və başqa bu kimiləri bir yolu tutublar-xəyanət yolunu. Sadıqov kimi illərlə Azərbaycanın sərhəddindən bu taya girməyən, vaxtilə ermənilərlə birləşib torpağımızı işğal edən şər maşınının qulbeçəliyini həyata keçirmiş birisinin Azərbaycan kəlməsini ağzına almağa belə mənəvi haqqı çatmır. Görəsən, cəmisi bir neçə ay bundan öncə, ermənipərəst xarici dairələrin təhriki ilə “siyasət meydanına” atılmamışdan qabaq Söyün Sadıqov haralarda kotan sürürdü? Həyatını Azərbaycana qarşı olanların maşınının təkərini qaraltmağa həsr edən Söyün Sadıqov kimisinin qalxıb birdən-birə başından böyük əməllərə can atması göstərir ki, onun “barıtı” bir az çox olub. Elə bu barıtın istisiylə Sadıqov özünü də, danışığını da itirib, “kanalları qarışdırıb”.
Sadıqov niyə dərk etmir ki, hansı siyasi baxışda olmasından asılı olmayaraq əsl Azərbaycan jurnalistinin Sadıqovun bu təklifinə bir cavabı var: get işinlə məşğul ol! Axı, sən kimsən ki, Azərbaycan jurnalistinə ev “hədiyyə” edəsən?
Söyün Sadıqov əgər əlinə beş-on rubl sala bilibsə (hər halda həmin pulun da başqasına mənsub olması perspektivi olduqca böyükdür) getsin vaxtilə fermasında işlədiyi “uruslara” ev tikdirsin. Çünki Söyün Sadıqov Rusiyaya ayaq basandan bütün rusların “evi yıxılıb”...

P.S. Onun adını hər çəkdikcə “Bəxt üzüyü” filmində Moşunun arvadı Söylünün qonşusu Hüseynə müraciəti yadıma düşür və özümdən asılı olmayaraq gülürəm...

Paylaş:
Baxılıb: 1153 dəfə

Müəllifin digər məqalələri:

Əzrayılın bala paylaması...

Yaxud, Makronun “bazar...

24.09.2021 [15:29]

Ermənipərəst Sevinc Osmanqızı süni gündəm axtarışında...

Məlum olduğu kimi, bu gün...

02.06.2021 [08:56]

Qənimət Zahidin ictimai rəyi yanıltmaq və xalqı aldatmaq cəhdləri iflasa məhkumdur

İşğaldan azad olunmuş torpaqlarımızın...

28.05.2021 [10:07]

Əli Kərimlinin tükənməz erməni sevgisi

44 günlük Vətən müharibəsi...

25.05.2021 [08:49]

Cıdır düzündə Azərbaycan ruhu...

Şuşada keçirilən...

20.05.2021 [09:28]

Sevinc Osmanqızının antimilli təbliğatı

Yaxud xəyanətkar...

19.05.2021 [08:31]

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Sosial

Genetik kodumuz...

25 Aprel 11:15

Sosial

Gündəm

Gündəm

Gündəm

Tarixdən bu günə

25 Aprel 10:00

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30