Ana səhifə »  Müəlliflər »  Rəsul Quliyevlə İsa Qəmbər arasında ziddiyyətlər pik həddə çatıb
A+   Yenilə  A-
Rəsul Quliyevlə İsa Qəmbər arasında ziddiyyətlər pik həddə çatıb
Yazdı: Mübariz Abdullayev

R.Quliyev “Müsavat”çıları savadsızlıqda, qarşı tərəf isə ACP liderini səviyyəsizlikdə ittiham edib
Radikal müxalifət təmsilçiləri bir müddət əvvəl qondarma “Milli şura”nın yarandığını bəyan etməklə saxta birlik görüntüsü nümayiş etdirməyə çalışsalar da, reallıq ortadadır. Belə ki, düşərgədə cəm olan partiyalar, siyasi qruplar, ayrı-ayrı şəxslər hər hansı bir məsələdə, ilk növbədə, öz maraqlarından çıxış edir və məqam düşdükcə “müttəfiq” adlandırdıqları rəqiblərini aşağılamağa, daha da nüfuzdan salmağa çalışırlar.
Məhz bu məqamda artıq yeni yaransa da, qondarma “Milli şura”da da bir neçə daxili cəbhənin açıldığını demək mümkündür. Radikal düşərgədə, o cümlədən də “Milli şura”da Müsavat Partiyası ilə Açıq Cəmiyyət Partiyası, eləcə də hər iki partiyanın liderləri İsa Qəmbərlə Rəsul Quliyev arasında yaşanan gərginlik isə öz miqyasına və antaqonist xarakterinə görə diqqəti daha çox cəlb edir.
Qeyd edək ki, ACP ilə “Müsavat” arasında ziddiyyətlərin uzun tarixi var. Rəsul Quliyevlə İsa Qəmbərin sözü lap əvvəldən çəp gəlir. Onlar bir-birlərini həzm edə bilmirlər. Bununla bağlı çoxlu faktlar sadalamaq mümkündür. ACP-nin lideri daim mətbuata müxtəlif dönəmlərdə İsa Qəmbərə öz resurslarından dəstək verdiyi, lakin sonuncunun onu aldatdığı, “yaxşılığa yamanlıq” etdiyi barədə açıqlamalar verir. Rəsul Quliyevin ittihamlarının qarşılığında İsa Qəmbər də susmur. O, ACP liderini 2005-ci ildə və bu yaxınlarda Vətənə dönməsini reallaşdırmadığına görə dolayısı ilə qorxaqlıqda ittiham edir. Radikal düşərgənin iki təmsilçisi arasında münasibətlər o dərəcədə kəskinləşib ki, sonuncu dəfə Rəsul Quliyev Azərbaycana dönmək istəyini səsləndirəndə İsa Qəmbər müxtəlif bəhanələr gətirərək özünü imzatoplama kampaniyasından kənarda saxladı. Rəsul Quliyev isə “Müsavat”ın başqanının bu hərəkətinə ironiya ilə “onun imzasına ehtiyacım yoxdur” kəlməsi ilə cavab verdi.
“Müsavat”la ACP, eləcə də İsa Qəmbərlə Rəsul Quliyev arasında münasibətlər radikal düşərgə təmsilçilərinin “birlik” formatı kimi təqdim etdikləri “Milli şura”da yeni çalarlarla daha şiddətli xarakter alıb. Qondarma qurumda “vahid namizəd” məsələsi qarşı duran tərəflər üçün bir-birlərinin ünvanına ən kəskin ifadələr işlətmələrindən ötrü əsl bəhanə olub.
Məlumdur ki, “Milli şura” sədr Rüstəm İbrahimbəyovu “vahid namizəd” qismində müəyyənləşdirdiyini bəyan edib. “Müsavat”ın başqanı İsa Qəmbər isə sözdə qoca kinodramaturqun namizədliyini dəstəklədiyini desə də, seçkilərə namizəd kimi qatılmaq iddialarından geri çəkilmir. “Müsavat”çılar İsa Qəmbərin mövqeyini Rüstəm İbrahimbəyovun Vətənə dönə bilməyəcəyi və namizədliyinin qeydə alınmasında problemlər ortaya çıxacağı ehtimalları ilə əlaqələndirirlər. Onlar bu qənaətdədirlər ki, haqqında bəhs olunan ehtimalların doğrulacağı təqdirdə “Milli şura”nın “hazır namizəd” olan İsa Qəmbəri dəstəkləməkdən başqa çıxış yolu qalmayacaq.
Təbii ki, bir neçə mərhələ qabağa və İsa Qəmbərin düşərgə daxilində bir baş üstün mövqeyə yüksəlməsinə hesablanan bu plan “Müsavat”ın “Milli şura”dakı əzəli və əbədi rəqiblərini qane edə bilməzdi. Buna görə də, onlar İsa Qəmbərin gözdən salınması kampaniyasına start veriblər. AXCP-nin təşəbbüsü ilə başlanan bu kampaniyada ACP xüsusi canfəşanlıq göstərir. İsa Qəmbərin namizədlik iddialarından geri çəkilməməsinə ACP-dən gələn münasibət kifayət qədər sərt olub. Partiyanın sədri Sülhəddin Əkbər mətbuata açıqlamasında açıq mətnlə bildirib ki, “Milli şura”da Rüstəm İbrahimbəyovdan savayı, digər iddialıların namizədliyi rədd olunmalıdır. ACP-nin bu ultimatumuna “Müsavat” funksionerləri Arif Hacılının və Gülağa Aslanlının lakonik cavabı qarşı tərəfə saymazlıq jesti kimi də dəyərləndirilə bilər: “İsa Qəmbərin namizədliyi qüvvədə qalacaq”.
Bundan sonra qarşı duran tərəflərin söz atışması partiyaların liderləri səviyyəsinədək yüksəlib. ACP lideri Rəsul Quliyev “Milli şura”da “ehtiyat namizəd” məsələsinə münasibət bildirərkən İsa Qəmbərin ünvanına sərt ifadələr işlədərək deyib: “Kimlərsə deyir ki, R.İbrahimbəyov qeydiyyatdan keçməsə, başqa bir namizəd irəli sürülməlidir. Bu çox təhlükəli və yaramaz bir ideyadır”.
ACP lideri İsa Qəmbərə rişxəndlə belə bir sual da ünvanlayıb: “Alacağı 2, yaxud 3 faiz səs, bilmirəm onu mənəvi cəhətdən nə qədər təmin edəcək?”
“Müsavat”ın başqanı İsa Qəmbər isə ACP-dən gələn təhrikedici mesajların cavabında əsəblərini cilovlaya bilməyərək küçə ritorikası ilə danışmağa başlayıb. O, okeanın o tayında oturub yeri gəldi, gəlmədi “Müsavat”ın bostanına daş atan Rəsul Quliyevə səslənərək deyib: “Müsavata qarşı əxlaqsız açıqlamalara son qoyulmalıdır”.
ACP-nin lideri Rəsul Quliyevin və “Müsavat”ın başqanı İsa Qəmbərin bir-birlərinə müraciətdə ritorika nümayiş etdirmələri onlar arasında düşmənçiliyin pik həddədək yüksəlməsinin ifadəsidir. Onlar artıq dözüm nümayiş etdirə bilmirlər və siyasi etiket hədlərini aşaraq qarşılıqlı münasibətlərini ortaya qoyurlar.
ACP sədri Rəsul Quliyevin İsa Qəmbərlə bağlı son açıqlamasında səsləndirdiyi fikirlər bunu bir daha təsdiqləyir. Rəsul Quliyev İsa Qəmbəri dağıdıcılıqda ittiham edib və prezidentliyə layiq saymadığını deyib: “İsa Qəmbərin Azərbaycanın gələcəyinin formalaşmasında nə rolu ola bilər, məndən soruşsanız ancaq neqativ cavabını verərəm. Çünki insanda konkret bu xalq üçün nə istəyir fikri formalaşmayıb. İsa Qəmbərin prezidentin səlahiyyəti və məsuliyyəti barədə anlayışı 1992-ci ilin may ayının səviyyəsində qalıb. Əgər İsa Qəmbər səhv hərəkətlərə yol verirsə, məsuliyyət Müsavat Partiyasınındır, onun yox. Müsavat Partiyası liderinin dağıdıcı siyasətinə yox deyə bilmirsə, məsuliyyəti onunla birlikdə daşıyır. Bu aksiomadır”.
“Müsavat” təmsilçilərinin Rəsul Quliyevə cavabı da eyni tonda olub. “Müsavat” başqanının müavini Gülağa Aslanlı “Rəsul Quliyev uzun illərdir Amerika kimi azad cəmiyyətdə yaşamasına baxmayaraq, hələ də demokratik düşüncəyə sahib olmayıb. Onun müxalifət qüvvələri haqda yanlış fikirlər söylədiyi, konsensus qəbul etmək təsəvvürləri olmadığı göz qabağındadır. Bu da Rəsul Quliyevin siyasi savadının dərəcəsini göstərir” - deyib.
“Müsavat” başqanının müşaviri Mustafa Hacıbəyli isə mətbuata açıqlamasında Rəsul Quliyevi səviyyəsizlikdə ittiham edib. İsa Qəmbərin müşaviri bildirib ki, Rəsul Quliyev Azərbaycanın sərvətini talayaraq 76 milyon dollarlıq maxinasiyaya görə ittiham edilib və vəzifəsindən uzaqlaşdırılıb. M.Hacıbəyli Rəsul Quliyevin səviyyə ittihamına da cavab verib. O, insanların savadsız olduğunu üzlərinə vurmağı etik saymasa da, ACP liderinə cavab verəcəyini deyib: “Rəsul Quliyev iki cümləni quraşdırıb düzgün ifadə edə bilmir, amma 1992-ci ildəki səviyyədən danışır. Sadəcə olaraq, o qədər savadsızdır ki, özünün savadsız olduğunu dərk etmir”.
Beləliklə, bu da Əli Kərimlinin dediyi “birlik”. “Milli şura”nın başında duranlar bir-birini 1992-ci il səviyyəsində qalmaqda, Azərbaycanın gələcəyinin formalaşmasında heç bir əhəmiyyət kəsb etməməkdə, dağıdıcılıqda, məsuliyyətsizlikdə, demokratik düşüncəyə sahib olmamaqda və s. ittiham edirlər. Belə insanlara cəmiyyət, xalq necə etimad göstərə bilər. Onların birliyi və vahid komanda şəklində mübarizə aparması utopiyadır. Bunun əksini söyləmək isə burnunun ucundan kənarı görməmək və ya ictimai rəyi çaşdırmaq deməkdir.

 
  • Oxunub:  22650  |  
  • Tarix:  24-07-2013  |  
  •    Çap et   |  
Get Adobe Flash player
Azərbaycanda sosial infrastruktur quruculuğu daimi prosesə çevrilib

12 Noyabr 17:28
Bakıda VI “Alüminium” Beynəlxalq Müasir İncəsənət Biennalesi keçiriləcək
12 Noyabr 17:27
Vyanada Azərbaycan turizm potensialının təqdimatı olub
12 Noyabr 17:24
Elektron hökumətin formalaşdırılması istiqamətində qarşıda duran vəzifələr müzakirə edilib
12 Noyabr 17:23
Heydər Əliyev Beynəlxalq Aeroportunda yeni uçuşların təhlükəsizliyinin idarə edilməsi sistemi tətbiq olunub
12 Noyabr 17:05
Təhsil naziri Fransada səfərdədir
12 Noyabr 16:54
BŞBPİ qanunsuz piketə cəhdlə bağlı məlumat yayıb
12 Noyabr 16:51
Siyavuş Novruzov: Qanunsuz aksiya keçirməyə cəhdin məqsədi ölkədə ictimai-siyasi sabitliyi pozmaq, xarici dairələrin tapşırıqlarını yerinə yetirməkdir
12 Noyabr 16:49
Bu il Azərbaycanda sosial xidmət mərkəzlərinin sayı 3,5 dəfə artırılıb
12 Noyabr 16:46
Prezident İlham Əliyev: Bu il pambıqçılıqda rekord göstəriciyə nail olmuşuq
12 Noyabr 16:45
Heydər Əliyev Mərkəzində “Heydər Əliyev və Azərbaycan tarixi” VI ümumrespublika bilik yarışı keçirilib
12 Noyabr 16:43
Diasporla İş üzrə Dövlət Komitəsinin nümayəndə heyəti Avstriyada səfərdədir
12 Noyabr 16:36
Yuta Ştat Senatoru: Azərbaycan multikulturalizm kimi humanist dəyərləri dünyada öz nümunəsində layiqincə tətbiq edir
12 Noyabr 16:34
Yeni Azərbaycan Partiyası Yevlax rayonunda birinci qrup Qarabağ müharibəsi əlili Tahir Həsənova fərdi ev tikəcək
12 Noyabr 16:32
Dövlət Bayrağı Günü ölkəmiz üçün ən tarixi günlərdən biridir
12 Noyabr 16:26
Zakir Həsənov əməliyyat təlimlərinin başlanması ilə bağlı məruzələri dinləyib
12 Noyabr 16:20
Azərbaycan UNESKO-nun 40-cı Baş Konfransı sessiyasının vitse-prezidenti seçilib
12 Noyabr 16:07
Prezident İlham Əliyev Şirvan şəhər, Zərdab, Bakının Suraxanı, Yasamal, Xətai rayonlarına yeni təyin olunan icra hakimiyyəti başçılarını qəbul edib
12 Noyabr 15:59
ABŞ nümayəndə heyəti ölkəmizdə İKT sahəsində həyata keçirilən layihələr barədə məlumatlandırılıb
12 Noyabr 15:48
Berlində AŞPA-nın komitələrinin iclasları keçiriləcək
12 Noyabr 15:38
İnformasiya təhlükəsizliyinin aktual problemləri ilə bağlı V respublika konfransı keçiriləcək
12 Noyabr 15:37
Qubada Çağacıq çayı üzərində inşa olunan daha bir körpü istifadəyə verilib
12 Noyabr 15:28
Ziyafət Əsgərov: Azərbaycan əraziləri hesabına ikinci erməni dövlətinin yaradılmasına yol verə bilmərik
12 Noyabr 15:14
Hüquqi şəxslərin təsisçisinin vergi öhdəliyi
12 Noyabr 15:10
Dekabrda Kiyevdə GUAM biznes forumu keçiriləcək
12 Noyabr 15:06
“Caspian Ecology” sərgisi 10 il ərzində dünyanın 15 ölkəsindən 500-dən çox şirkəti bir araya gətirib
12 Noyabr 14:52
Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində növbəti monitorinq keçiriləcək
12 Noyabr 14:35
Milli Kitabxanada “12 noyabr – Konstitusiya Günüdür” adlı kitab sərgisi açılıb
12 Noyabr 14:18
Mikayıl Cabbarov: Azərbaycanda “kölgə” iqtisadiyyatı ilə bağlı həyata keçirilən islahatlar sosial layihələrin maliyyələşməsinə imkan yaradıb
12 Noyabr 14:08
Noyabrın 14-15-də Bakıda Dünya dini liderlərinin II Sammiti keçiriləcək
12 Noyabr 13:54
Azərbaycan Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı çərçivəsində nəqliyyat sahəsində keçirilən tədbirlərə sədrlik edib
12 Noyabr 13:45
Samir Şərifov: Büdcənin ənənəvi olaraq sosialyönümlülüyü təmin ediləcək
12 Noyabr 13:43
UNESKO-nun 40-cı Baş Konfransı işə başlayıb
12 Noyabr 13:33
Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyində doqquz ayın nəticələri müzakirə olunub
12 Noyabr 13:27
Əli Nağıyev: Dini-ekstremist və terrorçu qrupların fəallaşmaq cəhdləri beynəlxalq təhlükəsizliyi hələ də ciddi təhdid edir
12 Noyabr 13:05
Milli Məclisin Sədri: 2020-ci ilin büdcə zərfləri ölkədəki müsbət dəyişiklikləri əks etdirir
12 Noyabr 12:59
Məzahir Pənahov: Bələdiyyə seçkilərini izləmək üçün 15 ölkəyə dəvət göndərilib
12 Noyabr 12:55
Fərid Şəfiyev: Öz müqəddəratını təyinetmə hüququnun icrası yalnız Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həyata keçirilməlidir
12 Noyabr 12:48
On ay üzrə istehlak bazarında qiymətlər açıqlanıb
12 Noyabr 12:31
Azərbaycan Ordusunun genişmiqyaslı əməliyyat təlimi başlayıb
12 Noyabr 12:22
Milli Məclisdə 2020-ci ilin dövlət büdcəsi layihəsinin müzakirəsinə başlanılıb
12 Noyabr 11:50
Konstitusiya Məhkəməsinin kollektivi Fəxri xiyabanda ulu öndər Heydər Əliyevin məzarını ziyarət edib
12 Noyabr 11:47
Oklahoma-Azərbaycan Kənd Təsərrüfatı Forumu keçirilib
12 Noyabr 11:41
Azərbaycan və Birləşmiş Ərəb Əmirlikləri arasında Hökumətlərarası Komissiyanın 7-ci iclası keçiriləcək
12 Noyabr 11:39
Hirkan milli parkında ilk veloyürüş keçirilib
12 Noyabr 11:38
Noyabrın 12-si Dünya Pnevmoniya ilə Mübarizə Günüdür
12 Noyabr 11:28
Ağstafa-Yenigün-Xətai-Qaçaq Kərəm-Poylu-Xılxına avtomobil yolu yenidən qurulub
12 Noyabr 11:26
BMT-nin Baş katibi bəşəriyyətin üzləşdiyi beş təhlükə haqqında danışıb
12 Noyabr 11:25
YAP Gəncə şəhər təşkilatının qərargahında partiyanın Gəncə şəhər, Binəqədi və Pirallahı rayon təşkilatlarının konfransı keçirilib
12 Noyabr 11:20
Göyçayda XIV Nar festivalı keçirilib
12 Noyabr 11:18
YAP Gəncə şəhər təşkilatı imzatoplama kampaniyasını uğurla başa çatdırıb
12 Noyabr 11:08
Bu gün Milli Məclisdə büdcə müzakirələri başlayır
12 Noyabr 11:07
BMT Sivilizasiyalar Alyansının Ali nümayəndəsinə Azərbaycan Respublikası diplomatik xidmətinin 100 illiyi medalı təqdim edilib
12 Noyabr 11:03
12 noyabr - Konstitusiya Günüdür
12 Noyabr 10:05
Konstitusiyamız və milli ideologiyamız
12 Noyabr 10:02
Şanxay idxal sərgisində 71,13 milyard dollarlıq razılaşmalar əldə olunub
12 Noyabr 09:58
Birinci vitse-prezident Mehriban Əliyeva Konstitusiya Günü münasibətilə Azərbaycan xalqını təbrik edib
12 Noyabr 09:37
Moldova Paralimpiya Komitəsinin prezidenti Bakıya gəlib
12 Noyabr 09:35
Ermənistan silahlı qüvvələrinin bölmələri atəşkəs rejimini 23 dəfə pozub
11 Noyabr 22:51
Qədim Xivə şəhərində Azərbaycan-Özbəkistan dostluğuna həsr olunan tədbir keçirilib
11 Noyabr 22:32
Azərbaycanın Dövlət Bayrağı Günü Ankarada qeyd olunub
11 Noyabr 20:00
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Bakının Xətai rayonunda ağacəkmə aksiyasında iştirak ediblər
11 Noyabr 18:19
Azərbaycan XİN Lavrovun Yerevanda Ermənistan-Azərbaycan münaqişəsinə dair səsləndirdiyi fikirlərə münasibət bildirib
11 Noyabr 17:55
Azərbaycan Ordusu miqyasında əməliyyat təlimi keçiriləcək
11 Noyabr 17:40
Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirilib
10 Noyabr 16:16
Düşənbədə MDB ölkələrinin səhiyyə sahəsində Əməkdaşlıq Şurasının XXX yubiley iclası keçirilib
10 Noyabr 16:06
“Modern Diplomacy” portalında Ermənistanda faşistlərin və terrorçuların qəhrəmanlaşdırılmasına dair məqalə yayılıb
10 Noyabr 16:01
Mustafa Kamal Atatürkün vəfatının 81-ci ildönümü Türkiyədə müxtəlif tədbirlərlə qeyd edilir
10 Noyabr 15:55
Naxçıvan Qarnizonu qoşunlarında Dövlət Bayrağı Günü silsilə tədbirlərlə qeyd edilib
10 Noyabr 13:57
Sabah ölkə ərazisində havanın temperaturu 23 dərəcəyə yüksələcək
10 Noyabr 11:58
Azərbaycanlı tələbələr Qars şəhərinin küçə və meydanlarında dövlət bayrağımızı dalğalandırıblar

Video

 

Müsahibə

»»»
 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
HAVA HAQQINDA
Bakı
gündüz+17 +21
gecə+9 +13