Ana səhifə »  Müəlliflər »  “Buqələmun”, “baş mafioz”, “parazit”, “avtoritar”... daha nələr?
A+   Yenilə  A-
“Buqələmun”, “baş mafioz”, “parazit”, “avtoritar”... daha nələr?
Yazdı: Mübariz Abdullayev

Son vaxtlar radikallar bir-birlərinə çox yaraşan belə ləqəblər tapırlar
Azərbaycan cəmiyyəti daim özlərini radikal düşərgənin “ağır çəkililəri” hesab edən AXCP, “Müsavat”, ACP və bu qəbildən olan digər partiyalar arasında açıq və gizli gedən savaşın şahidi olur. Bu da, ilk növbədə, onunla bağlıdır ki, sözügedən partiyalar, həmçinin, radikallar sırasında hegemonluq iddiasında olan Əli Kərimli, İsa Qəmbər, Rəsul Quliyev, Eldar Namazov, Rüstəm İbrahimbəyov hər bir məsələdə sırf özəl, korporativ maraqlardan çıxış edirlər.
Məsələn, son günlərdə qondarma “Milli şura”nın iki təmsilçisi-Müsavat Partiyası ilə ACP arasında artıq bütün etik normaları aşan gərginlik buna tipik nümunədir. Sözügedən iki partiya və onların təmsilçiləri arasında illərdir ki, davam edən “soyuq müharibə”nin bu dəfə daha şiddətlə qızışmasına səbəb isə qondarma “Milli şura”nın “vahid namizəd” məsələsi olub. Məlumdur ki, “Milli şura” sədr Rüstəm İbrahimbəyovu qiyabi olaraq “vahid namizəd” müəyyənləşdirsə də, “Müsavat”ın başqanı İsa Qəmbər seçkilərə namizəd kimi qatılmaq iddialarından geri çəkilmək istəmir. İsa Qəmbər öz inadını Rüstəm İbrahimbəyovun Vətənə dönməyə məlum səbəblərdən cəsarət etməməsi, həmçinin, onun namizədliyinin qeydə alınmayacağına dair səslənən ehtimallarla əsaslandırmağa çalışır. “Müsavat”çılar bu qənaətdədirlər ki, haqqında bəhs olunan ehtimalların doğrulacağı təqdirdə “Milli şura”nın “hazır namizədi” olan İsa Qəmbəri dəstəkləməkdən başqa çıxış yolu qalmayacaq.
Beləliklə, “Müsavat”ın qabaqdangəlmişlik edərək radikal düşərgədə təşəbbüsü ələ almaq cəhdləri partiyanın əzəli və əbədi rəqiblərini, sözün əsl mənasında hiddətləndirib. Artıq qondarma “Milli şura”da AXCP-nin təşəbbüsü ilə İsa Qəmbəri gözdənsalma kampaniyasına start verilib. Bu kampaniyada “Müsavat”la və onun başqanı İsa Qəmbərlə “çürüdülməmiş çox haqq-hesabı” olan ACP və onun lideri Rəsul Quliyev xüsusi canfəşanlıq nümayiş etdirir. Belə ki, Rəsul Quliyev İsa Qəmbərin namizədlik iddiasında israr etməsini “yaramazlıq” kimi dəyərləndirərək ona rişxəndlə belə bir sual ünvanlayıb: “Alacağı 2, yaxud 3 faiz səs, bilmirəm onu mənəvi cəhətdən nə qədər təmin edəcək?”
“Müsavat”ın başqanı İsa Qəmbər isə radikalların “siyasi qaçaq” ləqəbi verdikləri Rəsul Quliyevin ironiyasını küçə ritorikası ilə cavablandırıb: “Müsavat”a qarşı əxlaqsız açıqlamalara son qoyulmalıdır”.
Bunun ardınca İsa Qəmbərin namizədlik iddialarını həzm edə bilməyən ACP lideri onu dağıdıcı siyasət aparmaqda günahlandıraraq daha sərt açıqlamalarla çıxış edib: “Onun (İsa Qəmbərin-M.A.) Azərbaycanın gələcəyinin formalaşmasında nə rolu ola bilər, məndən soruşsanız ancaq neqativ cavabını verərəm. Çünki insanda konkret bu xalq üçün nə istəyir fikri formalaşmayıb. Onun prezidentin səlahiyyəti və məsuliyyəti barədə anlayışı 1992-ci ilin may ayının səviyyəsində qalıb”.
“Müsavat” təmsilçiləri İsa Qəmbəri gözdənsalma kampaniyasında xüsusi canfəşanlıq göstərən Rəsul Quliyevə eyni aşağılayıcı tonda cavab verirlər. Məsələn, “Müsavat” başqanı İsa Qəmbərin müşaviri Mustafa Hacıbəyli mətbuata açıqlamasında Rəsul Quliyevi səviyyəsizlikdə ittiham edib. Partiya funksioneri, necə deyərlər, açıb sandığı, töküb pambığı. O bildirib ki, Rəsul Quliyev Azərbaycanın sərvətini talayaraq 76 milyon dollarlıq maxinasiyaya görə ittiham edilib və vəzifəsindən uzaqlaşdırılıb. M.Hacıbəyli R.Quliyevin səviyyə ittihamına da cavab verərək deyib: “Rəsul Quliyev iki cümləni quraşdırıb düzgün ifadə edə bilmir, amma 1992-ci ildəki səviyyədən danışır. Sadəcə olaraq, o qədər savadsızdır ki, özünün savadsız olduğunu dərk etmir”.
ACP liderinin ittihamlarına Müsavat Partiyasının digər funksioneri Gülağa Aslanlı da reaksiya verib: “Rəsul Quliyev uzun illərdir Amerika kimi azad cəmiyyətdə yaşamasına baxmayaraq, hələ də demokratik düşüncəyə sahib olmayıb. Onun müxalifət qüvvələri haqda yanlış fikirlər söylədiyi, konsensus qəbul etmək təsəvvürləri olmadığı göz qabağındadır. Bu da Rəsul Quliyevin siyasi savadının dərəcəsini göstərir”.
Bir sözlə, “Müsavat” funksionerləri ACP liderini aşağılamaq üçün sanki növbəyə düzülüblər. “Rəsul Quliyev o dövrün termini ilə desək, ölkənin baş mafiozu, ictimai rəydə ən arzuolunmaz adam idi, saysız iqtisadi cinayətləri barədə məlumatlar mətbuatda dərc olunurdu”. Bu fikri isə mətbuata açıqlamasında “Müsavat”ın Mərkəzi İcra Aparatının rəhbəri Arif Hacılı səsləndirib. “Müsavat” funksioneri ACP liderinə pataloji nifrətini “buqələmun” sözü ilə ifadə edib.
“Müsavat” funksionerlərinin artıq heç bir etik normaya sığmayan ifadələrinin müqabilində ACP-nin təmsilçiləri də getdikcə, necə deyərlər, rəngləri tündləşdirirlər. Rəsul Quliyev “Facebook” səhifəsində Arif Hacılının onun ünvanına səsləndirdiyi ittihamları cavablandırıb: “10 ildir “2003-cü ildə seçkiləri udduq” deyə fəryad edirsiniz. Bu primitiv düşüncələrdən azad olmaq lazımdır. İndi sizdən xahiş olunur ki, 1998, 2000, 2003, 2005, 2008, 2010-cu illərdə oynadığınız oyunları 2013-cü ildə qırağa qoyun... Bu oyunlar üçün əsas canfəşanlıq edən kənd müxbiridir. Çünki həbsxanadan çıxandan sonra üzərinə götürdüyü bəzi öhdəlikləri yerinə yetirməlidir. İndiyə qədər öhdəliklərdən bəzilərini yerinə yetirib, bəzilərini isə yerinə yetirə bilməyib. Məsələn, İsa Qəmbərin sədrlikdən getməsini təşkil edib, onun yerinə keçmək tapşırığı yerinə yetirilmədi. Çünki ona deyəndə ki, məsələn, “Müsavat”dan Qubad İbadoğlu da sədrlik uğrunda namizədliyini irəli sürə bilər, təşvişə düşdü, indiki postundan da məhrum ola bilməkdən qorxdu”.
R.Quliyevin fikrincə, İsa Qəmbərin namizədliyini Rüstəm İbrahimbəyovun xeyrinə birmənalı geri götürməsinin alovlu əleyhdarı Arif Hacılıdır: “Bu onun növbəti öhdəliyidir, yerinə yetirə bilməsə, ağaları onun üzərindən xətt çəkəcəklər. Mənim qətiyyətli mövqeyim onu birdəfəlik iflasının astanasına sürüyür, ona görə belə həşir salır”.
Görünür, Rəsul Quliyevin özünün dediyi kimi, adam yerinə qoymadığı, ona çobansayağı cavablar verən “Müsavat” rəhbərliyi ilə eyni qurumda-“Milli şura”da təmsil olunması ona baha başa gələcək. R. Quliyevin keçmişdə törətdiyi cinayətlər haqqında məlumatların “Müsavat” tərəfindən KİV-də tirajlanması, qarşı tərəfin isə yeni kompromatlarla çıxış etməsi artıq “Milli şura” ideyasının sabun köpüyündən başqa heç nə olmadığını göstərir.
ACP funksionerlərindən gələn açıqlamalardan bəlli olur ki, partiya təmsilçiləri Rəsul Quliyevin İsa Qəmbərə yönəlik aşağılayıcı ittihamlarını bütünlüklə bölüşürlər. ACP liderinin Azərbaycandakı nümayəndəsi Ağasif Şakiroğlu Müsavat Partiyası Mərkəzi İcra Aparatının rəhbəri Arif Hacılının Rəsul Quliyev haqqında səsləndirdiyi fikirlərə münasibət bildirərkən onu “parazit” adlandırmaqdan belə çəkinməyib. O deyib: “2003-cü ildə Müsavat Partiyası və onun başqanı Rəsul Quliyevə prezidentlik səlahiyyətlərini bölüşdürmək şərti ilə yüksək statusda baş nazirlik postunu təklif edirdi. Rəsul Quliyevin iqtisadi cinayətləri onda yada düşmürdü, indi yada düşür? 2005-ci ildə Rəsul Quliyevin Azərbaycana dönmə məqamında Arif Hacılı da, “Müsavat” başqanı da xalqı Rəsul Quliyevi qarşılamağa dəvət edirdi. İndi nə dəyişdi? Rəsul Quliyev 2003-də, 2005-də bu cinayətləri etməmişdi, bundan sonra edib? Bu cür ittihamlar Arif Hacılının demokrat cildinə girmiş bir avtoritar olduğunu sübut edir”.
Bu açıqlamalardan bir daha görünür ki, bunlar hakimiyyətə gəlmək üçün erməni ilə, şeytanla belə razılaşmaya gedərlər. Əgər hakimiyyət iddialarına cavab verirsə, iblisi də mələk kimi və ya əksinə təqdim etməkdən çəkinmirlər. Həqiqətən də, soruşulmalıdır ki, ay “Müsavat”, bu gün mafioz dediyin Rəsul Quliyevlə 2003-də, 2005-də niyə razılaşmaya gedirdin? ACP “Milli şura”ya daxil olanda niyə etiraz səsini qaldırmadın? Bütün bunlardan “birliyi qoruyub saxlamalıyıq” deyən Əli Kərimlinin məlumatı yoxdur? Belə çıxır ki, “Milli şura” ranqlı mafiozlardan ibarət bandadır, başında da qisasçılıq hissi ilə alışıb yanan, artistliklə siyasi dəllalıq arasında var-gəl edən birisi durur.
Göründüyü kimi, artıq radikallar bir-birlərinə olan kin-küdurətlərini, düşmənçilik və nifrət hisslərini açıq müstəviyə keçiriblər. Qarşılıqlı səslənmələrində “buqələmun”, “baş mafioz”, “dağıdıcı”, “parazit”, “avtoritar” kimi bir-birlərinə çox yaraşan ləqəblər tapan radikallar, görəsən, öz leksikonlarına daha hansı belə aşağılayıcı sözləri daxil edəcəklər?

 
  • Oxunub:  24300  |  
  • Tarix:  26-07-2013  |  
  •    Çap et   |  
Get Adobe Flash player
15 iyun Azərbaycan xalqının və dövlətinin qurtuluş tarixidir

16 İyun 09:35
Bakı ilə Şarm-əl-Şeyx arasında birbaşa uçuşlar həyata keçiriləcək
16 İyun 09:18
Azərbaycan “Kosmik Trayektoriyaların Optimallaşdırılması üzrə Dünya Çempionatı”nda uğurlu nəticə göstərib
16 İyun 09:16
Mariya Zaxarova: Mən Bakını çox sevirəm
16 İyun 09:11
VII Muğam Televiziya Müsabiqəsi başa çatıb
16 İyun 09:07
Azərbaycan Badminton Federasiyasının hesabat-seçki konfransı keçirilib
15 İyun 20:58
Qadın parlamentarilər TürkPA Beynəlxalq Katibliyinin mənzil-qərargahında olublar
15 İyun 19:11
Milli Qurtuluş Günü xalqımızın taleyində dönüş günüdür
15 İyun 19:02
Bakı Konqres Mərkəzində məzun gecəsi keçirilib
15 İyun 18:27
Polis Akademiyasında Milli Qurtuluş Günü münasibətilə tədbir keçirilib
15 İyun 18:24
Mehriban Əliyeva: Təhsil hər bir millətin tərəqqisinin, parlaq gələcəyinin əsasını təşkil edir
15 İyun 16:42
Müdafiə naziri: Düşmən təxribatlarının qarşısı adekvat tədbirlər görülməklə alınmalı və şəxsi heyətin təhlükəsizliyi təmin edilməlidir
15 İyun 16:40
Bakıda “İnvaziv diaqnostika və müalicə: Bu gündən sabaha” adlı beynəlxalq konfrans keçirilib
15 İyun 16:38
15 iyun - Müstəqilliyimizi şərəfləndirən şanlı tarix
15 İyun 16:30
Milli Qurtuluş Günü münasibətilə Yaponiyanın “Himalaya” radiosunda xüsusi veriliş yayımlanıb
15 İyun 15:50
Hulusi Kılıç: Heydər Əliyevin ikinci dəfə siyasi hakimiyyətə gəlişi ilə Azərbaycan milli qurtuluşa nail oldu
15 İyun 15:37
Cəmşid Naxçıvanski adına Hərbi Liseyin məzunlarının növbəti buraxılışı keçirilib
15 İyun 15:13
Dövlət Təhlükəsizliyi Xidmətində 15 iyun – Milli Qurtuluş Gününə həsr olunan təntənəli tədbir keçirilib
15 İyun 15:06
Azərbaycan və Rusiya arasında sərhədyanı işgüzar əməkdaşlığın inkişafına dair dəyirmi masa keçirilib
15 İyun 14:35
Kənd Təsərrüfatı Nazirliyi: Bu günədək kümçülər 499,28 ton yaş barama təhvil veriblər
15 İyun 11:25
İmadəddin Nəsiminin 650 illik yubileyinə həsr olunan bədii qiraət müsabiqəsinin qalibləri mükafatlandırılıb
15 İyun 11:24
Fuad Axundov: Ermənistan istorioqrafiya sahəsində informasiya müharibəsini uduzub
15 İyun 11:17
Daşkənddə keçirilən regional forumda Azərbaycan da iştirak edib
15 İyun 11:15
ABŞ-ın Con Batçelor Şou radio proqramında Azərbaycanın inkişaf modeli barədə danışılıb
15 İyun 11:14
Düşənbədə Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin beşinci Zirvə toplantısı keçirilir
15 İyun 10:22
Mingəçevirdə “Azərbaycanın müasir uğurlarının başlanğıc tarixi - 15 iyun 1993-cü il” mövzusunda konfrans keçirilib
15 İyun 10:21
Ulu Öndər Heydər Əliyevin Naxçıvandan Bakıya gəlişi bütün xalqın, bütün millətin arzusu idi
15 İyun 10:18
Dövlət Rəssamlıq Akademiyasında 15 İyun - Milli Qurtuluş Gününə həsr olunmuş tədbir keçirilib
15 İyun 10:16
Tərtərdə 15 İyun - Milli Qurtuluş Gününə həsr olunmuş ümumrayon tədbiri keçirilib
15 İyun 10:14
Fransa məhkəmələrinin qərarları Ermənistanın Dağlıq Qarabağdakı separatçı rejimi legitimləşdirmək cəhdlərinin üstündən xətt çəkdi
15 İyun 10:10
Gədəbəy rayonunda 15 İyun - Milli Qurtuluş Günü ilə bağlı tədbir keçirilib
15 İyun 10:09
Qusarda 15 İyun - Milli Qurtuluş Günü münasibətilə tədbir keçirilib
15 İyun 10:06
15 iyun Azərbaycan xalqının və dövlətinin qurtuluş tarixidir
14 İyun 22:19
Naxçıvanda Milli Qurtuluş Günü münasibətilə konsert olub
14 İyun 21:52
Dövlətin və cəmiyyətin Qurtuluşu: Ulu öndər tarixi xilaskar kimi
14 İyun 21:35
Milli Qurtuluş Gününün bəhrələri
14 İyun 21:32
İraq mətbuatı 150 yaşında
14 İyun 21:23
Azərbaycanın təşəbbüsü ilə “Silahlı münaqişələr zamanı mədəni mülkiyyətin qorunması üzrə UNESKO hərbi bələdçisi”nin NATO-da təqdimatı olub
14 İyun 21:19
Bakı Atatürk Liseyində məzun günü münasibətilə tədbir keçirilib
14 İyun 21:10
Heydər Əliyevin tarixi qayıdışı ölkəmizi anarxiya və dağılmaqdan xilas etdi
14 İyun 21:07
VƏTƏN NAMİNƏ QAYIDIŞ
14 İyun 20:42
Ukraynanın “5 kanal” televiziyası Naxçıvan haqqında növbəti reportaj yayımlayıb
14 İyun 20:15
Yeni Azərbaycan Partiyasında 15 iyun - Milli Qurtuluş Gününə həsr olunan tədbir keçirilib
14 İyun 20:00
Oqtay Əsədov: TÜRKPA çərçivəsindəki proseslərə qadınların cəlb edilməsi günümüzün reallığıdır
14 İyun 19:28
Novruz Məmmədov: Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirə çox əhəmiyyətli platformadır
14 İyun 19:17
Əmək Münasibətlərinin Tənzimlənməsi və Koordinasiyası Komissiyasının növbəti iclası keçirilib
14 İyun 18:48
Dünya Xəbər Agentliklərinin Sofiyada keçirilən VI Konqresi işini başa çatdırıb
14 İyun 18:30
TÜRKPA-nın nümayəndə heyəti ümummilli lider Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət edib
14 İyun 18:04
Azərbaycan dayanıqlı inkişafla bağlı Milli Hesabat təqdim edəcək
14 İyun 18:01
Ziya Zakir Acar: Milli Qurtuluş Günü Azərbaycanın dövlətçilik tarixində xilas və quruculuq erasının başlanğıcıdır
14 İyun 17:59
Azərbaycanın Baş Naziri Novruz Məmmədov Tacikistanda səfərdədir
14 İyun 17:57
Tibol Roş: Zaldakı bütün insanların ayağa qalxaraq Azərbaycanın dövlət himnini dinləməsi möhtəşəm idi
14 İyun 17:55
Dövlət Sərhəd Xidmətinin Xüsusi Məktəbində məzunların buraxılışı olub
14 İyun 17:53
Ulu Öndərin dəstəyi olmasaydı, Azərbaycanda obyektiv qiymətləndirmə sistemi formalaşmayacaqdı
14 İyun 17:33
Dövlət Statistika Komitəsində 15 iyun - Milli Qurtuluş Günü geniş qeyd olunub
14 İyun 17:27
“Heydər Əliyev siyasəti: sözün qurtuluşundan media azadlığına doğru” mövzusunda konfrans keçirilib
14 İyun 17:22
Vergilər nazirinin müavini Ağsuda vətəndaşları qəbul edib
14 İyun 17:08
Dövlət Komitəsində BMT İnkişaf Proqramının Azərbaycandakı yeni rezident nümayəndəsi ilə görüş keçirilib
14 İyun 16:54
Milli Qurtuluş Gününə həsr olunmuş “Xilaskar” adlı konfrans təşkil edilib
14 İyun 16:53
Bakı Beynəlxalq Multikulturalizm Mərkəzində Milli Qurtuluş Günü qeyd olunub
14 İyun 16:48
Azərbaycan Ulu Öndərin zəngin ideyalarının işığında gələcəyə doğru inamla addımlayır
14 İyun 16:33
Ulu Ondərin yenidən siyasi hakimiyyətə gəlməsi dövlətçilik tariximizin şanlı və parlaq səhifəsidir
14 İyun 16:27
“Azərbaycan Səninlədir, Sənsiz deyil” adlı IX yaradıcılıq festivalı keçirilib
14 İyun 16:23
Ağsaqqallar Şurasının üzvləri ulu öndər Heydər Əliyevin məzarını ziyarət ediblər
14 İyun 16:20
XİN: danışıqların ən mühüm məqsədlərindən biri Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal edilmiş ərazilərindən çıxarılmasıdır
14 İyun 16:18
SOCAR və “Equinor” şirkətləri “Qarabağ” yatağında yeni platformanın quraşdırılmasına hazırlaşır
14 İyun 16:15
Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclası keçirilib
14 İyun 16:13
BSU-da Milli Qurtuluş Günü qeyd olunub
14 İyun 16:11
YALAN AYAQ TUTAR, YERİMƏZ
14 İyun 16:10
Karl Kulessa: BMT-nin Əhali Fondu ilə Azərbaycan hökuməti arasında çox güclü əməkdaşlıq var
14 İyun 16:08
ELMİN VİCDAN MƏSƏLƏSİ – “Bizə hansı Ali Attestasiya Komissiyası lazımdır?”

Video

 

Müsahibə

»»»
 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30
HAVA HAQQINDA