Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / İbrahimbəyovun siyasi karyerasının “gözlə gələcəyəm” mərhələsi

İbrahimbəyovun siyasi karyerasının “gözlə gələcəyəm” mərhələsi

27.07.2013 [13:20]

Pərviz Sadayoğlu

Və ya “dəliyəm qayıdım” deyən birisinin “gəlirəmi” qədər qeyri-səmimi ifadə ola bilməz
Deyirəm, bu “kirli şura” oyunundan hamı bezdi, hamı usandı, hamı hər şeyi dərk etdi, yaxasını qırağa dartdı, üzünü cırdı, amma Eldar Namazov hələ də “Nuh deyir, peyğəmbər demir”. Hərdən öz yalan-palanına elə aludə olur ki, bu yalanlar onu alır ağuşuna, qaldırır göyün yuxarı qatlarına, otururlar orada qardaşlıqları Rüstəm, Aram, Romanla vururlar erməni konyakından bala-bala özləri üçün. Elə həmin o göydən enməyərək başlayırlar qışqırmağa ki, gəlirik, yoldayıq...
İndi bu Rüstəm “tovariş” yaşlı, qoca adamdır, əldən-ayaqdan düşüb, nə dediyini, nə danışdığını bəzən heç dərk etmir (elə olmasaydı şillə-qapaz söhbəti etməzdi), hərdən hissə qapılır. Daha bunun hər sözünün başına bir ip salıb dartmaq olmaz axı. Bu adam çaşıb deyib ki, “gələcəm”. O dey, bir neçə ay bundan öncə də demişdi ki, “dəli deyiləm ki, Azərbaycana gəlim”. İndi nə deyirsiniz, İbrahimbəyov gəlmək fikrinə düşübsə demək ki...
Nə isə... İndi bu Eldar Namazov da dirənib ki, bəs biz çıxacağıq aeroporta İbrahimbəyovu qarşılamağa. Birincisi, Rüstəm İbrahimbəyov Həccdən və ya Kərbəladan gəlmir ki, onun pişvazına çıxıb bir geniş qarşılama mərasimi qurasınız. İkincisi də, o gəldi, qaldı sizin qarşılamanız. Axı, bu adam bilir ki, gələn kimi qanun qarşısında cavab verməlidir, yayındığı vergiyə görə sorğu-sual ediləcək. Havayı deyil bu pulların “şotuna” genələ-genələ gəzəsən. Axı, bunun cavab günü də var.
Hə, Namazov deyib ki, “Rüstəm İbrahimbəyov iyulun 31-də Bakıya gələcək. Təbii ki, hava limanında onu yaxın dostları, jurnalistlər, həmkarları qarşılayacaqlar və həmişə də bu qarşılama olub. Ancaq Rüstəm İbrahimbəyovun qarşılanması zamanı hansısa kütləvi axının olması hava limanı işçilərindən və rəhbərliyindən asılıdır. Rüstəm İbrahimbəyova, onunla gələn insanlara, onu qarşılamağa gələn şəxslərə qarşı hansısa qanunazidd, əxlaqazidd hərəkətlər olmazsa, hansısa insan axınına da ehtiyac olmayacaq. Əgər hava limanında Rüstəm bəyə qarşı hansısa qanunsuz hərəkət baş verərsə, insan axınının qarşısını almaq mümkün olmayacaq”.
Bah... İndi öz aləmində Eldar Namazov hədə-qorxu gəlir deməli? Rüstəm İbrahimbəyovun qoltuqağacına çevrilən bu reneqat Eldar Namazov niyə axı dərk etmir ki, 2005-ci ildə də eyni şövqlə R.Quliyevi əmin edirdilər ki, “təki sən gəl, millət yığılıb səni gözləyir”. Axırı nə oldu? Rəsul Quliyevin cəsarəti çatmadı! Simferopolda biabırcasına başından basıb, “bobikə” otuzdurub apardılar, sonra da yolladılar Vaşinqtona. İndi də “dəliyəm, gəlim, məni də həbs etsinlər” deyən birisinin cəsarət sahibinə çevrilib də gələcəyini güman edən radikal müxalifət, görəsən, necə də miskin və aciz durumda olduğunun fərqindədirmi? Bu düşərgədə cəm olan sıravilər dərk edirlərmi ki, özləri-özlərini aldadan, beş-üç manata görə gündə bir don geyinən, gündə birinin maşının təkərini qaraldan, gündə birinin qapısında eyvan silən, bağ sulayan və bu kimi işlərlə məşğul olan və utanmaz-utanmaz da adını da siyasətçi qoyan radikal müxalifət partiyalarının “liderləri” hər seçkidə bu oyunlara əl atırlar.
Rüstəm İbrahimbəyovun “gözlə gələcəyəm” mahnısı üzərində qurulan “siyasi karyerası” heç də iddia olunduğu kimi qürub çağını yaşamır. Çünki bu karyera ümumiyyətlə olmayıb. Bu gün Eldar Namazov, İsa Qəmbər, Əli Kərimli, Lalə Şövkət, hətta Rəsul Quliyev və Əvəz Temirxanın belə ona möhtac olması, əl açması olduqca gülünc və analoqsuz bir mənzərəni ortaya çıxarıb. Əgər illərdir “mən siyasətçiyəm” deyib özünü didən və didişdirən, xarici dairələrin hər sifarişinə bəçeşm deyib sinə basan bu insanlar sonda gəlib bir qoca “kinoçıxardana” möhtac qalıblarsa, həqiqətən vay onların halına. Demək ki, adını sadaladığım həmin siyasətbazlar elə günü bu gündən şələ-külələrini yığışdırıb bu siyasət meydanından birdəfəlik itməlidirlər. Bir də əziyyət çəkib “qoca qaçaq”ın yolunu gözləməməlidir...
P.S. Eldar Namazov isə deyəsən “qırlı şura”ya girəndən bəri İsa Qəmbər və ya Əli Kərimli ilə xüsusi tonla danışmağı öyrənib. Ona tövsiyə, İsa Qəmbərlə, Əli Kərimli ilə və ya Əvəz Temirxanla dövləti səhv salmasın. Dövlət, yeri gələndə, hər kəsə yerini göstərmək iqtidarındadır və bu işdə siyasətçi donu geyinmiş artistlər, siyasi riyakarlar da istisna deyillər.

Paylaş:
Baxılıb: 1149 dəfə

Müəllifin digər məqalələri:

Əzrayılın bala paylaması...

Yaxud, Makronun “bazar...

24.09.2021 [15:29]

Ermənipərəst Sevinc Osmanqızı süni gündəm axtarışında...

Məlum olduğu kimi, bu gün...

02.06.2021 [08:56]

Qənimət Zahidin ictimai rəyi yanıltmaq və xalqı aldatmaq cəhdləri iflasa məhkumdur

İşğaldan azad olunmuş torpaqlarımızın...

28.05.2021 [10:07]

Əli Kərimlinin tükənməz erməni sevgisi

44 günlük Vətən müharibəsi...

25.05.2021 [08:49]

Cıdır düzündə Azərbaycan ruhu...

Şuşada keçirilən...

20.05.2021 [09:28]

Sevinc Osmanqızının antimilli təbliğatı

Yaxud xəyanətkar...

19.05.2021 [08:31]

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Siyasət

Xəbər lenti

Sosial

Tarix bəlli oldu...

16 Aprel 10:33

İqtisadiyyat

Xəbər lenti

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30