Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Rüstəm İbrahimbəyov artıq “Milli şura”da simvolik məna daşıyır

Rüstəm İbrahimbəyov artıq “Milli şura”da simvolik məna daşıyır

01.08.2013 [09:36]

Nardar Bayramlı

Qoca kinodramaturqun təşkilat daxilindəki proseslərə hər hansı təsir imkanı qalmayıb
Qoca kinodramaturq Rüstəm İbrahimbəyovun qondarma “Milli şura”nın vahid namizədi olması müxalifət düşərgəsini çox çətin duruma salıb. Artıq Tbilisi görüşündə də şura üzvləri bu namizədliyin keçərli olmayacağını dolayısı ilə etiraf ediblər. Bu reallığı öncədən görən “Müsavat” başqanı İsa Qəmbər cəld tərpənərək özünün namizədliyini qüvvədə saxladı. Doğrudur, “Milli şura”da təmsil olunan çoxları İ.Qəmbəri bu hərəkətinə görə hədəfə çeviriblər. Amma proseslər onu göstərir ki, əvvəllər İ.Qəmbəri tənqid edənlər, indi özləri də namizəd olmaq arzusuna düşüblər. Bu sırada daha çox ACP lideri Rəsul Quliyev fəallıq göstərir.
Qeyd edək ki, son zamanlar R.Quliyevlə Müsavat partiyası arasında yaranmış gərginliyin əsasında namizədlik məsələsi dayanır. Təbii ki, “müsavatçı”lar da ACP liderinin namizədlik iddiasını həzm edə bilmir və ona qarşı geniş cəbhədə mübarizəyə başlayıblar. “Müsavat” sədrinin müavini Gülağa Aslanlı R.Quliyev və onun ətrafındakıları növbəti dəfə savadsız adlandırıb. O deyib ki, eks-spikerin Seçki Məcəlləsini bilməməsini ona bağışlamaq olar: “Çünki onun özünün dediyinə görə, daha çox böyük məsələlərlə məşğuldur. Amma onun ətrafındakı adamlar Seçki Məcəlləsini bilməmiş deyillər. Əgər “Milli şura” Rəsul Quliyevin vahid namizədliyini irəli sürərsə, onda orda olan 131 nəfərin 131-nin də Seçki Məcəlləsindən bixəbər olduğu aşkara çıxar. Azərbaycanda prezidentliyə namizəd olmaq üçün ən azı son 10 ili Azərbaycanda daimi yaşamaq şərtdir. Ona görə də, Rəsul Quliyev - 17 ildir Amerikada yaşayan, bu müddətdə 1 saat da Azərbaycanda olmayan adam “Milli şura”nın vahid namizədi kimi irəli sürülə bilməz... Bu adam bir həftə ərzində dörd fikir söyləyir. Bu, onu göstərir ki, Rəsul Quliyev gündəmdə qalmaq üçün bu sözləri ortaya atır, yəni tutdu qatıq, tutmadı ayran. Amma o, böyük siyasi səhvlər edir, eyni zamanda, Seçki Məcəlləsindən heç xəbəri olmadığını ortaya qoyur”.
Əhrar Partiyasının sədri Vaqif Hacıbəyli də ACP sədrini sərt tənqid edib. O, özünün “facebook” səhifəsində artıq Rəsul Quliyevə yazığı gəldiyini yazıb. V.Hacıbəylinin fikrincə, Rəsul Quliyevin səhhətində ciddi problemlər var: “Qocalıb, xərifləyir. Bu arada yazığım gələn daha bir fiqur - Əli Kərimlidir. Özü-özünü çox miskin duruma saldı. Əli Kərimli Sülhəddin Əkbər vasitəsi ilə Rəsulu qızışdırıb saldı Müsavatın üstünə, özü isə yaxasını çəkdi kənara”. “Əhrar”ın sədri bildirib ki, indiki idbar durumun baş memarı Əli Kərimlidir: “Amma prosesləri elə bir dalana gətirib çıxardıb ki, indi hətta situasiyaya hər hansı şəkildə şərh verməyə də üzü yoxdur. Siyasətçi üçün bundan miskin durum təsəvvür etmək çətindir. Yazıqlar olsun... Əgər AXCP sağlam siyasi təşkilat olsaydı, Rəsul Quliyevin “siyasi yelbeyinliyinə” qarşı mövqeyi ortada olardı. Amma həmin mövqe ortada yoxdur, mən də bunu miskinlik kimi qiymətləndirirəm. Ona görə də, AXCP-çilərə yazığım gəlir”.
Göründüyü kimi, “Milli şura” daxilində ziddiyyətlər yeni müstəviyə keçib. Artıq namizədlik uğrunda mübarizə aparanların sırası genişlənir ki, bu da təşkilata yaxşı heç nə vəd etmir. G.Aslanlı Quliyevə Seçki Məcəlləsini öyrədir və onun namizəd ola bilməyəcəyini deyir. Amma maraqlıdır ki, Müsavat R.İbrahimbəyovun namizədliyinə səs verəndə bu reallığı niyə nəzərə almayıb? Onun dediyi həmin 131 nəfər ikili vətəndaşlığı olanın seçkilərə buraxılmayacağını bilmirdi? Nəyə görə Rusiya dövləti qarşısında öhdəliyi olan birisini özünə vahid namizəd seçirdi ki, indi də onun əlində qalıb. Bu faktlar isə təsdiq edir ki, “Milli şura”dakılar təkcə bisavad deyillər, həm də yaxşı şoumendirlər. Onlar qanunazidd işlər görürlər, keçməyəndə də başlayırlar siyasi şou nümayiş etdirməyə.
Vaqif Hacıbəyli isə öz fikirləri ilə əslində, müxalifətin iç üzünü açıb göstərir. O, hansı şəxsin tərəfini tutsa da, əslində qurumdakıların hamısının mahiyyəti eynidir.
“Miskinlərin idbar durumu” - özü özünə belə qiymət verən müxalifət haqqında xalqımız nə düşünə bilər? Şübhəsiz ki, onlara cəmiyyət tərəfindən heç bir etimad yoxdur. Ona görə də, “şura”dakılar Azərbaycan xalqından heç nə gözləmirlər, üz tutublar əcnəbilərə. Düşərgə mənsubları məsləhətləri də (əslində tapşırıqları) xaricdən alırlar, toplantılarını da xaricdə keçirirlər, amma hakimiyyətə Azərbaycanda gəlmək istəyirlər. Bu isə heç bir halda normal məntiq və normal fəaliyyət hesab oluna bilməz.
Yaranmış hazırkı vəziyyət qoca dramaturq R.İbrahimbəyovu arxa plana keçirib. Artıq bu şəxs “Milli şura”da simvolik məna daşıyır və proseslərə hər hansı təsiri yoxdur. Onun çətiri altında isə digər müxaliflər namizədlik uğrunda mübarizə aparırlar. ADP sədri Sərdar Cəlaloğlu da o fikirdədir ki, R.İbrahimbəyovun ətrafında birləşən qüvvələrin arasında bağlılıq yoxdur. O deyib ki, bunların hamısı bir-birinə düşməndir: “Nə Rəsul Quliyev İsa Qəmbəri, nə Əli Kərimli İsa Qəmbəri, nə də İsa Qəmbər Lalə Şövkəti qəbul edir. Belə bir qurumla, hansı güc və qüdrət iki aya qələbəni təmin edəcək?... Əvvəlcədən də gözlənilən idi ki, Rüstəm İbrahimbəyov Azərbaycana gəlməyəcək. Çünki bundan əvvəl də buna bənzər bir problemi yaşamışıq... Necə olur ki, hakimiyyət öz əllərində olanda, Azərbaycanda heç bir ciddi müxalifət olmayanda, beynəlxalq ictimaiyyətin indiki kimi təsiri olmayanda Əbülfəz Elçibəy yalnız 58 faiz səs topladı və çox böyük çətinliklə prezident seçildi? İndiki halda hakimiyyətdə başqa qüvvələrdir. Eyni zamanda, dünyanın əksər ölkələrinin Azərbaycanda maraqları var. Bu maraqlar “Milli şura”nın maraqları ilə üst-üstə düşmür. Belə olan halda, bunlar necə inanırlar ki, Rüstəm İbrahimbəyov qalib gələcək? Onda belə çıxır ki, Rüstəm İbrahimbəyov Azərbaycan xalqı üçün Əbülfəz Elçibəydən daha güclü, daha real liderdir?”
ADP sədri deyib ki, R.İbrahimbəyovun heç bir siyasi təcrübəsi yoxdur: “Siyasi hakimiyyət dəyişikliyinə rəhbərlik edən adamın müəyyən bir ölçüləri olmalıdır. Siyasi partiyası yox, siyasi təcrübəsi yox, özü də deyir ki, mən siyasəti bilmirəm”.
Çox qəribə məntiqdir, bu düşərgə mənsubları gah bir-birilərini təqdir, gah da inkar edirlər. Bunlar Napoleon kimi xalqı qadın hesab edib göbbelssayağı yalanla siyasi gündəmi müəyyənləşdirməyə çalışırlar. Əgər lazım olsa, onlar Elçibəyi düşmən belə, hesab etməyə hazırdılar. Zatən İsa Qəmbərlə Əli Kərimli siyasi fəaliyyətlərinin böyük hissəsini Elçibəyi aşırmağa həsr etmədilərmi? Həmin adamların əsl reallığı bilə-bilə özlərini və ətraflarındakıları bu qədər eybəcər şəkildə aldatmaları sado-mazoxizmdən başqa bir şey deyil. Bu yanaşma tərzinin sonu isə heç vaxt onlara uğur gətirməyəcək, necə ki indiyə qədər gətirməyib.

Paylaş:
Baxılıb: 1271 dəfə

Müəllifin digər məqalələri:

Radikal müxalifətin kor xisləti

Xalqımız 30 ilə yaxın müddətdə...

07.06.2021 [09:16]

Radikallar milli maraqlara zidd mövqe sərgiləyirlər

Vətən müharibəsində qazanılan...

26.05.2021 [09:12]

AXCP funksioneri Nurəddin Məmmədlinin növbəti manipulyasiyası

Ötən illər ərzində Azərbaycan...

20.05.2021 [09:15]

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Mədəniyyət

Siyasət

Siyasət

Siyasət

Miqrant axını...

17 Aprel 10:32

MEDİA

Siyasət

Mina terroru...

17 Aprel 10:13

Gündəm

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30