Ana səhifə »  Müəlliflər »  Azərbaycan ictimaiyyəti xəyanətkar müxalifətin iddialarına heç vaxt reaksiya vermir
A+   Yenilə  A-
Azərbaycan ictimaiyyəti xəyanətkar müxalifətin iddialarına heç vaxt reaksiya vermir
Yazdı: Mübariz Abdullayev

Əli Kərimli yuxarıdan aşağı baxdığı, saymazyana münasibət bəslədiyi, daim yalnız şəxsi ambisiyaları naminə ismarıclar ünvanladığı cəmiyyətdən hansı üzlə və hansı mənəvi haqla özünə, başçılıq etdiyi partiyaya sosial dayaq uma bilər?
Bu bir həqiqətdir ki, Azərbaycan cəmiyyəti AXCP sədri Əli Kərimlini hər zaman mənfi ampluada görüb. Bu, o şəxsdir ki, öz lideri Əbülfəz Elçibəyə xəyanət yolu tutub, bir vaxtlar sıralarında olduğu Azərbaycan Xalq Cəbhəsinə intriqalar toxumu səpərək hərəkatı parçalayıb və onun əsasında indi sədri olduğu AXCP-ni qurub. Bu gün rəhbərlik etdiyi partiya onun şəxsi monopoliyasındadır. Ə.Kərimlinin müxtəlif mənbələrdən partiyaya və onun nəzarətində olan mətbu orqanlara ayrılan vəsaitləri mənimsədiyi, bu pullarla özünə dəbdəbəli həyat qurduğu barədə çoxsaylı faktlar aşkarlanıb. Elə bu yaxınlarda mətbuatda AXCP sədrinin oğlunun xaricdə təhsil almasına hər il 100 min dollara yaxın pul xərclədiyinə, özünə bahalı markadan olan avtomobil aldığına və bunu radikallara açıq-aşkar acıq verirmiş kimi nümayiş etdirməsinə dair maraqlı məlumatlar yayıldı. Haqqında bir cümləlik xəbərə belə dərhal reaksiya verən, təkzib istəyib məhkəmələrə qədər getməkdən usanmayan Əli Kərimli bu dəfə yayılan məlumatların gündəmdən tez çıxması naminə susmağa və hətta bir müddət mətbuatdan yayınmağa üstünlük verdi. AXCP sədri iddia edir ki, o, partiyadan bir qəpik də olsun məvacib almır. Sual olunur: Bəs Əli Kərimli bu qədər xərcləri necə, hansı pullarla qarşılayır?
Əli Kərimli tez-tez gündəmə yalnız çiyindaşlarına keçmiş və bugünkü xəyanətləri, rəhbərlik etdiyi partiyada qurduğu şəxsi üsul-idarə, yol verdiyi mənimsəmələrlə deyil, həm də mütəmadi qaydada səsləndirdiyi müxtəlif cəfəng fikirlərlə gəlir. Sırf təsadüf nəticəsində baş verən bədbəxt hadisələr, ailə-məişət zəminində yaranan münaqişələr, hansısa jurnalistin məqsədli şəkildə yaydığı yalan məlumatlara, təhqirlərə görə sivil cəmiyyətin tələblərinə uyğun qaydada hüquqi məsuliyyətə cəlb edilməsi və bu kimi digər faktlar AXCP-nin sədrinin improvizasiyasında əlaqədə olduğu, vaxtaşırı qrantlar, ianələr aldığı “beynəlxalq” təşkilatlara Azərbaycanda insan haqlarının, mətbuat azadlığının pozulmasına dair “faktlar” kimi çatdırılır və onlardan kömək istənilir.
AXCP sədri Əli Kərimli bu günlərdə “Facebook” səhifəsində paylaşdığı statusunda yenə təxribat xarakterli bir sıra cəfəng fikirlər səsləndirib. Belə ki, Əli Kərimli əsgər ölümü, korrupsiya və digər neqativ halların unudulduğunu bildirib, cəmiyyətin bu məsələlərə reaksiya verməməsindən gileylənib, problemin səbəbini belə hadisələrin adiləşməsi ilə əlaqələndirib. İş o yerə çatıb ki, xalqı ətalətə qapanmaqda suçlamağa özündə cəsarət tapan AXCP-nin sədri “Azərbaycan cəmiyyəti ölüb” deyir.
Əsgər ölümlərindən bəhs edən Əli Kərimli yazır ki, unutqan olmağa haqqımız yoxdur. Görünür, AXCP-nin sədri əlinə qələm alanda özünə o qədər aludə olur ki, nə yazdığının fərqinə varmır və yaxud onda yaddaşsızlıq sindromu yaranıb, bu səbəbdən də yaxın tarixi, daha dəqiq desək, özünün də təmsil olunduğu AXC-Müsavat hakimiyyəti dövrünün tük ürpədən olaylarını yaddan çıxarıb. 1992-1993-cü illərdə avtobusla gəlib məhələlərdən kişiləri toplayıb aparırdılar. Üstündən 1-2 saat keçəndən sonra görürdük ki, kimin maliyyə imkanı yaxşıdı, onu aparmayıblar, artıq evindədir. Demək olar ki, hər gün cəbhədən ölüm xəbərləri gəlirdi. Eşidirdik ki, filankəsi özümüzünkülər vurub, filankəsi özümüzünkülər satıb. Xeyli hərbçi isə postları atıb, silahları ilə öz rayonuna gedir, orada özünəməxsus “qəhrəmanlıq” göstərirdilər. O dövrün özbaşınalıqlarını sadalamaqla bitmir. Görəsən, xalqımız bütün bunları unudubmu? O dövrdə hakimiyyətdə olan Əli Kərimli kimilər bu gün müstəqil Azərbaycanın tam formalaşmış ordusu haqqında çirkin fikirlər səsləndirməkdən, xalqı heç bir əsası olmadan unutqanlıqda ittiham etməkdən utanmırmı? Silahla davrana bilməyən, müharibə şəraitinə psixoloji cəhətdən hazırlanmayan gənclərin həyatlarının AXC-Müsavat iqtidarının diletant rəhbərlərinin günahı ucbatından çox tez qırılması heç Əli Kərimlinin vicdanını tərpədirmi? Görünür ki, yox! Tərpətsəydi, o, ordumuzda hansısa bir səbəb üzündən baş verən və bizi çox ağrıdan əsgər ölümlərindən belə boğazdan yuxarı danışmazdı.
Əli Kərimlinin “əsgər ölüb, insanlar nə üçün mitinqlərə çıxmır” məntiqinin arxasında onun hansı məqsədlər güddüyü aydın görünür. Radikalların digər təmsilçiləri kimi, AXCP-nin sədri də partiyasının nüfuzdan düşməsinin, sosial dayaqdan məhrum qalmasının fərqindədir. Əsgər ölümlərinə görə təşkil olunacaq mitinqlər Əli Kərimliyə və onun kimilərinə əlaqədə olduqları məlum dairələrə “bizim güclü sosial dayağımız var, biz mitinqlər təşkil edirik” məzmunlu hesabatlar göndərmək və təbii ki, bunun müqabilində müvafiq həcmdə qrantlar almaq üçün gərəkdir.
Hansı şəraitdə baş verməsindən asılı olmayaraq, əsgər ölümləri cəmiyyət üçün, dövlət və xalq üçün çox ağrılı bir haldır. Hər bir normal insan bundan kədərlənir və üzülür. Ancaq belə hallardan çirkin konyuktur məqsədlər naminə istifadə etmək, siyasi dividendlər qazanmağa çalışmaq heç bir mənəviyyata sığmır.
AXCP-nin sədrinin haqqında bəhs olunan “Facebook” yazışmasında diqqəti çəkən məqamlardan biri də onun fəaliyyəti dayandırılmış Azərbaycan Beynəlxalq Universitetinin sabiq rektoru Elşad Abdullayevin yaydığı videolara cəmiyyətin lazımi diqqət göstərməməsindən şikayətlənməsidir. İddialar sərgiləyən, özünü radikal düşərgənin əsas güc mərkəzi sayan bir partiyanın rəhbərinin sosial mediada ictimai müzakirəyə çıxardığı məsələnin məğzi ondan ibarətdir ki, insanlar işlərini-güclərini atıb rüşvətxorluqda, digər belə bədnam əməllərdə ad çıxaran birisinin yaydığı videoları “layk” etməklə məşğul olmalıdırlar.(?!) Hə, bax, bu, Əli Kərimli məntiqidir. Görünür, rüşvətxor rektorun müdafiəsinin təşkili Əli Kərimlinin və onun partiyasının yeni prioritetləri sırasına daxil edilib. Əks halda, öz maraqlarından bir addım da uzağı görməyən Əli Kərimli Elşad Abdullayevin videolarının az izlənməsinə görə cəmiyyəti laqeydçilikdə qınamaq cəsarəti nümayiş etdirməzdi.
Azərbaycan cəmiyyəti antimilli və xəyanətkar müxalifətin bu cür iddialarına heç vaxt reaksiya verməyib. Bu müxalifət 20 ildir eyni şeyləri təkrar edir, insanların hisslərinə toxunmaqla onları qıcıqlandırmağa çalışır, amma nə mitinqlərə adam gəlir, nə seçkilərdə onlara dəstək verilir. Küçələrə “xalqın etirazı adı altında yığdıqları 50-100 nəfər də onların ailə üzvləri, qohumları və müxalifət fəallarıdır. Vətəndaşlar həmin adamların hakimiyyəti dövrünü unutmayıblar, indi isə ölkənin günbəgün dəyişməsindən, müasirləşməsindən məmnundurlar, rifahlarının yüksəldiyini öz həyatlarında hiss edirlər və buna görə də, müxalifətin avantürasına, süni ajiotaj yaratmaq cəhdlərinə reaksiya vermirlər. Onların nəzərində adiləşən cılız, miskin, xəyanətkar müxalifətdir ki, ona da həmişə öz layiq olduğu yeri göstəriblər və bundan sonra da göstərəcəklər.
AXCP-nin sədri Əli Kərimlinın Azərbaycan cəmiyyətini laqeydçilikdə ittiham etməsi qınından çıxan bağanın öz qınını bəyənməməsini xatırladır. Görəsən, Əli Kərimli yuxarıdan aşağı baxdığı, saymazyana münasibət bəslədiyi, daim yalnız öz ambisiyaları naminə ismarıclar ünvanladığı Azərbaycan cəmiyyətindən hansı üzlə və hansı mənəvi haqla özünə, başçılıq etdiyi partiyaya sosial dayaq uma bilər?

 
  • Oxunub:  25260  |  
  • Tarix:  03-08-2013  |  
  •    Çap et   |  
Get Adobe Flash player
Azərbaycanda sosial infrastruktur quruculuğu daimi prosesə çevrilib

12 Noyabr 17:28
Bakıda VI “Alüminium” Beynəlxalq Müasir İncəsənət Biennalesi keçiriləcək
12 Noyabr 17:27
Vyanada Azərbaycan turizm potensialının təqdimatı olub
12 Noyabr 17:24
Elektron hökumətin formalaşdırılması istiqamətində qarşıda duran vəzifələr müzakirə edilib
12 Noyabr 17:23
Heydər Əliyev Beynəlxalq Aeroportunda yeni uçuşların təhlükəsizliyinin idarə edilməsi sistemi tətbiq olunub
12 Noyabr 17:05
Təhsil naziri Fransada səfərdədir
12 Noyabr 16:54
BŞBPİ qanunsuz piketə cəhdlə bağlı məlumat yayıb
12 Noyabr 16:51
Siyavuş Novruzov: Qanunsuz aksiya keçirməyə cəhdin məqsədi ölkədə ictimai-siyasi sabitliyi pozmaq, xarici dairələrin tapşırıqlarını yerinə yetirməkdir
12 Noyabr 16:49
Bu il Azərbaycanda sosial xidmət mərkəzlərinin sayı 3,5 dəfə artırılıb
12 Noyabr 16:46
Prezident İlham Əliyev: Bu il pambıqçılıqda rekord göstəriciyə nail olmuşuq
12 Noyabr 16:45
Heydər Əliyev Mərkəzində “Heydər Əliyev və Azərbaycan tarixi” VI ümumrespublika bilik yarışı keçirilib
12 Noyabr 16:43
Diasporla İş üzrə Dövlət Komitəsinin nümayəndə heyəti Avstriyada səfərdədir
12 Noyabr 16:36
Yuta Ştat Senatoru: Azərbaycan multikulturalizm kimi humanist dəyərləri dünyada öz nümunəsində layiqincə tətbiq edir
12 Noyabr 16:34
Yeni Azərbaycan Partiyası Yevlax rayonunda birinci qrup Qarabağ müharibəsi əlili Tahir Həsənova fərdi ev tikəcək
12 Noyabr 16:32
Dövlət Bayrağı Günü ölkəmiz üçün ən tarixi günlərdən biridir
12 Noyabr 16:26
Zakir Həsənov əməliyyat təlimlərinin başlanması ilə bağlı məruzələri dinləyib
12 Noyabr 16:20
Azərbaycan UNESKO-nun 40-cı Baş Konfransı sessiyasının vitse-prezidenti seçilib
12 Noyabr 16:07
Prezident İlham Əliyev Şirvan şəhər, Zərdab, Bakının Suraxanı, Yasamal, Xətai rayonlarına yeni təyin olunan icra hakimiyyəti başçılarını qəbul edib
12 Noyabr 15:59
ABŞ nümayəndə heyəti ölkəmizdə İKT sahəsində həyata keçirilən layihələr barədə məlumatlandırılıb
12 Noyabr 15:48
Berlində AŞPA-nın komitələrinin iclasları keçiriləcək
12 Noyabr 15:38
İnformasiya təhlükəsizliyinin aktual problemləri ilə bağlı V respublika konfransı keçiriləcək
12 Noyabr 15:37
Qubada Çağacıq çayı üzərində inşa olunan daha bir körpü istifadəyə verilib
12 Noyabr 15:28
Ziyafət Əsgərov: Azərbaycan əraziləri hesabına ikinci erməni dövlətinin yaradılmasına yol verə bilmərik
12 Noyabr 15:14
Hüquqi şəxslərin təsisçisinin vergi öhdəliyi
12 Noyabr 15:10
Dekabrda Kiyevdə GUAM biznes forumu keçiriləcək
12 Noyabr 15:06
“Caspian Ecology” sərgisi 10 il ərzində dünyanın 15 ölkəsindən 500-dən çox şirkəti bir araya gətirib
12 Noyabr 14:52
Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində növbəti monitorinq keçiriləcək
12 Noyabr 14:35
Milli Kitabxanada “12 noyabr – Konstitusiya Günüdür” adlı kitab sərgisi açılıb
12 Noyabr 14:18
Mikayıl Cabbarov: Azərbaycanda “kölgə” iqtisadiyyatı ilə bağlı həyata keçirilən islahatlar sosial layihələrin maliyyələşməsinə imkan yaradıb
12 Noyabr 14:08
Noyabrın 14-15-də Bakıda Dünya dini liderlərinin II Sammiti keçiriləcək
12 Noyabr 13:54
Azərbaycan Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı çərçivəsində nəqliyyat sahəsində keçirilən tədbirlərə sədrlik edib
12 Noyabr 13:45
Samir Şərifov: Büdcənin ənənəvi olaraq sosialyönümlülüyü təmin ediləcək
12 Noyabr 13:43
UNESKO-nun 40-cı Baş Konfransı işə başlayıb
12 Noyabr 13:33
Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyində doqquz ayın nəticələri müzakirə olunub
12 Noyabr 13:27
Əli Nağıyev: Dini-ekstremist və terrorçu qrupların fəallaşmaq cəhdləri beynəlxalq təhlükəsizliyi hələ də ciddi təhdid edir
12 Noyabr 13:05
Milli Məclisin Sədri: 2020-ci ilin büdcə zərfləri ölkədəki müsbət dəyişiklikləri əks etdirir
12 Noyabr 12:59
Məzahir Pənahov: Bələdiyyə seçkilərini izləmək üçün 15 ölkəyə dəvət göndərilib
12 Noyabr 12:55
Fərid Şəfiyev: Öz müqəddəratını təyinetmə hüququnun icrası yalnız Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həyata keçirilməlidir
12 Noyabr 12:48
On ay üzrə istehlak bazarında qiymətlər açıqlanıb
12 Noyabr 12:31
Azərbaycan Ordusunun genişmiqyaslı əməliyyat təlimi başlayıb
12 Noyabr 12:22
Milli Məclisdə 2020-ci ilin dövlət büdcəsi layihəsinin müzakirəsinə başlanılıb
12 Noyabr 11:50
Konstitusiya Məhkəməsinin kollektivi Fəxri xiyabanda ulu öndər Heydər Əliyevin məzarını ziyarət edib
12 Noyabr 11:47
Oklahoma-Azərbaycan Kənd Təsərrüfatı Forumu keçirilib
12 Noyabr 11:41
Azərbaycan və Birləşmiş Ərəb Əmirlikləri arasında Hökumətlərarası Komissiyanın 7-ci iclası keçiriləcək
12 Noyabr 11:39
Hirkan milli parkında ilk veloyürüş keçirilib
12 Noyabr 11:38
Noyabrın 12-si Dünya Pnevmoniya ilə Mübarizə Günüdür
12 Noyabr 11:28
Ağstafa-Yenigün-Xətai-Qaçaq Kərəm-Poylu-Xılxına avtomobil yolu yenidən qurulub
12 Noyabr 11:26
BMT-nin Baş katibi bəşəriyyətin üzləşdiyi beş təhlükə haqqında danışıb
12 Noyabr 11:25
YAP Gəncə şəhər təşkilatının qərargahında partiyanın Gəncə şəhər, Binəqədi və Pirallahı rayon təşkilatlarının konfransı keçirilib
12 Noyabr 11:20
Göyçayda XIV Nar festivalı keçirilib
12 Noyabr 11:18
YAP Gəncə şəhər təşkilatı imzatoplama kampaniyasını uğurla başa çatdırıb
12 Noyabr 11:08
Bu gün Milli Məclisdə büdcə müzakirələri başlayır
12 Noyabr 11:07
BMT Sivilizasiyalar Alyansının Ali nümayəndəsinə Azərbaycan Respublikası diplomatik xidmətinin 100 illiyi medalı təqdim edilib
12 Noyabr 11:03
12 noyabr - Konstitusiya Günüdür
12 Noyabr 10:05
Konstitusiyamız və milli ideologiyamız
12 Noyabr 10:02
Şanxay idxal sərgisində 71,13 milyard dollarlıq razılaşmalar əldə olunub
12 Noyabr 09:58
Birinci vitse-prezident Mehriban Əliyeva Konstitusiya Günü münasibətilə Azərbaycan xalqını təbrik edib
12 Noyabr 09:37
Moldova Paralimpiya Komitəsinin prezidenti Bakıya gəlib
12 Noyabr 09:35
Ermənistan silahlı qüvvələrinin bölmələri atəşkəs rejimini 23 dəfə pozub
11 Noyabr 22:51
Qədim Xivə şəhərində Azərbaycan-Özbəkistan dostluğuna həsr olunan tədbir keçirilib
11 Noyabr 22:32
Azərbaycanın Dövlət Bayrağı Günü Ankarada qeyd olunub
11 Noyabr 20:00
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Bakının Xətai rayonunda ağacəkmə aksiyasında iştirak ediblər
11 Noyabr 18:19
Azərbaycan XİN Lavrovun Yerevanda Ermənistan-Azərbaycan münaqişəsinə dair səsləndirdiyi fikirlərə münasibət bildirib
11 Noyabr 17:55
Azərbaycan Ordusu miqyasında əməliyyat təlimi keçiriləcək
11 Noyabr 17:40
Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirilib
10 Noyabr 16:16
Düşənbədə MDB ölkələrinin səhiyyə sahəsində Əməkdaşlıq Şurasının XXX yubiley iclası keçirilib
10 Noyabr 16:06
“Modern Diplomacy” portalında Ermənistanda faşistlərin və terrorçuların qəhrəmanlaşdırılmasına dair məqalə yayılıb
10 Noyabr 16:01
Mustafa Kamal Atatürkün vəfatının 81-ci ildönümü Türkiyədə müxtəlif tədbirlərlə qeyd edilir
10 Noyabr 15:55
Naxçıvan Qarnizonu qoşunlarında Dövlət Bayrağı Günü silsilə tədbirlərlə qeyd edilib
10 Noyabr 13:57
Sabah ölkə ərazisində havanın temperaturu 23 dərəcəyə yüksələcək
10 Noyabr 11:58
Azərbaycanlı tələbələr Qars şəhərinin küçə və meydanlarında dövlət bayrağımızı dalğalandırıblar

Video

 

Müsahibə

»»»
 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
HAVA HAQQINDA
Bakı
gündüz+17 +21
gecə+9 +13