Ana səhifə »  Müəlliflər »  İsa Qəmbər xisləti və yaxud “qara qızın” dərdi varmış
A+   Yenilə  A-
İsa Qəmbər xisləti və yaxud “qara qızın” dərdi varmış
Yazdı: Mübariz Abdullayev

“Müsavat” başqanının açıqlamaları radikal düşərgədəki parçalanmanı daha da sürətləndirəcək
Radikal müxalifət təmsilçilərinin səsləndirdikləri cəfəng fikirlərdən, sərgilədikləri əməllərdən bəlli olur ki, onlar “bir dam altına”, yəni qondarma “Milli şura”ya sırf özəl maraqlarının təmin olunması naminə yığışıblar. Çünki dağıdıcı düşərgədə təmsil olunan Əli Kərimli, İsa Qəmbər, Eldar Namazov, Rüstəm İbrahimbəyov və digərləri daim, necə deyərlər, közü öz qabağına çəkmək siyasəti yürüdürlər. Bu səbəbdən də, radikalların mövqeləri heç vaxt üst-üstə düşmür, onlar hər an şəxsi mənafelərindən çıxış edərək düşərgə yoldaşlarının səsləndirdikləri fikirlərə dərhal əks-reaksiya verir, hətta qarşılıqlı ittihamları dilə gətirməkdən belə çəkinmirlər.
İsa Qəmbərin hələ də namizədlik iddiası sərgiləməsi “Milli şura” daxilində qütbləşmə yaradıb
KİV-də dərc edilən xəbərlərdən bəlli olduğu kimi, “Müsavat”ın başqanı İsa Qəmbər “Milli şura” üzvlərinin Tbilisidə keçirilən görüşündən sonra “Azadlıq” radiosuna verdiyi müsahibədə qondarma qurumun qərarına zidd gələn “Rüstəm İbrahimbəyov avqustun 31-də bizimlə birlikdə Bakıya qayıtmalı idi” fikrini səsləndirib. Bundan başqa “Müsavat”ın başqanı yenə də bəzi fikirlərlə gündəmi zəbt etmək istəyib: “Mən Rüstəm İbrahimbəyovun vətəndaşlığı ilə bağlı məsələnin Vladimir Putin və İlham Əliyevin əlində qalması gerçəkliyini dəyişdirmək istiqamətində addımlar atmağı zəruri hesab edirəm. Atmosfer tələb edir ki, demokratik düşərgə, “Milli şura” Konstitusiya çərçivəsində addımları ilə hakimiyyəti qanunsuz addımlara sövq etsin”.
Məlum olduğu kimi, Rüstəm İbrahimbəyovun Rusiya vətəndaşlığı məsələsi Azərbaycan cəmiyyətinin və hakimiyyətinin problemi, həmçinin Rusiya ilə Azərbaycan arasında danışıqlar predmeti deyil. Bu, Rusiya prezidentinin səlahiyyətlərinə aid məsələdir. Belə olduğu təqdirdə görəsən, “Milli şura” bu məsələni necə nəzarətə götürəcək və hansı yolla Azərbaycan hakimiyyətini qeyri-qanuni hərəkətlərə sövq edəcək? İsa Qəmbərin məntiqindən görünür ki, hakimiyyətin qeyri-qanuni hərəkəti istənilən yolla R.İbrahimbəyovun prezidentliyə namizədliyinin qarşısının alınmasını ehtiva edir. Bu isə İ.Qəmbərin namizədliyinə yol açır. Sən demə, “qara qızın” dərdi varmış. Yəni, “Müsavat” başqanı sözdə İbrahimbəyovu tərifləyir, əməldə isə onun qarşısına sədlər düzür. Buna da İsa Qəmbər xisləti deyərlər.
Əslində, İsa Qəmbərin qoca kinodramaturq Rüstəm İbrahimbəyovun “Milli şura”nın “vahid namizəd”liyinə gedən yolunu kəsmək cəhdləri təzə söhbət deyil. Hələ qondarma qurum Rüstəm İbrahimbəyovu “vahid namizəd” müəyyənləşdirərkən “Müsavat”ın başqanı ikibaşlı, müxtəlif şərhlərə yol açan fikirlər səsləndirmişdi. O, sözdə Rüstəm İbrahimbəyovun namizədliyini dəstəklədiyini bildirsə də, seçkilərə namizəd kimi qatılmaq iddiasından da geri çəkilməyərək bunun müəyyən şərtlər daxilində mümkün olacağını bildirmişdi. Həmin şərtlərin mahiyyəti belədir: Rüstəm İbrahimbəyov Vətənə dönsün, namizədliyini qeydə aldırsın, yalnız bundan sonra İsa Qəmbərin namizədlik iddiasının geri götürülməsi partiyanın müzakirəsinə çıxarıla bilər. Bu isə bir növ İsa Qəmbərin yol verdiyi iqtisadi xarakterli cinayətlərə görə, Vətənə dönməyə cəsarət etməyən Rüstəm İbrahimbəyovu dalana dirəməsi, ondan mümkün olmayanı istəməsi deməkdir. Rüstəm İbrahimbəyovun Vətənə dönməkdən qorxması və onun namizədliyinin qeydə alınmasında hüquqi maneələrin ortaya çıxa biləcəyi ehtimallarını əsas tutan “Müsavat”çıların qənaətləri belədir ki, seçkiqabağı dövrdə namizədsiz qalacaq “Milli şura” “hazır namizəd” olan İsa Qəmbəri dəstəkləməkdən başqa çıxış yolu tapmayacaq.
Təbii ki, “Milli şura”da təmsil olunan AXCP, ACP kimi iddialı partiyalar, “El” hərəkatı İsa Qəmbərin manevrlərinin arxasında dayanan niyyəti yaxşı başa düşürlər və onun qabaqdangəlmişliyini önləməyə çalışırlar. AXCP-nin səyləri sayəsində “Milli şura”da İsa Qəmbəri gözdənsalma kampaniyası aparılır. “Müsavat”ın başqanının Tbilisidən qayıtdıqdan sonra səsləndirdiyi fikirlər qurumun təmsilçiləri tərəfindən dərhal rədd edilib. Qondarma “El” hərəkatından “Milli şura”nın üzvü olan Eldəniz Quliyev qurumun Tbilisi görüşündə iştirak edən 20 üzvündən 19-nun İsa Qəmbərin “Rüstəm İbrahimbəyov bizimlə birlikdə Bakıya dönməli idi” fikrinə qarşı çıxdığını bildirib. AXCP-nin sədr müavini Fuad Qəhərəmanlı isə bu xüsusda təmsil etdiyi partiyanın mövqeyini belə ifadə edib: “Düşünürəm ki, bu məsələdə ayrı-ayrı şəxslərin fikrinə yox, bütövlükdə “Milli şura”nın qərarına hörmətlə yanaşmaq lazımdır”.
“Müsavat” başqanının yenə də özəl məqsədlərə hesablanan “ehtiyat namizəd”lə bağlı təklifi də təpki ilə qarşılanıb
Bir sözlə, görünən odur ki, “Müsavat”çılar öz iddialarını reallaşdırmaq məqsədilə ən müxtəlif vasitələrə əl atırlar. Namizədlik iddialarından hələ də geri çəkilmədiyinə və yuxarıda bəhs etdiyimiz səslənməsinə görə qınaqlarla üz-üzə qalan İsa Qəmbər indi də “Milli şura” “ehtiyat namizəd” müəyyənləşdirməlidir” təklifi ilə gündəmə gəlib. İsa Qəmbər deyib: “Rüstəm İbrahimbəyovun namizədliyi qalmaq şərti ilə digər bir intellektualı namizəd kimi müəyyənləşdirək və avqustun 9-da seçki kampaniyası başlanan kimi həmin namizədin irəli sürülməsi işləri ilə məşğul olmağa başlayaq”.
İsa Qəmbər bu təkliflə əslində “Milli şura”da “Rüstəm İbrahimbəyov Bakıya dönəsi deyil” qənaəti yaratmaq və nəzərləri öz personasına yönəltmək istəyir. Müşahidəçilər o fikirdədirlər ki, İsa Qəmbər “digər bir intellektual” dedikdə məhz özünü nəzərdə tutur.
“Müsavat”ın başqanının “Milli şura”nın “ehtiyat namizəd” kimi tanınması ehtimalının gündəmə gəlməsi AXCP-də ciddi narahatlıq yaradıb. Bəzi məqamlara görə, bununla bağlı AXCP rəhbərliyinin məxfi görüşü keçirilib. Görüşdə, eyni zamanda, cəmiyyətdə İsa Qəmbərin “Milli şura”nın “ehtiyat namizəd”i kimi tanınması da ciddi müzakirə mövzusu olub. AXCP-nin “Facebook”da çalışan qrupuna qəti göstəriş verilib ki, İsa Qəmbər rəsmən namizədlikdən imtina edənə qədər “Müsavat” əleyhinə fəaliyyət davam etməlidir. Lakin bu “cəbhəçilər”in adı ilə deyil, başqa profillərlə aparılmalıdır. Əli Kərimli “Müsavat”ın bir neçə dəfə müxalif düşərgəyə satqınlığına dair xəbərləri paylaşmağı, o cümlədən, 2005-ci ildə İsa Qəmbərin meydanı tərk etməsi faktorunu qabartmağı tapşırıb. “Müsavat” əleyhinə qara piar kampaniyasına AXCP sədrinin müavini Fuad Qəhrəmanlı nəzarət edəcək.
Bu arada “Milli şura”nın üzvü Eldəniz Quliyev “Azadlıq” qəzetinə müsahibəsində İsa Qəmbərin prezident seçkilərində iştirak etmək niyyətində olmasını və bu məsələdə Müsavat Partiyası funksionerlərinin onu dəstəkləməsini səhv addım hesab etdiyini deyib: “İsa Qəmbərin fikri hələ ki, ətraflı düşünülməmiş, ölçülüb-biçilməmiş təklifdir. Mən “Müsavat”dakı dostlarıma tövsiyə edərdim ki, siyasi performansdan uzaq olsunlar”.
E.Quliyev “Milli şura”nın digər üzvlərinin də seçkilərdə namizədliyini irəli sürməyə haqlarının çatdığını bildirib: “O zaman mən sual edirəm. Belə olan halda nəyə görə Əli Kərimli, Lalə Şövkət, Eldar Namazov, Rəsul Quliyev və Mirmahmud Mirəlioğlu namizədliyini irəli sürməsin?”
Əslində, Eldəniz Quliyev niyə tələsir ki, yaxın zamanlarda Əli Kərimli, Lalə Şövkət, Eldar Namazov, Rəsul Quliyev və Mirmahmud Mirəlioğlu da prezident seçkilərində namizədliklərini irəli sürəcəklər. Elə, Eldəniz Quliyevin özü də namizədliyini irəli sürsün. Sonra gec olar, qələbə şansını itirə bilər. Özü demişkən, “siyasi performansdan” uzaq durmaması məsləhətdir.
Rüstəm İbrahimbəyov siyasətlə kino çəkməyi, “Milli şura” ilə “Kinematoqrafçılar ittifaqı”nı qarışdırır
Yeri gəlmişkən, R.İbrahimbəyov bu günlərdə mətbuata verdiyi müsahibədə: “Son vaxtlar ölkədə müxalifətə qarşı repressiyalar bir qədər də artıb” deyə iddia edib. Jurnalistin “Məsələn” sualına cavabında R. İbrahimbəyov deyib: “Məsələn, mənim təşkilatım-Kinematoqrafçılar İttifaqı”.
Əcəba, müxalifət hara, yaradıcı ittifaq hara. Bu adam lap başını itirib. Digər tərəfdən, R.İbrahimbəyov etiraf edir ki, tam başqa bir funksiya yerinə yetirməli olan bir yaradıcı təşkilatı siyasi proseslərə cəlb edib. Onda köhnə ittifaqın üzvlərinin etiraz edərək yeni qurum yaratmalarında qeyri-adi bir şey axtarmaq, üstəlik hakimiyyətin guya təzyiq göstərdiyini iddia etmək yersizdir. Rüstəm İbrahimbəyov artıq ifrata varıb və nə danışdığını özü də bilmir.
Qeyd edək ki, qoca kinodramaturqun bu əməlləri artıq radikalların özlərini də təngə gətirib. Məsələn, “Yeni Müsavat” qəzetində dərc olunan “İbrahimbəyova gerçək Oskar düşür” başlıqlı məqalədə bildirilir: “İbrahimbəyov heç zaman Oskar almayıb. Oskarı rejissor işinə görə alan Nikita Mixalkov olub. Lakin bunu biz də hər zaman yalandan yazdıq - “Oskarlı həmyerlimiz” deyə. Üflədik, şişirtdik ki, inandığımız liderlərin bizim başımıza gətirdiyi ağsaqqalı böyük göstərək; daha dəqiq desək, böyük görək, təsəlli tapaq, öz yalanımıza da, ağsaqqala da inanaq”.
Məqalədə daha sonra deyilir ki, R.İbrahimbəyov “Azərbaycan müxalifətini bu cür mələtməsinə, sındırmasına, məğlub etməsinə görə Oskara layiqdir. Bu, onun ən uğurlu ssenarisi idi. Bu, onun ən müdhiş rejissor işi idi”.
Məqalə müəllifi onu da qeyd edib ki, qoca kinodramaturq “siyasi liderləri və bütün Azərbaycan xalqını barmağına doladı və ortalardaca buraxıb, getdi işinin dalınca”.
Hə, necə deyərlər, görünən dağa nə bələdçi. Yəni hamı əvvəldən deyirdi ki, İbrahimbəyov kino çəkir, radikallar inanmırdılar. İndi gördünüzmü? Ay zalımlar, bəs bilmirdiniz ki, şarı o qədər üfürüb şişirdəndə partlaya bilər?! İndi üfunətini qoxuyun və həzz alın. “Siyasi liderlər” dediyiniz adamlar isə bu dəfə “Axmaq və ondan da axmaq” filminin qəhrəmanlarını da geridə qoydular.

 
  • Oxunub:  24840  |  
  • Tarix:  06-08-2013  |  
  •    Çap et   |  
Get Adobe Flash player
Azərbaycan Avrasiyada strateji nəqliyyat mərkəzinə çevrilir

25 İyun 21:03
Ali hərbi rütbələrin təqdimetmə mərasimi keçirilib
25 İyun 20:52
Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
25 İyun 20:47
Azərbaycan nümayəndə heyəti İsveçrəyə səfər edəcək
25 İyun 20:44
Elmira Süleymanova: BMT-nin Dövlət Xidmətləri Forumu Dayanıqlı İnkişaf Məqsədlərinin müxtəlif aspektlərinə yönəlib
25 İyun 20:41
İyunun 26-da “ASAN xidmət” və "ASAN Kommunal" mərkəzlərində qeyri-iş günüdür
25 İyun 20:35
Monteneqronun Baş Nazirinin Azərbaycana rəsmi səfəri başa çatıb
25 İyun 20:31
Mübariz Qurbanlı: Azərbaycanın dövlət-din modeli dünya ölkələri üçün örnəkdir
25 İyun 20:17
Gədəbəy rayonunda ilk dəfə Milli Yaylaq Festivalı keçiriləcək
25 İyun 19:54
AŞPA-nın komitə iclasında azərbaycanlı deputatın məruzəsi qəbul olunub
25 İyun 19:38
AŞPA-da azərbaycanlı deputat İstanbul Konvensiyasından danışıb
25 İyun 19:35
AŞPA-da azərbaycanlı mülki girovların məsələsi müzakirə olunub
25 İyun 19:20
İsrail qəzeti: Azərbaycanda yəhudilər cəmiyyətin ayrılmaz bir hissəsi kimi qəbul edilir
25 İyun 19:15
Azərbaycan Milli Olimpiya Komitəsinin vitse-prezidenti Belarusun yerli kanalına xüsusi müsahibə verib
25 İyun 19:10
Bakı Şəhər İcra Hakimiyyəti: Çimərlik ərazilərinə giriş pulsuzdur
25 İyun 19:00
Polşanın Azərbaycandakı səfirinin diplomatik fəaliyyəti başa çatır
25 İyun 18:37
Monteneqronun Baş Naziri Heydər Əliyev Mərkəzi ilə tanış olub
25 İyun 18:29
Qazaxıstan Respublikasının Birinci Prezidentinin – Elbası Kitabxanasının direktoru Prezident Kitabxanasında olub
25 İyun 18:23
Baş Nazir Duşko Markoviç Monteneqronun Azərbaycandakı fəxri konsulluğunda olub
25 İyun 18:21
Heç kim kənarda qalmadan inklüziv və bərabər xidmətlərin göstərilməsi
25 İyun 18:15
Rauf Əliyev: Azərbaycan Ordusu işğal altında olan torpaqlarımızı azad etməyə tam hazırdır
25 İyun 18:05
Şəkidə “Müasir çağırışlar: dini durum və vəzifələr” mövzusunda regional konfrans keçirilib
25 İyun 18:00
Hüseynbala Mirələmov: Prezidentimizin uğurlu kadr islahatları dövlət idarəçiliyinin təkmilləşdirilməsinə xidmət edir
25 İyun 17:41
Azərbaycan və Monteneqro arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın yekunlarına dair protokol imzalanıb
25 İyun 17:37
Azərbaycan qadınları ictimai həyatın bütün sahələrində fəallıqları ilə seçilirlər
25 İyun 17:34
Terri Miller: Azərbaycan “İqtisadi Azadlıq İndeksi”ndə ən böyük irəliləyiş edən ölkədir
25 İyun 17:30
Naxçıvanda taxıl biçini mütəşəkkil aparılır
25 İyun 17:23
Dayanıqlı İnkişaf Məqsədlərinə nail olmaq üçün həssas qrupların sosial müdafiəsi ilə bağlı yeniliklər
25 İyun 17:20
Birinci vitse-prezident Mehriban Əliyeva görkəmli alim Şirməmməd Hüseynovun hüzr mərasimində iştirak edib
25 İyun 17:13
Səmərəli və məsuliyyətli dövlət qurumlarının inkişafı
25 İyun 17:09
Gövhər Baxşəliyeva: Sosialyönümlü sənədlərin hər biri Azərbaycan vətəndaşının rifahının yüksəldilməsinə xidmət edir
25 İyun 17:06
Qarabağ qazisi Kamil Musəvi İlahiyyat İnstitutunun tələbələrinə döyüş yolundan danışıb
25 İyun 17:02
Cavanşir Paşazadə: Əhalinin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində genişmiqyaslı tədbirlər uğurla davam etdirilir
25 İyun 17:00
Adil Əliyev: Azərbaycan Silahlı Qüvvələri NATO standartlarına cavab verən səviyyədə formalaşıb
25 İyun 16:51
Avropa Şurası kürsüsündən yalan və saxtakarlığın Ermənistanın real sifəti olması bəyan edildi
25 İyun 16:46
Çinin vitse-prezidenti: Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin keçirdiyi Qlobal Bakı Forumu çox əhəmiyyətlidir
25 İyun 16:36
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar naziri Oğuzda, nazirin birinci müavini Qəbələdə vətəndaşları qəbul edib
25 İyun 16:34
Gədəbəy rayonunun daha üç yaşayış məntəqəsinə təbii qaz verilib
25 İyun 16:21
Səməd Seyidov: Etnik təmizləmə aparan, monoetnik ölkə demokratiyadan danışa bilməz
25 İyun 16:12
İşçilərin məzuniyyət hüquqları barədə işəgötürənlərə ətraflı məlumatlar verilib
25 İyun 16:00
Çoxmənzilli binaların istismarına icazə verilməsinin sadələşdirilməsinə dair Fərmanın icrası davam etdirilir
25 İyun 15:55
Nazir: Azərbaycan və Monteneqro arasında mövcud olan ticarət əlaqələrinə yeni seqmentlər əlavə edilməlidir
25 İyun 15:51
UNEC-də vahid tələbə kartı tətbiq olunacaq
25 İyun 15:45
Prezident İlham Əliyev Ramil Usubovu Təhlükəsizik Şurasının katibi vəzifəsinə təyin olunması münasibətilə qəbul edib
25 İyun 15:41
“Moskva 24” telekanalı Rusiya Azərbaycanlı Gənclər Birliyinin 10 illiyinə həsr olunmuş tədbirdən reportaj hazırlayıb
25 İyun 15:22
Azərbaycan və Monteneqro arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın həmsədrlərinin görüşü olub
25 İyun 15:15
Milli Ordu: dövlətin güc, millətin qürur mənbəyi
25 İyun 15:13
Tanınmış alim və pedaqoq Şirməmməd Hüseynov son mənzilə yola salınıb
25 İyun 15:07
2030-cu il Gündəliyi kontekstində hökumətin fəaliyyətinin qabaqcıl texnologiyaların gücü ilə əlaqələndirilməsi
25 İyun 15:04
Azərbaycan Monteneqronun əsas xarici investorlarından biridir
25 İyun 14:52
Müdafiə naziri Silahlı Qüvvələr Günü ərəfəsində xidməti müşavirə keçirib
25 İyun 14:49
Muxtar Babayev: "Abşeron ərazisində yaşıllıq azdır və yeni ağacların əkilməsinə ehtiyac var"
25 İyun 14:44
Yerli səviyyədə xidmətlərin səmərəli göstərilməsinin təkmilləşdirilməsi: çağırışlar və innovativ yanaşmalar
25 İyun 14:43
Azərbaycan Ordusu – qürur mənbəyimiz, şərəf tariximiz!
25 İyun 14:35
Azərbaycan Müdafiə Sənayesi Nazirliyi “ARMY-2019” sərgisində təmsil olunur
25 İyun 14:33
Şirməmməd Ağaməmməd oğlu Hüseynov
25 İyun 14:31
Gənclər üçün festivalın növbəti ünvanı Quba şəhəri olub
25 İyun 14:19
Azərbaycan və Monteneqro arasında beş yeni müqavilənin imzalanması üzrə iş aparılır
25 İyun 14:17
Berlində keçirilən beynəlxalq tədbirdə ölkəmiz də təmsil olunub
25 İyun 14:03
Alia El Yassir: BMT-nin Bakı Forumu dövlət xidmətlərinin daha səmərəli çatdırılmasına töhfə verəcək
25 İyun 14:01
Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində keçirilən monitorinq insidentsiz başa çatıb
25 İyun 13:55
Dövlət qulluqçularının düşüncə tərzinin dəyişdirilməsinə kömək edən strategiya, bilik və amillər
25 İyun 13:53
UNESKO-ya üzv ölkələrin Milli Komissiyalarının fəaliyyəti barədə illik hesabat dərc olunub
25 İyun 13:46
Azərbaycan Hökuməti BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı ilə sıx əlaqələrə malikdir
25 İyun 12:19
Bakıda Azərbaycan-Monteneqro biznes forumu keçirilib
25 İyun 12:16
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Çeçenistanın başçısı Ramzan Kadırovla görüşündən danışıb
25 İyun 12:11
Azərbaycanlı şagirdlərin daha bir uğuru
25 İyun 12:07
Azərbaycan atletləri “Minsk 2019”un beşinci günündə idmanın 8 növü üzrə mübarizə aparacaqlar
25 İyun 12:05
Müdafiə Nazirliyinin rəhbərliyi ulu öndər Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət edib
25 İyun 12:02
Hikmət Şikarov: Azərbaycan Ordusu xalqın güvənc yeri və qürur mənbəyidir
25 İyun 11:29
BMT-nin Dövlət Xidmətləri Forumu işini davam etdirir

Video

 

Müsahibə

»»»
 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30
HAVA HAQQINDA