Ana səhifə »  Müəlliflər »  Vaqif Hacıbəyli Əli Kərimlini “torba tikən” adlandırdı
A+   Yenilə  A-
Vaqif Hacıbəyli Əli Kərimlini “torba tikən” adlandırdı
Yazdı: Pərviz Sadayoğlu

Və ya AXCP ilə “Müsavat” arasında açıq şəkildə “təhqir kampaniyasına” start verilib
Radikal düşərgə daxilində, daha doğrusu, “Milli şura” adlandırılan kooperativin həmtəsisçiləri arasında baş verən qarşıdurmalar artıq açıq müstəviyə keçib. Məşhur Tbilisi səfərinin fiaskoya uğraması radikal düşərgədəki parçalanmanı daha da intensivləşdirib. Belə ki, Rüstəm İbrahimbəyov nağılının bitdiyini anlayan hər bir radikal müxalifət partiyasının sədri artıq birmənalı şəkildə “MŞ” daxilindəki prosesə özünün diqtə etməsini arzulayır. Məhz bu arzular da onların daha fərqli “cəbhələrdən” biri-birlərinə qarşı hücuma keçməsini şərtləndirir.
Maraqlıdır ki, bu qovğada hər bir partiya günahı digərinin üstünə yıxmağa, məsuliyyəti ona yükləməyə çalışır. Məsələn, Tbilisi səfərinin ardından Müsavat Partiyasının sədri İsa Qəmbərin Rüstəm İbrahimbəyovla bağlı məlum mövqeyi birmənalı qarşılanmamışdı. “MŞ” sədrinin Azərbaycana qayıtmaması faktından öz xeyri üçün istifadə etməyə çalışan, bu səbəbdən də, İbrahimbəyovun addımını bütün rakurslardan müzakirə edən və etdirən İ.Qəmbər əvvəl-əvvəl öz düşərgədaşları tərəfindən “yüngül qınansa” da, sonradan AXCP sədri Ə.Kərimli İ.Qəmbərin mövqeyini birmənalı şəkildə bölüşmədiyini və hətta daha sərt formada qarşıladığını nümayiş etdirib. O, sosial şəbəkədə öz düşərgələrində Rüstəm İbrahimbəyovun yenə də Bakıya qayıda bilməməsinə “sevinənlərə” cavab verib. Ə.Kərimli açıq şəkildə İsa Qəmbərin son baş verənlərdən, yəni, İbrahimbəyovun Bakıya qayıda bilməməsindən ruhlandığını qeyd edib. İddia edib ki, “ilk gündən “Milli şura”nı vuranlar, müxtəlif “arqumentlərlə” onu gözdən salmaq istəyənlər hakimiyyətin “Milli şura”ya və onun “vahid namizəd”inə yaratdığı maneələrdən çox ruhlanıblar. “Milli şura”nı, onun “vahid namizəd”ini Rusiyaya bağlamaq üçün dəridən-qabıqdan çıxanlar iqtidarın Rusiyanın əli ilə “Milli şura”ya yaratdığı maneədən çox məmnun görünürlər. Qalib ədası ilə hər kəsə irad tutub, ağıl verirlər”.
Ə.Kərimli hətta İ.Qəmbərlə birləşmələrini belə səhv addım kimi dəyərləndirib. O öz statusunda yazıb ki, “səhvmi edib ən müxtəlif qüvvələri “Milli şura”da birləşdirdik?”. Görünən budur ki, Ə.Kərimli artıq İbrahimbəyovun qayıtmayacağı təqdirdə İ.Qəmbərin bayrağının altından keçməyəcəyinə dair açıq şəkildə mesaj verir. Əslində, bu gün baş verən prosesləri izləyəndə bütünlüklə “Milli şura”nın və digər radikal kəsimlərin artıq İbrahimbəyovsuz seçki ruhuna kökləndiyini görə bilərik. Çünki bir müddət öncəyə qədər “İbrahimbəyovsuz...” frazasını dilə gətirməyən Zəfər Quliyevin, Eldəniz Quliyevin və onlar kimi bir sıra İbrahimbəyovun əlaltılarının açıqlamaları göstərir ki, qanuni məsuliyyətdən qaçmağa çalışan, vergi qaçaqçısı İbrahimbəyov birmənalı şəkildə “gəlməyəcəm” deyir. Əli Kərimlinin Müsavat Partiyasına, onun sədrinə və funksionerlərinə qarşı demarşı da məhz faktın bu qədər açıq şəkildə ortada olmasından qaynaqlanır.
Təbii ki, Ə.Kərimlinin “Müsavat”a qarşı səsləndirdiyi fikirlər də cavabsız qalmır. Onunla ən rahat “polemikaya” girən Arif Hacılının qardaşı Vaqif Hacıbəyli AXCP sədrini cəsarətsizlikdə, “Milli şura”nı zəiflətməkdə, antimüsavat təbliğatı aparmaqda günahlandırıb. “Əli Kərimlinin misgin bir durumda olduğunu, hətta “Milli şura” və “vahid namizəd” ətrafında yaranmış şəraitə şərh vermək iqtidarında belə olmadığını bildirmişdim. Ətrafındakı bəzi “ağıllılar” anonim imzalarla cavab verdilər ki, Əli bəy müxalifətə yaxşı torba tikib, tərpənə bilmirlər. Nəhayət, onun özünün cari durumla bağlı şərhi məlum olub. Ənənəvi şantaj, demaqoqiya və hikkə. Nə olsun? Nədir qazancın?”- deyə V.Hacıbəyli bildirib.
V.Hacıbəylinin bu açıqlaması bir daha göstərir ki, AXCP ilə Müsavat Partiyası, konkret isə İsa Qəmbərlə Əli Kərimli arasındakı münasibətlərin düzəlmə şansı sıfırdan da aşağıdır. Yəni, zorən bu birliyə qoşdurulan Müsavat Partiyası artıq həm İbrahimbəyovdan, həm də Əli Kərimlidən bezdiyini açıq şəkildə göstərir. Bu azmış kimi, müsavatçılar “Milli şura”nın özündən əvvəlkilər kimi funksional olmayan bir quruma çevrilməsinin səbəbkarı kimi Əli Kərimlinin adını çəkirlər. Məsələn, V.Hacıbəyli deyib ki, “Musavat”ın apardığı təbliğatı AXCP və onun ətrafına yığılanlar iflic etdilər: “Təriflədiyiniz “Milli şura”nın hansı səmərəsi var? İş o yerə çatıb ki, Rəsul Quliyev demokratik düşərgənin “vahid namizəd”i olmaq iddiasına düşüb. Budurmu uğur? Üzərinə məsuliyyəti götürənləri hədəfə götürüb şantaj etdiniz, onlara arxadan zərbə vurdunuz, ətrafınızdakılar demişkən “torba tikdiniz”. Məsuliyyəti üzərinizə götürüb xalqı arxanızca aparmağa özünüzdə siyasi cəsarətiniz olmadığından vəziyyətdən çıxış yolu kimi Rüstəm İbrahimbəyovu qabağa verdiniz, indi də siyasi məkrlərdən bixəbər olan bu adamın siyasi təcrübəsizliyindən istifadə edərək onu bu gün dediyi fikri sabah dəyişməyə vadar etdirərək müxalifətdaxili siyasi mübarizədə alətə çevirmək istəyirsiz. Bəs deyilmi bu oyunlar? “Milli şura”nın alternativi yoxdur deyir, Əli Kərimli. Bəli, birliyin alternativi həqiqətən yoxdur, lakin bu mənəvi əsası olan birlik olmalıdı, müxalifətdaxili münasibətlərin sağlamlaşmasına xidmət edən birlik olmalıdı. Hələlik isə bunların tam əksini görürük”.
Təbii ki, prosesin “Milli şura” adlı diletant təşkilatın dağılması ilə nəticələnəcəyi gün kimi aydındır. Amma bunun konkret nə vaxt baş verəcəyini demək çətindir. Çünki bu hər an baş verə bilər...

 
  • Oxunub:  23310  |  
  • Tarix:  07-08-2013  |  
  •    Çap et   |  
Get Adobe Flash player
Azərbaycan iqtisadi və siyasi cəhətdən tam müstəqil ölkədir

20 Aprel 18:49
Milli Məclisin deputatı Ukraynada bir sıra görüşlərdə iştirak edib
20 Aprel 18:48
Elektron Xidmətlərin Təşviqi üzrə İctimai Şuranın növbəti toplantısı keçirilib
20 Aprel 18:19
Aşıq sənətinin UNESCO-nun Qeyri-Maddi Mədəni İrs Siyahısına daxil olmasının 10 illiyi ilə bağlı tədbir keçirilib
20 Aprel 18:15
Balaxanı Tullantıların Zərərsizləşdirilməsi Poliqonunda indiyədək 12 mindən artıq ağac əkilib
20 Aprel 18:00
“Heydər Əliyev siyasi məktəbini öyrənirik” gənc liderlər proqramının icrasına başlanılıb
20 Aprel 17:55
Qobustan qoruğunda “açıq qapı” günü təşkil olunub
20 Aprel 17:53
“Olimpsport” jurnalının fəaliyyətə başlamasının 10 illik yubileyi qeyd olunub
20 Aprel 17:47
Rəşid Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrında “Kitabın işığın olsun” adlı tədbir keçirilib
20 Aprel 17:44
Milli Məclisin deputatı sağlam qidalanma ilə bağlı regional simpoziumda iştirak edəcək
20 Aprel 17:40
Bəstəkarlıq təhsili almış ilk azərbaycanlı qadın Ədilə Hüseynzadəyə həsr edilən kitabın təqdimatı olub
20 Aprel 17:36
Brüsseldə NATO Parlament Assambleyasının 100-cü Rouz-Rout seminarı keçiriləcək
20 Aprel 17:33
Seçenov Universitetinin Bakı filialında “Açıq qapı” günü keçirilib
20 Aprel 17:30
Gömrük sistemində həyata keçirilən islahatlarla bağlı məlumat verilib
20 Aprel 16:27
Erl Litzenberqer: Amerikada təhsil alan azərbaycanlı tələbələrin sayının ildən-ilə artmasından qürur duyuruq
20 Aprel 16:19
YAP-ın təşkilatçılığı ilə Şəki şəhərində “Uğurlu sosial siyasətin yeni hədəfləri” mövzusunda regional müşavirə keçirilib
20 Aprel 15:54
Baş nazirin müavini Əli Əhmədov: Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətin əsas qayəsini insanların rifahının yaxşılaşdırılması təşkil edir
20 Aprel 15:25
Səfir: ABŞ Azərbaycanda aparılan islahatları dəstəkləyirik
20 Aprel 15:03
Əli Əhmədov: Azərbaycanda mövcud olan sabitlik insanların həyatı üçün böyük sərvətdir
20 Aprel 14:33
Türkiyə universitetləri ilə əməkdaşlıq Azərbaycanın inklüziv inkişafı barədə elmi ictimaiyyəti məlumatlandırmağa geniş imkanlar yaradır
20 Aprel 14:20
Professor Akkan Suver: Elmira Axundovanın əsərləri ulu öndər Heydər Əliyev ideyalarını dərindən mənimsəmək üçün əsaslı vəsaitdir
20 Aprel 14:19
Daxili işlər nazirinin birinci müavini Qubada vətəndaşların qəbulunu keçirib
20 Aprel 14:11
YAP-ın təşkilatçılığı ilə Şəkidə “Uğurlu sosial siyasətin yeni hədəfləri” mövzusunda müşavirə keçirilir
20 Aprel 14:06
Azərbaycan-Fransız Universitetinin gələcək superkompüterinin təqdimatı olub
20 Aprel 14:02
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin nümayəndələri əsgərlərlə görüşüblər
20 Aprel 13:53
Rauf Əliyev: Qarşıda duran bütün vəzifələr müvəffəqiyyətlə həyata keçiriləcək
20 Aprel 13:45
Baş nazirin müavini Əli Əhmədov Şəki şəhərində Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edib
20 Aprel 13:17
Hikmət Babaoğlu: Mürəkkəb beynəlxalq və regional şərtlər daxilində ölkəmizin əldə etdiyi uğurlar anti-Azərbaycan şəbəkəni ciddi narahat edir
20 Aprel 13:07
Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzi publik hüquqi şəxsin strukturu təsdiqlənib
20 Aprel 13:03
YAP rayon təşkilatlarında görülən işlər və qarşıda duran vəzifələr müzakirə edilib
20 Aprel 12:59
Cavid Osmanov: Enerji sektorunda uğurlarımız davamlıdır
20 Aprel 12:57
Qadınlar İKT-də Beynəlxalq Gününə həsr olunan elmi-praktik konfrans təşkil ediləcək
20 Aprel 12:55
Sona Əliyeva: Azərbaycan reallığında birgəyaşayış nümunəsi dünya üçün örnəkdir
20 Aprel 12:50
Azərbaycan və Rusiya arasında pensiya təminatı sahəsində müqavilə layihəsi hazırlanır
20 Aprel 12:48
Tahir Rzayev: Bu gün iqtisadiyyatın şaxələndirilməsi istiqamətində ölkəmizdə davamlı addımlar atılır
20 Aprel 11:08
“Azərbaycan dilinin Orfoqrafiya Normaları” təsdiq edilib
20 Aprel 10:58
Milli Gimnastika Arenasında bədii gimnastika üzrə ikinci “AGF Junior Trophy” beynəlxalq turniri başlayıb
20 Aprel 10:49
Elçin Əhmədov: Anti-Azərbaycan qüvvələrin ölkəmizə təzyiq göstərmək, onu öz yolundan döndərmək cəhdləri əbəsdir
20 Aprel 10:44
Hanoyda OANA İcraiyyə Komitəsinin 44-cü iclası başa çatıb
20 Aprel 10:41
Ermənistan silahlı qüvvələrinin bölmələri sutka ərzində atəşkəs rejimini 21 dəfə pozub
20 Aprel 10:32
Azərbaycan iqtisadi və siyasi cəhətdən tam müstəqil ölkədir
20 Aprel 10:30
Sağlamlıq imkanları məhdud uşaq və gənclərin, sosial müəssisə sakinlərinin sərgisi təşkil olunub
20 Aprel 10:28
Azərbaycandakı diplomatik nümayəndəliklərin rəhbərləri Şamaxıya səfər ediblər
20 Aprel 10:26
Masallıda “Milli aktyorluq məktəbi” mövzusunda keçirilən mühazirə maraqla qarşılanıb
20 Aprel 10:22
YAP Səbail rayon təşkilatında Könüllülər Birliyinin təqdimatı keçirilib
20 Aprel 10:21
YAP Qubadlı rayon təşkilatı Gənclər Birliyinin V konfransı keçirilib
20 Aprel 10:16
Anti-Azərbaycan dairələr tərəfindən ölkəmizə qarşı aparılan “qara piar” kampaniyası heç bir nəticə verməyəcək
20 Aprel 10:13
BDU-nun Tətbiqi Riyaziyyat Elmi-Tədqiqat İnstitutunun keçirdiyi beynəlxalq konfransın əsərləri “Clarivate Analytics”də yerləşdirilib
20 Aprel 10:11
“France-24” kanalının saytında Naftalan nefti haqqında məqalə verilib
20 Aprel 10:10
“Nar” korporativ müştərilərinə ödənişsiz MiFi cihazını təqdim edir
20 Aprel 10:09
Azərbaycanın regionlarında əhalinin su təchizatının yaxşılaşdırılması diqqət mərkəzində saxlanılır
19 Aprel 21:36
İstanbulda Türkiyə-Azərbaycan-Türkmənistan enerji əməkdaşlığı müzakirə edilib
19 Aprel 21:33
Peşə təhsili pilləsinin bir səviyyəsindən növbəti səviyyəsinə keçid qaydası təsdiqlənib
19 Aprel 21:28
Bakı Dövlət Universitetinin Nizamnaməsi təsdiq edilib
19 Aprel 21:23
Azərbaycan “Equinor” üçün mühüm ölkədir
19 Aprel 21:17
Bakıda İran Ticarət Mərkəzi açılıb
19 Aprel 21:04
Anar Bağırov: Vəkilliyə qəbulla bağlı namizədlər üçün hər cür şərait yaradılıb
19 Aprel 21:01
Gənclər Fondunun yenilənmiş veb-səhifəsinin təqdimatı olub
19 Aprel 20:55
Bakı Metropolitenində Ümumdünya Əməyin Mühafizəsi Gününə həsr olunmuş seminar keçirilib
19 Aprel 20:53
Konstitusiya Məhkəməsi Plenumunun növbəti iclası keçirilib
19 Aprel 20:50
Bakıda “Qədim mətnlər və klassik mənbələr erməniçilik saxtakarlıqlarını və uydurmalarını ifşa edir” mövzusunda konfrans keçirilib
19 Aprel 20:45
Vüqar Rəhimzadə: Ölkəmizin uğurlu inkişafı antiazərbaycan qüvvələrin və “5-ci kolon”un çirkin kampaniyasına tutarlı cavabdır
19 Aprel 20:40
Mərakeş qəzeti Azərbaycanın əhalisinin sayının 10 milyona çatmasından bəhs edir
19 Aprel 20:37
Elçin Mirzəbəyli: Azərbaycana qarşı olan qüvvələr ölkə Prezidentinin böyük ictimai dəstəyə malik olmasından narahatdırlar
19 Aprel 20:27
Vyetnamın Baş naziri OANA İcraiyyə Komitəsi iclasının bir qrup iştirakçısını qəbul edib
19 Aprel 20:22
Ekspert: Ölkəmizin uğurları erməni lobbisini, anti-Azərbaycan qüvvələri və daxildəki “5-ci kolon”u ciddi narahat edir
19 Aprel 18:08
Maliyyə Nazirliyi və Maliyyə Bazarlarına Nəzarət Palatası fiziki şəxslərin problemli kreditləri ilə bağlı açıqlama yayıb
19 Aprel 18:05
Azərbaycan Ordusunun nümayəndələri NATO-nun çoxmillətli tibb təlimində iştirak edib
19 Aprel 17:57
Paşinyan hökumətində böyük korrupsiya qalmaqalı
19 Aprel 17:48
Azərbaycan və Rusiyanın təhsil müəssisələri arasında təcrübə mübadiləsinə dair müzakirələr aparılıb
19 Aprel 17:46
Seymur Orucov: Bakı şəhərində keçirilən “Formula 1” yarışına dünyada maraq ildən ilə artır

Video

 

Müsahibə

 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30
HAVA HAQQINDA
Bakı
gündüz+8 +12
gecə+5 +7