“Təbliğatını” xarici KİV-lərdə quran Rüstəm İbrahimbəyov indi də “xidmətlərini” sadalayır
07.08.2013 [08:59]
Mübariz Abdullayev
Ancaq nəyə görəsə qoca kinodramaturqun “xalq hərəkatının fəallarına yardım etməsi”, “Qorbaçovu ifşa edən filmlər çəkməsi”, “SSRİ KQB-sinə kələk gələrək Azərbaycana Fransadan jurnalistlər gətirməsi”, “20 Yanvar faciəsi ilə bağlı Moskvada mətbuat konfransları təşkil etməsi” kimi “xidmətləri” yalnız onun özünə məlumdur
Kosmopolit, daha çox da ermənipərəstliyi ilə ad çıxaran Rüstəm İbrahimbəyovun ideya müəllifliyi ilə gündəmə gələn qondarma “Milli şura” Azərbaycan cəmiyyətinin sosial-siyasi sifarişi ilə deyil, müxtəlif ölkələrdə “lövbər” salan antimilli dairələrin təhrikləri əsasında yaradıldığından qurum lap əvvəldən öz dayaqlarını xaricdə axtarır. Adına saxtakarcasına “milli” sözü yapışdırılan qurumun sədri və “vahid namizəd”i Rüstəm İbrahimbəyov daim başını Moskvada isladıb, Vaşinqtonda qırxdırır. Qoca kinodramaturqun “Milli şura”da sağ əli sayılan icra aparatının rəhbəri Eldar Namazov da tez-tez ABŞ-da, Moskvayada şübhəli görüşlərə qatılır.
Bəzi məlumatlara görə, “Milli şura”nın təmsilçilərinin Rusiyaya, ABŞ-a və yaxud Avropa ölkələrinə səfərləri bir qayda olaraq həmin ölkələrdə erməni lobbisinin təsir dairəsində olan təşkilatların dəvəti və dəstəyi ilə baş tutur. Bu səfərlər çərçivəsində Rüstəm İbrahimbəyov, Eldar Namazov və qurumun digər təmsilçiləri Azərbaycana heç də xoş münasibət bəsləməyən şəxslərlə görüşlərə qatılırlar və onlardan təlimatlar alırlar. Məsələn, bir müddət bundan əvvəl “Milli şura”nın sədri və “vahid namizəd”i Rüstəm İbrahimbəyov Avropaya turnesi çərçivəsində Almaniyadan olan başabəla hüquq müdafiəçisi K. Ştrasserlə görüşə qatıldı. Bu həmin o Ştrasserdir ki, ötən il Bakıda keçirilən “Eurovison-2012” beynəlxalq musiqi yarışması ərəfəsində Azərbaycanın imicinə xələl gətirmək üçün dəridən-qabıqdan çıxırdı. Ştrasserin AŞ PA-nın qış sessiyasında ölkəmizlə bağlı hazırladığı və avropalı parlamentarilər tərəfindən haqlı olaraq rədd edilən qərəzli hesabatı da hələ yaddaşlardan silinməyib. Görəsən, “Milli şura”nın sədri və “vahid namizəd”i Rüstəm İbrahimbəyovu Azərbaycana qarşı daim qərəz nümayiş etdirən belə birisinin ayağına aparan hansı vaz keçilməz səbəblərdir? Burada “səbəblər” yox, “umacaqlar” sözü daha çox yerinə düşür.
Və yaxud götürək “Milli şura”nın icra aparatının rəhbəri Eldar Namazovun ABŞ Konqresində keçirilən brifinqdəki müəmmalı çıxışını. Azərbaycanın bir nömrəli problemi-Dağlıq Qarabağ münaqişəsi ilə bağlı həqiqətləri ABŞ ictimaiyyətinə çatdırmaq üçün yaxşı imkan yarandığı bir vaxtda Eldar Namazov bu barədə heç bir kəlmə də danışmadı, əksinə, düşmən dəyirmanına su tökərək ölkəmizlə bağlı reallığı əks etdirməyən bir sıra fikirlər səsləndirdi. Belədə sual olunur: Azərbaycanla bağlı qərəzli hesabat hazırlayan Ştrasserlə ABŞ Konqresində təşkil olunan brifinqdəki çıxışında ölkəmizin həqiqətlərini dilə gətirməyə cəsarət etməyən, bunun əvəzində hədyanlar uydurub danışan, milli təəssübkeşliyini təmsil etdiyi quruma yardımlar diləməkdə görən Eldar Namazov arasında nə fərq var? Zənnimizcə, soyaddan başqa, heç nə.
Qondarma “Milli şura”nın öz işini, necə deyərlər, yalnız xarici amillər üzərində qurmasına dair çoxlu belə misallar çəkmək mümkündür. Son günlərdə, Rüstəm İbrahimbəyov xarici, ələlxüsus da Rusiya mətbuatında Azərbaycanın imicinə xələl gətirməyə hesablanmış kampaniyaya start verdirib. Qoca kinodramaturq vaxtaşırı “donuz qonaqlıqlarında” bir süfrə arxasında əyləşdiyi həmkarlarını bu ucuz kampaniyaya qoşub. Belə ki, Rusiyada məlum dairələrə yaxınlığı ilə seçilən ayrı-ayrı mətbuat orqanlarında qoca kinodramaturqun sufulyorluğu ilə dərc olunan məqalələrdə onun çəkdiyi filmlərin Azərbaycan telekanallarında nümayişinin qadağan olunduğu, bu göstərişin hakimiyyətdən gəldiyi iddia olunur. Guya Rusiya ziyalılarının R.İbrahimbəyova dəstək verdiyi vurğulanır. Məsələn, prodüser Manski bir müddət sonra Azərbaycanda kinonun, daha sonra isə televiziyanın qadağan ediləcəyini iddia edib. Kinorejissor İqor Sadxan bunu dəhşət adlandırıb, “Səhranın bəyaz günəşi” filminin əsl vətəndaşın formalaşmasına xidmət etdiyini deyib. Kosmonavt A.Leonov isə “Səhranın bəyaz günəşi” filminin hətta uçuşdan qabaq kosmonavtlara nümayiş etdirildiyini dilə gətirib...
Göründüyü kimi, hər şey aydındır. Dağıdıcılar Azərbaycan ziyalılarından dəstək ala bilmədilər, indi də gedib Rusiyada ziyalı adına bir-iki İbrahimbəyovsayağı kinoçəkən tapıb danışdırıblar. Əslində isə Rusiyanın incəsənət xadimləri, kino ustaları İbrahimbəyovun xəyaənətkar simasına yaxşı bələddirlər. Ona görə də, normal bir adam tapıb danışdıra bilməyiblər. Bu da Azərbaycan ictimaiyyətinin sərt təpkisi və nifrəti ilə üzləşmiş Əkrəm Naibovun Rusiyada özünə tərəfdar axtarması, bir-iki nəfər tapıb, onları danışdırıb, “Rusiya ziyalıları məni dəstəkləyir” deməsinə bənzəyir.
Bu Leonov da işi-gücü qurtarıb, dəlinin yadına daş saldı. İndi müxalifətçilər xarici ölkələrə səfərləri ərəfəsində hər təyyarəyə minməzdən əvvəl “Səhranın bəyaz günəşi”nə baxacaqlar. Bəs necə, yetkin müxalifətçilik üçün çatışmayan cəhət ritualın olmaması idi, onu da tapdılar. Manskiyə isə demək lazımdır ki, əvvəlcə hansı ölkədə yaşadığına baxsın, orada nələrin qadağan olunduğuna diqqət yetirsin, öz gözündəki tiri görsün, sonra danışsın.
Yeri gəlmişkən, Rusiyanın “Arqumentı i faktı” qəzeti də qoca kinodramaturqun “siyasətçi” obrazını canlandırmaq cəhdində bulunub. Qəzetdə dərc olunan və R.İbrahimbəyovun “siyasi fəaliyyəti”, hakimiyyət iddiaları haqqında danışılan məqalədə bildirilir ki, Azərbaycan iqtidarı ya onu seçkilərə buraxmalı, ya da neytrallaşdırmalıdır.
Qəzet məsələlərə səthi yanaşıb. Yəni, İbrahimbəyovun həyat və fəaliyyətinin detalları barədə yönləndirici məlumatlar verən qəzet nə əcəb onun seçkidə iştirakı məsələsinin V. Putunin qərarından asılı olduğunu görməzliyə vurur? Hər şeyi öz adı ilə çağırmaq lazımdır, yoldaşlar.
Bütün bu deyilənlərə rəğmən, Rüstəm İbrahimbəyov hər halda seçkilərdə xarici amillərlə yanaşı, daxili faktorların da qaçılmaz olduğunun fərqindədir. Mətbuata verdiyi müsahibəsində “hakimiyyət qorxuya düşüb, təşviş keçirir” deyən qoca kinodramaturq 2013-cü ildə birdən-birə meydana çıxması, neçə illərdir harada olması ilə bağlı sualı cavablandırarkən “xidmətləri” haqqında danışıb. Bundan başqa, R.İbrahimbəyov müsahibəsində əlavə namizəd məsələsinə kəskin reaksiya verib və hamının “Milli şura”nın “vahid namizəd”ini dəstəkləməli olduğunu bildirib.
Görəsən, Rüstəm İbrahimbəyov dediyinə özü inanırmı? İqtidarın qisasçılıq hissi ilə alovlanıb yanan, siyasətdən xəbəri olmayan, nə danışdığını özü də bilməyən, artıq müxalifətdə “qumarbaz qoca” adlandırılan 74 yaşı bir artistdən, kinoçəkəndən qorxması realdırmı? Nədir İbrahimbəyovun bu xalq qarşısında xidmətləri? Öz dediyinə görə, “Ultimatum” filmi çəkib, guya “1989-cu ildə xalq hərəkatının fəalları təzyiqlərlə üzləşəndə onlara yardım edib”, “20 Yanvar hadisələrindən sonra Moskvada Azərbaycanın daimi nümayəndəliyində qərargah yaradıb”, “ona rəhbərlik edib, mətbuat konfransları keçirib”, bir də “SSRİ KQB-sini aldadıb Fransadan 3-4 jurnalist gətirib ki, həmin hadisələrlə bağlı Azərbaycanın mövqeyini işıqlandırsınlar”. Vəssalam, şüt tamam. Amma, nəyə görə İbrahimbəyovun guya Moskvada Azərbaycanın daimi nümayəndəliyində qərargah yaratması bircə onun özünə məlumdur? Hanı o mətbuat konfransları, hanı İbrahimbəyovun 20 Yanvara görə SSRİ hakimiyyətini, Qorbaçovu ittiham edən fikirləri? O fransalı jurnalistlərin Azərbaycana gəlməsindən niyə heç kimin xəbəri yoxdur? Tutaq ki gəliblər, qayıdandan sonra nə yazıblar, nə iş görüblər? SSRİ KQB-si o qədərmi ağılsız idi ki, İbrahimbəyov ona kələk gələ bilib? Bu gün açıq şəkildə ermənilərə dayılıq edən birisinin vətənpərvərlikdən danışması ən azından milləti ələ salmaqdır. R.İbrahimbəyovun “Milli şura”nın əlavə namizədi məsələsinə kəskin reaksiyası isə İsa Qəmbərə açıq mesajdır: əlavə namizəd Namazovdur.
Müəllifin digər məqalələri:
Qubad İbadoğlunun növbəti manipulyasiyası
Faktları təhrif etmək, ucuz manipulyasiya...
26.06.2021 [08:29]
Terrorçu Ermənistanın müharibə cinayətləri və beynəlxalq ictimaiyyətin məsuliyyəti
Bu günlərdə ötən il 44...
09.06.2021 [09:29]
Qubad İbadoğlu faktları təhrif etməyə çalışır
Xeyli vaxtdır ki, okeanın o tayında...
03.06.2021 [08:53]
Qubad İbadoğlu yalan danışmaqda bütün sərhədləri aşır
Xaricdəki antimilli mərkəzlərin...
08.05.2021 [08:39]
Qubad İbadoğlu reallıqları təhrif etməyə çalışır
Radikal müxalifət düşərgəsində...
28.04.2021 [09:40]
Xəbər lenti
Hamısına baxXəbər lenti
17 Aprel 21:00
Xəbər lenti
17 Aprel 20:15
Xəbər lenti
17 Aprel 18:15
Xəbər lenti
17 Aprel 17:08
Xəbər lenti
17 Aprel 16:40
Xəbər lenti
17 Aprel 15:34
Xəbər lenti
17 Aprel 15:31
Siyasət
17 Aprel 15:01
Xəbər lenti
17 Aprel 14:48
Siyasət
17 Aprel 14:34
Dünya
17 Aprel 14:26
Xəbər lenti
17 Aprel 14:17
Siyasət
17 Aprel 14:07
Xəbər lenti
17 Aprel 13:25
Xəbər lenti
17 Aprel 13:15
Sosial
17 Aprel 13:01
Xəbər lenti
17 Aprel 12:52
Xəbər lenti
17 Aprel 12:51
Xəbər lenti
17 Aprel 12:50
Xəbər lenti
17 Aprel 12:27
Xəbər lenti
17 Aprel 12:26
Xəbər lenti
17 Aprel 12:03
İdman
17 Aprel 11:38
Xəbər lenti
17 Aprel 11:20
Xəbər lenti
17 Aprel 11:00
Mədəniyyət
17 Aprel 10:57
Siyasət
17 Aprel 10:50
Siyasət
17 Aprel 10:48
Xəbər lenti
17 Aprel 10:47
İqtisadiyyat
17 Aprel 10:44
Siyasət
17 Aprel 10:43
Analitik
17 Aprel 10:42
Xəbər lenti
17 Aprel 10:36
İqtisadiyyat
17 Aprel 10:35
Siyasət
17 Aprel 10:32
MEDİA
17 Aprel 10:28
İqtisadiyyat
17 Aprel 10:26
Siyasət
17 Aprel 10:23
Gündəm
17 Aprel 10:20
Xəbər lenti
17 Aprel 10:15
Siyasət
17 Aprel 10:13
Gündəm
17 Aprel 10:00
Xəbər lenti
17 Aprel 09:50
Xəbər lenti
17 Aprel 09:47
İqtisadiyyat
17 Aprel 09:45
Xəbər lenti
17 Aprel 09:34
Xəbər lenti
17 Aprel 09:31
Xəbər lenti
16 Aprel 23:11
Dünya
16 Aprel 22:19
Gündəm
16 Aprel 20:50
Sosial
16 Aprel 19:50
Xəbər lenti
16 Aprel 19:43
Xəbər lenti
16 Aprel 19:10
Xəbər lenti
16 Aprel 18:59
İqtisadiyyat
16 Aprel 18:55
Xəbər lenti
16 Aprel 18:06
Xəbər lenti
16 Aprel 17:07
Xəbər lenti
16 Aprel 16:38
Xəbər lenti
16 Aprel 16:24
Dünya
16 Aprel 16:06
Dünya
16 Aprel 16:03
Xəbər lenti
16 Aprel 16:03
Xəbər lenti
16 Aprel 15:39
Avropa
16 Aprel 15:30
Xəbər lenti
16 Aprel 15:19
Dünya
16 Aprel 15:15
Xəbər lenti
16 Aprel 15:11
Xəbər lenti
16 Aprel 14:55
Xəbər lenti
16 Aprel 14:43
Xəbər lenti
16 Aprel 14:39