Ana səhifə »  Müəlliflər »  Şuranın xəcalətli “ən yeni tarixi”...
A+   Yenilə  A-
Şuranın xəcalətli “ən yeni tarixi”...
Yazdı: Pərviz Sadayoğlu

Və ya şimal küləyinə qaptırılan boş xəyallar...
Elə ki, hansısa qəzeti və ya internet portalını açıb Rüstəm İbrahimbəyovun “qayıdışının” “ən yeni tarixi”nə dair xəbəri görürsən, insana sanki dünyanın ən “sveji anekdotunu” danışırlar. Əslində, qəribə olan İbrahimbəyovun özünün bu cür yalan-palan xəbərlər tarazlayıb “pas-paslı şura”nın başını qatması deyil. Ən qəribəsi radikal düşərgədə özünü hamıdan ağıllı sayan bəzi siyasətbazların bu “ən yeni tarix” nağıllarına inanmasıdır. Rəhmətlik “Şaban” demişkən, “Yahu, insan bu kadarmı şapşal olur???”
“Şapşal şura”nın üzvləri bu “ən yeni tarix” məsələsində o qədər aciz, cılız, çarəsiz görünürlər ki, hərdən insanın onlara yazığı da gəlir. Bunlar fikirləşirlər ki, İbrahimbəyov o tərəfdən-Putindən arayış da alıb gətirəcək ki, “seçkilərdə iştirak etməyə icazə verilir”. Belə baxırsan, Rəsul Quliyev İbrahimbəyovdan şükürlüymüş. Rəhmətlik Nəsibə Zeynalovanın sözü olmasın, “adam neçə kərə anasından” olar, “qayıdar”? Elə düşünürlər ki, guya hər şey həll olunub, bir dənə İbrahimbəyovun arayış gətirməyi qalıb... Həqiqətən də, bunlar miskin və acınacaqlı durumdadırlar...
Ötən 20 illik müxalifətçilik dönəmində heç bir uğuru ilə yadda qalmayan, əksinə, olan-qalan tərəfdarını da itirən, xalqın maraqlarını tapdaya-tapdaya yalnız nifrət qazanan radikal düşərgə axırda elə bir günə qaldı ki, bir özünü-sözünü bilməz, demokratiyanı yalnız lüğət kitablarından oxumuş, rus dilində danışıb, rus dilində də fikirləşən, içli-dışlı anti-Azərbaycan havasında rəqs edən, ermənipərəst İbrahimbəyova möhtac oldu.
Bu gün qondarma şurada bir-birini qıranlar guya bilmirdilərmi ki, İbrahimbəyovun qayıtması ilə bağlı açıqladığı “ən yeni tarix”lər hamısı boş sabun köpükləridir? Yoxsa, elə düşünürdüz ki, İsa Qəmbər boş-boşuna onun qılıncının altından keçmişdi? İsa Qəmbər ümid edirdi ki, İbrahimbəyovun 40 gün çəkəcək yalanlarının ardından şuradakılar hamısı dizi üstə başlayacaq ona yalvarmağa ki, bizə namizəd ol... Amma tərslikdən bu da olmadı. Gör, dünyanın harası idi ki, Əvəz Temirxan da onu bəyanmədi. Fələyin gərdişidir də.... Hərdən belə də olur.
İndi yenə də bir “ən yeni tarix” açıqlayıblar. Deyirlər ki, bəs avqustun 12-də gəlir. Hətta Eldar Namazov iddia edir ki, İbrahimbəyov telefonda ona rus dilində bir yağlı “sən öl” də vurub. Deyib ki, bəs gəlirəm, gələn kimi kim mənim haqqımda nəsə desə, onun ağzına sillə vuracam. Bu məntiqlə başda İsa Qəmbər olmaqla bir neçə şuraçı İbrahimbəyov tərəfindən əməlli-başlı şapalaqlanacaq.
Amma bu “gəlişin” də özündən əvvəlkilərindən fərqlənmədiyini hər kəs bilir. İbrahimbəyovun ipinin üstünə odun yığmağına peşman olanlar bu gün mətbuat səhifələrində öz peşmançılıqlarını əxz edirlər. Amma ən maraqlısıdır ki, ya hələlik ayılmayan, ya da ayılan, amma utandığından gözüyumulu oturan bəziləri hələ də İbrahimbəyovun qayıdacağını iddia edir.
Bu “gələcək-gəlməyəcək” fonunda ən qəribə mənzərə isə radikalların bu dəfə yeni bir taktika seçmələridir. Yox, bu taktika seçkiyə aid deyil, sadəcə sonda görəcəkləri işi indidən görürlər. İndi görüləsi işləri olmadığı üçün seçki başlamamış xəyanətkar axtarırlar. Bir-birilərinə ən ağır təhqirləri yağdıran partiya funksionerləri, mətbuat nümayəndələri açıq şəkildə qarşılarındakını (əslində məntiqlə onlar yan-yana durublar. Ən azından hamıya belə təqdim edirlər) hakimiyyətə işləməkdə suçlayırlar. Arqumentlər isə bir mətləbdə köklənib: İbrahimbəyovun “gəlişinə” sevinirsənsə də, satqınsan, İbrahimbəyovun “gəlişinə” kədərlənirsənsə də, satqınsan.
İzahatı isə belədir: məsələn, Əli Kərimli deyir ki, İsa Qəmbər istəyir ki, İbrahimbəyov gəlsin Azərbaycana və vergi qaçaqçısı olduğu üçün qanuni məsuliyyətə cəlb olunsun, meydan da İsa Qəmbərə qalsın.
Amma Əli Kərimlinin “şərikləri” deyirlər ki, yox, İsa Qəmbər istəyir ki, ümumiyyətlə, İbrahimbəyov Bakıya ayağını qoya bilməsin və meydan da İ.Qəmbərə qalsın...
Birincisi, bu məntiqə əsasən İbrahimbəyovun gəlişi ilə gəlməməsi arasında heç bir fərq yaranmır, yəni, bu adamın hansı addımı atacağı heç bir məna kəsb etmir. İkincisi, İsa Qəmbər onsuz da 20 il idi ki, Azərbaycanda idi... Bəyəm, Qəmbər müxalifətə bu günmü qədəm qoyub? Bu baxımdan bu arqument də şimal küləyinə yaxalanıb uçub gedir işinin dalısıycan...
... Və sonda onu da deyək ki, radikal düşərgə haqsız olduqlarını bildikləri və mənimsədiklərinin üzə çıxacağı halda qanuni məsuliyyətdən yaxa qurtarmağın mümkünsüzlüyünü dərk edənlərə bel bağlamaqla bir daha hansı vəziyyətdə olduğunu ortaya qoydu. O ki qaldı, həftədə bir dəfə “gəlirəm” deyib baş qatan İbrahimbəyova, sanki onu burada kimlərinsə gözlədiyini fikirləşir. Amma başa düşmür ki, onun “gəlirəm”inə artıq özününküləri də inanmır...

 
  • Oxunub:  21420  |  
  • Tarix:  08-08-2013  |  
  •    Çap et   |  
Get Adobe Flash player
Prezident İlham Əliyevin müvafiq Fərmanı Azərbaycanın ərazi bütövlüyü uğrunda həlak olmuş hərbi qulluqçuların ailələrinə, vərəsələrinə yüksək diqqət və qayğının daha bir bariz nümunəsidir

16:56
17 Noyabr
Jan-Lük Retser: Fransanın BMT Təhlükəsizlik Şurasının qətnamələrinə və qüvvədə olan qaydalara riayət etməsi vacibdir
16:44
17 Noyabr
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində mətbuat konfransı keçirilib
16:33
17 Noyabr
Prezident Administrasiyasının rəsmisi: Azərbaycan ilə Belarus arasında xeyli sənəd imzalanacaq
16:20
17 Noyabr
Fransa XİN: Rəsmi Paris özünü respublika elan etmiş Dağlıq Qarabağı tanımır
15:56
17 Noyabr
Hikmət Hacıyev: Fransanın hərəkətləri Minsk qrupunun həmsədr ölkəsi kimi üzərinə götürdüyü öhdəliklərlə bir araya sığmır
15:47
17 Noyabr
Üçrəngli Azərbaycan bayrağının Naxçıvanda əbədi yüksəkliyə qaldırıldığı gün - 17 noyabr 1990-cı il
15:24
17 Noyabr
Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə ağacəkmə aksiyası başlayıb
15:12
17 Noyabr
Ağsuda Milli Dirçəliş Günü münasibətilə “dəyirmi masa”
15:10
17 Noyabr
AQTİ xaricdə təhsil almış gəncləri yüksək məvaciblə işə dəvət edir
14:59
17 Noyabr
“Müşfiqli dünya” adlı ədəbi-bədii gecə təşkil ediləcək
14:55
17 Noyabr
Özbəkistanda Azərbaycanın turizm imkanları təqdim olunub
14:50
17 Noyabr
Azərbaycan Milli Məclisi sədrinin rəhbərlik etdiyi nümayəndə heyəti Türkiyəyə səfər edəcək
14:48
17 Noyabr
Bakının 23 nömrəli orta məktəbində robotexnika laboratoriyası yaradılıb
14:40
17 Noyabr
Heydər Əliyev Fondunun daha bir layihəsi – “Yeddi gözəl” sərgisi Moskvada açılır
14:35
17 Noyabr
Daşkənddə keçirilən “Nəqliyyat və logistika” sərgisində Azərbaycan da iştirak edib
13:23
17 Noyabr
Bakıda akrobatika üzrə dünya kuboku yarışları başlayıb
13:10
17 Noyabr
Londonda Dünya Xəbər Agentlikləri Konqresi Şurasının növbəti iclası keçirilib
13:08
17 Noyabr
Mikayıl Cabbarov: Vergi siyasəti iqtisadiyyatın dəyişən tələblərinə, onun artan gücünə adekvat olaraq təkmilləşdirilir
12:38
17 Noyabr
Fuad Nağıyev: Dövlət başçısının birbaşa diqqəti və qayğısı nəticəsində ölkə turizminin inkişafı istiqamətində mühüm addımlar atılıb
12:27
17 Noyabr
Hikmət Hacıyev: Ermənistan işğal olunmuş ərazilərimizdə qanunsuz fəaliyyətlər həyata keçirməklə status-kvonu saxlamaq kimi məqsədi güdür
12:15
17 Noyabr
Bu il Bakı-Tbilisi-Ərzurum kəməri ilə 6,6 milyard kubmetr təbii qaz ötürülüb
12:13
17 Noyabr
SOCAR-ın vitse-prezidenti: Yeraltı qaz anbarlarına 3,1 milyard kubmetr təbii qaz vurulub
12:05
17 Noyabr
Bakıda Azərbaycanın işğal olunmuş ərazilərində qeyri-qanuni fəaliyyətlərlə bağlı beynəlxalq konfrans keçirilir
12:02
17 Noyabr
Bu ilin 10 ayında Azərbaycan ilə Belarus arasında ticarət dövriyyəsi 176 milyon dollara yaxınlaşıb
11:13
17 Noyabr
Diasporla İş üzrə Dövlət Komitəsinin nümayəndə heyəti Vaşinqtonda bir sıra görüşlər keçirib
11:05
17 Noyabr
17 noyabr Azərbaycanda Milli Dirçəliş Günüdür
21:08
16 Noyabr
Professor Nigar Vəliyevanın “Azərbaycanca-ingiliscə-rusca izahlı kommunikasiya terminlər lüğəti” çapdan çıxıb
17:48
16 Noyabr
Kamal Abdullayev Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin Himayəçilik Şurasının sədri seçilib
17:33
16 Noyabr
Milli Məclisin əmək və sosial siyasət komitəsinin iclası keçirilib
17:27
16 Noyabr
Yeni Azərbaycan Partiyasının yaradılmasının 26-cı ildönümü Nizami rayonunda qeyd edilib
17:24
16 Noyabr
Mikayıl Cabbarov: Vergi Məcəlləsinə təklif edilmiş dəyişikliklər paketində tədbirlər sırasında vergi güzəştlərinin tətbiqi nəzərdə tutulur
17:11
16 Noyabr
Naxçıvan Muxtar Respublikası Ali Məclisində görüş
16:51
16 Noyabr
Nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Bərdədə vətəndaşlarla görüşüb
16:41
16 Noyabr
Akademik Ramiz Mehdiyevin “Dağlıq Qarabağ” kitabı: bilinməyən həqiqətlərin tarixi təsdiqi
16:35
16 Noyabr
AZƏRTAC və Pakistanın DND xəbər agentliyi informasiya mübadiləsi aparacaqlar
16:12
16 Noyabr
Beynəlxalq Cinayət Məhkəməsində Dağlıq Qarabağ münaqişəsi ilə bağlı ayrıca tribunalın yaradılması təklifi irəli sürülüb
16:08
16 Noyabr
Silahlı Qüvvələrin Baş Qərargah rəisi hərb oyunlarının yekunlarına dair müşavirə keçirib
15:56
16 Noyabr
Azərbaycan Gənclərinin VIII Forumunun iştirakçılarına
15:53
16 Noyabr
Xarici işlər naziri Elmar Məmmədyarov Birləşmiş Ərəb Əmirliklərində səfərdədir
15:49
16 Noyabr
Elman Məmmədov: Həmsədrlər indiyədək münaqişənin həlli istiqamətində hansısa irəliləyişə nail ola bilməyiblər
15:47
16 Noyabr
ADU-da “Leyli və Məcnun” operası səhnələşdirilib
15:42
16 Noyabr
XXIV Azərbaycan Beynəlxalq Telekommunikasiya və İnformasiya Texnologiyaları Sərgi və Konfransı keçiriləcək
15:39
16 Noyabr
Komanda-qərargah hərb oyunları çərçivəsində Naxçıvan Qarnizonu qoşunları döyüş atışlı mərhələni uğurla icra ediblər
15:17
16 Noyabr
Prezident İlham Əliyev Sumqayıt Dəmir Yolu Vağzalı Kompleksinin açılışında iştirak edib
14:43
16 Noyabr
Sumqayıt Kimya Sənaye Parkında tütün məmulatları istehsalı fabriki istifadəyə verilib
14:38
16 Noyabr
Sumqayıt Kimya Sənaye Parkında əlvan metallar və ferroərintilər zavodunun açılışı olub
14:36
16 Noyabr
Azərbaycan meyvə-tərəvəz ixracını artırıb
14:33
16 Noyabr
Növbəti üç rayon üzrə təhsil müəssisələrində şəffaflığın artırılmasına dair seminarlar keçirilib
14:26
16 Noyabr
Prezident İlham Əliyev Sumqayıt Kimya Sənaye Parkında inşaat kimyəviləri zavodunun açılışında iştirak edib
14:21
16 Noyabr
Kaliforniyada yaşayan soydaşlarımızla görüş keçirilib
14:15
16 Noyabr
Prezident İlham Əliyev Sumqayıt şəhərinə səfərə gəlib
14:11
16 Noyabr
Jurnalist Aqil Camal Qazaxıstandakı beynəlxalq konfransa gedir
14:08
16 Noyabr
Elife Çekem: AZƏRTAC və Anadolu düzgün informasiya təminatı məsələsində eyni mövqedən çıxış edir
14:06
16 Noyabr
Deputat: Fransanın bu addımı təkcə Cənubi Qafqazda deyil, Avropada da separatçı meyillərin güclənməsinə səbəb ola bilər
14:02
16 Noyabr
Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir
13:59
16 Noyabr
Elçin Mirzəbəyli: Fransanın davranışları BMT Nizamnaməsinin VI və VII fəsillərində yer alan prinsiplərə tamamilə ziddir
13:00
16 Noyabr
UEFA nümayəndələrinin Bakıya tanışlıq xarakterli səfəri olub
12:51
16 Noyabr
Gürcüstanın maliyyə naziri ulu öndər Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət edib
12:46
16 Noyabr
Hadi Rəcəbli: Prezident İlham Əliyev sosial siyasət və sosial müdafiə sistemində dünyaya nümunə olacaq ardıcıl və sistemli yeniliklər həyata keçirib
12:44
16 Noyabr
Azad Rəhimov: VIII Forumda Azərbaycan gəncliyi üçün çox vacib məsələlər müzakirə olunacaq
12:38
16 Noyabr
Bişkekdə “İslam müasir sivil dövlətdə” adlı ikinci beynəlxalq konfrans başa çatıb
12:37
16 Noyabr
Azərbaycan ilə Türkiyə arasında təhsil sahəsində əməkdaşlıq perspektivləri müzakirə olunub
12:28
16 Noyabr
Hikmət Babaoğlu: Fransa terrorçuya cəzasızlıq mühiti yaratmaqla Avropa dəyərlərini və beynəlxalq hüququ gözdən salır
12:13
16 Noyabr
Bakıda “Vəkillərin rolu və müstəqilliyi: müqayisəli perspektivlər” mövzusunda beynəlxalq konfrans davam edir
11:55
16 Noyabr
Bakıda Azərbaycan Gənclərinin VIII Forumu keçirilir
11:51
16 Noyabr
Bakıda Polşa filmləri festivalı keçiriləcək
11:49
16 Noyabr
TÜRKSOY-un xalq çalğı alətləri orkestrinin Yokohamadakı konserti böyük maraq və alqışlarla qarşılanıb
11:40
16 Noyabr
Həmyerlimiz İslam dünyasının idmanda təmsil olunan xanım nümayəndələrini bir araya toplayacaq
11:34
16 Noyabr
SOCAR radar peyk təsvirlərinin köməyi ilə neft yataqlarının aşkarlanması istiqamətində tədqiqat aparacaq
11:28
16 Noyabr
Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır

Video

 

Müsahibə

 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30
HAVA HAQQINDA
Bakı
gündüz+13 +16
gecə+8 +10