Ana səhifə »  Müəlliflər »  Kinorejissor indi də maliyyə dilənçisi rolunda...
A+   Yenilə  A-
Kinorejissor indi də maliyyə dilənçisi rolunda...
Yazdı: Aqşin Şahinoğlu

Rüstəm İbrahimbəyov bəzi islamofob və ermənipərəst dairələrdən pul aldığını etiraf edib
Ömrünün təxminən 70 ilə qədərini kinostudiyaların qaranlıq otaqlarında keçirən kinossenarist Rüstəm İbrahimbəyovun gün işığına çıxması ona heç də asan başa gəlməyib. İşığın gözqamaşdıran şüaları qocanın səhhətində ciddi problemlər yaradıb və irəliləyən yaşının da təsiri ilə İbrahimbəyovda çox ciddi fəsadlar müşahidə edilməkdədir. Bu fəsadların yaddaşı zəifləmək, fikirləri qarışdırmaq, keçmişi unutmaq kimi təzahürləri R.İbrahimbəyovu çıxılmaz bir dalana dirəyib. O, xilas olmaq üçün axtardığı hər yolun onu daha da dərin quyuya çəkdiyini anlamaqda isə acizdir. Ona görə də, mövsümdən-mövsümə dəyişikliyə uğrayır, 2008-ci ildə “ziyalı” kimi başladığı ikinci həyatına hazırda “siyasətçi”, radikal müxalifət partiyalarının cəm olduğu “Milli şura”nın namizədi kimi davam edir. Amma onun bu fəaliyyətinin ictimai maraqlara uyğunluğu şübhə doğurmaqla yanaşı, ciddi qınaq obyektinə də çevrilib. Eyni zamanda, bu fəaliyyət qoca kinodramaturqu ağır vəziyyətə salıb. Mətbuata hər açıqlamasında özünü biabır edən R.İbrahimbəyov “Yeni Müsavat” qəzetinə sonuncu müsahibəsində səsləndirdiyi fikirlərlə isə həm öz mahiyyətini bir daha ortaya qoyub, həm də Azərbaycan cəmiyyəti üçün zərərli bir ünsür olduğunu göstərib. O, əslində, müxalifətdə lövbər salmağın və radikal müxalifət azlığının namizədi olmağın onun üçün nə məna kəsb etdiyini açıq şəkildə göstərib: “Mən bizim siyasi partiyaların liderlərindən soruşuram: seçki kampaniyasına böyük miqdarda pullar lazımdır, onların isə pulları yoxdur və onu təşkil eləyə bilmirlər. Deməli, o vəsaiti kimsə təşkil eləməlidir. Vəsaitsiz necə seçki kampaniyası aparmaq olar? Təcrübə göstərir ki, seçki kampaniyası aparmaq üçün bir neçə milyon pul lazımdır. Mən gəlib Bakıda qalsam, Bakıdan çıxmağıma imkan verilməsə, o pulları kim təşkil edəcək? Bu gün xaricdə qalmağım çox şeyləri həll edir. O cümlədən, vəsait problemini”.
Qısacası, İbrahimbəyov xaricdə pul yığmaq üçün qaldığını söyləyib. Təbii ki, bu etirafdan sonra ağlagələn ilk sual ondan ibarətdir ki, bu dilənçi kinorejissora pulu kim verəcək? Bu barədə çox da uzun-uzadı baş sındırmaq yerinə keçmişə qısa bir ekskursiya və sadə bir məntiq bütün cavabları ortaya qoyur. Bu günə qədər Azərbaycanda müəyyən adamların xaricdən aldıqları dilənçi payı ilə ölkəmizdə təxribatçı və anti-azərbaycançı fəaliyyətlə məşğul olduqlarının şahidi olmuşuq. Həmin dairələr mövsümi olaraq özləri üçün yeni ələbaxan aşkarlayır və qısa müddət həmin insanın “boğazını” yaşlayır. Hazırda isə qoca kinorejissor İbrahimbəyov özünü ortalığa atıb və anti-azərbaycançı, islamofob, ermənipərəst dairələr diletantlığı və ermənilərə olan sevgisi ilə şöhrət qazanmış bu qocanı müəyyən qədər maliyyə dəstəyi ilə təmin edirlər. Bu gün İbrahimbəyovun xaricə pul yığmaq üçün getdiyini söyləməsi isə bilinən bu həqiqətin etirafıdır. Bu etiraf həm də başqa mətləblərin üstünü açır.
Azərbaycanın ABŞ-dakı diaspor nümayəndələrinin Rüstəm İbrahimbəyova şok cavabı...
Əldə etdiyimiz məlumatlara görə, bu günə qədər Rüstəm İbrahimbəyov bir neçə ölkədə, o cümlədən, Rusiyada bəzi insanlarla görüşüb, onlardan müəyyən vədlər qarşılığında pul istəyib. Bundan başqa, ABŞ-dakı erməni diaspor təşkilatlarının üzvlərindən pul alan İbrahimbəyovun Azərbaycan diaspor təşkilatlarından da pul qoparmaq arzusu puç olub. Azərbaycan diaspor təmsilçiləri ermənipərəst İbrahimbəyovun bu istəyini çox ağır ifadələrlə geri çeviriblər. Biz etik prinsipləri nəzərə alaraq, qocaya söylənən ifadələri burada yazmırıq. Hər halda Rüstəm İbrahimbəyov bu ifadələrin nədən ibarət olduğunu yaxşı bilir. Amma deyəsən, bu, heç onun vecinə də deyil. “Milli şura”nın diletant namizədi indi də Avropa dövlətlərinə dilənçilik üçün üz tutmaqdadır.
Qoca kinoçəkən siyasi cəhətdən savadsızlığını növbəti dəfə ortaya qoydu
Əslində, əldə etdiyimiz bu məlumatlar bir həqiqəti də növbəti dəfə təsdiqləmiş oldu. Rüstəm İbrahimbəyovun heç bir debutant qədər də siyasi savadı yoxdur. Əgər olsaydı, cibində Rusiya pasportu daşıyan və Rusiya vətəndaşlığı olan Rus-tam ABŞ və ya Avropa dövlətlərinə gedib onlardan pul dilənməzdi. Çünki ən səriştəsiz siyasətçi belə Rusiyanın ABŞ və bir sıra Avropa dövlətləri ilə əlaqələrinin hansı səviyyədə olduğunu bilir. O da sirr deyil ki, Rusiyanın qeyd olunan dövlətlərlə münasibətlərində hələ “soyuq müharibə” illərindən bu yana davam edən və heç vaxt da səngiməyən problemlər mövcuddur. Rusiya pasportunu cibinə qoyub ABŞ-da maliyyə dilənçiliyi edən istənilən şəxsin alacağı cavab da əvvəlcədən bəlli olur. İndi Rus-tamın ABŞ-a, Avropaya pul dalınca getməsi onu gülünc vəziyyətə qoyur.
“Yeni Müsavat”ın görüb göz yumduğu həqiqətlər...
Təbii ki, əgər kimsə kiməsə pul verirsə, bunun qarşılığında nəsə gözləyir. O cümlədən, mürəkkəb beynəlxalq münasibətlər sistemində də irticaçı maliyyə institutları, qrant verən donor təşkilatlar, konkret maraqları naminə bəzi şəxslərin fəaliyyətini maliyyələşdirən diaspor qurumları və nümayəndələri var. Bu istiqamətdə son illərdə islamofob, ermənipərəst dairələrin fəaliyyətinin artdığı müşahidə olunmaqdadır. Qeyd etdiyimiz kimi, Rüstəm İbrahimbəyov da məhz həmin təşkilatların nümayəndələri ilə görüşərək pul istədiyini söyləyir. Aydındır ki ortada konkret sövdələşmə var və bu sövdələşmənin mahiyyətini bilmək çox asandır. Həmin ermənipərəst, islamofob dairələr Rüstəm İbrahimbəyova onun hansısa vədi qarşılığında pul verir. Ən sadəlövh adam belə düşünməz ki, ermənilər və onları dəstəkləyənlər pullarını Azərbaycanın inkişafı naminə xərcləyirlər. Deməli, Rüstəm İbrahimbəyov anti-azərbaycançı fəaliyyəti qarşılığında maliyyə yardımı alır. Yəni məşhur Azərbaycan məsəlində deyildiyi kimi, pulu verən mahnını da sifariş verir. Burada maraqlı məqam, qoca kinodramaturqun müsahibəsini təqdim edən “Yeni Müsavat” qəzetinin onun pul dilənməklə bağlı fikirlərini ciddi bir arqument kimi təqdim etməsidir. İnandırıcı deyil ki, bu qəzetdə çalışanlar qeyd olunan həqiqətlərdən xəbərsizdirlər. Sadəcə, onlar nəyinsə naminə R.İbrahimbəyovun bu zərərli vərdişinə göz yumurlar. Bu isə nə milli maraqlar, nə də qəzetçiliyin dəyişməz prinsipləri baxımından doğrudur.

 
  • Oxunub:  26280  |  
  • Tarix:  13-08-2013  |  
  •    Çap et   |  
Get Adobe Flash player
Prezident İlham Əliyev: Azərbaycanda bütün nəqliyyat infrastrukturu yeniləşir, müasirləşir

15 Noyabr 18:05
Prezident İlham Əliyev ABŞ-ın Xristian Liderlər Konqresinin rəhbərini qəbul edib
15 Noyabr 18:03
Nəsib Məhəməliyev: 2020-ci ilin dövlət büdcəsi müstəqillik illərinin ən iri həcmli büdcəsidir
15 Noyabr 18:01
Malik Həsənov: İqtisadiyyatımız qeyri-neft sektorunun inkişafı hesabına daha da güclənir
15 Noyabr 18:00
Mahir Abbaszadə: Dövlət büdcəsində baş verən artım ölkəmizdə həyata keçirilən uğurlu iqtisadi siyasətin məntiqi nəticəsidir
15 Noyabr 17:59
Tahir Rzayev: Bakıda Dünya dini liderlərinin II Sammitinin keçirilməsi ölkəmizin beynəlxalq müstəvidə artan nüfuzundan xəbər verir
15 Noyabr 17:57
Milli Oftalmologiya Mərkəzinin Gözdən Əlillər Cəmiyyətində keçirdiyi tibbi aksiya zamanı 71 nəfər müayinə olunub
15 Noyabr 17:55
Siyavuş Novruzov: Azərbaycan dini konfessiyalar arasında əlaqələrin qurulması ilə sülhə nail olmağın nümunəsini təqdim edir
15 Noyabr 17:54
Tarixi mirasın tolerantlıq dərsləri
15 Noyabr 17:29
“euro2020.affa.az” saytı istifadəyə verilib
15 Noyabr 17:27
Bakıda Azərbaycanın Milli Qəhrəmanı Albert Aqarunovun şərəfinə ucaldılan heykəlin açılışı olub
15 Noyabr 17:23
“Ağ Şəhər”də növbəti yaşıllıq zonası yaradılır
15 Noyabr 17:14
Prezident İlham Əliyev Şamaxıda zəlzələnin nəticələrinin aradan qaldırılması işlərinin davam etdirilməsinə 3 milyon manat ayırıb
15 Noyabr 17:08
Azərbaycan nümayəndə heyəti VIII Beynəlxalq Sankt-Peterburq Mədəniyyət Forumunda iştirak edir
15 Noyabr 17:07
Azərbaycanın Ankaradakı səfiri İstanbulda təhsil alan tələbələrlə görüşüb
15 Noyabr 16:49
Prezident İlham Əliyev Qüds Sefardi ortodoks baş ravvinini qəbul edib
15 Noyabr 16:38
Erməni deputatlar Vaşinqtonda sual atəşinə tutulublar
15 Noyabr 16:34
Prezident İlham Əliyev Rusiyanın Şimali Qafqaz respublikalarından olan bir qrup müsəlman din xadimindən ibarət nümayəndə heyətini qəbul edib
15 Noyabr 16:24
BMT-nin Sivilizasiyalar Alyansı ilə əməkdaşlıq müzakirə olunub
15 Noyabr 16:18
Prezident İlham Əliyev KAICIID Beynəlxalq Dinlərarası və Mədəniyyətlərarası Dialoq Mərkəzinin Baş katibini qəbul edib
15 Noyabr 16:15
Rob Sobhani: Dünya dini liderlərinin II Bakı Sammiti Azərbaycanın dini azadlıq nümunəsi olduğunu nümayiş etdirir
15 Noyabr 15:59
Vüqar Rəhimzadə: Azərbaycan nadir qlobal dialoq və əməkdaşlıq məkanına çevrilib
15 Noyabr 15:34
Azərbaycan 13 milyard dollarlıq neft və bitumlu minerallardan alınan neft məhsulları ixrac edib
15 Noyabr 15:26
Mədəniyyət naziri və müavinləri bölgələrdə vətəndaşlarla görüşüb
15 Noyabr 15:24
Azərbaycanla Gürcüstanın dəmir yollarının əməkdaşlığının perspektivləri müzakirə olunub
15 Noyabr 15:20
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəhbərliyi Masallı və Yardımlıda vətəndaşları qəbul edib
15 Noyabr 15:18
Zoltan Hernyeş: İnsan hüquqları ilə süni intellekt məsələlərin əlaqəsi mühüm məsələlərdən biridir
15 Noyabr 15:08
BDU-nun 100 illik yubileyi ilə bağlı yaradıcılıq müsabiqəsinə yekun vurulub
15 Noyabr 15:06
Avropa İnvestisiya Bankı 2021-ci ildən ənənəvi enerji mənbələri üzrə layihələri maliyyələşdirməyəcək
15 Noyabr 14:46
Dünya dini liderlərinin II Bakı Sammitinin yekunlarına dair mətbuat konfransı keçirilib
15 Noyabr 14:37
2025-ci ildən sonra neft tələbatındakı artım tempi yavaşlayacaq
15 Noyabr 14:35
Ravvin Eli Abadi: Azərbaycan dünyada multikulturalizm və dinlərarası əməkdaşlıq diyarı kimi tanınır
15 Noyabr 14:07
Bakı Dövlət Universitetində tədbir: Ozan sənəti milli sərvətimizdir
15 Noyabr 14:03
Azərbaycanın Energetika naziri Dayanıqlı İnkişaf Məqsədləri üzrə Qazaxıstan sammitində iştirak edib
15 Noyabr 13:56
Dünya dini liderlərinin II Sammitinin Bakı Bəyannaməsi qəbul edilib
15 Noyabr 13:22
Naybori Sammiti çərçivəsində Azərbaycanda qadın hüquqları sahəsində görülmüş işlərdən danışılıb
15 Noyabr 13:17
Baş prokuror Abşeron rayonunda vətəndaşları qəbul edib
15 Noyabr 13:13
Dünya dini liderlərinin II Bakı Sammiti plenar iclasla işini davam etdirir
15 Noyabr 12:59
AVCİYA bələdiyyə seçkiləri ilə bağlı maarifləndirmə tədbirlərinə başlayıb
15 Noyabr 12:55
Bakının Türkan qəsəbəsində sakinlərin problemləri dinlənilib
15 Noyabr 12:54
Senator Lindsi Qrem qondarma “erməni soyqırımı”nın tanınması haqqında qətnaməni ABŞ Senatında bloklayıb
15 Noyabr 12:50
Qadın kimyaçılara həsr olunan tədbir
15 Noyabr 12:46
2020-ci ilin dövlət büdcəsinin 39.5 faizi bilavasitə sosial məqsədlərə yönələcək
15 Noyabr 12:43
Azərbaycanın Xarici İşlər naziri 10-cu Sir Bani Yas Forumunda iştirak edəcək
15 Noyabr 12:42
Ümidlər və proqnozlar: Ərdoğanın Vaşinqton səfərinin nəticələri
15 Noyabr 12:06
Stanislav Zvolenski: Bakı Sammiti müxtəlif dinlər və təriqətlər arasında dialoqun və əməkdaşlığın inkişafına töhfə verəcək
15 Noyabr 11:48
AMEA-nın Gənc Alim və Mütəxəssislər Şurasının bölmə katibləri hesabat veriblər
15 Noyabr 11:43
Azərbaycanda startaplar üçün “StartupFest 2019” keçiriləcək
15 Noyabr 11:39
Los Anceles sinaqoqunda Qarabağ həqiqətlərinə həsr olunmuş geniş tədbir keçirilib
15 Noyabr 11:27
“Avro 2020”: Bu gün 11-ci tur çərçivəsində səkkiz qarşılaşma oynanılacaq
15 Noyabr 11:26
Müxtəlif qoşun növlərinin cəlb olunduğu əməliyyat təlimi davam edir
15 Noyabr 11:23
Nazir Əbülfəs Qarayev İranın Mədəniyyət və İslami Əlaqələr Təşkilatının sədri ilə görüşüb
15 Noyabr 11:12
Zərdab–Qaravəlli avtomobil yolu yenidən qurulub
15 Noyabr 11:07
Ermənistan silahlı qüvvələri atəşkəs rejimini 20 dəfə pozub
15 Noyabr 10:51
“Euronews” televiziya kanalı Bakı Caz Festivalı haqqında reportaj yayımlayıb
15 Noyabr 10:48
Bakıda ilk dəfə olaraq “Süni intellekt və insan hüquqları” mövzusunda beynəlxalq konfrans işə başlayıb
15 Noyabr 10:39
Daşkənddə Asiya İnkişaf Bankının Mərkəzi Asiya Regional İqtisadi Əməkdaşlıq Proqramı çərçivəsində 18-ci Nazirlər Konfransı keçirilib
15 Noyabr 10:29
Belarusda Azərbaycanın turizm imkanları təqdim olunub
15 Noyabr 10:17
Prezident İlham Əliyev: Azərbaycanda bütün nəqliyyat infrastrukturu yeniləşir, müasirləşir
15 Noyabr 10:15
Milli Məclisdə 2020-ci ilin dövlət büdcəsi zərfinə daxil olan sənədlərin müzakirəsi başa çatıb
15 Noyabr 10:13
Moskvanın və Bütün Rusiyanın Patriarxı Kirill Bakıda “Jen Mironosits” pravoslav kafedral kilsəsini ziyarət edib
15 Noyabr 10:07
Beyləqanda tullantı sutəmizləyici qurğunun tikintisi yekunlaşır
15 Noyabr 10:04
AzTU-da sərgi: dəyəri 5 min manatdan baha olan əl işi müsabiqəyə çıxarıldı
15 Noyabr 10:03
Mərkəzi Seçki Komissiyası bələdiyyə seçkiləri ilə əlaqədar Şəkidə seminar-müşavirə təşkil edib
15 Noyabr 09:57
Qaradağ rayonunda qeyri-qanuni dini tədris kursunun fəaliyyət göstərdiyi aşkarlanıb
15 Noyabr 09:56
Bakcell Azərbaycanda ən sürətli mobil internet təqdim edir
15 Noyabr 09:50
Azercell-in dəstəyi ilə sayca beşinci Uşaq Paralimpiya Oyunları keçirilib
15 Noyabr 09:48
“Nar”ın sosial layihəsi nüfuzlu beynəlxalq müsabiqədə qalib olub
15 Noyabr 09:46
Azərbaycanın regionlarında payızlıq taxıl səpini uğurla davam etdirilir
14 Noyabr 22:19
Azərbaycanın Xarici İşlər naziri BMT-nin Sivilizasiyalar Alyansı üzrə Ali nümayəndəsi ilə görüşüb
14 Noyabr 22:14
Ali Erbaş: Terror təşkilatlarına yardım edənlərə Bakı Sammiti vasitəsilə mesaj göndərməyə çalışacağıq

Video

 

Müsahibə

 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
HAVA HAQQINDA
Bakı
gündüz+12 +14
gecə+9 +11