Ana səhifə »  Müəlliflər »  “Müsavat” başqanı “Milli şura”nı yenidən alçaldıcı şəkildə təhqir etdi
A+   Yenilə  A-
“Müsavat” başqanı “Milli şura”nı yenidən alçaldıcı şəkildə təhqir etdi
Yazdı: Pərviz Sadayoğlu

O, qondarma qurumu xarici maraq qruplarına işləyən, xəyanətkar, satqın təşkilat adlandırdı
Radikal müxalifət düşərgəsinin “Milli şura” oyununda artıq sonuncu pərdə enmək üzrədir. Bu “tamaşa”da rol alan şəxslərin siyasi fəaliyyət(sizliy)i bir daha onların kimliklərinin açılmasına səbəb oldu. Artıq bir müddət idi ki, davam edən üstüörtülü atmacalar, funksionerlərarası çarpışmalar yenidən sədrlər səviyyəsində açıq şəkildə dilə gətirilir. O cümlədən, “Milli şura” oyunundan çıxmaq üçün bəhanə axtaran, zorən, veriləcək pullara şərik olmaq səbəbilə bu ssenaridə yer alan Müsavat Partiyası və digər təşkilatlar da “şura”nın perspektivsizliyini görüb, onu hətta təhqir belə edirlər.
“Milli şura”nın anti-azərbaycançı dairələr tərəfindən maliyyələşdirilməsi, bu siyasi şounun xalqın milli maraqlarına qarşı yönəldilməsi artıq kimsədə şübhə oyatmır. Maraqlıdır ki, bir zamanlar “Milli şura”nı “demokratik qüvvələrin birliyi” adlandıranlar da etiraf edirlər ki, xarici maliyyə fondları, ermənipərəst dairələr bu “şura” ilə “yaxından maraqlanırlar”. Əlbəttə ki, cidanı çuvalda gizlətmək mümkün olmadığı üçün “Milli şura”da təmsil olunan həmin partiya sədrləri də bu fikirləri ilə sadəcə özlərini kompensasiya etmək niyyətindədirlər.
Məsələn, Müsavat Partiyasının başqanı İsa Qəmbər mətbuata müsahibəsində bildirib ki, “Milli şura” ilə müxtəlif qüvvələr maraqlana bilər: “Ölkə daxilində də, ölkə xaricində də bu məsələ fərqli qüvvələrin marağında ola bilər”.
Bu açıq etiraf bir daha göstərir ki, “Milli şura”nın hansısa qüvvələr tərəfindən idarə olunduğu, antimilli maraqlara qarşı hazırlandığı haqda iddialar doğrudur. İ.Qəmbərin dediyi həmin “ölkə xaricindəki” qüvvələr Rüstəm İbrahimbəyov kimi ermənipərəst, öz xalqı tərəfindən qəbul olunmayan, xarici “havalara süzməyi” bacaranları çox asan şəkildə ələ ala bilirlər. Bəs, adını siyasətçi qoyan İsa Qəmbər niyə özü-özünə sual vermir ki, ölkə xaricindəki həmin “qüvvə” “Milli şura” kimi amorf, xalq tərəfindən qəbul edilməyən bir qurumla hansı səbəb ucbatından maraqlanır?
Əlbəttə ki, bu sualın cavabı da ortadadır. İsa Qəmbər artıq Rüstəm İbrahimbəyov “nağılının” bitdiyini anladığı üçün özünü sudan quru çıxarmağa çalışır və bu üzdən də gözünü yumub, təmsil olunduğu “şura”nı açıq hədəfə alır, təhqirlərə “qonaq” edir. Həmin müsahibəsində “Müsavat” rəhbəri özünün və təmsil etdiyi təşkilatın guya “Milli şura”nın xəyanətkar planlarından kənarda dayanmasını sübuta yetirməyə çalışır. Hətta bunun üçün “Milli şura”nın xəyanətkar yolda olduğunu etiraf etməklə yanaşı, bu addımların qarşısının da Müsavat Partiyası tərəfindən alındığını ortaya qoymaq istəyir: “Nə qədər ki, “Müsavat” “Milli şura”nın daxilindədir, “Milli şura” Azərbaycanın maraqlarına xidmət edir və bundan sonra da edəcək”.
Görəsən, antimilli şurada təmsil olunmaq məcburiyyəti haradan qaynaqlanır? İsa Qəmbər bununla bir daha göstərir ki, “Milli şura”dan ötrü heç də əldən-ayaqdan getmir, sadəcə, ermənipərəst dairələrdən alınan milyonlarla dollar onun da “marağındadır” və bu üzdən də orada dayanıb xalqın “marağını qoruyur”!!!
Göründüyü kimi, İ.Qəmbər birmənalı şəkildə “Milli şura”nın heç bir işə yaramadığını etiraf edir və öz açıqlamalarında bu qurumu aşağılayır. Radikal düşərgənin “birlik” adlandırdığı “Milli şura” tamaşasında əsas rolun özündə olduğunu hər məqamda ortaya qoymağa çalışan İ.Qəmbər perspektivsiz “İbrahimbəyov və cırtdan partiyalar birliyi” layihəsini tək “Müsavat”la həyata keçirə biləcəyini önə sürür. Bu isə, birmənalı şəkildə siyasi karyerası uğursuzluqlarla dolu olan Qəmbərin öz düşərgəsinə qarşı növbəti demarşıdır. O, verilən pulların gücsüz partiyalar arasında bölünməsinə etiraz edir.
Təbii ki, İsa Qəmbər yalan danışdığının fərqindədir və bilir ki, bu gün Müsavat Partiyasının qələbəsi haqda danışmaq olduqca gülünc görünür. Ən əsas səbəb xalqın birmənalı şəkildə bu siyasi qüvvəyə, o cümlədən xəyanətkar planda iştirak edən digər qruplara da birmənalı münasibətidir. Sadəcə, İ.Qəmbər ortaya atılmış “vahid namizəd” məsələsində xal qazanmaq üçün belə “tryuklardan” istifadə etmək istəyir.
İ.Qəmbər avqustun 18-də keçirilən mitinqdə bildirib ki, burada ayrı-ayrı şəxslərin adını çəkməyə ehtiyac yoxdur. Adı çəkiləcək şəxs Rüstəm İbrahimbəyovdur.
Ardınca isə özü-özünü təkzib edib və deyib ki, “avqustun 19-da keçiriləcək sessiyada biz “vahid namizəd” məsələsini həll edəcəyik. Ya bir namizəd seçib seçkilərə gedəcəyik, ya da İbrahimbəyovun da dediyi kimi, “Milli şura”da təmsil olunanlardan bir neçə nəfər namizədliyini irəli sürəcək”.
Başa düşmək olmur ki, İsa Qəmbər R.İbrahimbəyovun qələbəsi üçün necə çalışır.
Əslində, İ.Qəmbərin ssenarisinə əsasən, bir neçə nəfər namizədliyini irəli sürməli, seçkilərə az qalmış isə məhz “Müsavat”ın nümayəndəsinin xeyrinə namizədliklərini geri götürməlidirlər. İ.Qəmbər bir tərəfdən R.İbrahimbəyovu neytrallaşdırır, digər tərəfdən də “Milli şura”nın sədri namizəd olmayacağı təqdirdə, boykot ssenarisini əngəlləməyə çalışır.
İ.Qəmbər öz partiyasının funksionerlərinin dili ilə də “Milli şura”nı hər addımda tapdalayır. Məsələn, “Müsavat” funksioneri Mustafa Hacıbəyli Rüstəm İbrahimbəyova müraciətində bildirib: “Milli şura”nın son sessiyasında gəldiyim qənaət budur ki, təşkilatın bəzi üzvləri öz rəhbərlərindən müxalifəti boykota çəkmək tapşırığını aldıqları üçün, bəzi üzvləri isə “vahid namizəd”in, yəni sizin “yaxın ətrafınız” kimi tanınmalarının, bunun sayəsində proseslərə rəhbərlik etmələrinin lüksunu uzatmaq naminə müxalifətin bu dalandan vaxtında çıxmasına məqsədli şəkildə əngəl yaradırlar. Sizə vəziyyətin necə təqdim edilməsindən asılı olmayaraq, əmin olun ki, bu vəziyyətin aradan qaldırılması üçün son tarix avqustun 19-dur. Əgər avqustun 19-da “Milli şura”nın sessiyasında daha bir tərəfsiz ziyalının prezidentliyə namizədliyinin irəli sürülməsi barədə qərar verilməyəcəksə, hakimiyyətin rəqibsiz, xalqın seçimsiz qalmasının məsuliyyəti “Milli şura”nın üzərinə düşəcək”.
Beləliklə, İsa Qəmbər M.Hacıbəyli vasitəsilə Rüstəm İbrahimbəyovun yelpazələrini ifşa edir və “Milli şura”nın sədrinə ultimatum verir. Əgər o, iddiasında ciddidirsə, radikal müxalifətin “böyük birliyi” kimi təqdim olunan bu qurum iflasa məhkumdur.

 
  • Oxunub:  20280  |  
  • Tarix:  20-08-2013  |  
  •    Çap et   |  
Get Adobe Flash player
Prezident İlham Əliyevin müvafiq Fərmanı Azərbaycanın ərazi bütövlüyü uğrunda həlak olmuş hərbi qulluqçuların ailələrinə, vərəsələrinə yüksək diqqət və qayğının daha bir bariz nümunəsidir

15:56
17 Noyabr
Hikmət Hacıyev: Fransanın hərəkətləri Minsk qrupunun həmsədr ölkəsi kimi üzərinə götürdüyü öhdəliklərlə bir araya sığmır
15:47
17 Noyabr
Üçrəngli Azərbaycan bayrağının Naxçıvanda əbədi yüksəkliyə qaldırıldığı gün - 17 noyabr 1990-cı il
15:24
17 Noyabr
Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə ağacəkmə aksiyası başlayıb
15:12
17 Noyabr
Ağsuda Milli Dirçəliş Günü münasibətilə “dəyirmi masa”
15:10
17 Noyabr
AQTİ xaricdə təhsil almış gəncləri yüksək məvaciblə işə dəvət edir
14:59
17 Noyabr
“Müşfiqli dünya” adlı ədəbi-bədii gecə təşkil ediləcək
14:55
17 Noyabr
Özbəkistanda Azərbaycanın turizm imkanları təqdim olunub
14:50
17 Noyabr
Azərbaycan Milli Məclisi sədrinin rəhbərlik etdiyi nümayəndə heyəti Türkiyəyə səfər edəcək
14:48
17 Noyabr
Bakının 23 nömrəli orta məktəbində robotexnika laboratoriyası yaradılıb
14:40
17 Noyabr
Heydər Əliyev Fondunun daha bir layihəsi – “Yeddi gözəl” sərgisi Moskvada açılır
14:35
17 Noyabr
Daşkənddə keçirilən “Nəqliyyat və logistika” sərgisində Azərbaycan da iştirak edib
13:23
17 Noyabr
Bakıda akrobatika üzrə dünya kuboku yarışları başlayıb
13:10
17 Noyabr
Londonda Dünya Xəbər Agentlikləri Konqresi Şurasının növbəti iclası keçirilib
13:08
17 Noyabr
Mikayıl Cabbarov: Vergi siyasəti iqtisadiyyatın dəyişən tələblərinə, onun artan gücünə adekvat olaraq təkmilləşdirilir
12:38
17 Noyabr
Fuad Nağıyev: Dövlət başçısının birbaşa diqqəti və qayğısı nəticəsində ölkə turizminin inkişafı istiqamətində mühüm addımlar atılıb
12:27
17 Noyabr
Hikmət Hacıyev: Ermənistan işğal olunmuş ərazilərimizdə qanunsuz fəaliyyətlər həyata keçirməklə status-kvonu saxlamaq kimi məqsədi güdür
12:15
17 Noyabr
Bu il Bakı-Tbilisi-Ərzurum kəməri ilə 6,6 milyard kubmetr təbii qaz ötürülüb
12:13
17 Noyabr
SOCAR-ın vitse-prezidenti: Yeraltı qaz anbarlarına 3,1 milyard kubmetr təbii qaz vurulub
12:05
17 Noyabr
Bakıda Azərbaycanın işğal olunmuş ərazilərində qeyri-qanuni fəaliyyətlərlə bağlı beynəlxalq konfrans keçirilir
12:02
17 Noyabr
Bu ilin 10 ayında Azərbaycan ilə Belarus arasında ticarət dövriyyəsi 176 milyon dollara yaxınlaşıb
11:13
17 Noyabr
Diasporla İş üzrə Dövlət Komitəsinin nümayəndə heyəti Vaşinqtonda bir sıra görüşlər keçirib
11:05
17 Noyabr
17 noyabr Azərbaycanda Milli Dirçəliş Günüdür
21:08
16 Noyabr
Professor Nigar Vəliyevanın “Azərbaycanca-ingiliscə-rusca izahlı kommunikasiya terminlər lüğəti” çapdan çıxıb
17:48
16 Noyabr
Kamal Abdullayev Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin Himayəçilik Şurasının sədri seçilib
17:33
16 Noyabr
Milli Məclisin əmək və sosial siyasət komitəsinin iclası keçirilib
17:27
16 Noyabr
Yeni Azərbaycan Partiyasının yaradılmasının 26-cı ildönümü Nizami rayonunda qeyd edilib
17:24
16 Noyabr
Mikayıl Cabbarov: Vergi Məcəlləsinə təklif edilmiş dəyişikliklər paketində tədbirlər sırasında vergi güzəştlərinin tətbiqi nəzərdə tutulur
17:11
16 Noyabr
Naxçıvan Muxtar Respublikası Ali Məclisində görüş
16:51
16 Noyabr
Nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Bərdədə vətəndaşlarla görüşüb
16:41
16 Noyabr
Akademik Ramiz Mehdiyevin “Dağlıq Qarabağ” kitabı: bilinməyən həqiqətlərin tarixi təsdiqi
16:35
16 Noyabr
AZƏRTAC və Pakistanın DND xəbər agentliyi informasiya mübadiləsi aparacaqlar
16:12
16 Noyabr
Beynəlxalq Cinayət Məhkəməsində Dağlıq Qarabağ münaqişəsi ilə bağlı ayrıca tribunalın yaradılması təklifi irəli sürülüb
16:08
16 Noyabr
Silahlı Qüvvələrin Baş Qərargah rəisi hərb oyunlarının yekunlarına dair müşavirə keçirib
15:56
16 Noyabr
Azərbaycan Gənclərinin VIII Forumunun iştirakçılarına
15:53
16 Noyabr
Xarici işlər naziri Elmar Məmmədyarov Birləşmiş Ərəb Əmirliklərində səfərdədir
15:49
16 Noyabr
Elman Məmmədov: Həmsədrlər indiyədək münaqişənin həlli istiqamətində hansısa irəliləyişə nail ola bilməyiblər
15:47
16 Noyabr
ADU-da “Leyli və Məcnun” operası səhnələşdirilib
15:42
16 Noyabr
XXIV Azərbaycan Beynəlxalq Telekommunikasiya və İnformasiya Texnologiyaları Sərgi və Konfransı keçiriləcək
15:39
16 Noyabr
Komanda-qərargah hərb oyunları çərçivəsində Naxçıvan Qarnizonu qoşunları döyüş atışlı mərhələni uğurla icra ediblər
15:17
16 Noyabr
Prezident İlham Əliyev Sumqayıt Dəmir Yolu Vağzalı Kompleksinin açılışında iştirak edib
14:43
16 Noyabr
Sumqayıt Kimya Sənaye Parkında tütün məmulatları istehsalı fabriki istifadəyə verilib
14:38
16 Noyabr
Sumqayıt Kimya Sənaye Parkında əlvan metallar və ferroərintilər zavodunun açılışı olub
14:36
16 Noyabr
Azərbaycan meyvə-tərəvəz ixracını artırıb
14:33
16 Noyabr
Növbəti üç rayon üzrə təhsil müəssisələrində şəffaflığın artırılmasına dair seminarlar keçirilib
14:26
16 Noyabr
Prezident İlham Əliyev Sumqayıt Kimya Sənaye Parkında inşaat kimyəviləri zavodunun açılışında iştirak edib
14:21
16 Noyabr
Kaliforniyada yaşayan soydaşlarımızla görüş keçirilib
14:15
16 Noyabr
Prezident İlham Əliyev Sumqayıt şəhərinə səfərə gəlib
14:11
16 Noyabr
Jurnalist Aqil Camal Qazaxıstandakı beynəlxalq konfransa gedir
14:08
16 Noyabr
Elife Çekem: AZƏRTAC və Anadolu düzgün informasiya təminatı məsələsində eyni mövqedən çıxış edir
14:06
16 Noyabr
Deputat: Fransanın bu addımı təkcə Cənubi Qafqazda deyil, Avropada da separatçı meyillərin güclənməsinə səbəb ola bilər
14:02
16 Noyabr
Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir
13:59
16 Noyabr
Elçin Mirzəbəyli: Fransanın davranışları BMT Nizamnaməsinin VI və VII fəsillərində yer alan prinsiplərə tamamilə ziddir
13:00
16 Noyabr
UEFA nümayəndələrinin Bakıya tanışlıq xarakterli səfəri olub
12:51
16 Noyabr
Gürcüstanın maliyyə naziri ulu öndər Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət edib
12:46
16 Noyabr
Hadi Rəcəbli: Prezident İlham Əliyev sosial siyasət və sosial müdafiə sistemində dünyaya nümunə olacaq ardıcıl və sistemli yeniliklər həyata keçirib
12:44
16 Noyabr
Azad Rəhimov: VIII Forumda Azərbaycan gəncliyi üçün çox vacib məsələlər müzakirə olunacaq
12:38
16 Noyabr
Bişkekdə “İslam müasir sivil dövlətdə” adlı ikinci beynəlxalq konfrans başa çatıb
12:37
16 Noyabr
Azərbaycan ilə Türkiyə arasında təhsil sahəsində əməkdaşlıq perspektivləri müzakirə olunub
12:28
16 Noyabr
Hikmət Babaoğlu: Fransa terrorçuya cəzasızlıq mühiti yaratmaqla Avropa dəyərlərini və beynəlxalq hüququ gözdən salır
12:13
16 Noyabr
Bakıda “Vəkillərin rolu və müstəqilliyi: müqayisəli perspektivlər” mövzusunda beynəlxalq konfrans davam edir
11:55
16 Noyabr
Bakıda Azərbaycan Gənclərinin VIII Forumu keçirilir
11:51
16 Noyabr
Bakıda Polşa filmləri festivalı keçiriləcək
11:49
16 Noyabr
TÜRKSOY-un xalq çalğı alətləri orkestrinin Yokohamadakı konserti böyük maraq və alqışlarla qarşılanıb
11:40
16 Noyabr
Həmyerlimiz İslam dünyasının idmanda təmsil olunan xanım nümayəndələrini bir araya toplayacaq
11:34
16 Noyabr
SOCAR radar peyk təsvirlərinin köməyi ilə neft yataqlarının aşkarlanması istiqamətində tədqiqat aparacaq
11:28
16 Noyabr
Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır
11:02
16 Noyabr
Noyabrın 16-sı Beynəlxalq Tolerantlıq Günüdür
10:53
16 Noyabr
Azərbaycan Gənclərinin VIII Forumunun iştirakçıları ümummilli lider Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət ediblər
10:51
16 Noyabr
Heydər Əliyev Fondunun təşkilatçılığı ilə Moskvada “Nəsimi - şeir, sənət və mənəviyyat festivalı” keçiriləcək
10:49
16 Noyabr
Fransa nümayəndə heyəti Cocuq Mərcanlıya səfər edib

Video

 

Müsahibə

 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30
HAVA HAQQINDA
Bakı
gündüz+13 +16
gecə+8 +10