Ana səhifə »  Müəlliflər »  “Azadlıq” qəzeti lideri Rüstəm İbrahimbəyovun ideoloqu Sarkisyanı təbliğ edir
A+   Yenilə  A-
“Azadlıq” qəzeti lideri Rüstəm İbrahimbəyovun ideoloqu Sarkisyanı təbliğ edir
Yazdı: Aqşin Şahinoğlu

Ermənilərin Azərbaycandakı ruporu olan bu qəzet İrəvan iqtidarının manipulyasiyasına dəstək verməklə növbəti dəfə özünü ifşa edir
Məlum olduğu kimi, “Azadlıq” qəzeti öz fəaliyyətini Azərbaycan xalqına xidmət üzərində deyil, müəyyən kiçik bir dairənin siyasi ambisiyalarını, şəxsi maraqlarını təmin etmək üçün qurur. Dar çərçivəli şəxsi maraqları gerçəkləşdirməyə çalışan bu qəzet, üstəlik, Azərbaycana qarşı heç də xoş məramı olmayan bir sıra xarici qurumlardan, qeyri-hökumət təşkilatlarından maliyyə və ideoloji asılılıq şəraitində fəaliyyət göstərir. Bəzi xarici anti-azərbaycançı dairələrin sifarişlərini yerinə yetirməklə məşğul olan qəzetin antimilli məzmunu da məhz buradan irəli gəlir. Bir müddət əvvəl Azərbaycan jurnalistlərinin Vl qurultayında çıxışı zamanı Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov da bildirmişdi ki, dünyanın hansı ölkəsində Azərbaycan dövləti və dövlətçiliyinə qarşı nə yazılırsa, dərhal bugünkü iqtidarı vurmaq anlamında “Azadlıq” qəzetinin səhifələrində tirajlanır, yaxşı şeylər bir qədər də silinərək təhrif olunur...
Sirr deyil ki, Azərbaycana qarşı informasiya müharibəsi aparan erməni mediası ölkəmizin nüfuzuna zərbə vurmağa yönələn hər cür təxribata əl atır. Erməni KİV-ləri öz çirkin təbliğat fəaliyyətlərində Azərbaycandakı bəzi mətbuat orqanlarını da alətə çevirməyə çalışırlar. Bu baxımdan, Azərbaycanda onların məqsəd və niyyətləri, ideyaları ilə ən çox uzlaşan mətbuat orqanı qismində məhz “Azadlıq” qəzeti çıxış edir. Ermənilərlə eyni zindana çəkic vurmaq, onlarla eyni yolda “tər tökmək” sanki AXCP sədri Əli Kərimlinin nəzarətində olan bu qəzetin missiyasına çevrilib. Bəs görəsən, ermənilərlə “Azadlıq” qəzetinin eyni missiyaya xidmət etməsi təsadüfdürmü?
Ermənipərəst Rüstəm İbrahimbəyov faktoru...
Əlbəttə ki, burada hər hansı bir təsadüf axtarmaq normal məntiqə sığmır. Çünki bu günə qədər “Azadlıq” qəzetinin xidmət etdiyi siyasi dairələr və erməni lobbi təşkilatlarının, həmçinin, erməni millətçilərinin ortaq fəaliyyəti ilə bağlı kifayət qədər geniş məlumatlara rast gəlmişik. Elə bu gün də tərəflər arasında möhkəm sevgi bağlarını müşahidə etməkdəyik. Məsələn, AXCP-nin də təmsil olunduğu qondarma “Milli şura”nın sədri və prezident seçkilərində namizədi Rüstəm İbrahimbəyovun ermənipərəstliyi heç kəsdə şübhə doğurmur. O, hər vəchlə erməniləri müdafiə edir, onların şəninə təriflər düzür, erməni həmkarları ilə əməkdaşlığı ildən-ilə genişləndirir, onlardan aldığı qrantlar hesabına özünü siyasətdə sınayır. Ötən əsrin 90-cı illərinin əvvəllərində qoca kinodramaturq Bakıdan köçüb gedən ermənilərə görə ağır nostalji hisslər yaşadığını açıq mətnlə dilə gətirirdi. O, Moskva mətbuatında “ermənilərsiz Bakının ziyalı mühitinin korlandığına”, “ermənilərsiz Bakıda nəfəs almağın mümkün olmadığına” dair silsilə məqalələr dərc etdirirdi. Rüstəm İbrahimbəyovun bir neçə ay bundan qabaq Rusiyanın “Rosbalt” agentliyinə verdiyi müsahibədə səsləndirdiyi fikirlər də təxminən eyni məzmunda idi. Qoca kinodramaturq ciddi-cəhdlə əsaslandırmağa çalışırdı ki, Dağlıq Qarabağ Azərbaycandan daha çox Ermənistana bağlıdır.
Ümumiyyətlə, Rüstəm İbrahimbəyovun tərcümeyi-halına nəzər salsaq, görərik ki, onun yaxın ətrafı daim ermənilərdən ibarət olub. Qoca kinodramaturq Bakıda təşkil etdiyi “Şərq-Qərb” festivallarında bir qayda olaraq erməni Robert Balayanı başda əyləşdirirdi. ABŞ-a səfəri zamanı erməni diasporunun üzvləri ilə apardığı konfidensial danışıqlar, onlar qarşısında götürdüyü öhdəliklər, Moskvada ermənipərəst dairələrdən maddi dəstək alması, Tbilisidə radikal müxalifət ünsürləri ilə görüşünə ermənilərin hotelini ünvan seçməsi və bu kimi digər faktlar əslində, İbrahimbəyov üçün erməniliyin nə anlama gəldiyini açıq şəkildə ortaya qoyur.
AXCP və “Müsavat” da ermənilərlə yaxından əməkdaşlıq edir
Satqın və xəyanətkar “Milli şura”nın ermənilərlə işbirliyində olan yeganə təmsilçisi Rüstəm İbrahimbəyov deyil. Bu qondarma qurumda yer alan AXCP və Müsavat partiyasının ermənilərlə əməkdaşlığının tarixi müstəqilliyimiz qədərdir. Xatırlatmaq yerinə düşər ki, məhz AXC-”Müsavat” hakimiyyəti dövründə ermənilər Azərbaycan torpaqlarını işğal etmişdi. Azərbaycan xalqının iradəsi əsasında bu qüvvələr siyasi hakimiyyətdən uzaqlaşdırılıb müxalifətə keçdikdən sonra bu dəfə də müxalifət təmsilçiləri kimi ermənilərlə əlaqələrinə sadiq qaldılar. Yaxın keçmişimizdə Müsavat partiyasının sədri İsa Qəmbərlə Ermənistan Ümummilli Hərəkatının İdarə Heyətinin sədri Aram Manukyan arasında sövdələşmə bunu təsdiq edən əsaslı dəlillərdən biridir. Eyni zamanda, AXCP sədrinin təlimatı ilə bu partiyanın gənclər təşkilatının keçmiş sədri Ruslan Bəşirlinin ermənilərlə görüşüb onlardan Əli Kərimlinin fəaliyyəti üçün maddi dəstək alması, Əli Kərimliyə yaxınlığı ilə bilinən bəzi qeyri-hökumət təşkilatlarına erməni diasporu üzvlərindən qrantlar ayrılması ilə bağlı faktlar bir çox mətləblərdən xəbər verir. Ona görə də, bu gün bu təşkilatların ruporu olan qəzetlərin də, onların cəmləşdiyi hansısa qondarma təşkilatın da erməni sevgisi başadüşüləndir.
Ermənilər “Milli şura”nı ona görə dəstəkləyirlər ki...
Ölkəmizdə prezident seçkiləri ilə bağlı proseslər fəallaşmağa başlayanda bir sıra erməni diaspor təşkilatları və siyasi dairələri Azərbaycanın radikal müxalifət partiyalarının birləşdiyi “Milli şura”nı dəstəklədiklərini açıq dillə bəyan etmişdilər. Bunun da ciddi səbəblərini artıq qeyd etdik. Burada ermənipərəst kinodramaturq Rüstəm İbrahimbəyovla yanaşı, AXCP və Müsavat partiyası ilə əməkdaşlıq məsələləri xüsusilə önəmli faktor qismində çıxış edir. Eyni zamanda, “Milli şura”nın seçki platforması və onların namizədi də ermənilərin iştahasını qabardır. Artıq cəmiyyətə də bəllidir ki, Rüstəm İbrahimbəyov xarici ölkələrdə bağlı qapılar arxasında keçirdiyi görüşlərdə Dağlıq Qarabağın ermənilərə veriləcəyi ilə bağlı vədlər verib. Belə olan halda ermənilər niyə də Azərbaycan maraqlarına düşmən kəsilən, ölkəmizin beynəlxalq imicinə qarşı kampaniya aparan, Azərbaycandakı möhkəm sabitliyi pozmaq üçün daim təxribatlara hazır olan və bəzi hallarda buna cəhdlər göstərmiş ermənipərəst “Milli şura”nı dəstəkləməməlidirlər?
Ermənilərin manipulyasiyası...
Ermənilərlə “Milli şura” təmsilçilərinin gizli planları ifşa olunduqdan sonra İrəvan hakimiyyəti bundan ciddi narahatçılıq keçirərək Azərbaycanın radikal müxalifət düşərgəsindəki tərəfdaşlarını qorumaq üçün informasiya kirliliyi yaratmağa, manipulyasiya cəhdlərinə başladılar. Onlar birdən - birə ağız dəyişdirərək guya Azərbaycanın indiki hakimiyyətinin seçkilərdə qalib gəlməsini istədiklərini bəyan etdilər. Əslində isə bu, erməni hiyləgərliyinin təzahürüdür. Əlbəttə ki, Sarkisyanın bu gün ermənilərin məkrli planlarının ifşa olmasından narahatçılıq keçirməsi də başa düşüləndir. Əvvəla, nəzərə almaq lazımdır ki, bugünkü Azərbaycan hakimiyyətinin həyata keçirdiyi siyasət erməniləri çıxılmaz vəziyyətə salıb. Artıq bir sıra erməni siyasətçiləri də etiraf edirlər ki, tarixin heç bir mərhələsində erməni xalqının bugünkündən ağır durumu olmayıb. Səfalət içərisində yaşayan ermənilər ölkələrinin gələcəyinə də ümid bəsləmirlər. Ona görə də, erməni prezident Serj Sarkisyanın Azərbaycan iqtidarı ilə bağlı fikirləri yalandan başqa bir şey olmamaqla bərabər, manipulyasiya cəhdidir. Təbii ki, rəsmi İrəvan üçün ən optimal variant Ermənistan dövlətini izolyasiya şəraitində saxlayan, bütün qlobal layihələrdən kənarda saxlayan, Azərbaycanın milli maraqlarını hər şeydən uca tutaraq qoruyan, vətəndaşlarımızın iradəsinə əsaslanan milli siyasət həyata keçirən indiki iqtidar deyil, ermənilər qarşısında öhdəliklər götürən, erməni diaspor təşkilatlarından maliyyə dəstəyi alan, Qarabağı satan və bu gün də Qarabağın Azərbaycanın ərazisi olmasına şübhə ilə yanaşan satqın “Milli şura” üzvləridir.
Azərbaycan cəmiyyəti hər şeyi yaxşı görür
Çox təəssüf ki, Sarkisyanın təxribat xarakterli bu kimi manipulyasiyalarına Azərbaycanda da dəstək verənlər tapılır. Bunlardan biri də AXCP-nin nəzarətində olan “Azadlıq” qəzetidir. Amma bu qəzetdə çalışanlar bir şeyi unudurlar ki, bu günün Azərbaycanı 1991-93-cü illərdə mövcud olan Azərbaycan deyil. Xalqımız da bütün prosesləri düzgün təhlil edərək haqlı qənaətə gələ bilir. Azərbaycan xalqı bütün təxribatların mahiyyətini və səbəbini gözəl dərk edir. İnformasiya əsri olan bu əsrdə kimisə aldatmaq mümkün deyil. Ona görə də, bu gün ermənilərlə işbirliyində olanlar xalqın üz döndərdiyi, 20 ildir xalqdan heç bir dəstək ala bilməyən qüvvələrdir. “Azadlığ”ın Sarkisyanın manipulyasiyasına dəstək verməsi isə sadəcə bu qəzetin özünü növbəti dəfə ifşa etməsindən başqa bir şey deyil.

 
  • Oxunub:  22050  |  
  • Tarix:  21-08-2013  |  
  •    Çap et   |  
Get Adobe Flash player
Yüksək dövlət qayğısı ilə əhatə olunan Azərbaycan mətbuatı özünün inkişaf dövrünü yaşayır

21 İyul 13:40
Gənclər və İdman naziri: Olimpiya Festivalına 6750 bilet satılıb
21 İyul 12:49
Avropa Gənclər Yay Olimpiya Festivalının Əməliyyat Komitəsi mətbuat konfransı keçirib
21 İyul 10:35
Ermənistan silahlı qüvvələri atəşkəs rejimini 17 dəfə pozub
21 İyul 09:48
XV Avropa Gənclər Yay Olimpiya Festivalının tennis yarışları start götürüb
21 İyul 09:46
Avropa Gənclər Yay Olimpiya Festivalı ilə əlaqədar polis gücləndirilmiş iş rejiminə keçib
20 İyul 21:11
AOK: Avropanın güclü yeniyetmə idmançıları Bakıda mübarizəyə hazırdırlar
20 İyul 19:53
Azad Rəhimov: XV Avropa Gənclər Yay Olimpiya Festivalı atletlər və idman həvəskarlarının xatirəsində xoş izlər buraxacaq
20 İyul 18:15
Avropa Olimpiya Komitəsinin prezidenti Yanes Kosyançiç: Bakı festivalın təşkilinə tam hazırdır
20 İyul 17:37
Daxili İşlər naziri Əlahiddə Çevik Polis Alayında sıra baxışı keçirib
20 İyul 16:18
IX Beynəlxalq Multikulturalizm Yay Məktəbi Oğuzda işini davam etdirir
20 İyul 15:25
UNESKO-nun baş direktoru Medianın Müdafiəsi Qlobal Fondunun yaradılmasını alqışlayıb
20 İyul 15:20
Yeni çağırış Avropa Parlamentində nümayəndə heyətləri təsdiqlənib
20 İyul 15:13
Müdafiə naziri: Ali Baş Komandanın qarşımızda qoyduğu ən əsas tapşırıq yüksək döyüş hazırlığıdır
20 İyul 14:24
Sevinc Hüseynova: Yeni Azərbaycan Partiyası gənclərin inkişafını daim diqqət mərkəzində saxlayır
20 İyul 14:20
Rauf Əliyev: Azərbaycanın xarici siyasəti, regional və qlobal miqyasda əməkdaşlığın möhkəmlənməsinə xidmət edir
20 İyul 14:17
İlham Məmmədov: Ölkəmizin uğurlu sosial dövlət modeli formalaşdırılıb
20 İyul 14:13
Azərbaycanın dövlət büdcəsinə 6 ayda daxilolmalar 10 milyard manatı keçib
20 İyul 14:07
XXX Ümumdünya Yay Universiadasında medal qazanan Azərbaycan idmançıları və məşqçiləri üçün mükafatların məbləği müəyyən edilib
20 İyul 14:02
Qəbələ Beynəlxalq Musiqi Festivalı yenidən sənətsevərlərin görüşünə gələcək
20 İyul 13:53
Bakıda keçiriləcək XV Avropa Gənclər Yay Olimpiya Festivalını 345 media nümayəndəsi işıqlandıracaq
20 İyul 13:51
Bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu olacaq, yağmursuz keçəcək
20 İyul 13:48
Prezident İlham Əliyev Avropa Olimpiya Komitələrinin prezidentini qəbul edib
20 İyul 13:46
YAP Naxçıvan səhər təşkilatının üzvlərinin sayı 18 min nəfəri ötüb
20 İyul 13:42
YAP Babək rayon təşkilatında görülən işlər və qarşıda duran vəzifələr müzakirə edilib
20 İyul 13:01
Ağdaşda heyvandarlıqla məşğul olan fermerlərə təlim keçirilib
20 İyul 12:57
Tələbə yay məktəbinin iştirakçıları ilə görüş
20 İyul 12:54
Qara metallar və onlardan hazırlanan məmulatların ixracı artıb
20 İyul 12:45
Əmək və Əhalinin Sosial Müdafiəsi Naziri Uşaq Bərpa Mərkəzində göstərilən reabilitasiya xidmətlərinə baxış keçirib
20 İyul 12:37
Azərbaycan, Gürcüstan və Türkiyə kənd təsərrüfatı sahəsində əməkdaşlığı müzakirə edib
20 İyul 12:34
Elman Məmmədov: Qaçqın və məcburi köçkünlərə davamlı və hərtərəfli qayğı göstərilməsi Azərbaycan hökumətinin fəaliyyətində mühüm yer tutur
20 İyul 10:21
Xarici İşlər naziri Elmar Məmmədyarov Çinin ölkəmizdəki yeni səfiri ilə görüşüb
20 İyul 10:17
Avstraliyanın Rusiyadakı səfirinə Dağlıq Qarabağ münaqişəsi barədə məlumat verilib
20 İyul 10:15
Azərbaycan Vaşinqtonda keçirilmiş dini azadlıq üzrə konfransda fəal iştirak edib
20 İyul 10:12
Leyla Abdullayeva: Erməni lobbi qruplarının əsassız fəaliyyəti Azərbaycan ilə Avstraliya arasında inkişaf etməkdə olan münasibətlərə xələl gətirə bilməyəcək
20 İyul 09:43
Ermənistan silahlı qüvvələrinin bölmələri atəşkəs rejimini 19 dəfə pozub
20 İyul 09:39
“Skolkovo” İnnovasiya Mərkəzinin və St.Gallen Universitetinin professorlarının iştirakı ilə dövlət orqanlarının rəhbər şəxsləri üçün təlim keçirilir
20 İyul 09:36
Yüksək dövlət qayğısı ilə əhatə olunan Azərbaycan mətbuatı özünün inkişaf dövrünü yaşayır
20 İyul 09:31
Nəsimi rayonunda jurnalistlərlə görüş keçirilib
20 İyul 09:29
Azad söz azad cəmiyyətin təməl daşıdır
20 İyul 09:26
Ulu Öndər Heydər Əliyevin qətiyyəti sayəsində ermənilərin qədim Qəbələ ilə bağlı məkirli planlarının qarşısı alındı
20 İyul 09:23
“Şəhərdən kəndə” aqroekoturizm layihəsi çərçivəsində Şəkiyə mediatur təşkil edilib
20 İyul 09:21
YAP Qazax rayon təşkilatının yaradılmasının 26-cı ildönümü münasibətilə tədbir keçirilib
20 İyul 09:19
ADAU-da 2-ci Beynəlxalq Yay Məktəbi uğurla başa çatıb
19 İyul 20:14
Elmar Məmmədyarov: Təşəbbüskarı olduğumuz layihələr Avropa ilə Asiya arasında əlaqələrin genişlənməsinə töhfə verəcək
19 İyul 20:11
“Azərbaycan milli mətbuatı 144 il: müasir gəncliyin gözü ilə” mövzusunda tədbir keçirilib
19 İyul 20:06
Azərbaycanda Paralimpiya hərəkatının təbliğində mətbuatın rolu danılmazdır
19 İyul 19:59
Dövlət Neft Fondu media nümayəndələrini mükafatlandırıb
19 İyul 19:55
Prezidentin Mətbuat Xidmətinin məlumatı
19 İyul 17:52
Vüqar Rəhimzadə: Dövlətçilik maraqları şəxsi maraqlardan öndə dayanmalıdır
19 İyul 17:49
Ali Məhkəmənin sədri və kollegiya sədrləri bölgələrdə vətəndaşları qəbul ediblər
19 İyul 17:48
Pərvin Kərimzadə: “Yay məktəbləri” partiyamızın gənc fəalları üçün həm təcrübə, həm də bilik mənbəyidir
19 İyul 17:41
Vergilər naziri Qəbələdə vətəndaşları qəbul edib
19 İyul 17:33
Azərbaycan Ordusunun zabiti Çin Hərbi Akademiyasını qızıl medalla bitirib
19 İyul 17:27
Mobil qeydiyyat kampaniyası çərçivəsində 4 minə yaxın mənzillərin çıxarışı hazırlanıb
19 İyul 16:57
Akademik Məmmədağa Şirəliyevin 110 illiyi qeyd ediləcək
19 İyul 16:53
Səudiyyə Ərəbistanı Krallığının Ədliyyə naziri “ASAN xidmət”lə tanış olub
19 İyul 16:44
Azərbaycan Dillər Universitetində media nümayəndələri mükafatlandırılıb
19 İyul 16:27
“Qadın və uşaq hüquqları media müstəvisində” mövzusunda konfrans keçirilib
19 İyul 16:22
ABŞ-ın Azərbaycanda yeni hərbi attaşesi təyin olunub
19 İyul 16:15
AHİK-in sədri “Elm və sülh səfiri” beynəlxalq fəxri adına layiq görülüb
19 İyul 15:46
Azərbaycan hərbçiləri “Beynəlxalq Ordu Oyunları 2019”da iştirak edəcəklər
19 İyul 15:31
DİN Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin tabeçiliyindəki orqanlarda vakant vəzifələrə müsabiqə elan edir
19 İyul 15:25
Prezident İlham Əliyev Qətərin Bələdiyyə və Ətraf Mühit nazirini qəbul edib
19 İyul 15:10
Milli Arxiv İdarəsində İmadəddin Nəsimin 650 illiyinə həsr edilmiş tədbir keçirilib
19 İyul 15:08
Eldəniz Səlimov: XV Avropa Gənclər Olimpiya Festivalının Bakıda keçirilməsi ölkəmiz üçün qürurvericidir
19 İyul 14:44
Rusiyalı qonaqlar Bakı Slavyan Universitetində
19 İyul 14:35
Avropa Gənclər Yay Olimpiya Festivalında Azərbaycan milli komandasının bayraqdarı müəyyənləşib
19 İyul 14:33
Nazirlər Kabinetində Əhalinin Siyahıyaalınmasına Yardım üzrə Mərkəzi Komissiyanın iclası keçirilib
19 İyul 13:50
Müdafiə Nazirliyinin nümayəndələri veteranlarla görüşüblər
19 İyul 13:38
Hərbi Prokurorluqda əməliyyat müşavirəsi keçirilib

Video

 

Müsahibə

 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30 31
HAVA HAQQINDA