Ana səhifə »  Müəlliflər »  Qondarma “Milli şura”nın fəaliyyətinə ədalətli və obyektiv qiymət: HEÇ NƏ!!!
A+   Yenilə  A-
Qondarma “Milli şura”nın fəaliyyətinə ədalətli və obyektiv qiymət: HEÇ NƏ!!!
Yazdı: Mübariz Abdullayev

“Yeni Müsavat” qəzetində bu antimilli qurumun fəaliyyəti təhlil olunub və ictimai rəy nəzərə alınaraq bu qənaətə gəlinib ki, İbrahimbəyovun “şura”sı yaramaz və faydasız bir təşkilatdır
Yaranmasından çox az vaxt-təxminən 2 ay ötəndən sonra ermənipərəst Rüstəm İbrahimbəyovun “Milli şura”sının düşdüyü açınacaqlı vəziyyət zamanın sınağından çıxan sadə bir həqiqəti yenidən ortaya qoydu: Xalqın etimadına söykənməyən, cəmiyyətin sosial-siyasi sifarişindən yaranmayan hər hansı siyasi qurum necə adlanmasından, hansı şüarlar səsləndirməsindən və şirnikləndirici vədlər verməsindən asılı olmayaraq iflasa məhkumdur. Bu gün radikalların yeni “birlik” formatı kimi təqdim olunan qondarma “Milli şura” meşədə kompassız qalan, hansı səmtə gedəcəyini, kimdən imdad diləyəcəyini bilməyən səyyahın durumunu xatırladır.
Seçkiyə hesablanaraq yaradılan qondarma qurum seçki marafonunun namizədlərin irəli sürülməsi kimi mühüm mərhələsi başlasa da, hələ də öz “vahid namizəd”i ətrafında gedən mübahisələrə son qoya bilməyib. Qurumun sədri və hələ ki, “vahid namizəd”i Rüstəm İbrahimbəyov Moskvada “lövbər” salaraq “mən montajla məşğulam” deyir və seçki ilə bağlı ona ünvanlanan suallardan yayınır. Qondarma “Milli şura” ideyasını gündəmə gətirən, onun sədri seçilən və “vahid namizəd”i müəyyənləşdirilən qoca kinodramaturq vaxtilə yol verdiyi iqtisadi xarakterli cinayətlərin məsuliyyətindən qorxaraq Vətənə dönməyə cəsarət etməməsini ikili vətəndaşlıq probleminin həllinin yubanması ilə pərdələməyə çalışır.
Rüstəm İbrahimbəyov Azərbaycan hakimiyyətini onun seçkilərdə iştirakına maneə yaratmaqda ittiham edir. Amma özü Azərbaycana gəlmir, namizədliyini irəli sürmür, müvafiq sənədləri MSK-ya təqdim etmir. Belə halda hakimiyyət ona necə maneə törədə bilər? Digər tərəfdən, o, deyir ki, Rusiya vətəndaşlığından imtina probleminin həlli Rusiya prezidentindən asılıdır. Belə isə məntiqlə Rüstəm İbrahimbəyov bu işi tezləşdirməyən Rusiya hakimiyyətini tənqid etməlidir. Amma Moskvada oturduğuna və lazımsız layihə olduğuna görə, bunu etməyə hünəri çatmır. Bütün bunlar göstərir ki, Rüstəm İbrahimbəyov populist, müti və ikiüzlü adamdır, onun iddiaları ilə reallıq arasında dərin uçurum mövcuddur.
Mövcud olduğu 2 ay ərzində heç bir konstruktiv təkliflə yadda qalmayan “Milli şura”nın digər təmsilçiləri də cəfəng fikirlər, iddialar səsləndirməkdə, öz mənfi imiclərini pərdələmək üçün bir-birlərinə zidd əməllər sərgiləməkdə sədr Rüstəm İbrahimbəyovdan geri qalmırlar. “Milli şura”nın üzvü Mehman Əliyev şuranın prezident seçkilərində “vahid namizəd”lə iştirak etmək niyyətinin yanlış olduğunu bildirib. Onun sözlərinə görə, namizədliyin qeydə alınması üçün toplanmış imzalarla bağlı problem olarsa, “vahid namizəd” qeydiyyata alınmayacaq: “Rüstəm İbrahimbəyovun təcrübəsi onu göstərdi ki, seçkiyə bir neçə namizədlə getmək lazımdır. R.İbrahimbəyov özü də buna tərəfdardır. “Müsavat” başqanı İsa Qəmbər namizəd olacağını açıqlayıb. Eşitdiyimə görə, Eldar Namazovun da belə bir niyyəti var”.
Mehman Əliyev heç narahat olmasın, axırda “Milli şura”ya qoşulanların əksəriyyəti prezident seçkilərində öz namizədliklərini irəli sürəcəklər. Düzdür, indi “risovkalıq” edir ki, “Milli şura”nın namizədi olmaq istəmir, amma bundan ötrü burnunun ucu göynəyir. Ona görə də, özünü bəri başdan sığortalayaraq bildirir ki, İ.Qəmbər və E.Namazov da seçkilərə qoşulmaq istəyirlər. Tələsmək lazımdır, dəstədən geridə qalmaq olmaz! R.İbrahimbəyov “mifi”ni birdəfəlik unudun, hamınız başınıza (əgər varsa) bir çarə tapın.
“Milli şura”nın avqustun 19-da keçirilən sessiyasından sonra qurum rəhbərləri brifinq keçiriblər. Brifinqdə iştirak edən “Müsavat” başqanı İsa Qəmbər jurnalistlərin suallarını cavablandırarkən qeyd edib: “Sentyabrın 4-ü son gündür. Çox məhdud da olsa, bizim zamanımız var ki, vəziyyəti dəyərləndirək. Bizim ehtiyat “vahid namizəd”lə bağlı təklifimiz o zaman nəzərə alınmadı. Amma indi zəruri olduğu qəbul edilir. Yeni namizədlə bağlı konkret neçə günə qərar veriləcəyini deyə bilmərik. Ancaq 1, ya 2 günlə dünya dağılmayacaq, yaxın günlərdə qərar qəbul ediləcək”.
İ.Qəmbər deyib: “Müsavat” “Milli şura”nın “vahid namizəd”ini qəbul edib, indi də ehtiyat “vahid namizəd”lə razılaşır. Əgər bu da alınmasa, “Müsavat” ayrıca seçkidə iştirak edəcək”.
İsa Qəmbər vaxt udub, digər partiya sədrlərini zərərsizləşdirmək istəyir. Çünki tam əmindir ki, Rüstəm İbrahimbəyov seçkiyə qatıla bilməyəcək və “Milli şura” yeni namizəd formalaşdırana qədər vaxt itkisinə məruz qalacaq. Odur ki, İsa Qəmbər indidən öz işini görüb, sonda əlacsız qalacaq “Milli şura”nın ümidinə çevrilmək istəyir. Ona görə belə siyasətçilərə bel bağlamaq düzgün deyil.
Görəsən, İ.Qəmbəri “vahid namizəd”lə bağlı əvvəlcədən tutduğu mövqeyinə görə “demokratik düşərgənin” xaini adlandıran Ə.Kərimli və R.Quliyev indi nə düşünürlər? Nədənsə, son vaxtlara qədər “Milli şura”dan ağız dolusu danışan R.Quliyevin KİV-də çıxışlarına rast gəlinmir. Ə.Kərimli də “Milli şura”nın sessiyasında pəjmürdə görünür. Yəqin İ.Qəmbəri tora sala bilmədiklərinə görə bərk dilxor olublar. R.Quliyev heç, o, ABŞ-da oturub viski içməklə baş qatır, bəs görəsən Ə.Kərimli İ.Qəmbərə qarşı daha hansı planlar hazırlamaqla məşğuldur?
“Milli şura”nın 19 avqust sessiyası prezident seçkisinə “ehtiyat namizəd”lə getməyə qərar verib. 43 nəfər “ehtiyat namizəd” variantının lehinə olub, 42 nəfər isə əleyhinə çıxıb. Səsvermənin nəticələri elan olunan kimi ACP, KXCP və ALP, o cümlədən də “EL” hərəkatının bəzi üzvləri “Milli şura”nı tərk etdiklərini bəyan ediblər və iclas zalından çıxıblar. “Milli şura” rəhbərlərindən biri isə “Yeni Müsavat” qəzetinin müxbirinə deyib ki, onlar qərardan narazı qalıblar: “Amma bu indilik belədir. Sonra nə olacaq, deyə bilmərəm”.
Sonra nə olacağını bilməyə nə var ki. “Milli şura”nın o biri üzvləri də “küsərək” müxtəlif bəhanələrlə qurumu tərk edəcəklər. Necə dalaşa-dalaşa, söyüşə-söyüşə şura yaratdılar, elə həmin metodla da onu dağıdıb növbəti seçkilərə kimi qış yuxusuna gedəcəklər.
E.Namazov isə bildirib ki, İbrahimbəyovu “vahid namizəd” kimi sona qədər müdafiə edəcəklər.
Ehtimal olunur ki, Rüstəm İbrahimbəyov Rusiyada magiya ilə məşğuldur. Bu kişi müxalifət liderlərini necə ovsunlayıbsa, onlar başqa bir sanballı adam tapıb “vahid namizəd” edə bilmirlər. Belə getsə, “Milli şura” və onun namizədi bəxti bağlı qız kimi evdə qalacaq.
“Müsavat” funksioneri Arif Hacılının etiraf maraqlıdır: “Dalana dirənmişik. Bunun əsas səbəbi “Milli şura”nın “vahid namizəd”i Rüstəm İbrahimbəyovun Bakıya gələrək seçki prosesinə qatılmasına imkan verilməməsidir. Belə şəraitdə operativ müzakirələr aparıb, çevik qərarlar qəbul edə bilmirik. Çünki “Vatikan sistemi ilə qərarlar qəbul etmək lazımdır” deyənlər “kardinallar” müəyyənləşərkən prinsipsizliyə yol verdilər. Bunun nəticəsində istənilən halda seçkilərdə iştirakı məqbul saymayanlardan tutmuş, siyasətin əlifbasından belə xəbəri olmayanlara qədər, “Milli şura” üzvü ola bildilər”.
Arif Hacılı etiraf edir ki, “Milli şura” yarandığı gündən amorf təşkilat olub. Belə bir qurumun biabırçı hala düşəcəyi sağlam düşüncəli insanlarda heç bir şübhə oyatmırdı. Əgər Arif Hacılı və məsləkdaşları bu həqiqəti etiraf etməyə məcbur olublarsa, gərək növbəti addımı da atmaqdan çəkinməsinlər. Etirafdan sonra tövbə edib siyasətdən getsinlər.
Beləliklə, deyə bilərik ki, qondarma “Milli şura” mövcud olduğu 2 ay ərzində ancaq qurumdaxili intriqalar, təmsilçilər arasında mövqe çəkişmələri ilə yadda qalıb ki, bu da son nəticədə özünü “Milli şura”nın fəaliyyətsizliyində, Azərbaycan cəmiyyətinin maraqlarına cavab verməyən, əksinə düşmənlərimizin karına gələ biləcək mövqeyində özünü təzahür etdirib.
Qondarma “Milli şura”nın fəaliyyət göstərmək keyfiyyətlərindən məhrum qalan amorf bir təşkilat olduğu radikalların qurumun adından avqustun 18-də keçirdikləri piketdə bir daha üzə çıxdı. Qurum üzvlərinin müraciətləri əsasında Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən razılaşdırılan mitinq “Milli şura”, bütövlükdə radikal düşərgə üçün sözün əsl mənasında rəzalətə, üzqarasına çevrildi. Hamı gördü ki, Azərbaycanda ssenarisi xaricdəki antimilli dairələrin mətbəxində hazırlanan “Milli şura”nın heç bir sosial dayağı yoxdur, insanlar radikalların səsləndirdikləri saxta şüarlara məhəl qoymurlar. Müsavat Partiyasının funksioneri Mustafa Hacıbəyli öz “Facebook” profilində paylaşdığı statusunda “Milli şura”nın 18 avqust mitinqinə “2” qiyməti verərək aparıcı İbrahim İbrahimlinin buraxdığı çoxsaylı prosedur xətalarını da xatırladıb.
Qondarma “Milli şura”nın fəaliyyətinə ən doğru qiyməti isə bundan əvvəl qurumun sədrinə yönəlik “Rüstəm İbrahimbəyov lider deyil, siyasətçi heç deyil” deyən Rauf Arifoğlunun rəhbərlik etdiyi “Yeni Müsavat” qəzeti verib. Qəzet qurumun 6 saat davam edən, mübahisələrlə və dava-dalaşla yadda qalan son sessiyası haqqında dərc etdiyi məqaləyə “Heç nə!!!” sərlövhəsini seçib və onu manşetə çıxarıb. Bu, bütövlükdə “Milli şura”nın 2 ay ərzində sərgilədiyi fəaliyyətsizliyə verilən ən ədalətli qiymətdir.

 
  • Oxunub:  23430  |  
  • Tarix:  21-08-2013  |  
  •    Çap et   |  
Get Adobe Flash player
Aparılan iqtisadi islahatlar nəticəsində Azərbaycanın maliyyə imkanları əsaslı şəkildə artıb

24 İyun 15:44
Çingiz Hüseynzadə Ruhidil Qurbanlı və Abdulla Əl-Məşayxi ilə görüşüb
24 İyun 15:41
“Organic Food Festival 2019”a 3 gündə 10 mindən çox ziyarətçi qatılıb
24 İyun 15:36
Azər Badamov: Dövlət başçısının imzaladığı sərəncamlarda sosial ədalət və inkluzivlik təmin edilir
24 İyun 15:33
Şeyxülislam Allahşükür Paşazadə Azərbaycan və Avstriya prezidentlərinə minnətdarlıq məktubu ünvanlayıb
24 İyun 15:27
BMT baş katibinin müavini: “ASAN xidmət” modeli digər ölkələr üçün gözəl nümunədir
24 İyun 15:26
Pekində Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin 17-ci ali səviyyəli toplantısı işə başlayıb
24 İyun 15:22
Dini radikalizmlə mübarizədə maarifləndirmənin böyük rolu var
24 İyun 15:16
Azərbaycan BMT-nin xüsusi mükafatına layiq görülüb
24 İyun 15:04
Nicat Hacızadə: Minimum əməkhaqqının artımı ölkədə iqtisadi aktivliyə müsbət təsir göstərəcək
24 İyun 14:32
"Dinlərarası və sivilizasiyalararası əməkdaşlıqdan bəşəri həmrəyliyə" mövzusunda beynəlxalq konfransın Vyana Bəyannaməsi
24 İyun 14:27
DİN-də naziryanı əməliyyat müşavirəsi keçirilib
24 İyun 14:23
Azərbaycanda bu günədək 595,2 hektaradək sahədə taxıl biçini aparılıb
24 İyun 14:19
Azərbaycanın və Monteneqronun Baş nazirlərinin görüşü olub
24 İyun 14:12
“Qarabağ” muğam qrupu Belçikada silsilə konsertlərlə çıxış edib
24 İyun 13:57
Bolqarıstan Baş Nazirinin müavini ümummilli lider Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət edib
24 İyun 13:54
Dövlət Gömrük Komitəsinin rəhbərliyi Gəncə, Göygöl və Daşkəsəndə vətəndaşları qəbul edib
24 İyun 13:48
Azərbaycanda ilk dəfə olaraq minimum əmək haqqı yaşayış minimumunu üstələyir
24 İyun 13:47
Cüdoçularımız “Minsk 2019”un dördüncü gününə qələbələrlə başlayıblar
24 İyun 13:15
Bakıda Birləşmiş Millətlər Təşkilatının dövlət xidmətləri üzrə mükafatlandırma mərasimi keçirilib
24 İyun 12:22
Xarici diplomatlar DOST mərkəzi ilə tanış olublar
24 İyun 12:18
“Azərbaycan Hava Yolları” QSC ilə “Bakı 2019”un Əməliyyat Komitəsi arasında tərəfdaşlıq sazişi imzalanıb
24 İyun 12:16
Moskvada Bakı-Tbilisi-Qars dəmir yolu xətti ilə yükdaşımalara dair müzakirələr aparılıb
24 İyun 12:06
“Əmlakını qeydiyyata al və mülkiyyətinə sahib ol” kampaniyası Kürdəmirdə
24 İyun 11:52
Şamaxıda Nəsiminin 650 illik yubileyinə həsr edilən elmi sessiya keçirilib
24 İyun 11:42
Qida təhlükəsizliyi sahəsində çalışmaq istəyən məzunlarla görüş olub
24 İyun 11:38
Monteneqronun Baş Naziri ulu öndər Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət edib
24 İyun 11:31
“Olimpiya Mədəniyyəti və Təhsil Proqramı” çərçivəsində təlimlər davam edir
24 İyun 11:25
Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində növbəti monitorinq keçiriləcək
24 İyun 11:19
Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva BMT Baş katibinin müavini Liu Cenmin ilə görüşüb
24 İyun 11:06
Rəhman Mustafayev: Fransa qanunlarına zidd olaraq qəbul edilmiş sənədlərin ləğvi ilə mühüm məhkəmə presedenti yaranıb
24 İyun 10:58
Müəllimlərin işə qəbulu üzrə sənəd qəbulu başlayır
24 İyun 10:52
Bakıda BMT-nin Dövlət Xidmətləri Forumu işə başlayıb
24 İyun 10:50
Müdafiə Nazirliyi: Cəbhənin bəzi sahələrində atəşkəs rejimi ara-sıra açılan atəşlə pozulub
24 İyun 09:47
Dünya Neft Konqresinə səsvermədə Azərbaycan ikinci olub
23 İyun 21:11
Sabah Bakıda Ümumdünya İrs Gənc Peşəkarlar Forumu öz işinə başlayacaq
23 İyun 21:04
Monteneqronun Baş naziri Azərbaycana rəsmi səfərə gəlib
23 İyun 20:10
Akrobatika gimnastlarımız "Minsk 2019"da üçüncü medalı qazanıblar
23 İyun 19:17
Rüstəm Orucov Avropa Oyunlarında Azərbaycana altıncı medalı qazandırıb
23 İyun 19:06
Hidayət Heydərov ikinci Avropa Oyunlarında bürünc medal qazanıb
23 İyun 17:40
BMT-nin Dövlət Xidmətləri Forumu "ASAN xidmət"in intellektual məhsul kimi digər ölkələrə ixrac edilməsinə ciddi töhfə verəcək
23 İyun 17:12
Azərbaycan nümayəndə heyəti AŞPA-nın yay sessiyasında iştirak edəcək
23 İyun 14:27
Naxçıvanda kənd təsərrüfatı məhsullarının satış yarmarkasında bolluq və ucuzluqdur
23 İyun 13:44
BMT Baş katibinin müavini “ASAN xidmət” mərkəzində olub
23 İyun 12:45
İtaliyada İkinci Azərbaycan Film Festivalı başa çatıb
23 İyun 11:05
Heydər Əliyev Mərkəzinin parkında yoqa sessiyası təşkil olunub
23 İyun 10:28
“Huawei” şirkəti Azərbaycan ilə əməkdaşlığın genişləndirilməsində maraqlıdır
23 İyun 10:25
Azərbaycan idmançıları “Minsk 2019”un ikinci günündə 1 gümüş və 3 bürünc medal qazanıblar
23 İyun 10:23
23 iyun Azərbaycanda dövlət qulluqçularının peşə bayramıdır
23 İyun 10:19
“Minsk 2019”un üçüncü günündə atletlərimiz idmanın altı növü üzrə mübarizə aparacaqlar
23 İyun 10:16
Prezident İlham Əliyev: Azərbaycan özünün tarixi ilə qürur duyur
22 İyun 17:58
Azərbaycan millisinin ikinci Avropa Oyunlarında ilk medalını akrobatika gimnastlarımız qazanıblar
22 İyun 17:53
Daxili İşlər naziri Qubada vətəndaşların qəbulunu keçirib
22 İyun 17:50
İkinci Avropa Oyunlarında iştirak edən Azərbaycan idmançıları ilə görüş olub
22 İyun 17:46
FAO ilə Azərbaycanda kiçik və orta biznesin inkişafının dəstəklənməsi üzrə əməkdaşlıq genişlənir
22 İyun 17:42
“Minsk 2019”: Azərbaycan boksçusu ermənistanlı rəqibi üzərində inamlı qələbə qazanıb
22 İyun 17:37
Azərbaycanda bu günədək 522,7 min hektar sahədə taxıl biçini aparılıb
22 İyun 15:58
Sahil Babayev: Ölkəmizdə həyata keçirilən pensiya islahatı sosialyönümlü siyasətin nəticəsidir
22 İyun 15:55
Azər Badamov: Əhalinin sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində atılan addımlar davamlı xarakter daşıyır
22 İyun 15:54
Azərbaycan Respublikası Prezidenti Administrasiyasının məlumatı
22 İyun 15:45
İsa Həbibbəyli: Dövlət başçısının sərəncamları elm və təhsil sahəsində çalışanların üzərinə böyük məsuliyyət qoyur
22 İyun 15:41
Vergilər Nazirliyində Beynəlxalq Valyuta Fondunun nümayəndələri ilə müzakirələr aparılıb
22 İyun 15:38
Vüqar Bayramov: Sərəncam sosial islahatlarda yeni bir mərhələ kimi qiymətləndirilməlidir
22 İyun 15:33
Tahir Rzayev: Azərbaycanın dinamik inkişafı regionların timsalında da özünü aydın şəkildə göstərir
22 İyun 11:36
Ermənistan silahlı qüvvələrinin bölmələri iriçaplı pulemyotlardan da istifadə etməklə atəşkəs rejimini 20 dəfə pozub
22 İyun 11:17
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi sistemində dövlət qulluğuna yeni qəbul olunan əməkdaşların andiçmə mərasimi olub
22 İyun 11:11
Respublikada 412,7 min hektar sahədə yazlıq bitkilərin səpini aparılıb
22 İyun 11:07
Bərdədə kənd yolları təmir olunur
22 İyun 11:05
Astarada turizmin inkişafı üçün lazımi şərait yaradılıb
22 İyun 10:50
Pərvin Kərimzadə: 2019-cu il sosial inkişaf ili kimi öz təsdiqini tapdı
22 İyun 10:44
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Minskdə ikinci Avropa Oyunlarının açılış mərasiminə baxıb

Video

 

Müsahibə

»»»
 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30
HAVA HAQQINDA
Bakı
gündüz+32 +36
gecə+21 +25