Ana səhifə »  Müəlliflər »  “Milli şura”nın “pullu mitinq-şousu” baş tutmadı
A+   Yenilə  A-
“Milli şura”nın “pullu mitinq-şousu” baş tutmadı
Yazdı: Pərviz Sadayoğlu

Vəd edilən pulları ala bilməyən mitinq iştirakçıları partiya sədrlərini ittiham edirlər
Radikal müxalifət düşərgəsinin amorf qruplaşması, ermənipərəst dairələrin pullarının hesabına yaradılan “Milli şura”nın avqustun 18-də keçirdiyi mitinqə, əslində piketə cəmiyyətin “göstərdiyi maraq” bu qondarma qurumda yeni qalmaqala yol açıb. Belə ki, ictimaiyyətin radikal düşərgənin keçirdiyi “pulsilmə aksiyası”na etinasız münasibəti bir daha onları real faktla üz-üzə qoydu. Radikal düşərgə növbəti dəfə xalq tərəfindən birmənalı şəkildə rədd edildiyinin fərqinə vardı.
Bununla belə, “mitinq-şou”ya toplaşan 3-5 adamın üstündə də yeni bir qırğın başlayıb. Belə ki, artıq bir neçə gündür “Milli şura”ya toplaşan partiyalar həmin 3-5 nəfəri öz adına çıxmaqla baş girələyirlər. Maraqlıdır ki, “şura”da təmsil olunan partiyaların təmsilçiləri bu məsələni lağlağı obyektinə çeviriblər. Məsələn, Müsavat Partiyasının üzvü, “Yeni Müsavat” qəzetinin baş redaktoru Rauf Arifoğlu sosial şəbəkədə mitinqə yığılan şəxslərin əksəriyyətinin Müsavat Partiyasından olduğunu göstərən bir xəritə paylaşıb. Həmin xəritəyə yazılan status isə daha maraqldır: “Bizə dedilər, “EL” hərəkatından mitinqdə 32 nəfər olub. ACP-dən də 12 nəfər. Məxsusi sayanlar olub. Təsdiq edən, ya da inkar edən var?”
Bu statusa rəy yazan “Vusal Hetemov” adlı istifadəçi isə bildirib ki, “təsdiqini mən mitinqdən bir gün qabaq yazmışdım, Rauf bəy. “Sabah mitinqdən sonra : İsa bəy : - Mənim adamlarım idi! Əli Kərimli: - Yox, mənim adamlarım idi! Rüstəm İbrahimbəyov: - Alo, gördünüz, mənimkilər idi! YAP: - HA, HA, HA. Hamısı bizimkilərdir. Mülki formalar geyindirib ora göndərmişik, bax o filankəsdir, o filankəsdir, bu da ki filankəsdir”.
Bu, bir daha göstərir ki, radikal düşərgə artıq hansı durumda olduğunu, hansı vəziyyətə düşdüyünü anlayır. Sadəcə, pul hərisliyi bu insanların gözünü elə alıb ki, ermənipərəst dairələrin Rüstəm İbrahimbəyovun əli ilə irəli sürdüyü maddiyyatı mənimsəmək uğruna bütün yollara baş vururlar.
Təbii ki, bu mitinqə radikalların gümanından 10 dəfələrlə az insanın gəlməsi göstərir ki, xalqın bu antimilli ünsürlərə münasibəti birmənalıdır. Bununla belə, radikal düşərgə bu uğursuzluğunu min bir yerə yozmaqla, “sudan quru çıxmaq” niyyətindədir.
Məsələn, AXCP sədrinin müavini, “Milli şura”nın mitinq komitəsinin sədri Asəf Quliyev qurumun avqustun 18-də keçirdiyi mitinqin uğursuzluğunu şərtləndirən səbəbləri sadalayarkən rəqəmi göstərməyi düzgün saymayıb (?!). O bildirib ki, Avropa ölkələrində seçkilər zamanı bu qədər insan heç meydana çıxmır: “Vacib deyil ki, meydana 1 milyon adam çıxsın. Əsas odur ki, əhalinin 90 faizi hakimiyyətdən narazıdır”.
Maraqlıdır ki, Asəf Quliyevin mitinqin uğursuzluğunu şərtləndirən səbəblər barədə fikirləri “it gəldi örkəni apardı” misalını xatırladır. Onun günahı fərqli istiqamətlərə yönləndirməsi, guya “nəqliyyat problemlərinin olması”, “uzaqdan gələnlərin mitinqə qatılmağa çətinlik çəkməsi” və başqa “səbəblər” sadəcə söz oyunudur və uğursuzluğu, iflası primitiv şəkildə gülünc iddialarla pərdələmək cəhdidir. Axı, əhalinin 90 faizinin hakimiyyətdən narazı olduğu ölkədə 1 milyon deyil, milyonlar ayağa qalxır. Belə hakimiyyət bir gün də öz mövqeyini qoruyub saxlaya bilməz. Avropanı nümunə göstərən Asəf Quliyev, yaxşı olardı ki, xarici ölkələrdə baş verən proseslərə daha açıq gözlə nəzər yetirə bilsin. Necə ola bilər ki, əhalinin 90 faizinin hakimiyyətdən narazı olduğu iddia edilən ölkədə “birləşmiş” müxalifətin uzun müddət ərzində ciddi-cəhdlə, təmtəraqla hazırlaşdığı mitinq cəmi 800-900 adam yığa bilir. Bu fakt göstərir ki, əslində, əhalinin 99 faizi müxalifəti, “Milli şura”nı tanımır, qəbul etmir.
10 yaşından kiçik uşaqların isti havada siyasi məqsədlərə alət edilməsi sadizm deyilmi?
Mitinqdə az adamın iştirakı məsələsində ən gülünc bəhanə isə tədbirə uşaqların buraxılmaması məsələsini radikal düşərgənin öz əlində bayraq etməsidir. İddiaya görə, əvvəlcədən mitinqə 10 yaşından yuxarı hər bir kəsin buraxılacağı barədə razılıq əldə olunsa da, sonradan hüquq- mühafizə orqanlarının əməkdaşları bunun qarşısını alıblar. İddia olunur ki, bununla həm də mitinqdə yaşlı şəxslərin iştirakına maneə yaradılıb.
Ortada paradoks yaranır. Radikal düşərgə təmsilçiləri iddia edirlər ki, həmin gün 40 dərəcə isti olub. Belə olan halda Asəf Quliyevin iddiasına əsasən 40 dərəcə istidə (halbuki, 32 dərəcə isti olub), günün altında azyaşlı uşaqları saxlayıb, siyasi çıxışlara qulaq asmağa məcbur etmək normaldırmı? Bu, öz uşağına qarşı sadizm deyilmi? Radikal düşərgə öz eyiblərini, gücsüzlüyünü pərdələmək üçün bu cür ağlasığmaz iddialar irəli sürməyə nə qədər də “hazırlıqlıdır”?
Sülhəddin Əkbərin qardaşı insanlara pul vəd edib mitinqə çağırıb
Digər tərəfdən, elə “Milli şura”ya daxil olan partiya və təşkilatların küçədən bacadan pulla adam tutmaq istəyi də baş tutmayıb. Bu isə hansısa fantaziyaya arxalanıb iddia edilmir. Quruma daxil olan Açıq Cəmiyyət Partiyasının (ACP) gənclər özəyinin sədri Pərvin Qasımov deyib ki, “tapşırıq vermişdilər ki, “Milli şura”nın mitinqinə hər rayon təşkilatı 500 adam gətirsin. Söz vermişdilər ki, hər bir adama gediş-gəliş üçün taksipulu veriləcək. Şəxsən Nərimanov rayon təşkilatının sədri Səlahəddin Əkbər bunu vəd vermişdi. Biz də camaatı topladıq və pul veriləcəyini əvvəlcədən onlara bildirdik... Onlara vəd edilən pul verilmədi. Ona görə də, hamı geri qayıtdı. Başqa rayon təşkilatlarında da eyni vəziyyətin baş verdiyi istisna deyil. ACP-nin mitinqdə çox az sayda adamla iştirak etməsinin səbəbi bununla bağlıdır”.
Bu da əlahəzrət fakt. “Milli şura”ya daxil olan bir partiyanın sədrinin qardaşının (xatırladaq ki, Səlahəddin Əkbər Sülhəddin Əkbərin qardaşıdır - red.) mitinqə pulla adam yığmaq istəyi daşa dəyib. Əslində, belə məsələlərə çox tez-tez rast gəlinir. Məsələn, AXCP sədrinin müavini Fuad Qəhrəmanlı bir müddət öncə rayonların birində görüş keçirən zaman insanlara “pul verəcəyik” deyib həmin tədbirə çağırmışdı və sonda da maşına minib heç “sağol” belə deməyib, aradan çıxmışdı. İndi isə Sülhəddin Əkbərin qardaşı insanları “aldadır”. Yəqin ki, İbrahimbəyovun ayırdığı pullar kassir Eldar Namazov başda olmaqla bütün partiya və qurum sədrləri tərəfindən mənimsənilib. Ona görə də, mitinq piketə dönüb.
Aydın məsələdir ki, radikallar əqidə, məslək dalınca yox, pul iyinə gedirlər. Hakimiyyətə də iddia etdikləri kimi, xalq üçün, millət üçün gün ağlamaqdan ötrü deyil, öz güzaranlarını təmin etmək üçün can atırlar. Amma özləri də hakimiyyətə gələcəklərinə inanmırlar və buna görə də, əllərinə düşəni bəri başdan çırpışdırırlar.

 
  • Oxunub:  27060  |  
  • Tarix:  21-08-2013  |  
  •    Çap et   |  
Get Adobe Flash player
Dünya dini liderlərinin ikinci Zirvə görüşünün Bakıda keçirilməsi göstərir ki, Azərbaycan dinlərarası dialoqun inkişafında önəmli rol oynayır

18 Noyabr 22:19
İspaniya Dövlət Televiziyasında yayımlanmış “Medina” verilişinin növbəti buraxılışı Azərbaycana həsr olunub
18 Noyabr 21:36
UNESKO-da Qoşulmama Hərəkatına üzv ölkələr qrupuna sədrlik Azərbaycana keçib
18 Noyabr 21:31
Türkiyənin Diyanət İşləri Sədri Əli Erbaş: Naxçıvanla tanışlıq məndə böyük məmnunluq hissi doğurdu
18 Noyabr 21:25
Ədliyyə Nazirliyi ağacəkmə kampaniyasına başlayıb
18 Noyabr 21:04
Vergilər nazirinin müavini Ağcabədidə vətəndaşları qəbul edib
18 Noyabr 20:53
Türkiyə Respublikasının Diyanət İşləri Sədri Naxçıvan Muxtar Respublikasında səfərdə olub
18 Noyabr 20:48
Ankarada “Məcburi köçkünlər: Azərbaycanın bu sahədəki təcrübəsi” mövzusunda brifinq keçirilib
18 Noyabr 20:45
UNEC-in rektoru yeni tələbə-rektorla görüşüb
18 Noyabr 20:44
Əli Hüseynli: Dövlət idarəçiliyi sistemində keçirilən irimiqyaslı islahatların əsas istiqamətlərindən biri məhkəmə-hüquq sahəsini əhatə edir
18 Noyabr 20:41
Aydın Mirzəzadə: Sammitin Azərbaycanda keçirilməsi dövlətimizin vicdan azadlığına olan münasibətinin dünya birliyi tərəfindən qiymətləndirilməsidir
18 Noyabr 20:29
YAP Səbail rayon Könüllülər birliyinin təşkilatçılığı ilə “Layihə formatının hazırlanması” və “İctimaiyyətlə əlaqələr işinin təşkili” mövzularında təlim keçirildi
18 Noyabr 20:27
Aydın Hüseynov: Gələn ilin büdcəsi bütün sahələrin daha da inkişafına zəmin yaradacaq
18 Noyabr 20:25
Naqif Həmzəyev: Separatçı rejimin puç olan Brüssel ümidləri
18 Noyabr 17:57
Deputat: Naxçıvanın inkişafı və təhlükəsizliyi dövlət başçısının diqqət mərkəzindədir
18 Noyabr 17:55
Qubada “Dünyəvi dövlətdə din və təhsil” mövzusunda seminar keçirilib
18 Noyabr 17:35
Azərbaycan ilə Gürcüstan arasında diplomatik əlaqələrin qurulmasından 27 il keçir
18 Noyabr 17:28
Azərbaycan və Xorvatiya Mədəniyyət nazirləri ikitərəfli əməkdaşlığı müzakirə ediblər
18 Noyabr 17:24
Moskvada X Azərbaycan-Rusiya Regionlararası Forumu keçiriləcək
18 Noyabr 17:17
Prezident İlham Əliyev: Əminəm ki, 2020-ci il də Naxçıvan üçün uğurlu olacaqdır
18 Noyabr 17:11
Azərbaycanda bütün dinlərin nümayəndələrinin qarşılıqlı anlaşma şəraitində yaşamaları üçün hər cür şərait var
18 Noyabr 17:05
Əli İnsanova açıq məktub
18 Noyabr 16:58
Azərbaycan ilə Özbəkistan arasında mədəni əlaqələri daha da inkişaf etdirmək üçün böyük perspektivlər mövcuddur
18 Noyabr 16:53
Azərbaycanla Çin Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun təşviqi məsələlərini müzakirə edib
18 Noyabr 16:38
Prezident İlham Əliyev: Naxçıvan Muxtar Respublikası öz enerji təminatını 100 faiz bərpaolunan enerji hesabına ödəyəcək
18 Noyabr 16:36
YAP-ın yaradılmasının ildönümü münasibətilə Nizami rayonunda tədbir keçirilib
18 Noyabr 16:27
Prezident İlham Əliyev İordaniyanın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib
18 Noyabr 16:23
Prezident İlham Əliyev Qətərin Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib
18 Noyabr 16:10
Prezident İlham Əliyev Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbovu qəbul edib
18 Noyabr 16:06
İstanbulda II Beynəlxalq Ombudsmanlıq Konfransı keçirilir
18 Noyabr 15:52
Naxçıvanda Beynəlxalq Tələbə-Gənclər Həftəsində fərqlənənlər mükafatlandırılıb
18 Noyabr 15:49
Gürcüstan 10 ayda Azərbaycandan 124,2 min ton benzin və dizel yanacağı alıb
18 Noyabr 15:37
Avropa Gimnastika İttifaqının adı dəyişdirilib
18 Noyabr 15:31
UNESKO-da Azərbaycanın Afrika ilə bağlı prioritetlərə dəstəyindən danışılıb
18 Noyabr 15:26
Parisə səfəri çərçivəsində Mədəniyyət naziri Əbülfəs Qarayev İSESKO-nun baş direktoru ilə görüşüb
18 Noyabr 15:16
Dövlət İdarəçilik Akademiyasında yerli icra hakimiyyətlərinin əməkdaşları üçün növbəti distant təlim
18 Noyabr 14:53
Rəcəb Tayyib Ərdoğan: Saxta “erməni soyqırımı” iftirası ilə günahlandırılırıq
18 Noyabr 14:50
Sahibə Qafarova: Belarusda müşahidə apardığım məntəqələrdə səsvermə prosesi normal keçib
18 Noyabr 14:36
Bakıda “Yeni sortların yaradılmasında genetik ehtiyatların rolu və toxumçuluq sisteminin inteqrasiyası” mövzusunda beynəlxalq seminar keçirilir
18 Noyabr 14:12
"Ölkəmizi tanıyaq" tur-aksiyasında Səbail rayon məktəbliləri də iştirak edirlər
18 Noyabr 14:08
Şəki “ASAN xidmət” mərkəzində YAP ərazi ilk partiya təşkilatı yaradılıb
18 Noyabr 14:07
Əli Əhmədov: Prezident və hökumət tərəfindən insanların rifahının yaxşılaşdırılması istiqamətində addımlar atılacaq
18 Noyabr 13:30
Milli Məclisin deputatları QDİƏT Baş Assambleyasının plenar iclasında iştirak edəcəklər
18 Noyabr 13:25
Moskvada MDB ölkələrinin parlamentlərarası əməkdaşlığında siyasi partiyaların rolu müzakirə olunacaq
18 Noyabr 13:17
Cəlil Məmmədquluzadə nəslinin davamçıları Bakıda
18 Noyabr 13:11
Cəlil Məmmədquluzadənin ev-muzeyinin təmirdən sonra açılışı olub
18 Noyabr 12:41
Belarus Milli Məclisinin Nümayəndələr Palatasına seçkilər üzrə Bakı seçki məntəqəsində səsvermənin nəticələri açıqlanıb
18 Noyabr 12:28
Konfrans iştirakçıları Cəlil Məmmədquluzadənin məzarını ziyarət edib
18 Noyabr 12:15
Bu gecə Leonid meteor yağışının atmosferdə maksimum aktivliyi müşahidə olunub
18 Noyabr 12:08
Azərbaycan nümayəndə heyəti “Agritechnica-2019” sərgisində iştirak edib
18 Noyabr 11:40
Milli Aviasiya Akademiyasının bir qrup tələbəsi üçün növbəti “Vikipediya” təlimləri keçirilib
18 Noyabr 11:32
“Avro 2020”: Bu gün D, F və J qruplarında səkkiz qarşılaşma oynanılacaq
18 Noyabr 11:17
TANAP-ın ikinci fazası noyabrın 30-da istifadəyə veriləcək
18 Noyabr 10:49
Milli Məclis komitələrinin birgə iclasında 2020-ci ilin dövlət büdcəsi layihəsi ikinci oxunuşda müzakirə olunur
18 Noyabr 10:37
Akademik Ramiz Mehdiyev Gürcüstan Milli Elmlər Akademiyasının vitse-prezidenti ilə görüşüb
18 Noyabr 10:27
Ölkəmizin 9 rayonunda 41 fərdi yaşayış evi şəhid ailələri və Qarabağ müharibəsi əlillərinin istifadəsinə verilib
18 Noyabr 09:57
Ermənistan silahlı qüvvələri atəşkəs rejimini 25 dəfə pozub
18 Noyabr 09:45
Azərbaycan ilə Belarus arasında ticarət dövriyyəsi 158 milyon dollardan çox olub
18 Noyabr 09:30
Avstraliya saytı yerli sakinləri Azərbaycana səfərə dəvət edir
18 Noyabr 09:11
Azərbaycan mətbəxi Parisdə beynəlxalq festivalda nümayiş olunub
18 Noyabr 09:08
Xanlar Fətiyev: Belarusda parlament seçkilərində müşahidə apardığım məntəqələrdə seçici fəallığı qeydə alınıb
18 Noyabr 09:03
Milli Məclisin deputatı: Belarusda parlament seçkilərində müşahidə zamanı ciddi qanun pozuntusu qeydə alınmayıb
17 Noyabr 13:00
Əli Kərimli və radikal ətrafı bəraət axtarışında
17 Noyabr 09:53
Birinci vitse-prezident Mehriban Əliyeva 17 noyabr - Milli Dirçəliş Günü münasibətilə xalqımızı təbrik edib
17 Noyabr 09:40
Heydər Əliyev Sarayında Şövkət Ələkbərovanın xatirə gecəsi keçirilib
17 Noyabr 09:22
Azərbaycanda Milli Dirçəliş Günü qeyd olunur
17 Noyabr 09:20
Ankarada Xocalı soyqırımına həsr olunan mərasim keçirilib
17 Noyabr 09:13
Üçrəngli bayrağımız Naxçıvanda əbədi yüksəkliyə qaldırılıb
16 Noyabr 19:34
Fransalı jurnalistlər Azərbaycanda qadın hüquqları sahəsində görülən işlər barədə məlumatlandırılıblar
16 Noyabr 19:09
Diasporla İş üzrə Dövlət Komitəsinin nümayəndə heyəti Odessada Azərbaycan məktəbi ilə tanış olub
16 Noyabr 19:08
Diasporla İş üzrə Dövlət Komitəsinin nümayəndə heyəti Odessada Azərbaycan məktəbi ilə tanış olub

Video

 

Müsahibə

 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
HAVA HAQQINDA