Ana səhifə »  Müəlliflər »  “Milli şura”da bütün partiyalar üz-üzə dayanıb
A+   Yenilə  A-
“Milli şura”da bütün partiyalar üz-üzə dayanıb
Yazdı: Pərviz Sadayoğlu

Rüstəm İbrahimbəyov isə bu qondarma qurumun sədrliyi boyunduruğundan xilas olmağa çalışır
Qondarma “Milli şura”nın sədri Rüstəm İbrahimbəyovun qarşıdan gələn prezident seçkilərində iştirak edə bilməməsi qurumu yenidən qarışdırıb. Məlum olduğu kimi, “Milli şura”nın avqustun 19-da keçirilən toplantısında seçkidə iştirakla bağlı ikitirəlik yaranıb ki, bu da nəticə etibarı ilə səsvermədə şuranın iki hissəyə parçalanmasına gətirib çıxarıb. “Milli şura”da dominantlığı öz əlində saxlamaq istəyən AXCP-“Müsavat” cütlüyü digər cırtdan partiya və təşkilatları (“El” hərəkatı, ACP, ALP, KXCP) öz iradələrinə tabe etdirməyə çalışırlar. Təbii ki, bunun da əsas səbəbi xarici ermənipərəst dairələrdən alınan pulların əsas hissəsini mənimsəmək istəyindən irəli gəlir.
Amma görünən budur ki, “cırtdanlar” da AXCP-“Müsavat” “boyunduruğuna” girmək niyyətində deyillər. Xəbər verildiyi kimi, avqustun 19-da “şura”nın iclasını boykot edərək yarımçıq tərk edən partiyaların rəhbərləri dünən bir yerə toplanıblar. Əsasən, ehtiyat namizəd məsələsinə etiraz edən narazılar bu təşəbbüsü sona qədər rədd etməkdə qərarlı olduqlarını bir daha nümayiş etdiriblər. “El” hərəkatının nümayəndəsi Zəfər Quliyev bildirib ki, onun təşkilatı MŞ-nin 19 avqustda keçirilən sessiyasında qəbul olunmuş qərarın əleyhinədir: “Biz ACP, ALP və KXCP ilə əlaqə saxlamışıq və bu 4 təşkilat həm yeni vahid namizəd, həm də bugünkü sessiya mövzusunda ortaq qərar qəbul etmişik. Biz sessiyanın keçirilməsini istəmirik və R.İbrahimbəyovun vahid namizədliyini dəstəkləyirik. Hesab edirik ki, “Milli şura”nın 19 avqust sessiyasında qəbul olunmuş qərar yanlışdır və buna görə də, həmin qərarın həyata keçirilməsi yönündə hər hansı bir addıma dəstək verməyəcəyik”.
Bu, bir daha göstərir ki, “Milli şura”ya toplaşanların hərəsinin öz məqsədi var və onların arasında ziddiyyət o qədər dərindir ki, qurumun parçalanması qaçılmazdır. “Milli şura” adlanan antimilli layihə öz ömrünün son baharını yaşamaqdadır.
Əslində, “şura” daxilindəki narazılıqlar qurum yarandığı gündən ortadadır. Partiya rəhbərlərinin sözlərinin bir-birilərinin boğazından keçməməsi, o cümlədən, təhqirə, şantaja əl atılması faktları göstərirdi ki, “Milli şura” yalnız maddi marağın əsasında zorən formalaşdırılmış “birlikdir”.
Şuranın parçalanması isə bütün partiyalar tərəfindən qəbul edilən faktdır. Məsələn, Müsavat Partiyasının funksioneri Mustafa Hacıbəyli KİV-ə açıqlamasında bildirib ki, “Müsavat” “Milli şura”nın parçalanmasında maraqlı deyil: “Amma təəssüflər olsun ki, ehtiyat vahid namizədin seçilməsi təşəbbüsünə ACP, ALP, KXCP və “El” hərəkatı embarqo qoydu. AXCP isə siyasi partiyaların “Milli şura” adından namizəd irəli sürməsi təklifinə embarqo tətbiq etdi. Əslində, biz “Milli şura”nın dağılmaması üçün əlimizdən gələni edirik”.
Bu açıqlama bir daha göstərir ik, “şura” tük üstündə dayanıb və ən həssas bir meh belə onu darmadağın etmək gücündədir. Məhz bu fakt özü-özlüyündə R.İbrahimbəyovun da başlatdığı oyunda öz rolunu başqa bir şəxsə həvalə etmək arzusunu ortaya çıxarıb. Artıq radikal düşərgə mətbuatında da iddia edilir ki, “Milli şura”nın ehtiyat vahid namizədi Cəmil Həsənli olacaq. C.Həsənlinin açıq şəkildə namizədlikdən imtina etməsinə baxmayaraq, onunla söhbət aparıldığı və qurumun çətin vəziyyətində namizədliyə razı olmasının “Milli şura”ya yardım göstərəcəyi anladılıb.
Maraqlıdır ki, budəfəki “namizəd seçimi” də müəyyən özəlliyi ilə diqqət çəkir. O baxımdan ki, elə bil bu “şura”nın namizədləri üçün müəyyən bir qəlib hazırlanıb. Onların təbirincə, namizəd mütləq siyasətdən kənar sahənin adamları olmalı, hakimiyyətdən incik düşməli və qisasçılıq hissi ilə alışıb yanmalıdır. Təbii ki, havadarlarının diktəsi ilə İbrahimbəyovun yazdığı antimilli ssenarinin baş qəhrəmanı da elə Cəmil Həsənli kimi birisi olmalıdır.
Amma elə bir müddət bundan öncə Rüstəm İbrahimbəyov “şura” daxilində namizəd olmaq istəyini irəli sürənləri xəyanətkar adlandırırdı, onları “şuranı dağıtmaqda” ittiham edirdi. Cəmisi bir neçə gündən sonra Rüstəm İbrahimbəyov öz açıqlamasında təklif edir ki, “Milli şura”da təmsil olunan partiyalar, hərəkatlar kimi istəyirsə namizəd irəli sürsün, sonda isə ən şanslı namizədin xeyrinə hamı geri çəkilsin: “Hesab edirəm ki, ehtiyat namizədin müəyyənləşdirilməsi də düzgün strategiyadır və bunu dəstəkləyirəm. Kimin namizədliyinin təsdiqlənəcəyini gözləyirəm”.
R.İbrahimbəyovun son aylardakı populist, özü haqqında “müxalifətin xilaskarı” obrazını yaratmağa yönəlmiş hay-küylü çıxışlarından əsər-əlamət qalmayıb. Bu adam İsa Qəmbər, Əli Kərimli, Rəsul Quliyev kimi siyasətbazları bu gün, sabah Azərbaycana qayıdacağı vədləri ilə umsuq saldı. İndi də deyir ki, “Milli şura” üzvləri özlərinə vahid namizəd və yaxud namizədlər seçsinlər. İşi də bərkə düşən kimi hay-küy qaldırır ki, məni narahat etməyin, kinomontajla məşğulam.
Xatırlatmaq yerinə düşər ki, R.İbrahimbəyov birinci dəfə “MŞ” sədri və vahid namizəd olanda sevindi. Çünki özünü lider, siyasi partiya rəhbərlərinə göstəriş verən adam kimi hiss etdi. İkinci dəfə bu boyunduruqdan xilas olanda sevinir. Çünki Rusiya vətəndaşlığından məhrum olunmaqla bu ölkədə çox şey itirəcəyindən qorxur. Buna görə müxalifətə də yalan satırdı ki, guya ərizə yazıb Rusiya vətəndaşlığından imtina edir. İndi də bu missiyanı C.Həsənliyə ötürməklə rahat nəfəs almağa çalışır.

 
  • Oxunub:  20460  |  
  • Tarix:  22-08-2013  |  
  •    Çap et   |  
Get Adobe Flash player
Şərqdə ilk demokratik respublikanın parlamentinin 100 illiyi təntənə ilə qeyd olunub

15:07
22 Sentyabr
Milli Məclisdə Azərbaycan-Oman əlaqələrinin inkişafı məsələləri müzakirə edilib
14:43
22 Sentyabr
Azərbaycan Prezidenti parlamentin 100 illiyi münasibətilə keçirilən iclasda ciddi mesajlar verdi
14:37
22 Sentyabr
GUAM-a üzv dövlətlərin hökumət başçılarının iclasına hazırlıq məsələləri müzakirə olunub
14:30
22 Sentyabr
Avropalı diplomatlar Naxçıvan şəhərindəki Heydər Əliyev Muzeyini ziyarət ediblər
14:26
22 Sentyabr
Elmin İnkişafı Fondu yeni qrant müsabiqələri elan edəcək
14:23
22 Sentyabr
XİN: KTMT baş katibinin Ermənistan-Azərbaycan münaqişəsinə dair açıqlama verməsi təşkilatın mandatından kənardır
14:18
22 Sentyabr
Nyu-Yorkda keçiriləcək ABŞ-Xəzər Biznes Forumuna 100-dən çox şirkət qatılacaq
14:17
22 Sentyabr
Tahir Rzayev: Azərbaycan Parlamenti 100 il ərzində şərəfli bir yol keçib
12:50
22 Sentyabr
Favzi Daoud: Azərbaycan ilə İordaniya dost və qardaş ölkələrdir
12:41
22 Sentyabr
Aydın Hüseynov: Azərbaycan parlamenti tarixdə şərəfli iz qoyub
12:35
22 Sentyabr
Azərbaycan-Rusiya parlamentlərarası əlaqələri yüksək səviyyədədir
12:18
22 Sentyabr
İndoneziya Regional Nümayəndələr Şurasının sədri Azərbaycana səfərə gəlib
11:24
22 Sentyabr
Dövlət Komitəsinin sədri Mingəçevirdə vətəndaşları qəbul edəcək
10:30
22 Sentyabr
Kristina Marti Lanq: İsveçrə və Azərbaycan arasında çox yaxşı əlaqələr mövcuddur
10:27
22 Sentyabr
Cüdo üzrə dünya çempionatı: Azərbaycanın 3 idmançısı mübarizəyə qoşulub
10:24
22 Sentyabr
Bolqarıstanın Varna şəhərində Azərbaycan mədəniyyətinə dair fotosərgilər nümayiş etdirilib
10:22
22 Sentyabr
Ermənistan silahlı qüvvələrinin bölmələri atəşkəs rejimini 112 dəfə pozub
20:45
21 Sentyabr
BMT və qlobal çağırışlar: "intertarixi" zərurət kontekstində
20:43
21 Sentyabr
Bilgəhdə Beynəlxalq Ahıllar Günü münasibətilə tədbir keçirilib
20:40
21 Sentyabr
Slovakiya-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Müdafiə Sənayesi Nazirliyində olub
20:39
21 Sentyabr
Soçi və İdlib: Rusiya-Türkiyə əməkdaşlığı qlobal geosiyasi proseslər kontekstində
20:23
21 Sentyabr
Prezident İlham Əliyev Beynəlxalq Cüdo Federasiyasının prezidenti ilə görüşüb
20:13
21 Sentyabr
Bakıda keçirilən cüdo üzrə dünya çempionatının ikinci gününə yekun vurulub
20:05
21 Sentyabr
Mərzuq Əli əl-Ğanim: Küveyt və Azərbaycan hər zaman bir-birinin yanındadır
19:56
21 Sentyabr
Bakıda NATO-nun Əməliyyat İmkanları Konsepsiyası çərçivəsində özünüqiymətləndirmə təlimi keçirilib
19:52
21 Sentyabr
Ədliyyə naziri Ağstafada vətəndaşları qəbul edib
19:29
21 Sentyabr
Azərbaycan ilə Britaniya Şurası arasında təhsil sahəsində əməkdaşlığın perspektivləri müzakirə edilib
19:24
21 Sentyabr
“Azİz” Beynəlxalq Assosiasiyasının nümayəndə heyəti Bakı Kitab Mərkəzinin qonağı olub
19:23
21 Sentyabr
AQTA ilə Asiya İnkişaf Bankı arasında strateji əməkdaşlıq imkanları öyrənilir
19:09
21 Sentyabr
Naxçıvanda yeni Asfalt-Beton Zavod Kompleksi istifadəyə verilib
18:37
21 Sentyabr
“ASAN xidmət” təcrübəsi Uqandada tətbiq olunacaq
18:29
21 Sentyabr
Azərbaycan parlamentinin 100 illiyi münasibətilə keçirilən təntənəli iclasın iştirakçıları ulu öndər Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət ediblər
18:26
21 Sentyabr
Prezident İlham Əliyev: Azərbaycanın dünyada təhlükəsizliyə töhfəsi getdikcə artır
18:13
21 Sentyabr
Prezident İlham Əliyev: Bu gün Azərbaycan dünya xəritəsində bir uğur nümunəsidir
18:08
21 Sentyabr
Konstitusiya Məhkəməsi Plenumunun növbəti iclası keçirilib
18:06
21 Sentyabr
Azərbaycan Dillər Universiteti Çinin müxtəlif universitetləri ilə əlaqələr qurub
18:01
21 Sentyabr
Prezident İlham Əliyev: Dağlıq Qarabağ heç vaxt Azərbaycanın suverenliyindən kənarda heç bir status almayacaq
17:49
21 Sentyabr
Prezident: Bu gün Ermənistandan səslənən çox ziddiyyətli və bəzən cəfəng fikirlər münaqişənin həllinə yox, onun dərinləşməsinə xidmət göstərir
17:46
21 Sentyabr
Hikmət Babaoğlu: "Prezidentin nitqi Ermənistan rəhbərliyinin savadsız çıxışlarına tutarlı cavab idi"
17:41
21 Sentyabr
Prezident: Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ən böyük ədalətsizlikdir
17:38
21 Sentyabr
Prezident İlham Əliyev: Demokratik inkişafla bağlı siyasətimizin aparılmasında Azərbaycan parlamentinin çox böyük rolu var
17:37
21 Sentyabr
Azərbaycan UNESCO-nun sülh konfransında təmsil olunub
17:28
21 Sentyabr
Adil Əliyev: Azərbaycan parlamentinin bir əsrlik keçdiyi şərəfli yol müasir dövlətimizin inkişafında özünəməxsus yer tutur
17:15
21 Sentyabr
Milli Məclisdə Azərbaycan parlamentinin 100 illiyi münasibətilə təntənəli iclas keçirilib
16:43
21 Sentyabr
İbrahim Əhməd Ömər: Sudan Azərbaycan ilə əməkdaşlığı inkişaf etdirmək əzmindədir
16:29
21 Sentyabr
İqtisadiyyat naziri Gəncədə vətəndaşları qəbul edib
16:25
21 Sentyabr
Baş prokuror Quba rayonunda vətəndaşları qəbul edib
16:23
21 Sentyabr
BDU ilə Darüssəlam Qontor Universiteti arasında əməkdaşlığa dair memorandum imzalanıb
16:13
21 Sentyabr
Bəstəkarlar İttifaqı Anarı “Üzeyir Hacıbəyli” medalı ilə təltif edib
16:12
21 Sentyabr
Binəli Yıldırım: Azərbaycanın qazandığı uğurlarda parlamentin böyük rolu var
15:52
21 Sentyabr
Dövlət Aqrar Ticarət Şirkəti ilə Rusiya Kənd Təsərrüfatı Nazirliyinin Analitik Mərkəzi arasında əməkdaşlıq memorandumu imzalanacaq
15:36
21 Sentyabr
Jan-Fransua Mansel: Fransa-Azərbaycan əlaqələrinin inkişafında parlamentlərarası münasibətlər xüsusi rol oynayır
15:34
21 Sentyabr
Dünya şöhrətli Sadhquru Heydər Əliyev Mərkəzində mühazirə deyəcək
15:27
21 Sentyabr
Bob Bləkmən: Demokratik inkişaf nəticəsində Azərbaycan dünyaya açılan bir ölkəyə çevrilib
15:25
21 Sentyabr
Nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Qazaxda vətəndaşlarla görüşüb
14:35
21 Sentyabr
Kənd Təsərrüfatı Nazirliyində Asiya İnkişaf Bankının nümayəndələri ilə görüş keçirilib
14:32
21 Sentyabr
Bakıda cüdo üzrə dünya çempionatının təntənəli açılış mərasimi keçirilib
14:29
21 Sentyabr
Dövlət Gömrük Komitəsinin sədri Lənkəran şəhərində vətəndaşları qəbul edib
14:27
21 Sentyabr
Polad Bülbüloğlu Mixail Şvıdkoya Azərbaycan Prezidentinin fəxri diplomun təqdim edib
14:23
21 Sentyabr
Dastanbek Cumabekov: Azərbaycan parlamentinin qəbul etdiyi qanunlar ölkənin demokratik inkişafı üçün əsaslı zəmin yaradıb
14:20
21 Sentyabr
Əmək və əhalinin sosial müdafiəsi naziri dörd rayon və şəhərin sakinləri ilə görüşüb
14:18
21 Sentyabr
Mərzuq əl Ğanim: Küveyt Şərq ilə Qərb arasında körpü rolunu oynayan Azərbaycanla əlaqələrin inkişafında maraqlıdır
14:15
21 Sentyabr
ATƏT PA-nın sədri: Azərbaycanın regionda vacib ölkəyə çevrilməsinə parlament də öz töhfəsini verib
14:14
21 Sentyabr
Piter Kropş Avropa Xəbər Agentlikləri Alyansının prezidenti seçilib
14:11
21 Sentyabr
Arif Məlikovun yubileyinə həsr edilmiş elmi sessiya
14:09
21 Sentyabr
Tsveta Karayançeva: Sevindiricidir ki, 100 il sonra müstəqil Azərbaycan müasir dövlət kimi inkişaf edir
13:32
21 Sentyabr
Yeniyetmələrin III Yay Olimpiya Oyunlarında iştirak edəcək Azərbaycan nümayəndə heyəti ilə görüş keçirilib
13:29
21 Sentyabr
Azərbaycan Prezidenti İlham Əliyev Türkiyə Böyük Millət Məclisinin sədri ilə görüşüb
12:57
21 Sentyabr
Məleykə Abbaszadə: Gələn tədris ili üzrə ali məktəblərə qəbul üçün maksimal bal 700 olacaq
12:37
21 Sentyabr
Zakir Həsənov NATO baş katibinin müavini ilə görüşüb

Video

 

Müsahibə

 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30
HAVA HAQQINDA