Ana səhifə »  Müəlliflər »  Qoca kinorejissorun “dünya turu” davam edir...
A+   Yenilə  A-
Qoca kinorejissorun “dünya turu” davam edir...
Yazdı: Nurlan Qələndərli

Azərbaycana gəlib çıxmaq bilməyən İbrahimbəyovun timsalında yaradılmış “vahid namizəd” mifi fiaskoya uğradı və radikal düşərgə təmsilçiləri çaşqınlıq içində gözləyirlər: nəyi gözləyirlər, heç, özlərinə də bəlli deyil
Ermənipərəst Rüstəm İbrahimbəyovun “Milli şura”sının iflası radikal müxalifət düşərgəsində gərginliyi daha da artırıb. Xüsusilə də zorən “vahid namizəd” elan edilmiş Rüstəm İbrahimbəyovun qondarma qurumun təmsilçiləri ilə əlaqəni kəsdiyinə dair məlumatların yayılması radikal düşərgədə mövcud qeyri-müəyyənliyin artmasını şərtləndirib. Öz guşəsinə çəkilən Rüstəm İbrahimbəyov isə sorğulara cavabında gah kinomontajla məşğul olduğunu, gah da “dünya turu”na çıxdığını bildirməkdədir...
Deyəsən, İbrahimbəyov seçkilərin ABŞ-da keçiriləcəyini zənn edir
Yayılan məlumatlara görə, qoca kinorejissor özünün “dünya turu” çərçivəsində bu dəfə də ABŞ-a səfər etməyə hazırlaşır. Görünən odur ki, deyəsən, İbrahimbəyov seçkilərin Azərbaycanda deyil, ABŞ-da keçiriləcəyini zənn edir.
Əslində, burada bir məqam tam anlaşılandır. O mənada ki, təbiətin qanunudur, insan qocaldıqca yaddaşı yavaş-yavaş itir. Yəni, İbrahimbəyov ömrünü xaricdə keçirib, Rusiyada, Avropada, ABŞ-da olub. İndi də ahıl vaxtında yazıq qoca seçkilərin Azərbaycanda keçiriləcəyini unudub, elə bilir ki, “Milli şura” ABŞ-da yaradılıb, orada da prezident seçkilərində iştirak etməlidir. Ar olsun Eldar Namazova! Heç olmasa, zəng edib bu zavallı qocaya seçkilərin Azərbaycanda keçiriləcəyini də xatırlatmır.
Yeri gəlmişkən, yayılan məlumatlara görə, Eldar Namazov bildirib ki, Rüstəm İbrahimbəyovun Rusiya qarşısında öhdəliyinin olmaması barədə arayış artıq Bakıdadır: “Hesab edirik ki, MSK imza toplamaq üçün vərəqələri verməlidir. Biz də artıq sənədləri təşəbbüs qrupu kimi hazırlayıb, gün ərzində MSK-ya təqdim etməliyik”.
Beləliklə, antimilli ünsürlərin cəmi olan bu “Milli şura” adlanan qondarma qurumdakılar necə də misgin görünürlər. Prezident kürsüsünə iddialı olanlar və özünü siyasətçi adlandıranlar bir neçə ay irəlini görə bilmir və xarici ölkənin bir “arayış”ından asılı vəziyyətə düşürlərsə, dünyanın müxtəlif qütblərindən geostrateji maraqların yönəldiyi Azərbaycan kimi ölkəni necə idarə edəcəklər, beynəlxalq aləmdə onun milli mənafelərini necə qoruyacaqlar?! 1992-1993-cü illər bizə dərs oldu. Bunlara isə xalqı, ölkəni ayaq altına salmaq hesabına olsa da, revanş və hakimiyyəti qəsb etmək lazımdır. Amma əbəsdir, xalq o xalq deyil!
Yox, keçməyəcək. MSK-ya təqdim olunan sənədlərdə göstərilməlidir ki, yoldaş İbrahimbəyov artıq Rusiya vətəndaşlığından məhrum edilib. Ya da Putindən məktub olmalıdır ki, “tovariş” Rüstəm İbrahimbəyovun Azərbaycan Respublikasında oktyabrın 9-da keçirilməsi nəzərdə tutulan seçkilərdə iştirakına etiraz edilmir”.
İbrahimbəyovun daimi yaşayış izninin olduğu digər ölkələr qarşısında da müəyyən öhdəlikləri var
Onu da qeyd etmək lazımdır ki, ziddiyyətli fikirlərini davam etdirən İbrahimbəyovun özünün də seçkilərdə “vahid namizəd” kimi iştirak edəcəyinə, həmçinin, Azərbaycana gələcəyinə inamı yoxdur. Yeri gəlmişkən, son günlər İbrahimbəyovun ikili vətəndaşlığına dair məsələ yenidən aktuallaşıb. Medianın məlumatına görə, Rusiyanın müvafiq instansiyalarından mətbuata məlumat verilib ki, Rüstəm İbrahimbəyov bir neçə gün öncə ikili vətəndaşlıqla bağlı müvafiq qurumlara müraciət edib. Məlumata görə, müəyyənləşdirmələrdən sonra bəlli olub ki, İbrahimbəyovun daimi yaşayış izninin olduğu digər ölkələr qarşısında da müəyyən öhdəlikləri var. Rüstəm İbrahimbəyovun vətəndaşlıqdan imtina etməsi prosesi 2014-cü ilin birinci rübünə qədər uzana bilər.
Radikal müxalifət çaşqınlıq içində...
Göründüyü kimi, qoca kinorejissorun vətəndaşlıq məsələsi sadəcə oyuna çevrilib və bu hal radikal müxalifət cəbhəsində aqressiya və isterika yaratmaqdadır. İndi “Milli şura”nın “vahid namizəd”inin bundan sonra nə edəcəyi məsələsi sual altındadır? Əslində, burada mürəkkəb heç nə yoxdur: İbrahimbəyovun timsalında yaradılmış “vahid namizəd” mifi fiaskoya uğradı və dağıdıcı düşərgə təmsilçiləri çaşqınlıq içində gözləyirlər... Nəyi gözləyirlər, heç, özlərinə də bəlli deyil...
Siyasilərin qiyməti: süni surətdə yaradılmış Rüstəm İbrahimbəyov mifi bitdi...
Yeri gəlmişkən, Azərbaycan siyasi palitrasında təmsil olunan siyasətçilər və müxtəlif siyasi oriyentasiyalara malik olan partiyaların rəhbərləri də Rüstəm İbrahimbəyovun “Milli şura”sının Azərbaycan cəmiyyətinə yad olduğunu bildirir, bu qondarma qurumu xalqa, dövlətçiliyimizə qarşı yönəlmiş layihə kimi səciyyələndirir, eyni zamanda, bu qurumun fiaskoya məhkum olunmasını qanunauyğun hal hesab edirlər. Rüstəm İbrahimbəyov isə bitmiş adam kimi xarakterizə olunur. Məsələn, Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu mətbuata açıqlamasında xarici qüvvələrlə bazarlıq içində olan “Milli şura”nın silsilə uğursuzluqlarının olduqca təbii olduğunu qeyd edib: “Əvvəlcədən də gözlənilən idi ki, Rüstəm İbrahimbəyov Azərbaycana gəlməyəcək. Hansı arqumentlə deyirlər ki, guya Rüstəm İbrahimbəyov gələcəkdi, o işi görəcəkdi, bu işi görəcəkdi? Mən bunu anlaya bilmirəm”.
S.Cəlaloğlu deyib ki, “Milli şura” üzvləri fikirlərini nə təcrübə, nə də nəzəri baxımdan əsaslandırmırlar: “Onlar sadəcə camaatı aldatmaq üçün fikir bildirirlər. Rüstəm İbrahimbəyovun heç bir siyasi təcrübəsi yoxdur. Siyasi hakimiyyət dəyişikliyinə rəhbərlik edən adamın müəyyən bir ölçüləri olmalıdır. Siyasi partiyası yox, siyasi təcrübəsi yox, özü də deyir ki, mən siyasəti bilmirəm”.
Ümid Partiyasını sədri İqbal Ağazadə isə İsa Qəmbərin, Lalə Şövkətin, Rəsul Quliyevin və digər “Milli şura” üzvlərini R.İbrahimbəyovun əlində oyuncağa çevrildiklərini bildirib: “Bu gün Azərbaycanda siyasətin filmini çəkməyi siyasətdən heç nə bilməyən Rüstəm İbrahimbəyova həvalə ediblər”
İ.Ağazadə “Milli şura”nın iflic vəziyyətində olduğunu və seçkilərə rəsmi start verildikdən sonra tamamilə dağılacağını və bir neçə nəfərin öz namizədliyini irəli sürəcəyini də deyib.

 
  • Oxunub:  21750  |  
  • Tarix:  23-08-2013  |  
  •    Çap et   |  
Get Adobe Flash player
Şərqdə ilk demokratik respublikanın parlamentinin 100 illiyi təntənə ilə qeyd olunub

15:07
22 Sentyabr
Milli Məclisdə Azərbaycan-Oman əlaqələrinin inkişafı məsələləri müzakirə edilib
14:43
22 Sentyabr
Azərbaycan Prezidenti parlamentin 100 illiyi münasibətilə keçirilən iclasda ciddi mesajlar verdi
14:37
22 Sentyabr
GUAM-a üzv dövlətlərin hökumət başçılarının iclasına hazırlıq məsələləri müzakirə olunub
14:30
22 Sentyabr
Avropalı diplomatlar Naxçıvan şəhərindəki Heydər Əliyev Muzeyini ziyarət ediblər
14:26
22 Sentyabr
Elmin İnkişafı Fondu yeni qrant müsabiqələri elan edəcək
14:23
22 Sentyabr
XİN: KTMT baş katibinin Ermənistan-Azərbaycan münaqişəsinə dair açıqlama verməsi təşkilatın mandatından kənardır
14:18
22 Sentyabr
Nyu-Yorkda keçiriləcək ABŞ-Xəzər Biznes Forumuna 100-dən çox şirkət qatılacaq
14:17
22 Sentyabr
Tahir Rzayev: Azərbaycan Parlamenti 100 il ərzində şərəfli bir yol keçib
12:50
22 Sentyabr
Favzi Daoud: Azərbaycan ilə İordaniya dost və qardaş ölkələrdir
12:41
22 Sentyabr
Aydın Hüseynov: Azərbaycan parlamenti tarixdə şərəfli iz qoyub
12:35
22 Sentyabr
Azərbaycan-Rusiya parlamentlərarası əlaqələri yüksək səviyyədədir
12:18
22 Sentyabr
İndoneziya Regional Nümayəndələr Şurasının sədri Azərbaycana səfərə gəlib
11:24
22 Sentyabr
Dövlət Komitəsinin sədri Mingəçevirdə vətəndaşları qəbul edəcək
10:30
22 Sentyabr
Kristina Marti Lanq: İsveçrə və Azərbaycan arasında çox yaxşı əlaqələr mövcuddur
10:27
22 Sentyabr
Cüdo üzrə dünya çempionatı: Azərbaycanın 3 idmançısı mübarizəyə qoşulub
10:24
22 Sentyabr
Bolqarıstanın Varna şəhərində Azərbaycan mədəniyyətinə dair fotosərgilər nümayiş etdirilib
10:22
22 Sentyabr
Ermənistan silahlı qüvvələrinin bölmələri atəşkəs rejimini 112 dəfə pozub
20:45
21 Sentyabr
BMT və qlobal çağırışlar: "intertarixi" zərurət kontekstində
20:43
21 Sentyabr
Bilgəhdə Beynəlxalq Ahıllar Günü münasibətilə tədbir keçirilib
20:40
21 Sentyabr
Slovakiya-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Müdafiə Sənayesi Nazirliyində olub
20:39
21 Sentyabr
Soçi və İdlib: Rusiya-Türkiyə əməkdaşlığı qlobal geosiyasi proseslər kontekstində
20:23
21 Sentyabr
Prezident İlham Əliyev Beynəlxalq Cüdo Federasiyasının prezidenti ilə görüşüb
20:13
21 Sentyabr
Bakıda keçirilən cüdo üzrə dünya çempionatının ikinci gününə yekun vurulub
20:05
21 Sentyabr
Mərzuq Əli əl-Ğanim: Küveyt və Azərbaycan hər zaman bir-birinin yanındadır
19:56
21 Sentyabr
Bakıda NATO-nun Əməliyyat İmkanları Konsepsiyası çərçivəsində özünüqiymətləndirmə təlimi keçirilib
19:52
21 Sentyabr
Ədliyyə naziri Ağstafada vətəndaşları qəbul edib
19:29
21 Sentyabr
Azərbaycan ilə Britaniya Şurası arasında təhsil sahəsində əməkdaşlığın perspektivləri müzakirə edilib
19:24
21 Sentyabr
“Azİz” Beynəlxalq Assosiasiyasının nümayəndə heyəti Bakı Kitab Mərkəzinin qonağı olub
19:23
21 Sentyabr
AQTA ilə Asiya İnkişaf Bankı arasında strateji əməkdaşlıq imkanları öyrənilir
19:09
21 Sentyabr
Naxçıvanda yeni Asfalt-Beton Zavod Kompleksi istifadəyə verilib
18:37
21 Sentyabr
“ASAN xidmət” təcrübəsi Uqandada tətbiq olunacaq
18:29
21 Sentyabr
Azərbaycan parlamentinin 100 illiyi münasibətilə keçirilən təntənəli iclasın iştirakçıları ulu öndər Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət ediblər
18:26
21 Sentyabr
Prezident İlham Əliyev: Azərbaycanın dünyada təhlükəsizliyə töhfəsi getdikcə artır
18:13
21 Sentyabr
Prezident İlham Əliyev: Bu gün Azərbaycan dünya xəritəsində bir uğur nümunəsidir
18:08
21 Sentyabr
Konstitusiya Məhkəməsi Plenumunun növbəti iclası keçirilib
18:06
21 Sentyabr
Azərbaycan Dillər Universiteti Çinin müxtəlif universitetləri ilə əlaqələr qurub
18:01
21 Sentyabr
Prezident İlham Əliyev: Dağlıq Qarabağ heç vaxt Azərbaycanın suverenliyindən kənarda heç bir status almayacaq
17:49
21 Sentyabr
Prezident: Bu gün Ermənistandan səslənən çox ziddiyyətli və bəzən cəfəng fikirlər münaqişənin həllinə yox, onun dərinləşməsinə xidmət göstərir
17:46
21 Sentyabr
Hikmət Babaoğlu: "Prezidentin nitqi Ermənistan rəhbərliyinin savadsız çıxışlarına tutarlı cavab idi"
17:41
21 Sentyabr
Prezident: Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ən böyük ədalətsizlikdir
17:38
21 Sentyabr
Prezident İlham Əliyev: Demokratik inkişafla bağlı siyasətimizin aparılmasında Azərbaycan parlamentinin çox böyük rolu var
17:37
21 Sentyabr
Azərbaycan UNESCO-nun sülh konfransında təmsil olunub
17:28
21 Sentyabr
Adil Əliyev: Azərbaycan parlamentinin bir əsrlik keçdiyi şərəfli yol müasir dövlətimizin inkişafında özünəməxsus yer tutur
17:15
21 Sentyabr
Milli Məclisdə Azərbaycan parlamentinin 100 illiyi münasibətilə təntənəli iclas keçirilib
16:43
21 Sentyabr
İbrahim Əhməd Ömər: Sudan Azərbaycan ilə əməkdaşlığı inkişaf etdirmək əzmindədir
16:29
21 Sentyabr
İqtisadiyyat naziri Gəncədə vətəndaşları qəbul edib
16:25
21 Sentyabr
Baş prokuror Quba rayonunda vətəndaşları qəbul edib
16:23
21 Sentyabr
BDU ilə Darüssəlam Qontor Universiteti arasında əməkdaşlığa dair memorandum imzalanıb
16:13
21 Sentyabr
Bəstəkarlar İttifaqı Anarı “Üzeyir Hacıbəyli” medalı ilə təltif edib
16:12
21 Sentyabr
Binəli Yıldırım: Azərbaycanın qazandığı uğurlarda parlamentin böyük rolu var
15:52
21 Sentyabr
Dövlət Aqrar Ticarət Şirkəti ilə Rusiya Kənd Təsərrüfatı Nazirliyinin Analitik Mərkəzi arasında əməkdaşlıq memorandumu imzalanacaq
15:36
21 Sentyabr
Jan-Fransua Mansel: Fransa-Azərbaycan əlaqələrinin inkişafında parlamentlərarası münasibətlər xüsusi rol oynayır
15:34
21 Sentyabr
Dünya şöhrətli Sadhquru Heydər Əliyev Mərkəzində mühazirə deyəcək
15:27
21 Sentyabr
Bob Bləkmən: Demokratik inkişaf nəticəsində Azərbaycan dünyaya açılan bir ölkəyə çevrilib
15:25
21 Sentyabr
Nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Qazaxda vətəndaşlarla görüşüb
14:35
21 Sentyabr
Kənd Təsərrüfatı Nazirliyində Asiya İnkişaf Bankının nümayəndələri ilə görüş keçirilib
14:32
21 Sentyabr
Bakıda cüdo üzrə dünya çempionatının təntənəli açılış mərasimi keçirilib
14:29
21 Sentyabr
Dövlət Gömrük Komitəsinin sədri Lənkəran şəhərində vətəndaşları qəbul edib
14:27
21 Sentyabr
Polad Bülbüloğlu Mixail Şvıdkoya Azərbaycan Prezidentinin fəxri diplomun təqdim edib
14:23
21 Sentyabr
Dastanbek Cumabekov: Azərbaycan parlamentinin qəbul etdiyi qanunlar ölkənin demokratik inkişafı üçün əsaslı zəmin yaradıb
14:20
21 Sentyabr
Əmək və əhalinin sosial müdafiəsi naziri dörd rayon və şəhərin sakinləri ilə görüşüb
14:18
21 Sentyabr
Mərzuq əl Ğanim: Küveyt Şərq ilə Qərb arasında körpü rolunu oynayan Azərbaycanla əlaqələrin inkişafında maraqlıdır
14:15
21 Sentyabr
ATƏT PA-nın sədri: Azərbaycanın regionda vacib ölkəyə çevrilməsinə parlament də öz töhfəsini verib
14:14
21 Sentyabr
Piter Kropş Avropa Xəbər Agentlikləri Alyansının prezidenti seçilib
14:11
21 Sentyabr
Arif Məlikovun yubileyinə həsr edilmiş elmi sessiya
14:09
21 Sentyabr
Tsveta Karayançeva: Sevindiricidir ki, 100 il sonra müstəqil Azərbaycan müasir dövlət kimi inkişaf edir
13:32
21 Sentyabr
Yeniyetmələrin III Yay Olimpiya Oyunlarında iştirak edəcək Azərbaycan nümayəndə heyəti ilə görüş keçirilib
13:29
21 Sentyabr
Azərbaycan Prezidenti İlham Əliyev Türkiyə Böyük Millət Məclisinin sədri ilə görüşüb
12:57
21 Sentyabr
Məleykə Abbaszadə: Gələn tədris ili üzrə ali məktəblərə qəbul üçün maksimal bal 700 olacaq
12:37
21 Sentyabr
Zakir Həsənov NATO baş katibinin müavini ilə görüşüb

Video

 

Müsahibə

 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30
HAVA HAQQINDA