Ana səhifə »  Müəlliflər »  Rusiya Miqrasiya Xidməti İbrahimbəyovun yalanlarını ifşa etdi
A+   Yenilə  A-
Rusiya Miqrasiya Xidməti İbrahimbəyovun yalanlarını ifşa etdi
Yazdı: Aqşin Şahinoğlu

Qoca kinodramaturq Rusiya vətəndaşlığından imtina ilə bağlı müraciətini yalnız bir həftə əvvəl təqdim edibmiş
Radikal və antimilli müxalifət partiyalarının cəmləşdiyi “Milli şura” üçün artıq yalanlarla dolu bir proses sona çatmaq üzrədir. Uzun müddətdir lal, kar və koru oynayan radikallar deyəsən yaman yerdə axşamlayıblar. Çünki qoca kinodramaturq Rüstəm İbrahimbəyovun “Gözlə, gələcəyəm” nəqarəti daha ayaq tutub yeriyə bilməyəcək. Moskvadan gələn isti xəbərlər antimilli qüvvələr üçün əməlli-başlı soyuq duş effekti yaradıb.
Rusiya Miqrasiya Xidməti İbrahimbəyovun ağ yalanını onun qırımızı sifətinə çırpdı
“Milli şura”nın “vahid namizəd”i Rüstəm İbrahimbəyovun pasport məsələsi ətrafında yaşanan qeyri-müəyyənliyə və suallara artıq aydınlıq gətirməkdədir. Xatırladaq ki, Rusiya vətəndaşlığından imtina etmədiyi barədə yayılan məlumatlardan sonra mətbuata açılqlama verən Rüstəm İbrahimbəyov Rusiya Federasiyası vətəndaşlığından imtina etmək üçün ərizə ilə müraciət etdiyini və bu haqda ona qəbz də verildiyini bildirmişdi. Virtualaz.org saytı isə məsələ ilə bağlı daha dəqiq məlumat əldə etmək üçün Rusiya Federal Miqrasiya Xidmətinin mətbuat xidməti ilə əlaqə saxlayıb. Federal Miqrasiya Xidmətinin mətbuat xidmətinin əməkdaşı Zalina Vladimirovanın verdiyi məlumata görə, Rüstəm İbrahimbəyov avqustun 13-də Rusiya vətəndaşlığından imtina etmək barədə müraciət edib və sənədlərinin baxılması üçün ondan alınması barədə qəbz verilib.
Son günlərə qədər bu barədə danışmaq istəməyən qondarma “Milli şura” sədri həmin qəbzi artıq Bakıya göndərib. Qəbz onun əlaltısı Eldar Namazovdadır. Maraqlıdır ki, artıq bir neçə aydır “Milli şura”nın “vahid namizəd”i elan olunmuş Rüstəm İbrahimbəyovun hələ may ayından Rusiya dövlətinə müraciət edərək vətəndaşlıqdan imtina etməsi gözlənilsə də qoca kinodramaturq bu prosesi yubadaraq avqustun 13-də ərizə yazıb və ona ümid bəsləyən “Milli şura”nın boynu bükük və yazıq üzvlərini aldadıb. Halbuki, onun “Milli şura”nın namizədi kimi elan olunması tarixi iyulun 9-udur. Bu, qərarın elanından dərhal sonra radikallar kinodramaturq namizədin sənədlərini qaydaya salması və Rusiya vətəndaşlığından imtina etməsi haqqında ağız dolusu danışsalar da, indi gələn tərs sillə ilə ağıllarını itirmək riski ilə üz-üzə qalıblar. O tarixdən bu yana isə hər gün “gəlirəm, gələcəyəm, pul yığıb, sonra gələcəyəm, narahat olmayın təyyarəyə minmişəm, artıq yoldayam, məni qarşılamağa hazırlaşın” və bu kimi digər yalanları ilə radikalların başına “corab hörən” İbrahimbəyovun yolunu gözləməkdən gözlərinin kökü saralan antimilli qurumun yetkililəri görəsən, indi nə düşünürlər? Onlar “kino ustası”nın bu addımını necə həzm edə biləcəklər?
Savadsızlığın pik həddi...
Şübhəsiz ki, indi Rüstəm İbrahimbəyov və onun yalanlarının, ucuz oyunlarının qurbanları sadəlövhcəsinə yüz dənə bəhanə arxasına sığınacaqlar. Hətta bunu prosedural qaydalarla izah etməyə cəhd edənlər də olacaq. Onların xislətinə bələd olduğumuz üçün bunun baş verəcəyini gözləməmək mümkün deyil. Necə ki, R.İbrahimbəyov özü bu vaxta qədər sənəd yığmaqla məşğul olduğunu deyirdi. Amma bu, onların növbəti dəfə gülünc vəziyyətə düşməsindən başqa bir şey olmaycaq. Çünki hər kəs hər şeyi yaxşı görür və düzgün məntiq qura bilir.
Diqqət yetirək, qeyd etdiyimiz kimi, iyulun 9-da ermənipərəst İbrahimbəyovun namizədliyi irəli sürülüb, amma vətəndaşlıqdan imtina ilə bağlı ərizə avqustun 13-də təqdim olunub. Bəs məsələ nə üçün bu qədər yubanıb? Kimə desən ki, bir ərizəni və bir-iki sənədi təqdim etmək üçün ay yarım vaxt tələb olunub, adamı məsxərəyə qoyarlar. Digər tərəfdən, qoca kinoçu radikallara belə bir yalan da satmışdı ki, guya o, dərhal müraciət göndərib və ən geci iyulun 31-nə qədər Rusiya prezidenti onun müraciətinə baxıb qərarını elan edəcək. Bu gün isə məlum olur ki, bütün həyatı yalan üstündə qurulan, hər addımında ikiüzlülük, saxtakarlıq olan kinorejissor bu dəfə də yalan satıb. Amma o qədər savadsız və səriştəsizdir ki, bu yalanının üzə çıxacağından da xəbərsiz olub. Və bu qədər natarazlığın içində bu adamın özünü siyasətçi saymasından sonra göydən daş yağmamasına şükür etməliyik!
Hər diyarda bir qucaq...
Digər tərəfdən, Rusiya Federal Miqrasiya Xidmətinin mətbuat xidmətinin əməkdaşı Zalina Vladimirova Rüstəm İbrahimbəyovla bağlı başqa bir maraqlı faktın da üstünü açıb. O, deyib ki, Rüstəm İbrahimbəyovun ABŞ-da daimi yaşayış izni var. FMX əməkdaşının sözlərinə əsasən, Rüstəm İbrahimbəyovun quruma təqdim etdiyi sənədlər arasında ABŞ-da daimi yaşayış izni verən sənədin olması “Milli şura” sədrinin ABŞ dövləti qarşısında da ayrıca öhdəliyinin olmasından xəbər verir. Rüstəm İbrahimbəyovun vətəndaşlıqdan imtina edilməsi prosesi 2014-cü ilin birinci rübünə qədər uzana bilər. Səbəb isə sənədlərin gec təqdim edilməsi və ABŞ-da daimi yaşayış izninin olmasıdır ki, bunun üçün Rusiya tərəfi ABŞ-a xüsusi sorğu göndərərək, Rüstəm İbrahimbəyovun daimi yaşayış izninin ləğv edilməsini tələb edəcək.
İndi gəl, ayırdla düyünün daşını... bayaq, radikallar bir ölkə qarşısındakı hüquqi öhdəlik məsələsinin necə aradan qaldırılacağı ilə bağlı baş sındırırdılar, indi bu yandan da ABŞ çıxdı. Hələ bir az da qurdalasan, daha nələrin peyda olacağını təsəvvür belə edə bilmirlər. Sabah ABŞ da deyəcək, bunun bizə müraciətində filan banan ölkəsinin də yaşamaq izni var. Axırda da iş gedib elə bir labirintə dirənəcək ki, qoca kinodramaturqun hər diyarda bir qucağa sığındığı bəlli olacaq.
Əslində, Rüstəm İbrahimbəyovu bu işlərdə günahlandırmaq elə də düzgün deyil. Hesab edək ki, bunlar ömrünü ssenari yazmaq, yalan toplamaq üzərində çürüdən bu adamın növbəti ssenariləridir. Bəs, onun 5-10 manatına aldanıb, arxasında pərçimlənən isalara, əlilərə nə deməli? Gedin özünüzə iş tapın. Bu, sizin etdiyiniz iş deyil. Rüstəm İbrahimbəyov kimi, siyasətin “s” hərfindən belə qanmayan biri sizi belədən belə, elədən elə fırladırsa, başınıza bir torba keçirib dalınca sürüyürsə, sizi ətrafınızda qalan 3-5 qohum əqrəbanızın yanında rəzil - rüsvay edirsə, onda iki əliniz arasına bir başınızı qoyun, nə qədər döyürsünüz, döyün!

 
  • Oxunub:  25380  |  
  • Tarix:  23-08-2013  |  
  •    Çap et   |  
Get Adobe Flash player
Azərbaycan beynəlxalq səviyyədə milli maraqlarını qətiyyətlə qoruyan güclü dövlət kimi tanınır

26 Aprel 11:55
“Dinlərarası dialoq və radikalizmlə mübarizə” mövzusunda konfrans panel iclaslarla davam edib
26 Aprel 11:38
Gömrük Komitəsinin sədri Ümumdünya Gömrük Təşkilatının baş katibi ilə görüşüb
26 Aprel 11:31
Görkəmli oftalmoloq-alim Zərifə Əliyevanın xatirəsi Naxçıvanın Bakıdakı daimi nümayəndəliyində anılıb
26 Aprel 11:26
Çinin nüfuzlu "Global Times" qəzeti AZƏRTAC-ın xəbərlərini yaymağa başlayıb
26 Aprel 11:19
Naxçıvan Dövlət Universitetində startap layihələrin hazırlanması və tətbiqi məsələləri müzakirə edilib
26 Aprel 11:13
Bakıda Formula 2 yarışı üzrə birinci sərbəst yürüşlərə start verilib
26 Aprel 10:35
Bakıda Beynəlxalq Əqli Mülkiyyət Gününə həsr olunan "Əqli mülkiyyət və idman" mövzusunda seminar keçirilir
26 Aprel 10:32
Nəsiminin yubileyi Budapeştdə qeyd olunub
26 Aprel 10:28
Zərifə xanım Əliyevanın keçdiyi şərəfli həyat yolu kamillik və müdriklik məktəbidir
26 Aprel 10:23
Heydər Əliyev Mərkəzinin parkında: DJ “S-BROTHER-S”, “Rast” qrupu və musiqili atəşfəşanlıq
26 Aprel 10:17
Azərbaycan ilə Çin arasında təhsil sahəsində əməkdaşlığın inkişaf perspektivləri müzakirə olunub
26 Aprel 10:16
Müdafiə Nazirliyi: Ermənistan silahlı qüvvələrinin bölmələri sutka ərzində atəşkəs rejimini 27 dəfə pozub
26 Aprel 10:14
Ermənilərin Belçikada soyqırımlarla bağlı qanuna düzəliş səyləri iflasa uğrayıb
26 Aprel 10:12
Müdafiə naziri ümumqoşun poliqonunda döyüş atışlı təlim məşqlərini izləyib
26 Aprel 10:11
Bu gün görkəmli yazıçı, böyük alim Mir Cəlal Paşayevin anadan olmasından 111 il keçir
26 Aprel 10:07
Bakıda Formula 1 Azərbaycan Qran Prisinin ilk yarış günü başlayır
26 Aprel 09:53
Azərbaycan beynəlxalq səviyyədə milli maraqlarını qətiyyətlə qoruyan güclü dövlət kimi tanınır
26 Aprel 09:50
Rumıniya müsəlmanlarının dini rəhbəri Azərbaycandakı dövlət-din münasibətləri barədə məlumatlandırılıb
26 Aprel 09:48
YAP Yasamal rayon təşkilatı Gənclər Birliyinin V hesabat-seçki konfransı keçirilib
26 Aprel 09:44
“Azərbaycan cəmiyyəti və informasiya resursları belə məsələlərdə diqqətli olmalıdır”
26 Aprel 09:43
YAP Nərimanov rayon təşkilatı Gənclər Birliyinin V hesabat-seçki konfransı keçirilib
26 Aprel 09:40
YAP Laçın rayon təşkilatı akademik Zərifə xanım Əliyevanın anadan olmasının ildönümünü qeyd edib
26 Aprel 09:38
Beynəlxalq Avrasiya Mətbuat Fondu qondarma “Dağlıq Qarabağ respublikası”nın hesabatının BMT-nin rəsmi səhifəsində dərc olunmasına etiraz edib
26 Aprel 09:36
Hacı Zeynalabdin Tağıyevin heykəlinin hazırlanması ilə bağlı açıq heykəltəraşlıq müsabiqəsi elan olunub
26 Aprel 09:33
Bakcell Formula 1 SOCAR Azərbaycan Qran Prisi 2019 yarışına hazırdır
26 Aprel 09:32
“Nar” “ADA Innovation Awards 2019” mükafatına dəstək verir
26 Aprel 09:30
Azərbaycanın bölgələrində yazlıq bitkilərin əkini uğurla davam edir
25 Aprel 21:26
Azərbaycanın cinayətkarlıqla mübarizə sahəsində həyata keçirdiyi tədbirlər ABŞ tərəfindən müsbət qiymətləndirilir
25 Aprel 21:23
“ASAN xidmət”də beynəlxalq tərəfdaşlarla görüş keçirilib
25 Aprel 21:14
Elçin Əhmədov: ermənilərin Azərbaycana və Türkiyəyə qarşı əsassız iddiaları beynəlxalq hüququn prinsiplərinə ziddir
25 Aprel 20:30
Birinci vitse-prezident Mehriban Əliyeva Buzovnadakı 229 saylı uşaq bağçasında, Mərdəkandakı gimnaziyada və 32 saylı Laçın rayon məktəbində mövcud şəraitlə tanış olub
25 Aprel 20:24
Təhsil Nazirliyində “Cisco” şirkəti ilə əməkdaşlıq məsələləri müzakirə olunub
25 Aprel 20:16
Mahsa Mehdizadə: XX əsrin əvvəllərində erməni quldurları Arazın cənubunda 150 mindən çox müsəlman-türkü qətlə yetirib
25 Aprel 20:06
Akademik Zərifə Əliyevanın anadan olmasının 96-cı ildönümünü Suraxanıda təntənəli şəkildə qeyd edilib
25 Aprel 20:00
Çingiz Hüseynzadə: Yay aylarında bütün idman növləri üzrə kurslar təşkil etməyi planlaşdırırıq
25 Aprel 19:46
Ədliyyə Nazirliyində CISCO şirkətinin nümayəndə heyəti ilə görüş olub
25 Aprel 19:38
Bakıda “Dinlərarası dialoq və radikalizmlə mübarizə” mövzusunda beynəlxalq konfrans keçirilir
25 Aprel 19:37
Təhsil naziri “Bir kəmər, bir yol” ikinci beynəlxalq əməkdaşlıq forumunda iştirak edib
25 Aprel 19:20
Kənd təsərrüfatı naziri Qəbələdə fermerlərlə görüşüb
25 Aprel 19:15
XİN: Rəsmi Bakı Azərbaycan-Gürcüstan sərhədinin delimitasiyası prosesini ən qısa müddətdə başa çatdırmağa hazırdır
25 Aprel 19:13
Formula 1 SOCAR Azərbaycan Qran-Prisi ərəfəsində avtomobil həvəskarları üçün yeni sayt istifadəyə verilib
25 Aprel 19:04
Məmməd Musayev: Azərbaycanda güclü sahibkarlar sinfi formalaşıb
25 Aprel 17:50
Nəsiminin yubileyi Budapeştdə qeyd olunub
25 Aprel 17:42
Nurlana Əliyeva: Zərifə Əliyeva bütün insani keyfiyyətləri ilə əsl Azərbaycan qadınının ideal obrazını yaradıb
25 Aprel 17:29
Azərbaycan öz qəti və ardıcıl mövqeyini saxlayır – danışıqlar indiki formatda davam etdirilməlidir
25 Aprel 17:21
Üç ayda dəniz limanlarında 2 milyon tonluq yükləmə-boşaltma işləri həyata keçirilib
25 Aprel 17:19
Mədəniyyət naziri Cenevrədə beynəlxalq konfransda iştirak edib
25 Aprel 17:17
Akademik Zərifə Əliyevanın adı Azərbaycanda hər zaman fəxrlə, sonsuz qürur hissi ilə səslənir
25 Aprel 17:11
“Azərpoçt” ötən üç gündə 8 milyon manatdan çox kompensasiya ödəyib
25 Aprel 17:07
İçərişəhər DTMQİ: Sosial şəbəkələrdə İçərişəhərlə bağlı yayılan fotogörüntülər həqiqətə tamamilə ziddir
25 Aprel 17:04
Polad Bülbüloğlu: Bakı əslində Qəhrəman şəhərdir
25 Aprel 16:58
Veteranlar Heydər Əliyev Mərkəzini ziyarət ediblər
25 Aprel 16:48
Malik Həsənov: Azərbaycan dünyada güclü və nüfuzlu dövlət kimi tanınır
25 Aprel 16:45
YAP Laçın rayon təşkilatı akademik Zərifə xanım Əliyevanın anadan olmasının 96-cı ildönümü münasibətilə tədbir keçirib
25 Aprel 16:39
Milli Olimpiya Komitəsində atletika məşqçilərinin təltif edilməsi mərasimi olub
25 Aprel 16:36
YAP Saatlı rayon təşkilatı Gənclər Birliyinin V hesabat-seçki konfransı keçirildi
25 Aprel 16:33
Ankara Ticarət Palatasının nümayəndələrinə türk iş adamları ilə birgə üçüncü ölkələrdə biznes qurmaq təklif edilib
25 Aprel 16:31
Jan-Kristof Posel: Azərbaycan müxtəlif sivilizasiyalara məxsus insanların sülh şəraitində yaşaya biləcəyini göstərən ən gözəl nümunədir
25 Aprel 16:14
Azərbaycanlı paralimpiyaçı dünya kubokunda qızıl medal qazanıb
25 Aprel 16:09
“Jewish Journal” nəşrində minlərlə yəhudini Holokostdan xilas etmiş azərbaycanlı haqqında məqaləsi dərc olunub
25 Aprel 16:07
Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasının müəllim və tələbə heyəti ilə görüş olub
25 Aprel 16:01
Mübariz Qurbanlı: Azərbaycanda multikultural dəyərlər dövlət səviyyəsində qorunur
25 Aprel 15:58
Prezident Administrasiyasının məsul işçiləri bölgələrdə vətəndaşların müraciətlərini dinləyiblər
25 Aprel 15:49
Azərbaycanın Milli Qəhrəmanı Albert Aqarunovun 50 illik yubileyi münasibətilə tədbir keçirilib
25 Aprel 15:44
Dənli və texniki bitkilərin, meşələrin yanğın təhlükəsizliyi diqqət mərkəzində saxlanılır
25 Aprel 15:35
Formula-1 SOCAR Azərbaycan Qran-Prisi öncəsi pit-yolu gəzintisi təşkil olunub
25 Aprel 15:27
YAP Qadınlar Şurasının kollektivi akademik Zərifə Əliyevanın məzarını ziyarət edib
25 Aprel 15:04
Paytaxt məktəbliləri beynəlxalq konfransda
25 Aprel 15:01
Ölkəmiz 83-cü Florensiya Beynəlxalq Əl İşləri Sərgisində təmsil olunur
25 Aprel 14:50
Qadınlar İKT-də Beynəlxalq Gününə həsr edilən respublika elmi-praktik konfransı keçirilib

Video

 

Müsahibə

 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30
HAVA HAQQINDA
Bakı
gündüz+16 +21
gecə+9 +12