Ana səhifə »  Müəlliflər »  Ermənipərəst Rüstəm İbrahimbəyovun namizədi Cəmil Həsənli də xarici sifarişləri yerinə yetirmək üçün təlimatlandırılıb
A+   Yenilə  A-
Ermənipərəst Rüstəm İbrahimbəyovun namizədi Cəmil Həsənli də xarici sifarişləri yerinə yetirmək üçün təlimatlandırılıb
Yazdı: Pərviz Sadayoğlu

Erməni vurğunu olan birisinin əlaltısı rolunu oynamağı özünə sığışdıran “alim” hansı mənəvi haqla hakimiyyətə şər atır?
“Milli şura”nın prezident seçkilərində iştirak və namizədin kimliyi ilə bağlı yeni qərarı, əslində, radikalların mahiyyətinin dəyişikliyindən xəbər vermir. Belə ki, Azərbaycan cəmiyyətinin dövlət əmlakını mənimsəyən, vergi qaçaqçısı, ermənipərəst, donuz həvəslisi kimi tanıdığı Rüstəm İbrahimbəyovun öz yerini əlaltısı Cəmil Həsənliyə hədiyyə etməsi düşərgənin hansı vəziyyətdə olmasından xəbər verir. Çünki dünənə qədər “asıb-kəsən” radikal müxalifət partiyalarından əsər-əlamət qalmayıb. Eyni zamanda, Rüstəm İbrahimbəyov ölkə ictimaiyyəti tərəfindən rədd edildiyi qədər Cəmil Həsənli də rədd edilir. Bu da səbəbsiz deyil. O mənada ki, ən azından yuxarıda sadalanan “keyfiyyətlərə” malik birisinin əlaltısı olmaq kimi bir vəzifə tutması C.Həsənlinin kimliyindən xəbər verir.
C.Həsənli “Milli şura”nın namizədi olan dəqiqədən radikal müxalifətin ənənəvi “qoltuq qarpızlama” kampaniyası çərçivəsində düşərgənin nəzarətində olan mətbuat orqanlarına açıqlamalar verib. Amma bu açıqlamalarda öz məntiqsizliyini ortaya qoyan, xalqın iradəsi ilə seçilmiş Azərbaycan hakimiyyətini əsassız iddialarla hədəfə almaq istəyən C.Həsənli görəsən, güzgüdə özünə baxıbmı? Yəni, C.Həsənli dərk edirmi ki, o, ermənilərin Azərbaycan müxalifətinə “başçı” deyib sırımağa çalışdığı, Azərbaycan cəmiyyətində qarışılıq salmaq üçün ortaya atdığı bir kəsin namizədidir və ya onu əvəz etməkdədir? Belə bir insan hansı mənəvi haqla yalanlar danışır, yenə də xalqın adından siyasi alver etməyə çalışır? Belə yerdə deyirlər ki, “namizədi gülüm olanı, başına külüm olar”...
Yeri gəlmişkən, “Milli şura” ideyası ortaya atılanda “Ziyalılar Forumu”nun fəallarından olan C.Həsənli qəti şəkildə bu qurumda təmsil olunmayacağını deyirdi. Lakin sonra o, tüpürdüyünü yedi, “şura”ya üzv, hələ bir “ehtiyat namizəd” də oldu. “Mənim “Milli şura”da təmsilçiliyim də bilavasitə Rüstəm İbrahimbəyovla bağlıdır...” deyən C.Həsənlinin, görünür, öz mövqeyi yoxdur, İbrahimbəyovun sözü ilə oturub durur. “Bir dost kimi ondan umacağımız bizim önümüzdə getməsidir...” deyəndə də, ondan pul göndərməyi dayandırmamağı xahiş edir. Beləsi istər tarixdən yazsın, istər kimyadan, istər Qarabağdan, istər Aladağdan, nə fayda? Aldığı nəfəs də sifarişdir.
“Milli şura”nın Rüstəmi “əsas”, Cəmili isə “ehtiyat” oyunçu kimi əl altında saxlaması və “şura”da baş verənlər elə radikal kəsimin özü tərəfindən hədəfə alınıb. “Şura”nın, ən əsas da onun başında dayanan Rüstəm İbrahimbəyov, Eldar Namazov, İsa Qəmbər, Əli Kərimli və digərlərinin onları aldatdıqlarını, yalan vədlər verdiklərini söyləyən düşərgə təmsilçiləri etiraf edirlər ki, “Milli şura” nağılı bitib.
Məsələn, radikal düşərgənin yazarı Mahal İsmayıloğlu yazır ki, “düz üç ay idi ki, çobanyastığı gülünün ləçəklərini bir-bir qopardıb, özümüzə təsəlli verirdik: gəlir, gəlmir... Bəzən cüt çıxanda gələnə, tək gələndə gedənə dönürdü... Yüz ildən bəri ürəkdən güldüyümüz “o olmasın, bu olsun” olayı nədən gerçəyə dönür? Hətta Rüstəm İbrahimbəyovun artıq seçkiyə qatılmayacağını bilə-bilə, Azərbaycan adlı ölkədə yaşananları görə-görə yenə ayağımızı bataqlıqdan quru yerə çıxarıb, aydın və aşkar bir mövqe ortaya qoya bilmirik...”.
Göründüyü kimi, Rüstəm İbrahimbəyov “Milli şura”nın sədri və “vahid namizəd”i olandan sonra mövhumatçılıq və kino sənətinə aludəçilik radikal müxalifətin qanına yerikləməyə başlayıb. Ölkədə real vəziyyəti, daxili və xarici amilləri, siyasi partiyaların, qüvvələrin güc nisbətini qiymətləndirməyi bacarmayan, plansız, proqramsız, boş, mənasız və populist iddialarla, şüarlarla seçkiyə gedən “Milli şura”nın bütün fəaliyyəti çobanyastığı ləçəklərini qoparıb saymaq, ya da qabağına çıxdığı bir kosmopoliti özünə namizəd edib, sonra da onu başqa bir diletantla əvəzləməkdən o yana keçə bilməz. Əgər radikal müxalifətin ən yaxşıları Rüstəm İbrahimbəyov və Cəmil Həsənlidirsə, gör indi pisləri hansı vəziyyətdədir.
Maraqlıdır ki, “şura”da yaranan bu “naqolay” vəziyyətə hər kəs açıq gözlə baxsa da, sadə müxalifətçilər baş verənlərdən nəticə çıxararaq “şura-şura” oyununun sona çatdığını desə də, “şura”nın bəzi başbilənləri yenidən yalan pərdəsinə bürünüb. Məsələn, “El” hərəkatının sədri Eldar Namazov C.Həsənlinin ehtiyat namizəd kimi müəyyənləşdirilməsi ilə bağlı bildirib ki, guya müxalifət avqust ayında yaranmış “pat” vəziyyətindən 3 gün ərzində çıxıb.
Əslində, Eldar Namazovun bu cür yalanları hələ Rüstəm İbrahimbəyov namizəd ikən də az səslənmirdi. Demək olar ki, ayda bir neçə dəfə İbrahimbəyovun “Bakıya qayıdacağını” söz verən Eldar Namazov hər dəfə bir yalanla bu işin altından çıxmağa çalışırdı. Gör radikal müxalifətdə hansı vəziyyət yaranıb ki, bu “dəftərdaşıyan” “pat”dan çıxıb “mat”a doğru getdiklərinin fərqində deyil.
Əslində, “Milli şura”da kimin öndə, kimin ondan arxada getməsi, “birlik” görüntüsü yaratması özü də spekulyasiyadır. Şəxsi maraqların döyüş meydanına çevrilən “şura”da hər kəs namizəd olmaqdan ötrü can yandırırdı. Müsavat Partiyasının üzvü Rauf Arifoğlu da bildirib ki, bundan “əvvəlki” “Milli şura” sırf Rüstəm İbrahimbəyova görə yaradılmışdı - onunku idi, ona tabeydi, onun ağzına baxırdı: “Eldar Namazov müxalifətin iki əsas liderindən daha üstün duruma gəlmişdi. Qeyri-rəsmi, lakin faktiki olaraq Rüstəm müəllimin sözçüsü idi, cənab Namazov. Mən dəqiq bilirəm, bu, iç məlumatdır, kimsə inkar etsə də mənasız sayacam, R.İbrahimbəyov əslində Eldar Namazovu prezidentliyə vahid namizəd etmək niyyətində idi. Ləng, könülsüz davranmasının əsas səbəblərindən biri də bu idi”.
Nəticə isə ortadadır. “Milli şura” oyununda Rüstəm İbrahimbəyovla Eldar Namazov biabırcasına uduzdular. “Milli şura” layihəsini ortaya atdılar, özləri isə oyundankənar vəziyyədə qaldılar. Elə “Milli şura”nın son iclasında da E.Namazovun pəjmürdə görüntüsü onun siyasi reabilitasiyasının üzərindən qara xəttin çəkilməsindən irəli gəlir. Çünki indən sonra R.İbrahimbəyovun “Milli şura”ya hansısa maliyyə yardımı edəcəyi də inandırıcı görünmür.

 
  • Oxunub:  21510  |  
  • Tarix:  27-08-2013  |  
  •    Çap et   |  
Get Adobe Flash player
Prezident İlham Əliyev: 2019-cu ildən başlayan islahatların əsas hədəfi Azərbaycanı müasir, inkişaf edən və gələcəkdə inkişaf etmiş ölkəyə çevirməkdir

17 Fevral 11:41
Gəncənin "İmamzadə" dini kompleksində ehsan süfrəsi açılıb
17 Fevral 11:32
Ötən il Azərbaycanda 868,6 ton yaşıl çay yarpağı istehsal olunub
17 Fevral 11:30
Qlobal böhrana doğru: bir müqavilənin ləğvi və dünya üçün yeni risklər
17 Fevral 11:29
Elçin Əhmədov: Qaradağlı soyqırımı Xocalıya gedən yolun başlanğıcı idi
17 Fevral 11:25
Sevinc Fətəliyeva: Məişət zəminində baş vermiş adi kriminal hadisədən sui-istifadə etmək cəhdləri heç bir nəticə verməyəcək
17 Fevral 11:22
Azərbaycan və Almaniya arasında əməkdaşlığın gündəliyi müzakirə olunub
17 Fevral 11:19
Qaradağlı faciəsindən 27 il ötür
17 Fevral 11:18
Münxendə Azərbaycanın xarici işlər naziri ilə Xorvatiya Baş nazirinin müavininin görüşü olub
17 Fevral 11:12
Astanada keçirilən beynəlxalq təhsil sərgisində ADA Universiteti də iştirak edib
17 Fevral 11:08
Azərbaycanın Rusiyadakı səfirliyi: Feyk xəbərlərə və təxribat xarakterli bəyanatlara inanmamağı təkidlə xahiş edirik
17 Fevral 11:02
Azərbaycan ilə ABŞ arasında ikitərəfli dialoq və əməkdaşlıq məsələləri ətrafında müzakirələr aparılıb
17 Fevral 10:56
Heydər Əliyev Sarayında “Zima-2019” beynəlxalq uşaq festivalı keçirilib
17 Fevral 10:49
Azərbaycan Balkan Atletika Assosiasiyasına üzv olub
17 Fevral 10:48
Elçin Əhmədov: Xırda məişət hadisəsini şişirdərək münaqişə kimi təqdim etmək təxribatdan başqa bir şey deyil
16 Fevral 18:22
Naxçıvanda sahibkarlarla görüş olub
16 Fevral 18:17
Депутат Госдумы прокомментировал произошедший в Москве инцидент между азербайджанцами и чеченцами
16 Fevral 18:15
Руководитель азербайджано-российской межпарламентской рабочей группы прокомментировал инцидент между азербайджанцами и чеченцами в Москве
16 Fevral 18:13
Джамбулат Умаров: Мы не допустим разжигания конфликта между азербайджанским и чеченским народами (Эксклюзив)
16 Fevral 15:38
Azərbaycan ilə Qırğızıstan arasında ikitərəfli əlaqələrin möhkəmləndirilməsinin əhəmiyyəti vurğulanıb
16 Fevral 15:36
Əbülfəs Qarayev Koventri Universitetində tələbələr qarşısında çıxış edib
16 Fevral 15:33
Builki Formula 1 Azərbaycan Qran-Prisi ilə əlaqədar 2445 marşal müraciət edib
16 Fevral 14:06
Millət vəkili: Moskvada azərbaycanlılarla çeçenlər arasındakı insident heç bir halda millətlərarası münaqişə kimi təqdim edilə bilməz
16 Fevral 13:31
Şahin İsmayılov: Ölkəmizdə gənclərin yüksək təhsil almaları üçün bütün imkanlar yaradılıb
16 Fevral 13:28
Hicran Hüseynova: Ailənin vətəndaş cəmiyyətinin inkişafında xüsusi rolu var
16 Fevral 13:21
Təqaüdlərin artırılması ölkə rəhbərinin öz vətəndaşlarına olan insani münasibətinin nəticəsidir
16 Fevral 13:16
Ziyad Səmədzadə: Verilən qərarlar əhalinin yaşayış səviyyəsinin və rifahının xeyli yaxşılaşmasına yönəlib
16 Fevral 12:55
Pərviz Şahbazov: Cənub Qaz Dəhlizi gələcəkdə daha çox Avropa ölkəsini əhatə edə bilər
16 Fevral 12:52
Gəncədə Region Gənclərinin I Sahibkarlıq Forumu keçirilib
16 Fevral 12:44
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi sosial şəbəkələrdə yayılan əsassız fikirlərə münasibət bildirib
16 Fevral 12:27
İsmayıl İsmayılov: Mehriban Əliyevanın əzmkar rəhbərliyi sayəsində Azərbaycan gimnastikasına münasibət əsaslı şəkildə dəyişib
16 Fevral 12:25
VIII Beynəlxalq Multikulturalizm Qış Məktəbinin iştirakçıları Ulu Öndərin və şəhidlərin xatirəsini anıblar
16 Fevral 12:23
Bakıda batut gimnastikası və tamblinq üzrə Dünya Kuboku yarışlarının açılış mərasimi olub
16 Fevral 12:21
Nurlana Məmmədzadə: Mehriban Əliyeva Gimnastika Federasiyasının prezidenti seçildikdən sonra Azərbaycanda bu idman növünün intibah dövrü başladı
16 Fevral 10:42
Ermənistan ordusu atəşkəs rejimini 25 dəfə pozub
16 Fevral 10:36
Bundestaqın üzvü Ermənistan-Azərbaycan münaqişəsinin həlli üzrə danışıqların hazırkı vəziyyəti barədə məlumatlandırılıb
16 Fevral 10:32
Azərbaycanın enerji daşıyıcılarının Ukraynaya nəqli imkanları müzakirə edilib
16 Fevral 10:25
Akademik Arif Paşayev - intellektual və mənəvi səma zirvəsində
16 Fevral 10:23
HEYDƏR ƏLİYEV İDEYALARINA SADİQ OLAN MÖHKƏM ƏQİDƏLİ, PRİNSİPİAL VƏ VƏTƏNPƏRVƏR ŞƏXSİYYƏT
16 Fevral 10:21
Dövlət Komitəsinin sədri Mərakeş Krallığının Azərbaycandakı səfiri ilə görüşüb
16 Fevral 10:20
General-leytenant Ziya Yusifzadənin 90 illik yubileyinə həsr olunmuş xatirə tədbiri keçirilib
16 Fevral 10:19
Prezident İlham Əliyev: 2019-cu ildən başlayan islahatların əsas hədəfi Azərbaycanı müasir, inkişaf edən və gələcəkdə inkişaf etmiş ölkəyə çevirməkdir
16 Fevral 10:14
Medianı öz çirkli əməllərinə alət edən cinayətkarlar məsuliyyətə cəlb olunmalıdırlar
16 Fevral 10:12
YAP Sumqayıt şəhər təşkilatında fəaliyyət göstərən Heydər Əliyev Məktəbində gənclərlə görüş keçirilib
16 Fevral 10:11
“Heydər Əliyev və ədəbiyyat məsələləri” mövzusu tədqiqat müstəvisində
16 Fevral 10:09
Qətərli və livanlı jurnalistlər Mətbuat Şurasında olublar
16 Fevral 10:09
Antimilli ünsürlərin əməlləri xalqımıza qarşı mənəvi terrora cəhddir
16 Fevral 10:07
Dövlət Aqrar Ticarət Şirkəti fermerləri Bakıda keçiriləcək Novruz bayramı yarmarkasına dəvət edir
16 Fevral 10:07
Azercell-in Barama Mərkəzi yeni inkubasiya proqramına başlayır
16 Fevral 10:06
“Nar” müştəri məmnuniyyəti üzrə yüksək artım nümayiş etdirib
16 Fevral 10:04
Azərbaycanın regionlarında meyvəçiliyin geniş inkişaf potensialı var
15 Fevral 20:36
“Toplan” sahibsiz itlərə qayğı mərkəzinin növbəti hissəsinin təməli qoyulub
15 Fevral 20:21
Buzovnadakı psixonevroloji sosial xidmət müəssisəsinin yenidənqurmadan sonra açılışı olub
15 Fevral 20:19
Azərbaycan ilə Avropa İttifaqı arasında əməkdaşlıq məsələləri müzakirə edilib
15 Fevral 19:08
Əli Həsənov: Məişət zəminində yaşanan hər hansı insident Azərbaycan və çeçen xalqları arasında tarixən mövcud olmuş dostluq və qardaşlıq əlaqələrinə xələl gətirə bilməz
15 Fevral 17:52
Mediaya açıq Prezident: İlham Əliyev fikirlərini KİV-lə bölüşür
15 Fevral 17:47
Konstitusiya Məhkəməsi gənc hüquqşünasları könüllü fəaliyyətə dəvət edir
15 Fevral 17:46
Neftçalada özünüməşğulluq proqramı çərçivəsində yaradılmış təsərrüfatlara baxış olub
15 Fevral 17:41
Pərvin Kərimzadə: Dövlət başçısının imzaladığı sərəncamlar gənclərin elm və təhsil sahəsinə marağının artmasını stimullaşdıracaq
15 Fevral 17:38
Azərbaycanda yeni "ASAN Xidmət" mərkəzləri açılacaq
15 Fevral 17:34
Prezident İlham Əliyev Sabirabad və Salyan rayonlarında qış otlaqlarında meliorativ tədbirlərin davam etdirilməsinə 30 milyon manat ayırıb
15 Fevral 17:34
Eldəniz Səlimov: Demokratiya, söz azadlığı o demək deyil ki, hər kəs istənilən zaman başqalarını təhqir edə bilər
15 Fevral 17:32
Prezident İlham Əliyev Tovuzda yol tikintisinə 3,3 milyon manat ayırıb
15 Fevral 17:31
“ASAN xidmət” və Diasporla İş üzrə Dövlət Komitəsi xaricdəki vətəndaşlarımız üçün səyyar xidmətlər göstərəcək
15 Fevral 17:28
Bərdədə məcburi köçkünlər üçün ödənişsiz tibbi müayinə təşkil edilib
15 Fevral 17:24
Neftçalada kütləvi tibbi müayinəyə 65 min nəfərdən çox sakin cəlb olunacaq
15 Fevral 17:05
Göyçaya rəqabətqabiliyyətli və ixracyönümlü məhsulların istehsalı diqqət mərkəzində saxlanılacaq
15 Fevral 17:02
Əli Məsimli: Azərbaycan Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayacaq və qitəyə daha güclü inteqrasiya edəcək
15 Fevral 16:58
İnam Kərimov Kənd Təsərrüfatı Nazirliyinin xaricdə təhsil almış əməkdaşları ilə görüşüb
15 Fevral 16:57
İsmayıllıda əsas kapitala 6,7 faiz çox investisiya qoyulub
15 Fevral 16:44
Böyük Britaniya baş nazirinin ticarət elçisi Bakıda bir sıra mədəni tədbirlərdə iştirak etməyi planlaşdırır

Video

 

Müsahibə

 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28
HAVA HAQQINDA
Bakı
gündüz+5 +7
gecə+2 +4