Ana səhifə »  Müəlliflər »  İsa Qəmbərin namizədlikdən geri çəkilməsinin əsl səbəbləri...
A+   Yenilə  A-
İsa Qəmbərin namizədlikdən geri çəkilməsinin əsl səbəbləri...
Yazdı: Pərviz Sadayoğlu

Cəmil Həsənlini öz “kurasiyasında” saxlayan “Müsavat” sədri Eldar Namazova “müharibə” elan etdi
Xəbər verildiyi kimi, Müsavat Partiyasının Divanı partiya sədri İsa Qəmbərin prezidentliyə namizədliyi ilə bağlı qərarı ləğv edib. Beləliklə, bu ilin yanvar ayında verilən qərar bir neçə aydan sonra öz qüvvəsini itirdi. İ.Qəmbərin prezidentliyə namizədliyinin ləğvi məsələsi ilk baxışdan elə də mühüm bir məsələ deyil. Yəni, düşərgə daxilində kimliyindən asılı olmayaraq, partiya sədrlərinin seçkidəki şanslarının sıfır olduğu hər kəsə bəllidir. Sadəcə, aylardır davam edən İsa Qəmbər-Əli Kərimli “savaşı”nın sonunda belə bir nəticənin ortaya çıxacağı gözlənilən olduğu qədər də bir sıra amilləri yenidən qabarıq şəkildə cəmiyyətə nümayiş etdirdi.
İlk olaraq, vurğulamaq lazımdır ki, İsa Qəmbərin aylardır ki, radikal düşərgənin namizədlik marafonunda ən öndə getməsi “müttəfiqi” Əli Kərimlinin bunun qarşısını almaq üçün plan cızmasını şərtləndirmişdi. Qeyd etmək gərəkdir ki, seçkilərdə namizəd olmaq düşərgə partiyalarının sədrlərinə yalnız və yalnız antimilli dairələrdən gələn ianələrə yiyələnmək şansı qazandırır. Bu mənada İsa Qəmbərin də özünün sonuncu şansından istifadə etməyə çalışması düşərgə daxilində normal qarşılanırdı. Sadəcə, radikal müxalifət partiyaları rəhbərlərinin bir-birilərinə patoloji nifrət bəsləməsi başda Əli Kərimli olmaqla digərlərinin də İsa Qəmbərə öz sonuncu şansından istifadə etməsinə imkan yaratmadı.
Bu gün radikal düşərgənin özündə də maraqlı bir sual dolaşmaqdadır ki, əgər İsa Qəmbər geri çəkiləcəkdisə, nə üçün Əli Kərimliyə və ya Rüstəm İbrahimbəyova güzəşt etmədi. Təbii ki, düşərgə təmsilçilərinin özlərinin bu suala özünəməxsus cavabları olsa da, bu cavablar əsl həqiqəti əks etdirmir.
Təbii ki, illərdir İsa Qəmbərin xislətinə bələd olan düşərgədaşları bilirlər ki, İsa Qəmbərin kiməsə güzəşt etmək məsələsi boş söhbətdir. Nəzərə alsaq ki, o, özünə lider saydığı Əbülfəz Elçibəyə belə vahid namizədliyi güzəşt etməmişdi, Əli Kərimliyə və ya bir başqasına sadə bir şəkildə güzəştə getməsi mümkün deyildi. Maraqlı burasıdır ki, İsa Qəmbər budəfəki güzəşti də öz maddi maraqlarının təmini baxımından qəbul edib. Bilindiyi kimi, Rüstəm İbrahimbəyovun seçki qərargahı ACP-nin qərargahında yerləşirdi və bu qərargah Eldar Namazovun nəzarətində idi. Amma hazırki namizəd Cəmil Həsənlinin seçki qərargahı Müsavat Partiyasının qərargahında yerləşib və “Müsavat”ın ikinci siması Arif Hacılı bu seçki qərargahının başçılarından biridir. Bu isə o deməkdir ki, radikal müxalifət düşərgəsini hər zaman öz monopoliyasında saxlamağa çalışan “Müsavat”-AXCP cütlüyü yenə də istəyinə nail olub. Belə demək mümkündürsə, məğlub olacaqlarını indidən qəbul etmiş və öz gücsüzlüyünü etiraf etmiş “Milli şura”nın namizədi Cəmil Həsənli ona görə namizəd olub ki, İsa Qəmbərlə Əli Kərimlinin “tələblərinə cavab verib”. Elə bu səbəbdən də, “kukla namizəd” rolunu oynayan C.Həsənlinin ətrafında bir kimsənin olmamasından istifadə edəcək Müsavat-AXCP cütlüyü anti-azərbaycançı dairələrin “şura”ya yönləndirəcəyi maddi vəsaiti mənimsəyə biləcək.
Yuxarıda qeyd etdiyimiz məsələnin isə sübuta ehtiyacı yoxdur. O baxımdan ki, proseslərin gedişi bu fikirlərin həqiqət olduğunu tam şəkildə ortaya çıxarır. Eldar Namazovun son günlərdə baş verən proseslərdən tam şəkildə kənarda saxlanılması, “Milli şura”nın seçki məsələsi əvvəlki namizəd Rüstəm İbrahimbəyov tərəfindən ona həvalə edilsə də, ikinci namizəd tərəfindən eyni “etimada layiq” görülməməsi, ən əsası isə Eldar Namazova yaxın şəxslərdən (Köçəri Nağıbəyli və ya Eldəniz Quliyev) heç birinin seçki məsələsinə yaxın buraxılmaması göstərir ki, reneqat Namazovun “şura sezonu” başa çatıb. Eldar Namazov və Eldəniz Quliyev də yavaş-yavaş “Milli şura”da sıxışdırıldıqlarını hiss edirlər və prosesdən kənarlaşdırılacaqlarını başa düşürlər. Ona görə də, həm Rüstəm İbrahimbəyova təzyiq göstərirlər, həm də “Milli şura”da haray-həşir salaraq AXCP ilə “Müsavat”ın təzyiqlərinə müqavimət göstərməyə çalışırlar. Eldəniz Quliyev mətbuata açıqlamasında AXCP və “Müsavat” qarşısında əliboş qaldıqlarını dolayısı ilə etiraf edir və Rüstəm İbrahimbəyov faktorunu yenidən qabartmağa çalışır. O deyib ki, “Rüstəm İbrahimbəyov “Milli şura”nın daima birinci planında olacaq. Birinci planda olmayan gün “Milli şura” fiaskoya uğramış olacaq. Bunu hamı dərk etməlidir. Azərbaycan Rüstəm bəyin vətənidir və öz vətəninə qayıdacaq. Rüstəm İbrahimbəyovun xeyir duası, ağsaqqallığı “Milli şura”nın, hətta Cəmil Həsənlinin üzərində olmasa, qurum fiaskoya uğrayacaq və qələbədən danışmaq yalnız yuxuda mümkün olacaq”. Bu artıq imdad diləməkdir və deyəsən, Eldəniz Quliyevlə Eldar Namazovun bu yalvarış dolu səsi Müsavat Partiyasının kandarlarında eşidilmir.
İkinci bir tərəfdən, məntiqi olaraq nə üçün məhz birinci planda? İbrahimbəyov “Milli şura”nın həm ssenaristi, həm rejissoru, həm də baş qəhrəmanı olmaq iddiasından niyə əl çəkmir? Birdən işdir-şayiədir, C.Həsənli prezident seçilsə necə, xüsusi “ağsaqqal” postu təsis edib İbrahimbəyovu C.Həsənlinin çiyinlərinə oturdacaqsınız? Bu qocanı biabır etdiniz, heç olmasa qoyun, rahat getsin günlərini saysın də. O ki qaldı, fiasko məsələsinə, “görünən dağa nə bələdçi?”. Siz zatən ölü kimi bir şeysiniz.
Xüsusi olaraq vurğulanmalıdır ki, İsa Qəmbərin də C.Həsənliyə güzəştinin ən əsas səbəbindən biri məhz Eldar Namazovun və Rüstəm İbrahimbəyovun prosesin gedişindən tam şəkildə təcrid etməkdir ki, ona da nail olub. Artıq Müsavat Partiyası Eldar Namazovun qismində Rəsul Quliyev, Lalə Şövkət Hacıyeva - demək olar ki, “Milli şura”nın tam yarısına müharibə elan edib. Bu ittihamı dolayısı ilə R.İbrahimbəyova, C.Həsənliyə və başqalarına da aid etmək olar. Hələ bir Fərhad Əliyevə, Əli İnsanova da dəstək vermək istəyirlər. Bu isə məntiqi olaraq nə istədiklərini bilməmələrinə dəlalət edir. Sadəcə, çox və bir az da “geniş” görünmək istəyirlər. İsa Qəmbərin “vahid namizədə” deyil, “ehtiyat namizədə” güzəşt etməsi partiyadaxili bir sıra məsələlərin də yenidən gündəmə gəlməsini də şərtləndirir. O mənada ki, artıq uzun müddətdir ki, davam edən Müsavat Partiyasının qurultay məsələsinin yenidən qeyri-müəyyən dövrə kimi təxirə salınması üçün də zəmin yaradıldı. 2013-cü ildə öz “şansından bəhrələnməyən” İsa Qəmbər yəqin ki, bu cür fürsəti əldən verməz. Yəni, növbəti beş il üçün Müsavat Partiyasının sədrliyinə “hazırlaşan” Arif Hacılı və ya Arzu Səmədbəyli üçün İ.Qəmbərin namizədlikdən geri çəkilməsi heç düşərli olmadı...

 
  • Oxunub:  23490  |  
  • Tarix:  28-08-2013  |  
  •    Çap et   |  
Get Adobe Flash player
Prezident İlham Əliyevdən sosial sahədə daha bir inqilabi addım

19 İyun 22:48
Yaponiya İmperatorunun taxta çıxması münasibətilə Bakıda ziyafət təşkil olunub
19 İyun 22:46
Təhsil naziri Ceyhun Bayramov: Prezidentin sərəncamları təhsilə göstərilən qayğının daha bir təzahürüdür
19 İyun 22:38
Vaşinqtonda Azərbaycan ilə ABŞ arasındakı ikitərəfli əlaqələr müzakirə edilib
19 İyun 21:49
Bolqarıstan Respublikası Xalq Məclisinin sədri Azərbaycana səfərə gəlib
19 İyun 21:11
Belqradda İmadəddin Nəsiminin 650 illiyinə həsr olunmuş elmi simpozium keçirilib
19 İyun 21:03
Vyanada "Dinlərarası və sivilizasiyalararası əməkdaşlıqdan bəşəri həmrəyliyə" mövzusunda beynəlxalq konfrans keçirilib
19 İyun 19:45
Ümumdünya Qaçqınlar Gününə həsr olunmuş “Gənclərin inteqrasiya və fəallığa təşviqi” adlı festival keçirilib
19 İyun 19:42
Avropa Oyunları qitədə ən mühüm idman hadisələrindən birinə çevriləcək
19 İyun 19:35
Beynəlxalq Qəzetçilər Cəmiyyətinin baş direktoru Mətbuat Şurasında olub
19 İyun 19:32
Mədəniyyət Nazirliyinin kollegiya iclası keçirilib
19 İyun 19:27
Baş prokuror Türkiyənin Baş Ombudsmanı ilə görüşüb
19 İyun 19:23
Ölkə əhalisinin sayı 0,3 faiz artaraq 10006149 nəfərə çatıb
19 İyun 19:21
Yaxın Şərq: dörd istiqamətdə geosiyasi gərginlik
19 İyun 17:42
Ümumqoşun poliqonunda təlim keçirilib
19 İyun 17:41
Vüqar Rəhimzadə: Möhtərəm Prezidentimizin təqdim etdiyi yeni sosial paket inqilabi addımların növbəti mərhələsidir
19 İyun 17:39
Sona Əliyeva: Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu siyasət nəticəsində əhalinin sosial rifahı davamlı olaraq yüksəlir
19 İyun 17:18
Sevinc Fətəliyeva: Prezident İlham Əliyevin siyasətində əhalinin sosial müdafiəsinin davamlı olaraq gücləndirilməsi daim diqqət mərkəzindədir
19 İyun 17:17
Madrid şəhərində keçirilən beynəlxalq xeyriyyə tədbirində ölkəmiz də təmsil olunub
19 İyun 17:05
Ümumdünya Turizm Təşkilatının sessiya iştirakçılarına ölkəmizin turizm potensialı tanıdılır
19 İyun 17:02
ADU son iki ildə qazandığı uğurlara görə fəxri diploma layiq görülüb
19 İyun 16:58
Azərbaycan məhsullarının ixrac coğrafiyası genişlənir
19 İyun 16:43
Elman Nəsirov: Son sərəncamlar bir daha göstərdi ki, Prezidentin siyasətinin mərkəzində Azərbaycan vətəndaşının rifahı dayanır
19 İyun 16:23
Artilleriyaçılarla komandir toplanışı keçirilib
19 İyun 16:14
Sahibə Qafarova: Azərbaycanda əhalinin sosial müdafiəsinin gücləndirilməsi siyasəti ardıcıl xarakter daşıyır
19 İyun 16:07
“Bakı 2019” Avropa Gənclər Yay Olimpiya Festivalı diplomatik brifinqə ev sahibliyi edib
19 İyun 15:45
Cenevrədə “CANSO 2020: BAKU” tədbirinin rəsmi təqdimatı keçirilib
19 İyun 15:36
Elçin Quliyev: Böyük sosial layihələrin reallaşdırılması Prezident İlham Əliyevin güclü siyasi iradəsinə əsaslanır
19 İyun 15:28
Ekspert: Minimum əməkhaqqının artırılması iqtisadi və sosial islahatlarla bağlı siyasətin davamlılığını təsdiqləyir
19 İyun 15:22
Xanlar Fətiyev: İkinci sosial paketin müsbət nəticələri bütün ailələrdə hiss olunacaq
19 İyun 15:02
Energetika Nazirliyi Yaponiya şirkəti ilə anlaşma memorandumu imzalayıb
19 İyun 14:44
Əli Əhmədov: Azərbaycan vətəndaşını daha yüksək rifah gözləyir
19 İyun 14:42
Azərbaycan səfiri etimadnaməsini Bəhreynin Kralına təqdim edib
19 İyun 14:32
Anar Əliyev: Həyata keçirilən sosial siyasətin mərkəzində Azərbaycan vətəndaşı durur
19 İyun 14:20
Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin iclası keçirilib
19 İyun 14:13
Ceyhun Bayramov: Azərbaycanda təhsil sahəsində aparılan islahatlar öz müsbət nəticələrini verir
19 İyun 14:10
Müdafiə naziri: Tabeliyinizdə olan şəxsi heyəti Vətənə sevgi və düşmənə nifrət ruhunda tərbiyə etməlisiniz
19 İyun 14:06
Parisdə Azərbaycan-UNESKO əməkdaşlığı müzakirə olunub
19 İyun 14:04
Elsevər Ağayev: Son 15 ildə Azərbaycanda ana və uşaq ölümü azalıb
19 İyun 14:00
Dağlıq Qarabağda münaqişənin gedişində itkin düşmüş Azərbaycan vətəndaşlarının taleyi BMT-nin diqqət mərkəzində qalır
19 İyun 13:30
Azərbaycanla İran və İndoneziya arasında əmək, məşğulluq, sosial müdafiə sahəsində gələcək əməkdaşlığa dair fikir mübadiləsi aparılıb
19 İyun 13:27
Pensiyanın minimum məbləği 200 manata çatdırılır və artım 660 min pensiyaçını əhatə edəcək
19 İyun 13:23
Aydın Hüseynov: Son sərəncamlar əhalinin rifahının yaxşılaşdırılması istiqamətində atılan inqilabi addımların davamıdır
19 İyun 12:48
Belqradda İmadəddin Nəsiminin 650 illiyinə həsr olunmuş tədbirlər davam edir
19 İyun 12:42
Vüsal Qasımlı: Prezidentin imzaladığı yeni sosial paket 2 milyondan çox insanı əhatə edəcək
19 İyun 12:35
Dövlət büdcəsindən maliyyələşən bir sıra təşkilatlarda çalışanların maaşı 40 faiz artırılıb
19 İyun 12:32
Hadi Rəcəbli: İmzalanan hər bir sərəncam Azərbaycan vətəndaşının rifahının yaxşılaşmasına yönəlib
19 İyun 12:23
Prezident İlham Əliyevin əhalinin rifahının yüksəldilməsi istiqamətində inqilabi addımları davam edir
19 İyun 12:17
Yeni Sərəncam 160 minə yaxın müəllimin rifahına mühüm dəstəkdir
19 İyun 12:05
UNEC-də “Universitet-dövlət-sənaye platforması” çərçivəsində forum keçirilib
19 İyun 11:59
Tahir Süleymanov: Bu gün Azərbaycan sözün əsl mənasında rifah dövlətidir
19 İyun 11:56
İngilis dilində təqdimat müsabiqəsi keçirilib
19 İyun 11:53
Hikmət Şikarov: İmzalanan fərman və sərəncamlar insan amilinin dövlət başçısının uğurlu siyasətinin mərkəzində dayandığını bir daha təsdiq edir
19 İyun 11:20
Tahir Mirkişili: Prezident “Azərbaycanda dövlət siyasətinin mərkəzində insan amili dayanır” tezisini bir daha təsdiq etdi
19 İyun 11:09
Azərbaycanla BƏT arasında əməkdaşlıq gündəliyinin daha da genişləndirilməsi məsələləri müzakirə olunub
19 İyun 11:05
Nazir müavini: Beş ayda qeyri-neft ixracı 18 faizədək artıb
19 İyun 10:56
Azərbaycan Prezidenti Administrasiyasının rəhbəri Ramiz Mehdiyev təhlükəsizlik məsələləri üzrə beynəlxalq görüşdə iştirak edib
19 İyun 10:50
Sədaqət Vəliyeva: Azərbaycanda sosial sahədə inqilabi addımların növbəti mərhələsi başlanır
19 İyun 10:48
Ermənistan ordusu iriçaplı pulemyotlardan istifadə etməklə atəşkəs rejimini 19 dəfə pozub
19 İyun 10:47
Minimum əməkhaqqının artımı birbaşa olaraq 950 min nəfəri əhatə edəcək
19 İyun 10:41
Türkiyənin Azərbaycandakı səfiri: Azərbaycandan Türkiyəyə gedəcək turistlərin sayında artım gözlənilir
19 İyun 10:40
İcma sədri: Danışıqlar Azərbaycan və Ermənistan rəhbərliyi tərəfindən davam etdirilir, icmalar maraqlı tərəf kimi prosesi izləyir
19 İyun 09:53
Prezident İlham Əliyevdən sosial sahədə daha bir inqilabi addım
19 İyun 09:45
II Avropa Oyunlarında iştirak edəcək Azərbaycan idmançıları Minskə yola salınıb
19 İyun 09:42
Azərbaycan nümayəndə heyəti Vyanada Avstriya hökumətinin və parlamentinin üzvləri ilə görüşüb
19 İyun 09:35
Akademik Zərifə Əliyeva adına Lisey ölkəmizin təhsil uğurları ilə seçilən məktəblərindən biridir
19 İyun 09:33
Prezident İlham Əliyevin həyata keçirdiyi siyasət Azərbaycanın beynəlxalq aləmdə mövqeyinin daha da möhkəmlənməsini təmin edir
19 İyun 09:31
YAP təkcə ölkəmizin deyil, regionun ən güclü siyasi təşkilatıdır
19 İyun 09:30
Bakıda “İnvaziv diaqnostika və müalicə: Bu gündən sabaha” adlı beynəlxalq konfrans keçirilib
19 İyun 09:28
YAP Səbail rayon təşkilatı “Pedaqoqlar” ərazi ilk partiya təşkilatının İdarə Heyətinin iclası keçirilib
19 İyun 09:20
Azərbaycanda baramaçılığın inkişaf etdirilməsi ilə bağlı həyata keçirilən tədbirlər öz bəhrəsini verməkdədir

Video

 

Müsahibə

»»»
 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30
HAVA HAQQINDA