Ana səhifə »  Müəlliflər »  “Ehtiyat namizəd”in “özəllikləri”
A+   Yenilə  A-
“Ehtiyat namizəd”in “özəllikləri”
Yazdı: Mübariz Abdullayev

Yaxud, Cəmil Həsənlinin qondarma “Milli şura”nın “vahid namizəd”i seçilməyə razılıq verməsi onun ermənipərəst Rüstəm İbrahimbəyovla eyni mənəvi dəyərləri bölüşməsi anlamına gəlir və “tarixçi alim” statusu ilə təzad təşkil edir
Qondarma “Milli şura” tarixçi alim olduğu deyilən Cəmil Həsənlinin timsalında özünə yeni “vahid namizəd” seçib. Radikalların seçki marafonunun namizədlərin irəli sürülməsi mərhələsində gecikmiş addım ataraq “vahid namizəd”lərini əvəzləmələri, özlərinə yeni öndəgedən müəyyənləşdirmələri və seçimin Cəmil Həsənli olması ortaya bir sıra suallar çıxarır. Yeni “vahid namizəd”, necə deyərlər, ala qarğanın bala çıxara bilmədiyi radikal düşərgədə nəyi dəyişəcək? Bəs, nə üçün daha iddialı, “vahid namizəd”lik üçün sinə sürtən, “öldü var, döndü yoxdur” deyən Əli Kərimli, İsa Qəmbər, Rəsul Quliyev, Eldar Namazov və yaxud bu statusa elə yeni namizəd qədər iddialı olan Mehman Əliyev, Gültəkin Hacıyeva yox, məhz Cəmil Həsənli?
Yeni “vahid namizəd”in radikalların “uğur simvoluna” çevriləcəyini düşünmək dəryada balıq sevdasına bənzəyir. Bu barədə mülahizələrini dilə gətirən Vətəndaş və İnkişaf Partiyasının sədri, prezidentliyə namizədliyi irəli sürülən Əli Əliyev deyib: “Milli şura”nın Cəmil Həsənli çətiri altında şansı sıfıra bərabərdir”.
Cəmil Həsənliyə yönəlik inamsızlıq bir tərəfdən “Milli şura”da və bütövlükdə radikal düşərgədə səngimək bilməyən qarşıdurmalarla, partiyalar arasında antaqonist ziddiyyətlərlə şərtlənirsə, digər tərəfdən də yeni namizədin özünün fərdi keyfiyyətləri, onun haqqında obyektiv surətdə formalaşan “prinsipsiz”, “qətiyyətsiz”, “xarizmasız” imicindən qaynaqlanır. Radikalların liderlik keyfiyyətlərinə malik olmayan birisini zorla seçkiyə itələmələri gülünc və məntiqsiz görünür. Hətta bu ideyanın radikalları “Rüstəm İbrahimbəyov təxribatından” daha acınacaqlı vəziyyətə salacağı proqnozlaşdırılır. Bildirilir ki, qoca kinodramaturq yalançı, sərgüzəştlər sevən cəngavərlər kimi qabağa düşüb radikalları vədlərlə tovlaya-tovlaya axırda ağızlarını dalana dirəmişdisə, Cəmil Həsənli variantı onları aparıb bataqlığa salacaq. Yeni “vahid namizəd”in bu statusun parametrlərinə qətiyyən uyğun gəlməyən zəif fərdi keyfiyyətlərindən başqa, arxasında konkret elektoratın olmaması ona qarşı inamsızlığı daha da artırır.
Siyasi müşahidəçilər də məhz bu və digər məqamlara istinad edərək belə bir qənaəti bölüşürlər ki, Cəmil Həsənli hansısa cəhətdən güclü deyil, məhz bütün baxış bucaqlarından zəif görünən fiqur olduğuna görə radikallar “şahlıq quşu”nu onun başına əyləşdiriblər. Bu amil bir-birləri ilə yola getməyən, adi məsələni belə münaqişə predmetinə çevirən radikallara öz hikkələrini, bitib-tükənməyən ambisiyalarını diktə etmək üçün lazımdır. Təsadüfi deyil ki, Cəmil Həsənli “Milli şura”nın yeni “vahid namizəd”i müəyyənləşdiriləndən dərhal sonra AXCP və “Müsavat” onu “öz adamları” etmək savaşına başlayıblar. “Cəbhəçi”lər açıq mətnlə bildirirlər ki, bundan sonra işləri yaxşı gedəcək, çünki yeni “vahid namizəd” 100 faiz onların adamıdır, AXCP-nin şinelindən çıxıb. “Müsavat”çılar AXCP-dən gələn belə açıqlamaları dərhal önləməyə çalışırlar. “Müsavat”ın Mərkəzi İcra Aparatının rəhbəri Arif Hacılı “kabinetimi Cəmil Həsənliyə can-başla verərəm” deyir. “Yeni Müsavat” qəzeti yeni “vahid namizəd”in ilk müsahibəsini məhz bu qəzetə verməsindən sonsuz dərəcədə fəxarət hissi duyduğunu yazır...
Cəmil Həsənlinin qondarma “Milli şura”nın “vahid namizəd”i seçilməyə razılıq verməsi onun ermənipərəst Rüstəm İbrahimbəyovla eyni mənəvi dəyərləri bölüşməsi anlamına gəlir. Azərbaycan xalqının populyar bir atalar sözü var: “Dostunu mənə göstər, deyim sən kimsən”. Bu mənada Cəmil Həsənlinin qəlbində sonsuz erməni sevgisi yaşadan qoca kinodramaturqa vəkillik etməsi, “Mən Rüstəm İbrahimbəyovu dəstəkləyirəm” deməsi, nəhayət, “Milli şura” ssenarisində əsas rollardan birini almağa razılıq verməsi onun “tarixçi alim” statusu ilə təzad təşkil edir.
Gəlin, diqqət yetirək. Heç kəsə sirr deyil ki, Rüstəm İbrahimbəyovun Azərbaycan cəmiyyəti ilə bir mentalitet problemi var. O, ermənilərə bağlı olduğunu, onlara hüsnü-rəğbət bəslədiyini açıq mətnlə dilə gətirir. “Ermənilər dərrakəli xalqdır”, “ermənilərsiz Bakıda nəfəs almaq mümkün deyil” deyən Rüstəm İbrahimbəyov eyni çılğınlıqla rayonlardan paytaxta gələn azərbaycanlıları aşağılayır, onları “gözü görmədiyini” söyləyir. Cəmil Həsənli qoca kinodramaturqun ikrahla “rayonlardan Bakıya gəlib paytaxtın arxitekturasını korlayanlar” adlandırdığı zümrənin tipik nümayəndəsidir. Bəs Cəmil Həsənli hansı “tarixçi alim”, vətəndaş mövqeyi (oxu: mövqesizliyi ilə-M.A.) ilə “Mən Rüstəm İbrahimbəyovu dəstəkləyirəm” deyir? Görəsən, “tarixçi alim”in vicdanı daşdandırmı ki, o, Rüstəm İbrahimbəyov “Dağlıq Qarabağ mübahisəli ərazilərdir” deyəndə də susur? Və nəinki susur, hətta onu tərifləyib göylərə qaldırır, keçmiş ittifaqın və Azərbaycan SSR-in müxtəlif təltiflərini alan qoca kinodramaturqu “disident” adlandırır, onun hələ ötən əsrin 90-cı illərindən əvvəlki dövrə aid əsərlərində azadlıq, müstəqillik, hətta “müsavat”çılıq ideyalarını təbliğ etdiyini yazır.(?!) Cəmil Həsənli necə “tarixçi alim”dir ki, o, zaman-zaman xalqımızın milli-mənəvi-dini dəyərlərini aşağılayan, sərsəm açıqlamaları ilə erməni ideologiyasının “milli mənbə”yinə çevrilən Rüstəm İbrahimbəyov kimi birisini “millətin mənəvi siması” adlandırır?
Azərbaycan cəmiyyəti Cəmil Həsənlinin “tarixçi alim”liyini həm də onun nankor yazıçı Əkrəm Naibovun “Daş yuxular” romanına münasibətdə gördü. Yaxın-uzaq tariximizin təhrif olunduğu, müharibə dəhşətlərinin səbəbkarları olan ermənilərin tərifləndiyi, əksinə bu dəhşətləri öz taleyində yaşayan azərbaycanlıların aşağılandığı əsərə, ilk növbədə, kim cavab verməli idi? Əlbəttə ki, tarixçi alim. Ancaq Cəmil Həsənli bir “tarixçi alim” olaraq nəinki “Daş yuxular”ın yalanını üzə çıxarmağa səy göstərmədi, əksinə qondarma “Ziyalılar forumu”nda çiyindaşı olan Əkrəm Naibovun və onun “Daş yuxular”ının müdafiəsinə qalxdı.
Cəmil Həsənli “Azadlıq” radiosuna müsahibəsində bildirib ki, “MSK Rüstəm İbrahimbəyovun namizədliyini təsdiqləsə, mən yalnız buna sevinə bilərəm. Təbii ki, onun namizədliyini dəstəkləyəcəm... Xalq Cəbhəsində olduğum illəri həyatımın ən dəyərli illəri hesab edirəm... Təkcə Azərbaycana təcrübəli adam deyil, həm də təmiz adam lazımdır... “Milli şura”nı tənqid edənləri “şura”dan çıxarmaq olmaz. Bu demokratik yanaşma deyil.
Cəmil Həsənli, bəlkə də, tələbələrinə dahi şairin bu fikrini həmişə təbliğ edib: “Kamil bir palançı olsa da insan, yaxşıdır yarımçıq papaqçılıqdan”. Amma özü bu fikrə əməl etmək niyyətində olmayıb. Son günlər onun “Milli şura”nın yeni namizədi olması buna əyani sübutdur. Bəlkə də, onu oyuna saldılar, iki gün əvvəl özü də etiraz etdi ki, elmi fəaliyyətə üstünlük verir. Ona görə də, alim kimi fəaliyyətini davam etdirsəydi, özü üçün daha faydalı olardı. Nəinki siyasət burulğanında çabalasın.
Cəmil Həsənli haqda danışan müxalifətçilər hamısı eyni sözləri təkrarlayırlar: yaxşı alim, yaxşı müəllim, təmiz insan və s. Amma hələ bir nəfər də onu xarakterizə edərkən “YAXŞI VƏ SƏRİŞTƏLİ SİYASƏTÇİ” ifadəsini işlətməyib. Daim ikinciliklə kifayətlənən, heç vaxt birincilik iddiasında olmayan “yaxşı alim və yaxşı müəllim”i indi birdən-birə ölkənin birinci postuna namizəd göstərənlər keçmişi yaman tez unutdular. Bir dəfə bu avantüra yaşanıb - “yaxşı müəllim və yaxşı insan” Əbülfəz Elçibəyi onun öz istəyinin əksinə olaraq zorla prezident edən müxalifət ölkənin və özlərinin hansı vəziyyətə düşdüklərini nə tez unutdular? Müxtəlif qruplar tərəfindən idarə olunan, siyasətçiyə xas qətiyyət, səriştə nümayiş etdirməyən Ə.Elçibəyin siyasi karyerasının necə bitdiyini niyə yada salmırlar? Bu dəfə də asan idarə olunan şəxsi irəli verənlər xalqı yenidən aldada biləcəklərinimi düşünürlər?
Bütün bu deyilənlərdən hasil olunan qənaət ondan ibarətdir ki, qondarma “Milli şura”da “vahid namizəd” dəyişikliyi qurumun antimilli mahiyyətinə əsla təsir göstərməyəcək. Qondarma “Milli şura” xaricdəki məlum antimilli mərkəzlər tərəfindən hansı çirkin məqsədlərlə yaradılıbsa, o, Cəmil Həsənlinin “vahid namizəd”liyi ilə də eyni pozuculuq, Azərbaycanın möhkəm daxili sabitliyinə xələl gətirmək, gündən-günə artan beynəlxalq imicinə kölgə salmaq cəhdlərini bundan sonra da davam etdirəcək.

 
  • Oxunub:  20700  |  
  • Tarix:  28-08-2013  |  
  •    Çap et   |  
Get Adobe Flash player
Azərbaycan Ordusu Ermənistan silahlı qüvvələrinin təxribatçı hərəkətlərinin layiqli cavabını verir və bundan sonra da verəcək

20:22
20 Sentyabr
Səccad Kərim: Azərbaycanda mövcud olan birgəyaşayış modeli bir çox ölkələr üçün nümunədir
20:04
20 Sentyabr
Nikol Paşinyanın Paris yalvarışları və növbəti böhtanları: erməni baş nazir öz ampluasında
20:00
20 Sentyabr
Azərbaycan-Vyetnam münasibətləri zəngin ənənələrə malikdir
19:51
20 Sentyabr
Gəncədə qanvermə aksiyasında 540 nəfər könüllü qan verib
19:48
20 Sentyabr
“ASAN xidmət”in fəaliyyəti Fransa mətbuatında
19:46
20 Sentyabr
Azərbaycan ilə Qətər arasında mədəniyyət sahəsində əlaqələrin inkişafı müzakirə olunub
19:43
20 Sentyabr
İndiyədək TANAP-la Türkiyəyə 200 milyon kubmetrədək “Şahdəniz” qazı nəql olunub
19:41
20 Sentyabr
İordaniyanın “Ər-Ray” dövlət qəzeti Qarabağ məsələsində Türkiyənin Azərbaycana dəstəyindən yazır
19:07
20 Sentyabr
Azərbaycan Milli Məclisi ilə NATO Parlament Assambleyası arasında sıx əlaqələr mövcuddur
19:06
20 Sentyabr
Azərbaycan-Pakistan təhsil əlaqələrinin geniş perspektivləri var
18:29
20 Sentyabr
Belarus parlamenti Nümayəndələr Palatasının sədri Azərbaycanda səfərdədir
18:26
20 Sentyabr
“İki sahil” Neftçilər Gününə həsr olunmuş xüsusi buraxılış hazırlayıb
18:14
20 Sentyabr
Özbəkistan Bakı-Tbilisi-Qars vasitəsilə öz xarici ticarət yüklərinin daşınma həcminin artırılmasında maraqlıdır
18:01
20 Sentyabr
Əmək və əhalinin sosial müdafiəsi nazirliyi və Kiçik və Orta Biznesin İnkişafı Agentliyi arasında memorandum imzalanıb
18:00
20 Sentyabr
Milli Məclisdə Hindistan parlamentinin nümayəndə heyəti ilə görüş keçirilib
17:55
20 Sentyabr
Rektor: Dövlət Pedaqoji Universiteti bu günədək 150 mindən çox pedaqoji kadr hazırlayıb
17:54
20 Sentyabr
Xələf Xələfov: Azərbaycan Ermənistan rəhbərliyini sələflərinin səhvini təkrarlamamağa çağırır
17:50
20 Sentyabr
XİN: Cəbhə bölgəsində yaranmış gərginliyin bütün məsuliyyəti Ermənistan rəhbərliyinin üzərinə düşür
17:49
20 Sentyabr
Genişmiqyaslı təlimlərdə gündüz vaxtı döyüş atışları keçirilib
17:47
20 Sentyabr
ABŞ Dövlət Departamenti: Azərbaycan 2017-ci ildə terrorçuluqla mübarizədə Birləşmiş Ştatların güclü tərəfdaşı olub
17:46
20 Sentyabr
Bu gün Azərbaycan gəncliyində vətənpərvərlik ruhu çox yüksəkdir
17:43
20 Sentyabr
Birinci vitse-prezident Mehriban Əliyeva NATO baş katibinin müavininin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb
17:40
20 Sentyabr
Azərbaycan-Pakistan əlaqələrinin inkişaf perspektivləri müzakirə olunub
17:36
20 Sentyabr
Naxçıvanda Aşura mərasimləri keçirilib
17:24
20 Sentyabr
Prezident İlham Əliyev NATO baş katibinin müavininin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib
17:22
20 Sentyabr
Prezident İlham Əliyev bir sıra ölkələrin parlament rəhbərlərini qəbul edib
17:09
20 Sentyabr
Pakistan Senatının sədri Milli Məclisdə olub
17:05
20 Sentyabr
Ağcabədidə Aşura günündə hemofiliyalı və talassemiyalı xəstələr üçün qan verilib
16:57
20 Sentyabr
Van Çunqan: Azərbaycanın iqtisadiyyatı qarşılıqlı investisiya qoyuluşları üçün əlverişlidir
16:53
20 Sentyabr
AMEA-nın prezidenti Akif Əlizadə Belarusda medalla təltif edilib
16:49
20 Sentyabr
Azərbaycanın Milli Olimpiya Komitəsinin nümayəndəsi Madriddə beynəlxalq marketinq seminarında iştirak edib
16:44
20 Sentyabr
Dövlət İdarəçilik Akademiyasında ilk mühazirə “Heydər Əliyev Dövlət İdarəçiliyi Məktəbi”ndə dinlənilib
16:39
20 Sentyabr
Aşura günü Qubada keçirilən humanitar aksiyada 100-dən çox könüllü qan verib
16:29
20 Sentyabr
Fəxri xiyabanda görkəmli alim Rəfiqə Əliyevanın xatirəsi anılıb
16:27
20 Sentyabr
Professor Oleq Kuznetsov: SSRİ DTK da daşnakları təhlükəli hesab edib
16:22
20 Sentyabr
Qırğızıstan Joqorku Keneşinin sədri TÜRKPA Katibliyində olub
16:18
20 Sentyabr
UNEC yeni tədris ilinə yüksək keyfiyyət göstəriciləri ilə start verib
16:07
20 Sentyabr
Qurban Qurbanov: “Futbolçular meydanda əlindən gələni edəcək”
15:49
20 Sentyabr
Bu gün “Qarabağ” UEFA Avropa Liqasının qrup mərhələsində ilk oyununa çıxacaq
15:44
20 Sentyabr
Ağsuda keçirilən qanvermə aksiyasında 70 litrədək qan toplanıb
15:38
20 Sentyabr
Aşura günündə Bərdə və Beyləqanda 150 nəfər könüllü qan verib
15:26
20 Sentyabr
Varşavada Avropa Xəbər Agentlikləri Alyansının növbəti konfransı keçirilir
15:22
20 Sentyabr
Suveren Fondların Beynəlxalq Forumunun XII illik yığıncağı Bakıda keçiriləcək
15:07
20 Sentyabr
ATƏT-in İnsan Ölçüsü üzrə illik görüşündə Ermənistanın təcavüzkar siyasətindən danışılıb
15:05
20 Sentyabr
Azərbaycanda Çinlə birgə elektron ticarət platformasının yaradılması təklif olunub
14:45
20 Sentyabr
Kiyevdəki Azərbaycan Ticarət Evi məhsullarımızın Ukrayna bazarında satışı üçün sertifikat və lisenziya alıb
14:42
20 Sentyabr
Bolqarıstan Azərbaycanın həyata keçirdiyi qlobal layihələrə böyük maraq göstərir
14:41
20 Sentyabr
Azərbaycanda kiçik və orta biznes evləri yaradılacaq
14:32
20 Sentyabr
Qida Təhlükəsizliyi Agentliyi uşaq qidaları ilə bağlı maarifləndirici məlumat yayıb
14:30
20 Sentyabr
Dövlət Aqrar Ticarət Şirkəti Cocuq Mərcanlıda fermerlərin yetişdirdiyi məhsulu satın alıb
14:25
20 Sentyabr
Tsveta Karayançeva: Bolqarıstan-Azərbaycan əlaqələri inkişaf edir
14:22
20 Sentyabr
İsmayıllıda Heydər Əliyev İdarəetmə Məktəbinin növbəti məşğələsi keçirilib
14:20
20 Sentyabr
Cüdoçumuz Aişə Qurbanlı dünya çempionatında mübarizəni dayandırıb
14:18
20 Sentyabr
Sudan Milli Assambleyası sədrinin Azərbaycana səfəri başlayıb
14:16
20 Sentyabr
Milli Məclisdə Azərbaycan-Qırğızıstan ikitərəfli münasibətləri müzakirə olunub
14:15
20 Sentyabr
Bakı Dövlət Universitetində görkəmli alim Rəfiqə Əliyevanın xatirəsi anılıb
14:12
20 Sentyabr
Kamran Nəbizadə: Ulu öndər Heydər Əliyevin şah əsəri olan “Əsrin müqaviləsi”nin imzalanması Azərbaycanın dirçəlişinə, iqtisadi inkişafına böyük yol açdı
12:59
20 Sentyabr
Dövlət Gömrük Komitəsinin 3 500 əməkdaşı attestasiyadan keçiriləcək
12:45
20 Sentyabr
Pambığın alış qiymətinin artırılması fermerlər üçün 12-13 milyon manat əlavə qazanc deməkdir
12:43
20 Sentyabr
Kəramət Hüseynov rusiyalı Olimpiya çempionuna ipponla qalib gəlib
12:35
20 Sentyabr
Naxçıvanda “Avropa günləri” keçiriləcək
12:32
20 Sentyabr
Bakıda Əfqanıstan üzrə NATO proqramının məzunlarına sertifikatlar təqdim edilib
12:31
20 Sentyabr
Heydər Əliyev Fondu və BP birgə layihələrin icrasına dair əməkdaşlıq memorandumu imzalayıb
12:13
20 Sentyabr
"Bakı-2018": Orxan Səfərov uğurlu çıxışını davam etdirir
12:12
20 Sentyabr
Rouz Gotemoller: Azərbaycan terrorizmə qarşı mübarizədə qətiyyətli mövqe sərgiləyir
12:01
20 Sentyabr
Azərbaycan beynəlxalq eID Forumunda “Asan İmza” və Rəqəmsal Ticarət Qovşağı ilə təmsil olunub
11:57
20 Sentyabr
Mübariz Qurbanlı: “Hər il xeyli sayda vətəndaşımız qanvermə aksiyasına qoşulur”
11:56
20 Sentyabr
İrəvan xanlığının tarixinə dair əsərlərin erməni və fars dillərinə çevrilmiş nəşrlərinin təqdimatı keçirilib
11:52
20 Sentyabr
Siyavuş Novruzov: “Paşinyanın ordudan xəbəri yoxdur”
11:45
20 Sentyabr
Bakıda “Qadınlar, sülh və təhlükəsizlik” mövzusunda konfrans keçirilir

Video

 

Müsahibə

 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30
HAVA HAQQINDA
Bakı
gündüz+24 +28
gecə+17 +20